AZERBAIJAN IN EPOCHS OF PALEOMETAL AND EARLIER AGRICULTURE
AZERBAIJAN IN EPOCHS OF PALEOMETAL AND EARLIER AGRICULTURE
Narghiz Hajizadeh
Summary
The present article is dedicated to the formation of earlier agriculture on the territory of Azerbaijan. The authoraq also notes their place in household development of early local tribes in epochs of the production metal.
ЭПОХА НАЛ КОМЕТ АЛЛ А И РАННЕЕПМЛКМЛКДКЛЬЧЕСКИЕ КУЛЬТУРЫ НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА Наргиз Гаджиаде
Резюме
Представленная статья посвящена истории становления раннеземледельческих культур на юрритории Азербайджана и их месту в культурно- хозяйственном развитии ранних обществ в эпоху освоения металла.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ PALEOMETAL DÖVRÜ VƏ ERKƏN ƏKİNÇİLİK MƏDƏNİYYƏTLƏRİ
Nərgiz Hacızadə (AМEA-пт Arxeologiya və Etnoqrafiya institutu)
Azərbaycan qədim və zəngin keçmişə, yüksək mədəniyyətə malik ölkələrdəndir. Azərbaycan ərazisindəki nadir yerüstü abidələr və arxeoloji qazın-tılarla üzə çıxarılan çoxsaylı maddi mədəniyyət abidələri buna əyani sübutdur. Onların hər biri qədim tariximizlə bağlı müxtəlif arxeoloji mədəniyyətlərin maddiləşmiş təcəssürrrüdür.
Bəşər tarixinin hər bir dövrü kəşflər və nailiyyətlərlə səciyyələnmişdir. Belə kəşflərdən biri metal istehsalı sirrinin açılması ilə bağlıdır. Metal istehsalının mənimsənilməsilə bəşəriyyətin mədəni tarixi inkişafında yeni mərhələ paleometal (qədim metal) dövrü başlanmışdı. Metalın kəşfilə milyon illər davam edən daş dövrü başa çatmış, ibtidai insan özünün çətin məişət və təsərrüfatında metaldan hazırlanmış möhkəm və müxtəlif alətlərdən istifadə etməklə mədəni-tarixi inkişafın daha yüksək mərhələsinə daxil olmuşdu. Metalın kəşfilə qədim istehsalın yeni bir sahəsinin, indiyədək öz böyük tarixi əhəmiyyətini itirməyən metallurgiyanın və metal işləmə sənətinin əsası qoyulmuşdu (1).
İbtidai insanların kəşf etdikləri ilk metal mis olmuşdu. Buna müvafiq pa¬leometal dövrünün ilk mərhələsi hal-hazırda eneolit – ınis dövrü adlanır. Onu da qeyd etmək lazımdır ki, mis istehsalının genişlənməsi dövründə belə daş ən geniş yayılmış xammal kimi öz əhəmiyyətini itirməmiş, məişət və təsərrüfatda ondan hələ də geniş istifadə olunmuşdu. Bununla bağlı eneolit (latın – yunan sözlərinin birləşməsi olmaqla eneus – mis, litos – daş deməkdir) əslində daş dövründən metal dövrüm) keçid mərhələsinin başlanğıcını təmsil etmişdi. Lakin mis dövrü daş dövründən fərqli bəşər tarixinin iqtisadi, ictimai və mədəni həyatında görünməz inkişaf və yeniliklərlə səciyələnmisdi (2).
Mis-eneolit dövründə əkinçilik istehsal təsərrüfatının təşəkkülü başa catmış, maldarlıq yeni inkişaf mərhələsinə qədəm qoymuş, mövcud sənət sahələri əsaslı şəkildə genişləndirilmiş, metalişləmə sənəti meydana çıxmışdı. Me¬tal istehsalının mənimsənilməsi və geniş tətbiqi о zamankı iqtisadi və mədəni əlaqələrin genişlənməsinə əsaslı təsir göstərmiş, “əski dünya”nın on ucqar yerlərini bir-birilə birləşdirən sabit mübadilə yollarının meydana çıxması ilə nəticələnmişdi.
