THE CHRONOLOGY OF GRAVES FROM ZAYAMCHAY
THE CHRONOLOGY OF GRAVES FROM ZAYAMCHAY
NECROPOLIS Shamil Najafov
Summary
According to the structures of graves and burial habits it was determined that the graves of this necropolis are belonging to the different periods of the end of the II Millennium and the beginning of the I Millennium B.C.
ХРОНОЛОГИЯ ПОГРЕБЕНИЙ ЗАЯМЧАЙСКОГО НЕКРОПОЛЯ
Шамиль Наджафов
Резюме
Погребения с каменными покрытиями и грунтовые погребения Заямчайского некрополя отражают в себе разные этапы периода поздней бронзы и раннего железа. В статье на основе могильных типов, конструкций, строительных стилей, содержаний и форм материалов, погребальных обрядов и др. погребения некрополя периодизируются с хронологической точки зрения.
ZƏYƏMÇAY NEKROPOLU QƏBRLƏRİNİN XRONOLOGİYASI
Şamil Nəcəfov
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Zəyəmçay hövzəsi və bölgədəki eyni tip qəbir abidələrinin xronoloji dövrünü müəyyənləşdirməkdə Zəyəmçay nekropolunda aparılmış arxeoloji qazıntıların böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Zəyəmçay hövzəsinin qəbir abidələri, əsasən Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid olub e.ə. II minilliyin sonu I minilliyin əvvəlləri üçün xarakterikdir.
Zəyəmçay hövzəsinin qəbir abidələrində rast gəlinən dəfn adətlərindən biri ölünün yanına çoxlu avadanlıq qoymaqla yanaşı, onun üzərinə daş tökmək adəti olmuşdur. Onlardan bir çoxu V.Belk vo A.A.lvanovski tərəfindən tədqiq olunmuşdur. A.A.İvanovski Gədəbəy rayonunda, Zəyəmçayın yuxarı axarında aşkar edib qazdığı 72 daş qutu qəbirdən 32-ni bu tipə aid edir [16, 167]. Buna görə tədqiqatçı onların dövrünü müəyyənləşdirir. C.Xəlilov yazır ki, qəbirlərə daş qoymaq adətinə Qafqazın başqa yerlərində də təsadüf olunur. O, göstərir ki, bu adət daş qutularla yanaşı sadə torpaq qəbirlərə də şamil olunur [4,66]. Məsələn, Gürcüstanın qədim Samtavr qəbirstanlığında e.ə. XII-IX əsrlərə aid edilən sadə torpaq qəbirlərdə də bu adətə rast gəlinmişdir [37, 54-61]. Şimali Qafqazda, Kuban çayı yaxınlığında qazıntılar aparan N.V. Anfimov qəbirlər üçün xarakterik olan bu adətin e.ə. VII-V əsrlərə aid olduğunu göstərmişdir [10, 74-84]. Zəyəmçay nekropolunda konkret olaraq bu tip qəbirlərə rast gəlinmir. Lakin bəzi qəbirlərdə ölünün yanına adi çay daşı qoyulmuşdur (qəbir №45) [6, 55].
Zəyəmçay nekropolunun qəbirləri yalnız bir torpaq qatında yerləşmişdir. Bu geoloji layın yerləşdiyi sahənin torpaq qatı narın qum və gil qatışıq şoran torpaqdan və bəzi yerlərdə sadəcə çınqıllıqdan ibarətdir. Göstərilən süxur bəzi yerlərdə 10-15 sm qalınlığında daşlaşmış gil qatı ilə kəsilir. Qəbirlər yalnız bu qatda 2,5 m-ə qədər, müxtəlif dərinliklərdə aşkar edilmişdir. [8,58]. Onların tiplərini və xronologiyasını stratiqrafik dəlillərlə deyil, qəbirüstü örtüyün xarakterinə və materialların dövrünə uyğun olaraq fərqləndirmək mümkündür. Q.I. lonenin müşahidə etdiyi dəlillərə əsaslansaq qəbir abidələrini iki qrupa bölmək olar. Müəllifin bölgüsü əsasında hərəkət etsək, Zəyəmçay nekropolunun qəbir abidələrində də Xocalı-Gədəbəy tipli şargövdəli, çiyinlərində qulpa oxşar göbələkvari çıxıntısı olan gil qablar təsadüf edilən qəbirləri e.ə. XIII əsrin sonu IX əsrin başlanğıcına aid edə bilərik. Nekropoldakı bəzi qəbirlərdə belə qablar aradan çıxır və onların əvəzində gil nehrələr, darboğazlı, şaquli qulpları olan gil qablar tapılır. Bclə qəbrlərdə tunc əşyalar da az tapılır. Bu tip qəbrləri Q.I. lone Mingəçevir materialları əsasında e.ə. X-VIII əsrlərə aid etmişdir [17, 36-60].
