TERROR AGAINST THE HISTORICAL AND CULTURAL MONUMENTS OF KARABAKH

TERROR AGAINST THE HISTORICAL AND CULTURAL MONUMENTS OF KARABAKH

Tavakkul Aliev

Summary

Armenia leads totally moral terroristic policy against the historical and cultural monuments of Karabakh after the occupation of this territory. The monuments are destroyed, and they falsify them. There are famous Karabakh monuments (for example: The Azykh cave) well known not only in the former Soviet Union but also in the world. The Armenians present them like recently discovered monuments. H.Petrosyan, the chief of the archaeological expedition which has been sent to Karabakh by the National Academy of Sciences of Armenia gives a sensational in-fonnation that he has discovered Tigranakert city nearby the city of Aghdam. He deceives the world by telling that the Armenian archeologists were not allowed to the territory of Karabakh for archaeological excavations during the Soviet period. But the archaeologists who were working in Karabakh for more than ten years were S.Ter-Avetisyan, L.Tashchian, K.Koushniarova and O.Danielyan, who were Arme­nians by nationality.

The falsification of the Armenian scientists shows that the information about other states and nations in the Armenian sources are far from the truth and are pre­conceived.

ТЕРРОР ПРОТИВ ПАМЯТНИКОВ ИСТОРИИ И КУЛЬТУРЫ КАРАБАХА

Таваккул Алиев Резюме

После оккупации Нагорного Карабаха Армения проводит политику то­тально-морального террора в этом регионе против памятников истории и куль­туры Азербайджана. Созданные азербайджанским народом в течении многих веков памятники разрушаются, фальсифицируются и присваиваются армянски­ми вандалами. Известные не только в бывшем СССР, но и во всем мире памят­ники Карабаха (например, пещера Азых) они представляют как вновь выявлен­ные памятники.

Начальник археологической экспедиции Г.Петросян, направленный АН Армении, распространяет “сенсационную” новость о находке якобы найденно­го городища Тигранакерт у г. Агдам. Он лживо утверждает, что в период со­ветской власти армянских ученых, в том числе и его, не допускали проводить исследования в этой зоне. Однако автор почему-то забывает, что здесь в тече­нии нескольких десятков лет работали такие армянские исследователи как С. Тер-Аветисян, Л. Ташчян, К. Кушнарева, О. Даниелян.

Сегодняшняя фальцификация армянскими учеными показывает, что сооб­щения армянских источников по истории других народов и государств являют­ся тенденциозными и далеки от истины.

QARABAĞIN TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNƏ

QARŞI TERROR

Təvəkkül Əliyev

(AMEA Arxeologiya və Etnoqrafiya Institutu)

Ölkəmizdə maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qara-bağ təkcə Azərbaycanda və Qafqazda deyil, bütün keçmiş Sovet məkanında kompleks halda tədqiqata cəlb olunan nadir bölgələrdəndir. Bu diyarın ar­xeoloji abidələri haqqmda onlarla monoqrafiya, yüzlərlə elmi məqalə, beş doktorluq və bir neçə namizədlik dissertasiyası yazılmışdır. Sovet hakimiy-yəti dövründə – XX əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq SSRİ EA Arxeologiya institutu tərəfindən hazırlanan və nəşr etdirilən «SSRİ arxeo-logiyası» adlı fundamental çoxcildliyin bir neçə cildindəki mühüm müd-dəalar Azərbaycanm Qarabağ bölgəsində aparılan tədqiqatların nəticələrinə söykənmişdir. Tərkibində üç dəstənin fəaliyyət göstərdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası qeyd olunan bölgədə uzun illər ardıcıl tədqiqat işləri aparmışdır. Həmin ekspedisiyaların hesabatları hazırda Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya institutunun elmi arxivində mühafızə olunur.

