A NEW OUTLOOK ТО THE HISTORY OF KHUNAN
A NEW OUTLOOK ТО THE HISTORY OF KHUNAN
ArifMammadov, Ehnira Abbasova, Saida Allahverdiyeva
Summary
The city of Khunan takes an important place among the mediaeval monuments of Azerbaijan.
Though many researchers define the place of Khunan Torpaggala which is in the territory of Tovuz region. Our archaeological excavations prove that Khunan is situated in the Western part of Gazakh where the river Khramychay flows into the Kur. It is on the bordering territories between Gazakh in Azerbaijan and Mameuly in Georgia. That is why we have to begin our archaeological excavations in these territories.
НОВЫЙ ВЗГЛЯД НА ИСТОРИЮ ХУНАНА
Ариф Мамедов, Эльмира Аббасова, Сайда Аллахвердиаева
Резюме
Город Хунан занимает особое место среди средневековых городов Азербайджана. Несмотря но то, что многие исследователи определяют место города Хунана на территории Таузского района, но есть мнения, что развалины Хунана находятся в западной части Храмчая, где река впадает в Куру. Эти места примыкают к региону Казахского района Азербайджана, то есть приграничной зоне с Грузией. Поэтому для уточнения местонахождения средневекого города необходимо начать археологические разведывательные работы на этой территории.
XUNAN ŞƏHƏRtNlN TARİXİNƏ YENl ВAXIŞ
ArifMəmmədov, Elmira Abbasova, Səidə Allahverdiyeva
(AMEA Arxeologiya və Etnoqrafiya Institutu)
Ilk orta əsr şəhərləri sırasında özünəməxsus yer tutan Xunan şəhərinin tədqiqi Azərbaycanın bu dövr tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu şəhər haqqında orta əsr ərəb müəlliflərinin, eləcə də bir sıra tədqiqatçılarm əsərlərində müəyyən məlumatlar vardır. M.Kalankatlı «Alban tarixi» əsərində şəhərin admı çəkərək yazır ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır (4.3).
IX əsrin sonlarmda yaşamış Baladzori yazır ki, Həbib – Kisalı, Xunanı, Samsaxı, Qardaman, Kustaci, Şavşət və Balazəti qan tökmədən tutdu. Sülh müqaviləsinə görə bu şəhərlərin ibadətgahlarma toxunulmamalı, ancaq onlar torpaq və bac vergisi verməli idilər (5.13).
X əsr müəllifı Əl-Istəxrinin məlumatma görə Bərdədən Gəncəyə 9 fərsəx, Gəncədən Şəmkirə 10 fərsəx, Şəmkirdən Xunana 21 fərsəx, Xunan-dan Qala ibn Qandamana 10 fərsəx, Qala ibn Qandamandan Tiflisə 12 fər-səxdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. Həmin yolun üstündə yerləşən Xunan şəhəri həm də Qala-at-turab adlanırdı (8.17; 6.155).
N.M.Quliyev yazır ki, Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfı deyil. Turab sözü ərəb dilində «torpaq» deməkdir. Görünür, Istəxri qala ilə maraqlanarkən onun Xunandan başqa türk dilli digər admı- Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab («Вбуик təpə üzərində qala») adlandırmışdır (2.52).
Əl-Istəxri, həmçinin, Gəncə, Şəmkir və Xunanın sahələrinə görə oxşar olub bol məhsula malik olduqlarmı qeyd edir (8.31-33).
X əsr ərəb coğrafıyaşünas-səyyahı əl-Müqəddəsi isə ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərir.
X əsrin II yarısında yaşamış Qasım ibn Hövqəlin məlumatına görə Beylə-qan, Varsan, Bərdic, Şamaxı, Şarvan, Abxaz, Şabran, Qəbələ, Şəki, Gəncə, Şutur, Şəmkir və Xunan gözəl, həm də varlı şəhərlər olub eyni böyüklük-dədirlər (9.92). Ibn Hövqəl yazır: «Arranda Bərdə, Əl-Bab və Tiflis şəhər-lərindən böyük şəhər yoxdur. Beyləqan, Varsan, Bərdic, Şəmaxiyyə, Şirvan, Abxaz (Layican), Şabran, Qəbələ, Şəkki, Cənzə, Şamkur və Xunacə (Xunan) gəlincə, bunlar mühüm olmayan vilayətlərdir, məhsuldardır, geniş, yararlı təsərrüfat sahələrinə malikdir».
