ANCIENT HISTORICAL ROOTS OF CULTURAL HERITAGE OF AZERBAIJAN
Parvin Alizude
SUMMARY
Azerbaijan is appertaining to one of the richest cultural heritage countries which include thousand years. Present article dedicate to the science interpretation of importance historical-cultural development of the Stone Ages in Azerbaijan.
According to archaeological facts, territory of Azerbaijan represents itself as the lead sphere of the world where early enough investigated by human. Morphological-compare studied countless stones in particular pebble implement as the head of the key industries in Azerbaijan confirmed in noticeable peculiarity development of ancient stone industry. Guruchai Culture on extension by many thousand years was the main layer component at Initial layer as culture heritage of Azerbaijan.
ДРЕВНЕЙШИЕ ИСТОРИЧЕСКИЕ КОРНИ КУЛЬТУРНОГО НАСЛЕДИЯ АЗЕРБАЙДЖАНА
Парвиа Ал made
Резюме
Азербайджан принадлежит к числу стран, богатое культурное наследие, которой охватывает тысячелетия. Оно в свою очередь насчитывает несколько исторических пластов и среди них древнейшим и весьма важным является пласт каменного века, самого длительного периода в истории Азербайджана. Нас¬тоящая статья посвящена научной интерпретации особенностей культурно-исторического развития каменного века изучаемой территории.
Согласно археологическим данным, территория Азербайджана представ¬ляется в настоящее время одной из ведущих областей земного шара, довольно рано освоенная человеком. Сопоставительно-морфологическим изучением несметного количества каменных, в частности галечных орудий из ведущих комплексов Азербайджана, установлено заметное своеобразие в развитии древней каменной индустрии. Выявленное своеобразие, ставшее основой для выделения Гуручайской культуры, на протяжении многих тысячелетий было важнейшим компонентом в исходном пласте культурного наследия Азербайджана.
AZƏRBAYCANIN MƏDƏNİ İRSİNİN ƏN QƏDİM TARİXİ KÖKLƏRİ
Pərvin Əlizadə
(Bakı Dövlət Universiteti)
Müasir tarixi mərhələdə Azərbaycanın dünyaya zəruri inteqrasiyası və qloballaşma prosesinin gündən-günə genişlənməsi mədəni-tarixi irsimizin mühüm elmi istiqamət kimi öyrənilməsini, qorunub saxlanılmasını və ondan səmərəli istifadə etmək problemini doğurmuşdur. Çağdaş dünyamızda Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün milli ənənələrin və bəşəri nailiyyətlərin üzvi şəkildə birləşdirilməsi aktual məsələlərdən birinə çevrilmişdir (1). Təəccüblü deyildir ki, bu problem hal-hazırda bütün dünyada yaşanır və bununla əlaqədar mədəni-tarixi irs məsələsinin müasir perspektivləri diqqət mərkəzində qalmaqda davam edir (2).
Xalqımızın qədim köklərə malik zəngin mədəni-tarixi irsi vardır. Bu ulu irsdə nəsillərin zaman-zaman yaratdıqları yüksək maddi-mənəvi dəyərlər yaşayır. Dərin əql və zəkaya söykənən müdriklik, nəcib hiss və duyğular, gözəl əməllər və yaşayıb yaratmaq əzmi mədəni-tarixi irsimizin ana xəttini onun, əsas qayəsini təşkil edir. Diqqəti cəlb edən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, mədəni-tarixi irsimizdə onun əsas tərkib hissəsi olan kütləvi xalq mədəniyyəti əks olunmuşdur. Xalqın özü kimi əbədi olan bu mədəniyyət tarixin bütün ağır imtahanlarından keçmiş, soyğunçu və dağıdıcı müharibələrə sinə gərmiş, yaşamaq haqqını şərəflə nümayiş etdirmişdir.
Böyük tarixçi alim, filosof və ədib Abbasqulu Ağa Bakıxanov özünün ölməz «Gülüstani-İrəm» əsərində yazmışdır: «…Bəli, keçmişdə vaqe olan hər bir iş gələcək üçün düsturul əməldir və elmə əsaslanan bir əməl möhkəm payidar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq, yolsuz qor-xulu bir çölə yönəlmək kimidir»(3). Əhəmiyyətlidir ki, görkəmli alimin böyük uzaqgörənliklə nəsillərə tövsiyə etdiyi bu müdrik fikir indi do öz aktuallığını itirməmiş və mədəni-tarixi irslə bağlı tələblərlə həmahəng səslənir.
