Bizim Müsahibə

YURDUNUN VURĞUNU

Müsahibimiz АМЕА Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya Institutu-nun direktoru, tarix elmləri doktoru Hacı Fəxrəddin Yəhya oğlu Səfərlidir

Fəxrəddin   mğəllim,    xahiş   edirəm özünüz haqqında məlumat verəsiniz.

Naxçıvan MR-sı Naxçıvan (indiki Ba-bək) rayonunun Cəhri kəndində anadan ol-muşam. Azərbaycan Pedaqoji Institutunun Naxçıvan fılialının tarix fakultəsini bitirmi-şəm. ln müxbir üzvü M.Nemətin rəhbərliyi ilə «Naxçıvan MR-nın ərəb-fars dilli kitabələri tarix-mədəniyyət abidəsi kimi (XVI-XIX əsr-lər)» mövzusunda namizədlik dissertasiyası müdafıə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışam. 1995-ci ildən Naxçıvan Dövlət Universi-tetində pedoqoji fəaliyyətim dövründə müəllim, baş müəllim, dosent, profes­sor vəzifələrinə seçilmişəm. 2002-ci ildən Universitet HlK-nin sədri vəzifə-sində çalışmışam. Eyni zamanda AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Et­noqrafiya və Arxeologiya Institutunda «Qədim və orta əsrlər tarixi» şöbəsi-nin müdiri işləmişəm. 2004-cü ildə «Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər» mövzusunda doktorluq dissertasiyası müdafıə edib tarix elmləri doktoru alimlik dərəcəsi almışam.

Bir müddət orta məktəbdə tarix müəl-limi işlədikdən sonra Azərbaycan SSR EA Naxçıvan Regional Elm Mərkəzinin «Аг-xeologiya və Etnoqrafıya» şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul ounmuşam. NEM-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək bir yol keçmişəm. 1987-ci ildə AMEA-nı Sizin tədqiqat obyektiniz Azərbaycamn aynlmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində bu günə qədər gəlib çatan epiqrafık abidələr – müsəlman kitabələridir. Xahiş edirəm bu abidələr, onlann tarixi mənbə kimi əhəmiyyəti haqqında qısa şəkildə məlumat verəsiniz.

Naxçıvan bölgəsi tarixin ən etibarlı, təhrif olunmamış mənbələrindən biri olan epiqrafık abidələrlə çpx zəngindir. Görkəmli epiqraf alim, Azərbay-can MEA-nın müxbir üzvü M.Nemətin «tarixin daş səhifələri» kimi dəyər-ləndirdiyi, akademik B.Rıbakovun isə «kiçik mənbələr» adlandırdığı, dəqiq və mübahisə doğurmayan faktlarla zəngin olan epiqrafık abidələr digər mən-bələrin, xüsusilə orta əsr yazılı qaynaqlarınm məlumatlannı tamamlayır, bə-zən isə heç bir mənbədən məlum olmayan yeni faktlar təqdim edir, hər hansı bir tarixi hadisə haqqında bilik dairəmizi genişləndirir, tarix və mədəniyyə-timizin bir sıra qaranlıq məsələlərinin obyektiv, hərtərəfli araşdırılmasında müstəsna rol oynayırlar.

Əsasən iki böyük qrupa- inşaat və xatirə kitabələrinə bölünən bu abidə-lərin məlumat dairəsi çox genişdir. Onlar mətnlərində tarix və mədəniyyə-timizin müxtəlif problemləri, о cümlədən, çox böyük siyasi, iqtisadi tarix məsələlərinə dair məlumatlar əks etdirirlər. Həmin məlumatlar içərisində Səfəvi- Osmanlı müharibələri, bu müharibələrin ölkəyə təsiri, Səfəvi şahla-rının vergi siyasəti, Nadir şahın Hindistana yürüşü və s. bu kimi faktlar diq-qəti xüsusilə cəlb edir. Həmçinin, həmin kitabələrin verdiyi məlumatlar əsa-sında bir sıra tarix-memarlıq abidələrinin təyinatı, inşa tarixi, sifarişçisi, me-marı haqqında dəyərli məlumatlar əldə edilmişdir. Məhz bu kitabələrin kö-məyi ilə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Cəmaləddin, Şeyx ibn Cühənna, Imamqulu Nəzərli oğlu və başqaları kimi digər qaynaqlardan məlum olma­yan görkəmli memarların adları aşkar olunaraq elmi dövriyyəyə daxil edil-mişdir. Yaratdıqları abidələrin təhlili göstərir ki, bu memarlar öz peşələrinin kamil ustası, məşhur sənətkarlar olmuşlar.