XIII əsr ərəb coğarfıyaşünas-səyyahı Yaqut Həməvi yazır ki, «Istəxrinin qeyd etdiyinə görə, Kür şirin sulu olub, dağlardan gələrək Tiflis şəhərindən
Определенную информацию об идеологических представлениях ранних земледельцев Азербайджана дают также единичные антропоморфные глиняные фигурки из Шомутепе, Гаргалартепеси. Они изображают женщину с подчеркнутой талией, и по-видимому, воплощали идею плодородия (19, с. 170). На поселениях Хаджилар и Чатал Хююк найдены многочисленные женские статуэтки, из обоженной глины или камня (13, с.51-52, 89,99 и др.).
Таким образом, еще раз становится очевидно, что единые процессы захватившие большой регион Ближнего Востока, интенсивно протекали как на всем Южном Кавказе, так и в Азербайджане. Здесь также идет активное освоение и заселение благоприятной среды, тесное взаимодействие между культурными группами и создание первых общностей – так называемой шомутепинской и кюльтепинской, принадлежащих к одной земледельческой системе. Нет сомнения, что культура древнеземледель-ческих обществ Азербайджана имела местное происхождение и внесла определенный вклад в общую цивилизацию древнего Востока.
ЛИТЕРАТУРА
1. Абдуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР. Баку,
1982.
2. Аразова Р.Б. Каменные орудия труда ранних земледельческо-скотоводческх
племен западного Азербайджана. Баку, 1986.
3.Аразова Р.Б. Трасологическое изучение костяных орудий труда раннеземледельческого поселения Алимектепеси – Проблемы древней и средневековой истории Азербайджана (к 850-летию Низами). Баку, 1992.
4. Аразова Р.Б. Древнейшие жатвенные орудия Азербайджана (по данным экс-периментально-трасологического исследования) – Археология Азербайджана, 1999, №3-4.
5. Археология СССР (в 20-ти томах). Энеолит СССР. Москва, 1982.
6. Ахундов Д.А. Ахитектура древнего и средневекового Азербайджана. Баку, 1986.
7. Джавахишвили А.И. Строительное дело и архитектура поселений Южного Кавказа V-Штыс.до н.э. Тбилиси, 1986.
8. Кигурадзе Т.В. Периодизация раннеземледельческой культуры Восточного Закавказья. Автореф.канд.дис. Тбилиси, 1975.
9. Коробкова Г.Ф. Орудия труда и хозяйство неолитических племен Средней Азии. – МИА, №158, Ленинград, 1969.
10.Кушнарева К.Х., Чубинишвили Т.Н. Древнейшие культуры Южного Кавказа (V-Штыс.до н.э.) Ленинград, 1970.
11.Массой В.М. Средняя Азия и Древний Восток. Москва-Ленинград, 1964.
keçib Xunan qalasının yanından axıb gedir» (10.105).
R.M.Vahidov və N.M.Quliyev mənbə məlumatlarım, Bərdə-Tiflis yolu üzərində yerləşən Xunan şəhərinin müasir xəritədə də Şəmkir və Tiflislə aralarındakı məsafənin düz gəlməsini, Kürün sağ sahilində yüksək bir təpə üzərində yerləşdiyinə görə Xunanın Qala-ət-Turab adlanmasını və həmin ərazidə böyük bir düzənliyin «Хипап düzü» kimi tanınmasını əsas gətirərək Torpaqqala yaşayış yerinin Xunan şəhərinin xarabalığı olması haqqında ehtimal irəli sürürlər (1.50). Torpaqqala indiki Tovuz şəhərindən 2 km şimal-şərqdə, Xatınlı və Əlimərdanlı kəndlərinin yaxınlığında yerləşir (1.40-48).
Yeri gəlmişkən qeyd edək ki, Xunan haqqında digər müəlliflərin əsərlərində də məlumatlar vardır.
XII əsrdə yaşamış Məsud ibn Namdar Xunanı Arran sərhədlərinin dayağı
adlandırmışdır (11).