Eneolit – mis dövrü dünyanın bir sıra ölkələri, о cümlədən Azərbaycan üçün qanunauyğun tarixi inkişaf mərhələsi olmuşdu. Qədim Aərbaycanın samballı arxeoloji tapıntılarında aydın nəzərə çarpası iqtisadi, ictimai və mədəni durumunun zəruri səviyyəsi, mürəkkəb istehsal formaları ilə bağlı artan tələbləri, eləcə də lazımi təbii şəraiti və ehtiyatları metal kəşfinin labüdlüyünü doğurmuş, ümumi nəticədə Azərbaycanda yeni və yüksək tarixi mərhələnin başlanmasına səbəb olmuşdu (3).
Ölkənin Kiçik Qafqaz silsiləsi çərçivəsindəki yuxarı bölgələrinin zəngin yerüstü və yeraltı filiz yataqları yerli mis istehsalının sabit xammal mənbəyini təşkil etmişdi (4). Mal-hazırda bu bölgələrdə xeyli sayda zəngin mis filizi yataqları qalmaqdadır. Maraqlıdır ki, həmin yerlərdə keçən əsrin ikinci yarısında qədim mis mədənlərinin qalıqları da üzə çıxarılmışdır (5).
Tarixi Azərbaycan ərazilərində mis-eneolit dövrünün ilk arxeoloji abidələri Urmiya gölü sahilindəki Göytəpə və Naxçıvan şəhəri yaxınlığındakı Kültəpə qədim yaşayış yerləri olmuşdu. İngilis arxeoloqu Tomas Burton-Braun tərəfindən 1948-ci ildə Göytəpə abidəsində aparılan arxeoloji qazıntılarla palco-metal dövrünün başlanğıc mərhələsinə və daha qədim dövrlərə aid yaşayış yerinin tikinti qalıqları, müxtəlif maddi mədəniyyət nümunələri, о cümlədən bir neçə on qədim metal əşya üzə çıxarılmışdı (6).
Naxçıvandakı Kültəpə abidəsinin arxeoloji tədqiqi daha böyük elmi dəyərli olmuşdur. Keçən əsrin 50-ci illərinin əvvəllərində O.H.Həbibullayev tərəfindən Kültəpədə başlanan və on ilə yaxın davam edən geniş qazıntı işləri paleometal dövrünün bütün mərhələlərinə məxsus 21 m qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuşdu (7). Həmin mədəni təbəqənin 9 m qalınlıqda alt laylarında bilavasitə mis dövrünə aid tikinti qalıqlarına, qəbirlərə, erkən əkinçiliklə bağlı əmək alətlərinə, dənli bitki qalıqlarına, ibtidai dulusçuluq nümunələrinə, on maraqlısı isə – ona yaxın on qədim mis əşyalara rast gəlinmişdi. Kültəpə abidəsi bütün Qafqazda eneolit dövrünün ilk arxeoloji kompleksi, ümumilikdə isə on qədim əkinçilik mədəniyyətinin ilk abidəsi kimi qiymətləndirilmişdi (8).
Sonrakı illərdə Azərbaycan ərazisində aparılan arxeoloji axtarışlar nəticəsində mis-erkən əkinçilik mədəniyyətinə aid abidələrin, eləcə də ən qədim metal əşyaların coğrafiyası əsaslı şəkildə genişlənmişdi. Cənubi Azərbaycanda Göytəpə abidəsilə yanaşı Yanıqtəpə, Həsənlitəpə, Dəlmətəpə, Hacı Füruz, Pijdəlitəpə kimi komplekslər aşkara çıxarılmış və öyrənilmişdi (9). Eyni mədəni-tarixi qəbildən olan qədim abidələr Mil-Qarabağ düzündə
(10), Ağstafa və Qazax bölgələrində (11), Muğanda (12), Quruçay və Köndələnçay hövzəsində üzə çıxarılmışdı (13). Son illərdə Azərbaycanın qərb bölgələrində mis-eneolit dövrünə aid abidələrin yeni silsiləsi aşkar edilmiş və öyrənilmişdir (14). Naxçıvan ərazisindəki yeni axtarışlar isə Kültəpə xassəli abidələrin geniş yayıldığını göstərmişdi (15).
