TRADITIONS OF BURIAL RITE MONUMENTS OF NAKHCHTVAN
TRADITIONS OF BURIAL RITE MONUMENTS OF NAKHCHTVAN IN
THE BRONZE PERIOD
Bahlul Ibrahimli
Smrimary
First burial mounds in Nakhchivan appeared at the end of Chalcolethic period and Early Bronze Age. But in the Middle Bronze Age this burial rite widely spread when new types of burials appeared in the Late Bronze and Early Iron age. Though there were great differences in the construction of burials, the main attributes of the burial rite had been kept throughout all the period.
ТРАДИЦИОННОСТЬ В ПОГРЕБАЛЬНЫХ ПАМЯТНИКАХ НАХЧЫВАНА ЭПОХИ БРОНЗЫ
Бахлул Ибрагимли
Резюме
Первые курганы появляются в Нахчыване в конце эпохи энеолита и ранней бронзы. Этот обряд захоронения получает свое широкое распространение в эпоху средней бронзы, когда появляются новые типы погребений. Несмотря на значительные изменения в конструкции погребений, на протяжении всего периода сохраняются основные атрибуты погребального обряда.
NAXÇIVAN BÖLGƏSİNİN TUNC DÖVRÜ QƏBİR ABİDƏLƏRİNDƏ
ƏNƏNƏVİLlK
Bəhlul Ibrahimli
(AMEA Arxeologiya və Etnoqrafıya Institutu)
Arxeoloji tədqiqatlar göstərir ki, orta tunc dövründə kurqan dəfn adəti ge-niş yayılmışdı. Bu tip qəbirlərin yaranması neolit dövrünün sonlarından başla-yır. Qurbangahlı kurqanlar isə e.ə. IV minilliyin əvvəllərindən məlumdur. Təəssüf ki, dəfn adətinin mühüm elementi olan qurbangahlar arxeoloji ədə-biyyatda hələlik öz layiqli elmi təhlilim tapmamışdır.
Eneolit dövrünün qurbangahlı kurqanları formasına görə tısbağaya oxşadı-ğma görə bəzi müəlliflər onları hind-avropa mifologiyası ilə əlaqələndirirlər. Qədim hind mifologiyasına görə tısbağa (kas (ç) yapa) -(kası – azərbaycan di-lində) ilk yaranan canlıdır, bütün canlılar ondan törəmişdir. Tısbağanın üst zi-rehi göyün, alt zirehi isə yerin rəmzidir (3, 209). Olduqca maraqlı fərziyyədir, lakin bunu arxeoloji- faktlarla əsaslandırmaq çox çətindir. Belə ki, kurqanların heç də hamısında qurbangah qurulmamışdır və qurbangahsız kurqanlar daha çoxdur. Əlbəttə ki, bu kurqanları «başsız» və ya «başmı qmına soxmuş» tısba-ğa kimi qəbul etmək ciddi səslənməzdi. Ikincisi, qurbangahlara içərisində ər-zaq olan gil qablar qoyulması onlarm təyinatını aydm surətdə göstərir. Uçün-cüsü, dördbucaqlı planda qurulmuş, kurqanı olmayan qəbirlərin də qurbangah-ları vardır. Bəs onda, bu qəbirləri hansı «hind-avropa kosmoqonik süjetinin simvolu» hesab etməliyik!
Beş-altı min il bundan əvvəl yaşamış insanların dünyagörüşü, dini baxış-ları və adət-ənənələrini mif və əfsanələrlə bağlayarkən maksimum obyektiv olmaq lazımdır. Subyektiv elmi baxışlar (yəni etnik mövqedən gələn fərziyyə-1әг) Qərbi Avropadan Şərqi Asiyaya, Britaniya adalarmdan Xəzər dənizinin cənub-qərbinə qədər yayılmış və min illərlə davam etmiş kurqan dəfn adətinin mənşəyini araşdırmağa nəinki kömək etmir, hətta problemin həllini daha da çətinləşdirir.