Naxçıvan bölgəsində indiyədək gəlib çatan müsəlman kitabələrinin bö-yük bir hissəsini qəbirüstü xatirə abidələri (başdaşı, sənduqə, daş qoç və qo-yun heykəlləri) üzərində həkk olunmuş məzar kitabələri təşkil edir. Əsasən bu dünyanın faniliyi, ölümdən sonrakı həyatın və Allahın əbədiliyi haqqında fıkri təlqin edən dini xarakterli kəlam və Quran ayələri ilə başlayan bu ki-tabələrin məlumat dairəsi çox genişdir. Onlar özlərində srravi vətəndaşın ölümündən (mərhumun adı, titulları, atasının adı, ölüm tarixi və s.) tutmuş mürəkkəb siyasi-tarixi hadisələrədək maraqlı məlumatlar əks etdirirlər. Məhz bu kitabələrin məlumatları sayəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış bir sıra görkəmli şəxsiyyətlərin, о cümlədən dövlət xadimlərinin (Böyük sədr Rükn əd-Din amid əl-Mülk, Sahib əl-əzəm Hacı Məhəmməd, Atabəy Əbu Məhəmməd Vənəndi, Atabəyin candarı Aytəkin, əmir Bədiül­mülk, əmir Şahmənsur, Qazı Məcd əd-Din, əmir, isfəhsalar Uluq Qutluq Lala bəy və s.), orta əsrlərdə Naxçıvan bölgəsində fəaliyyət göstərən müx-təlif sufı təriqətlərinə mənsub xanəgahların rəhbər-şeyxlərinin (Şeyx Əbu Səid, Şeyx Hacı lələ Məlik, Kamil Şeyx Hacı Hilalullah, Şeyx Islam, §eyx Nurəddin və s.), görkəmli sənətkarların (Nəcməddin, Abid, Əbülqasim, Mə-həmməd Saleh əl-Hüseyni Qəzvini və s.) və başqalarının adı, atasmın adı, daşıdığı titullar, vəfat tarixi və başqa faktlar aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Həmçinin, həmin şəxsiyyətlərin çoxunun qəbirlərinin yeri müəyyən olunmuşdur.

Qəbristanlıqlarda tədqiq olunan məzar kitabələrinin məlumatları əsasın-da həmin məzarlıqların özlərinin və mənsub olduqları bir sıra yaşayış məs-kənlərinin (Kotam, Köçəri, Xanəgah, Gənzə və s.) yaşı təxmini də olsa təyin olunmuş, elmi dövriyyəyə daxil edilmişdir. Həmçinin, ərazidə olan kitabələ-rin köməyi ilə bir neçə yaşayış məntəqəsinin adları dəqiqləşdirilmiş, onların orta əsrlərdəki ilkin səslənmə forması müəyyənləşdirilmişdir.

Umumiyyətlə, bu kitabələrin özlərində qoruyub saxladığı və bizə qədər çatdırdığı faktlar Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərinin aydınlaşdırılması üçün çox mötəbər qaynaqlardır.

Bu abidələrin tədqiqi tarixi, xüsusilə bu sahədə son tədqiqatlar haqqında nə deyə bilərsiniz?

Bu abidələr XIX yüzilliyin ortalarından tədqiq olunmağa başlamışdır. Bu sahədə N.V.Xanıkovun, l.Əzimbəyovun, Ə.Ələsgərzadənin, S.Kərimzadənin böyük əməyi olmuşdur. Naxçıvan ərazisindəki müsəlman kitabələrinin öyro-nilməsində ömrünün 60 ilini Qafqazın müsəlman kitabələrinin tədqiqinə həsr etmiş, görkəmli epiqraf-alim, AMEA-nın müxbir üzvü M.Nemətin xidmətlə-rini xüsusilə qeyd etmək lazımdır. Alim Naxçıvanda apardığı epiqrafık tədqi-qatların nəticələrini 2001-ci ildə rus dilində nəşr etdirdiyi «Azərbaycanın epiqrafık abidələri korpusu»nun III cildinə daxil etmişdir.

XX yüzilliyin 70-ci illərinin ortalarından başlayaraq bu abidələrin tədqi-qi ilə biz də məşğul oluruq. Keçən müddət ərzində bölgədə çoxlu kitabələr qeydə alınmış, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, onla-rın əsasında namizədlik və doktorluq dissertasiyaları yazılaraq müdafıo edil-miş, bir neçə kitab, 100-dən artıq məqalə nəşr etdirilmişdir.

