ANTRO- ZOOMORPHOUS CERAMICS OF HAJIGABUL REGION
Elmira Abbasova
Summary
This article is about antro- zoomorphous ceramics found in Hajiqabul region.
During the ploughing works in the village of Padarchol of Hajigabul region some fragments of men’s ceramic figures, animals and pottery have been found. Samples of pottery are of animal and bird form. The findings mostly refer to the antique period, as well as to the Early Middle ages.
АНТРОПОМОРФНАЯ И ЗООМОРФНАЯ КЕРАМИКА ИЗ ГАДЖИГАБУЛСКОГО РАЙОНА
Эльмира Аббасова
Резюме
При различных земляных работах в окрестностях селения Падарчёл Гад¬жи! абулского района были найдены глиняные фигуры человека, животных, а также целые глиняные сосуды, формы которых напоминают животных и птиц.
Они в основном датируются античным периодом. Но изредка эти находки встречаются и в памятниках раннего средневековья.
HACIQABUL RAYONU BÖLGƏSİNDƏ TAPILAN ANTROPOMORF VƏ ZOOMORF KERAMİKA MƏMULATI
Elmira Abbasova
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Hacıqabul rayonunun Padarçöl ərazisində aparılan təsərrüfat işləri zamanı əldə edilən maddi mədəniyyət nümunələri içərisində antropomorf və zoomorf qablar diqqəti cəlb edir. Tarixin müxtəlif dövrlərində yaşamış insanların dini baxışlarının, dünyəvi və estetik zövqünün aydınlaşdırılmasında, onların həyat tərzinin öyrənilməsində bu tapıntıların əhəmiyyəti danılmazdır. Zoomorf qabları əsasən iki qrupa bölmək olar. Birinci qrupa bütövlükdə heyvana və ya insana bənzər qablar və fiqurlar daxildir. Bu qablar, əsasən Mingəçevirdə (12, s. 49-54; 5, s. 82-84; 15, s. 103-140), Şamaxıda (10, s.85-95), Qaratəpədə (16,s. 1181-1184) və Hacıqabul rayonu ərazisində aşkar edilmişdir. Bütöv halda hazırlanan həmin fiqurlardan ən çox bəzək və suvenir kimi istifadə edildiyi ehtimal olunur.
Tədqiqatçıların fikrincə, zoomorf qabların hazırlanması və ya qab üzərində hər hansı bir heyvan surətinin çəkilməsi qədim insanların dini inamları ilə sıx bağlı olmuşdur. Fikrimizcə, bu rəsmlər şər ruhların qablara daxil olmasının qarşısını almaq məqsədilə çəkilmişdir. Yəni, bu heyvanlar bir növ şərti olaraq qabın mühafizəçilərinə çevirilirdilər. Belə qabların əksəriyyəti qəbirlərdən və yaşayış yerlərindən tapılmışdır. Mühafizəedici xarakterə malik olan qablar həm məişətdə, həm də dəfn mərasimi zamanı işlədilmişdir.
İkinci qrupa daxil olan zoomorf saxsı qabların üzərində quşun və ya heyvanın başı, gözləri və ya buynuzları formasında yapma bəzəklər vardır. Orta əsr Ərəbşahverdi yaşayış yerindən tapılan və Əli Bayramlı rayon Tarix-Diyarşünaslıq muzeyində saxlanılan bir qabın dörd tərəfində, yapma üsulu ilə salınmış, qoç buynuzları formasında bəzəyi vardır.
Totemizmin insanların həyatında hakim rol oynadığı vaxtlarda totemin onun himayəsində olan bütün varlıqları şər qüvvələrdən qoruduğu ehtimal olunurdu. İnsanların təbiətlə sıx bağlılığı şəraitində və ondan bütünlüklə asılı olduğu dövrdə meydana gələn və ən qədim inamlardan sayılan totemizmin qalıqlarına indiki zamanda da rast gəlmək olar. Bu gün də Azərbaycanda evlərin, həyətlərin ala qapılarında, hasarlarda, əkin və bostan sahələrində müxtəlif heyvanların kəlləsi və ya buynuzları asılır. Onların həyəti, evi və adamları şər qüvvələrdən, pis gözlərdən qoruduğu güman edilir.