XIII əsr müəllifı Kirokos Gəncəli iberlərlə tatarların döyüşündən bəhs
edərkən göstərir ki, iberlərin çarı və onun baş sərkərdəsi Ivanə ordu
toplayaraq Xunan adlanan düzənlikdə düşmən ordusu ilə qarşılaşdı (12.104).
Y.A.Paxomov 1938-ci ildə Torpaqqala (Tovuz – A.M.) yaşayış yerində olmuş və abidə haqqında qısaca da olsa ilkin fıkir söyləmişdir. Onun yazdığına görə Torpaqqala XI-XIII əsrlərdə Azərbaycan tarixində görkəmli rol oynamış şəhər tipli möhkəmləndirilmiş yaşayış yeri olmuşdur (23.72).
1972-ci ilin sentyabr ayında Azərbaycan SSR EA Tarix Institutunun Şəki-Zaqatala arxeoloji ekspedisiyasmm heyəti həmin abidəyə səfər təşkil etmiş və Torpaqqala yaşayış yeri haqqında daha geniş və dəqiq məlumat vermişdir.
N.A.Karaulov Xunanın Ağstafa çayından aşağıda Kür çayının sağ sahilində yerləşdiyini göstərmişdir.
I.Markvart Xunanı Hnarakertlə eyniləşdirmiş və onu Şəmkirlə Qala ibn Qandaman arasındakı yarı yolda yerləşdiyini qeyd etmişdir (16.30-31).
Bəzi digər müəlliflər də Hnarakerti Xunanla eyniləşdirərək onun Xram çayının Kürə tökuldüyü ərazidə yerləşdiyini qeyd etsələr də səhvən Kartli sərhədlərinin ilk orta əsrlərdə Xunan qalasına qədər çatması nəticəsinə gəlmişlər (14.85).
M.Xəlilov belə hesab edir ki, yazılı mənbələrdə V əsrdən adı çəkilən Hnarakertin (Xnarakert) IX-X əsr ərəb müəlliflərinin əsərlərində adı çəkilən Xunan qalası ilə eyniləşdirilməsi düzgün deyildir (15.75). Müəllif bir tərəfdən R.Vahidov və N.Quliyevin apardıqları tədqiqatlara, digər tərəfdən Xunanın X əsr ərəb müəllifı Əl-Istəxri tərəfındən Qala-at-Turab (ərəbcədən tərcümədə Torpaqqala, 8.33) və XI əsr gürcü mənbəsində Mtveri qalası (gürcü dilindən tərcümədə Torpaqqala, 17. s.25, 28, 48) adlandırılmasma əsasən onun Tovuz rayonundakı «Torpaqqala» ilə eyni olması haqqında özündən əvvəlki müəlliflərin fıkrinin daha məqsədəıryğım olduğunu söyləmişdir. Qənaətini əsaslandırmaq üçün özündən əvvəlki müəlliflərin fıkirlərini təsdiqləyərək Torpaqqalanın cənubunun yerli əhali arasında «Хипап düzü» adlandığını qeyd etmiş, Xunanın Girdman vilayətinin şərq ucqarmda yerləşməsi barədə mülahizələrin doğruluğunu bir daha təsdiqləmişdir (15.75).
Münəccimbaşının «Tarix-əl-Bab və Şirvan» fəslində göstərilir ki, Gəncə şəhərinin tikilməsinin səbəbi Xunanın (Xubant) yaxın olması idi (18.3). Sonralar Xunan Səddadilərin hərbi gözətçi sərhəd məntəqəsi olmuşdu. Münəccimbaşmın adı çəkilən fəslində Məhəmmədin Gəncə şəhərini tikdirməsi haqqında əfsanəvi bir hadisə də nəql edilir (18.4). Bu məlumata görə Məhəmməd ibn Xalid Xunan yaxınlığmda olan təpədə Gənzə (Xəzinə) adı verilən yerdə şəhər binasını qoyaraq onu Cənzə (Gəncə) adlandırır (18.4; 19.92). Buradakı məlumatdan da görünür ki, Xunan torpaq təpəliyin ətəyində yerləşmişdir.
