Dünyanin Ən Ulu Şəhəri
Nigar İsmayılzadə
(Bakı Dövlət Universiteti)
Çox qədim dövrlərdə Apennin yarımadasında, Tibr çayının mənsəbində salınmış Roma şəhərini dünyanın ən ulu və əbədi şəhəri hesab edirdilər. Şəhərin salınması haqqında hələ qədim dövrlərdə müxtəlif rəvayətlər və əfsanələr meydana çıxmış və nəsillərdən nəsillərə ərmağan edilmişdi. Onların içərisində ən geniş yayılmışı qurd südü əmmiş Romul və Rem əkiz qardaşlarının adı ilə bağlıdır. Mövcud əfsanəyə görə, şəhərin əsası bu qardaşlar tərəfindən qoyulmuş və qədim Roma tarixçiləri hətta bu mühüm tarixi hadisənin ilini də göstərmişdilər – 753-cü il. Şəhər o vaxtdan yaşayır və hər şeyi dağıtmaq, məhv etmək iqtidarında olan zaman məfhumuna meydan oxuyur. Lakin hal-hazırda o da məlumdur ki, Qədim Şərq dünyasının mühüm mədəni mərkəzlərindən olan İkiçay arasında – Mesopotamiya-
da vaxtı ilə Roma şəhərindən daha
qədim şəhərlər olmuş və onların hər biri özünün iqtisadi və siyasi qüdrəti ilə müstəqil bir dövləti xatırlatmışdı. Eramızdan əvvəl III minillikdə Dəclə-Fərat çayları sahillərində təşəkkül tapan Eredu, Ur, Umma, Larsa, Kiş, Uruk, Laqaş və digər Şumer şəhərlərinin adları Qoca Şərqin tarixi yaddaşına əbədi həkk olunmuşdur. Qədim şəhərlər tarixi Azərbaycan ərazilərində də mövcud olmuş və bu ulu diyarm şan-şöhrətini çox uzaqlara yaya bilmişdilər.
Bununla belə, dünyada bir ulu şəhər də vardır ki, o, hal-hazırda yer üzünün ən qədim şəhəri sayılır. Bu, uzaq Fələstin ərazisində, lordan çayının sol sahilində yerləşən və
adı Bibliyada çəkilən əfsanəvi lerixon şəhəridir. Onun nə az, nə də çox – düz 10 min yaşı vardır. 2010-cu ilin oktyabr ayında bu ahıl şəhərin 10 min illiyi beynəlxalq ictimaiyyət tərəfindən böyük bayram kimi qeyd ediləcəkdir.
Qədim lerixon müasir lerixondan 1,5 km şimal-qərbdə yerləşmişdir. Hazırda onun ərazisi geniş ölçülü qazıntı sahəsinə bənzəyir. Hər addımda qədim tikinti qa- lıqları ilə dolu dərin xəndəklər nəzərə çarpır və ulu şəhərin Bibliyada təsvir olunan faciələrlə dolu keşmə-keşli həyat yolu istər-istəməz yada düşür. Bibliyada verilən məlumatlara görə, şöhrətpərəst və təkəbbürlü sərkərdə lisus Navin lerixon şəhərinə yürüşə başlayarkən onu ilk döyüşdə ala-bilməmiş və yalnız 7 gün davam edən mühasirədən sonra şəhərin möhkəm müdafiə divarlarını dağıtmaqla şəhər müdafiəçilərinin müqavimətini qıra bilmiş və onu ələ keçirtmişdi. Bibliya əfsanələrinə görə, Navin ordusunun şeypurçuları həlledici döyüşdə öz şeypurlarını elə əzmlə çalmışdılar ki, şəhər divarları birdən-birə çökmüş və düşmənlər şəhərə daxil olmuşdular. Şəhər qarət olunmuş və dağıdılmışdı.
Geniş elmi araşdırmalarla müəyyən olunmuşdur ki, Bibliyada verilən məlumatlar eramızdan əvvəlki II minilliklə bağlı olmuşdu. Lakin geniş arxeoloji tədqiqatlar lerixon abidəsində daha qədim dövrlərin maddi mədəniyyətini üzə çıxarmışdı.
Məlumdur ki, arxeoloji qazıntılara qədər qədim şəhər yerində yerli ərəblər tərəfindən Tell-əs-Sultan adlandırılan möhtəşəm təpə ucalmışdı. Keçən əsrin 30-cu illərində tanınmış qadın arxeoloq-alim Ketlin Kenon təpədə arxeoloji qazıntı işlərinə başlayarkən ilk günlərdən onu uğurlu nəticələr müşayət etmişdi. Zəhmətkeş və istedadlı arxeoloq alim Tell-əs-Sultanın və ya Sultan təpənin alt təbəqəsində eramızdan əvvəl VIII-VII minilliklərə aid planetimizin ən qədim şəhərinin qalıqlarını aşkar etmişdi. Bu kəşf dünya arxeologiyasında böyük sensasiya doğurmuşdu. Mezolit ilə neolit arasındakı qədim dövrə məxsus şəhərin kəşfi arxeoloqlar üçün gözlənilməz olmuşdu. Arxeoloji aləmdə ilk dəfə daş dövrünün oturaq həyat tərzini əks etirən abidənin üzə çıxarılması mezolit və neolit dövrləri ilə bağlı ənənəvi təsəvvürləri əsaslı şəkildə dəyişmişdi. Məlum olmuşdu ki, qədim lerixon şəhəri eramızdan əvvəl VIII-VII minilliklərdə oval formalı komalardan ibarət böyük sahəli yaşayış yeri olmaqla 4 hektara yaxın ərazini tutmuşdu. İlk mərhələdə evlər gil möhrədən tikilmiş, onların divarları və döşəmələri gil suvaqla örtülmüşdü. Eramızdan əvvəl VII minillikdə yaşayış yerinin komaları artıq düzbucaqlı formada olmuş, divarları və döşəmələri böyük səylə qalın gil qatı ilə suvanmış, bir çox hallarda qırmızı və ya açıq qəhvəyi boya ilə örtülmüşdü. Bir çox hallarda ölülərin ev döşəmələrinin altında dəfn
olunması izlənilmişdir. Kəllələrin çoxunda gildən düzəldilmiş xüsusi maskalara təsadüf olunmuşdur. Onların bəzilərinin üzəri rənglənmişdir. Tədqiqatçıların fikrincə, belə tapıntılar qədim yaşayış yerində ulular inancı ilə bağlı olmuşdur.