Zəyəmçay hövzəsi də daxil olmaqla Azərbaycanın qərb bölgələrində tapılmış, çox bükülü ölülər dəfn edilmiş torpaq qəbirlərin çox hissəsini S.M. Qazıyev tuncdan dəmirə keçid dövrünə, daha doğrusu e.ə. IX-VIII əsrlərə aid etmişdir [18, 13-14]. Zəyəmçay nekropolundakı torpaq qəbirlərin cəmi 13-ündə (qəbir № 8,36,39,58,59,60,77,99,105,106,108,127,130) skelet aşkar olunmuş-dur [6]. Bunlardan isə 36 və 39 nömrəli qəbirlərdə skeletlər çoxbükülü vəziyyətdə basdırılmışdır [6,38-40,43-46]. Zəyəmçay nekropolunun 130 qəbir abidəsinin heç birində kütləvi dəfnin izlərinə rast gəlinməmişdir. Yalnız tək bircə – 8№li torpaq qəbirdə qoşa dəfn müşahidə edilmişdir [6, 11]. Lakin V. Belkin, Л.Л. lvanovskinin Zəyəmçayın yuxarı axarlı hövzəsində aşkar etdiyi qəbirlərdəki dəfn adəti hövzənin qəbir abidələri içərisində kütləvi dəfnin də mövcud olduğunu göstərir. C.Xəlilov qeyd etmişdir ki, kütləvi dəfn həyata keçirilmiş qəbirləri bəzi əlamətlərinə görə tək dəfnli qəbirlərdən əvvəlki dövrlərə aid etmək olar [4, 129].
Zəyəmçay nekropolunun bəzi qəbirlərində (qəbir № 5, 27, 71, 96) ölülər, əsasən avadanlıqların üzərinə qoyularaq basdırılmışdır. Belə ki, 5, 27 və 71 №-li qəbirlərdə ölünün başı küpənin içərisində, 102 №-li qəbirdə isə qolları, başı, çiyinləri xeyrələrin üzərinə qoyulmuşdu [6, 9, 30, 78, 101]. Bu cür dəfn adəti rast gəlinən qəbirləri S.M. Qazıyev Qəbələ qazıntılarına əsasən dəmir dövrünün əvvəllərinə aid edir [5, 239-240].
Zəyəmçay hövzəsinin qəbir abidələrinin xronologiyasını müəyyənləşdirməkdə qəbirlərdən tapılan keramika məmulatı xüsusi yer tutur. Zəyəmçay hövzəsinin bəzi keramika nümunələri son tunc-ilk dəmir dövrünün ilkin mərhələsinə (e.ə. XIV-XIII əsrlər) aid edilir. Keramika nümunələrinin əksəriyyəti orta səviyyədə cilalanmışdır. Boğaz hissələrində batıq kanalvari xətlər vardır 114, 21-22; 26, 124-125]. Gəncəçay hövzəsinin keramikası ilə bu cür yaxınlıq Zəyəmçay nekropolu materiallarında da hiss olunur. Belə ki, nekropolun bəzi qəbirlərindən (qəbir № 3, 5, 23, 47, 61, 72, 75, 76, 101, 120 və s) tapılan orta tutumlu küpə tipli qabların ağız və oturacaq ölçüləri eyni olub, boğazları çox kiçik, ağız kənarları xaricə köbəli çıxıntılıdır [6]. Nekropolıın bu dövrə aid qəbirlərindən həm do ilkin mərhələ üçün səciyyəvi sayılan tuncdan hazırlanmış diskşəkilli bəzəklər də tapılmışdır (qəbir № 36, 39, 116 və s.), [6].
