Xronika, Rəylər, Xəbərlər

«Qafqazın arxeologiyası, etnoqrafiyası və folkloru»na həsr olunmuş növbəti beynəlxalq elmi konfrans. Qafqazda ən yeni arxeoloji və etnoqrafık tədqiqatlara həsr olunan növbəti Beynəlxalq elmi konfrans 2007-ci ilin oktyabr ayınm 15də Mahaçqalada keçirildi. Vaxtaşırı olaraq Qafqazın müxtəlif şəhərlərində təşkil olunan indiki konfransın əsas təşkilatçıları Rusiya Elmlər Akademiyası Tarixfılologiya bölməsinin Dağıstan Elmi Mərkəzi və onun nəzdində olan Tarix, arxeologiya və etnoqrafıya instirutu idi.

Konfransda Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və heç bir dövlət tərəfındən tanmmayan Abxaziyanın nümayəndələri iştirak edirdi.

Konfransda iştifak etmək üçün müxtəlif ölkələrdən bir çox tədqiqatçı öz məruzələrinin xülasələrini göndərmişdilər. Təşkilat komitəsi hər ölkəyə bir neçə yer ayırdığından konfrans iştirakçıları ilə yanaşı iştirak etməyənlərin də məruzələrinin xülasələrini аупса kitab şəklində çap etmişlər.1

Konfrans Dağıstan Respublikasının Rəsul Həmzatov adına Milli kitabxanasının binasında keçirildi. Oktyabrm 2də REA Dagıstan Elmi Mərkəzinin sədri, REAnm müxbir üzvü, fızikariyaziyyat elmləri doktoru, təşkilat komitəsinin həmsədri l.K.Kamilov konfransı açaraq iştirakçıları təbrik etdi, konfransm əhəmiyyətindən bəhs etdi və iştirakçılara müvəffəqiyyətlər arzuladı.

Konfransda Dağıstan Respublikası prezidentinin təbrik məktubu oxundu. Sonra Dağıstan Elm Mərkəzinin Tarix arxeologiya və etnoqrafıya institutun direktoru, REAnın müxbirüzvü təşkilat komitəsinin həmsədri Ə.I.Osmanov konfrans iştirakçılarını təbrik etdi.

Azərbaycandan konfransda dörd nümayəndə iştirak edirdi: AMEA Ar xeologiya və Etnoqrafıya Institutunun əməkdaşlarışöbə müdiri AMEAnın müxbirüzvü I.A Babayev, tarix elmləri doktoru, aparıcı elmi işçi T.I.Axundov, etnoqrafıya şöbəsinin müdiri, tarix elmiləri namizədi E.Ə.Kərimov və AMEA Şərqşünaslıq Institutunun baş elmi işçisi, tarix elmləri namizədi S.Süleymanova.

Konfransın təşkilat komitəsinin üzvü, AMEA Arxeologiya və Etnoqrafıya Institutunun direktoru, tarix elmləri doktoru M.N.Rəhimova obyektiv səbəblərə görə Mahaçqalaya gedə bilmədiyindən onun «АМЕА institutunun birgə Beynəlxalq arxeoloji ekspedisiyalarınm nəticələri» mövzusunda məruzəsi konfransda oxundu. Məruzədə son vaxtlarda AMEA AElnun ABŞ, Fransa, Almaniya və Gürcüstanla birgə arxeoloji ekspedisiyalarm Azərbaycan ərazisində fəaliyyətindən bəhs olunur. AzərbaycanAmerika və AzərbaycanFransa ekspedisiyaları tarix elmləri namizədi S.Aşurovun rəhbərliyi ilə Naxçıvanda tədqiqatlar aparmışdır. AzərbaycanAmerika ekspedisiyası e.ə. IVIII minilliklərə aid abidələri tədqiq etmişdir.

Ekspedisiya Ovçular təpəsi yaşayış yerində tədqiqat aparmışdır. Tədqiqatlar Qafqazın eneolit və ilk tunc dövrü abidələri arasında əlaqələri öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Ovçular təpəsində son paleolit dövrünə aid uşağa məxsus küp qəbir xüsusi maraq doğurur.

Plenar iclasda məruzə akademik A.P.Derevyanko və V.N.Zeninin (REA Sibir bölməsinin Arxeologiya və Etnoqrafıya Institutu, Novosibirsk) «СәпиЫ Dağıstanın erkən paleolitinin tədqiqatları: nəticələr və perespektivlər» mövzusunda idi. Məruzəni V.N.Zenin oxudu. Məruzədə göstərilirdi ki, Cənubi Dağıstanda hələ keçən əsrin 30cu və 50-ci illərində paleolit dövrünə aid bəzi tapıntılar aşkar edilmişdi. 20042006-ci illərdə aparılan tədqiqatlar zamanı bu dövrə aid aşkar edilən ilkin tapıntılar göstərir ki, çox qədim zamanlarda insanların Afrikadan Avrasiyaya miqrasiya istiqamətlərindən biri Xəzər dənizinin qərb sahilləri boyundan keçmişdir.

REAnın müxbir üzvü X.A.Əmirxanovun «Mərkəzi Dağıstanda Oldovan abidələri» mövzusunda məruzəsi də paleolit dövrünə həsr olunmuşdu. Məruzədə göstərilirdi ki, REA Arxeologiya Institutunun ekspedisiyası 20052007-ci illərdə Mərkəzi Dağıstanda bir neçə paleolit dövrü abidəsi aşkar etmişdir. Məruzəçi bu abidələri təxminən 800 min il bundan əvvələ aid edir.