Yeni abidələrlə bağlı elmi araşdırmalar başlanılmazdan əvvəl VI-IV minilliklərdə Azərbaycan ərazisində oturaq əkinçi-maldar cəmiyyətlərə məxsus yetkin əkinçilik mədəniyyətlərinin mövcud olduğu və ayn-ayrı bölgələrdə xronoloji və lokal qruplarla yayıldığını üzə çıxarmışdı. Araşdırmalar eyni zamanda Azərbaycan ərazisindəki ilkin əkinçilik mədədəniyyətlərinin On Asiya əkinçilik mədəniyyətlərilə sıx tomasda inkişaf etdiyini sübuta yetirmişdi.
1 lal-hazırda Azərbaycan ərazisində ən qədim metal istehsalı və əkinçilik mədəniyyətlərilə bağlı olan üç arxeoloji mədəniyyət müəyyənləşdirilmişdir: Kültəpə mədəniyyəti, Şomutəpə mədəniyyəti və Leylatəpə mədəniyyəti.
Külləpə əkinçilik mədəniyyəti üçün əsas Naxçıvan şəhəri yaxınlığındakı eyni adlı çoxtəbəqəli qədim yaşayış yeri olmuşdu. Qazıntılara qədər Kültəpə 1,5 hektara yaxın sahəni tutan hündür süni təpədən ibarət olmuşdu. On ildən artıq davam edən qazıntılar Kültəpə abidəsinin alt təbəqəsinin eneolit dövrünə, ondan üstdəki təbəqəsinin isə erkən tunc dövrünə (Kür-Araz mədəniyyətinə), qalan hissəsinin paleometal dövrünün sonrakı mərhələlərinə aid olduğunu göstərmişdir.
Qazıntılar zaman Kültəpənin eneolit dövrünə aid edilən mədəni təbəqəsində 18 tikinti layı aşkar edilmiş, həmin laylarda dairəvi və düzbucaqlı forma-da tikilmiş yaşayış və təsərrüfat binalarının qalıqları və ibtidai əkinçiliklə bağlı əmək alətləri üzə çıxarılmışdı. Binaların çoxu daş bünövrələr üzərində tikilmişdi. Əldə edilən arxeoloji materiallar: iri ölçülü ağır dən daşları, dulusçuluq nümunələrinin çoxluğu Kültəpə mədəniyyətini oturaq əkinçi-maldar cəmiyyətlərinin həyat tərzini əks etdirən arxeoloji kompleks kimi səciyyələndirmişdir (16) Kültəpədə və bu qəbildən olan digər eneolit abidələrində mədəni təbəqənin qalınlığı Kültəpə erkən əkinçilik mədəniyyətinin e.ə. VI-IV minillikləri əhatə etməklə uzun müddət davam etdiyini göstərmişdir.
Kültəpə mədəniyyətinin mövcud olduğu dövrdə yerli tayfalar dənli bitkilər müxtəlif növ arpa və buğda istehsal etmiş, iri və xırda buynuzlu ev hey-vanları saxlamış, toxuculuq, daş və sümükişləmə və dulusçuluq sənət sahələrini inkişaf” etdirməklə yanaşı artıq metalişləmə sənətinə də yiyələnmişdilər. Yerli tayfaların qonşu ərazilər xüsusən On Asiyanın mədəni mərkəzlərilə əlaqələri əsaslı şəkildə artmışdı. Bütün bunlar arxeoloji materiallarda geniş şəkildə öz əyani əksini tapmışdır.
