RESEARCH OF MATERIALS FROM HISTORICAL- REGIONAL MUSEUM OF QAKH REGION


Badirdjahan Amrullakh gizi
Summary

The territory of Kakh region is of great importance from the archeological point of view. The territory is rich with different tipes of monyments dating Ьаск to various period of ancient history. Nowadays these monuments are not studied properly. Some fragments of archeological findings are mostly found during the agriculture activities and excavation in this territory. Some of these findings are conserved in the local regional-history museum.
The author of the article investigates archeological foundings of ancient and mid¬dle ages connected with archeology of Azerbaijan spread on this territory.
The researcher also gives information about nearly found archeological foundings Kept in local museums.

К ИССЛЕДОВАНИЮ АРХЕОЛОГИЧЕСКИХ МАТЕРИАЛОВ ИЗ КАХСКОГО ИСТОРИКО-КРАЕВЕДЧЕСКОГО МУЗЕЯ
Бадирджохап Амруллах кыш
Резюме

Территория Кахского района представляет особый интерес для археологов, так как богата многочисленными памятниками разного периода и времен. В настоящее время эти памятники мало изучены и исследованы. Некоторые археологические материалы выявлены в результате сельскохозяйственных работ на этой территории. Ныне они хранятся в местном историко-краевечедском музее.
Автор статьи на основе античных и средневековых археологических находок исследует вопросы, связанные с археологией Азербайджана.
Статья представляет интерес не только для исследователей, а также для широкого круга читателей.

QAX TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏKİ ARXEOLOJİ MATERİALLARIN TƏDQİQİNƏ DAİR
Bədircahan Əmrullah qızı
(AMEA Arxeologiya və Etnoqrafiya institutu)