Qəbirlərin yaranmasınm, onlarm quruluşunun və avadanlığının elmi təhlili qədim insanlarm dünyagörüşü, ilkin dini baxışları, ümumiyyətlə onlann maddi və mənəvi mədəniyyəti haqqında müəyyən fikir söyləməyə imkan verir. Tə-biətin qanunlan ilə üzvi bağlılıq şəraitində yaşayan insan (homo sapiens) üçün ölüm ən acı reallıq idi. Insanm öldükdən soma nə vəziyyətə düşdüyünü – onun çürüyüb iyləndiyini, qurtlandığmı, vəhşi heyvanlar tərəfindən parçalan-dığmı və nəhayət, müxtəlif xəstəliklərə səbəb olduğunu gorən insanlar öz 61-müş həmcinslərini torpağa basdırmaqla bütün bunlardan xilas olmuş olurdular. Beləliklə, ölmüş insanı dəfn etmək təbii ehtiyacdan irəli gəlirdi. Ölümün səbəbini başa düşməyən insan ta qədim zamanlardan onu «əbədi yuxu» hesab et-mişdir. Təsadüfi deyil ki, qədim türk dilində (e.ə. V-IV əsrlərə aid «issık» ya-zısında) yataq, otaq və qəbir bir sözlə «ocuq/ucuq» sö’zü ilə ifadə olunurdu (4,209). Əcdadlarının «əbədi yuxuya getdiyinə», onların ruhlarının yaşadığına inandıqlarına görə ilk vaxtlar ölüləri yaşadıqları evlərin döşəməsinin altında və ya həyətdə, sonradan isə yaşayış yerinə yaxın, qədim evlərin quruluşuna uyğun hazırlanmış qəbirlərdə dəfn edirdilər. Qurbangahlar isə ehtimal ki, ilk öncə qəbilə başçılarmın kurqanları yanında qurulmuşdu. Belə ki, güclü və ağıllı qəbilə başçısı uzun müddət yaddan çıxmamış, qəbilə onun ruhunu kömə-yə çağıran zaman, kurqanın yanında qurbangah ( və ya ehsan yeri) quraraq onun ruhuna ərzaq ehsan etmişdir. Qurbangah elə dəfn zamanı da əcdadın ruhunu razı yola salmaq üçün qurula bilərdi.
Naxçıvan ərazisində kurqanlar ehtimal ki, eneolit dövrünün sonlarında meydana gəlmişdir. Bundan əvvəlki dövrə aid Naxçıvan bölgəsində kurqan tipli qəbirlər məlum deyil. Bu bölgədə ən qədim qəbir abidələri O.Həbibul-layev tərəfındən birinci Kültəpənin eneolit təbəqəsində aşkar edilib öyrənil-mişdir. Eneolit dövrü dəfn adətinin əsas xüsusiyyətlərini aşağıdakı kimi ümu-miləşdirmək olar (6, 39-52).
1) Ölülər yaşayış yerində – otaqlarda döşəmənin altında və ya evlərin arasında dəfn olunmuşdur.
2) Aşkar edilmiş qəbirlərin hamısı torpaq qəbirlərdir. Təəssüf ki, yaşayış yerinin qalıqları arasında qəbir çuxurunun formasını və ölçülərini müəyyən et-mək mümkün olmamışdır. Olülər bükülü vəziyyətdə basdırıldığına görə, ehtimal ki, qəbir çuxurları oval və ya dördbucaqlı formada olmuşdur.
3) Olülər istisnasız olaraq qəbrə bükülü vəziyyətdə qoyulmuşdur.
4) Bəzi qəbirlərdə ölülərin həsirə və ya ona oxşar başqa bir toxunma materiala bükülməsi müşahidə olunmuşdur.
5) Aşkar edilmiş 85 qəbrin yalnız 31-də material əldə edilmişdir ki, bun-ların da əksəriyyəti bəzək əşyalarıdır.
