ON SOME BRANCHES OF ECONOMY OF AZERBAIJAN DURING XII-XVI CENTURIES
Shirin Bunyatova, Asker Ahmad
SUMMARY
The development of some branches of economy connected with planting of rice, flax and cotton in the territory Azerbaijan is informed by some travellers, diplomats and some other medieval authors.
It is also confirmed by the discovered objects form the archeological monuments.
О NEKOTORIX OTRASLƏX XOZƏYSTVA AZERBAYDJANA V XII-XVI
Şirin Bunətova, Asker Axmed
REZÖME
О развитии отраслей хозяйства, связанные с выращиванием риса, льна и хлопка в Азербайджане сообщают путешественники, дипломаты и средневековые авторы, что подтверждается находками из археологических памятников.
ХП - XVI ƏSRLƏRDƏ AZƏRBAYCANIN BƏZİ TƏSƏRRÜFAT
SAHƏLƏRİNƏ DAİR
Şirin Bünyadova, ƏsgərƏhməd
(ЛМЕЛ Arxeologiya və Etnoqrafıya Institutu)
Azərbaycanda ləsərrüfatm müxtəlif sahələrinin inkişaf etməsi üçün hər zaman əlverişli şərait olmuşdur. Təsərrüfatın belə saholərindən biri də çəl-tikçilikdir. Azərbaycanda çəltik bitkisinin becərilməsi təsərrüfatda onun mü-hüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Orta əsrlərdə bu bitkinin daha çox yetişdirildiyi nəinki yazılı qaynaqlarla, eləcə də arxeoloji qazıntıların nə-ticoləri ilə də təsdiqlənmişdir. Bundan əlavə Azərbaycana gələn səyyah, tacir və diplomatların məlumatları da təssərrüfat sahələrinin öyrənilməsi üçün müəyyən əhəmiyyət kəsb edir.
Orta əsr müəllifi Həmdullah Qəzvini bir sıra bölgələrdə (Daravərd, Gi-lan, Fəslun, Beyləqan və s.) çəltik olduğunu qeyd etmişdir (3, 12, 21). XIV əsrin II yarısı - XV əsrin əvvəllərində yaşayıb yaradan Əbdürrəşid Bakuvi yazır ki, orada (Arran) çoxlu çəltik zəmiləri var (8, 112). Çəltiyin ilk orta əsrlərdən əkildiyi bəllidir. Hətta о qədər bol olmuşdur ki, digər ölkələrə də ixrac edilmişdir. Bu bütövlükdə orta əsrlərdə düyünün bolluğuna və əhalinin daxili tələbatını ödəməsinə dəlalət edir.
Çəltiyin Azərbaycanda becərilməsi barədə avropalıların məlumatları canlı müşahidələrə əsaslanır. Belə ki, Klavixonun dan ilə yanaşı, düyü okil-miş sahələr haqqmda verdiyi məlumatında müəllif hətta qeyd edir ki, «düyü о qədər çoxdur ki, ata da verirlər». Ambrozio Kontarini də düyünün oldu-ğunu qeyd etmişdir (6, 62, 93). Ə. Əlizadə XIII - XIV əsrlərdə buğda sortlan ilə yanaşı, düyünün də müxtəlif növlərinin olduğunu qeyd edir. Müəllif mon-qolların işğalları nəticəsində çəltikçiliyə də böyük zərbə vurulduğunu deyir (11, 30 - 31). Bu ümumən monqolların təsərrüfata vurduğu ziyan idi.
