CERAMIC FROM THE II POYLU SETTLEMENT
CERAMIC FROM THE II POYLU SETTLEMENT
Najaf Museyibli
Summary
During the excavations in the II Poylu chalcolithic settlement in the Agstafa region have been discovered a lot of ceramic materials. The types of potteries are, big pitcher, jug, bowl and etc. The colors of these materials are red, brown and sometimes strong grey and pink painted. The composition of the clay of the ceramics is divided into 4 groups. 1) plant mixed 2) clean composition 3) inorganic 4) plant and inorganic mixed. The first and the second groups are “qualitative ceramics”, the third groups are “coarse ceramics”. From these settlement zoomorphic figurines (dog heads), disk illustrated thinks and faience sickle were found. The faience sickles of the Caucasus were known only in the settlement Lcylatepe. The faience sickles have been also discovered from the Ubeyd culture monuments in the Mesopotamia. According to the archaeological materials and radiocarbon analyses the II Poylu settlement, dates back to the first half of the IV millennium B.C.
КЕРАМИКА ПОСЕЛЕНИЯ ПОЙЛУ II
Наджаф Мусеибли
Резюме
Энеолитическое поселение Пойлу II обнаружено на территории Лкстафин-ского района, на 408.8 км маршрута нефтепровода Баку-Тбилиси-Джейхан. В результате раскопок в 2005 г. на этом поселении обнаружены многочисленные керамические изделия. Разнообразны в типологическом отношении сосуды (кю-пы, кувшины, миски, чаши и др.), в основном, красного и бурого цветов. Встре¬чаются также сосуды земно-серого и розового цветов.
На основе археологического материала и результатов радиокарбонных ана¬лизов поселение Пойлу II датируется первой половиной IV тыс. до н.э.
İKİNCİ POYLU YAŞAYIŞ YERİNİN KERAMİKASI
Nəcəf Müseyibli
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Ağstafa rayonu ərazisində yerləşən II Poylu qədim yaşayış məskənində 2005-ci ildə Cənubi Qafqaz Qaz kəmərinin tikintisi ilə əlaqədar olaraq 350m2-dən artıq sahədə, arxeoloji qazıntı işləri aparılmışdır.
Yerüstü materialların yayılmasına əsasən II Poylu qədim yaşayış məskəninin sahəsi 1 ha-a yaxındır. Abidədə orta əsrlər, son tunc, erkən tunc və eneolit dövrü yaşayış yerlərinin mədəni təbəqəsi vardır. Bundan əlavə, yaşayış yerinin mədəni təbəqələrində antik dövrdə torpaq qəbirləri salınmışdır.
Eneolit dövrü təbəqəsi e.ə. IV minilliyin birinci yarısına aid olub Leylatəpə arxeoloji mədəniyyətinə məxsusdur. Bu məqalədə apardığımız qazıntılar nəticəsində aşkar edilmiş eneolit dövrünün keramika məmulatını təhlil etməyə çalışacağıq.
II Poyluda eneolit dövrünə aid təbəqədə yerli keramika istehsalını sübut edən iki dulus kürəsinin qalıqları aşkar edilmişdir.
1 №-li dulus kürəsi 1-ci kvadratın şimali-şərqində 135 sm dərinlikdə aşkar edilmişdir. Bu dulus kürəsi iki hissədən ibarətdir. Qərbdəki hissə iri ölçülü olub təknə formalıdır. Onun saxlanmış hissəsinin diametri 1 m, divarının qalınlığı 3 sm, dərinliyi isə 20 sm-dir. Şərqdəki həcmi kiçik olsa da divarının qalınlığı l0 sm, diametri 60 sm-dir. Dulus kürəsinin təqribən yarısı dağıdılmışdır. Aşkar edilmiş kürə uzun müddətli yanma nəticəsində qırmızı rəng almışdır.
2№-li dulus kürəsi 7-ci kvadratın cənubi-qərb tərəfində, 70sm dərinlikdə aşkar edilmişdir. Kürənin yuxarı hissəsi saxlanmamışdır. Aşkar edilmiş alt hissə 3-4sm qalınlığında və 130sm diametrində olan, yanıb qızarmış gil təbəqəsindən ibarət idi.