6) Bəzi qəbirlərdə ölünün başının altına ya daş, ya da saxsı parçası qoyul-muşdur. Yəqin ki, bu ölünün başının aşağıya əyilməməsi üçün edilmişdir. Baş-qa sözlə desək «əbədi уихиуа» getmiş adamın « yastığı» əvəzi olmuşdur.
7) Kültəpənin eneolit dövrü dəfn adətində maraqlı bir cəhət xüsusilə diq-qəti cəlb edir. 15,35 m dərinlikdə aşkar edilmiş qəbirdə (№24) ölünün əlində, saman qarışıq gildən, kobud şəkildə hazırlanmış və yaxşı bişirilməmiş kiçik tutumlu kasa aşkar edilmişdir. Qeyd edək ki, Kültəpə ilə sinxron abidələrin heç birində dəfn adətinin bu elementinə təsadüf olunmamışdır. Əlində kasa dəfn adətinə Plovdağm ilk tunc və orta tunc dövrünün əvvəllərinə aid olan kurqanaltı torpaq qəbirlərində və zaman etibarı ilə daha gee olan orta əsr oğuz qəbirlərində rast gəlinir.
Kültəpənin eneolit dövrü qəbirlərində ölülər müxtəlif istiqamətlərdə dəfn olunsalar da, şərqə, şimal-şərqə və cənub-şərqə tərəf istiqamətləndirilmiş qə-birlər üstünlük təşkil edir. Alt təbəqədəki qəbirlərdə heç bir avadanlıq əldə edilməmişdir. Bu haqda müxtəlif fıkirlər olsa da O.Həbibullayev A.Yunkerln versiyası ilə razılaşır. Həmin versiyaya görə öz evində dəfn olunanın ruhu elə burada qidalandığından qəbirlərə ərzaq qoyulmasına ehtiyac qalmırdı (6, 51).
Birinci Kültəpənin eneolit dövrü qəbirlərində diqqəti cəlb edən əlamət-lərdən biri də ölülərin həsirə bükülərək dəfn edilməsidir. Qəbir kameralarmm hələ formalaşmadığı bir dövrdə bu, dəfn adətinin vacib şərtlərindən biri olmuş-dur. Kameranın üstü örtüldüyü vaxtdan bu adət tədricən aradan qalxmışdrr.
Olülərin yaşayış yerindən kənarda dəfn olunduğu vaxtdan qəbirlərin quru-luşunda mühüm dəyişikliklər baş vermişdir. Ilkin olaraq qəbirlərin ətrafına dairəvi planda daşlar düzülmüş və üstünə təpəcik formasında torpaq qalanmış-dır. Beləliklə, ilk kurqan tipli qəbirlər meydana gəlmişdir. Naxçıvan bölgəsin-də və ümumiyyətlə, Kür-Araz çayları vadilərində kurqan dəfn adətinin yaran-masının ikinci səbəbi buraya bu adətin daşıyıcıları olan etnosların miqrasiyası ola bilərdi. Bu versiyanın da xeyrinə bəzi faktlar vardır ki, onlann araşdırıl-ması ayrıca tədqiqat mövzusudur.
