Rəsul dərəsində yeni arxeoloji qazıntıların Nəticələri

Bəhlul İbrahimli, Nasir Quluzadə, Qüdrət İsmayılzadə
(AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı Dövlət Universiteti)

2009-cu ildə Xaraba-Gilan arxeoloji ekspedisiyasının ikinci dəstəsi Rəsul dərəsi abidəsində arxeoloji qazıntı işlərinə başladı. Əslində , Rəsul dərəsi Sumbatan yaşayış yerinin bir hissəsidir. Dərə Sumbatan dağı ilə Dəyirman dağı və Hidayət diki arasında yerləşir və onun şərq tərəfindən Yaycı arxı keçir. Yaycı arxı Sumbatan dağmı Rəsul dərəsindən ayırdığına görə bu abidələr ayrı-ayrı qeydə alınmışdır.
Rəsul dərəsinin ərazisi 6 ha-ya yaxındır. Dərənin hər tərəfində gil qab qırıqları və daş alətlərdən ibarət yerüstü materiallar tapılır.
Keçən əsrin 80-ci illərində Xaraba-Gilan arxeoloji ekspedisiyası (rəis Q.M.Aslanov) Rəsul dərəsinin mərkəzində, kənd qəbiristanlığına yaxın ərazidə kəşfiyyat xarakterli qazıntı aparmış və nəticədə yaşayış evlərinin qalıqları aşkar edilmişdi. Yaşayış evləri divarlarının özülü və yer səthindən bir qədər yuxarı hissəsi daşdan, ondan yuxarı hissəsi isə çiy kərpicdən hörülmüşdü. Qazıntı zamanı əldə edilən tapıntılar tikililərin antik dövrün sonu və ilk orta əsrlərə aid olduğunu göstərirdi.
2009-cu ildə arxeoloji qazıntı işləri dərənin qərb tərəfində, mərkəzə yaxın və Dəyirman dağının ətəyində aparıldı. Mədəni təbəqənin qalınlığı hər yerdə eyni deyildir. Dərənin ağız hissəsini sel suları yuyub apardığından burada abidələr daha çox dağıntıya məruz qalmışdır. Bəzi yerlərdə mədəni təbə-qəni ümumiyyətlə, izləmək mümkün deyil. Bəzi yerlərdə isə mədəni təbəqənin qalınlığı 1,8-2,0 m-ə çatır.
Dərənin mərkəzinə yaxın olan qazıntı sahəsində iki yaşayış kompleksinə məxsus tikililər aşkar edildi. Bunlar əsasən sahəsi müxtəlif olan yaşayış evlərinin, məişət və təsərrüfat təyinatlı tikililərin qalıqlarından ibarətdir. Divarlar dağ daşı və palçıq məhlulu ilə işlənmişdir. Qazıntı sahəsinin cənuba tərəf üç-dən iki hissəsini əhatə edən birinci tikinti kompleksinin əsas divarının eni 80 sm olub şimal-qərb, cənub-şərq istiqamətindədir. Şərq tərəfdən bu divara eni 50-70 sm olan divarlar işlənməklə dörd otaq salınmışdır. Otaqların giriş yolları şərq tərəfdəndir. Bu otaqlardan ən böyüyü cənub tərəfdə yerləşir, sahəsi 18 kv. m-ə yaxındır. Ondan şimal tərəfə sahəsi 6,5 kv. m olan daha bir otaq yerləşir. Bu otağın döşəməsinin səviyyəsi o biri otaqlardan 28-30 sm hündürdədir. Divarlarının eni 68-70 sm-dir. Təəssüf ki, divarları 55-60 sm hündürlük-də salamat qaldığından otağın pəncərəsinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Otağın həcmi onun ev əşyalarının saxlandığı anbar olduğunu ehtimal etməyə əsas verir. Bu otaqdan şimala tərəf daha bir otaq olmuşdur. Otağın yalnız cənub divan, şərq və qərb divarlarının cənub tərəfləri salamat qalmışdır. Qalan yerləri dərənin sel tutan yerinə düşdüyündən zaman-zaman yuyulub dağılmışdır.
Dördüncü otaq bu otaqla kiçik həcmli otağın şərq tərəfində yerləşir. Otağın cənub divarının eni 70 sm, qərb və şərq divarlarının eni 50 sm-dir. Divarlar 30-70 sm hündürlükdə salamat qalmışdır. Şimal divarını sel suları yuyub aparmışdır. Otağın cənub divarında 80 sm enində qapı yeri vardır. Bu divar qazıntı sahəsindən kənara davam edir və ehtimal ki, həmin sahədə daha bir otaq vardır.
Kompleksin əsas divarının şərq və qərb tərəfini birləşdirən qapı yeri yox-dur. Lakin bu divara qərb tərəfdən daha iki divar birləşir. Görünür, qərb tərəf-də daha bir yaşayış evinin qalıqları vardır.
Qazıntı zamanı ən çox daş töküntüsü sahənin şimal-qərb küncündən təmizlənsə də burada yalnız iki divarın fundament daşlarının bir neçəsi yerində aşkar edildi. Daş qalağının böyüklüyü daşların təkcə bu divarlardan deyil, baş-qa divarlardan da sökülmüş daşların buraya töküldüyünü göstərir. Daşların arasında kül və kömür qırıqlarının, iri həcmli təsərrüfat küplərinin, başqa gil qab fraqmentlərinin koma-koma aşkar edilməsi bütün bunların yaxınlığındakı başqa bir ev dağıntıya məruz qaldıqdan sonra oradan qazılaraq buraya töküldüyünü ehtimal etməyə əsas verir.