Qədim zamanlarda totemə sitayiş dünyanın hər yerində mövcud idi. О cümlədən, Orta Asiya xalqları arasında da geniş yayılmışdı. Burada ölü ilə birlikdə dağ keçisinin buynuzlarını da qəbrə qoyurdular. Bəzi tədqiqatçıların fik¬rincə, totemə sitayişin əsasını insanların heyvanlarla qohumluq əlaqəsi kimi də başa düşmək olar (19,s. 182-183; 20, s. 19-40,. 60-63).
Zoomorf qabların müəyyən qrupu məhsuldarlıq ayini ilə bağlı olmuşdur. Mifik inanclar nəzərə alınsa, demək mümkündür ki, üzərində qoç buynuzu təsvir olunmuş qablarda onlar qabın içərisində olan mayenin (süd, qatıq, yağ, və.s.) qoruyucusu sayılmışlar. Bu da məhsulun daha bərəkətli olmasını təmin edir (13, s.173-218).
Keramika məmulatı içərisində insan və heyvan fiqurlarına da rast gəlinir. Azərbaycanın Cənub bölgəsində aparılan arxeoloji qazıntı işləri zamanı tapılan zoomorf fiqurlar içərisində qoyun fiqurları çoxluq təşkil edir. Tədqiqatlarda bu tipli nümunələr «zoomorf» qablar anlayışı kimi verilir və onların Azərbaycanın demək olar ki, bütün ərazilərində geniş yayıldığı qeyd olunur (1 ,s. 140-147).
Aşkar edilən qoyun fiqurlarının bəzilərinin yapma qulaqları (şək. 1,2), bir çoxlarının isə burulmuş buynuzları, kəsilmiş quyruğu olub, gözləri kiçik düyməcik formasında qoyulmuşdur (şək.3). Onlardan birinin beli bir qədər çökək olub, böyründə iki basma düyməcik vardı (şəkil, 4; 4a).
Tədqiq olunan zoomorf fiqurlar içərisində müxtəlif ölçülü at (şək.5) və bir ədəd xallı bəbir (şək. 1,6) fiquru da vardır. Bu at fiqurlarının belində yəhər təsvir edilmişdir (şək. 1,7,8). Birinin sifəti yastı olub, ağzı cızma xətlə, gözləri kiçik nöqtələrlə və burnu yapma üsulla işlənmişdir. Atın quyruğu yığılıb düyünlənmiş, ayaqları isə şahə qalxmış şəkildə təsvir edilmişdir (şək. 1,7). Başqa bir at fiquru isə əvvəlkilərdən fərqli olaraq uzunsifətli olub, belində yəhəri vardır. Sifətin yuxarı tərəfindəki oyuqlar onun gözünü xatırladır (şək.8). Belə yığcam bədənli və yəhərli at fiqurları İsmayıllı rayonu Mollaisaqlı yaşayış yerindən də aşkar edilmişdir (10,s.95). Salyanın Qırxçıraq və Dəvəçi rayonunun Şabran (13,s.203-205), Beyləqan (3,s.207-209) və Qəbələ (4) orta əsr yaşayış yerlərindən aşkar edilmiş gil və metaldan hazırlanmış at fiqurları da məlumdur (7,s. 110-122).
Ördək formalı iki qabdan biri enli ağızlı, tutacaq formalı quyruğa malikdir. (şək. 1, 9), digəri isə birinciyə nisbətən kiçik və dar ağızlıdır (şək.10). Güman olunur ki, ördək fiqurlu qablarda süfrəyə maye gətirilərkən istifadə olunurmuş.
Nümunələr içərisində gildən hazırlanmış müxtəlif ölçülü qadın fiqurları da diqqəti cəlb edir. Qadın fiqurları qırmızı və bozumtul rəng alana qədər bişirilmişdir, çox halda onların başı, qıçı və qolları sınmış haldadır. Məmulatın bi¬rinin ondamı iri və ətli, beli incə, yanları və çiyni qabarıq, sinəsi hamar, döşləri isə şişkin təsvir edilib (şək. 1,11). Baş hissəsi sxematik formada çalmalı olub, qolları dirsəkdən döşlərə tərəf hamarlanmışdır. Fiqurlardan birinin sinə-sində, belində yapma kəmər, beş ədəd saçaq, qarın hissəsində isə bir-birindən təxminən 4-5 sm aralı yapma belbağı işlənmişdir. Bunların arasında isə balıq rəsmi yerləşdirilmişdir. (şək.1,12).