Plenar iclasda dinlənilən çox maraqlı məruzələrdən biri həmyerlimiz REAnın müxbir üzvü R.M.Munçayevin «Uruk mədəniyyəti (Mesopotamiya) və Qafqaz>> mövzusunda məruzəsi idi. (REA Arxeologiya institututu, Mosk va) Məruzə Azərbaycan arxeoloqu mərhum I.H.Nərimanovun xatirəsinə həsr olunmuşdu. Məruzədə Qafqazla qədim Mesopotamiyanın əlaqələrindən bəhs olunurdu. Vaxtilə I.H.Nərimanov Azərbaycanda Leylatapədə apardığı qazıntılar zamanı aşkar etdiyi materiallara əsasən ilk dəfə olaraq hələ Mesopotamiyanın Ubeyd mədəniyyəti dövründə (e.ə.V minilliyin sonuIV minilliyin əvvəllərində) oradan müəyyən qrup əhalinin Cənubi Qafqaza gəlmiəsi haqqında fıkir söyləmişdi. Leylatəpə abidəsi də onlara məxsusdur. Sonrakı tapıntılar da Mesopotamiyadan Qafaqaza əhali miqrasiyasını bir daha sübut etdi. Hazırda Maykop mədəniyyfəti, Qafqazın bəzi digər abidələri də bu gəlmələrlə

əlaqələndirilir. R.M.Munçayev hesab edir ki, bu köç Ubeyd dövründə deyil, bir qədər sonra Uruk mədəniyyəti (e.ə. IVIII minilliklərin ərəfələrində) dövründə olmuşdur. Plenar iclasda oxunan məruzələrdən biri də AMEA Arxeologiya və Etnoqrafıya Institutunun direktoru M.N.Rəhimovanın «Azərbaycan Arxeologiya və Etnoqrafıya Institutunun ilk birgə Beynəlxalq arxeoloji ekspedisiyalarının nəticələri» mövzusunda idi. Məruzəni müəllifin adından prof. l.A.Babayev oxudu.

Konfransda etnoqrafıyaya aid də bir çox məruzələr dinlənildi. Plenar ic lasda etnoqrafıyaya dair 2 məruzə dinlənildi. Gürcustan EA müxbir üzvü V.M.Şamilzadze və tarix elmlori doktoru, professor N.B.Mqeladzenin (Şota Rustaveli adına Dövlət Universiteti, Batum) «A.l.Robakidze və Gürcüstanda qafqazşünaslıq» və M.A.Ağlarovun «Rusiyaya birləşdirilməmişdən əvvəl Dağıstanda icma (kütləvi) hüququadi hüquq normaları», L.M.Vardanyanın «1930cu illərdə Ermənistanda çöl materiallarının toplanmasının təşkili» (Ermənistan EA Arxeologiya və etnoqrafıya institutu, Irəvan), tarix elmləri dok toru A.Çibirovun (QabardinBalkar respublikası nəzdində Humanitar tədqiqatlar institutu, REA QB EM) «Lakların «vatsilu» və osetinlərin «nasilla» bolluq ilahiləri (osetinDağıstan paralellərinə dair)» mövzularında məruzələri dinlənildi. Etnoqrafıya seksiyasının 3 iclası keçirildi. Iclaslarda Qafqaz etnoqrafıyasının və folklorunun müxtəlif məsələlərinə aid 26 məruzə dinlənildi. Məruzələrin əksəriyyəti ənənəvi maddi və mənəvi mədəniyyətə, ailə məişətinə XX əsrin 2030cu illərində etnoqrafık qafqazşünaslığın xüsusiyyətlərinə və başqa məsələlərə həsr olunmuşdu. V.M.Şamiladzenin (Batum) «Gürcüstan sənədli fılmlərində (XX əsrin 30cu illəri) etnoqrafık motivlər» adlanırdı. E.Ə.Kərimovun «Birinci Ümumittifaq türkoloji qurultayı və etnoqrafıya məsələləri» adlı məruzəsi XX əsrin 2030cu illərində türk xalqlarının etnoqrafık baxımdan öyrənilməsi məsələlərinə həsr edilmişdir.

Sessiyada Qafqaz xalqlarının mənəvi mədəniyyətinə də geniş yer verildi. Tarix elmləri namizədi A.A.Yarlıkapov (REA Etnologiya və antoropologiya institutu Moskva) «§imali Qafqazda islama dair etnoqrafık tədqiqatlar: metedologiya məsələləri» mövzusunda məruzə etdi. Məruzə müasir şəraitdə Şimali Qafqaz xalqlarında etnokontfessional durumun aktual problemlərinə, habelə təriqətçilik məsələlərinə həsr edilmişdi. Filologiya elmləri namizədi X.M.Xəlilov (REA DEM Dilçilik, ədəbiyyat və incəsənət institutu, Mahaçqala) «Dağıstan xalqları folklorunda qədim şərq reliktləri» adlı məruzəsində Dağıstan xalqları ilə qədim şərq ölkələrinin (xüsusilə Qədim Misir, Mesopotamiya, Hindistan) mifologiyasında oxşarlıq və yaxud identiklik məsələləri geniş açıqlandı. Yeri gəlmişkən qeyd edək ki, məşhur ingilis misirşunası Flin ders hələ XX əsrin 20-ci illərində qədim misirlilərin «Ölülər kitabına» əsaslanaraq bu qədim ölkənin Bakı ilə etnomədəni əlaqəsindən söhbət açır. Şifahi

xalq ədəbiyyatından bəhs edərkən tarix elmləri namizədi X.Q.Moqamedsalıhovun (REA DEM Tarix, arxeologiya və etnoqrafıya Institutu, Mahaçqala) «Avarların etnopsixologiyasmın öyrənilməsində alqış və qarğış mühüm aspekt kimi» və M.K.Musayevanm (REA DEM Tarix, arxeologiya və etnoqrafıya institutu, Mahaçqala) «Dağıstanın uşaq folkloru böyüməkdə olan nəslin tərbiyəsində və ictimailəşməsində bir vasitə kimi», R.l.Səfərbəyovun (REA DEM Tarix arxeologiya və etnoqrafıya institutu, Mahaçqala) «§imali Qafqaz xalqlarının inamlarında ay və günəş obrazları», l.Q.lbrahimovun (Dağıstan Dövlət Pedoğoji Universiteti, Mahaçqala) «Aqullarda aqrar kultu ilə bağlı mərasimlər» mövzularında məruzələri də qeyd olunmalıdır.