M.X.Şərifli yazır: «Əgər sonralar Şəddadilərin hərbi gözətçi məntəqəsi olmuş Xunanın Gəncə şəhərinin tikilməsindəki rolunu və Məhəmməd ibn Xalidin bu hadisədən sonra təkcə Gəncənin idarəçiliyi ilə kifayətlənməsini nəzərə alsaq, onda bu özü təsdiq edir ki, deməli, Xunan Gəncə şəhəri salınana qədər ərazidə baş şəhər rolunu oynamışdır» (19.92; 28.289).
Xunan qalasının yerləşdiyi ərazi ilə birlikdə onım etimologiyası da böyük maraq doğurur.
Melikset-bekov Xunan adının etimologiyasından bəhs edərkən bu adın hunlarla əlaqədar olması nəticəsinə gəlmişdir (13. 709-713).
Göründüyü kimi orta əsr müəlliflərinin əsərlərində adı Azərbaycan şəhərləri sırasında çəkilən Xunanm Azərbaycan ərazisində yerləşməsi şübhəsizdir. Lakin onun Azərbaycanın hansı bölgəsində yerləşməsi məsələsinin bu günə qədər dəqiqləşdirilməməsi qonşu respublikalarda bu şəhərin yeri ilə bağlı qeyri-obyektiv terminlərin səslənməsinə gətirib çıxarır.
L.A.Çilaşvili Gürcüstanm feodal şəhərlərinə həsr etdiyi əsərinə rus dilində yazdığı xülasədə Xunan şəhərinin yeri haqqında heç bir şey deməsə də Azərbaycan şəhərləri sırasında adı çəkilən Xunanı heç bir əsas gətirmədən qədim gürcü şəhəri hesab etmişdir (7.185). Lakin sonrakı əsərlərində o, Xunanın Ağstafaçayın Kürə qovuşduğu yerdə, Qalaboz adlanan ərazidə olduğu fıkrini söyləyir. O, fıkrini əsaslandırmağa çalışaraq bildirir ki, Xalxal şəhərinin sərhəd məntəqəsi burada olduğu üçün Xunan da oradadır. Lakin L.Çilaşvilinin fıkirləri arxeoloji tədqiqatlara əsaslanmadığmdan düzgün sayıla bilməz.
Xunan şəhərinin yeri və mövqeyi haqqında gürcü alimi Vaxuşti Baqrationinin «Gürcüstan coğrafıyası» əsərində də dəyərli məlumatlar vardır.
О, Xunanm Qazax rayonunun II Şıxlı kəndi ərazisində, Kür və Xram çaylarının qovuşduğu yerdə, Qız qalası adlanan abidənin yerləşdiyi sahədə olduğu fikrini bildirir.
Əsər 1842-ci ildə Mari Brosse tərəfındən Sankt-Peterburqda fransız və gürcü dillərində, 1904-cü ildə Mose Çanaşvili tərəfındən Tiflisdə, 1941-ci ildə Gürcüstan Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə Tiflisdə, 1997-ci ildə vəliəhdin (Baqrationinin – A.M.) ölümünün 300 illiyi ilə əlaqədar professor Z.Tataşidzenin redaktorluğu ilə 371 səhifə həcmində Tiflisdə yenidən nəşr edilmişdir (27). Vaxuşti Baqrationi əsərində Xunanın şəhər olduğunu, hal-hazırda Torpaqqala adlandırıldığını, Ktsia (Xram) və Kürün qovşağmda yerləşdiyini (s. 366), Xunan çölünün isə Alqet-Ktsianın aşağı hissəsini və Kürboyu düzənlikləri əhatə etdiyini, hətta müəyyən vaxtlarda Xıman saerista*sunun (gürcü dilində saerista*su – millət başçılığı, yəni bəyliyi) mövcud olduğunu, onun sonralar Mtkvristsixe (gürcü dilindən tərcüməsi -Mtkvari-Kür, tsixe-qala), yəni Ksani qalası (Kür qalası – A.M.) adlandığını qeyd edir (27, s. 250; Bax: 1-ci xəritə).
Pəmbək dərəsindən sonra ucalan dağların cənubunda Somxit (Bolnisidən qərbdə yerləşən balaca dağın və Ktsia çayından Ləlvər-Lök dağlarına qədər olan yerlərə əvvəllər Xunan, indi isə Somxiti deyirlər – A.M.) nahiyəsinin (Irəvanın) torpağıdır, şimal bölgə Berduci və Raninindir (Aranın – A.M.). Vaxuşti Baqrationi öz əsərində qeyd edir ki, «… ancaq Nəcbədindən (Nacib-əd-Din) aşağı Xunandır. Onun şərq və şimal hissələrindən Kür çayı, cənu-bundan isə Ktsia çayı axır. Buradakı qalanın ilk adı Kür qala, sonra Xunan, hal-hazırda isə qadm qalası (Qız qalası – A.M.) adlanır» (səh. 48, sətir 4-5).