Plovdağ nekropollarında kurqan dəfn adəti e.ə. II minilliyin sonunadək davam etmiş və həmin müddət ərzində müxtəlif dəyişikliyə uğramışdır. Hələ-lik Plovdağda aşkar edilmiş ən qədim kurqanlar e.ə. III minilliyə aid torpaq kurqanlardır. Bu kurqanların kromlexi iri həcmli dağ daşlarmdan düzgün dairə formasında qurulmuşdur. Əgər nəzərə alsaq ki, kromlex daşlarımn bəzilərinin hündürlüyü 1 m-dən artıqdır, onda bu kurqanlarm ilkin hündürlüyünün ən azı 2 m-ə qədər olduğunu qəbul etməliyik. Onlann diametri 3 m-dən artıq deyildir. Qəbir kromlexin ortasında yerləşir. Olülər qəbrə bükülü vəziyyətdə sağ və ya sol yanı üstdə, başı şərqə tərəf qoyulmuşdur. Bir neçə qəbirdə istiqamət cə-nub-şərqə tərəfdir. Zaman keçdikcə kurqanların diametri böyüyür ki, bu da kurqanlarda ölülərin qəbrə yarımbükülü vəziyyətdə qoyulması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bükülü vəziyyət dedikdə ölünün onurğa sütununun əyildiyi və ayaqlarımn bükülərək dizlərinin çənəsinə yaxınlaşdırıldığı nəzərdə tutulur. Belə hal I Kültəpənin eneolit qəbirlərində və Plovdağın kiçik diametrli torpaq kurqanlarında daha çox nəzərə çarpır. Yarım bükülü vəziyyətdə isə ölünün onurğa sütunu düz vəziyyətdədir, qolları dirsəkdən, ayaqları isə omba-dan və dizdən bükülmüşdür. Olülərin qəbirdəki vəziyyəti haqqında arxeoloji ədəbiyyatda müxtəlif fıkirlər vardır. Oval formalı torpaq qəbirlərdə bükülü vəziyyətdə dəfn olunmuş ölülər insanın ana bətnindəki embrion (hoker) vəziyyəti ilə, yarımbükülü dəfn olunmuş ölülər isə insanın yatmış vəziyyəti ilə mü-qayisə edilir. Bizim fıkrimizcə, һәг iki halda insanın yatmış vəziyyəti («əbədi yuxu») nəzərdə tutulmuşdur.
Ilk kurqanlarda avadanlıq azdır. Kişi qəbirlərində ,adətən, iki ədəd gil qab və bəzən də sümük əşyalar (iynə, biz və s.), qadın qəbirlərində isə gil qablar-dan başqa muncuqlar da aşkar edilir. Ilk torpaq kurqanların qəbirlərinə metal əşyalar az qoyulmuşdur.
Bu kurqanların özəl xüsusiyyətlərindən biri də onlann bəzilərində şərq tərəfdən qurbangahların qurulmasıdır. Maraqlıdır ki, qurbangahlar bir qayda olaraq daşla işlənmiş, üstü sal daşlarla örtülmüşdür. Bu qaydaya Gilançay höv-zəsi abidələrində qurbangahların mövcud olduğu bütün dövrlərdə əməl olun-muşdur. Ilk qurbangahlar kiçik həcmli (0,3×0,4m) olub ətrafı dördbucaqlı planda daşla bir neçə qat işlənmişdir (0,5-0,8 m hündürlükdə). Ehtimal ki, bun-ların da üstünə torpaq tökülərək kurqana birləşdirilmişdi. Ilk qurbangahların avadanlığı qəbirlərdə olduğu kimi yalnız iki ədəd gil qabdan ibarətdir (1, 86-89).
Kurqan dəfn adətində ciddi dəyişikliklər kurqanaltı torpaq qəbirlərin qu-rulmasında daşdan istifadə olunması ilə başlayır. Ilk vaxtlar torpaq qəbirlərin kamerasının yalnız yer səthinə yaxm yuxarı hissəsi bir cərgə daşla işlənir və üstü sal daşlarla örtülürdü. E.ə.III minilliyin sonu – II minilliyin əvvəllərində kurqanaltı qəbirlər bütövlükdə daşla işlənmiş və üstləri isə iri həcmli sal daş-larla örtülmüşdür. Qəbirlərin ölçülərinə (l,5-l,7mx0,8-l,2m) uyğun olaraq kurqanların da həcmi böyümüşdür. Bu kurqanların təpəciyi daş qarışıq torpaq-dan və ya xalis daşdan ibarətdir. Bir qayda olaraq onlann şərq divarı dikinə qoyulmuş bir ədəd sal daşdan ibarətdir. Olünün məhz şərq tərəfdən qəbrə qo-yulması şübhəsizdir. Həmin qəbirlərin avadanlığı əvvəlki dövr qəbirlərinə nis-bətən daha zəngindir. Aşkar edilmiş materiallar içərisində tuncdan hazırlanmış xəncər, toppuz, qolbaq, sancaq, amulet və düymələri, qırmızı və qara rəngli gil qabları və müxtəlif muncuqları xüsusilə qeyd etmək olar.