Uzun illərin elmi axtanşları nəticəsində müəyyənləşdirilmişdir ki, Qara-bağ insanın təşəkkül tapdığı ilk çağlardan son orta əsrlərədək olan dövrü əhatə edən arxeoloji abidələrlə zəngin olub Qədim Şərqin sivilizasiya mər-kəzlərindən biridir. Ulu sakinlərin gündəlik məişət və təsərrüfat həyatını əks etdirən maddi tapıntılar bölgədə formalaşan Quruçay-Köndələnçay, Neolit-Eneolit, Kür-Araz, Göyçə-Üzərlik və Xocalı-Gədəbəy arxeoloji mədəniyyət-ləri arasındakı varisliyin təzahürüdür.

XX əsrin 90-cı illərində erməni separatçıları və Ermənistan hərbi bir-ləşmələri qədim mədəniyyət mərkəzlərindən biri olan Qarabağı döyüş mey-danına çevirdilər, bəşər tarixinin ötən yüzillikdə sonuncu faciəsini – Xocalı soyqırımını törətdilər. Ermənistanda və Dağlıq Qarabağda etnik təmizləmə siyasəti aparıldı, azərbaycanlılara qarşı növbəti genosid həyata keçirildi. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri qəsb olundu, yüzlərlə kənd dağıdıldı, minlərlə insan doğma ev-eşiyindən didərgin düşdü. Bu insanların əcdadlarmın Azıxdan üzü bəri əsrlərlə yaratdıqları tarix və mədə-niyyət abidələri də mənəvi terrora məruz qaldı.

2005-ci ildən başlayaraq Ermənistan EA Arxeologiya və Etnoqrafiya institutu Dağlıq Qarabağa ekspedisiya göndərir. Bu faktın özü Ermənistanın işğalçı dövlət olduğunu, bölgənin fıziki işğalmdan sonra mənəvi terrora keçib Azərbaycanm mədəniyyət abidələrini də özününküləşdirmə siyasəti yeritdiyini bir daha göstərir. Təkcə tarixi-arxeoloji abidələrimizin deyil, korifey Azərbaycan bəstəkarlarımn, xalq mahmlarımızm, bəstəçiləri bu gün də sağ olan musiqi əsərlərimizin «erməniləşdirilməsi» sanki bütün Ermənis-tanın dövlət siyasətinə çevrilmişdir.

Dağlıq Qarabağda ermənilərin apardığı axtarışlara Hamlet Petrosyan adlı bir nəfər başçılıq edir. Yay aylarında cəmi 10-15 gün Qarabağda olan H.Pet-rosyan artıq «sensassion», «unikal»… kəşflər haqqmda dünyaya car çəkmiş-dir. Onun öz sponsorlarının etimadını qazanmaq üçün gördüyü işlərin əhə-miyyətini şişirtməsi təbii haldır. Tez-tez qəzetlərə müsahibə verən, internet səhifələrində çıxış edən H.Petrosyan özü də bilmədən əsrl niyyətini üzə çı-xarmışdı. Bu gün sosial-iqtisadi durumu о qədər də yaxşı olmayan Ermə-nistanda hərə bir cür dolanır. Alimlərin vəziyyəti isə heç də ürəkaçan deyil. H.Petrosyan isə belə şəraitdə yaxşı çıxış yolu tapıb: «Arutunryan ailəsi» (ABŞ), «Şuşa» fondu, «Јап Poqosyan və oğlanları» fondu və digər zəngin sponsorlardan kifayət qədər maliyyə dəstəyi alaraq Qarabağda «tədqiqat» aparmağa başlayıb. Bununla belə, о şikayətlənir ki, ekspedisiyasının hər günü üçün nəzərdə tutulan 1000 ABŞ dolları azlıq edir və daha çox maliyyə köməyinə ehtiyacı vardır.