İnkişaf etmiş mərhələ e.ə. XII-XI əsrləri əhatə edir [14, 23-38]. Zəyəm-çay nekropolunun qəbirlərindən (qəbir № 30, 38, 41, 42, 44, 56, 69, 102 və s) tapılan nazik divarlı qısa boğazlı, bikonik formalı, qulplu və ya qulpsuz küpələr, bardaqlar, kasalar, kuzələr və s. keramika nümunələri özlərində bu mərhələni oks etdirir və həmin, xronoloji çərçivəyə daxil olur.
Beb qablar Qarabağın həmdövr abidələrindən də aşkar edilmişdir [22]. M.Ə.Hüseynova bu tip qablar aşkar edilmiş qəbirləri qeyd etdiyimiz dövrə aid edir [14, 51].
Son tunc-ilk dəmir dövrünün son mərhələsinə (e.ə. X-IX əsrlər) [26, 109-139] aid olan Zəyəmçay qablarının içərisində zoomorf yapma bəzəkli və təsvirli qablar çoxalır. Sferik formalı, lentvari qulplu, bankaşəkilli və ya nehrə tipli qabların sayı artır. Yuvarlaq oturacaqlı xeyrələrə də tez-tez rast gəlinir [14, 42-44; 26, 126]. Zəyəmçay nekropolundakı qəbirlərdə (qəbir №17,19, 22, 77, 86, 117, 118 və s.) bu tip formalı qablara az da olsa rast gəlinir [6]. Son mərhələnin xarakterik keramika nümunələrindən biri də ayaqlı qablardır. Təsadüfi deyil ki, Zəyəmçay nekropolunun 68 №-li daş örtüklü və 111 №-li torpaq qəbirlərindən üçayaq qablar tapılmışdır. 111 №-li torpaq qəbirdən tapılan qab sadə olub, ağız hissəsində hər tərəfdə dairəvi çıxıntılı, ortasında deşiyi olan qulpları vardır [6, 112-113]. Bu mərhələnin qablarının bəzilərinin xüsusilə də küpə tipli qabların çiyin hissəsində basma və cızma üsulu ilə nöqtələrlə zoo¬morf təsvirlər verilmişdir. Bu dövrün qəbir abidələrindən xeyli sayda dəmir məmulatı da tapılmışdır. Bu nöqteyi-nəzərdən Zəyəmçay nekropolunun bir ədəd dəmir nizə ucluğu [6] tapılmış 29 №-li qəbrini də son mərhələyə aid edə bilərik. Daş örtüklü bu qəbirdə insan və heyvan sümükləri aşkar edilməmişdir [6, 31-32]. Bu dövrə məxsus qəbir avadanlığı içərisində ritual xarakter kəsb edən keramika nümunələrinə geniş sayda rast gəlinir [14, 52]. Bu tip və yuxarıda sadaladığımız forma və məzmuna malik keramika nümunələrinin az sayda tapılması Zəyəmçay nekropolunda son mərhələyə aid olan qəbirlərin azlığına dəlalət edir.
Zəyəmçay nekropolunun qəbirlərinin dövrünü təyin etməkdə radiokarbon üsulu ilə aparılmış analizin nəticələrinin böyük elmi əhəmiyyəti olmuşdur. Bu üsulun əsasını qəbirlərdən tapılan sümük qalıqlardan əmələ gəlmiş və atom çəkisi 13/12 olan karbon təşkil etmişdir. ABŞ-ın Florida ştatının Mayami şəhərindəki Beta Analitik Radiokarbon Dövrləşdirmə laboratoriyasında ən son kimyəvi və texniki üsullarla aparılan bu analiz Zəyəmçay nekropolunun yalnız beş qəbrinin (qəbir №8,72,75,102,117) materialları əsasında həyata keçirilsə də, nekropoldakı qəbirlərin xronoloji dövrünü təyin etməkdə kifayət edir.