İJyas Babaye v, Emil Kərimo v

Turkmenistan: Altun əsrin muzeyləri. Qeyd olunan başlıq altmda 35 oktyabr 2007-ci il tarixdə Türkmənistanın paytaxtı Aşqabad və Man vilayətinin baş şəhəri Marıda Beynəlxalq Elmi Konfrans keçirildi. Konfransda Türkmənistan alimləri ilə yanaşı, dünyanın 20dən artıq ölkəsinin tanınmış alimləri iştirak etdilər. Yüksək elmi məclisdə Azərbaycan Bakı Dövlət Universitetinin, AMEAnın Arxeologiya və Etnoqrafıya Institutunun, Azərbaycan Tarix Muzeyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Incəsənət Universitetinin alimləri və əməkdaşları ilə təmsil olunmuşdu. Aşqabadm təyyarə meydanında konfransa gələn qonaqları mehribanlıqla qarşıladılar. Ertəsi gün çoxsaylı konfrans iştirakçıları təyyarə ilə Man şəhərinə çatdırıldı. Sübh çağının olmasına baxmayaraq, qonaqları təyyarə limanmda Man vilayətinin ağsaqqalları öz xeyirduaları ilə qarşıladılar. Konfrans öz işinə Man şəhərinin möhtəşəm mədəniyyət saraymda Respublika Prezidenti Qurbanqulu Berdimuhammedovun beynəlxalq konfrans iştirakçılarına təbriki və xoş arzularının oxunması ilə başlandı və 5 elmi bölmədə davam etdirildi. «Muzey işindəümumdünya təcrübəsi», müstəqil və neytral Türkmənistanda «muzey işində yeniliklər», «Mədəni dəyərlərin öyrənilməsi və qorunması» və «Müasir muzey işinin nəzəriyyəsi və əməli xüsusiyyətləri» adlanan həmin bölmələrdə müasir mərhələdə muzey işi ilə bağlı 100dən artıq aktual mövzuda məruzə dinlənildi və müzakirə olundu. Azərbaycan alimlərinin məruzələri öz geniş əhatəsi, yüksək elmi dəyəri və əməli əhəmiyyəti ilə seçilirdi. Onlar aşağıdakılarlan ibarət idi:

«Azərbaycan muzeyləri qloballaşma dövründə» (M.Əsədli), «Turizmin inkişafında muzeylərin rolu» (M.Süleymanlı), «Naxçıvan muzeyləri və arxeoloji tədqiqatlar» (S.Aşurov), «Qobustan dünyanın nadir tarixibədii qoruğudur» (Q.lsmayılzadə), «Azərbaycanda muzey işinin inkişaf tarixindən» (B.Kərimov).

Vilayət abidələri ilə tanışlıq konfrans iştirakçılarında xoş təəssürat yaratdı. Son illərdə Qaraqum səhrasmda üzə çıxarılan və öyrənilən öz elmi dəyəri ilə böyük arxeoloji kəşflər sırasına salınan Qonurtəpə arxeoloji kompleksində qonaqların olması yaddaşlara unudulmaz iz salan hadisə kimi qiymətləndirildi.

Qüdrət Ismayılzadə

Qafqaşünaslarin birinci beynəlxalq konqresi. 2007-ci ilin 2226 ok tyabr tarixlərində Gürcüstan Respublikasmın paytaxtı Tiflis şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Konqresi keçirildi. Konqres İv. Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti və Arn. Çikovaba adma Dilçilik institutu tə rəfındən təşkil olunmuşdu. Konqresin mövzusu “Qafqaz sivilizasiyası Qabaq Asiyamn dilmədəni kontekstində” idi.

Konqresin işində Azərbaycandan, Yaponiyadan, Çindən, Almaniyadan, Adıgeydən, Şimali Osetiyadan, KabardinaBalkariyadan, Dağıstandan, Çeçenistandan və Ermənistandan nümayəndələr iştirak esirdibr. Konqresin sədri professor Ç. Baramidze idi. Açılışda TDUnun rektoru Q. Xubua, konqresin sədri Ç. Baramidze və hər iştirak edən ölkədən bir nümüyəndə konqres iştirakçılannı salamladılar. Azərbaycan nümayəndələri adından konqres iştirakçılannı AMEA Arxeologiya və Etnoqrafiya institutunun apancı elmi işçisi, t.e.d. T.Axundov salamladı.

Plenar iclasda Q.Çaparidze “Qafqazm qədim xalqlannın ilkin etnogenez məsələləri”, Dunq Peyxua (Çin) “Qafqaz siviilizasiyası Yaxın Şərqin dilmədəni kontekstində”, D. Kaçarava və Q. Axvlediani “Vandan yeni arxeoloji tapıntılar” movzulannda maraqlı çıxışlar etdilər. Bundan sonra konqres öz işini səkkiz bölmədə davam etdirdi. Birinci, ikinci və üçüncü bölmələrdə dilçilər, dördüncü və beşinci bölmələrdə tarixçilər, altıncı bölmədə arxeoloqlar, kulturoloqlar və sənətşünaslar, yeddinci bölmədə etnoloqlar, səkkizinci bölmədə isə folklorçulr və ədəbiyyatçılar toplaşmışdılar.

Konqresdə Azərbaycandan S.Qaşqay, T. Axundov və B. İbrahimli iştirak edirdilər.

