SUBPROTOGEOMETRIC FEATURES OF NAHACIR CERAMICS
SUBPROTOGEOMETRIC FEATURES OF NAHACIR CERAMICS
Zakir Rzayev
Summary
In this article the author researches the subprotogeometric features of the ceramic handicrafts of the Middle Bronze age. As a result of research it has been proved that ceramics handicraft was not appeared on the basis of dispersing. It was originated from the specific features of ancient cultures and had the local character.
СУБПРОТОГЕОМЕТРИЧЕСКИЕ СВОЙСТВА КЕРАМИКИ
НАХАДЖИРА Закир Рзаев
Резюме
В статье автор исследовал субпротогеометрические свойства керамического мастерства в Нахаджире в среднем бронзовом веке. Доказано, что керамическое мастерство Нахаджира получено не дисперсионным путём, а возникло на специфических свойствах древней культуры и носит локальный характер.

Nəhəcir nekropolundan tapılmış keramika
NƏHƏCİR KERAMİKASININ SUBPROTOGEOMETRİK XÜSUSİYYƏTLƏRİ
Zakir Rzayev
(AMEA Naxçıvan Bölməsi)
Nəhəcirin orta tunc dövrünə aid yaşayış yeri və nekropolu müasir Nəhəcir kəndi ilə Nəhəcir dağı arasındakı ərazidə yerləşir. Təqribən 10 ha-a qədər sahəni əhatə edən yaşayış yeri və nekropolda geniş arxeoloji qazıntı işləri aparıl-masa da abidə həmişə tədqiqatçıların diqqət mərkəzində olmuş və buradan müxtəlif vaxtlarda boyalı qablar, daş alətlər və s. əldə edilmişdir. Nəhəcirin boyalı qabları üzərində əsasən qara boya ilə işlənmiş həndəsi naxışlara daha çox rast gəlinir (Şək. 1). Bu ornamentlər içərisində semantik xarakter daşıyan təsvirlərə də təsadüf edilmişdir. Belə semantik süjetlərdən biri keçinin boğazına bağlanmış ipdən tutaraq əllərini səmaya açan kişi təsviridir (2,s.375). Ehtimal ki, burada allahlardan birinə qurban gətirmiş və arzularının qəbul olunması üçün dua edən insan təsvir olunmuşdur. Ola bilsin ki, bu təsvir Naxçıvan ərazisində yaşamış tayfalar arasında geniş yayılmış qədim mifoloji süjetlərdən biridir.
Nəhəcir yaşayış yerinin qəbristanlığı-nekropol yaşayış yerinin şimalında yerləşir. Nekropol, əsasən torpaq və daş kurqanlardan ibarətdir. Torpaq kurqanlar yaşayış yerinin ilk dövrlərinə aiddir. Kurqanlardan əldə edilən monoxrom boyalı qabların üzƏrindəki müxtəlif həndəsi naxışlar, insan və heyvan təsvirləri Gəmiqayanın bir qrup təsvirləri ilə çox oxşardır (2, s.378).
Nəhəcir yaşayış yerindən tapılmış boyalı qabların dövrü həblik dəqiqləş-dirilməmişdir. Bu qabları, O.Həbubullayev e.ə XVIII-XV əsrlərə, V.Əliyev e.ə. XVIII-XVII əsrlərə, A.Seyidov və V.Baxşəliyev isə e.ə. III minilliyin II yarısından e.ə. II minilliyin əvvəllərinə qədər olan bir dövrə aid etmişlər (5, s. 22).
Arxeoloji ədəbiyyatda boyalı qablar mədəniyyətinin eramızdan əvvəl V minillikdən başlayaraq Aralıq dənizindən Çinə qədər böyük bir ərazidə yayılması haqqında müəyyən fikirlər formalaşmışdır (6,s. 154). Bu fikri irəli sürən tədqiqatçılar boyalı qablar mədəniyyətinin, bir mədəniyyətin etnik daşıyıcıları vasitəsilə-dispersiya yolu ilə ərazimizə yayılması və təşəkkül tapması ideyasını irəli sürsələr də, bunların heç biri indiyədək elmi konsepsiya şəklini almamışdır. Lakin son illər Leylatəpə mədəniyyətinin geniş tədqiqi nəticəsində müəyyən etnik qrupların Mesopotamiyadan gəlib Azərbaycan ərazisində məskən salması haqda fikirlər artıq öz təsdiqini tapmaqdadır. Həmin etnik qrupların fəaliyyəti Leylatəpə mədəniyyətinin bütün sahələrində, xüsusən keramika istehsalında özünü daha aydın göstərir.