Keramika məmulatı zəngin və çoxsaylı olub müxtəlif təyinatlıdır. Gilinin tərkibinə görə keramika məmulatını dörd qrupa bölmək olar: 1) bitki qatışıqlı; 2) təmiz tərkibli; 3) qeyri-üzvi (daş, qum, kvars və s.) qatışıqlı; 4) bitki və qeyri-üzvi qatışıqlı. Birinci və ikinci qruplar “keyfiyyətli keramika” kateqoriya-sına, üçüncü qrup isə “kobud keramika” kateqoriyasına aiddir.
1, 2 və 3-cü qruplara aid keramika Leylatəpə mədəniyyəti abidələrindən Leylatəpədən (3,s.l9), Böyük Kəsikdən (l,s.l6), Soyuqbulaqdan (9,s.l36) molumdur. Bu qrupların əlamətlərini özündə birləşdirən 4-cü qrup keramika ilk dəfə Böyük Kəsikdə qazıntılar zamanı müəyyən edilmişdir (1, s. 16).
Say etibarilə bitki qatışıqlı keramika üstünlük təşkil edir. Eneolit dövrünün ümumi keramika məmulatının 55-60%-i məhz bitki qatışıqlı gildən hazırlanmışdır. Onlar qırmızı, narıncı, az hallarda solğun çəhrayı və qonur rənglidirlər.
Onların səthi həm bu rənglərdə, həm də solğun yaşıl rəngdə anqoblanmış bəzən isə cilalanmışdır. Bəzi hallarda bu qrupdan olan хеуrə və küpə tipli qabların gilinin tərkibinə həm do oxra qatılmış, nəticədə həmin qablar bənövşəyi rəng almışdır. Bitki qatışıqlı gildən əsasən хеуrə, küp, küpə tipli qablar hazırlanmışdır. Bu qabların altı yuvarlaqdır.
Bütün keramika məmulatının daha azsaylısı ikinci qrupu, təmiz tərkibli gildən hazırlanmış qablardır. Təmiz tərkibli gildən yalnız küpə və kasa tipli qablar düzəldilmişdir. Bu qablar yüksək keyfiyyətlə bişirilmiş, anqoblanaraq cilalanmışdır. Qırmızı, solğun çəhrayı, bəzən isə qonur rənglidirlər.
“Keyfıyyotli keramika” kateqoriyasına aid qablar dulus çarxında formalaşdırılmışdır.
Üçüncü qrupa – “kobud keramika” kateqoriyasına aid qablar əldə formalaşdırılmış və kobud hazırlanmışlar. Onların səthi qeyri-hamar, rəngləri qonurdur. Bu tərkibli gildən küp, küpə və xeyrə tipli qablar düzəldilmişdir. Küplər dar və düz ağızlı, armudvari gövdəli, yuvarlaq – şişvari altlıqlıdırlar. Bəzən bu qəbildən olan armudvari gövdəli, yastı oturacaqlı küplərə də rast gəlinir. “Kobud keramika” kateqoriyasına aid qabların gili qum, xırda daş, kvars qatışıqlı olduğundan və zəif bişirildiyindən parçalanmaya daha çox meyllidirlər.
Bu kateqoriyaya aid, bişirilməzdən əvvəl səthi daraqlanmış qab qalıqları da aşkar edilmişdir. Qonur rongli bu fraqmentlərə 1,0-1,1 m dərinliyədək səviyyələrdə rast gəlinir.
Dördüncü qrup keramika qırmızı və qonur rəngli olub, əsasən xeyrə və küpə tipli qablardan ibarətdir. Onlar forma etibarilə “keyfiyyətli keramika”ya aid küpə və xeyrələri təkrarlasalar da, eyni zamanda həm bitki, həm də qum, xırda daş və digər qeyri-üzvi qatışıqlı gildən hazırlanmışdır.
Qazıntı zamanı bir neçə ədəd yapma qulp aşkar edilmişdir. Tapılan nümunələr həm “keyfiyyətli keramika”, həm do “kobud keramika” kateqoriyasına aiddir (VI tablo, № 5-8).