Bu kurqanların qurbangahlarının da quruluşunda və avadanlığında mühüm dəyişikliklər baş verir. Qurbangahlar kurqanlara şərq tərəfdən bitişik olub, ət-rafına dairəvi və ya dördbucaqlı formada bir neçə cərgə daş işlənərək üstü sal daşlarla örtülmüş və üzərinə daş qarışıq torpaq tökülmüşdür. Göründüyü kimi qurbangahlar qəbirlərin miniatür formasını xatırladır. Qurbangahlann avadan-lığı əsasən, müxtəlif çeşidli saxsı qablardan ibarətdir. Maraqlıdır ki, qurban-gahlarda qablar müəyyən ardıcıllıqla düzülmüşdür. Burada hər qabın öz yeri vardır. Kurqanların, demək olar ki, hamısının qurbangahında bu qaydalara ciddi əməl olunması və hətta ilk dəmir dövrü qəbirlərinin qurbangahlarında da onlann gözlənilməsi Gilançay vadisində dəfn adətinin uzun müddət çox ciddi qayda-qanunlar çərçivəsində həyata keçirildiyini göstərir.
E.ə. II minilliyin sonlarından II Plovdağ nekropolunda yeni qəbir tipləri meydana gəlir. Yeni qəbirlərin ilk əlamətlərini, qəbir kameraları уег səthi sə-viyyəsində olan, kurqanlarda izləmək mümkündür. Belə ki, bu kurqanların daş qarışıq torpaq təpəciyi altında kromlex daşları ilə qəbirin örtük daşları arasına, həmin səviyyədə müxtəlif daşlar düzülmüşdür. Yeni tipli qəbirlərdə isə bu daşlar sal daşlarla əvəz olunmuşdur və onların artıq kurqan təpəciyi yoxdur. Ehtimal ki, yalnız qəbir kamerasının üstündə kiçik təpəcik olmuşdur. Tədricən qəbirlərin ətrafının daş döşənən hissəsi dairəvi formadan dördbucaqlı formaya keçmişdir. Artıq e.ə. I minilliyin əvvəllərindəki qəbirlərdə dairəvi formaya rast gəlinmir. Qeyd etmək lazımdır ki, ətrafına dördbucaqlı planda daş döşən-miş qəbirlərin kameraları da dikinə qoyulmuş sal daşlardan qurulmuşdur. Bu daşlar Plovdağ nekropoluna qonşu dağlardan gətirilmişdir. Sal daşlarla qurul-muş qəbirlər arxeoloji ədəbiyyatda adətən «Daş qutu» qəbirlər («каменные ящики») adlandırılır. Qeyd edək ki, arxeoloji ədəbiyyatda divarları müxtəlif daşlarla işlənmiş sərdabə tipli qəbirlər də daş qutu adı ilə verilir. Ona görə də divarları və üstü (yəni hər tərəfı) ancaq sal daşlardan ibarət olan qəbirləri «sal daşlı qəbirlər» (yaxud qısaca «sallı və ya plitəli qəbirlər») adlandırmaq daha məqsədəuyğun olardı. Rus dilli ədəbiyyatda artıq bu təcrübə vardır («plitiçnıe moqilı»).
Qurbangahlar bu yeni qəbir tipində də saxlanmış və hətta inkişaf etmiş-dir. Lakin onların qəbrə yalnız şərq tərəfdən bitişik işlənməsi qaydasma artıq bu qəbirlərdə əməl olunmur. Onların qurbangahları, əsasən şərq, cənub və qərb tərəfdəndir.