Sənətkarlığın erkən yaranmış və qədim insanların həyatında mühüm rol oynamış sahələrindən biri olan keramika istehsalının ilkin olaraq harada formalaşmasını söyləmək olduqca çətindir. Ona görə ki, keramika sənətkarlığı üçün lazım olan gil və ona qarışacaq komponentlərə dünyanın əksər yerlərində rast gəlmək olar. Boyalı qablar mədəniyyətində qabların formasına, naxış motivlərinin müxtəlifliyinə və ornamentlərin evolyusiyasına əsaslanaraq bu mədəniyyətin hansı ərazidə inkişaf edərək bir «məktəb» halına gəlməsini böyük ehtimalla söyləmək olar.
Orta tunc dövrü böyük bir zaman kəsiyini əhatə edir. Bu dövrdə mövcud olmuş mədəniyyətlərdən hansının daha tez təşəkkül tapması və dominant-lığı haqqında qəti elmi fikirlər yoxdur (3,s.l48). Bu səbəbdən keramika sənət-karlığının bir ərazidən digərinə dispersiya yolu ilə yayılmasını tutarlı faktlarla sübut etmək lazımdır.
İkinci əmək bölgüsündən sonra, sənətkarlığın müstəqil bir sahə kimi ayrılması tayfa daxilində peşə çevrilişinə səbəb olmuşdur. K.L.Kramli «qravitasiya» (cazibə) modelinə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, peşəkarlıq eyni istehsal sahəsilə məşğul olan tayfaların bir-birləri ilə əlaqəsindən yaranmış və bu zaman başlıca olaraq texnoloji yeniliklər mübadilə edilmişdir (7, s.7). Bunlar onu göstərir ki, boyalı qablar mədəniyyətinin kənardan gəlməsi haqqındakı fikirlər məntiqə uyğun deyildir. Cənubi Avropadan Çinə qədər yayılmış bir mədəniyyətə aid bütün abidələrin maddi-mədəniyyət nümunələrinin mükəmməl analizləri olmadığından bu mədəniyyətin ilkin olaraq əvvəl harada yaranması ideyasını müdafiə etmək olduqca çətindir.
Molumdur ki, On Asiyanın eneolit dövrü boyalı qabları arasında Kür-Araz mədəniyyəti ilə kəsilən böyük fasilənin olmasına baxmayaraq, orta tunc dövrü boyalı qablarında eneolit dövrü boyalı keramikasının forma və naxışlanma motivlərinin təkrarlanması onlar arasında müəyyən genetik bağlılığın olduğunu göstərir (4,s.l08).
A.Seyidovun təsnifatına görə, orta tunc dövrü keramikasının birinci qrupuna daxil olan qara cilalı, cızma və basma naxışlı qablar Naxçıvan və Urmiya ətrafı abidələrdə geniş yayılmışdır (1 ,s. 136).
Subprotogeometrik xüsusiyyətlərə görə, keramika məmulatının yayılma arealının təyin edilməsi həmin ərazidə hansı mədəniyyətin daha çox təsir gücünə malik olduğunu söyləməyə əsas verir. (Subprotogeometriya hər hansı bir maddi-mədəniyyət nümunəsinin özündən əvvəlki abidələrdən tapılmış bənzərləri ilə müqayisəsidir-Z.R.). Tədqiqatlar göstərir ki, Nəhəcir keramikası lokal xüsusiyyətlərə malik olmaqla, Kür-Araz mədəniyyətinin ənənələri əsasın-da formalaşmış və təşəkkül tapmışdır.