11 Poylu yaşayış yerində eneolit dövrünə aid xeyrə, küpə, küp, kuzə, kasa, tava və s. tipli saxsı qablar aşkar edilmişdir.
Xeyrələr (I tablo). Say etibarilə xeyrə tipli qablar üstünlük təşkil edirlər. Onlar əsasən “keyfiyyətli keramika” kateqoriyasına aiddirlər. Az hallarda “ko¬bud keramika” kateqoriyasına aid xeyrələrə də rast gəlinir. Belə xeyrələrin bəzilərinin gilinin tərkibinə bitki qatılmışdır. Xeyrələrin hamısı yuvarlaq altlığa malikdir.
Ağız kənarının tərtibatı baxımından xeyrələri iki qrupa bölmək olar: sadə və köbəli ağız kənarına malik xeyrələr. Hər iki qrupdan olan xeyrələr əsasən dayaz, bəzi hallarda isə dərin hazırlanmışdır. Birinci qrupa aid xeyrələrin (I tablo, №1, 5, 8, 10) ağız kənarı heç bir əlavəsi olmadan sadə, gövdənin davamı kimi düzəldilib. Onların ağız kənarının sonluğu bir qədər nazikləşir. Bəzən belə qabların ağız kənarı daxilə qatlanmışdır (I tablo, №9). Az hallarda sadə ağızlı xeyrələrin ağız kənarını daxildən bir və ya bir neçə nazik kəsmə xətlər dövrələyir.
İkinci qrup xeyrələrin ağız kənarı köbəli hazırlanmışdır (1 tablo, №3, 6, 7, 11). Onların ağız kənarı, əsasən xaricə köbəlidir. Lakin, bəzən həm xaricə, həm də daxilə köbəli ağız kənarına malik xeyrələrə do rast gəlinir. Ağız kənarı xari¬cə köbəli xeyrələrdən birinin ağız kənarı daxildən kanalvari şəkildə batıqdır.
İri həcmli xeyrəyə aid hissə diqqəti cəlb edir. Qırmızı rəngli, “kobud kera¬mika” kateqoriyasına aid bu xeyrə parçasının sınıq yerində bir hissə xüsusi alətlə sürtülərək hamarlanmış və qövsvari formaya salınmışdır (I tablo, №12). Belə bir fakt Böyük Kəsikdən məlumdur. Belə ki, orada içərisində körpə uşağın dəfn edildiyi qazanın – 3 No.-li qəbirin üstünə qoyulmuş təsərrüfat küpü parçasının sınıq hissəsi qövsvari şəkildə sürtülərək hamarlandırılmışdır (2, s.13). Belə bir vəziyyət çox ehtimal ki, müəyyən ayinlə bağlı olmuşdur.
Küpələr (II-III tablolar). Küpələr dar və geniş ağızlı olmaqla iki qrupa bölünürlər. Dar ağızlı küpələr həm “keyfiyyətli keramika”, həm də “kobud ke¬ramika” kateqoriyasına aiddirlər. “Keyfiyyətli keramika” kateqoriyasına aid küpələr çoxsaylı olub qırmızı, narıncı rəngli, “kobud keramika” kateqoriyasına aid küpələr isə azsaylı olub qonur və qara rənglidirlər.
Dar ağızlı küpələrdən bir qisminin hündür ağız kənarı azacıq xaricə meylli, silindrik formadadır. Onların bəzilərinin ağız kənarının ortası xaricdən azacıq qabarıqdır (III tablo, № 1). Hər iki kateqoriyadan olan belə küpələrə rast gəlinir. Dar ağızlı, “kobud keramika” kateqoriyasına aid, qonur rəngli küpələrdən birinin çiyin hissəsini bişirilmədən əvvəl vurulmuş bir cərgə oval vari batıqlardan ibarət naxışlar əhatələyir.