Ərazidəki kitabələrin böyük bir hissəsi qeydə alınıb tədqiq olunsalar da bir sıra yerlərdə hələ də tədqiqini gözləyən kitabələr qalmaqdadır. Bu kita-bələr içərisində son vaxtlar qeydə alınaraq tədqiq edilmiş iki kitabə haqqmda qısa şəkildə danışmaq istərdim. Onlardan biri Ordubad rayonunun Köhnə Kotam kəndindəki xaraba məsciddə qeydə alınmışdır. Kitabə Naxçıvan xan-larından Hacı Kəlbəli xanın oğlu Ibrahim xanın Kotam kəndindəki özünə-məxsus torpaq sahibliyi mənsəbini Tükəzban xamm adlı qadına bəxşiş et-məsi haqqında hicri 1260/1844-cü il tarixli sənədin daş nüsxəsidir. Kitabə­dən Kəlbəli xanın adı elm aləminə bəlli olmayan Ibrahim xan adlı oğlunun olması məlum olur. Mətndə «аһсаһ» («uca mənsəbli») titulu ilə təqdim oilman Ibrahim xanın adı məhz bu kitabənin məlumatı əsasmda elmə məlum olmuş və Naxçıvan xanlarınm şəcərəsinə daxil edilmişdir.

Ikinci kitabə Naxçıvan şəhərinin cənubunda yerləşən Köhnəqala ərazi-sində təsadüfən torpağın altından aşkar olunmuşdur. Sənətkarlıq baxımından yüksək ustalıqla hazırlanmış başdaşı tipli bu xatirə abidəsinin üzərində həkk edilən kitabənin məzmunundan aydm olur ki, abidə hicri 747-ci (miladi 1346) ildə qətlə yetirilmiş böyük sədr Məhəmməd Əhməd oğlu adlı şəxsiy-yətin xatirəsinə hazırlanmışdır. Adına əlavə edilmiş tirul və epitetlər göstərir ki, Məhəmməd ibn Əhməd Hülakü dövlət aparatmda yüksək vəzifə tutmuş, «böyük sədr» mənsəbinə qədər yüksəlmişdir. Kitabənin məlumatlarına əsa-sən ehtimal etmək olar ki, bu şəxsiyyət XIV yüzilliyin ortalarmda Çobanilərin zülmünə qarşı qalxan üsyanların iştirakçısı olmuş, 1346-cı ildə baş verən üsyanın yatırılması zamanı qətlə yetirilmişdir.

Umumiyyətlə, Naxçıvanm müsəlman kitabələrinin əksəriyyəti özlərində bu cür maraqlı və tarixi cəhətdən çox əhəmiyyətli məlumatlar əks etdirirlər.

Xahiş edirəm, rəhbərlik etdiyiniz Institut və orada apanlan tədqiqatlar haqqmda məlumat verəsiniz.

AMEA-nm Naxçıvan Bölməsinin Tarix, Etnoqrafıya və Arxeologiya In-stitutu xalqımızm ümummilli lideri Heydər Əliyevin AMEA Naxçıvan Böl-məsinin yaradılması haqqında 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Regional Elm Mərkəzinin «Arxeologiya və Etnoqrafiya» şöbəsinin bazasmda həyata vəsiqə almışdır. Sərəncama əsasən Institutda 7 şöbə (Qə-dim və orta əsrlər tarixi şöbəsi, Yeni və ən yeni tarix şöbəsi, Qafqaz tarixi şöbəsi, Qədim dövr arxeologiyası şöbəsi, Antik və orta əsrlər arxeologiyası şöbəsi, Arxeoloji xidmət şöbəsi, Etnoqrafıya şöbəsi) yaradılmışdır.

Institutda «Naxçıvanm tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi» mövzusu ilə əlaqədar Naxçıvanm arxeologiyası, etnoqrafıyası, epiqrafıkası, qədim, orta əsrlər, yeni və ən yeni tarixinə aid 5 iş üzrə 14 mərhələdə elmi-tədqiqat işləri aparılır.

Elmi tədqiqat işlərinin nəticələri ilə əlaqədar institut fəaliyyətə başla-dıqdan, yəni 2003-cü ilin yanvarından indiyə qədər əməkdaşların 20-dən ar-tıq kitabı, 200-dən artıq məqaləsi nəşr olnmuşdur. 3 nəfər doktorluq, 2 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Əməkdaşlarımızdan 1 nəfəri 2003-cü ildə AMEA-nın həqiqi üzvü, 2 nəfəri isə 2007-ci ildə müxbir üzvü seçilmişdir.