Kültəpə mədəniyyətinin nəzərə çarpan əsas xassələrindən biri aşkar edilən çoxsaylı dulus məmulatında əks olunmuşdur. Saman qalışıqlı gildən əldə hazırlanmış dulusçuluq məhsulları ilk növbədə öz sadə və qeyri simmetrik biçimləri ilə seçilirlər. Onların içərisində iri ölçülü çəlləkvari biçimli qablar, qazanlar, camlar, düz ağızlı küpələr və sairə vardır. Qalın divarlı və yastı oturacaqlı bu qabların üzəri bir çox hallarda xüsusi gil məhlulu ilə suvanmış, hamarlanmış, bəzən isə cilalanmışdır. Qulpları yoxdur. Ümumilikdə, Kültəpə mədəniyyətinin dulus məmulatı üçün bəzək xas deyildir. Bununla belə ayrı-ayrı qabların yuxarı hissəsində nal şəkilli yanma bəzəklərə, kiçik düyməciklərə, bəzən isə boya ilə çəkilmiş çox bəsit bəzəklərə rast gəlinir. Boya naxışlı qab nümunələrinin əksəriyyəti yerli istehsaldır. Bununla belə Kültəpə abidəsində Ön Asiya xüsusiyyətli gətirilmə boyalı qab nümunələrinə də təsadüf olunmuşdur. Kültəpə mədəniyyətinə məxsus dulusçuluq nümunələrinin bişirilmə keyfiyyəti qənaətbəxşdir. Bununla əlaqədar onların əksəriyyəti açıq çəhrayı, qırmızımtıl sarı və ya qırmızımtıl boz rəngdədir.
Qeyd etmək lazımdır ki, Kültəpə abidəsinin dulus məmulatında nəzərə çarpan səciyyəvi xüsusiyyətlərin çoxu Azərbaycanın cənub bölgələrindəki komplekslərdə də izlənilmişdir. Belə ki, saman qatışıqlı gildən hazırlanmış, müəyyən hallarda boya ilə naxışlanmış ibtidai qablara Mil-Qarabağ düzündəki abidələrdə, Muğandakı Əliköməktəpə qədim yaşayış yerində, eləcə də Urmiya hövzəsindəki qədim əkinçilik komplekslərində də təsadüf edilmişdir.
Molumdur ki, görkəmli arxeoloq-alim A.A.Iyessen hələ ötən əsrin 60-cı illərində Kültəpə mədəniyyətinin daha çox Azərbaycanın cənub bölgələri üçün səciyyəvi olduğunu və bilavasitə On Asiyanın qədim əkinçilik mədəniyyətlərilə sıx qarşılıqlı əlaqələr və təsir şəraitində inkişaf etdiyini üzə çıxarmışdı (17). Onu da qeyd etmək lazımdır ki, metal istehsalı ilə bağlı on qədim əşyavi nümunələrin daha çox cənub bölgələrindəki abidələrdən tapılması heç də təsadüfi deyildir.
Azərbaycan ərazisində eneolit dövrünə aid edilən digər qədim əkinçilik mədəniyyəti arxeoloji ədəbiyyata Şomutəpə mədəniyyəti adı ilə daxil olmuşdu (18). Bu mədəniyyətin ilk abidəsi keçən əsrin 60-ci illərinin əvvələrində Akstafa şəhərinin yaxınlığında üzə çıxarılan Şomutəpə adlı arxeoloji kompleksdir. Bir neçə il davam edən arxeoloji qazıntılarla Şomutəpədə on qədim əkinçilik mədəniyəti ilə bağlı l,5m qalınlıqda mədəni təbəqə üzə çıxarılmış və bu mədəniyəti səciyyənləndirən çoxlu maddi mədəniyət nümunələri əldə edilmişdi. Qazıntılar zamanı Şomutəpə qədim yaşayış yerində çiy kərpiclərdən və möhrədən tikilmiş dairəvi formalı yaşayış və təsərüffat oraqları, dən daşları, dəvəgözü daşından müxtəlif kəsici alətlər, sümükdən yonulmuş kiçik ölçülü qadın fiqurları, iynə və bizlər, qaşıqlar, arxaik dulus məmulatı, bəzək nümunələri və s. tapılmışdır. Əldə edilən dəyərli tapıntılar İçərisində müxtəlif növ yabanı və mədəni dənli bitki – buğda və arpa qalıqları da vardır.