Ardıcıl olaraq 8,72,75,102 və 117 №li qəbirlərin radiokarbon analizinin nəticələrindən görünür ki, Zəyəmçay nekropolunda dəfnlər 6, 7 əsr ərzində fasiləsiz olaraq həyata keçirilmişdir. 8 №li torpaq qəbrin radiokarbon analizi onu е.ə. 880-790-cı illərə, 72 №li daş örtüklü qəbrin radiokarbon analizi onu е.ə. 1420- 1250-ci illərə, 75 №li torpaq qəbrin radiokarbon analizi onu е.ə. 1410-1200-cü illərə, 102 №li daş örtüklü qəbrin analizi onu е.ə. 1020-830-cu illərə, 117№li daş örtüklü qəbrin analizi isə onu е.ə. 1000-820-ci illərə aid etməyə
əsas verir. Lakin, burada cədvəllərdən də göründüyü kimi, başlanğıc е.ə. XV əsrin sonu, son dövr isə е.ə. VII- əsrin əvvəli götürülməlidir.
Analizin laborator nömrəsi Material Qəbir № si Nəticələr
Beta – 220987 sümük 75 № li qəbir Cal ВС 1410 - 1200
(Cal BP 3360 -3150)
Beta – 220988 sümük 117№ li qəbir Cal ВС 1000- 820
(Cal BP 2950 - 2780)
Beta 220989 sümük 72 № li qobir Cal ВС 1420 - 1250
(Cal BP 3370 - 3200)
Beta-220991 sümük 102 №li qəbir Cal ВС 1020- -830
(Cal BP 2970 - 2780)
Beta – 220992 sümük 8 № li qəbir Cal ВС 880- 790
(Cal BP 2840 - 2740)
Radiokarbon analizin nəticələri qəbirlərdən tapılmış keramika nümunələrinin təsnifatına əsasən verdiyimiz xronoloji dövrləşməyə uyğun gəlir. Əlbəttə ki,nəzəri və bir qədər ehtimal xarakterli bu dövrləşmə radiokarbon analizin nəticələri ilə təsdiqlənir VƏ bir-birini tamamlayır.
Zoyumçay nekropolundan tapılmış yastı bikonik formalı boğazı qısa, ağzı-nın konarı yana qatlanan, çiyin hissədə Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan göbələkvari yapması olan, yaxşı hazırlanmış, sabit temperatur-da bişirilmiş küplərin bəziləri forma etibarilə böyük Borsunlu kurqanı (e.ə. XIV-XIII), naxışlanma üsulu baxımından isə Bəyimsarov (e.ə. XI-X) kurqanı saxsı qablarına yaxınlaşır [2;14]
Keramika məmulatı arxeoloji materiallar içərisində çox geniş yer tut-maqla, xronologiya və dövrün xarakterik xüsusiyyətləri haqqında ən dolğun məlumatı verir [9, 65]. Zəyəmçay nekropolundan tapılmış kasaların və küplərin analoji nümunələri 1974-cü ildə Xaçbulaq qazıntılarından da aşkar edilmişdir 120, 27, 33; 21, 21-26]. Qabların formalarına gəldikdə isə onlar öz oxşarlarını Gəncəçау hövzəsi və Kiçik Qafqazın başqa abidələrində tapır və e.ə. XIII-XI əsrlərə aid olunur |21, 27]. Qeyd edilən keramika məmulatı və kiçik ölçülü pasta muncuqların formalarına, eyni zamanda dəfn adətlərinə görə Xaç-bulaqdan aşkar edilmiş daş qutu qəbirləri və kurqanı tədqiqatçılar e.ə. XII-XI əsrlərə aid edirlər [19]. Bu abidələrin materiallarının analoji nümunələrini Zəyəmçay nekropolunda da görmək mümkündür. Lakin nekropoldakı dəfn adətlərində fərqli xüsusiyyətlər izlənilir. Belə oxşar nümunələrlə zəngin olan qə¬dim Artik qəbristanlığının materiallarını tədqiqatçılar iki dövrə – e.ə. XIII-XII və XI-X əsrlərə aid edirlər [35, 137]. Eyni maddi mədəniyyət nümunələri ilə zəngin olan Lçaşen [30, 98] və Madnisçal [34, 174] qobristanlığının materiallarını iki mərhələ üzrə sinxronizə edərək onları da e.ə. XIV-XIII əsrlərə aid edirlər. Analoji materiallar Şəkidə Daşüz qrupunun 2№-li kurqanında aşkar olunmuşdur. Kurqan dövr etibarilə son tunc dövrünə – e.ə. XIV-X1II əsrlərə aid edilir [12, 133; 13]. Kurqanın saxsı məmulatı boz, qara rəngli, gilinin tərkibində narın qum qarışığı olan qab nümunələrindən ibarətdir[12, 135; 13, 201-206].