Altmcı bölmənin səhər iclasında T. Axundovun “Azərbaycanda neolit və ilk tunc dövrünə aid yeni tədqiqatlar”, axşam iclasında isə B. İbrahimli və s. Qaşqayın “İkinci Plovdağ nekropolunun iki qəbri haqqmda” məruzələri maraqla dinlənildi. Bölmənin axşam iclasma T. Axundov sədrlik edirdi. Hər məruzədən sonra 10 dəqiqəlik diskussiya keçirilirdi.

Ümumiyyətlə, konqresdə 245 məruzə dinlənilmişdi.

Rəsmi hissədən sonra oktybr ayının 25i və 26 sında iştirakçılar geniş mədəni proqram çərçivəsində Tiflisin, Mçxetin və Qərbi Gürcüstanın tarixi abidələri ilə tanış oldular.

Konqres öz işini müvəffəqiyyətlə başa çatdırdı.

Bəhlul Ibrahimli

«MacanstanAzərbaycan: mədəniyyətlərin dialoqu». Budapest, П Beynəlxalq elmi konfrans. Görkəmli dövlət xadimi, tarix elmləri doktoru, hazırda Azərbaycan Respublikasının Macarıstan Respublikasmda fövqəladə və səlahiyyətli səfıri vəzifəsində çalışan Həsən Həsənovun təşəbbüsü, təşkilatçılığı və aktiv iştirakı ilə təşkil olunan bu elmi konfrans Budapest şəhərində 2007-ci ilin noyabr ayının 68də keçirilmişdir.

Konfransda iştirak etmək üçün Azərbaycandan AMEAnm Vitse prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Tarix Institutunun direktoru, AMEA nın müxbirüzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA Arxeo logiya və Etnoqrafiya Institutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, həmin Institutun şöbə müdiri, AMEAnın müxbirüzvü Ilyas Babayev Budapest şəhərinə dəvət olunmuşdular.

Səfırliyimiz konfransı yüksək səviyyədə təşkil etmişdi. Konfransın yığıncaqları 3 gün (68 noyabrda) müxtəlif elmi müəssisələrin konfrans zallannda: 1ci gün Macarstan Akademiyasınm Etnologiya Institutunda, 2ci gün Buda pest Lorand Beynəlxalq Münasibətlər Universitetində, 3cü gün Karoli Kaspar Reformasiya Universitetində keçirilmişdir. Səfırliyimiz konfrans zamanı hər üç müəssisənin rəhbərliyi ilə görüşümüzü təşkil etmişdi. Bu görüşlər zamanı hər iki tərəfı maraqlandıran məsələlərlə əlaqədar fıkir mübadiləsi edilmişdir.

Azərbaycandan gələn bizim 4 nəfərdən ibarət nümayəndəliyimizə Budapeştdə Azərbaycan Musiqi Akademiyasının müəllimi Fəttah Xalıqzadə, bizim dissertantımız Zaur Həsənov, politoloq Hüseyn Nəcəfov da qoşularaq məruzələrlə çıxış etdilər. Beləliklə, konfransda Azərbaycanı hörmətli səfırimizlə birlikdə 8 nəfər təmsil edirdi.

Qalan məruzələri Macarıstan alimləri oxudular. Həsən Həsənovun məlumatına görə hazırda Budapeştdə 50yə qədər Macarıstan alimi, Azərbaycanın tarixi, etnologiyası, dili, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti və Macarıstanla Azərbaycanın siyasi, iqtisadi, mədəni əlaqələri problemləri ilə məşğuldurlar. Onlann sayı getdikcə artır. Bu işə tədricən Universitetlərin tələbə və maqistrantları da qoşulur. Beləliklə, Macarıstanda səfırimizin təqdirəlayiq fəaliyyəti nəticəsində xalqımızın dostlarınm sayı durmadan artır.

Noyabr ayının 6da konfransın 1ci plenar yığıncağı Etnologiya Institutu nun Konfrans zalında keçirilirdi. Iclasa institutun direktoru professor Mixali Xoppal sədirlik edirdi.Burada və sonrakı bütün yığıncaqlarda akademik Nailə Vəlixanlı həmsədr olurdu. Konfransda çıxışlar macar və rus dillərində sinxron tərcümə ilə edilirdi.

Professor Mixali Xoppol konfransın 1ci plenar iclasmda qeyd etdi ki, on lar Bakıda olarkən Azərbaycanın hərtərəfli inkişafının şahidi olmuşlar. Azərbaycanla macarları çoxəsrlik tarix, xalqımızın genetik kökləri bağlayır. Xalqımız və dövlətlərimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr getdikcə genişlənir. Hazırki konfrans da hər iki tərəfın xeyrinə olan bu nəcib işə xidmət edir.

Konfrans iştirakçılarını Macarıstan Respublikasınm xarici işlər nazirinin müavini də təbrik etdi. O, beynəlxalq münasibətlərin, о cümlədən Macarıstanla Azərbaycan arasmda iqtisadi və mədəni əlaqələrin getdikcə genişlənməsindən, bunun əhəmiyyətindən və bu sahədə Azərbaycan səfırinin öz ölkəsi üçün necə böyük işlər görməsindən danışdı.

AMEA tərəfindən konfrans iştirakçılarını akademik Nailə Vəlixanlı təbrik etdi. О, Azərbaycanla Macarıstan arasında hərtərəfli əlaqələrin hər iki tərəfın xeyrinə getdikcə genişlənməsini və bu işdə Azərbaycanm görkəmli dövlət xadimi, hazırda Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfıri vəzifəsində çalışan Həsən Həsənovun böyük xidməti olduğunu qeyd etdi. Daha sonra Nailə xanım AMEAnm Azərbaycanla Macarıstan arasında elmi və mədəni əlaqələrin genişləndirilməsinə hər cürə kömək etməyə hazır olduğunu bildirdi.