Dulus məmulatı yastı, müəyyən hallarda isə dabanlı oturacağa malik bəsit və müxtəlif ölçülü qablardan ibarətdir. Onların əsas hissəsi qum, qismən hissəsi isə saman qarışıqlı gildən əldə hazırlanmış və odda bişirilmişdir. Qulpsuz və bəzəksizdirlər. Bəzi qabların üzəri hamarlanmış və qırmızı boya ilə örtülmüşdür. Bəzi qabların yuxarı hissəsində isə yapma bəzəklərə təsadüf olunmuşdur.
Qeyd etmək lazımdır ki, oxşar tapıntılar Kür çayının orta axarındakı bölgələrin bir çox həmin dövr abidələrində üzə çıxarılmışdır. Onların içərisində Töyrətəpə, Qarğalartəpə, Rustəpə, Baba-Dorviş, Göytəpə və onlarca digər qədim yaşayış məskənləri Şomutəpə mədəniyyətinin səciyyəvi komplekslərini təşkil edir. Onlar e.ə. VI-IV minilliklərə aid edilsələr do Kültəpə mədə¬niyyətinin abidələrilə müqayisədə arxaik xüsusiyyətlərilə seçildiklərindən hal-hazırda bəzi tədqiqatçılar tərəfindən neolit dövrü abidələri hesab olunurlar (19). Ümumilikdə, Şomutəpə mədəniyyətinin iqtisadiyyatı əkinçilik və maldarlığın artıq yetkin səviyyəsini və ev sənətkarlığına məxsus ayrı-ayrı sahələrin yeni məhələsini əks etdirir. Kültəpə mədəniyyətilə müqayisədə me¬tal Şomutəpə mədəniyyəti üçün səciyyəvi deyildir. Bununla bağlı mis əşyalar Somutəpə mədəniyyətinə məxsus abidələrdə nadir tapıntılardır.
Azərbaycan ərazisində erkən əkinçiliklə bağlı olan üçüncü mədəniyyət arxeoloji ədəbiyyatda Leylatəpə mədəniyyəti adı ilə tanınır (20). Lüylatəpə Qarabağ düzündə aşkar olunan və tapıntıları ilə molum abidələrdən əsaslı şəkildə fərqlənən ilk qədim yaşayış yeridir. Diametri 60, hündürlüyü 2 m olan dairəvi təpədən ibarətdir. Eyvazlı kəndindən şimal-qərbdə yerləşir. Abidə keçən əsrin 80-ci illərində qeydə alınmış və öyrənilmişdir. Leylatəpədən əldə edilən gil məmulat bir-birindən əsaslı şəkildə seçilən 2 qrup qablarla təmsil olunmuşdur. Birinci qrupa daxil olan qablar qum qatışıqlı gildən əldə hazırlanmış nümunələrdən ibarətdir. Bəzi qabların qırmızımtıl-boz rəngli səthi daraqvari alətlə çəkilmiş zolaqlarla örtülmüşdür. Göstərilən nümunələr sayca о qədər do çox deyil. İkinci qrupa daxil olan gil qablar qənaətbəxş bişirilmiş qırmızı rəngli nümunələrdir. Təmiz və ya tərkibinə saman tozu qatılmış gildən hazırlanan nazik divarlı, müxtəlif ölçülü və biçimli belə gil məmulatına camlar. kasalar. qədəhlər, ikiboğazlı dolçalar kimi qablar daxildir. Bir çoxunun səthi yaşılımtıl anqobla örtülmüş və qara rənglə sadə naxışlarla bəzədilmişdir. Müqayisəli tədqiqatlarla məlum olmuşdur ki, bela gil qablar öz yüksək keyfiyyətiylə daha çox Mesopotamiyada geniş yayılmış Ubeyd mədəniyyətinin gil məmulatına yaxındır (21). Əldə olan gil qablar içərisində simmetrik yuvarlaq