Geniş ağızlı küpələr də həm “keyfiyyətli keramika”, həm do “kobud kera¬mika” kateqoriyalarına aiddirlər. “Keyfiyyətli keramika kateqoriyasına” aid küpələrin ağız kənarı bir qədər xaricə meylli, qıfşəkilli bəzən isə köbəlidir. “Ko¬bud keramika” kateqoriyasına aid iki küpə diqqəti cəlb edir. Onlardan biri kiçik həcmli, boz rəngli olub əldə səliqəsiz hazırlanmışdır. Ağız kənarı azacıq xaricə meylli olan bu küpənin səthi qeyri-hamardır (II tablo, №2). İkinci küpə nisbətən iri ölçülüdür. Onun ağız kənarı azacıq xaricə meyillidir. Çiyin hissəsi bir qədər qabarıq düzəldilmişdir. Həmin qabarıq hissədə bir cərgə rombşəkilli naxışlar qabı dövrələyir. Bu naxışlardan aşağı, gövdə hissə daraqvari alətlə işlənmişdir.
“Kobud keramika” kateqoriyasından olan açıq sari rəngli küpələrdən biri¬nin yastı oturacaq hissəsi aşkar edilmişdir. Qonur rəngli, digər bir küpənin boğaz hissəsi enli kanalvari şəkildə düzəldilməklə çiyin hissədən seçilmişdir.
“Kobud keramika” kateqoriyasına aid küpələrdən birinin boğazından çiyninə keçid qabarıqdır.
Küplər (III-IV tablolar). Нər iki kateqoriyaya aid iri təsərrüfat küpləri aşkar edilmişdir. Onları forma etibarilə üç qrupa bölmək olar: 1) geniş ağızlı; 2) dar ağızlı, şar gövdəli; 3) armudvari gövdəli küplər. Birinci və ikinci qrupa aid küplər yuvarlaq altlıqlı olub “keyfiyyətli keramika”, üçüncü qrupa aid küplər isə “kobud keramika” kateqoriyasına məxsusdurlar.
Birinci qrupa aid küplərin (IV tablo, №1,3, 5) ağız kənarı ilə gövdəsinin diametri yaxın olub, bəzən eynidirlər. Onların qıfşəkilli ağız kənarı xaricdən köbəlidir. İkiqat pilləvari düzəldilmiş ağız kənarına malik küplərə də rast gəlinir (III tablo, №7, 15). Bəzi küplərin ağız kənarının köbəsi xaricdən şaquli “kəsilmişdir” (III tablo, №12). Bu qrupa aid küplər qırmızı, narıncı rəngli olub yuvarlaq altlıqlıdırlar.
İkinci qrupa aid küplər dar ağızlı şar gövdəlidirlər (III tablo, № 2, 4). Onların ağız kənarı qıfşəkilli, altı yuvarlaqdır. Qırmızı və narıncı rənglidirlər.
Üçüncü qrupa aid küplər “kobud keramika” kateqoriyasına aid olub uzusov, armudvari gövdəyə malikdirlər. Qonur rəngli bu qabların gilinin tərkibinə bəzən seyrək bitki qatılmışdır. Onların ağız kənarı düz, silindrik şəkilli və qif-şəkillidirlər. Bu küplərin altı yuvarlaq-şişvari (IV tablo, №6) və yastıdır (IV tablo, №7,8). Üçüncü qrupa aid küplərdən, əsasən körpə uşaqların dəfni üçün istifadə edilmişdir. Onlar zəif bişirilmişdir.
Kuzələr (II tablo, № 6-10). Kuzə tipli qablar bir qayda olaraq “keyfiyyətli keramika” kateqoriyasına aid olub təmiz tərkibli gildən hazırlanmışdır. Dulus çarxında formalaşdırılmış bu qablar əsasən açıq-qonur rənglidirlər. Onların gili yaxşı yoğrulmuş və keyfiyyətlə bişirilmişlər. Uzun, qıfşəkilli boğaza malikdir-lor. Boğazdan çiyinə keçid hamardır. Lakin az hallarda boğazdan çiyinə kəskin keçidli silindrik boğazlı kuzələrə də rast gəlinir.