H.Petrosyan qeyd edir ki, Sovet dövründə erməni alimlərinə Qarabağ ərazisində tədqiqat aparmağa icazə verilmirdi. Guya o, Ərsakm xaçkarları (haça şəkilli daşları) ilə bağlı dissertasiya mövzusu götürmək istəsə də elmi rəhbəri akademik B.Arakelyan onu fikrindən çəkindirib ki, bu yolla elmi karyera əldə edə bilməyəcəksən, çünki azərbaycanlılar səni ora – Qarabağa buraxmayacaqlar. Əlbəttə, Babken Arakelyanın həyatda olmadığı bir şəraitdə onun admdan çox şey danışmaq olar. Lakin Ermənistanda sağ olan və H.Pet-rosyanın ağ yalanına şahidlik edə biləcək alimlər az deyil. Onlara yaxşı bəlli-dir ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan tarixən tolerant-lığı ilə seçilib və bu ölkədə müxtəlif xalqlarm bərabərhüquqlu yaşayışı üçün həmişə şərait olub. Qarabağda alman (E.Resler, Y.Qummel), rus (A.A.lva-novski, l.I.Meşşaninov, A.A.Iyessen və b.), azərbaycanlı (l.Cəfərzadə, l.Nə-rimanov, R.Göyüşov, H.Cəfərov və b.) tədqiqatçılarla yanaşı erməni alimləri də uzun illər araşdırma aparmışlar. XX əsrin 20-30-cu illərində S.Ter-Avetis-yan, 40-cı illərində L.P.Taşçyan, 50-60-cı illərində K.X.Kuşnareva, 70-80-ci illərində O.A.Danielyan bilavasitə Dağlıq Qarabağda ardıcıl arxeoloji qazmtı işləri aparmış, hətta ekspedisiya və dəstə rəhbərləri kimi fəaliyyət göstər­mişlər. Heç kəs onlara Dağlıq Qarabağda tədqiqat işləri görməyi qadağan et-məmişdi. Şəxsən tanıdığım Karina Xristoforovnaya (mənim opponentim olub) və 20 il bir institutda işlədiyim Ofelya xanıma həmkarlarımın necə hör-mət və qayğı ilə yanaşdığının, eləcə də onların Azərbaycanla six bağlı oldu-ğunun şahidiyəm. SSRİ EA Arxeologiya institutu Leninqrad (indiki Sankt-Peterburq) bölməsinin əməkdaşı K.X.Kuşnarevanın bütün elmi fəaliyyətinin özəyində Azərbaycanın tarix və mədəniyyət abidələri dururdu. O, yazır: «Uzun illər boyu Mil düzündə işləyərkən ekspedisiyamızın üzvləri ildə iki dəfə «xalqların köçü»nü müşahidə edirdi. Köçərilər hər il yazda ailələri ilə birlikdə uzunmüddətli yaşayış üçün zəruri olan şeyləri, о cümlədən, ət və süd məhsullarını emal edən avadanlıqları at, dəvə və uzunqulaqlara yükləyib xırda buynuzlu heyvanlardan ibarət nəhəng sürüləri müşayiət edərək dağlara qalxır, payızın sonlarında isə bu böyük kütlə aşağı, düzə enirdi… Beləliklə, ekspedisiyanın işi nəticəsində köçmə yaylaq maldarlığının meydana gəlməsi və artıq е.э. II minilliyin sonu – I minilliyin əvvəllərindən ümumi iqtisadiy-yata söykənən çöllük Millə dağlıq Qarabağın mədəni-təsərrüfat vahidliyi haqqında tezisi irəli sürüb əsaslandırdıq» (bax: К.Х.Кушнарева. Значение Азербайджанской (Оренкалииской) экспедиции для археологии Кавказа. -КСИА, № 192, М.,1987, с.5; Иеня онун: К вопросу о социальной интер­претации некоторых погребений Южного Кавказа. -КСИА, № 134, М., 1973, с.13).

Təəssüf ki, bu həqiqəti bilməyən, yaxud bilib görmək istəməyən Ermə-nistanın işğalçı rejimi qəsbkarlıq yolu ilə Dağlıq Qarabağı Azərbaycandan -Mil düzündən və aran Qarabağdan ayırmağa, ən azı üç min ildən bəri region-da formalaşıb hökm sürən həyat və təsərrüfat tərzini dəyişməyə can atır.