Institutda plandan əlavə yerinə yetirilən iki iş haqqında, xüsusi olaraq ayrıca danışmaq istərdim. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 06 dekabr 2005-ci ildə «Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haq­təbii piqmentlərin üzvü maddələrlə sintezindən almmışdır. Burada ən çox tə-biətdə rast gəlinən rəngverici xüsusiyyətlərə malik dəmir oksidlərindən istifa-də olunmuşdur ki, bunlar da əsasən qematit, limonit, oxra, pirit və s. ibarətdir.

Atom-absorbsion analizinin nəticələrinə görə Əliköməktəpəsi eneolit dövrü yaşayış məskənindən aşkar olunmuş, inventar sayı M-78/920 və Polu-təpə eneolit dövrü yaşayış məskənindən aşkar olunmuş, inventar sayı P.t.l 1/04 olan nümunələrin naxışlarının çəkilməsində istifadə olunmuş qara rəngli bo-yanın tərkibi karbon ekstraklıdır. Analizin nəticələrinə əsasən ehtimal etmək olar ki, Muğanın eneolit sakinləri qara rəngli boyaları ağac kömürü və orqanik tərkibli büzücü maddələrin birləşməsindən alırdılar.

Azərbaycanın eneolit dövrü dulusçuları neft məhsullarından, əsasən bi-tiumdan qabların naxışlanmasında qara rəngli boya kimi istifadə etmişdilər. Bu tip maddələrdən, əsasən Xocaxan eneolit dövrü yaşayış məskənində gil qab-ların naxışlanmasında istifadə olunmuşdur.

Qeyd etmək lazımdır ki, Ikiçayarasmın eneolit dövrü keramikasmın naxış-lanmasında istifadə olunmuş qara rəngli boya pirolyüzit və ya təmiz marqans oksidindən alınırdı [6, 23-43]. ITalaf keramikasımn naxışlanmasında da istifadə olunmuş qara rəngli boya həmin tərkibli olduğundan, ehtimal etmək olar ki, I Kültəpədən aşkar olunmuş Halaf keramikasında da marqans tərkibli boyalar-dan istifadə olunmuşdur.

Qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş tropik və subt-ropik təbii şərait, tərkibində dəmir birləşmələri olan qırmızı rəngli laterit tor-paqlarm yaranmasma şərait yaratmışdır [4, 109-111]. Qədim dulusçular dəmir oksidlərindən istifadə edərək, onların vasitəsilə müxtəlif rəngli boyalar əldə etmişdilər. Bunlar əsasən limonit, qematit, oxra, maqnetit və.s. ibarətdir [7, 21-36]. Tədqiqatçılann gəldikləri nəticəyə görə boyaq maddəsi kimi ilkin ola­raq insanlar qematitdən istifadə etmişdilər. Daha sonralar isə oxra və digər də-mir oksidləri boyaq maddələri kimi tətbiq olunmuşdur. Təbii piqmentlərin üz-vü maddələrlə sintezindən alınmış boyalar quruduqdan sonra da öz parlaqlığını və suyadavamlılığını saxladığından keramika istehsalında onlardan geniş şəkil-də istifadə edilmişdir.

Limonit-dəmirin hidrooksidləri və başqa oksidlərinin qarışığından ibarət olan bataqlıq mənşəli dəmir fılizidir. Əsasən bataqlıqların səthində qonur və sarımtıl-qonur rəngində olur. Tərkibində qum və gil hissəcikləri də var. Limo-nitdən əsasən, qonur, sarı, narıncı rəngli boyaların və anqobların almmasında istifadə etmişdilər [9]. Aparılmış analizlərin nəticələrinə görə Polutəpə eneolit dövrü yaşayış məskənindən aşkar edilmiş, inventar sayı P.t. 14/04 olan nü-munənin naxışlanmasında istifadə olunmuş qonur rəngli boya bataqlıq limoniti vasitəsilə alınmışdır. Muğanm eneolit dövrü keramikasmda tətbiq olunan bo­

qmda» sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə institutun əməkdaşları Bölmənin Incəsənət, Dil və Ədəbiyyat Institutunun və NDU-nun bəzi əməkdaşlannm iştirakı ilə 2006-2007-ci illərdə Muxtar Respublikanm yaşayış məskənlərinin hamısına səfər-lər etmiş, ərazidə olan bütün tarix-mədəniyyət abidələrini qeydə almış, ilkin tədqiq etmiş, fotoşəkillərini götürmüş, onlar haqqında məlumat toplamışlar. Həmin məlumatlar əsasında qeydə alınmış 1162 abidənin hamısı haqqında pasport- qeydiyyat kartları hazırlanmışdır. Bu kartlarm üz tərəfmdə abidənin adı, tipoloji mənsubiyyəti, tarixi, müasir istifadə xarakteri, texniki vəziyyəti, mühafızə dərəcəsi, kartı tərtib edənin soyadı, adı, atasınm adı və vəzifəsi qeyd olunmuş, arxa tərəfındə isə fotosu və qısa təsviri verilmişdir.

