ABOUT HOOKAHS FROM THE MEDEIVAL SHAMKIR CITY

Rashid Bashirov
Resume

This article is about tobacco pipes found in Shamkir city 26 samples from 27 of tobacco pipes arc made of well sedimentary flag and only one of them is produced from soft, local white stone. The author also gives the typological classification of earthenware tobacco pipes. Harthcnware tobacco pipes are divided into several types. Some of these samples have an inscription made by stamp.

ORTA ƏSR ŞƏMKİR ŞƏHƏR YERİNDƏN TAPILMIŞ QƏLYANLAR HAQQINDA
Rəşid Bəşirov
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu )

2007-ci ildə Şəmkir şəhər yerinin Narınqala sahəsində aparılmış qazıntılar zamanı çox sayda maddi-mədəniyyət nümunələri, şirli və şirsiz saxsı qab nümunələri, mis sikkələr, müxtəlif təyinatlı şüşə və metal məmulatı və sair aşkar olunmuşdur. Bu tapıntılar arasında qəlyan başlıqlarının çoxluğu diqqəti cəlb edir. Onların əksəriyyəti III qazıntı sahəsindən əldə edilmişdir. Bütövlükdə qazıntı nəticəsində 27 ədəd qəlyan başlığı aşkar olunmuşdur.
Məlum olduğu kimi qəlyanlar təyinatına görə iki növə bölünür: 1. Sulu qəlyanlar. 2. Çubuq qəlyanlar.
Azərbaycanın arxeoloji abidələrindən tapılan sulu qəlyanların gildən hazırlanan hissəsi forma cəhətdən kiçik və ya orta tutumlu darboğaz bardaqlara bənzəyir. Bu növdən olan qəlyanlar Bakının, Qəbələnin və Şərifanın arxeoloji qazıntılarından aşkar olunmuşdur. (l,s.85)
Çubuq qəlyanlar sulu qəlyanlara nisbətən daha kiçik olurlar və formaca onlardan fərqlənirlər. Şəmkirdən tapılmış nümunələr çubuq qəlyanlara aiddir. Həmin qəlyan başlıqları iki hissədən – borucuq və kasacıqdan ibarətdir. Borucuq müştük taxmaq üçündür. Onu da bildirək ki, müştüklər adətən ağacdan, qamışdan və qismən sümükdən hazırlanırdılar. Kasacıq isə bütün doldurmaq üçündür.
Qəlyanların sayının çoxluğu, onların müxtəlif ölçülü olması və bəzək elementlərinin zənginliyi göstərir ki, о dövrdə Narınqalada yaşayan əhalinin bir hissəsi qəlyan çəkməyi sevirmiş və bir-birindən fərqlənən qəlyanları öz zövqlərinə uyğun olaraq sifariş verirlərmiş.
Hazırlanma texnikasına görə qəlyan başlıqları bir-birindən fərqlənir. Onların xarakterik naxışlarla bəzədilməsi, ölçülərinin müxtəlifliyi, ayrı-ayrı quruluşa malik olmaları ustaların məharətindən və incə zövqə malik olmalarından xəbər verir. Qeyd etmək lazımdır ki, aşkar olunan qəlyan başlıqlarının hamısı sınıq vəziyyətdədir. Biri istisna olmaqla, onlar tərkibi təmiz, yaxşı yoğrulmuş gildən hazırlanmış, sabit hərəkət rejimində bişirilmişdir. Saxsısı, əsasən açıq qəhvəyi, qara və qırmızı rəngdədirlər.
Təqdim etdiyimiz qəlyan başlıqlarının birindən başqa hamısı qəlibdə hazırlanmışdır. Onlar cızma və basma üsulu ilə müxtəlif naxışlarla bəzədilmişdir.
Qəlyan başlıqlarını morfoloji quruluşuna görə bir neçə tipə ayırmaq olar.
Birinci tipə tədricən əyilən qəlyan başlıqları daxildir (şək.1-6). Onlar beş ədəddir. İkisi kiçik tutumludur. Birinci çəhrayı rəngdədir. Həm tütün doldurmaq üçün olan kasacıq, həm də müştüyün keçirilməsi üçün olan boru hissəsi sınmışdır. Gövdəsində cızma üsulu ilə müxtəlif xətlər çəkilmiş, araları kvadrat formalı naxışlarla doldurulmuşdur. İkinci nüsxənin kasacıq hissəsi bütövlükdə sınsa da, boru hissəsinin yalnız bir hissəsi sınmışdır. Kasacığın alt tərəfində sadə bəzək elementləri vardır. Boru hissəsi bütövdür. Gövdənin yan tərəfinə günəş şüalarını xatırladan möhür vurulmuşdur. Digər iki qəlyan baş-lığı qəhvəyi rənglidir. Hər ikisinin kasacıq hissəsində sınıq vardır. Birinin gövdəsində cızma üsulu bir neçə xətt çəkilmişdir, digərlərində heç bir bəzək elementi yoxdur.
İkinci tipə dirsək formalı qəlyanlar daxildir. (şək. 6-11). Onlar əksəriyyət təşkil edir. İkinci tip qəlyanlardan beşi qırmızı boya ilə rənglənmişdir. Üçü qara rənglidir. Qəlyanların tütün doldurmaq üçün olan kasacıqlarının bəziləri silindrik, digərləri qıf formasındadır. Bəzək elementləri əsasən cızma üsulu ilə salınmışdır. Belə ki, bu üsuldan istifadə etməklə qəlyan başlıqlarının bəzilərində iynəyarpaqlı ağacların yarpaqlarına bənzər naxışlar, bəzilərində buta formasında, digərlərində oval formada olan basma naxışlar incə bir zövqlə işlənmişdir. Qəlyan başlıqlarının dördündə kasacığın alt tərəfindən bir nöqtə-dən başlayaraq borunun sağ və sol tərəflərinə doğru nöqtələmə üsulu ilə naxışlar vurulmuşdur. Onlardan yuxarı tərəfə qoşa üfiqi xətlər, kiçik dairələr, butaya bənzər rəsmlər çəkməklə maraqlı kompozisiya quran ustanın məharəti heyranlıq doğurur. Maraqlıdır ki, qəlyan başlıqlarının müştük keçirilən boru hissələrinin başlığında işlənən bəzək elementləri səkkizguşəlidir. Bir neçə qəlyanın böyründə ustanın və ya emalatxananın müxtəlif formaya malik möhürü vurulmuşdur. Boyalı qəlyanlardan üçündə ərəb əlifbası ilə çox güman ki, onu hazırlayan ustanın adı yazılmışdır.