Elmi tədqiqatların aparılmasında, eləcə do gənc nəslin tariximizə hörmət ruhunda tərbiyə olunmasında tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatların rolu əvəzedilməzdir.
Qanıx (Alazan) çayı vadisi və ətraf ərazilərdən toplanmış arxeoloji materialların müəyyən hissəsini təsərrüfat işləri zamanı aşkar edilmiş tapıntılar təşkil edir. Diqqəti cəlb edən arxeoloji nümunələr kənd sakinləri və məktəblilər tərəfindən Qax rayon tarix-diyarşünaslıq muzeyinə təhvil verilmişdir. Nümayiş etdirilən arxeoloji materialların elmi dövriyəyə çıxarılmasının zəruriliyi baxımından muzey eksponatlarının arxeoloji tədqiqinin mühüm əhəmiyyəti vardır.
Qax rayonunun tarix-diyarşünaslıq muzeyi 1980-ci ilin avqust ayında ra¬yon mərkəzində tikilmiş binada fəaliyyətə başlamış, 1988-ci ildən isə yeni tikilmiş binaya köçürülmüşdür. Binanın ümumi sahəsi 1020 m , eksponatların nümayiş etdirildiyi sahə 890 m , muzey fondlarının mühafizəsi otağının sahəsi isə 60 m . Muzey rəhbərliyinin və əməkdaşlarının zəhməti nəticəsində nümayiş etdirilən eksponatlar qeydiyyata alınaraq, xronoloji qaydada qruplara ayrılmış, tarixləri göstərilmiş, qiymətli nümunələr isə müəyyən edilərək çəkilmiş. hazırlanma texnikası və başqa xüsusiyyətləri qeyd edilmişdir. Arxeoloji fondun təşkili, eksponatların qorunması və elmi cəhətdən tədqiq edilməsi davam etdirilir.
Muzeyin 11 salonunda nümayiş etdirilən eksponatlar içərisində antik və ilk orta əsrlər dövrünə aid gil qablar diqqəti daha çox cəlb edir. Arxeoloji nümunələrin çox hissəsi Qanıx (Alazan) çayı vadisində aşkar edilmişdir. Bu arxeoloji materialların tədqiqi, Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyası dövlətinin tarixinin hərtərəfli öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
AMEA-nın müxbir üzvü, t.e.d. İ.Babayevin tədqiqatlarına əsasən bu tapıntılar Qafqaz Albaniyasının antik və ilk orta əsrlər (e.ə. IV əsr – b.e. VII o.) dövrünə aiddir. (1) Bəzi qablar, gilinə narın qum, saman, qurumuş ot və s. Qatılaraq düzəldilmiş və dulus kürəsində bişirilmişdir. Gil qablar say etibarı ilə çох olmaqla, onların çeşidi də olduqca müxtəlifdir. Bu qablar özünəməxsusluğuna, zərifliyinə, naxışlarının orijinallığına, həmçinin ölçülərinə görə də biri-birindən fərqlənirlər. Arxeoloji tapıntılar Qax əhalisinin məişət həyatı, təsərrüfat fəaliyyəti, həmçinin dulusçuluq sənətinin inkişafına dair ətraflı məlumatlar əldə etməyə imkan yaradır.
Qanıx (Alazan) vadisinin qeyd etdiyimiz dövrə aid qəbir abidələrində aş-kar edilmiş tapıntılar arasında gil qablara daha çox təsadüf edilir. Onlar hazırlanma texnologiyasına görə iki qrupa bölünürlər:
a) əldə hazırlanmış;
b) dulus çarxında formalaşdırılmış qablar.
Əldə hazırlanan qabların üzərindəki naxışlar çərtmə və cızma üsulları ilə salınmış dalğavari, sınıq xəttlərdən ibarətdir.
Eksponatlar içərisində zoomorf qablar da vardır. Bu nümunələrin bəziləri Kürmuğ çay vadisinin qədim sakinləri arasında quşçuluğun, qoyunçuluğun, maldarlığın inkişafı və mühüm gəlir mənbəyi olması, həmçinin onların dini etiqadları ilə də bağlıdır. Arxeoloji qazıntılar zamanı keçi və qoyun skeletlərinin qəbirlərdən aşkar edilməsi buna bir daha sübutdur.
Gil qabların əksəriyyəti mətbəx və süfrə qalıqlarından ibarətdir. Bunların içərisində piyalə, kasa, küpə, nimçə, küzə, dolça, bardaq, sohəng, tava tipli qablara daha çox təsadüf olunur.
İlk orta əsrlər dövrünə aid olan qabların əksəriyyəti dulus çarxında hazırlanmışdır. Bu qabların üst hissəsi və divarları hamar olub təxminən eyni qalınlıqdadır. Həmçinin dulus çarxında hazırlanan qabların üzərində konsentrik xətlər vardır. Əldə düzəldilmiş qabların içərisi girintili-çıxıntılı olsa da, üst hissəsi əllə hamarlanaraq düzəldilmişdir. İ.Babayev hesab edir ki, antik dövrdə dulus çarxı olmayıb ona görə də belə qabları əllə hazırlamışlar. (2) Bir qayda olaraq е.ə. I minilliyin ortalarından 1 minilliyin ortalarına qədər qabların böyük əksəriyyəti bu ərazidə əldə hazırlanmışdır. Qax rayonu və ətraf ərazilərdən aşkar edilmiş bu tip qabların çoxu təsərrüfat küplərindən ibarətdir. Bu qablarda əsasən un, su, taxıl və s. ərzaq məhsulları saxlanılırdı.
1958-1959-cu illərdə Qanıx (Alazan) çayı vadisində aparılan arxeoloji qazıntılar nəticəsində qırmızı, boz, qara, rəngli və qlazurlu qablar tapılmışdır. (3) Həmçinin Ağyazı düzənliyinin Qıpçaq kəndindən 1 km şərqə yerləşən sahə-dən boz, qara, qırmızı rəngli saxsı qablar aşkar edilmişdir. Bunlar piyalə, kasa, süzgəc, küp, çölmək, nimçə, kuzə, bardaq, səhəng, tava, dolça tipli qablardır.
