ABOUT THE TREE OF LIFE, FRUIT OF LIFE AND THE CULT OF GOAT IN GEMIGAYA

Had Qadir Qadirzade

Resume

In this article the author researches the role of tree of life and fruit of life in folk of Azerbaijan. The author also notes the importance of the cult of goat in grave ceremonies and its role in the belief of ancient Azerbaijanian. In conclusion the author defines that the belief of Azerbaijani Turks connected with the tree of life has the common Turkic character.

К ВОПРОСУ О КУЛЬТЕ КОЗЛА, ДРЕВО ЖИЗНИ В НАСКАЛЬНЫХ ИЗОБРАЖЕНИЯХ ГЯМИГАЯ
Гаджи Гадир Гадирзаде

Резюме

Настоящая статья посвящена культу древо жизни и его взаимосвязи с другими древними верованиями азербайджанского народа. В частности, в богатом фольклоре и в памятниках материальной культура Азербайджана можно найти довольно интересные данные об этом древнем веровании.

GƏMİQAYADA HƏYAT AĞACI VƏ KEÇİ KULTU MƏSƏLƏSİNƏ BİR BAXIŞ
Hacı Qadir Qədirzadə
(AМЕА Naxçıvan Bölməsi)

EtnİK mədəniyyətin, qədim inamlar sisteminin araşdırılmasında qayaüstü təsvirlərin öyrənilməsinin böyüK elmi əhəmiyyəti vardır. Təsvirlərin digər mənbələrdən üstün cəhəti ondan ibarətdir ki, onlar, hər hansı bir hadisəni min illər boyu olduğu Kİmi qoruyub saxlayırlar. TarixilİK, milli varislik məsələlərinin qorunub saxlanılmasındakı elmi əhəmiyyətini nəzərə alaraq biz bu yazıda Gəmiqayadakı qayaüstü təsvirlərdə həyat ağacı, həyat meyvəsi və Keçi Kultu ilə bağlı bəzi məsələlərə açıqlama gətirməyə çalışacağıq. Təsvirləri öyrənən araşdırıcılardan N.Müseyibli Gəmiqaya rəsmləri içərisində 20-yə yaxın həyat ağacı təsviri olduğunu yazır (11, s. 92-93). Eyni məsələdən bəhs edən V.Baxşəliyev bir həyat ağacının təsvirini verir. Həmin rəsmdə həyat ağacının yanında iki Keçi və bir oğlaq təsvir edilmişdir (3, s. 203). Bizim üçün həmin təsvir bir neçə cəhətdən maraqlıdır. Hər şeydən öncə təsvirdə təzəcə ağac deyil, onun üstündə yumru formalı meyvələrin olması diqqəti cəlb edir. Bizcə, həmin ağac almadır. Gəmiqayada alma-həyat ağacının təsviri onun ta qədimdən Azərbaycan türklərinin inamlar sistemində xüsusi yer tutması ilə bağlıdır. Nəcəf Müseyibli həyat ağacı ilə Keçi Kultunun bağlılığını, eyni zamanda 33 № ilə verilmiş təsvirdə həyat ağacının üzərində 3 meyvə olduğunu yazır (11, s. 100). Beləliklə, həyat ağacı ilə həyat meyvəsi birləşdirilir. Həmin meyvələrin alma olduğunu hesab etmədə nağıllarda göydən 3 alma düşməsi ilə burada əlaqə olduğunu söyləyə bilərik. Deməli, bu təsvirlər və nağıllarımızda «göydən üç alma düşdü» ifadələri təsadüfən yaranmamışdır. Bunlar arasında müəyyən genetik bağlılıq mövcuddur. Qarşılıqlı əlaqələrin, təsvirlərin mifoloji tutumunun, tarixilik və varislik məsələlərinin öyrənilməsində xalq arasında mövcud olan ağız ədəbiyyatı, nağıl və dastanlar, həmçinin sənətkarlıq nümunələri ciddi rol oynayır. Müqayisəli araşdırmalar sübut edir Kİ, alma ilə bağlı inamlar tarixi ilk və genetik baxımdan Adəm peyğəmbər, Həvva nənə və cənnət meyvəsi ilə uyğun gəlir. Bunlarla yanaşı, Gəmiqayadakı təsvirlər həyat ağacı ilə bağlı R.A.Antonovanın, E.D.Vana əsaslanaraq apardığı bölgü ilə də oxşarlıq təşkil edir: 1. yaraqsız; 2. budaq və yarpaqlı; 3. meyvəli və yarpaqlı ağaclar (18, s. 116). Yəni hər 3 təsvir forması burada da mövcuddur.