Erməni alimlərinin Azərbaycanın elmi institutlarında çalışmaları, Dağlıq Qarabağda və digər rayonlarda tədqiqat aparmaları üçün heç bir maneə olma-mışdır. Digər tərəfdən, Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndində – Stepanakertdə fəaliyyət göstərən Mədəniyyət şöbəsinin müdiri və bütün əməkdaşları erməni əsilli vətəndaşlar idi. Onlar özləri vilayətin ərazisindəki tarixi-memarlıq abidələri haqqında məlumat toplayır və qeydiyyata almması üçün Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərirdilər. Bunu Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə (məsələn, 2 aprel 1968-ci il tarixli 140 saylı qərar) təsdiq edilən və dövlət tərəfındən mühafızə olunan mədəniyyət abidələrinin siyahılanndan da görmək olar. Bəs görəsən, yüz minlərlə azər-baycanlının yaşadığı Ermənistanda, bircə nəfər də olsa azərbaycanlı Tarix, Arxeologiya və Etnoqrafiya institutunda özünə yer tapa, doğma kəndinəki, el-obasındakı abidələrlə aşkar şəkildə maraqlana bilərdimi?

Tarixi təftiş edən və saxtalaşdıran erməni «tədqiqatçıları» Qafqaz Alba-niyasına aid xristian abidələrini erməniləşdirməyə daha çox səy göstərirlər. H.Petrosyan Qafqazda xristianlığm tarixinin görkəmli tədqiqatçısı professor

Rəşid Göyüşovu tənqid edir ki, о tədqiq etdiyi alban xristian abidələrinin yerini dəqiq göstərməmişdir. Görünür, belə olduğu toqdirdə onları daha asanlıqla tapıb erməniləşdirmək olardı. Erməni aliminin məntiqinə görə harada xaçkar varsa, orada erməni yaşayış məskəni olmuşdur. Hələ tələbə ikən xaçkarlardan diplom işi yazmaq istəyən «tədqiqatçı» doktor olandan sonra da özünün ilkin məntiqindən kənara çıxa bilməmişdir. Onun hələ Qo-bustanda mezolit və tunc dövrlərinə aid xaç işarəli daşlardan xəbəri yoxdur.

Ermənistan əhalisini və Qarabağın sadəlövh erməni sakinlərinin milli ruhunu daim tarıma çəkən H.Petrosyan «sensassion» xobər yayır: Şuşa və onun ətrafında ilk dəfə olaraq tunc dövrünə aid kurqanlar aşkar edilib. Sa-dəlövh erməni camaatı haradan bilsin ki, hələ 117 il bundan əvvəl Şuşa realm məktəbinin müəllimi, milliyətcə alman olan Emil Resler həmin abi-dələrdə geniş tədqiqatlar aparmış, bir sıra əsərlər yazmışdır.

Erməni «tədqiqatçıları» hətta paleolit düşərgəsi olan Azıx mağarasını da sanki yeni aşkar olunmuş bir abidə kimi təqdim etməyə çalışırlar. Bu unikal abidədə qazıntılar 1960-cı ildə görkəmli Azərbaycan alinri Məmmədəli Hü-seynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası tərəfındən baş-lanmış və 25 ilə qədər davam etmişdir. 2008-ci ilin iyununda Azıxdan Qafqa-zın ilk sakinlərindən olan azıxantropa məxsus çənə qalığının tapılmasının 40 ili tamam oldu. Azərbaycan alimlərinin, xüsusilə M.I lüseynovun Azıxda apardıqlan qazıntıların nəticələri artıq dünya elmində əsaslı yer tutmuşdur. Azıx tapıntıları 1981 -1982-ci illərdə Parisin «Insan» muzeyində təşkil olun-muş «Avropanın ilk sakinləri» adlı sərgidə nümayiş ctdirilmiş və orada Azıx düşərgəsi haqqında məqalə dərc olunmuşdur. 1981-ci ildə Tbilisi şəhərində keçirilən Sovet-Fransa birgə çöl seminarında da Azərbaycan alimlərinin Azıxda apardıqları qazıntıların nəticələri yüksək qiymətləndirilmişdir. Son 40 ildə bir sıra xarici ölkə alimləri Azərbaycana gələrək Azıxda aparılan təd-qiqat işləri ilə tanış olmuşlar. Beynəlxalq «İNTAS – 2000» adlı proqram çər-çivəsində Avropa ölkələrindən olan 32 paleolitşünas alim Azıx düşərgəsin-dən tapılan çoxsaylı mədəniyyət qalıqlarını tədqiq etdikdən sonra Azərbay-can alimlərinin (M.Hüseynov, Ə.Cəfərov və b.) əldə etdikləri nəticəlorlə razılaşdıqlarını bildirmişlər.