Zəyəmçay hövzəsinin qəbir abidələrindən aşkar edilmiş bütün növ arxeoloji materialların çox yaxın analogiyaları Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid abidələrindən məlumdur. Zəyəmçay hövzəsinin qəbirlərinin arxeoloji materialları Mingəçevir [11], Gəncəçay hövzəsi ] 14], Gədəbəy [3], Daşkəsən [19], Qarabağ [2] və s. ərazilərinin son tunc ilk dəmir dövrü qəbir abidələrindən tapılmış. maddi mədəniyyət nümunələri ilə eyniyyət təşkil edir. Bundan əlavə həmin materialların ən yaxın paralellərinə Şərqi Gürcüstan [24, 29, 30, 32, 33, 34, 36, 37] və indiki Ermənistan [25, 27, 28, 35] ərazilərindəki son tunc dövrü abidələrində rast gəlinir.
N.Ə.Müseyiblinin fikrincə Zəyəmçay nekropolunun qəbirləri e.ə. II minilliyin II yarısı -I minilliyin əvvəllərinə aiddir. Tədqiqatçı bir sıra müqayisəli təhlillər əsasında nekropoldakı qəbirlərin ən qədimlərinin e.ə. XIV əsrdə salınması və dəfnlərin e.ə. X əsrə qədər davam etməsi qənaətinə gəlir [8, 63-64]. Bu fikri nekropolun 130 qəbir abidəsinin ayrı-ayrılıqda həm arxeoloji ma¬terial ları, həm dəfn adətləri, həm tipi və s. baxımından xronoloji təhlilini apararkən təsdiq etmiş oluruq [6]. Lakin, onu da qeyd etmək lazımdır ki, nekropolda son tunc-ilk dəmir dövrünün həm ilkin, həm də son mərhələlərinin qəbirləri azlıq təşkil edir. Üstünlük e.ə. XII-XI əsrlərə aid inkişaf etmiş mərhələnindir. Bu mərhələnin həm daş örtüklü, həm də sadə torpaq qəbirləri nekropolda sayca çoxluq təşkil edir. Amma bir faktı da qeyd etmək lazımdır ki, əgər nekropol yaxınlığındakı Zəyəmçay yaşayış yerində arxeoloji qazıntılar zamanı tapılan arxeoloji materiallara və qazıntı sahəsinin stratiqrafiyasına görə e.ə. XIV-VII əsrlərdə burada yaşayan əhalinin ərazidən təsərrüfat sahəsi kimi istifadə etdiyini deyiriksə [7, 8], о zaman nekropoldakı qəbirlərin xronoloji çərçivəsini e.ə. X əsrlə məhdudlaşdırmaq fikrimizcə bir qədər şübhəlidir. Gəldiyimiz qənaətə görə nekropoldakı dəfnlər e.ə. IX, bəzən isə hətta VIII əsrlə məhdudlaşır. Şübhəsiz ki, qeyd etdiyimiz dövrə aid qəbirlər çox nadir hallarda üzə çıxır və ehtimal etmək olar ki, qazıntı zolağından kənarda belə qəbirlərin sayı müəyyən qodor ola bilərdi.
Zəyəmçay hövzəsinin qəbir abidələrindən əldə olunmuş arxeoloji materiallar əsasən gil qablardan ibarətdir. Hövzənin son tunc-ilk dəmir dövrü abidələrinin materiallarını iki xronoloji dövrə bölmək olar: birinci dövrə adi boz rəngli, bəzən qara rəngli, əldə kobud hazırlanmış, qeyri-sabit temperaturda bişirilən, qalın divarlı keramika məmulatı, əsasən küp, küpə, qazan, bardaq və xeyrələrdən ibarətdir [6]. Bu dövrün keramika nümunələrini e.ə. XIV-XII əsrlərə aid etmək olar.