Vaxuşti Baqrationi Berduci (Debeda) çayının qərb qurtaracağmın bir
hissəsinin Kartli mepesinin (çarının – A.M.) əlində olduğu, şərqinin isə
Borçalılara məxsus olduğunu (səh. 37, sətir 34) və onun Xunana qədər
uzandığını, həmin ərazidə Qullar (Qazaxlar – A.M.) adlı ellərin yaşadığmı,
həm Borçalıların, həm də qazaxlıların çox zəhmətsevər insanlar olduqlarmı
bildirir (səh. 38, 3-cü sətir). Buranın özünün elbaşçısı (xanı – A.M.) olmuşdur.
Bu cür idarə qaydasım Şabaz (Şah Abbas – A.M.) məqbul saymışdır (səh. 37,
sətir 38). >
Buradakı nahiyənin 6z dini rəhbərliyi vardır (deməli, gürcülərdən fərqlənirdi – A.M.). Ağtala möminlərinə tabe idilər. Xunan əhalisi də bu dinə inanırdı (səh. 38, sətir 7).
Daha sonra müəllif yazır: «… və Qorqasal oraya (Aqaraxi kilsəsinə -A.M.) yepiskop təyin etdi, sonra oranın mitropoliti Somxitinin rəqibi oldu, onun arealına Xunan daxil idi. Gürcülər Ağtalanı Aqaraxi kimi qeyd edirlər
(Aqaraxi gürcü dilindən tərcümədə yay iqamətgahı, səfalı istirahət yeri deməkdir – A.M.)».
Ancaq göstərilən ərazi Xunanın qərbində deyil, cənubundadır. Qardabana (Körpü yeri – Girdman – A.M.) aiddir, Qacioya (Qaracalar – A.M. – Kürün sol sahilində Rustavi ilə Tiflis arasında Qara və Ağ Təklə kəndləri yerləşən düzənlikdir) yox.
Vaxuşti Baqrationi Xunan nahiyəsinin və bəyliyinin mərkəzi olan Xunan şəhərinin Kür çayının sağ sahilində, Tarəz (Anaxatır – A.M.) çayının şimal-şərqində, Torpaq təpənin üstündə kxola (qala – A.M.) olduğu qənaətinə gəlir
(səh. 52).
Yeri gəlmişkən gürcülər Torpaqqalanın yanmdan keçən çayın Ktsia xramini (ktsia – yan almaq, dönmək, iti hərəkətli keçid, xramini – uçurumlu dərə) sözündən düzəldərək Xramçay adlandırırlar. Azərbaycanda da bu çay Xramçay (Ehramçay – A.M.) adı ilə tanınsa da əsl adı Anaxatırdır.
Əvvəllər Azərbaycan Respublikasının Qubadlı rayonu inzibati bölgüsünə daxil olan, Sovet hakimiyyəti dövründə Zəngəzurun bir hissəsi kimi Ermənistan SSR-ə verilən Xınzırək kəndi də var və olduqca böyük kənddir. Qundanlı (Hundanlı – A.M.) kəndi isə Azərbaycan Respublikasının Qubadlı rayonıma aiddir. Xunan adlı toponimlər Cənubi Azərbaycanda da yayılmışdır. Yaqut əl-Həməvi qeyd edir ki, Rey yolu üzərində Marağa ilə Zəncan arasındakı Azərbaycan vilayətlərindən birinin əsas şəhəri Xımadır. O, Azərbaycanın ucqarmda yerləşir və hal-hazırda kağız Kunan, yəni «kağız istehsal edənlər» adlanır. Kuna sözünün səslənməsindən yaranan pis bir assosiasiyaya görə əhali şəhərin belə adlandınlmasını sevmirlər. Mən oranı görmüşəm. O, xarabalıq içində böyük olmayan şəhərdir, lakin yaxşı bazarı var. Düzgün yazılış forması Xunəcdir. Zəncanla onun arasındakı məsafə iki günlük yoldur (10. 407-408; 25. 160).