Bu birinci iclasda səfırimiz Həsən Həsənov da çıxış etdi. O, Macarıstanda azərbaycanşünasların cəmiyyətini yaratmağı təklif etdi. Bunun üçün isə əvvəlcə xüsusi komitənin yaradılmasını lazım bildi.

Tarixçiarxeoloq Iştvan Erdelyi Macarıstanm Qafqaz, о cümlədən Azərbaycanla əlaqələrindən, macar tədqiqatçılarının Azərbaycanı öyrənmələri tarixindən, MacarıstanAzərbaycan əlaqələrinin tarixi köklərindən bəhs etdi və bu zaman arxeoloji materiallara da istinad etdi.

AMEA Arxeologiya və Etnoqrafıya Institutunun direktoru Maisə xanım Rəhimova təbrik nitqində konfransın əhəmiyyətindən, onun təşkilində səfırliyimizin böyük rolundan, Azərbaycanda arxeologiya və etnoqrafıya sahəsində aparılan tədqiqatlardan, Azərbaycanda Almaniya, ABŞ, Fransa ilə birgə yaradılan beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyətindən danışdı. O, qeyd etdiki, Azərbaycanda daş dövründən başlayaraq son orta əsrlərə qədər bütün dövrlərə aid çoxlu arxeoloji abidələr vardır. Əgər, Macarıstan alimləri Azərbaycanda bizimlə birgə tədqiqatlar aparmaq istəsələr biz məmnuniyyətlə bu nun üçün hər cür şərait yaradarıq. Konfrans iştirakçıları Maisə xanımın «Qədim dünyada metal və metallurgiyanm mənimsənilməsinə» həsr olunan məruzəsini də böyük maraqla dinlədilər. Məruzədə deyilirdi ki, arxeoloji qazıntılar insanların metaldan hələ e.ə.7ci minillikdə istifadə etdiklərini sübut edir. Bəşər tarixində böyük nailiyyəti olan metalın kəşfı cəmiyyətin iqtisadi və ictimai həyatına güclü təsir etmişdir. Metal istehsalı üçün fıliz yataqlarının və yanacaq ehtiyatlarının olması vacib idi. Qafqaz, о cümlədən Azərbaycan bu nun üçün əlverişli imkanlara malik olmuşdur. AMEA Arxeologiya və Etnoqrafıya Institutunun laboratoriyasında aparılan tədqiqatlar sübut edir ki, Azərbaycanda çox qədim zamanlardan misə qalay, mərgümüş, qurğuşun, sürmə qatmaqla tunc istehsal etmişlər. Məruzəçi qeyd etdi ki, sürməli tunc predmetlər Macarıstanda daha çox tapılıb.

AMEAnın Tarix müzeyinin dissertantı böyük həcmli «Çar Skifləri» monoqrafıyasının müəllifı Zaur Həsənov «Ukrayna, Macarıstan və Azərbaycanın son tunc və ilk dəmir dövrü arxeoloji abidələrində şamanlıq mərasim və atributları» mövzusunda məruzə etdi. Müəllif bu dövrün arxeoloji abidələrində xaç formalı ornamenti, kurqanların üstündə tonqalın qalanmasını, kiçik zəng yalara diqqət yetirsək görərik ki, burada əsasən qonur rəngli boyalara üstünlük verilmişdir. Bunu Muğanın eneolit dulusçularmın qonur rəngli boyaların alınması üçün lazım olan xammalı (limonit) asanlıqla əldə etmələri ilə izah etmək olar. Çünki Incəçayın daşması zamanı yaranmış bataqlıqlar təbii limonit mənbələri olmaqla yerli sakinlərin boyaq maddəsinə olan təlabatmı ödəyirdi.

Qematit (Ғе20з) qırmızı rəngli dəmir oksidi, 95% əsas kütlədən və 3,7% Si02, 0,5% AL203, 0,2% CaO, 0,2% dəmir və ferritlərdən ibarətdir. Boyaq maddəsi kimi qematitdən əsasən, qırmızı rəngli boyaların almmasında istifadə olunmuşdur. Qırmızı rəngdə olan oxra qematitin gilli formasıdır. Tərkibində qematit olan dəmir filizi çox bərk və qırmızımtılqəhvəyi rəngində olur. Qədim dulusçular bu növ xammalı təbiətdən hazır vəziyyətdə alırdılar. Çünki limonit kimi qematitin də bataqlıq mənşəli forması mövcuddur [9]. Aparılmış analizlərin nəticələrinə əsaslanaraq ehtimal edə bilərik ki, Muğanın eneolit dövrü keramikasının naxışlan’ması və boyanmasında istifadə olunmuş qırmızı rəngli boya torpaqlı qematitin gilli və bataqlıq mənşəli formasından alınmışdır. Çünki onların tərkibinin əsasını gil və qum qarışığı təşkil edir. Bu tərkibli bo yalar isə qabların üzərinə çəkildikdə nisbətən qalın boya təbəqəsi yaranır ki, bunu da Muğanın eneolit dövrü boyanaxışlı keramikasında aydm şəkildə izləmək mümkündür.

Oxra sarı rəngli dəmir oksidli təbii piqmentdir. Onun tərkibində olan bo yaq maddəsi Ғе2Оз» H20 komponenti, aşqar isə aluminium silikatlarıdır (gil). Tərkibində olan dəmir oksidinin miqdarından asılı olaraq açıq sarı (Ғе20з 1220 %), sarı (2245%o), tünd sarı və qızılı rəngli (4580%) olurlar. Alüminiumsilikatlardan başqa tərkibində Si02 (20%ə qədər) və CaO+MgO (2%ə qədər) kimi qatışıqlar da ola bilər [9].