Maddi mədəniyyət nümunələrinin müqayisəli təhlilinə və mənbələrə əsaslanaraq demək olar ki, subprotogeometrik xüsusiyyətlər iki formada yayıla bilərdi.
1. Subproto forma oxşarlığı
2. Geometrik ornament bənzərlikləri.
Subproto forma oxşarlıqlarına gəldikdə keramika məmulatlarının yerli tayfalara aid olmasını söyləmək çətindir. Belə ki, qabları hazırlayan sənətkarlar ona istənilən formanı verə bilərdilər.
Əldə hazırlanmış qablarda simmetriyaya tam əməl edilməmiş, kənarları basıq olmaqla onlar açıq kürələrdə bişirilmişdir. Gilin keyfiyyətinin aşağı olması və bişirilmə texnologiyasındakı naşılıqlar səbəbindən də qablar deformasiyaya uğraya bilərdi. Dulus çarxında hazırlatmış qablara gəldikdə isə, bu qab-ların keramik xəmiri çox plastik olmalı idi ki, dulusçu ona istənilən formanı verə bilsin. Forma oxşarlıqları dulusçunun bu sahəyə maraq dairəsi və о dövr sənətkarlığındakı modernizasiya ilə də bağlı ola bilərdi. Qabların ağızlarının və qulplarının formalarına gəldikdə isə bunların bir mədəniyyətdən digərinə dispersiyası bir qədər inandırıcı görünür. Ancaq burada da önə çıxan əsas problem qulpların qablara sonradan yapışdırılmasıdır. Hələlik Nəhəcirdə qulplu qablara rast gəlinməmişdir. Qulpun qaba möhkəm yapışdırılması texnoloji yenilik kimi dispersiya oluna bilərdi. Qulplar üzərindəki ornamentlər dulusçunun şəxsi düşüncə tərzi ilə bağlı olsa da onların başqa bir qabdan götürüldüyünü istisna etmək olmaz. Geometrik xüsusiyyətlərdə isə bu dispersiyanı aydın görmək olar. Ornamentlər ilkin olaraq qədim insanların həyat tərzi, dünyagörüşü və dini baxışları ilə bağlı olsalar da zaman keçdikcə onlar semantik mənasını itirmiş və onlardan adi bəzək kimi istifadə olunmuşdur. Ornamentoloq P.Okladnikov qeyd edir ki, məişət əşyaları və silahlar üzərindəki naxışlar sırf dünyagörüşü ilə bağlı olmamış, sadəcə bəzək elementi kimi vurulmuşdur (8, s. 102). Bryan Scntesin fikrinə görə isə, yerli istehsala aid keramika məmulatı üzərindəki cizgilər ənənəvi xarakter daşımış və bunun digər ərazilərdə rast gəlinməsi təsadüfdən deyil, müəyyən əlaqələrin transformasiyası nəticəsində baş vermişdir (12,s. 143-147).
Nəhəcir qabları üzərində I Kültəpə keramikası üçün xarakterik olan naxış-ların və Gəmiqaya təsvirlərinin motivlərinə uyğun ornamentlərin olması göstərir ki, bu bölgədə yaşayan tayfaların dulusçuluq sənətində keramikanın naxışlanması lokal geometrik faktorlara əsaslanmışdır.
ilk tunc dövrünün iri həcmli badya tipli qablarını orta tunc dövründə yayılan boyalı qabların prototipi hesab etmək olar. Bu tip qablara Qaraçuğ, Çalxanqala, Qıvraq və digər abidələrdə də təsadüf olunur (1l,s.94).
Kür-Araz mədəniyyəti üçün xarakterik olan çəhrayı astarlı qabların Nəhəcir ərazisində aşkar edilməsini bu ərazidə keramika sənətkarlığının subproto xüsusiyyətlərindən hesab etmək olar.
Arxeoloq V.Baxşəliyev hesab edir ki, Azərbaycanda məskunlaşan bəzi tayfalar eneolit dövründən ilk tunc dövrünün sonuna qədər burada qapalı həyat sürmüş, е.ə. III minilliyin sonlarında güclənərək tarix səhnəsinə çıxmışlar. O, orta tunc dövrü boyalı qablar mədəniyyətinin yaranma ocağının Azərbaycan olması fikrindədir (l,s. 147).