Kasalar (VII tablo, №1-3). Kasa tipli qablara aid fraqmentlər məhdud sayda aşkar edilmişdir. Onlar da kuzələr kimi təmiz tərkibli gildən dulus çarxında formalaşdırılmış və keyfiyyətlə bişirilmişdi. Bu qablar açıq qonur rəngli olub bikənik formalı və yuvarlaq altlıqlıdırlar. Onların ağız kənarı geniş açılmışdır. Düz və qalın divarlı və “kobud” qatışıqlı gildən səliqəsiz hazırlanmış kasalara da rast gəlinib.
Tavalar (VIII tablo, № 1-6). Bu tipli qablara aid bir nесо fraqment aşkar olunmuşdur. Onlar “kobud keramika” kateqoriyasına aid olub qonur rənglidirlər. Yalnız bir tava fraqmenti “keyfiyyətli keramika” kateqoriyasına aiddir. Tava tipli qablar qalın, yastı oturacaqlı və qalın divarlı olub kobud hazırlanmışlar. Onlardan biri saman qatışıqlıdır (VIII tablo, №1). Digər bir tavanın ağız kənarından 1-1,5 sm aşağıda bir cərgə deşiklər açılmışdır (VIII tablo, №5). Başqa bir fraqmentin do qalın divarının ortasında iki yanaşı deşik açılmışdır (VIII tablo, № 6).
Ümumiyyətlə, divarında bişirilməzdən əvvəl deşiklər açılmış qab fraqmentləri aşkar edilmişdir. Onların bəzilərinin (VIII tablo, №
süzgəc kimi istifadə olunması güman edilir. Bişirildikdən sonra ağız kənarından aşağıda deşik açılmış yalnız bir qab fraqmenti tapılmışdır. Bu «keyfiyyətli keramika» ka¬teqoriyasına aid kiçik həcmli xeyrə tipli qabın hissəsidir (VIII tablo, № 7).
Maraqlıdır ki, fraqmentlərdən biri tamamilə fərqlidir. Bu, düz divarlı qabın gövdə hissəsinin qalığıdır. Bu qabın divarında bişirilməzdən əvvəl nazik alətlə bir tərəfdən divarın yarısına qədər batırmaqla əks tərəfdə qabarıqlar əmələ gətirilmişdir. Çox güman ki, burada məqsəd qabın divarında deşik aç-maq deyil, özünəməxsus qaydada qabarıq şişlərlə naxışlamaq olmuşdur.
Diqqəti cəlb edən materiallardan biri kiçik ölçülü, sarı rəngli qabdır (VII tablo, №6). 15-ci kvadratdakı təsərrüfat quyusunda tapılmış bu qab təmiz tər¬kibli gildən əldə kobud formalaşdırılmışdır. Səthi qeyri-hamar, düz divarlıdır. Yastı oturacağının ortası içəriyə batıqdır. Ağız hissəsi divarlara nisbətən nazik olub daraldılmışdır. Diqqəti çəkən cəhət bu qabın bişirilməməsidir. Onun daxilində açıq, parlaq, qırmızı rəngli maddənin qalıqları qalmışdır. Bu qabdan hansı məqsədlə istifadə edilməsi molum deyil. Ehtimal etmək olar ki, bu qabdan hansısa məhlulun saxlanılması, ayinlərin icrası üçün istifadə edilmiş və ya sadocə uşaqlar üçün oyuncaq olaraq hazırlanmışdır.
II Poylunun qablarının naxışlanmasına Leylətəpə mədəniyyəti üçün səciyyəvi olan kəsmə üsulu ilə vurulmuş çarpaz, qoşa, qövsvari xətlərdən və dırnaqla vurulmuş buğda şəkilli, ovalvari ornamentlərdən istifadə olunmuşdur. Leylatəpə mədəniyyətinə aid digər abidələrdən fərqli olaraq, II Poyluda həm “key¬fiyyətli” həm do “kobud” keramika kateqoriyasına aid nümunələr bu üsulla naxışlanmışdır. Belə naxışları olan küpə, xeyrə, kuzə tipli qab fraqmentləri tapılmışdır (V tablo).