Meyvəli və yarpaqlı ağac həyatı, məhsuldarlığı, var olmanı təmsil edir. Bеləliklə, biz həm həyat meyvəsi, həm də həyat ağacı kimi təsvir edilən alma ilə bağlı inamlardan, ümumiyyətlə, həyat ağacından, ağac inamından bəhs edəcəyik. Bunlar öz əksini qədim təsvirlərdə də tapmışdır. Bir məsələni unutmamaq gərəkdir ki, Gəmiqayada bu təsvirlər təsadüfən çəkilməyib. Bura tufandan sonrakı iKİnci başlanğıc olduğu kimi yeni həyat vermə mərkəzidir. Bu meyvələr də yenidən yaşamanı, çətinlikdən qurtarmanı simvolizə edir.
Nağıl və dastanlarda alma həyatverici, sonsuzluqdan, xəstəlikdən xilasedici, qocalan cavanlaşdırıcı xüsusiyyətlərə malikdir. Nağılların çoxunda alma ilə bağlı olaraq nağıl qəhrəmanlarının divlərlə döyüşməsi, gedər-gəlməz yola çıxması, kiminsə həyatının xilas edilməsi və s. Süjetlər əsas yer tutur.
Gəmiqaya yaxınlığındakı Göygöl ilə bağlı topladığımız bir rəvayətdə deyilir ki, kimsə əgər niyyət edib gölə alma atırsa və həmin alma gölün ortasında Nuhun gəmisinin qalığı hesab edilən və hazırda ada kimi görünən yerin başına dolanıb həmin adamın yanına qayıdırsa deməli, niyyəti qəbul olunur.
Görkəmli türkoloq V.M.Jirmunski yazır ki, türklərin nağıl və dastanlarında dərvişin verdiyi qırmızı almanı ər və arvadın bölüb yeməsi nəticəsində sonsuzluqdan qurtulmaları ilə bağlı magik cəhətlər xüsusi yer tutur. Çox vaxt həmin almanın qabıqları ata verilir. Bundan gələcəK qəhrəmanın atı doğulur (21, s. 229-230).
Anadolu türklərində qırmızı alma inamı ilə bağlı Yılmaz Elmas (7), Yaşar Kalafat (8) və digər müəlliflərin çox sayda yazılan nəşr edilmişdir. GörKəmli türk tarixçisi F.M.Kırzıoğlu türklərin xalq adətləri və inamlarında qırmızı almanın xüsusi yer tutduğunu göstərir (9).
Müqayisəli araşdırmalar göstərir ki, Azərbaycan türklərində alma həyat meyvəsi kimi təsvir edilir. Нər alma deyil, daha çox qırmızı alma müqəddəsdir. Toylarda, el şənliklərində qırmızı almaya böyük önəm verilir.
Nağıl və dastanlardan məlum olur ki, belə almalar qeyri adi şəraitdə yetişir. Böyük çətinliklə, bəzən möcüzəli şəkildə əldə olunur. Çox vaxt almanı kimliyi bəlli olmayan dərviş verir. Məsələni çözmək üçün bəzi qaynaqlara müraciət edək. «Məlikməmməd» nağılında deyilir: «Bir padşahın bağında alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gün çiçəyini göstərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış» (1, s.302).