İkinci xronoloji dövrə qırmızı, bəzən qara boyalı və boz rəngli narın qum qarışıqlı gildən sabit temperaturda bişirilmiş dulus çarxında hazırlanan küpə kasa, çölmək, bardaq, kuzə, nehrə və s. tipli qablar daxildir ki, bu dövrü də e.ə. XI-IX əsrlərə aid etmək olar.
M.Ə.Hüseynova xüsusi tədqiqat əsərində meandr naxışlı, geniş ağızlı qab-ların tapıldığı abidələri e.ə. XII-XI əsrlərə aid etmişdir [14, 28] H.F. Cəfərov da bu tip materiallarla yanaşı bəzi xəncərləri də arqumentli dövrləşməyə istinad ola biləcək nümunələr əsasında, e.ə. XI əsrə aid edir [2, 82]. Tədqiqatçı həm do qabların səthindəki sünbülvari, şaquli və üfüqi, üçbucaq şəkilli basma dairəvi naxışları Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf dövrünə (e.ə. XII-XI əsrlər) aid edir [2, 87].
Zəyəmçay hövzəsində aşkar olunmuş daş qutu qəbirlərin avadanlığı onların dövrünü öyrənmək baxımından çox əhəmiyyətlidir.
Zəyəmçay hövzəsinin bəzi daş qutularından tapılan yastı tiyəli xəncərlər Ermənistanın son tunc dövrü abidələrindən aşkar edilmiş eyni tip xəncərlərə oxşayır. Artikdən tapılan belə xəncərləri T.S. Xaçatryan e.ə. XIII-XII əsrlərə aid etmişdir [35, 51-52]. Zəyəmçay nekropolundan tapılmış tunc xəncərlər isə Xocalının IV tip abidələrindən [2, 93-96] tapılmış xəncərlərlə eyni tipli və çox oxşardır [6]. Avadanlığını e.ə. XII -XI əsr materiallarına yaxın hesab edən H.F.Cəfərov göstərir ki, belə xəncərlər son tunc ilk dəmir dövrünün material-ları içərisində geniş analogiyaya malikdirlər [2, 95-96].
Zəyəmçay nekropolunda sallaq qanadlı ox uclarına çox az rast gəlirik: cəmi 3 ədəd [6, 66-69]. Dağlıq Qarabağ, Qarabulaq, Qalakənd-Gədəbəy, Mingəçevir və s. aparılan arxeoloji qazıntılar [3, 65-66, şək. 2612; 11, 96, tablo XV, şək. 3-9; 16, 160, tablo XV, şək. 27, 28] və elmi tədqiqatlarla [23, 163-164; 30, 72-74] müəyyən edilmişdir ki, göstərilən tip ox ucluqlarının ilkin təşəkkülü Mərkəzi və Cənubi Qafqaz ilə bağlı olmuşdur. H.F.Cəfərova görə isə sallaq qanadlı tunc ox ucluqları coğrafi baxımdan məhdud ərazidə – Azərbaycanın Gəncə-Qarabağ zonasında formalaşmış, buradan qonşu ərazilərə, habelə, uzaq rayonlara yayılmışdır [15, 200]. Zəyəmçay nekropolunun 60№-li torpaq qəbrindən tapılan yarpaqşəkilli ox ucluqlarının qanadlarının sonluqları çürüyərək dağılmışdır. Onların ayrı-ayrı nümunələrinə Zəngəzurda (Tolorsda) [25, tablo, XIV, şək. 1-16] da rast gəlinmişdir. Sallaq qanadlı ox ucluqlarına Zəyəmçay hövzəsinə yaxın Tovuz rayonundakı Tovuzçay nekropolunun materialları içərisində də tez-tez rast gəlinir. Digər analogiyalar İranın (Sialk, Marlık, Luristan və s.) е.ə. II minilliyin II yarısına aid abidələrindən məlumdur [30, 72,74, tablo XII, şək. 7,8,9,13]. Bu tip ox ucluqları e.ə. I minilliyin ortalarına qədər, istifadədə olsa da zaman keçdikcə onların quruluşu xeyli dəyişikliyə uğramışdır [2,118].