Yuxanda qeyd edildiyi kimi II Poylunun eneolit dövrü bəzi qablarının bəzədilmə üsullarından biri onların ağız kənarında xaricdən düzəldilmiş relyefik-şişlərdir. Abidədə iki ədəd belə qab fraqmentinə rast gəlinmişdir. Onlardan biri bitki qatışıqlı gildən qırmızı rəngdə hazırlanmış qaba aiddir. Qalın divarlı bu qab iri həcmli olub düz, şaquli divarlı və yastı oturacaqlıdır (V tablo, №5).
İkinci, nazik divarlı qab fraqmenti do “keyfiyyətli keramika” kateqoriya¬sına aiddir. Bu qabın xaricə meyilli ağız kənarına xaricdən konusvari şiş əlavə edilmişdir. Çox ehtimal ki, bu fraqment kasa tipli qaba məxsusdur.
II Poylunun saxsı qablarının on yaxın paralelləri Leylatəpə (3, s.36-52), Böyük Kəsik (1, s. 16-25), Soyuqbulaq (9, s. 136-137), Berikldebi (4, s.84-85) və Leylatəpə mədəniyyətinə aid digər abidələrdən məlumdur. Leylatəpə mə¬dəniyyəti Mesopotamiya, Ön Asiya ilə Şimali Qafqaz arasında körpü rolunu oynamışdır. Buna görə də II Poylu qablarının çoxsaylı analogiyalarına Şimali Ubeyd (7, şək.6, №1-5) və Maykop mədəniyyətləri abidələrində rast gəlinir. II Poylu keramikasının əsas naxış elementləri Maykop mədəniyyəti qablarında təkrarlanır (6, şək. 1).
Beləliklə, II Poylu yaşayış yerinin zəngin keramika məmulatı bu abidənin Leylatəpə mədəniyyətinə aid olduğunu göstərir. «Keyfiyyətli keramika» kateqoriyası özünün bütün göstəriciləri ilə On Asiya ilə bağlıdır. II Poyluda bu kateqoriya ümumi keramika məmulatının əksəriyyətini təşkil edir. «Kobud keramika» kateqoriyası isə yerli eneolit ənənəsini özündə əks etdirir. Məhz hər iki kateqoriyaya aid keramikanın birgə istehsalı Leylatəpə mədəniyyətinin əsas xüsusiyyətlərindən olub, Mesopotamiya və Cənubi Qafqazın eneolit mədəniyyətlərinin xüsusiyyətlərinin təzahürüdür. Keramika istehsalı ənənələrinin qovuşması abidədən aşkar edilmiş, hər iki kateqoriyanın əlamətlərini özündə birləşdirən dördüncü qrup bitki və qeyri-üzvi qatışıqlı keramika məmulatında özünü daha aydın şəkildə göstərir.
II Poylunun keramika məmulatı Leylatəpə mədəniyyətinin, eneolit dövründə Mesopotamiya-Qafqaz miqrasiya proseslərinin, eneolit dövrü keramika istehsalı üsullarının tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT
1. Müseyibli N.Ə. I Böyük Kəsik eneolit dövrü yaşayış məskəni. Bakı, 2007
2. Müseyibli N.Ə. Leylatəpə mədəniyyətinin gil qablarda dəfn adəti. «Azərbaycan arxeologiya və etnoqrafiyası». Bakı, 2007, №1
3. Алиев H., Нариманов И. Культура северного Азербайджана в эпоху позднего энеолита. Баку, 2001.
4. Глонти Л.И., Джавахишвили А.И. Новые данные о многослойном памятнике эпохи энеолита – поздней бронзы в Шида Картли – Бериклдееби. КСИА, 1987, №192.
5. Кореневский С.Н. Древнейшее оседлое население на среднем Тереке. Моск¬ва, 1993.
6. Кореневский С.Н. Знаковая керамика Кавказа эпохи энеолита и ранней брон¬зы. Древности Северного Кавказа. Москва, 1999.
7. Мерперт Н.Я., Мунчаев P.M. Поселения убейдской культуры Ярым-тепе III в северной Месопотамии. Советская археология, 1982, №4.
8. Мунчаев P.M. Кавказ на заре бронзового века. Москва, 1975.
9. Мусеибли Н. Позднеэнеолитические курганы Акстафинского района. Архео¬логия, этнология и фольклористика Кавказа. Баку, 2005.