Yaxın Şərq, Fələstin və Suriya ərazisindən Aralıq dənizinin Avropa hissəsinə keramika sənətkarlığının dispersiyası ticarətin inkişafı ilə yayılmışdır (13,s.98-99). A.Y.Soqomonovun fikrinə görə, bu yayılma keramika sənətinin inkişafı nəticəsində baş vermişdir (9,s.37). Suriya ərazisindəki qazıntılara əsaslanan ərəb tədqiqatçısı A. Süleymana görə, bu ərazidəki keramika yerli istehsalın məhsulu olsa da, forma və ornament etibarilə müəyyən bir mədəniyyətlə oxşarlıqları vardır ki, bu da çox güman, onların bir mədəniyyətin təsiri altında olduqlarını göstərir (10,s. 130).
Belə bir nəticəyə gəlmək olar ki, Nəhəcir keramikası erkən tunc dövründə, Naxçıvan ərazisində yaşamış qədim tayfaların mədəni irsini davam etdirməklə lokal xarakter daşımış və həmin tayfaların subprotogeometrik ənənələrini davam etdirmişdir. Qeyd etmək lazımdır ki, monoxrom və polixrom boyalı qabların rənglənməsində istifadə olunmuş auropiqment və realqar mineralların, boyalı qablar mədəniyyətinin yayıldığı geniş bir ərazi hesab olunan On Asiya, Yaxın Şərq, Cənubi və Şimali Qafqazda yeganə yayıldığı areal Culfa rayonu ərazisindədir. Bütün bunlar göstərir ki, Nəhəcirin dulusçu sənətkar-ları qədim ənənələri davam etdirmiş, onların boyalı qablar istehsalında yaratdığı yeniliklər qonşu ərazilərə də üz müsbət təsirini göstərmişdir.
ƏDƏBİYYAT
1. Baxşəliyev V. Naxçıvanın qədim mədəniyyətinin etnik mənsubiyyəti. Naxçıvan: tarixi gerçəklik, siyasi durum, inkişaf perspektivləri. Naxçıvan, 2006, s. 144-157.
2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008.
3. Rzayev Z. Qədim dövr Nəhəcir tayfaların iqtisadi-mədəni əlaqələri. NMR yaranması: tarix və müasirlik. Bakı, Nurlan, 2007, s. 145-153.
4. Seyidov A. Naxçıvan tunc dövründə. Bakı, Elm, 2002.
5. Seyidov A , Baxşəliyev V. Nəhəcirdə arxeoloji araşdırmalar. Bakı. Elm, 2002.
6. Абибуллаев О. Əнеолит и бронза на территории Нахичеванской АССР. Баку, Əлм,1982.
7. Афанасьев Г.Е. Археологическая разведка на новостройках и пространст¬венный анализ. Краткие сообщения, ИА АН СССР, №196, Москва, 1989.
8. Окладников П.А. Утро искусства. Ленинград, Наука,1967.
9. Согомонов Л.Ю. Субпротогсометрическая керамика на востоке. Типология, хронология, дисперсия. Советская археология, Москва, 1988, №, с. 37-54.
10. Сулейман А. Раскопки памятников раннего и среднего бронзового века в городе Алеппо. Советская археология, Москва, 1983, №4, с. 125-137.
11. Belli О, Bahşeliyev V. Nahçivan bölgəsində orta və son tunc çağı çanak-çömlek kültürü, Istanbul. Kanat basınevi, 2001.
12. Scntcnje B. A vord juide to traditional tejhniques. Times And Hudson, 2004.
13. Siras P. The North\ East Sonetuare And the pirst settinq of Qreks in Suria And
It has always fascinated me that ancient ceramics even exist, especially after watch the modern ways of making it from television shows such as How its Made.
Not to mention the designs that these ancient societies came up with which I believe definitively reflected their culture as they new it.