Qax tarix-diyarşünaslıq muzeyinin antik dövrə aid sərgi salonunda nümayiş etdirilən eksponatların çoxu Torpaqqala yaşayış yerindən aşkar edilmişdir. Bunlardan günəşin simvolik obrazı ilə bəzədilmiş qab (diametri – 4 sm, hündürlüyü – 13 sm), Lələli kəndindən tapılmış alt hissəsi dairəvi formada olan novalça ağızlı silindrik formalı qırmızı gilli qab (ağız hissəsi – 3 sm, diametri – 12 sm, hündürlüyü – 16 sm) diqqəti cəlb edir.
Ümumiyyətlə, Qanıx (Alazan) çayı vadisi və ətraf ərazilərindən aşkar edilən arxeoloji materiallar içərisində gil saman qatılmış saxsı məmulatına daha tez-tez rast gəlinir ki, onların da çoxu qəbirlərdə aşkar edilmişdir. Qablar əsa¬sən boz, qırmızı, sarımtıl-qırmızı, çəhrayı, narıncı rəngdədirlər. Bəzi qablar pis bişirildiyi üçün üzərində ləkələr əmələ gəlmişdir. Saxsı məmulatı forma müxtəlifliyinə görə aşağıdakı tiplərə ayrılır:
Küpə tipli qablar. Bu tip qablar Qax və onun ətraf ərazilərində qəbirlərdən əldə olunmuşdur. Qabın gilinə saman qatılaraq yaxşıca bişirilmişdir, səthində samanın yanmış izləri görünür. Qabın oturacaq hissəsi düz. enli, divarları qalın, bir az qabarıqdır. Dar boğazlı olub, ağızının кənаrı düzdür, yaxşı hamarlanmışdır.
Boşqab tipli qablar. Kürmükçay və Qanıx (Alazan çayı) vadisindən tapılan saxsı nümunələr içərisində boşqaba oxşar qablara da təsadüf edilmişdir. Qabların oturacağı düz və yastıdır, bəziləri üçayaqlıdır. Tərkibinə saman qatılmış, nisbətən kobud düzəldilmişdir.
Çölmək tipli qablar. Qabın ağız hissəsinin kənarı xaricə qatlanmışdır. Sa¬man qarışdırılmış gildən çox səliqəli düzəldilərək yaxşı bişirilmişdir. Gövdəsi qabarıqdır. Sarımtıl, boz rəngdədir. Oturacaq hissədən başlayaraq gövdəyə tərəf kəskin şəkildə daralır. Düz oturacaqlıdır. Səthi bəzi hissələrdə lay-lay qopmuşdur. Qabın üzərinə xətlərlə naxış vurulmuşdur, bəzi cizgilər pozulmuşdur.
Piyalə tipli qablar. Qax ərazisində aşkar edilən saxsı nümunələri içərisində piyalə tipli qablar daha çoxdur. Torpaqqala ərazisindən aşkar edilən piyalələr diqqəti cəlb edir. Onlar əsasən saman qatılmış gildən yaxşıca bişirilərək hazırlanmışdır. Oturacaqları düz olub, bir qədər içəriyə tərəf qabarıqdır, gövdəsi ağzına tərəf getdikcə genişlənir.
Kasa tipli qablar. Belə qabları 4 qrupa bölmək olar:
1. Gilinə həm bitki, həm də iri qum (çınqıl) qatılmış;
2. Həm bitki, həm də narın qum qatılmış;
3. Gilinə yalnız saman qatılmış;
4. Təmiz gildən hazırlanmış qablar. Bu qrupdan olan qablar həmçinin Kür-
muğ çay vadisi və ətraf ərazilərdə yerləşən abidələrdən də aşkar edilmişdir.
Qax tarix-diyarşünaslıq muzeyinin II salonunda mühafizə edilən maddi-mədəniyyət nümunələrinin arxeoloji təhlili bu ərazidə antik dövrə aid abidələrin daha çox dağıntıya məruz qaldığını bir daha sübut edir.
Bu abidələrdən əldə edilmiş maddi-mədəniyyət qalıqları içərisində dulusçuluq sənəti nümunələri xüsusi yer tutur. E.ə. I minilliyin ikinci yarısında əvvəlki gil qablarla yanaşı, yeni formalı saxsı qab nümunələri də yerli sənətkarlar tərəfindən düzəldilirdi. Qafqaz Albaniyasının bu tip saxsı qablan özünəməxsusluğu və keyfiyyətinin yüksək olmasına görə başqa ölkələrin saxsı qablarından fərqlənirlər. Belə qab nümunələrinə Qarabağ, Şirvan, Qazax, Gəncə, Şəki, Zaqatala, Balakən rayonlarının kəndlərində, qismən isə Gürcüstan və Da¬ğıstan ərazilərində rast gəlinir. Bu nümunələr Albaniyada dulusçuluğun yüksək inkişaf etdiyini göstərir.
Qax tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən saxsı qabların içərisində əl ilə hazırlanmış qablar çoxluq təşkil edir. Bu qablar zövqlə, simmetrik və çox keyfiyyətli düzəldilmişdir.
Muzeydəki arxeoloji materialların oxşarları Azərbaycanın Şəki, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında Cənubi Dağıstan, həmçinin Gürcüstan ərazisindəki həmin dövr abidələrdən aşkar edilmişdir (4). Tapıntılar göstərir ki, Qax rayonu və ətraf ərazilərdə müxtəlif tarixi dövrləri əhatə edən çoxlu sayda qəbir abidələri və yaşayış yerləri vardır. Bu abidələrin qeydə alınması, mühafizə olunması və arxeoloji cəhətdən tədqiq olunması yolunda iş aparılır.
Muzeydə toplanmış təsadüfi arxeoloji materialların öyrənilməsi sahəsində müəyyən işlər görülsə də, onların kompleks tədqiqinə ehtiyac vardır. Təqdirə-layiq haldır ki, həmin materilların əksəriyyəti eksponat kimi nümayiş etdirilir və tariximizin ictimaiyyətə çatdırılmasında bilavasitə iştirak edir.

ƏDƏBİYYAT
1. Бабаев И. Города Кавказской Албании. Баку, Элм, 1974, с. 236
2. Бабаев И. Yenə orada.
3. Abbasov N. Qədim Azəri yurdu – Qax. Bakı, 2000, s. 12
4. Османов Ф. История и культура Кавказской Албании. Баку, 2006, с. 264

Comments (1)

algarve luxury villasApril 7th, 2011 at 22:30

if you have Google chrome, try using its translation feature to translate this page. It is in Turkish by the way.

Leave a comment

Your comment