Tarixi Azərbaycan torpaqları olan Ermənistanda hələ Sovet dövründə azərbaycanlılara məxsus yüzlərlə tarixi-arxeoloji və memarlıq abidələri (mə-sələn, Metsamorun üst qatında olduğu kimi), üzərində ərəb qrafıkası ilə Azərbaycan dilində yazılar olan qəbiüstü daşlar, daşdan qoç fıqurları dağı-dılaraq məhv edilirdi. Cəbrayıl rayonunun Xubyarlı kəndindən 1 km şimal-şərqdə, keçmiş Hadrut rayonunun Bünyadlı kəndi ərazisindəki orta əsr Türk qəbiristanlığındakı qəbirlərin baş daşları sındırılmış, buradakı kümbəzvari türbənin üzərindəki ərəb qrafikalı yazı daş zərbələri ilə xeyli zədələnmiş və erməni əlifbasından bir neçə hərf həkk olunmuşdur. Vandallar bu gün də

Qarabağın tarix və memarlıq abidələrinin üzərinə xaç işarələri çəkməklə onları özününküləşdirib erməniləşdirmə istiqamətində «fəaliyyət» göstər-məkdədirlər. Təsadüfı deyildir ki, 2006-cı ildə (XXI əsrdə) yaşayan H.Pet­rosyan iddia edir ki, ötən əsrin (yəni XX əsrin?) 60-cı illərinədək Qarabağda Azərbaycana məxsus tarixi abidə haqqmda danışmaq mümkün deyil, burada yalnız islam abidələri var, onlar da etnik mənsubiyyətinə görə fars abidələ-ridir. «Alimin» məntiqindən belə çıxır ki, indiki Ermənistanda olan kilsələr erməni yox, xristian kilsələridir, yaxud qonşu ölkələrdəki erməni abidələri etnik mənsubiyyətinə görə türk, Azərbaycan, fars və gürcü abidələridir. Sax-takar erməni alimi sadəlöv erməniləri aldadaraq ağ yalan uydurub deyir ki, Azərbaycan hökuməti XX əsrin 60-cı illərindən hazırladığı xüsusi proqrama uyğun olaraq Qarabağda azərbaycanlıların çoxdan yaşadığını subut etmək üçün qədim abidələrə oxşar abidələr ucaltmağa başlamışdır. Görünür, «alim» unudur ki, həmin dövrdə Qarabağdakı tədqiqatlarda erməni əsilli alimlər ça-lışır, vilayətin və ona daxil olan rayonların əksəriyyətinin mədəniyyət şöbə-lərinə ermənilərin özləri rəhbərlik edirdilər. Vandallar Azərbaycanın işğal olunmuş rayonlarının diyarşünaslıq muzeylərindən, eləcə də azərbaycanlı ev-lərindən qarət etdikləri minlərlə qədim xalçanı «erməni xalqınm sənət əsəri» adı ilə xarici ölkələrdə satır, Qarabağın yüzlərlə alban xristian abidələrinin üzərinə «erməni» möhürü vurur, alban hökmdarı Vaçaqan üçün tikilən söv-mənin üzərinə həkk edilmiş yazını oğurlayıb yenisi ilə əvəz edir, Xocalıdakı müsəlman qəbiristanlığmı və XVI əsrə aid məqbərəni dağıdıb daşlarını Qarqar çayına tökür, Qarabağda 40-dan çox müsəlman türbəsini yerlə-yeksan edib izlərini itirir… və sonra oz cinayətlərini ört-basdır etmək üçün hansısa saxtakarlıqdan danışırlar. Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu üzdəniraq erməni alimləri bilməsə də, burada yaşayan erməni camaatı çox gözəl bilir, mədəniyyət abidələrini saxtalaşdıranları yaxşı tanıyır. Əgər Azər-baycan xalqının xislətində saxtalaşdıpma meyli, başqalarma nifrət hissi olsa idi, nəinki Azərbaycanda, hətta bütün regionda, о cümlədən On Asiyada nə bir erməni, nə də bir erməni abidəsi qalardı.