Qəlyan başlıqlarından dördü tipoloji baxımdan digərlərindən fərqlənir. Onlardan biri formaca digərlərinə bənzəsə də, yaşıl rəngdə şirlənməsi ilə diqqəti çəkir (şək. 12). Yalnız armudvari kasacığı salamat qalmışdır. Digər iki qəlyan başlığı qırmızı boya ilə örtülmüşdür. Başqa nümunələrdən fərqli olaraq onların oturacaqları dairəvi lövhə şəklindədir. Hər ikisinin kasacığı qıf formasındadır. Birinin oturacağının çox hissəsi sınmışdır (şək. 13-14).
Qəlyan nümunələri arasında yalnız biri saxsıdan deyil, zəyəm daşı deyilən yerli ağ puç daşdan yonulmuşdur. Altı tilli gövdəsi olan qəlyanın hər iki tərəfi sınmışdır (şək. 15).
Şəmkir şəhər yerində aşkar olunan qəlyan başlıqlarının oxşarları Bakıda, İçərişəhər arxeoloji qazıntılarında da aşkar edilmişdir. (2, səh. 36-39). Şəmkirdə aşkar olunan qəlyan başlıqlarının bəzilərində ərəb əlifbası ilə yazı nümunələri vardır. Qəlyanlardan birinin üzərində «əməli Pərviz», ikincinin üzərində isə «Yusif və Əsəd» sözləri yazılmışdır. R.C.Əhmədov qəlyanlar üzərində ad-ları yazılmış Pərviz, Yusif və Əsədin qəlyan istehsalı üzrə ixtisaslaşmış usta olduqlarını güman edir (3, səh. 88).
Azərbaycanın digər orta əsr arxeoloji abidələrindən də qəlyan başlıqları tapılmışdır. Naxçıvandan (4, səh.195) və Dərbənddən (5, səh. 387) belə nümunələr aşkar olunmuşdur.
Mütəxəssislər qeyd edirlər ki, son orta əsrlərdə əhalinin qəlyanlara olan tələbi çox da böyük olmamışdır. Bu amilləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Azərbaycan şəhərlərində və şəhər tipli yaşayış məntəqələrində qəlyan istehsalı ilə yalnız bir qrup usta məşğul olurmuş (2, səh.36)
Çubuq qəlyanların elmi ədəbiyyatda iki növü fərqləndirilir: Uzun borucuqlu monolit müştüklü qəlyanlar və kiçik borucuqlu «Türk qəlyanı» adlandırılan, müştüyü qarğıdan olan qəlyanlar.
Şəmkir şəhər yerindən, eləcə də Azərbaycanın digər abidələrindən tapılan çubuq qəlyanlar «Türk qəlyanı» adlandırılan növə aiddir. Birinci növ çubuq qəlyanlar Avropa üçün səciyyəvidir. İkinci növ çubuq qəlyanlar isə Osmanlı imperiyası və onun qonşuluğundakı ərazilərdə, о cümlədən Qafqazda yayılmışdır.
İnkişaf etmiş orta əsrlərdə çubuq qəlyanların istehsalı ilə bağlı fikirlə razılaşmaq olmaz. Dərbənd şəhər qazıntılarından tapılmış qəlyan başlığının inkişaf etmiş orta əsrlərə aid edilməsi (5) görünür, stratiqrafik səhv olub, son orta əsr təbəqəsindən daha erkən təbəqəyə düşə bilərdi. Qeyd etmək lazımdır ki, çubuq qəlyanlar tütünün yayılması ilə meydana çıxmışdır. Avropalılardan ilk qəlyan çəkən Vircini qubernatoru Ralf Leyn hesab olunur. 1586-cı ildə o, lord Uolter Reylini qəlyan çəkməyə öyrətmiş və ona çubuq qəlyan bağışlamışdı(6).
Çubuq qəlyanların XVI əsrin sonunda meydana çıxdığı, əsasən Osmanlı imperiyası ilə bağlılığı ehtimal olunur. Maraqlı faktlardan biri də budur ki, çubuq qəlyanlar Şimali Qafqazın qəbir abidələrində XVIII əsrdən əvvələ məlum deyil (7).
Bəzi tədqiqatçıların ehtimalına görə Azərbaycan ustalarının hazırladıqları qəlyanlar nəinki Qafqazda, həmçinin Orta Asiyada, İran və Türkiyədə satılırmış (4, səh.78).
Molumdur ki, tütün Amerikadan Avropaya ilk dəfə XVI əsrin əvvəllərində gətirilməyə başlayıb və tədricən bütün ölkələrə yayılıb. R.C.Əhmədov ingilis səyyah və tacirlərinin Volqa-Xəzər dəniz ticarət yolu vasitəsi ilə XVI əsrin sonlarında Azərbaycana gəlmələrini qeyd edir və güman edirdi ki, onlar digər mallarla birlikdə bura tütün də gətirə bilərdilər (3, səh. 88). Lakin bizcə tütün Azərbaycana Osmanlı dövləti istiqaməti tərəfindən gətirilə bilərdi. Belə ki, XVII-XIX əsrlərdə Osmanlı dövləti həm Avropaya, həm də Azərbaycana Rusiyadan daha yaxın idi. Elə tapılmış qəlyan başlıqlarının hazırlanmasını da bu əsrlərə aid etmək olar.