Orta əsr şairlərimizin də əsərlərində düyü haqqında bəhs edilir. Mə-sələn, Əfzələddin Xaqani düyünün adını çə’kmişdir (1, 242). Imadəddin Nə-simi düyünün ənbərbu növünün adını xatırlatmışdır. (4, 299) Düyü növlərilə əlaqədar arxeoloji qazıntıların materiallan qənaətbəxş sayıla bilməz. Hətta «nə Şirvanşahlar sarayından, nə də Orənqaladan arxeoloji qazıntılar nəticə-sində tapılmış çəltik dənələrinin növ mənsubiyyəti müəyyənləşdirilməmiş-dir» (5, 26). Yalnız Bəndovanda tapılmış dənlərin Ənbərbu və Çiləyi növlə-rinə aid olması əhəmiyyət kəsb edir (5, 26). Beyləqanda da çəltik tapılmışdır (7, 80). Orta əsr Şabran şəhərindən tapılmış təsərrüfatda istifadə olunan müxtəlif əşyalar burada çəltikçiliyin də inkişaf etdiyini göstərir (17, 100). Qeyd edək ki, çəltiyin Bərdədə də əkildiyi məlumdur. Bərdədəki qazıntılar zamanı çəltik qalıqlarının tapılması əhalinin çəltikçiliklə məşğul olmasına sübutdur (20, 29). Q. Quşin və X. Axundova istinad edərək Ş. Quliyev göstə-rir ki, Azərbaycanda çəltik bitkisinin 50-dən çox növ müxtəlifliyi olmuşdur (5, 27).
XIX - XX əsrlərə aid məlumatlar və etnoqrafık müşahidələr çəltiyin növlərinin bir sıra xüsusiyyətlərə görə fərqləndiyini söyləməyə əsas verir. Azərbaycanda yetişən çəltik bitkisinin növ müxtəlifliyi özünü bölgolərimiz üzrə fərqlənməsində də göstərir. Məsələn, «Quba - Xasmaz zonası üzrə: Sari qılçaq, Teymurxan çəltiyi, Qara qılçıq. Naxçıvanda : Ağ çəltik, qızıl çiləli, (qırmızı çiləli); Qubadlı - Zəngilanda: Sədri, Marağa, Əkülə; Göyçay və Şa-maxı qəzalarında Sarı və ya qırmızı qılçıq, Qara qılçıq, Səyad, Əkülə, Ənbər-bu, Marağa, Sədri, Çampo, Şəril; Cavanşir qəzasında: Marağa, Soyuq xəki-nə, Isti xəkinə növləri becərilmişdir» (5, 28). Xüsusilə Lənkəran - Astara bölgəsi çəltik yetişdirilməsi üçün ən əlverişli yer olmuşdur. XIV əsr tarixçisi Təvəkkülinin məlumatına görə uşaq ikən atasını itirmiş Lənkəran ziyalısı, əsl adı Tacəddin Ibrahim olan Şeyx Zahid ibn Rövşən Əmir (1215 - 1300) «Aşiqe - hi» adlanan çəltik tarlasında işləmişdir. Bu onu göstərir ki, tarlalar о qədər çox olmuşdur ki, hətta fərqlənməsi üçün müxtəlif adlarla adlandırıl-mışdır.
Çəltikçilik haqqında mənbələrdən əldə olunan material bir о qədər də qənaətbəxş deyildir. Çünki bu materiallarda orta əsrlərdə Azərbaycanda yeti-şən düyünün yalnız adı çəkilir və ixracı barədə bəzi məlumatlar verilir. Növ müxtəlifliyi, becərilməsindəki xalq təcrübəsi, saxlanılması, təmizlənməsi və s. bu kimi etnoqrafık cəhətdən vacib məsələlər isə təəssüf ki, öz geniş əksini tapmamışdır.