Zəngin mədəni-tarixi irsimizin ən qədim kökləri arxeoloji abidələrdə maddiləşmişdir. Azərbaycan ərazisində keçən əsrin 20-ci illərindən başlanan və indiyədək davam etdirilən geniş miqyaslı qazıntılarla mədəni-tarixi irsimi¬zin bütün ardıcıl inkişaf mərhələlərinə aid nadir maddi-mədəniyyət abidələri: Daş dövrünün mağara düşərgələri, ibtidai incəsənətlə bağlı qayaüstü rəsmlər, tunc dövrünün məişət-təsərrüfat və qəbir abidələri, ilkin şəhər mərkəzləri, antik dövr və orta əsr şəhərlərinin qalıqları və digər qiymətli tarixi yadigarlar üzə çıxarılmış və öyrənilmişdir(4). Araşdırmalar mədəni-tarixi irsimizin bilavasitə yerli zəmin əsasında yarandığını, ənənəvilik və varislik xüsusiyyətlərilə inkişaf etdiyini göstərmişdir. Lakin о da məlumdur ki, Azərbaycanın tarixi, minillikləri əhatə etdiyindən onun keçdiyi yol keşməkeşli, enişli-yoxuşlu olmuş, mədəni-tarixi irsdə bir-birini əvəz edən mədəni qatların yaranması ilə nəticələnmişdir. Buna müvafiq mədəni-tarixi irsimizdə bir neçə mərhələ müşahidə olunur. Ayrılıqda onların hər biri Azərbaycanın qədim tarixinin bütün dövrlərini ardıcıllıqla əhatə etməklə silsilə hadisələr və dəyişikliklərin nəzərə çarpan dəyərlərilə mədəni-tarixi irsimizin müəyyən mərhələsini təşkil edir. Onlar aşağıda qeyd olunanlardan ibarətdir: 1) Daş dövrü, daş dövrü mədəniyyəti və incəsənəti; 2) Erkən əkinçilik dövrü və mədəniyyətləri; 3) Azərbaycanda tunc dövrü və tunc dövrü mədəniyyətləri; 4) Erkən şəhər mərkəzləri və şəhər mədəniyyətləri; 5) Türk-oğuz dövrü və Azərbaycan türk-oğuz mədəni-tarixi sistemində.
Daş dövrü Azərbaycanın qədim tarixinin ən uzun çəkən dövrü olmaqla Aşağı paleolitdən Yeni daş dövrü (neolit) daxil olmaqla geniş xronoloji çərçivəni əhatə etmişdi. Arxeoloji qazıntı və elmi araşdırmalarla sübuta yetirilmişdir ki, əlverişli təbii mühitə malik Azərbaycan ərazisi planetimizin ilk insanın məskunlaşdığı mühüm mərkəzlərindən olmuş, antropogenez – insanın yaranması prosesində əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyil ki, hal-hazırda Azərbaycan ərazisi ibtidai insan kollektivləri tərəfindən çox erkən mənimsənilən mühüm regionlardan biri hesab olunur.
Azərbaycan ərazisində daş dövrü abidələrinin öyrənilməsi XX yüzilliyin ortalarından başlanmışdır. Arxeoloq M.M.Hüseynov tərəfindən Azərbaycanın qərb bölgələrində aparılan arxeoloji axtarışlar əslində Azərbaycanda paleolit dövrünün öyrənilməsi üçün başlanğıc olmuş, Damcılı və Daşsalahlı mağaralarında daş dövrünə aid maddi mədəniyyət nümunələrinin tapılması ilə nəticələnmişdi (5). Çox keçmədən zəhmətkeş tədqiqatçı tərəfindən Yuxarı Qarabağda-Quruçay dərəsində paleolit dövrünə aid iki nadir arxeoloji kompleks – Azıx və Tağlar mağara düşərgələri qeydə alınmış və geniş qazıntılarla öyrənilməyə başlanmışdı. 80-ci illərin sonlarına qədər davam edən qazıntı işləri və komp¬leks tədqiqatlar hər iki abidənin dəqiq stratiqrafiyasını müəyyən etməyə, əldə olunan zəngin daş məmulatının tipologiyasını və təsnifatını verməyə, onların hazırlanma üsullarını təyin etməyə və digər mühüm məsələləri həll etməyə imkan yaratmışdır (6).