Göründüyü Kİmi, nağıldakı adi alma deyil. Meyvələrin yetişməsi düşünə bildiyimiz zamandan çox sürətlidir: üç günə yetişir. Yetişmə fəsli bəlli deyil. Bu xüsusiyyətlərinə görə о zamanı qabaqlayır, cavanlığı geri qaytarır. Lakin uzun müddət şah həmin meyvələri yığa bilmir. Çünki, yetişmə məqamında onları kimsə oğurlayır. Nəhayət, qardaşlarından fərqli olaraq, Məlikməmməd almaları yığan divi yaralayır və almaları atasına gətirir. Sonra qardaşları ilə birgə divin ardınca gedir və quyuya enir. Məlikməmmədin gətirdiyi almanı şahın yeyib-yemədiyi molum olmur. Məlikməmməd divin ardınca quyuya girdikdən sonra üç div öldürüb, üç cavan qızı xilas edir. Qardaşları tərəfindən ipin kəsiləcəyini hiss edən üçüncü qız məsələni Məlikməmmədə bildirir və deyir ki, iki qoç döyüşə-döyüşə gələcək: biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. О səni işıqlı dünyaya çıxarsın. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən (1, s. 304).
Nağılda hər şey qız deyən kimi olur. Lakin ağ qoç Məlikməmmədi işıqlı dünyaya çıxarmır, atır qara qoçun belinə. О da aparır qaranlıq dünyaya. Məlikməmməd burada qaranlıq (yeraltı) dünyanın təmsilçisi əjdahanı öldürüb, işıqlı dünyanın təmsilçisi, xeyirxahlıq rəmzi Zümrüd quşunun balalarını xilas edir. Nağıldan məlum olur ki, əjdaha hər il Zümrüd quşunun balalarını yeyirmiş. Deməli, Məlikməmməd Zümrüdün soyunun Kəsilməsinin qarşısını almışdı. Əvəzində Zümrüd quşu onu işıqlı dünyaya gətirir. Веləliklə, almaların kimi cavanlaşdırdığı məlum olmasa da, məhz onların ucbatından qızlar divdən, Zümrüd quşunun körpə balaları məhv olmadan qurtarırlar. Dolayısı ilə alma inancı onların həyatını xilas edir.
Bir çox nağıl və ya dastanlarda dərvişin və ya seçkin birinin alma verməsi ilə ailə sonsuzluqdan qurtarır. «İbrahim» nağılında Məmməd və Əhməd adlı qardaşların övladları olmur. Hər ikisi dərdini dağıtmaq üçün gəzintiyə çıxaraq bir bulağa rast gəlirlər. Qardaşlar su içmək istərkən bulağın gözündən bir alma çıxır. Onlar almanı iki уеrə bölürlər. Bölünmüş yarımı hər ikisi öz arvadı ilə bölərək yeyirlər. Doqquz aydan sonra birinin oğlu, digərinin qızı olur (1, s. 289).
«Şəmsi-Qəmər» nağılında dərvişin alma verməsi ilə padşahın oğlu olur (2, s. 87-88). Belə misalları daha çox sadalamaq olar.
Alma ilə bağlı inamlar nağıl və dastanlarla bitmir. Azərbaycan türklərinin məişətində, toy və şənliklərlə bağlı rituallarda alma xüsusi yer tutur. Yaxın keçmişə qədər Şərur bölgəsinin bir sıra Kəndlərində camaatı toya dəvət etməK üçün qırmızı alma göndərilməsi adəti var idi. Deməli, alma dəvət-etmə, şadlıq rəmzidir. Alma bayramlarda, toylarda xonçaların bəzəyi, Novruzda ən qiymətli hədiyyə hesab olunur: «Dostum məni axtarsın, bir çürÜK alma ilə» deyilir.
Toyla bağlı adətlər içərisində «bəyin damdan alma atması» xüsusi rituallardandır.
«Alma atma» adəti və inamı bütöv Azərbaycan üçün xarakterik idi. Ustad Şəhriyar demişKən:
Heydərbaba, Kəndin toyun tutanda, Qız-gəlinlər həna, piltə satanda, Вəу gəlinə damdan alma atanda. Mənim də о qızlarında gözüm var, Aşıqların sazlarında sözüm var (12, s. 22).
Almanın sokral xüsusiyyətlərini özündə əks etdirən, daha çox üçlü sistemlə, həyatverici meyvə ilə bağlı olan bir folklor nümunəsində deyilir:

Üşüdüm, ay üşüdüm,
Dağdan alma daşıdım.
Almalarımı aldılar,
Məni zül saldılar.
Мən züldən bezaram
Dərin quyu qazaram,
Dərin quyu beş Keçi
Hanı bunun erkəci?
Еrkəс qaya başında,
Eyhaladım gəlmədi,
Çiyid verdim yemədi,
Çiyid qazanda qaynar,
Qənbər bucaqda oynar.
Qənbər getdi oduna
Qarğı batdı buduna.
Qarğı deyil qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı verdi.
Darını səpdim quşa,
Quş mənə qanad verdi.
Qanatdandım uçmağa,
Haqq qapısın açmağa,
Haqq qapısı kilitli,
Kilidi babam belində.
Babam Gilan yolunda.
Gilan yolu dərbədər
İçində meymun gəzər

Bu nümunədə ana xətti dağdan gətirilən almanın əldən çıxması, zülmə düçar olma və bundan qurtarmaq yolları təşkil edir. Mətndə dağ, alma və Gilan məsələsi diqqəti xüsusilə çəlir. Zərərə düşən qalır dağla Gilanın arasında.
Deməli, almanın alınması zülmə düçar olmaqdır. Bu, elə-belə alma deyil. Dağdan, soyuqdan gətirilən almadır. Almanın sirli xüsusiyyətləri həyat ağacı, həyat meyvəsi ilə bağlıdır. Deməli, həyat meyvəsi əlindən alınan, nağıl və dastanlardakı cavanlıq, sağlamlıq rəmzi hesab edilən almadan, dolayısı ilə onun verə biləcəyindən məhrum olan adam tədbir görməyə çalışır. Nicatını dərin quyu qazmaqda, dağın, yaşıllığın, yazın, gəncliyin təmsilçisi, məhsuldarlıq rəmzi Keçini, daha dəqiq desəK onun aparıcısı enəyini çağırmaqda görür. Еrkək isə onun hayına gəlmir.
Bu mətnin Cabbar Cəlil Bəydilli tərəfindən maraqlı təhlili verilmiş, onun ayn-ayn cəhətləri şamanizmlə əlaqələndirilməklə qam şamanın bir dünyadan digərinə Keçməsindən bəhs edildiyi bildirilmişdir. Müəllif yazır ki, bu, faklor nümunəsini şaman mərasiminin süjetinin mifosimvolik dildə təsviri Kİmi qəbul etməliyik (4, s. 147-151).
Biz bu məsələdə bir neçə məqama diqqət yetirməyi məqsədəuyğun sayırıq. Hər şeydən öncə alma və dağ, zülmə düşənin quyuya enməsi, Keçinin yardıma gəlməməsi, haqq qapısına-Qapıcığa yüksəlmə, burada da yolların bağlılığı-kilitliliyi, Kİlidin babada, babanın isə Gilan yolunda olması faKtı (Qeyd edəK ki, C.C.Bəydilli son iki məqamı verməyib). Beləliklə, nümunənin məhz Gilançay hövzəsində, Gilan yaşayış məntəqəsində başverməsi-Gilan abad deyil, onun yolları dərbədərdi. Nümunədə vermədiyimiz hissədə bu dağılmış, dərbədər ərazidə meymunlar gəzir. Bu məsələ ilə bağlı Xaraba-Gilanın tanınmış araşdırıcısı arxeoloq B.İbrahimli qazıntılar zamanı buradan meymun həmayilləri (amuletləri) aşKar etdiyini bildirdi. Bu məsələni ayrıca öyrənməyə ehtiyac var. Bir məsələni də vurğulamaqda fayda görürük. Xalq arasında Nuhla (ə.s.) əlaqələndirilən 12 heyvanlıq təqvimdəki heyvanların, о cümlədən meymunun inamlar sistemində, ilin, həmin ildə doğulan insanların xüsusiyyətlərinin təyin edilmə-sində xüsusi yeri vardır.
Mətndə müşkülünü aşırmaq, çətinliklərdən qurtarmaq üçün dağa düşmüş, həyat meyvəsi olan almanı gətirməyə getmiş adamın alması əlindən çıxıb, alınıb. О əzaba düşüb, dərdinə çarə axtarır. Bu süjet həyat meyvəsi, çiçəyi axtaranların taleyinə oxşardır. Eyni çətinliyi «Bilqamış» dastanında Bilqamış yaşayır. Amma, gənclik çiçəyi əlindən çıxır (5,s.97-98).
Oxşar hadisələr dirilİK suyu axtaran İsgəndərin, Koroğlunun atasının da başına gəlir. Burada sadəcə olaraq həyat meyvəsi su ilə əvəz olunur.
Dağdan ümidi Kəsilmişin dərin quyu qazması (diqqət verək dərin quyu) şərq mifologiyasında dibsizlik, sonsuzluq mənada yerin altına enməkdir. Burada dağ-yüksəklik, dərə-aşağı, quyu-yerin dibidir. E.V.Antonova yazır ki, dağ və quyu yuxan və aşağı yer oxunun iki kənar xətti sayılır (18, s. 114). Yəni iki tərəfdən də nicat istənir. Bu məsələyə Bilqamış (Gilqamış) və Dədə Qorqud dastanları yönündən baxaq. Gilqamışla Enkudu ağır səfərə, Humbabanı öl-dürməyə, Sidir meşəsini qırmağa gedərkən:

İyirmi mənzildən bir yola nişan qoydular.
Hər otuz mənzildən bir düşərgə də saldılar
Нər gün onlar birlikdə əlli mənzil yol getdi
Altı həftə, üç gündən sonra ora çatdılar…
Günəşin qarşısında onlar quyu qazdılar.
Bilqamış dağa çıxıb, ətrafa göz gəzdirdi
«Dağ, sən mənə xeyirli yuxu gətir»- söylədi (5, s.44).

Kitabi-Dədə Qorqudda Salur Qazan başına gələni Ala dağda yuxuda görür (10, s. 44). Bilqamış da dağdan xeyirli yuxu istəyir.
Quyu və alma məsələsi Məlikməmməd nağılında da folklor nümunəsi ilə oxşardır. Məlikməmməd almanı oğurlayan divin ardınca quyuya düşür. Burada isə alması əlindən alınan adam quyu qazıb ora yenir.
Folklor nümunəsindən aydın olur ki, quyu qazan keçi axtarır. Erkəyi aldatmaq, yanına gətirmək üçün ona yem, çiyid verir. Lakin еrkək gəlmir. Burada qurbanvermə adətindən söhbət gedir. Qədim Mesopotamiyada və Şərqdə müəyyən şərdən, çətinlikdən qurtarmaq üçün quyuya, yeraltı dünyaya qurban vermək adəti olmuşdur. H.Q.Rabinoviç bunu şamanların müəyyən ruhlara verdiyi qurban kimi qiymətləndirir (22). Oxşar qurban vermə mərasimi Sibir-Altay türklərində də mövcuddur. M.A.Devletin (20,s.35-36), N.A.Alekseyevin (19, s. 73) əsərlərinə, yerli məlumatlara, qayaüstü təsvirlərə əsaslanaraq demək olar ki, qədim tüklərdə dağ ruhuna qurbanvermə mərasimi olmuşdur. Bu qurbanlar dağın başında verilsə do orada, qazılmış quyuda, çalada edilirdi. M.A.Devlet yazır ki, heyvanı diri-diri həmin quyuya, çalaya salırdılar. Xüsusən, öküz nə qədər çox böyürsəydi uğurlu sayılırdı (20, s. 37).
Yuxarıdakı məlumatlardan aydın olur ki, alması alınmış, məqsədinə çatmayan adam keçini, xüsusən onun erkəyini qurban vermək istəyir. Keçi isə bunu bildiyindən gəlmir. Beləliklə, onun qurban verərək, məqsədinə çatmaq arzusu yerinə yetmir.
Gəmiqayada araşdırma aparan tədqiqatçılar buradakı təsvirlər içərisində keçi rəsmlərinin üstünlük təşkil etdiyini yazırlar (6). Təbii ki, bunlar keçi kultu ilə əlaqələndirilir. Biz həmin təsvirlərin genezisindən geniş bəhs etməyəcəyik. Çünki belə təsvirlər demək olar ki, dünyanın müxtəlif ərazilərindəki qayaüstü rəsmlərdə, həmçinin arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələri üzərindəki rəsmlərdə geniş yer tutur. V.Baxşəliyevin məlumatından aydın olur ki, qayaüstü təsvirdə həyat ağacı keçi kultu ilə birləşdirilmişdir (3, s. 203). Bizcə alması əlindən çıxanın keçini çağırması, bu süjetlə yaxınlıq təşkil edir. Özgə sözlə desək almanı əldə etmək, itirilmişi qaytarmaq üçün Keçidən istifadə olunmasıdır. Təsvirlərdə olduğu kimi keçi, onun qurban verilməsi tunc xalqları arasında geniş yayılmışdır. Bu öz əksini dəfn adətlərində də tapmışdır. Naxçıvan ərazisində tədqiq edilmiş bir sıra qəbir abidələrindən keçi sümükləri aşkar olunmuşdur. 