Etnoqrafık tədqiqatlar göstərir ki, çəltikçilik sahəsində ənənəvi becərmə üsulları olduğu kimi qalmışdır. Çəltik əkiləcək yer seçilir, təmizləndikdən sonra sahəyə su buraxılır. Şumlamadan sonra ləklər sıralanır və toxum səpilir. Çəltik əkiləcək torpağa daha çox su verilir. Etnoqrafık materiallar cəltiyin əkilməzdən əvvəl həmin torpağın şumlanması haqqında belə məlu-mat verir: «Çəltikçilərimiz deyirlər ki, altı dəfə kəl ayağı dəyməyən torpaq-dan məhsul gözləmə. Bu о deməkdir ki, çəltik əkiləcək torpağın yüksək məhsul verməsi üçün o, altı dəfə şumlanmalıdır. Doğrudan da, çəltikçi rəncbərlərimiz belə etmiş, çəltik sahələrini altı dəfə şumlamış, əkino hazırlamış və hər bir şumun da özünəməxsus əmək aləti mövcud olmuşdur. Təkcə bu faktm özü Azərbaycan əkinçisinin torpağın becərilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, əhalinin şum işinə ayrıca qayğı ilə yanaşdığını deməyə əsas verir» (13, 15 - 16).
Azərbaycanda texniki bitki sayılan kətandan istifadə olunması qədim dövrlərə (tunc dövrünə) gedib çıxır. Bunu aparılan arxeoloji tədqiqatların əl-də etdiyi nailiyyətlər sübuta yetirir. Lakin orta əsrlərdə başqa təsərrüfat sa-hələri üstünlük təşkil etdiyindən kətan yetişdirilməsi nisbətən azalır ki, bunu da mənbələrdəki məlumatlarla təsdiq etmək olar. Çünki kətan adına mənbə-lərdə az təsadüf edilir. Bu о demək deyil ki, kətandan istifadə olunmamışdır. Sadəcə məişətdə xammal kimi ipək, yun, pambıq kətana nisbətən daha da üstünlük təşkil etmişdir. Pambıq və ipək istehsalı orta əsrlərdə daha üstün ol-duğu üçün kətanı sıxışdırıb aradan çıxarmışdı. Ona görə də kətan parçalar başqa ölkələrdən buraya gətirilirdi.
Xilafətə daxil olan ölkələrin Bizansla ticarət əlaqələriridə XII əsrə qədər digər mallarla bərabər kətan paltarların olduğu da müxtəlif mənbələrdən bəl-lidir. Azərbaycanda orta əsrlərdə kətan bitkisindən istifadə haqqmda Yaqut əl- Həməvi qeyd edir ki, Bab əl-Əbvab (Dərbənd) və «onun rustaqlarmda kətandan paltar hazırlayırlar.» (16, 137) Qətran Təbrizi zamanında da kətan-dan köynək hazırlandığı məlumdur. Nizami Gəncəvi də kətan geyimdən bəhs etmişdir :
Mənim kətan geymiş ayabənzər türk gözəlim Urəyimə kətan kimi rəxnə salmışdı (19, 75).
Xalq dastanlarımızda kətandan кбупәк hazırlandığı qeyd edilir (15, 22). Bununla bərabər hətta xalq mahnılarımızda da kətandan istifadə olunmasına aid xatırlamalar vardır.
Kətan bir bitki kimi böyük davamlılığa, möhkəmliyə malikdir. Lakin güclü yağışlar kətana ziyan vurur, çünki bu zaman o, çətinliklə böyüyür. Onu soyuqlar olmayan vaxtı əkirlər. Kətan liflərindən iplik alınması kətan əyirmə ilə mümkündür ki, bunun da nəticəsində həmin iplikdən davamlı kətan parça toxunur. Cod olmasma baxmayaraq, möhkəm və davamlı olan kətan parçalar-dan müxtəlif məişət əşyalarının tikilməsində istifadə olunmuşdur. Adətən kətan parçadan süfrə, dəsmal, köynək və s. hazırlanmışdır. Kətan nisbətən ucuz başa gəldiyinə görə orta əsrlərdə hər kəsin ala biləcəyi bir parça növü olmuşdur. Kətan parçalar üzərində müxtəlif naxışlı tikmələr də ona xüsusi gözəllik verir. Onu da qeyd edək ki, bəzən kətanla pambığın qarışmdan da yüksək keyfıyyətli parça materialı əldə olunurdu. Uşaq nənnilərində də kətandan istifadə olunurdu. Qeyd edək ki, sicim həm qəzildən, həm də kətandan hazırlanırdı. Təsərrüfatda о xüsusən yüklərin bağlanmasında istifadə olunurdu.