Qazıntılar zamanı qədim yaşayış yerində müdafiə divarlarının üzə çıxarılması da böyük maraq doğurmuşdu. Daş parçalarından tikilmiş həmin divarın eni 2 m-ə yaxın olmaqla müəyyən yerlərdə 4 m hündürlüyə qədər qala bilmişdi. Qazıntılar nəticəsində lerixonda dairəvi formalı möhtəşəm qalanın üzə çıxarılması da böyük heyrət doğurmuşdu. Yonulmamış daş parça- larından inşa edilmiş həmin qədim tikintinin diametri 7 m, hündürlüyü 8 m- dən artıq olmuşdu. Tədqiqatçıların mülahizələrinə görə, təsvir olunan tikinti qədim şəhər sakinlərinin dini təsəvvürləri ilə bağlı olmuş və bir növ məbəd rolunu daşımışdı. Qazıntılar zamanı məbədin yuxarısına gedən pillə- li yolun qalıqları da aşkar edilmişdi.
lerixon qədim şəhər yerinin geniş arxeoloji tədqiqi çoxlu sayda maddi mədəniyyət nümunələrinin də əldə edilməsilə nəticələnmişdi. Onların əsas hissəsini qədim şəhər sakinlərinin məişət və təsərrüfat məşğuliyyəti, eləcə də dini görüşləri və mərasimləri ilə bağlı tapıntılar təşkil edir. Qədim şəhər sakinləri hələ dulusçuluğun sirlərinə bələd olmasalar da məişət və təsərrüfatda ağac və daşdan yonulmuş qablardan geniş şəkildə istifadə etmişdilər. Qazıntılar zamanı çoxlu sayda belə məişət avadanlığının tapılması dediklərimizə əyani sübutdur. Onu da qeyd etmək lazımdır ki, lerixondan tapılan maddi mədəniyyət nümunələrinin böyük hissəsi müxtəlif daşlardandır. Onların içərisində dən daşları və həvəng dəstəkləri, kiçik ölçülü və cilalı baltalar, oraq dişləri, ox ucluqları və digər əşyalar vardır. Bir çox əşyaların hazırlanmasında müxtəlif növ çaxmaq daşından istifadə olunmuşdur. lerixon abidəsinin diqqəti cəlb edən tapıntılarına gildən hazırlanmış kiçik ölçülü insan və heyvan fiqurları da daxildir. Müəyyən hallarda iri ölçülü heykəllərə də təsadüf olunmuşdur. Əsasən, qamışdan olan və üzəri gil layı ilə örtülmüş belə heykəllər bir çox hallarda qırmızı boya ilə rənglənmişdir.
Silsilə tapmtılar lerixon sakinlərinin artıq ibtidai əkinçiliyin sirlərinə də bələd olmasını əks etdirir. Belə tapıntılar toxalar, quraşdırma oraq dişləri, dən daşları, eləcə də mədəni buğda və arpa qalıqlarından ibarətdir. Bununla belə, lerixon yaşayış yerinin təsərrüfatmda ovçuluq ənənəvi şəkildə aparıcı rola malik olmuşdu. Abidədən külli miqdarda ox ucluqlarının tapılması bilavasitə bununla bağlıdır.
lerixon kompleksinə məxsus mədəni ənənələr Şərqi Aralıq dənizi hövzəsinin bir çox abidələrində izlənilmişdir. Həmin abidələrdə eyni zamanda bu ölkələrin sonrakı inkişafını əks etdirən maddi dəlillərə də rast gəlinmişdir. Beləliklə, yer üzünün ən qədim şəhəri lerixon özünün ölməz və yüksək ənənələrilə uzun müddət yaşamış, hər yerdə silinməz izlər qoymuşdu.
Fələstin muxtariyyatının payına düşən lerixon indi dünyanın hər yerindən gələn çox saylı turistin ən sevimli yeridir. Hər il yüz minlərlə insan ona mehman olur, ağır düşüncələrlə onun küçələrini gəzir, başı üstündəki əlçatmaz yüksəklikdən il boyu yaşıl vahəni, qıvrıla-qıvrıla şərqə üz tutan lordan çayını, çox-çox uzaqlarda parlaq günəş şüaları altında bərq vuran Olü dənizi seyr edir.