İlk dəfə sarı rəngli oxradan boyaq maddəsi kimi Ispaniyada yerləşən Altamir mağaralarında petroqliflərin çəkilməsində istifadə olunmuşdur. Sarı rəngli oxra qədim rəssamların istifadə etdiyi ən geniş yayılmış boyaq maddəsi olmuşdur. Qədim dulusçular da oxranın bu xüsusiyyətindən geniş şəkildə istifadə etmişdilər. Oxranı müxtəlif tərkibli büzücü maddələrlə qarışdırmaqla qədim dulusçular qəhvəyi, sari, qonur rənglərin əsas çalarlarını ala bilmişdilər. 230 С dən artıq qızdırıldıqda san rəngli oxranm tərkibində olan dəmir hidroksidi kristall şəkilli suyu itirərək qematitə, onun rəngi isə qırmızı və ya qəhvəyiqırmızı rəngə çevrilir. Bişirilmə texnikasmda yeni üsulların tətbiqi oxra nm bu xüsusiyyətindən istifadə edərək yeni çalarlı rənglərin alınmasına böyük imkanlar yaratmışdır [8].

Azərbaycanın erkən dulusçuları da oxranın bu xüsusiyyətlərinə bələd idilər. Onlar oxradan əsasən qonur, qəhvəyi rəngli boyaların müxtəlif çalarlarının alınmasında istifadə etmişdilər. Muğan ərazisində boyaların alınmasmda istifa

və zınqrovları, at, keçi, maral, quş formalı əsa başlıqlarını, saxsı məmulatı üzərindəki bir sıra ornamentləri şamanizm dini görüşləri ilə izah edir.

AMEA Arxeologiya və Etnoqrafıya Institutunun şöbə müdiri, AMEAnın müxbir üzvi Ilyas Babayevin məruzəsi Qafqaz Albaniyasının arxeoloji abidələrinin öyrənilməsinə həsr edilmişdi.

Məruzədə göstərilirdi ki, albanlar haqqında ilk məlumat yazılı mənbələrdə e.ə. 331-ci il hadisələri ilə əlaqədar verilmişdir. О zaman albanlardan ibarət döyüşçü dəstəsi Qavqamela döyüşündə Iran ordusunun tərkibində Makedoniyalı Aleksandrın ordusu ilə vuruşmuşdur (Arr. Anab. Ill, II, 13). Sonralar albanlar və Qafqaz Albaniyası dövləti haqqında digər antik dövr müəllifləri də (Strabon, Ptolomey, Böyük Plini, Plutarx və b.) məlumat vermişlər. Lakin bu məlumatlar çpx az və bəzən ziddiyyətli olduğundan Qafqaz Albaniyası haqqında tam təsəvvür yaratmırdılar. Onlann əsasında hətta Albaniya dövlətinin nə zaman yarandığını müəyyənləşdirmək mümkün deyildi.

Albaniyanın paytaxt şəhəri olan Qəbələdə, Mingəçevir, Şamaxı və bu dövlətin tərkibinə daxil olan Azərbaycanın digər rayonlarında, Cənubi Dağıstanda aparılan qazıntılar nəticəsində aşkar edilən çoxsaylı arxeoloji tapıntılar hazırda Albaniya dövlətinin yaranma dövrünü, onun iqtisadi, siyasi, mədəni əlaqələrini və tarixinin digər mühüm problemlərini işıqlandırmağa imkan vermişdir. Azərbyacanda Qafqaz Albaniyasının arxeoloji abidələrinin tədqiqi davam edir. Məruzə zamanı çoxsaylı arxeoloji tapıntıların rəngli şəkilləri ekranda göstərilirdi.

AMEA Tarix Institutunun direktoru, AMEAnın müxbir üzvü Yaqub Mahmudov konfransda geniş nitq söylədi. O, öz nitqində hazırkı konfransın əhəmiyyətindən danışdı və onun təşkilatçılarına minnətdarlığını bildirdi. Ya qub müəllim, azərbaycanlıların və macarların genetik qohumluğundan, xalq larımız arasında mədəni əlaqələrin tarixindən, hazırda bu əlaqələri daha da genişləndirib inkişaf etdirmək üçün böyük imkanların yaranmasından danışdı. Azərbaycanlı politoloq Hüseyn Nəcəfovun məruzəsi «Demokratiya və iqti­sadi inkişaf təşkilatıtarix və müasirlik» adlanırdı. Məruzə, əsasən 10 oktyabr 1997-ci ildə yaranan, bu il 10 illiyi tamam olan GUAM (Gürcüstan, Ukraina, Azərbaycan, Moldaviya) Beynəlxalq təşkilatından, onun məqsəd və vəzifələrindən bəhs edirdi. Məruzəçi qeyd etdi ki, təşkilat digər beynəlxalq təşkilatlar və dövlətlərlə də əməkdaşlıq edir.

Azərbaycan Musiqi Akademiyasının əməkdaşı Fəttah Xalıqzadənin məruzəsi Azərbaycan və Macarıstan musiqiləri arasındakı əlaqələrə həsr olunmuşdu. O, bu sahədə xüsusi xidmətləri olan tədqiqatçıların fəaliyyətini qeyd etdi. Məruzəçi, macar tədqiqatçısı Yanaş Sipoşla Azərbaycanda folklor musiqisi toplamaq sahəsində (Zaqatala rayonunda) işlərindən də danışdı.

tnstitutumuzun Müasir etnoqrafıya şöbəsinin müdiri Emil Kərimov konfransa «A.R.ZifeldtSimumyaqi və UralAltaistikanm bəzi problemləri» mövzusunda məruzəsinin qısa xülasəsini göndərmişdi. Bu xülasə konfransın materiallarında nəşr olunmuşdur.