Zəyəmçay nekropolundan tapılan (qəbir № 117) 1 ədəd «lələkvari» başlığa malik tunc nizə ucluğunun ortası qabıq, arxası isə boruludur [6, 120-123]. Tədqiqatçıların fikrincə, həmin tip nizə ucluqları Cənubi Qafqazda е.ə. XIII-XII əsrlərdə daha geniş yayılmışdı. Nekropolun dəmir məmulatı isə yalnız bir ədəd nizə ucluğunun qalığından ibarətdir (qəbir №29), [6, 31-32]. Bu isə yerli əhalinin dəmirlə tanışlığını göstərən əsas amildir. Arxeoloji qazıntılardan əldə edilən materiallar göstərir ki, dəmir əşyaların geniş yayılması Azərbaycanın qərb bölgələrində e.ə. I minilliyin I rübündə başlamışdır [31, 75-76].
Xocalı-Gədəbəy mədəniyyətinin son inkişaf pilləsində meydana gələn dəmir alətlər formaca, əsasən tunc məmulatını təkrar edir [1,45].
İran və Zaqafqaziyanın həmdövr abidələrini müqayisə edərək M.N. Poqrebova dəmir nizə ucluqlarına е.ə. II minilliyin sonunda çox az təsadüf olunduğunu qeyd edir [31, 75]. M.N. və göstərir ki, həm İran, həm də Cənubi Qafqaz abidələrində dəmir əşyalar yalnız II minilliyin sonunda meydana gəlmişdir [31,76-81].
Zəyəmçay nekropolunun arxeoloji materialları içərisində tuncdan quş fiqurları Xocalı-Gədəbəy modəniyyəti abidələrində geniş yayılmış materiallar-dandır. Bu quş fiqurları ilə tam eyniyyət təşkil edən Tli qəbristanlığından tapılan tunc quş fiqurlarının dövrünü B.V.Texov e.ə. XII-X əsrlərə aid edir və onları Koban arxeoloji mədəniyyətinin klassik mərhələsi üçün spesifik sayır [33, 166].
Alın bəzəkləri içərsində Zəyəmçay nekropolundan aşkar edilən diademanın oxşarları Mərkəzi Qafqazdan, о cümlədən Tli qəbristanlığından, Trialetinin kiçik kurqanlarından da tapılmışdır [33, 53-57]. Analoji nümunələri Lçaşen nekropolundan və Antik qəbristanlığından tapılan diademaları B.V.Texov e.ə. II minilliyin sonlarına aid edir [33, 55]. E.ə. I minilliyin başlanğıcından isə belə diademalar bütün Qafqazda geniş yayılır.
Ümumiyyətlə, Zəyəmçay hövzəsinin qəbir abidələrinin və nekropolun materiallarının çoxu orijinal quruluşlu olsa da, onlar bu və ya digər dərəcədə Xocalı-Gədəbəy mədəniyyəti abidələrində, özünə oxşar analogiya tapır və eyni xronoloji dövrə aid edilir. İstər nekropolun, istərsə də hövzənin digər son tunc¬
ilk dəmir dövrü qəbir abidələrindən əldə edilmiş maddi mədəniyyət qalıqlarının hamısı Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinə daxildir.
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Ali məktəblər üçün dərslik (X.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə). Bakı, Maarif, 1991, с. I.
2. Cəfərov 11.l. Azərbaycan e.ə. IV minilliyin axırı- I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında). Bakı, Elm, 2000.
3. Hagel V., StrommengerY. Qalakənd (Cənubi Qafqazın Kirovabad (Yelizavetpol) ərazisində erkən dəmir dövrünün arxeoloji tapıntıları). Bakı, Diplomat, 1999.
4. Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri (Şamxor və Zəyəm çayları hövzələri). Bakı, Azərb. SSR EA nəşriyyatı, 1959.
5. Qazıyev S.M. Qəbələ ərazisinin qədim dəfn mərasimləri haqqında // AMM, 1965, с. VI.
6. Müseyibli N. Ə., Ağayev Q. H., Zəyəmçay nekropolunda BTC və CQBK arxeoloji ekspedisiyası tərəfindən 2003-cü ildə aparılmış arxeoloji qazıntı işlərinin elmi hesabatı. 2003.
7. Müseyibli N. Ə., Ağayev Q. H., Zəyəmçay yaşayış yerində BTC və CQBK arxeoloji ekspedisiyası tərəfindən 2003-cü ildə aparılmış arxeoloji qazıntı işlərinin elmi hesabatı. 2003.