Nəhayət, erməni «tədqiqatçılarınm» Qarabağda «ən sensassion kəşfləri» haqqında. Dağlıq Qarabağdan kənarda, Ağdam şəhərindən 10 km şimalda H.Petrosyan Tiqranakert şəhərini «tapması» haqqında dünyaya car çəkmişdir. Guya bu şəhər е.э. I əsrdə Tiqran tərəfındən salınan dörd şəhərdən biridir və XIII-XIV əsrlərədək mövcud olmuşdur. Ərazisi 50 ha-a yaxın olan (!?) bu şəhərdə bir neçə min əhali yaşamışdır və s., və i.a. Qazıntınm əsas sponsoru Isveçrə erməni ittifaqı olduğundan Petrosyan Cenevrədə Tiqranakert tapıntı-larından (bir neçə orta əsr keramikası və üzərinə xaç işarəsi çəkilmiş divar daşlarının şəkilləri) ibarət sərgi də keçirmişdir. Bu «sensassion kəşf» dən sonra Los-Anceles şəhərində (AB§) Tiqranakert qazıntılarmı müdafıə komi-təsi yaradılmışdır. Maraqlıdır, Ağdam rayonundakı keçmiş Maqsudlu sovetli­yinin ərazisində yerləşən və tarixi ədəbiyyatda öz əksini çoxdan tapan Qara-bağ xanlığının banisi Pənahəli xanın XVIII əsrdə, daha dəqiq dcsək, 1751-ci ildə tikdirdiyi Şahbulaq qalasının aşkar görünən qala divarlarını qədim Tiqra-nakertin qalıqları kimi təqdim edən Petrosyanın əsil niyyoti nədir? Tarixi gerçəklik axtarışı, yoxsa erməni xalqının milli ruhıınu tarıma çəkib sponsor-lardan daha böyük pul qoparmaq? O, gizli niyyətinə yetmək üçün Şahbukiq daşjarının üzərinə xaç işarələri həkk etməkdən də çəkinmir və bu zaman unudıır ki, II Tiqran öləndən 55 il sonra Isa peyğəmbər doğulmuş, bir neçə yüz ildən sonra isə xristianlıq yayılmışdır. Belə gerçəklikdo Forat sahillə-rində yaşayan, ömrünün sonlarında Pompey tərəfındən alçaldılaraq işğal etdi-yi bütün torpaqlardan məhrum edilən Tiqranın Qarabağda – Albaniyada öz adına şəhər salması və onun qala divarlarının daşları üzərinə xaç işarələri həkk etdirməsi ağla batandırmı? IX-XII əsr, yaxud XIII-XIV əsr müəllifləri-nin (xüsusilə ərəb) çoxsaylı əsərlərində Cənubi Qafqazın demək olar ki, bü-tün şəhərlərinin, qəsəbələrinin, hətta bəzi kəndlərinin adları dönə-dönə çə-kildiyi halda, XIII-XIV əsrlərə qədər mövcud olmuş 50 ha ərazili bir şəhorin – «Tiqranakertin» adı görəsən niyə bircə dəfə də olsun çəkilmir? Heç bir tarixi fakta və mənbələrə əsaslanmayan çıxış və müsahibələrindən, apardığı «arxeoloji qazıntını» şərh etməsindən Petrosyanın diletantlığı aydın görünür. Digər tərəfdən, bütövlükdə erməni alimlərinin öz sələflorinin uydurma, sax-ta və yalanlarla dolu məlumatları arasında itib-batmaları heç də təəccüblü de-yildir.