Macarıstan tədqiqatçılarınm məruzələrinin bir çoxu macarların etnogenezinə, onların türk, о cümlədən azərbaycanlılarla etnik əlaqələrinə həsr olunmuşdu. Onların məruzələrində Azərbaycanın şifahi xalq ədəbiyyatına, «Коroğlu», «Dədə Qorqud», «Oğuznamə» dastanlarına xüsusi fıkir verilmişdi. «Koroğlu» dastamna bir neçə məruzə həsr olunmuşdu (Peri Bencdek, Taşnadi Edit). Məruzələrdə dillərin tipologiyasına, qədim dillər arasmda əlaqələrə (Şandor Földvari) geniş yer verilmişdi.

Macarıstan Elmlər Akademiyasmın Musiqi Institutunun əməkdaşı doktor Yanoş Sipoşun məruzəsi azərbaycanın azsaylı xalqlarmın (avarlar, tatlar, saxurlar və s.) musiqilərinə həsr olunmuşdu. O, Azərbaycan rayonlarında (xüsusilə Zaqatalada) topladığı xalq musiqisi nümunələrini də səsləndirdi.

Konfransda Karoli Kaspar Universitetinin professoru Kun Mikloşun məruzəsi bizim üçün çox maraqlı idi. Bu məruzə Stalinin 19041910cu illərdə Bakıda fəaliyyyətinə həsr olunmuşdu. Rusiya arxivlərindən toplanan materiallar əsasında hazırlanmış bu məruzədə Stalin mənfı cəhətdən şərh olunurdu. Yeri gəlmişkən Kun Mikloş məşhur macar inqilabçısı Bella Kunun nəslindəndir. David Samfayın məruzəsi Iranda türk dialektlərindən biri sayılan Xalaç dilinə həsr olunmuşdu. Onun dediyinə görə bu dildə altay dilinin qalıqları izlənir. Lakin bu dilə fars dili güclü təsir etmişdir.

Konfransda iştirak edən Qazaxstanlı Rövşəngül Mukaşevanın «Nizami və Abay» mövzusunda məruzəsi AzərbaycanQazax ədəbi əlaqələrinə həsr olunmuşdu. Noyabr aymın 8də Karoli Kaspar Reformasiya Universitetində konfrans iştirakçıları qarşısında Macarıstan Parlamentinin ən qocaman deputatı, bir çpx xarici akademiyaların üzvü, MacarıstanAzərbaycan əlaqələri və onlarm perspektivləri haqqında çpx geniş və müdrik çıxış etdi. Belə nüfuzlu müdrik alim və dövlət xadiminin konfransda iştirakı, xalqımızm dostu kimi çıxış etməsi çpx sevindirici hal idi.

Konfransın sonuncu iclasında da hörmətli səfırimiz Həsən Həsənov çıxış edərək, konfrans iştirakçılarına aktiv iştirak etdiklərinə və maraqlı məruzələrlə çıxış etdiklərinə görə təşəkkür etdi. O, qeyd etdi ki, «Azərbaycanşünaslar cəmiyyəti» öz fəaliyyətini genişləndirəcəkdir. Bu cəmiyyət təkcə almiləri deyil, Universitet tələbələri və maqistrantlarmı da əhatə edəcəkdir.

Bu konfransın hər il (bir il alimlər, digər il isə tələbə və maqistrantlar üçün) keçirilməsi nəzərdə tutulur. O, qeyd etdi ki, bu nəcib işdə Azərbaycan səfırliyi Macarıstan tədqiqatçüarına hər cür yardım edəcəkdir.

Konfrans dövründə hörmətli fövqəladə və səlahiyyətli səfırimizin iştirakı ilə Azərbaycan almiləri ilə Lorand Universitetinin rektoru cənab Hudekz Ferens və Karoli Qaspar Reformasiya Universitetinin rektoru cənab Ferens Szüks görüşlər təşkil etmişdilər. Bu qəbul görüşlərdə rektorlar oz Universitetlərinin quruluşu, kadr hazırlığı haqqında geniş məlumat verdilər.

Karoli Qaspar Universitetində bizə xatirə olaraq Universitetin 150 illik yubileyi münasibəti ilə zərb olunan 5000 macar fornti dəyərində gümüş me morial pul təqdim olundu. Şübhə etmədən demək olar ki, bu konfrans, Azərbaycanla Macarıstan arasında elmi, mədəni, iqtisadi və siyasi əlaqələrə müsbət təsir edəcəkdir.