8. Müseyibli N.Ə. Zəyəmçay nekroplunda arxeoloji qazıntılar // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2004, № 2.
9. Абибуллаев О.А. Энеолит и бронза на территории 11ахичеванской АССР. Баку, Элм, 1982.
10. Алфимов Ы.В. Новые материалы по меото-сарматской культуре Прикубанья //КСИИМК, 1952, вып.46.
11. Асланов Г.М., Ваидов P.M., Ионе Г.И. Древний Мингсчаур (эпохи энеолита и бронзы). Баку, Изд-во АН Азерб.ССР, 1959.
12. Ахундов Т.Н. Древние погребения Шеки // МКА, 1993, r.XI.
13. Ахундов Т.Н. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку; Элм, 2001.
14. Гусейнова М.А. Керамика Восточного Закавказья эпохи поздней бронзы и раннего железа (XIV-IX вв. до н.э.). Баку, Элм, 1989.
15. Джафаров Г.Ф. Курган эпохи поздней бронзы вблизи Сарычобана // РА, 1991, №9.
16. Ивановский А.А. По Закавказью//МАК, вып.VI, Москва, 1911.
17. Ионе Г.И. Глиняные сосуды – сапожки из Мингечаура //МКА, 1953, т.Ш.
1 8. Казиев СМ. Археологические раскопки в Мингечаурс //МКА, 1949, т.1.
19. Кесаманлы Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкссанского района. Баку, Агридаг, 1999.
20. Кесаманлы Г.П., Гусейнова М.А. Археологические исследования в зоне с. Хачбулаг Дашкссанского района // Археологические и этнографические изыскания в Азербайджане (1974 г.). Баку, 1975.
21. Кесаманлы Г.П., Гусейнова М.А. Погребальные памятники сел. Хачбулаг, исследованные в 1974 г. // МКА, 1993, т.Х1.
22. Куфтин Б.А. К проблеме энеолита внутренней Картли и Юго-Осетии // ВГМГ, Тбилиси, XIV-B, 1947.
23. Кушнарева К.Х. Некоторые памятники эпохи поздней бронзы в Нагорном Карабахе // С А, 1957, r.XXVII.
24. Ломтатидзе Г.А. Археологические раскопки в древнегрузинской столице Мцхста. Тбилиси, Изд-во АН Груз.ССР, 1955.
25. Мартиросян А.А. Армения в эпоху бронзы и раннего железа. Греван, Изд-во АН Арм. ССР, 1964.
26. Минкевич-Мустафаева II.В. О датировке и хронологических этапах некоторых памятников Азербайджана эпохи поздней бронзы и раннего железа //МКА, 1962, T.IV.
27. Мнацаканян А.О. О раскопках могильников у села Головино (Армения) // КСИИМК, 1952, вып.46.
28. Мнацаканян А.О. Раскопки могильников у селения Атарбекян в Армянской ССР//КСИИМК, 1955, вып.60.
29. Ниорадзе Г.К. Археологические находки в селе Квишари // ВГМГ, XV-B, Тбилиси: 1948.
30. Пицхелаури К.II. Восточная Грузия в конце бронзового века. Труды Кахетской археолог, экспед. III, Тбилиси, Мсцнисрсба, 1979.
31. 11огрсбова М.Н. Иран и Закавказья в раннем железном веке. Москва, Наука, 1977.
32. Сагателов М.Я. Археологические находки в урочище Джалалоглы // ИКОМАО, 1904, вып.1.
33. Техов Б.В. I Центральный Кавказ в XVI-X вв. до н.э. Москва, Наука, 1977.
34. Тушушвили М.Н. Маднисчальский могильник. Тбилиси, Мсцниереба, 1972.
35. Хачатрян Т.С, Материальная культура древнего Артика. Ереван, Изд-во АН Арм. ССР, 1963.
36. Чубинишвили Т.Н. .Древнейшие археологические памятники Мцхета. XV-XIV вв. до н.э.Тбилиси, 1957.
37. Чубинишвили Т.Н. Древнейшие грунтовые погребения Самтаврского могильника // КСИИМК, 1952, вып.46.