Tarixən erməni xalqının başına bəla olmuş, onu zəlil günə qoymuş er-məni ideoloqları və tarixçilərinin aşağıdakı suallara cavabları maraqlı olardı:

Tiqrandan fərqli olaraq Makedoniyalı Iskəndər (müqayiso yersiz olsa da) Alrikanın şimalında və Asiyada ondan çox Iskəndəriyyə şəhəri salmış və bu şəhərlərdə makedon-yunan əhalisi yerləşdirmişdir. Bəs niyə bu günki make-doniyalılar həmin şəhərlərə, heç olmazsa Misirdəki Iskəndəriyyəyə iddia irəli sürmüıiər?

Hazırda dünyada 200-dən çox dövlət var. Bunlardan hansı özünün bütün qonşuları ilə düşmənçilik edib, onlara qarşı zaman-zaman ərazi iddiaları ilə çıxış edir?

Makedoniyalı Iskəndər üç qitədə böyük ərazilər fəth etsə də, bu gün onun votəni Makedoniya özünün ilkin hüdudlarında qalmaqdadır. Bu gün Apenində yaşayan italyanlar da vaxtilə bu yarımadadan çıxıb üç qitədə bö-yük Roma imperiyasını yaratmışdılar. Çingiz xan kimi bir fateh Monqolustan çöllərindən çıxıb Asiya və Avropanın içərilərinə doğru uzanan 10 milyon kvadrat kilometrlik bir ərazidə böyük bir imperiya yaratsa da, bu gün onun varisləri ilkin vətənlərində qərar tutublar. Səmərqənddə dövlət qurandan sonra bütün Kiçik Asiyanı zəbt edən Teymurləng yenə Səmərqəndə qayıdıb orada dəfn olundu. Bəs erməni tarixşünaslığına görə Fərat sahillərində tarix

səhnəsinə çıxan və «Böyük Ermənistan» yaradan erməni xalqı niyə öz ilkin məkanında qərar tutmayıb ondan min kilometr uzaqlarda yaşayır?

On Asiyada və Qafqazda erməni etnosu sayca bir qədər çox olsaydı, gö-rəsən hazırda bu regionlarda ermənilərdən və ermənidillilərdən savayı ikinci bir xalqın adı və izi qalardımı?

Belə similar çoxdur. Azərbaycan xalqının əsrlər boyu Qarabağda yarat-dığı tarix və mədəniyyət abidələrinə qarşı mənəvi terror siyasəti yeridib on-ları məqsədyönlü şəkildə dağıtmaq, daş lövhələr üzərindəki gerçək sahib-lərin adlarını silib yeni adlar yazmaq və mənimsəmək, özününküləşdirmək saxtakarlığın və mənəvi kasadlığm bariz nümunəsidir. Erməni alimlərinin istər hazırkı Ermənistanda, istərsə də Azərbaycanm işğal olunmuş Dağlıq Qarabağ bölgəsində apardıqları «tədqiqatlar» bir daha təsdiq edir ki, tarixçi-lərin tez-tez müraciət etdikləri erməni məxəzləri ifrat dərəcədə birtərəfli və qərəzlidir. Bu məxəzlər qonşu dövlət və xalqlarm gerçək tarixini əks etdir-məkdən çox-çpx uzaqdır.

Leave a comment

Your comment