2007-ci ildə B.İbrahimovun rəhbərliyi ilə Xaraba-Gilan ərazisində, Plovdağda aparılan araşdırmalar zamanı şərti olaraq 18 № ilə qeyd edilmiş qəbirdən bir sıra maraqlı əşyalarla bərabər bütöv halda dağ Keçisi skeleti aşKar edilmişdir. Dəfn qaydasına uyğun olaraq onun qurban verildiyini söyləyə bilərik. Qədim türklərin dünyagörüşündə Keçinin önəmli yer tutması, onun məhsuldarlıq rəmzi, buynuzlarının nəzəri, şəri sovuşdurmaq xüsusiyyətləri daşıması ilə bağlı inamlar geniş yayılmışdır. Bir çox halda Keçi yenilməzlik rəmzi daşımaqla haKİmiyyət simvolu olmuşdur. Keçi inamı ilə bağlı bir önəmli faktı qeyd etməKdə fayda görürük. Atın Keçi başı və ya buynuzu ilə mifləşdirilməsi. ISSIK Kurqanından аşkar edilmiş «Qızıl geyimli şahzadə»nin tacındakı at keçi buynuzludur (14). Başdar Kurqanındakı at keçi SKafandırında dəfn edilmiş, «Kitabi-Dodə Qorqud» da Bayandır xanın tövləsində saxlanan 2 şahbaz atın biri Toğlu başlı Duru ayğır, digər Keçi başlı Keçər ayğırdır. Bamsı
Веуrəklə bağlı boydan bəlli olur ki, keçi başlı keçər ayğır üstün Keyfiyyətlərə malikdir. Dədə onun üzərində olarkən Dəli Qarcara: «Çalarsan əlin qurusun» deməklə о qılıncı vura bilmir. Deməli mifik atın üstündə Dədə daha da mifləşir. Duası qəbul olunur. Ümumiyyədə, keçi ilə bağlı geniş bəhs edildiyindən biz ancaq bir məsələnin üzərində dayanacağıq – Nuh Tufanı və keçi. Bir Altay rəvayətinə görə: «Tufan olacağını ilk olaraq göy tüklü (yunlu) bir təkcə xəbər vermişdir. Göy təkə yeddi gün yer üzünü dolaşdı və car çəkdi. Sonra 7 gün zəlzələ oldu, 7 gün dağlar atəş püskürdü, 7 gün yağış, dolu, qar yağdı, 7 gün fırtına oldu». Bundan sonra yerin üzünü su almasından, 7 qardaşın gəmi düzəltməsindən bəhs edilir (17, s.15). Beləliklə, keçinin əvvəlcədən xəbər verməsi nəticəsində insanlar tufandan xilas olurlar.
Bizcə folklor nümunəsindəki adamın qurbanı qəbul edilmir, yəni keçi qurban olmağı istəmədiyindən onun çağırışına gəlmir.
Sonrakı materiallarda onun gümüş verib tatdan darı alması və darını quşa verməklə qanadlanıb haqqın tələb etməsi üçün divana getməsindən, lakin haqqın qapısının bağlılığından bəhs edilir. Buradakı tat, tatar oturaq, əkinçi mənasındadır. Buğdanı ancaq ondan almaq olardı. Quşun qanadı məsələsini Azərbaycan nağıllarında və rəvayətlərindəki çətinliyə düşmüş adamın hər hansı bir quş vasitəsilə qurtarması, quşun verdiyi lələyin yandırılması və s. süjeti ilə müqayisə etməK olar (Məlikməmməd). Bu məcazi mənada qanadlanmaqdır. Bu nümunədə zərərə uğrayan haqqa, daha dəqiq desək məqama çata bilmir. Çünki məqamın qapısı kilitlidir. Bundan sonra hadisələrin cərəyan etdiyi yer tam bəlli olur:

kilidi babam belində, Babam Gilan yolunda, Gilan yolu dərbədər…

Deməli, istiqamət Gilanadır. Biz belə düşünürük ki, zərərçəkən təkcə Gilançay vadisində deyil, bütövlükdə şərqdə şöhrət qazanmış, sonralar xarabalığa çevrilmiş, dərbədər olmuş, indi Xaraba-Gilan adlanan mərkəzə gəlmək, dərdini bildirmək istəyir, bu da baş tutmur. Əli göylərdən və yerlərdəki haqqdan üzülən adam almacığını, yəni şəfasını, cavanlığını itirir.
Yekun olaraq bu folklor nümunəsinin məhz Naxçıvanda Gilançay hövzəsində yaranmaqla əbədi həyat meyvəsi, ağacı ilə bağlı olduğunu söyləyə bilərik. Unutmayaq ki, bu Gəmiqayadakı, dağdakı əbədi həyat ağacı, meyvəsi ilə əlaqəlidir, yəni inamın kökü oradandır. Bir sıra xalqlarda həyat ağacı müxtəlif olsa da, həyat meyvəsinə çox az rast gəlinir.
Biz almanın sehirli xüsusiyyətərini onun uzun müddət saxlanması, həzmə
Kömək etməsi, xalq təbabətində geniş istifadəsi ilə əlaqələndiririk. Lakin araşdırmalar göstərir ki, alma ilə bağlı adət və inamların əsasında xalq arasında məlum olmayan bir sıra elmi cəhətlər dayanır. Bunları nəzərə alaraq «Zafer» -Ilim Araşdırma Dərgisinin noyabr 1994-cü il sayında Dr.Haluk Nurbakinın «Elmadaki sır» məqaləsindən bir sıra örnəklər verməK istərdik.
«…Almanın tərkibindəki dəmir qanın və sümük iliyinin əsas maddəsini təşkil etməklə, yüksək Karbonat ionlarına malİKdir. Tərkibində meyvə şəkəri qaraciyər hüceyrələrini qoruyur, asitlər, dəmir və С vitamini ilə zəngin olmaqla, qaraciyərin fəaliyyətində əsas rol oynayır. Alma qanın tərkibindəki maddənin (hemoqlobin) əsas daşıyıcısıdır. Almada suda həll olan bütün vitaminlərin tamı mövcuddur. Bir almanın tərkibindəki С vitamini bir insanın gündəlik С vitamininə olan təlabatına tam uyğundur» (13). Məlumatdan aydın olur ki, bir alma insanı yaşada bilər, ona həyat bəxş edər.
EURO Xəbər qəzetinin 30 mart-14 aprel 2009-cu sayında, səh.l3-də verilən məlumata görə İngiltərənin Noriç Universitetində aparılan araşdırmalar nəticəsində alimlər bu qərara gəlmişlər ki, mütəmadi alma уeуən və ya alma şirəsi içən insanların orqanizmi 17 il cavanlaşır, onlarda ürək, qan-damar xəstəlikləri riski aşağı olur. Веləliklə, almanın inamlar sistemində xüsusi yer tutması onun həyat meyvəsi olması ilə bağlıdır. Deməli, xalqımız heç bir deyimi, inancı əsassız yaratmamışdır. Onun mayasında bir sistemlik, elmlilik dayanır. Araşdırmalar dərinləşdikcə ulu türkün düşünmə tərzi, qədim inamların çoxyönlü elmi cəhətləri müəyyənləşdiriləcəkdir.
Aparılmış araşdırmalara görə Gəmiqayaya yaxın ərazilərdə, xüsusən ətraf Kəndlərdə ağacla bağlı inamlar daha da geniş yayılmışdır. Xüsusən, Tivi-Nəsirvaz-Ələhi bölgəsində çox sayda ağac pirlər mövcuddur. Bütün bunlar haqqında H.F.Səfərli geniş bəhs etmişdir (15; 16).
Müqayisəli araşdırmalar sübut edir ki, Naxçıvanda həyat ağacı, həyat meyvəsi ilə bağlı adət və inamlar bir sıra türk xalqları ilə ortaq cəhətlərə malik olmaqla ümumtürk xarakteri daşıyır.
Yuxarıdakılardan belə nəticəyə gəlmək olar ki, Gəmiqayadakı həyat ağacı təsvirləri genetik cəhətdən ümumtürk xarakteri daşımaqla, çox qədim zamanlarda formalaşmışdır. Qədim türK soyu ağaca həyatverici, yaşadıcı qüvvə Kİmi baxmaqla onunla bağlı inancları günümüzə qədər qoruyub saxlamışdır.