Ehtimallara görə, bir tərəfdən bu balıq ovu ilə əlaqədar olmuş, digər tərəfdən isə bir çox dünya xalqlarında (18,s. 468-471) olduğu kimi, bolluq, nəsil artırma rəmzi olaraq qəbul edilmişdir.
Qadın fiqurunun birinin baş hissəsi sxematik işlənmişdir. Çiyinlərindən üzünə və sinəsinə doğru dörd hörük (hörüklərdən biri uc yerdə düyünlənmişdir), arxa tərəfdən isə iki hörük qadının belini qurşayır (şək. 1,13).
Digər qadın fiqurları, təsvirini verdiyimiz fiqurlardan bəzəyinə, forma və ölçülərinə görə fərqlənirlər. Üç qadın fiqurunun baş və boğaz hissələri sala-mat qalmışdır. Bunlardan biri yastı başlı, enli ağızlı və uzun boğaza malik olub, boğazını beş sıra yapma kobud boyunbağı bəzəyir. Burnunun sol tərəfində qoyulan kiçik nöqtə gözü ifadə edir, sağ gözünün üstünü cızma xətlərlə işlənmiş xırda rəmzi tüklər örtür. Fiqurun qulaqları yastı formadadır (şək. 1, 14). İkinci fiqurun ağzı açıq olub, ağ dişləri sıra ilə təsvir edilmişdir. Onun dik burnu və bir-birinə simmetrik olmayan kiçik gözləri vardır. Sol tərəfdən sifətinə doğru sallanan birçək qulağının üstünü örtür, arxa tərəfdə olan hörük isə boynuna qədər uzanır. Boğazmı gildən üç sıra muncuq düzülmüş sallama boyunbağı bəzəyir (şək.l, 15). Sonuncu qadın fiquru əvvəlkilərə nisbətən kiçik olub, bir-birindən l sm. aralı beş sıra nazik boyunbağısı vardır. Qartal dimdiyini xatırladan burnu və əvvəlkilərdən fərqli olaraq alnının ortasında iri oyuq (göz) vardır (şək. 1, 16).
İslamaqədərki dövrü əhatə edən, metal (3) və gildən hazırlanan qadın fiqurları Azərbaycan ərazisində geniş yayılmışdır. Bunu Azərbaycanın müxtəlif bölgələrində, о cümlədən Orənqala (3), Mingəçevir (17,s.73), Qəbələ (4) və s. yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş antropomorf fiqurlar da təsdiq edir. Qadın heykəllərinin hazırlanması qadının-ananın cəmiyyətdə və ailədə tutduğu mövqe ilə bağlı olmuşdur. Qadın heykəl-lorinin qəbirlərdən tapılması isə çox güman ki, ailə başçısını (ərini) itirən qadının əvəzində ərinin yanında dəfn edilməsi ilə əlaqədar olmuşdur.
Qədim inamlara görə ailə başçısını itirən qadın axirət dünyasında da ona qulluq etməlidir. Çılpaq qadın fiqurlarının kütləvi halda düzəldilməsi isə qurbankəsmə ayini ilə də bağlı ola bilərdi. Dinlərin bir-birini sıxışdırıb aradan çıxarması (əvvəl xristianlıq, sonra isə islam dininin) gil bütlərə və heykəllərə etiqadı azaltmaya bilməzdi. Bununla bağlı olaraq cansız bütlər və gil qadın heykəlləri canlı həyat səhnəsindən sıxışdırılıb çıxarılmış və torpağa basdırılmışdır (6,s. 80).
Orta əsr yaşayış yerlərindən tapılmış zoomorf fiqurlar və qadın heykəlləri yaxşı gildən yüksək səviyyədə hazırlanmışdır. Onlar qədim insanların dini inancları ilə bağlı olmaqla yanaşı Qafqaz Albaniyasının bədii sənətkarlıq nümunələri olmaq baxımından qədim incəsənət əsəri kimi də çox qiymətlidir (11.s.93-101; 14,s.82).