Maisə Rəhimova

Ilyas Babayev

də olunmuş oxra əsasən gilli olduğundan burada qatışıqların payı ümumi kütlənin əsasını təşkil edir (Cədvəl). Ehtimal etmək olar ki, Muğanın eneolit dulusçuları oxranı, digər dəmir oksidli boyaq maddəsi kimi bataqlıqlardan və ya gilli oxra mənbələrindən əldə edirdilər. Qarabağın və GəncəQazax regionunun eneolit dövrü keramikasının naxışlanmasmda əsasən qırmızı rəngli boyalardan istifadə olunmuşdur. Bunu həmin ərazilərdə olan təbii piqment mənbələrinin çoxluğu ilə izah etmək olar. Azərbaycan ərazisində aşkar olunaraq qeydiyyata alınmış əsasən, oxra və qematitdən ibarət 17 təbii boya yataqlarından 16sı [2, 673683] Qarabağ və GəncəQazax regionunun payına düşür. Əsasən təbii olaraq açıq şəkildə yerləşmiş bu yataqlar qədim dövrdən etibarən insanların, о cümlədən, dulusçuların boya xammalıpiqmentlərə olan ehtiyacını ödəmişdir.
Azərbaycanın eneolit dovrü keramikasında istifadə olunmuş boyaların atomabsorbsion analizinin nəticələri və digər faktların müqayisəli təhlili bizə hələ eneolit dövründə Azərbaycan dulusçularının boyaların hazırlanması, onların tətbiqi sahəsində böyük uğurlar əldə etdiklərini söyləməyə imkan verir. Boyalardan istifadə sahəsində təkamülü Azərbaycanın eneolit dövrü abidələrinin boyalı və boyanaxışlı keramikasını müşahidə edərkən aydın şəkildə izləmək olur. Şomutəpə mədəniyyətinə aid keramikada boyalardan az istifado olunduğundan ehtimal etmək olar ki, Şomutəpə sakinləri boyaların alınması və tətbiqi sahəsində elə də ixtisaslaşmamışdılar. Muğanın eneolit dövrü abidəlorində isə mənzərə tamamilə başqadır. Burada müxtəlif rəngli boyalardan isti¬fado olunurdu və dulusçular boyaların tempratura görə rəng dəyişikliyi xüsusiyyətlərinə müəyyən qədər bələd idilər. Leylatəpə mədəniyyətinə aid kera¬mikada isə boyalarm çox məhdud miqdarda tətbiqini bu mədəniyyətin genetik kökləri ilə bağlamaq olar. Dulus çarxının kəşfılə əlaqədar olaraq keramika istehsalmm artması qabların boya ilə naxışlanmasının süqutuna səbəb olmuşdur. Çünki qabların boya ilə naxışlanması əlavə vaxt apardığından məhsuldarlıq əmsalı azalırdı. Amma burada çox məhdud sayda aşkar olunmuş boyalı və boyanaxışlı keramika nümunələri üzərində aparılmış analizlər və müşahidəlor göstərir ki, Leylatəpə mədəniyyəti daşıyıcıları öz sələflərindən daha keyfıyyətli boyalar hazırlaya bilirdilər.
Eneolit dövrü dulusçularının boyama və naxışlama prosesində hansı alətlərdən istifadə etdiklərini dəqiq söyləmək çətindir, çünki arxeoloji qazıntılar nəticəsində bu prosesi özündə əks etdirən heç bir maddi sübut aşkar olunmamışdır. Bu prosesi bərpa etmək üçün bəzi bölgələrdə dulusçuların iş prosesinə diqqət yetirmək kifayətdir. Hələ də ənənəvi dulusçuluq adətlərinin qorunub saxlanıldığı Orta Asiya ərazisində dulusçular qabların səthini boya ilə naxışlamaq üçün keçi tükündən hazırlanmış fırçadan istifadə edirlər [3, s.180]. Çünki keçi tükü cod olduğundan əyilmir və ondan hazırlanmış fırça ilə naxışlamaq asan olurdu. Halaf kcramikasının da boya ilə naxışlanması zamanı keçi tükündən hazırlanmış fırçadan və qarğı qırığından istifadə olunmuşdur [6, 2343]
Bütün yuxarıda qeyd edilən fıkirlərə əsaslanaraq ehtimal edə bilərik ki, Azərbaycanın eneolit dövrü dulusçuları da bu məqsədlə əllərinin altında olan bütün vasitələrdən istifadə etmişdilər. Bunlar keçi tükü və at yalından hazırlanmış fırça, ev quşlarının lələkləri, qarğı parçacı və ya toxunmuş parça kəsiyi də ola bilərdi. Eneolit dövrü boyanaxışlı keramikasını nəzərdən keçirdikdə onların üzərinə boyaların məhz fırça vasitəsilə çəkildiyini sezə bilərik. Çünki həndəsi naxışlar salınarkən məhz fırçanın köməkliyilə daha dəqiq konturlar al¬maq mümkündür. Bundan başqa qabları naxışlayarkən dulusçu bir neçə müxtəlif ölçülü fırçadan istifadə etmişdir. Bıınu boyanaxışlı keramikanın səthində olan ornamentlərin müxtəlif xətt və zolaqlarla salınması da sübut edir.
Azərbaycanın eneolit dövrü keramikasmda istifadə olunmuş boyaların kimyovi tərkiblorinin təyin edilməsi boyaların hazırlanması və tətbiqi sahəsində yeni faktların aşkar olunmasına imkan yaratmışdır. Azərbaycan arxeologiyasında keramika istehsalının texnoloji məsələlərinin bir sıra qaranlıq məqamlarını çözmək üçün gələcəkdə bu problem üzrə tədqiqatların davam etdirilməsi vacibdir.

ƏDƏBİYYAT:
1. Малинова Р., Малина Я. Прыжок в прошлое: Эксперимент раскрывает тайны
древних эпох. Москва: Мысль, 1988.
2. Минеральносырьевые ресурсы Азербайджана (условия формирования,
закономерности размещения, научные основы прогнозирования) / Под ред.
В. Бабазаде. Баку: Элм, 2005.
3. Пещерева Е.М. Гончарное производство Средней Азии. Москва Ленинград:
Издательство АН СССР, 1959.
4. Селимханова Х.Н. К исследованию керамических изделий эпохи железа обна
руженных в археологических памятниках Азербайджана / A.A.Abbasovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiyanın materialları. Baku: NaftaPress, 2007, s. 109111.
5. Anna О. Shepard. Ceramics for the Archaeologist. Washington: DC, 1956, 414 p.
6. Таксу Dabbagh . Halaf pottery // Shumer, 1966, vol. 22, pp. 2343.
7. Maggetti. M., and Schwab. H. Iron Age fine pottery from ChatillonsGlane and the
Heuneburg // Archaeometry, february 1982, vol. 24, part 1, pp. 2136.
8. http://www.courier.com.ru/energy/en0906valyansky.htm Краски и техника крашения.
9. http://www.xumuk.ru/encyklopedia/2/3174.html.

Leave a comment

Your comment