gövdəli, iri ölçülü, yastı boğazlı küplər xüsusilə maraqlıdır. Onların dulus çarxında hazırlanması müşahidə olunmuşdur. Yüksək keyfiyyəti ilə nəzərə car-pan belə qablar Kültəpə və Şomutopə mədəniyyətlərinin gil məmulatlarından əsaslı şəkildə seçildiyindən yeni bir qədim mədəniyyətin – Leylatəpə mədəniyyətinin müəyyənləşməsi üçün əsas olmuşdur. Beləliklə, Azərbaycan ərazisində erkən istehsal təsərrüfatının formalaşdığı dövrdə öz yüksək xüsusiyyət-lori ilə seçilən başqa bir mədəniyyətin do təşəkkül tapması müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Leylatəpə mədəniyyətinin ilk yayılma ərazisi Qarabağ düzü ilə məhdudlaşdırılmışdır. Lakin son illərin arxeoloji axtarışları ilə Azərbaycanın qərb bölgələrində Böyük Kəsik, Soyuq-bulaq və Poylu kimi yeni komplekslərin tapılması Leylatəpə mədəniyyətinin daha geniş ərazilərə yayılmasını üzə çıxarmışdır (22). Yeni abidələrdə də Mesopotamiyanın Ubeyd dövrü abidələrilə yaxınlıq bir daha sübuta yetirilmişdir. Leylatəpə mədəniyyətinin xronoloji mərhələsinə gəlincə onu qeyd etməyi lazım bilirik ki, bu mədəniyyət son tədqiqatların nəticələrinə əsasən Ubeyd mədəniyyətilə eyniləşdirilərək e.ə. IV minilliyin I yarısına aid edilir. Belə nəticəyə gəlmək olur ki, Azərbaycan ərazisində qədim istehsal mallarının təşəkkülü eyni zamanda müxtəlif – Kültəpə, Şomutəpə və Leylatəpə mədəniyyətlərinin mey-dana çıxması ilə müşayiət olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda, eyni zamanda bütün Cənubi Qafqazda metal istehsalının meydana çıxması ilkin əkinçi maldar cəmiyyətlərin mürəkkəb iqtisadı tələblərlə bağlı olmuş, onların sosial-mədəni strukturunun yüksək inkşaf səviyyəsindən irəli gəlmişdi.
ƏDƏBİYYAT:
1.Всемирная история, том I.Москва 1955, с 133
2. Arüixovskiy A.V. Osnovı arxeoloqji. Moskva, 1954, s. 60-61; Arxeoloqiə SSSR. Gneolit. Moskva, 1982, s. 5-8.
3.Рагимова M. H. Появление металла и его влияние на социально-экономичес-
кую структуру общества. Материалы международного симпозиума. Баку, 2009 г. с. 38-39
4.Л глас Азербайджана. Баку-Москва, 1963, с. 36-37; Вялили М.Н. (Baharlı)
Azərbaycan. Bakı, 1993, s 139-141
5.Исмаилзадс Г.С, Бахшалиев В.В., Горно-металлургическое производство эпо-
хи палсометалла на территории Азербайджана. Материалы конференции Медные рудники Западного Кавказа в Ш-П тыс. до н.э. и их роль в гор¬нометаллургическом производстве древнего населения. Сухуми, 1988; Ис¬маилзадс Г.С. Этапы развития древнейшей металлургии и металлообраба¬тывающего производства на территории Азербайджана. КСИА, № 192. Москва, 1987,
6. Burton-Brown Т. Excavations in Azerbaijan 1948. London, 1951
7.Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959; Yenə onun. Енсолит
и бронза на территории Пахчыванской АССР. Баку, 1982.