Ümumiyyətlə, yaşayış evlərinin dərənin mərkəzinə tərəf olan hissələrinin sel suları tərəfindən tamamilə yuyulub dağılması onlar arasında əlaqənin, yolların necə olduğunu tam müəyyən etməyə imkan vermir. Hələlik onu qeyd etmək mümkündür ki, evlər arasında müştərək divarlar olmuşdur. Evlər çox sıx yerləşmişdir, həyətlərin olub-olmamasını müəyyən etmək çətindir.
İkinci qazıntı sahəsi Dəyirman dağının ətəyində yerləşir. Yer üstündə heç bir tikinti əlaməti izlənmirdi, 20-25 sm dərinlikdə divar qalıqları aşkar edildi. Dağ daşı və palçıq məhlulu ilə işlənmiş bu divarlar, otaqları dördbucaqlı plan-da işlənmiş yaşayış evinə aiddir. Yaşayış evinin ən azı bir dəfə bərpa olunduğu açıq-aydın izlənir. Belə ki, ikinci otağın şimal divarındakı qapı yeri daşla işlənərək tutulmuşdur. Otağın döşəməsi torpaqdır. 8-10 sm dərinlikdə kül və kömür qırıqları aşkar edilir. Qeyd edək ki, yaşayış evinin şimal divarı bütünlüklə şərq divarı isə 1,4-1,6 m hündürlükdə dağa söykənərək işləndiyindən evin yarımqazma şəklində işləndiyini düşünmək olar. Lakin divarların ətrafın-da aşkar edilmiş çiy kərpiclər vaxtilə bu yaşayış evinin ikinci mərtəbəsinin olduğunu söyləməyə əsas verir. Bu fikri ikinci otağın cənub-qərb küncündə işlənmiş pilləkən də sübut edir. Qapı yeri də məhz ikinci mərtəbə işlənərkən tutulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu ənənə, yəni, ikinci mərtəbə tikilərkən alt mərtəbənin qapısının tutularaq oraya giriş yolunun ikinci mərtəbədəki otağın döşəməsindən açılması ənənəsi Plovdağın son tunc dövrünə aid yaşayış evlərində də aşkar edilmişdi. Yaşayış evlərinin bu şəkildə «qapalı» tikilməsini V.M.Sısoyev Xaraba-Gilan yaxınlığındakı Kələntərdizə kəndinin XIX əsrdə tikilmiş yaşayış evlərini təsvir edərkən diqqəti çəkir və bunun tez-tez baş verən hücumlardan qorunmaq məqsədilə müdafiə xarakteri daşıdığını göstərir. Beləliklə, yaşayış evlərinin tikinti ənənəsinin min illərlə davam etdiyini görürük. Lakin bizim fikrimizcə alt mərtəbələrin qapalı tikilməsinin əsas səbəbi, burada saxlanılan ərzaq məhsullarının daha yaxşı qorunması olmuşdur. Otağın qapalı olması onların oğrulardan qorunmasını, eyni zamanda sabit temperaturda yaxşı saxlanmasını təmin edirdi. Bu ənənə XX əsrin sonlarına qədər davam etmişdir və belə evlər indi də qalmaqdadır. Xalq arasında bu otaqlar «alt ev» və ya «alt otaq» adlanır.
Qazıntı sahəsi məhdud olduğundan yaşayış evi kompleksi tam açılmamışdır, ona görə də təsərrüfat və məişət tikililərinin yaşayış otaqları ilə əlaqəsi hələlik müəyyən edilməmişdir. Bu tikililər kompleksin şərq tərəfində yerləşir. Belə ki, ikinci otaqdan şimal tərəfdə və kompleksin qərb tərəfində divar qalıqları izlənmədi. Kompleksin cənub tərəfi dağın zirvəsinə tərəfdir və burada torpağın tamlığı pozulmamışdır. Kompleksdən şərq tərəfdə isə divar qalıqları davam edir və kompleksə aid müxtəlif təyinatlı tikililərin burada olması ehtimalı böyükdür.
Qazmtı sahəsinin ən maraqlı yeri birinci otağın cənub-qərb küncü və ona yaxın hissədir. Burada iri həcmli təsərrüfat küpünün qalıqları, dübək daşı, dördbucaq formalı ortası oyulmuş məsaməli daş, dən daşının bir hissəsi və müxtəlif keramika qalıqları aşkar edildi. Bunların qərb tərəfində 40 sm enində daşla işlənmiş divar, şərq tərəfində isə 10-12 sm enində möhrədən hazırlanmış (nazik divar) bad vardır. Badın bir hissəsi birinci otağın cənub divarının altında otağın içərisinə tərəf 55-60 sm davam edir və onu divarın özül daşlarından 20 sm-lik torpaq qatı ayırır. Bunlar ikinci tikinti dövrünə aiddir və otaqlarla heç bir əlaqəsi yoxdur. Aşkar etdiyimiz tikinti kompleksi özündən əvvəlki tikililərin xarabalıqları üzərində salınmışdır. Əvvəlki dövrün tikililərinin qalıqları qazıntı sahəsinin qərb tərəfində iki yerdə aşkar olundu. Biri aşkar edilmiş materiallara yaxın yarımdairəvi formada işlənmiş otağa aiddir. Burada yalnız iki cərgə fundament daşları salamat qalmışdır. Digəri 2 N°-li otağın qərb divarının altında və ondan qərb tərəfdə aşkar edildi. Burada da divar dairəvi planda, yanı üstə qoyulmuş iri həcmli dağ daşları ilə işlənmişdir. Burada qazıntı davam etdirilərkən ikinci tikinti dövrünə aid divardan 0,5 m aşağıda – 1,3 m dərinlikdə, cənub-qərbdən şimal-şərqə doğru uzanan daşla işlənmiş daha bir divarın qalıqları aşkar edildi. Bu divar Rəsul dərəsi tikililərinin hələlik aşkar edilmiş ən qədim dövrünə aiddir. Qeyd edək ki, eyni vəziyyətə Sumbatan dağının