ƏDƏBİYYAT
1. Azərbaycan nağılları. 5 cilddə, I cild. Bakı, 2004
2. Azərbaycan nağılları. 5 cilddə, III cild. Ваkı, 2004
3. Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Ваkı, 2004
4. Bəydilli C. Qam-Şamançılığın etnomədəniyyətimizdə yeri. Bakı, 2000
5. «Bilqamıs» dastanı, rus dilindən çevirəni və ön sözün müəllifi I.Vəliyev. Ваkı, 1985
6. Əliyev V. Gəmiqaya. Ваkı, 2005
7. Elmas Y. «Kızılelma» TFD. sayı 146, Eylül 1961, s. 2510-2511
8. Kalafat Y. Kuzey Azerbaycan- doğu Anadolu ve Kuzey İrakda eski türk dini izleri (dini folklorik tabakalaşma). Аnkara, Kültür Bakanlığı, 1998, 240 s.
9. Kırzıoğlu F. Тürk Milli Geleneginde Kızıl elma ve yerleri BTTD. Mart, sayı 2, 1989, s.41-48
10. «Kitabi Dədə Qorqud». Bakı, 1988
11. Müseyibli N. Gəmiqaya. Ваkı, 2004
12. Məhəmmədhüseyn Şəhriyar. «Aman ayrılıq». Bakı, 1981
13. Nurbakı HaluK. Elmadakı sır. Zafer, Elmi Araştırma dergisi Еkim. Аnkara, 1994, s. 10-11
14. Seyidov M. Qızıl döyüşçünün taleyi. Bakı, 1984,
15. Səfərli H.F. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər.Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2006, № 2 (6), s. 70-73.
16. Səfərli H., Xəlilov T. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər. (II məqalə) Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2008, № 1 s. 32-36.
17. Vəliyev K. Elin yaddaşı dilin yaddaşı. Bakı, 1988
18. Антонова E.B. Очерки культуры древних земледельцев Передней и Средней Азии. Москва, 1984
19. Алексеев Н.А. Ранние формы религии тюркоязычных народов Сибири. Новосибирск, 1980
20. Дэвлет М.А. Культ быка в Центральной Азии. Журнал, «Природа», Москва, 1988, с. 35-37
21. Жирмунский В.М. Тюркский героический эпос. Избранные труды. Ленинград, 1974
22. Рабинович Е.Г. Колодец Шамаша. ВДИ, 1973, № 2

Comments (5)

RICKYJune 26th, 2010 at 02:39

PillSpot.org. Canadian Health&Care.No prescription online pharmacy.Special Internet Prices.Pillspot.org. Vitamins@buy.online” rel=”nofollow”>.…

Categories: Weight Loss.Skin Care.Eye Care.Womens Health.Antidiabetic.Stomach.Mens Health.Antiviral.Antibiotics.Blood Pressure/Heart.Stop SmokingVitamins/Herbal Supplements.Anti-allergic/Asthma.Anxiety/Sleep Aid.Pain Relief.Mental HealthAntidepres…

marinAugust 29th, 2010 at 14:30

grill http://qshannonsmxj7uui.AUTOTECHGUIDE.INFO/tag/marin+bar+grill/ : bar…

marin…

Da-LiteAugust 30th, 2010 at 00:35

T-Bar http://atlxksr-d.AUTOSECTIONS.INFO/tag/Da-Lite+T-Bar+light+TBar/ : light…

TBar…

DesignAugust 30th, 2010 at 01:32

build http://zbuildf0.AUTOSECTIONS.INFO/tag/Design+home+build/ : home…

home…

MicrocassetteAugust 30th, 2010 at 06:58

Microcassette http://gmicrocassettehap.BABYCLOTHESNUT.INFO/tag/microcasette+Microcassette+Recorders/ : Recorders…

Microcassette…

Leave a comment

Your comment