Azərbaycanda kətanm 13 növü yayıldığı məlumdur. Müasir dövrdə səna-yedə, incəsənətdə və təbabətdə kətandan istifadə edilir. Kətan paltar daha mü-nasib sayılır. Hətta onun toxumlarmdan da müalicəvi məqsədlərlə istifadə edilməsi xalq təbabətinə bəllidir.
Azərbaycanın təsərrüfat həyatında pambıq bitkisinin də mühüm yeri vardır. Isti iqlim şəraitində yetişdirilən pambıq suvarmaya da böyük ehtiyacı olan bitkidir. Azərbaycanda da bu cür şəraitin olması pambığın becərilməsi-nə zəmin yaratmışdır. Bunu orta əsrlərdə pambığm yetişdiyini qeyd edən müəlliflərin məlumatlarıyla da əsaslandırmaq mümkündür. M. Kalankatuklu Albaniyada yetişdirilən başqa bitkilərlə yanaşı, pambığın olduğunu da qeyd edir (10, 17). XIII əsrdə yaşamış «Əcaib əd -dünya» əsərinin naməlum müəl-lifi Gəncədə pambığın olduğunu qeyd edir (11, 49). Həmdullah Qəzvini «Nüzhət əl-qulub» əsərində bir sıra şəhərlərdə pambığın yetişdirildiyindən xəbər verir (3, 12, 21-23 ). Məsələn bu şəhərlərdən müəllif Marağa, Naxçı-van, Ordubad, Dizmar, Azad və s. adlarmı çəkmişdir (15, 49 - 51). N. Gən-cəvi pambığın adını çəkmişdir (2, 14). Şamaxı və Təbrizdə pambıq parçalar bazarda satılan əsas mallardan idi (12, 129; 133).
M. M. Altman Zəkəriyyə Qəzvininin məlumatlarına əsaslanaraq Gəncə-dəki pambıq parçalardan danışarkən onun «əl-kütni» növündən və yüksək qiymətləndirilən «əl-Gəncə» adlanan geyimdən söz açır. O, Gəncə ustaları-nın toxuduğu parçalarm xaricdə satıldığmı qeyd edir (14, 41, 46). Q. Əhmə-dov yazır: «Orənqala qazmtılarmdan tapılmış pambıq qalıqları, iri ipdən six toxunmuş kisə qalıqları, nazik sapdan toxunmuş kisə çürüntüsü, kobud və zərif işlənmiş parça qalıqları, mis təbəqənin üstünə yapışıb qalmış pambıq parça və s. söz yox ki, Beyləqan pambıqdarayan və toxucu sənətkarların bizə qoyub getdiyi yadigarlardandır» (7, 107 - 108). Bu fıkir pambıq parça toxun-masının yerli istehsala aid olduğunu təsdiqləyir.
Azərbaycan şəhərlərində (Gəncə, Bakı, Qəbələ və s.) orta əsrlər dövrü-nün müxtəlif mərhələlərinə aid çıraqlar aşkar edilmişdir. Örənqaladan IX -XIII əsrlərə aid çıraqlar tapılmışdır. Bu çıraqlarm piltələri pambıqdandır (9, 87). Pambıqdan orta əsrlərdə istifadə olunması barədə E. Qasımov da mə-lumat vermişdir (16, 107). Onun çiyidindən təbabətdə də istifadə edilir. Azərbaycanda pambığın yetişdirilməsindən Marko Polo da yazmışdır (6, 36).