üzərində aparılan qazıntılarda da rast gəlinir. Lakin orada ən üst təbəqədə qəbir abidələri yerləşir.
Rəsul dərəsi yaşayış yerində aşkar edilən tapıntılar içərisində çeşidinə, formasına və naxışına görə zəngin keramika nümunələri diqqəti cəlb edir. Bunlar, əsasən, qara, çəhrayı və boz gilli qablara məxsus fraqmentlərdir. Çəhrayı gilli qablar az qarışıqsız olub keyfiyyətli bişirilmişdir. Qara gilli qabların tərkibinə qum və ovulmuş qarğa duzu qatılmış, bəziləri (süfrə qabları) yaxşı, bəziləri isə (qazan və cölməklər) orta keyfiyyətdə bişirilmişdir. Boz gilli qablar azlıq təşkil edir, gili, əsasən, qarışıqsızdır, yaxşı bişirilmişdir. Suyun hopmaması və qabın tez sıradan çıxmaması üçün bəzi qabların üzəri yaxşı şüyrələnmiş, əksər qabların üstü isə qara, qırmızı, boz və qəhvəyi rəngli anqobla örtülmüşdür. Qırmızı və çəhrayı anqobdan ən çox çəhrayı gilli süfrə qablarında istifadə olunmuşdur. Bunlar, əsasən, kasa, piyalə, boşqab, vaza və s. qablardır. Kasalar yarımsferik gövdəli, düz və ya dabanlı oturacaqlı olub qısa bortu vardır və ağzının kənarı getdikcə sivriləşir. Boşqablar oxşar formalı olub, yaylım gövdəli və ən çox düz oturacaqlıdırlar, ağızlarının kənarında iki deşiyi olan, üfüqi vəziyyətdə qövs şəklində qulpa oxşar çıxıntı (rudiment) vardır. Belə deşikli çıxıntılara ən çox e.ə. VIII-VI əsrlərə aid Muncuqlutəpə nekropolu boşqablarında rast gəlinir.
Vazaların yuxarı hissəsi boşqablara oxşasa da onların petləyə oxşar qulpu, hündür dabanlı və ya aşağıya doğru genişlənən silindrik formalı oturacaqları vardır. Gövdə hissələri ya qırmızı anqobla örtülmüş, ya da çəhrayı anqob üzərindən qırmızı və ya qəhvəyi boya ilə həndəsi ornamentlərlə naxışlanmışdır. Naxışlar içərisində enli zolaqlarla salınmış üçbucaqlara daha çox rast gəlinir. Üçbucaq naxışlara qara gilli qabların da üzərində təsadüf edilir. Lakin bu qablarda naxış 2-3 mm enində oval ucluqlu alətlə cızma üsulu ilə salınmışdır. Qara gilli qabların üzərində şaquli zolaqlardan ibarət şüyrə naxışlı nümunələrə də rast gəlinir.
Əldə edilən daş alətlər dən daşlarından, dübəyin alt və üst daşlarından, daş baltalardan, daş qablardan və bir ədəd daş qəlibdən ibarətdir.
Qəhvəyi rəngli, üzərində ətrafı ağ zolaqlı, ortasında tünd rəngli, nöqtəli boz dairələri olan daş diqqəti cəlb edir. Daş uzun müddət əldə gəzdirildiyin-dən hamarlanmışdır, nə məqsədlə istifadə olunduğunu müəyyən etmək çətindir.
Rəsul dərəsində aparılan arxeoloji qazıntıların mühüm əhəmiyyəti vardır. Bu qazıntılar Sumbatan dağında aparılan qazıntıları tamamlamaqla Gilançay vadisinin e.ə. I minilliyə aid yaşayış evləri, müdafiə tikililəri və dini xarakterli tikililəri haqqında çox dəyərli bilgilər verir.
Məlumdur ki, Xaraba-Gilan arxeoloji ekspedisiyası keçən əsrin 80-ci illərindən indiyədək e.ə. I minilliyə aid Xalı-Keşan, Dəlmə, Mərdan gölü və Muncuqlu təpə kimi nekropolları kompleks şəkildə tədqiq etsə də bu nekropolların yaşayış yerləri hələlik aşkar edilməmişdir. Sumbatan dağında və Rəsul dərəsində aparılan arxeoloji tədqiqat işlərinin nəticələri bu çatışmamaz-lığı aradan qaldırır, ilk dəmir dövrü və antik dövr abidələrini kompleks şəkildə öyrənməyə imkan verir.