Yaranma tarixi daha qədimlərə gedib çıxan antropomorf fiqurların və heykəllərin mahiyyəti antik və ilk orta əsrlərdə bir qədər dəyişdirilmiş, orta əsrlərdə isə canlı həyat səhnəsindən tamamilə çıxarılmışdır.
Yerüstü əlamətlərinə görə orta əsrlərə aid olan Padarçöl yaşayış yerindən təsərrüfat işləri zamanı aşkarlanan antropomorf və zoomorf fiqurlar antik və ilk orta əsrlərə aid edilir (8, s.31-36; 9,s. 4-5).
Beləliklə, Hacıqabul rayonu ərazisində yerləşən abidələrdən əldə edilmiş antropomorf və zoomorf saxsı məmulatı bölgənin qədim əhalisinin dünya-görüşü, dini baxışları və dəfn adəti haqqında müəyyən təsəvvürlər yaradır.
ƏDƏBİYYAT
1. Ələkborov A.I. Cənub-Şərqi Azərbaycanda Qoyun ayini ilə bağlı maddi mədə-niyyət abidələri haqqında. Azərbaycan SSR EA xəbərləri. (Tarix, fəlsəfə, hüquq, seriyası, 1994, №1-4.
2. Xəlilov C.Ə. Xınıslı qədim yaşayış yeri. Azərbaycan SSR EA-nın xəbərləri. Bakı, 1961,t.4,№3.
3. Xəlilov M. C. Örənqaldan tapılmış metal fiqur mifik surət təsviri kimi. Azərbaycan MEA Folklor İnstitutu «Ortaq Türk keçmişindən Ortaq Türk Gələcəyinə» IV Uluslararası Folklor Konfransı. Bakı, Azərbaycan, 2006, 1-3 noyabr.
4. Qəbələ arxeoloji qazıntılarının 2006-cı il hesabatı.
5. Qolubkina T. Mingəçevir küp qəbirlərindəki ayin qabları. Qobustan jurnalı, 1987,
№2.
6. Qurani Kərim. Əl-Ənam (Davar) surəsi, ayə-5,6,19,22.
7. Nəcəfova N. Üzərində insan və heyvan təsvirləri verilən XII-XIII əsr Azərbaycan bədii məişət keramikası. Azərbaycan SSR EA xəbərləri (ictimai elmlər seriyası), 1961, №8.
8. Novruzlu Ə.I. Azərbaycanın yeni tikinti sahələrində arxeoloji tədqiqatlar, II cild. Bakı, Nurlan, 2003.
9. Novruzlu Ə.I., Qəhrəmanova S.M., Vəliyeva G.Ə. Qədim və müasir Əli Bayramlı şəhəri. Bakı, 2004.
lO.Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. (e.ə. IV- b.e III əsrləri), Bakı, Elm, 1982.
ll.Rzayev N.I. Zoomorf qablar Qafqaz Albaniyası bədii keramikasının xüsusi bir növü kimi Azərbaycan SSR EA xəbərləri, ictimai elmlər seriyası, 1961, №7.
12.Vahidov R.M. Mingəçevir III-VIII əsrlərdə. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı. Bakı, 1961.
13. Аббасова Ф. Металлические фигурки коня из средневековых памятников Азербайджана. Тарих вя онун проблемляри. Ваю, 1997, №1.
И.Лшурбейли СБ. Скульптура Азербайджана древнего периода и периода сред¬невековья. Труды Музея истории Азербайджана, том 1, Баку, 1956.
15.Голубкина Т.И. О зооморфной керамике из Мингечаура. Материальная куль¬тура Азербайджана. Баку, 1951, вып. 2.
16.Исмизаде О.Ш. Зооморфные глиняные сосуды найденные в Гаратепе. Док. АН Азерб ССР, T.XV, 1959, №2.
17.Казиев СМ. Археологические раскопки в Мингечауре. Материальная куль¬тура Азербайджана,вып.1, Баку, 1949.
18. Мифы народов мира. Москва. Изд-во. Советская энциклопедия, том.2., 1982,
19.Скалон К.М. Изображения животных на керамике сарматского периода. Труды отдела истории первобытной культуры, том 1. Госэрмитаж, Ленин¬град, 1941.
20.Соколова З.П. Культ животных в религиях. Москва, Наука, 1972.