ƏDƏBİYYAT
1. Cəbiyev Q. Azərbaycan keramikası. Bakı, 2003
2. Исмизадс О.III. Крепостное сооружение в Бакинской Бухте. Советская археология. Москва, 1966. №1.
3. Ахмедов Р.Д. О керамических курительных трубках из средневекового Баку. // Известия Академии Наук Аз. ССР, серия история, философия, право, Баку, 1979. №2.
4. Novruzlu Ə.C. Azərbaycanın orta əsr sənətkarlığı (XIV – XVII əsrlər), Bakı, 1997.
5. Кудрявцев А.Л. Раскопки богатого здания VIII – XIII вв. в жилом квартале средневекового Дербснда. Археологические памятники раннссрсдневс-кового Дагестана. Махачкала, 1977.
6. Robinson R.A.M. Tobacco Pipes of Corinth and of the Athenian Agora. // Hesperia, 1985, Vol. 54, №2, p.150
7. Виноградов В.Б. О некоторых критериях датировки позднесредневековых погребальных комплексов Северного Кавказа // Известия Севсрокавказ-ского научного центра высшей школы, общ. науки, 1977, №1, с.66-67.

О КАЛЬЯНАХ СРЕД 11Е ВЕКОВОГО ГОРОДИЩА ШАМКИР
Рашид Баширов
Резюме

Данная статья посвящена курительным трубкам, выявленным на городище Шамкир. Из 27 курительных трубок 26 экземпляров изготовлены из хорошо отмученной глины, а один из мягкого, местного белого камня. В статье даётся типологическая классификация керамических курительных трубок. Керами¬ческие курительные трубки по форме делятся на типы. На некоторых образцах имеется надпись, нанесённая штампом.

Leave a comment

Your comment