 

Results Of New Excavations In Rasul Darasi Hole

Bahlul Ibrahimli, Nasir Quluzadeh, Qudrat Ismayilzadeh

Summary

In 2009 the second unit of Haraba-Gilan archaeological expedition Institutute of Archaeology and Ethnography of Azerbaijan National Academy of Sciences started excavations in Rasul Darasi settlement located in SabirvillageofNakhchivan AutonomousRepublic ofAzerbaijan. The excavations were led on two sites (area of 208 km). One of excavations was in the centre of the monument, another one in southwest part, on the slope ofDayirmanDagMountain. The remains of houses were found on the first site. The foundation and low parts of houses are made of stone rocks of volcanic origin. The upper part is made of mud-brick. House consists of several extensions of the economic and domestic purposes, closets and small yard. Pantry located in the central part of the house has a small footprint. There are no windows. The inside yard has tiled floor.

The second site has 3 construction periods. The upper buildings are dated back to the beginning of AD; the lowest is the first half of the II millennium B.C. Many ceramics and stone tools have been found during excavations. The ceramic material consists of pink clayed vessels with geometric ornament and red painting. The matrix for making of bronze hammers is made of grey tuphit arouses a great interest.

The excavations on Rasul darasi settlement are of particular importance for complex study of early Iron Age and antique periods.

 

Результаты новых раскопок в урочище расул Дараси

Бахлул Ибрагимли, Насир Гулу заде, Гудрат Исмаилзаде

Резюме

В 2009 году второй отряд Хараба-Гиланской археологической экспедиции Института Археологии и Этнографии НАНА начал раскопки на поселении Расул дараси, расположенном на территории с. Сабир Ордубадского района Нахчыванской АР Азербайджана. Раскопки были проведены на двух участках (общей площадью 208 кв.м): один – в центре памятника, другой – в юго-западной части, на пологом склоне Дайирман-дага. На первом участке были обнаружены остатки жилых домов. Фундамент и нижние части домов сложены из камней горных пород вулканического происхождения, верхняя часть – из сырцового кирпича. Дом состоит из нескольких пристроек хозяйственного и бытового назначения, кла довки и маленького внутреннего двора. Примечательно, что кладовка находится в центральной части дома, имеет малую площадь, входной проём, окна отсутствуют. Внутренний двор застлан плиточными камнями.

На втором участке обнаружены три строительных периода. Верхние постройки относятся к началу нашей эры, а самая нижняя – к первой половине первого тысячелетия до нашей эры. При раскопках обнаружены в огромном количестве керамика и каменные орудия труда. Керамический материал представлен в основном, фрагментами розовоглиняных сосудов, с геометрическим орнаментом красной росписью. Среди каменных изделий привлекает внимание матрица для изготовления бронзовых молотов, сделанная из серого туфита.

Раскопки на поселении Расул дараси имеют огромное значение для комплексного изучения памятников эпохи раннего железа и античного периода.

Leave a comment

Your comment