Qəbirlərin avadanlığı əvvəlki dövrlərə nisbətən daha zəngindir. Xüsusən keramikada böyük irəliləyiş nəzərə çarpır. Saxsı qablar içərisində yüksək keyfıyyətlə hazırlanmış tək qulplu bokallar, vazalar və həndəsi ornamentli bo-yalı qablar diqqəti cəlb edir. Bəzək əşyaları içərisində nazik mis təbəqəsindən hazırlanmış aypara formalı sırğalara, silindrik formalı ağ rəngli, üzəri naxışlı, muncuqlara tez-tez rast gəlinir.
Yuxarıda göstərilən fərqlərə baxmayaraq bu qəbirlərdə təkdəfnlilik da-vam edir. Xronoloji cəhətdən həmin qəbirlərin xələfləri Xalı-Keşan nekropo-lunun daş qutu (sal daşlı) qəbirləridir.
Muncuqlutəpə nekropolunun qısa giriş yolu olan, müxtəlif ölçülü dağ daş-larından səliqə ilə işlənmiş sərdabə tipli qəbirləri, tunc dövrü qəbirlərinin əsas əlamətlərini qoruyub saxlasa da, onların çoxdəfnlilik adəti ilə bağlı ya-ranmış bir çox fərqli cəhətləri də vardır (7, 14-41). Zəngin avadanlığa və bir çox özəl xüsusiyyətlərə malik bu qəbirlərin elmi müqayisəli təhlili ayrıca təd-qiqat mövzusudur.
Naxçıvan bölgəsində (2, 72-73) və ümumiyyətlə, Azərbaycan ərazisində Plovdağ nekropollarına həmdövr abidələrin öyrənilməsi yerli mədəniyyətin inkişaf mərhələlərini, xarici ünsürlərin bu mədəniyyətə necə qarışdığını və nəhayət, Plovdağ tayfalarının qon§u bölgələrə mədəni təsirini müəyyən et-məyə imkan verəcəkdir.
Plovdağ nekropolu kurqanlarmın analoji tiplərinə ən çox Araz çayından Göyçə gölünə qədər ərazilərdə və Kür çayının Gürcüstandan keçdiyi bölgələr-də rast gəlinir. Həmin kurqanlarda dəfn adətinin bütün atributları о dərəcədə oxşardır ki, onların eyni mədəni кбкә və ya qohum etnoslara mənsub olması şübhə doğurmur. Lakin bu abidələr arasında mühüm bir fərq vardır. Bu fərq Ağrı dağı vadisi abidələri və Trialeti mədəniyyətinin dəfn adəti üçün krema-siyanın xarakterik olmasmdadır (5). Plovdağ nekropollarında isə kremasiyaya rast gəlinməmişdir. Ola bilər ki, kurqanlara aid qurbangahlar tədqiqatçılar tə-rəfindən qəbir kimi qəbul edilmiş və skeletin olmaması isə dəfnin kremasiya adəti ilə yerinə yetirildiyi kimi yanlış nəticə çıxarmağa səbəb olmuşdur. Qeyd edək ki, skeletsiz boş qəbirlərin (kenotaf) də kremasiya ilə əlaqədar olduğu chtimal edilir. Naxçıvan ərazisində son tunc və ilk dəmir dövrü qəbir abidələri içərisində skeletsiz qəbirlər (kenotaflar) Şahtaxtı və Qarabağlar nekropollarm-da aşkar edilmişdir (6, 49-51). Bu dəfn adətinin yaranma səbəbləri arxeoloji ədəbiyyatda uzun illər müzakirə mövzusu olsa da, problem hələ də öz həllini tapmamışdır (6, 49-51). Bizim fıkrimizcə, burada problemin kökünü ilk öncə dini baxışlarda axtarmaq lazımdır. Məlumdur ki, Zərdüştilik və Buddizm ölü-lərin dəfn olımmasını qəbul etmirdi.