Pambıqçılıq haqqında verilən məlumatlar içərisində Larens Çepmenin təsviri diqqəti xüsusilə cəlb edir. L. Çepmen Azərbaycan ərazisində yaxşı pambıq yetişdirilməsini qeyd etməklə bərabər, hətta bitkinin təsvirini də ol-duğu kimi vermişdir. О yazır ki, pambıq insanm sinəsinədək çatan uzunluqda balaca ağacda yetişir. O, budaqlıdır və hər budağında da onun məhsulu yeti-şir. Bu qoza şəklindədir, açılan zaman isə təxminən insan yumruğu boyda
olur və içərisində qara rəngli toxumu var ki, sonralar bu toxumu əkib yeni pambıq əldə edirlər. Toxumun boyunca isə pambığın yetişmiş məhsulunun özü olur ki, onu da açılan zaman yığırlar. (6, 148) Göründüyü kimi, müəllif pambığın tam yetişmə vəziyyətini müşahidə ctmişdir.
Məlumdur ki, «başlıca olaraq Şirvan, Şəki və Gəncədə istehsal olunan hazır ipək və pambıq parçalar, neft, habelə xalça, mis və gil qablar, zəfəran, balıq və başqa mallar Azərbaycandan rus torpaqlarına ixrac edilirdi» (18, 11). XVI əsrdə də pambığın becərildiyi məlum olur.
Yuxarıda qeyd olunanlara belə bir yekun vura bilərik ki, ölkəmizdə əlve-rişli şəraitdə əhalinin gündəlik həyatında adları gedən təsərrüfat sahələrinin mühüm rolu olmuşdur.
ƏDƏBlYYAT
1. X. Şirvani. Seçilmiş əsərləri. Bakı, Azərb. SSR EA, 1956
2. N. Gəncəvi. Isgəndərnamə. Bakı, Elm, 1983
3. Xamdulla Kazvini. Nuzxat-al-Kulub. Перевод И. П. Петру ше веко го. НАИИ, дело 1, № 531.”
4. Nəsimi. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973
5. Quliyev $. Azərbaycanda çəltikçilik. Bakı, Elm, 1977
6. Путешественники об Азербайжане. т. 1, Баку, изд. АН Азерб. ССР, 1961
7. Əhmədov Q. Qədim Beyləqan. Bakı, Azərnəşr, 1997
8. Əbdürrəşid Bakuvi. «Təlxis əl-Asar və əcaib əl-məlik əl-qəhhar» (Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri.) Bakı, Şur, 1992
9. Bünyadov T. Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair. Bakı, Azərb. SSR EA, 1964
10. Kalankatuklu M. Albaniya tarixi. Bakı, Elm, 1993
11. Ализаде А. Социально - экономическая и политическая история Азербайджана XIII - XIV вв. Баку, изд. АН Азерб. ССР, 1956
12. Ibrahimov С. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, API, 1958
13. Cavadov Q. Əkinçilik mədəniyyətimizin sorağı ilə. Bakı, Azəməşr, 1990
14. Алтман M.M. Исторический очерк города Гянджи, часть 1. Баку, АН Азерб. ССР, 1949
15. Иакут ал - Хамави. Муджам ал - Булдан (Сведения об Азербайджане) Хамдуллах Казвини. Нузхат ал - Кулуб (Материалы по Азербайджану) (перевод 3. М. Буниятова и П. К. Жузе). Баку, Элм, 1983
16. Qasımov Е. Azərbaycanın orta əsr şəhərlərinin su təchizatı (IX - XV əsrlər) (tarixi - arxeoloji tədqiqat). Bakı, Adiloğlu, 2002
17. Abbasova F. Sabran. Bakı, Elm, 2002
18. Quliyev Ə. Azərbaycan - Rusiya münasibətləri tarixindən (XV - XVIII əsrlər), 2 seriya, № 6, Bakı, Azərbaycan SSR Siyasi və elmi bilikləri yayan cəmiyyət, 1958
19. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı, Elm, 1981
20. Nuriyev A., Babayev Ə. Bərdə şəhərinin tarixi - arxeoloji oçerki (antik və orta əsrlərdə). Bakı, Nurlan, 2001
odidypy…
The Voice On Handy Manny Disney …