Keçən əsrin 60-cı illərində Azərbaycanın Qazax bölgəsində, Şıxlı kəndi yaxınlığında qədim daş dövrünə aid yeni xüsusiyyətli nadir abidələr üzə çı¬xarılmışdı. Bunlar əvvəllər abidələrdən fərqli açıq düşərgələrdən ibarət olmuşdu. Əldə edilən daş alətlərin çox maraqlı kolleksiyasının müqayisəli tədqiqi bu qədim komplekslərin təkcə xronoloji çərçivəsini yox, daşişləmə texnologiyası sahəsində qazanılan nailiyyətləri də müəyyənləşdirməyə imkan vermişdi. Şıxlı daş dövrü abidələrinin öyrənilməsində arxeoloq Mənsur Mənsurovun xüsusi xidmətləri olmuşdu (7).
Qeyd etmək lazımdır ki, Azərbaycanda daş dövrünün sonrakı tarixi mərhələlərinin öyrənilməsində Bakı yaxınlığındakı Qobustan kompleksində müharibədən sonra Azərbaycanın görkəmli arxeoloqu İ. M. Cəfərzadə tərəfindən başlanan və 60-80-ci illərdə davam etdirilən geniş arxeoloji tədqiqatlar xüsusilə əlamətdar olmuşdur. Zəngin qayaüstü rəsmlərilə məşhur olan Qobustanda aparılan axtarışlar və qazıntı işləri burada silsilə qədim rəsmlərlə yanaşı Üst paleolit, Mezolit və Neolit dövrlərinə aid Firuz zağa, Ana zağa, Ovçular zağası, Ükğzlər zağası kimi kimi nadir qayaaltı sığınacaqların və ən qədim qəbir abidələrinin aşkar olunması ilə nəticələnmişdir. Əhəmiyyətlidir ki, Qobustanın qayaaltı sığınacaqlarındakı qazıntılar təkcə daş alətlər kolleksiyasının zənginləşməsilə yox, həm do qayaüstü ibtidai incəsənət nümunələrinin zahirə çıxarılması ilə əlamətdar olmuşdu(8).
Otən əsrin son rübündə Naxçıvan ərazisində Qazma, Yuxarı Talışda Buzeyir və Kəlbəcərdə Zar mağara düşərgələrinin qeydə alınması və öyrənil-məsi Azərbaycanda daş dövrü abidələrinin coğrafiyasını xeyli genişlətmişdir (9). Ümumi nəticədə Azərbaycanın yüzminillikləri əhatə edən zəngin mədəni irsinin tarixi kökləri haqqında mövcud təsəvvürlər əsaslı şəkildə genişlənmişdir. Əldə edilən materialların müqayisəli-morfoloji tədqiqi Azərbaycan ərazisində daş dövrü mədəniyyətinin ayrı-ayrı tarixi mərhələlərdə özünəməxsus fərdi xüsusiyyətlər daşıdığını göstərmişdir. Bu xüsusiyyət daha bariz şəkildi) Azıx mağarasının zəngin materiallarında əks olunmuşdur.
Paleolit dövrünün nadir arxeoloji komplekslərindən olan Azıx mağarası Kiçik Qafqazın cənub-şərq ətəklərində – Quruçay dərəsində yerləşmişdir (10). Kast mənşəli bu mağara Qafqazda ən möhtəşəm yeraltı təbii boşluqdur. Mağaranın ümumi sahəsi 8 min kv.m., uzunluğu 600m., hündürlüyü isə 25m.-ə yaxındır. Mağarada 20 ildən artıq bir müddətdə aparılan qazıntı işləri ilə müxtəlif dövrlərə aid 10 mədəni təbəqə üzə çıxarılmışdır ki, onların da ən qədimləri bilavasitə paleolit dövrünə aiddir. Axtarışlar zamanı qeyd olunan qədim təbəqələrdən protoçoppcr və protoçoppinq tipli çapacaqvarı alətlər, qaşovlar və digər daş məmulatı tapılmışdır. Həmin alətlər içərisində çay daşlarından hazırlanmış ağır və iri ölçülü çəppərvari alətlər xüsusi yer tutur. Qeyd olunan daş məmulatı içərisində qəlpələrdən hazırlanmış alətlərə də rast gəlinmişdir. M.M.Hüseynovun müşahidələrinə görə zay daşlarından hazırlanmış alətlər bir qayda olaraq vurub qoparma üsulu ilə olduqca kobud şəkildə hazırlanmışdır(l 1). Bütün bu alətlərin