Plovdağ nekropolları və yaşayış yerindən əldə edilən tapıntılar və osteo-loji qalıqlar Gilançay vadisində yaşayan tayfaların heyvandarlıq və əkinçiliklə məşğul olduqlarmı gostərir. Ilk tunc dövrünün sonlarında xırda buynuzlu hey-vandarlığm intensiv inkişafı yeni otlaqlarm mənimsənilməsini zəruri edirdi. Məhz bu dovrdən heyvandarlığın forması dəyişir. Yarımköçəri – yaylaq hey-vandarlığı yaranır. Kiçik Qafqaz dağları silsilələrinin gur otlaqlı sahələri Araz çayı vadisində məskunlaşan qəbilələr üçün əlverişli yaylaq yerlərinə çevrilir. Orta tunc dövründə hər bir icmanın, hər bir qəbilənin özünün müəyyən olun-muş yaylaq yerləri var idi. Etnoqrafık tədqiqatlar təsdiq edir ki, heyvandarlığın bu forması bir neçə min il davam etmişdir.
I və II Plovdağ nekropollarında aşkar edilmiş qazanlar, ocaq yerləri, daş döşənmiş sahələr və osteoloji qalıqlar göstərir ki, qurbanlar elə qəbiristanlıqda kəsilmiş, ehsan da elə buradaca verilmişdir. Kür -Araz çayları vadisində aşkar edilmiş nekropollann əksəriyyətində dəfn adəti analoji qaydada həyata keçi
rilmişdir. Həmin nekropolların ərazisindən aşkar edilmiş tapıntılar və xüsusən, iri həcmli tunc qazanlar belə fıkir söyləməyə əsas verir. Oxşar elementlərin çoxluğuna baxmayaraq hər bir bölgənin özünəməxsus lokal xüsusiyyətləri də olmuşdur. Belə ki, Naxçıvan abidələrində qırmızı gilli (bəzən çəhrayı da deyi-lir) qablar bütün dövrlərdə həm keyfıyyətcə, həm də kəmiyyətcə üstünlük təş-kil etmişdir (6, 189). Trialeti abidələrində isə tunc əşyalar daha çox aşkar edil-mişdir. Plovdağ kurqanlarınm qurbangahları bir qayda olaraq daşla səliqə ilə işlənmiş və üstü sal daşlarla örtülmüşdür. Umumiyyətlə, Gilançay vadisində dəfn adətinin bu elementinə xüsusi diqqət yetirilmişdir.
Plovdağ nekropollarındakı qəbir abidələrinin elmi müqayisəli tədqiqi gös-tərir ki, burada kurqan dəfn adəti iki min il ərzində özünün bütün inkişaf mər-hələlərini keçmiş və e.ə. II minilliyin sonlarında başqa qəbir tipləri ilə əvəz olunmuşdur.
Plovdağ nekropollarının arxeoloji tədqiqi e.ə. Ill minilliyin əvvəllərindən e.ə. II minilliyin sonlarma qədər uzun bir xronoloji dövrdə Naxçıvan bölgəsin-də yaşayan tayfalarm dəfn adətinin və ümumiyyətlə, madm’ mədəniyyətinin tokamülünü izləməyə imkan verir.
ƏDƏBİYYAT
1. Б.И.Ибрагимов. Изучение памятников Пловдага. Материалы Международной научной конференции. Махачкала, 2007.
2. В.Г.Алиев. Культура эпохи средней бронзы Азербайджана . Баку, «Элм», 1991.
3. В.Л.Ростунов. Опыт реконструкции сакрального пространства ранних курганов Европы и Северного Кавказа. Владикавказ, 2006.
4. Elməddin Əlibəyzadə. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bala, «Gənclik», 1998.
5. К.Х.Кушнарева. Южный Кавказ в IX-II тыс. до н.э. Москва, 2003.
6. О.А.Абибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, «Элм», 1982.
7. Гахраман Агаев. Шахтахты в эпоху поздней бронзы и раннего железа. Баку-Москва, 2002.
8. Г.Асланов, Б.Ибрагимов, С.Кашкай. Древние некрополи Хараба- Гилана. Баку, 2002