8.Памятники культуры Энеолита Кавказа. Археология СССР, Москва 1982, с. 96
9.Barney С.A. Excvations at Yanik tepe, Azerbaijan 1962. Iraq, 1962: Dyson R. H.
Protohistoric Iran as seen from Hassanlu. JNES, 1965, vol 24: Исмаилзаде Г.С. Ранееземледельческие комплексы Приурмийского бассейна и Южного Кавказа в вопросах взаимосвязей и взаимодействий. Археология Азербай¬джана: Баку. 2003, vol.5,№ 1-4
10.Иессеи Л.Л. Кавказ и Древний Восток в IV и III тысячелетиях до.н.э. КСИА,
вып. 93. Москва 1963, с. 3-14; Yenə onun. Из исторического прошлого Миль-ской степи. Тр. Азербайджанской экспедиции, т II, Москва Ленинград, 1965 г. с. 12-15.
11.Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого
населения Азербайджана. Баку. 1987, с. 38-61
12.Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntıların ilk yekunları. Məqalələr
toplusu. Azərbaycanda daş dövrü və eneolit. Bakı, 1984, s. 53-75; Yenə onun. Культура Юг о-Восточного Азербайджана в эпоху бронзы и раннего железа. Баку, 2008, с. 8.
13.İsmayılzadə Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri.
Bakı, 1981, s. 8-15.
14.Ахундов Т.И. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы.
Баку, 2001; Алиев П.Т., Нариманов И.Г. Культура Северного Азербайджана в эпоху позднего энеолита. Баку, 2001; Нариманов И.Г., Ахундов Т.И., Алиев Н.Т. Лейла гене. Баку, 2007; Müseyibli N.Ə. Böyük-Kəsik eneolit dövrü yaşayış məskəni. Bakı, 2007; Гулиев Ф., Гусейнов Ф., Алмамедов Х.И. Раскопки неолитеческого поселения VI тыс. до н.э. на холме Гсойтспе. Материалы Международного симпозиума. Баку, 2009, с. 16-30.
15Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minilliklordo. Bakı, 2003, s. 21-44.; Бахшалиев
В., Ашуров С, Марро Катрин. Археологические раскопки на памятнике Овчулартспеси (2006-20()8)-новые результаты и новые перспективы. Материалы Международного симпозиума. Баку, 2009, с. 59-62.
16.Абибулласв О.А. Энеолит и бронза на территории Пахчыванской АССР, с.
34-35
17. Иессеи А.А. Кавказ и Древний Восток в IV-III тысячелетиях до н. э., с. 9-10.
18.Нариманов И.Г. Археологическое исследование поселения Шомутепе в 1963 г. Сб. Археологические исследования в Азербайджане Баку 1965, с. 45-53
19. Ахундов Т. И. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку 2001, с. 222-225;Гулиев Ф., Гусейнов Ф., Алмамедов X. Göstərilən əsər, s. 10-20; Бсртиль Лионнет, Археологическая разведка и раскопки в Запад¬ном Азербайджане: изменения видов поселений и отношение к окружаю¬щей местности с неолита до эпохи бронзы. Материалы Международного симпозиума. Баку 2009, с. 44-48.
21.Массон В. М. 11срвыс цивилизации. Ленинград, 1989, с. 84,
22.Müseybli N. Ə. Böyük Kəsik eneolit dövrü yaşayış məskəni Bakı, 1987,