kompleks tədqiqi onların Şərqi Afrikadakı Olduvay mədəniyyətinin daş məmulatı ilə yaxınlığını üzə çıxarmışdır. Bununla belə Azıx tapıntılarının hazırlanma texnologiasında nəzərə çarpan fərqli cəhətlər istedadlı tədqiqatçıya Azərbaycanın mədəni irsinin ən qədim kökləri ilə bağlı olan Quruçay mədəniyyətini müəyyən etməyə imkan vermişdir(12). Tədqiqatçının fikrincə Quruçay mədəniyyəti Çaydaşı alətləri mədəniyyəti ilə aşel arasında keçid dövrünü təşkil etmişdir. Nəzərə çatdırmaq lazımdır ki, Azıx mağarasından tapılan zəngin daş məmulatının xammal mənbəyini mağaranın yerləşdiyi Quruçay dərəsinin kvars, kvarsit, çaxmaq, bazalt, xalsedon, yaşma, felzit kimi daş ehtiyatları təşkil etmişdir. Diqqəti cəlb edən cəhətlərdən biri də ondan ibarətdir ki, Azıx mağarasından əldə edilən daş alətlərin hazırlanma usullarında aydın nəzərə çarpan texnoloji yeniliklər və qazanılan nailiyyətlər ənənəvilik və varislik prinsiplərinə əsaslanmaqla sonrakı tarixi mərhələlərdə daha yüksək inkişaf səviyyəsinə çatdırılmışdır.
ƏDƏBİYYAT
1. Исмаилзаде Г.С. Земледельческий пласт культурного наследия Азер¬байджана. Культурное наследие Туркменистана. Ашгабад, 2000.
2. Проблемы изучения и сохранения исторического наследия. Ал маты, 1998; Изучение культурного наследия Востока. Санкт-Петербург, 1999; Массон В. М. Вопросы культурного наследия. Ашгабад, 2002.
3. Bakıxanov А. Gülüstani -İrəm. Bakı, 1951, s. 6.
4. Hüseynov M. M. , İsmailzadə Q. S. , Quliyev N. M. , Azərbaycanın arxeoloji abidələri. Bakı, 1981.
5. Hüseynov M.M. Azərbaycanda daş dövrünün öyrənilməsi. Azərbaycan Tarixi Muzeyinin Xəbərləri, II cild, Bakı, 1957; Yenə onun. Пещера каменного века на Авейдаге. Доклады АН Азербайджана, том XV, №11, Баку, 1959.
6. Гусейнов М.М. Азыхская пещера – крупный карст и древнейшая стоянка Азербайджана. Доклады АН Азербайджана, № 11, Баку, 1963; Меня онун. Азярбайъан археолоэийасы (даш дюврц)- Бакы, 1975; Джафаров А. Г. Мустьерская культура Азербайджана по материалам Татарской пещеры. Баку, 1983.
7. Mənsurov М.М. Şıxlı kəndi yaxınlığında aparılmış arxeoloji axtarışlar haqqında ilk məlumat. Azərbaycanın maddi mədəniyyəti, VI cild, Bakı, 1965, s. 13-14; Yenə onun, Şıxlı kəndində paleolit qazıntıları. Azərbaycan EA Xəbərləri. Bakı, 1966, № 1, s.68-76.
8. Джафарзаде И. M. Гобустан (наскальные изображения). Баку, 1973; Muradova F. М. Qobustan tunc dövründə. Bakı, 1979; Мурадова Ф. М., Рустамов Дж. Н. Памятники Гобустана, Баку, 1986; Фараджева М. Н. Культурно-историческая классификация петроглифов Азербайджана, Баку, 2005; Yenə onun. Чашечные углубления Гобустана, Баку, 2008. Yenə onun. Azərbaycan qayaüstü incəsənəti. Bakı, 2009.
9. Hüseynov M. M. Azərbaycan arxeoloqiyası ( Daş düvrü) Bakı, s. 24.
10. Yenə orada, s.24-27.
11. Yens orada, s. 42-43.
Buy:Cialis Super Active+.Soma.Propecia.Viagra Super Active+.Viagra Soft Tabs.VPXL.Viagra Professional.Cialis Soft Tabs.Super Active ED Pack.Levitra.Maxaman.Cialis.Zithromax.Viagra Super Force.Viagra.Tramadol.Cialis Professional….
player http://ppyledwg.AACEHARDWARE.INFO/tag/Electronics+player+InDash/ : Electronics…
Electronics…