Institut qeydə alınmış və pasportlaşdırılmış bu abidələrin əsasında «Nax-çıvanın tarixi abidələri» ensiklopediyasını hazırlamışdır. Iki dildə- Azərbay-can və ingilis dillərində hazırlanan bu dəyərli əsərdə hər bir abidə haqqında lakonik lakin tam məlumat yüksək poliqrafık səviyyədə, hazırlanmış rəngli foto şəkillə birlikdə nəşrediləcəkdir.

Bu ensiklopediya Azərbaycanın elmi- mədəni həyatında çox böyük bir hadisədir və mühüm elmi, siyasi və tarixi əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, bədnam erməni alimlərinin Naxçıvana ərazi iddialarmda bölgə-dəki tarix-mədəniyyət abidələrinin ermənilərə məxsus olmasını sübut etmək cəhdləri əsas yer tutur. Əllərində heç bir əsas, tarixi fakt olmasa da onlar beynəlxalq ictimaiyyəti XX əsrin əvvəllərində Naxçıvanda ermənilərə məx-sus 27-30 min abidə olmasma inandırmağa çalışırlar. Ancaq institut əmək-daşlarının qeydə alıb pasportlaşdırdığı abidələr içərisində bir dənə də olsun erməni mənşəli abidə yoxdur. Həmçinin, əməkdaşlarımız tarix-mədəniyyət abidələrinin pasportlaşdırılması ilə əlaqədar material toplayarkən bölgədə heç bir erməni mənşəli toponimə də rast gəlməmişlər. Ona görə də qətiy-yətlə demək olar ki, «Naxçıvanın tarixi abidələri» ensiklopediyası Naxçıvan abidələri haqqında beynəlxalq ictimaiyyətə dəqiq məlumat çatdırılması və erməni iddialarının əsassızlığmı sübut etmək üçün çox sanballı bir qaynaqdır.

Hazırda institutda əməkdaşlarımızm və AMEA Arxeologiya və Etnoqra-fıya Institutunun arxeoloqlarmm Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində apardıqları arxeoloji qazıntılar zamanı aşkar etdikləri maddi-mə-dəniyyət nümunələri əsasmda «Arxeologiya və Etnoqraflya muzeyi» yaradıl-maqdadır. Institutun əməkdaşları Azərbaycan MEA-nın elmi-tədqiqat insti-tutları, xüsusi ilə MEA-nın Tarix və Arxeologiya və Etnoqrafıya Institutları-nın əməkdaşları ilə six əlaqə saxlayır, bir sıra sahələrdə əməkdaşlıq edirlər. Onlar Bakıdan gələn alimlərin (Vəli Əliyev, Abbas Seyidov, Bəhlul Ibra-himli, Qəhrəman Ağayev, Səfər Aşurov, Əkbər Bədəlov) apardıqları arxeo­loji qazmtılarda fəal iştirak edirlər. Bu cəhətdən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin Amerika Birləşmiş Ştatlarmdan və Fransadan gələn alim­

lərlə Oğlanqalada və Ovçular təpəsində apardıqları tədqiqatlar diqqəti cəlb edir.

Əməkdaşlanmız Bakıya opponent kimi dəvət olunur, bir sıra disserta-siyalar, avtoreferatlar bizim instituta rəy üçün göndərilir. Həmçinin onlar tez-tez beynəlxalq miqyaslı konfrans və simpoziumlarda iştirak edir, bir sıra öl-kələrin alimləri ilə elmi əlaqə saxlayır, əməkdaşlıq edirlər.

Əlbəttə qeyd olunanlar Institutda yerinə yetirilən işlərin heç də hamısını əhatə etmir. Əməkdaşlarımız 12 avqust 2002-ci ildə Naxçıvan Muxtar Res-publikası АН Məclisində AMEA Naxçıvan Bölməsinin yaradılması münasi-bəti ilə keçirilən müşavirədə xalqımızın ümummilli lideri Heydər Əliyevin çıxışında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlar.

Müsahiboyə görə sağ olun!

Müsahibəni apardı: Bəhlul İbrahimli

Leave a comment

Your comment