Xunan adı erməni yazılarında da Hunan, Honan, Honter – yəni Hun məskəni kimi xatırlanır. Gürcü alimi loanne Batonişvilinin Kartli-Kaxetinin təsvirində Bolnisi bölgəsində Soxundari (Xundarlı – A.M.), Hunduş, Hun dərəsi və s. adlara rast gəlindiyi bildirilir. Erməni yazılarında Xundzoristan, Xindxor, Xanadzor kimi adlara rast gəlinir ki, (ermənicədən tərcümədə Almalı dərə – A.M.) bu da birbaşa hunlarla əlaqəlidir.
Türk tarixçisi M.F.Kırzıoğlu «Qaraqalpaqlar. Borçalı-Qazax uruğunun Kür-Araz boylarındakı 1800-cü ilinə bir baxış» (26) adlı əsərində yazır: «Axısqa (Kürün üst hövzəsi – m. 6), Qars, Rəvan (Irəvan – A.M.) və Gəncə bölgələrindəki yerli türklər Gürcüstanın mərkəzi Tiflis olan hissəsinə Kür çayının sağ sahili olduğu üçün sağ Gürcüstan deyirlər. Avropalı səyyahlar isə bu ərazini «Türk Gürcüstanı» adlandırırlar. Buradakı türklər (azərbaycanlılar -A.M.) iki qola ayrılırlar və Kuman-Xəzər uruğundan sayılırlar».
Azərbaycan alimləri R.M.Vahidov və N.M.Quliyevin də Xunan hesab etdikləri Torpaqqalada apardıqları bir neçə illik arxeoloji tədqiqatlar onlara son söz söyləməyə imkan verməmişdir.
N.M.Quliyev «Orta əsr Bərdə-Tiflis ticarət yoluna dair» adlı məqaləsində Torpaqqalanın Tovuz şəhərindən 22 km şimal-şərqdə yerləşdiyini qeyd etdiyi halda (2.47), R.M.Vahidovla birlikdə yazdığı «Torpaqqala və onun tarixi-arxeoloji tədqiqinin ilk nəticələri» adlı məqaləsində (1.40-48) onun Tovuz şəhərindən 17 km şimal-şərqdə yerləşdiyini qeyd edir. Bu isə Torpaqqalanı orta əsr müəlliflərinin məlumatlarma uyğunlaşdıraraq onu Xunanla eyniləşdirmək cəhdi ilə bağhdır.
2007-ci ilin noyabr ayında apardığımız arxeoloji kəşfiyyat işləri göstərir ki, Xunan şəhəri nə R.Vahidov və N.Quliyevin qeyd etdiyi kimi Tovuz rayonu ərazisindəki Torpaqqalada, nə də L.Çilaşvilinin söylədiyi kimi Ağstafaçayla Kür çayınm qovuşduğu yerdə, Qalaboz adlanan ərazidə deyil.
Xunan Qazax rayonunun II Şıxlı kəndinin ərazisində, Kür və Xram çaylarının qovuşduğu yerdə, Qız qalası abidəsinin olduğu hündür torpaq təpəliyin üstündə yerləşir. R.Vahidovun Xunan adlandırdığı Torpaqqala orta əsr mənbələrində adı çəkilən Natil şəhərinin qalıqlarıdır. Qala ibn Qandaman isə orta əsr Azərbaycan şəhərləri olan Tiflislə Xunan (Qazax, II Şıxlı) arasmda, tarixi Azərbaycan torpaqlan olan indiki Gürcüstan Respublikası ərazisində yaşayış məntəqəsidir (2-ci şəkil).
Bir tərəfdən mənbə məlumatları, digər tərəfdən isə apardığımız arxeoloji tədqiqatlar fikirlərimizi əsaslandırmağa imkan verir.
Belə ki, 2007-ci ilin noyabr ayında Qazax rayonunun II Şıxlı kəndi ərazisində Kür və Xram çaylarmın qovuşduğu sahədəki torpaq təpəliyin üstündə sahəsi 35-40 hektara bərabər olan şəhər tipli yaşayış məskəninin olduğu aşkarlandı ki, bu da orta əsr müəlliflərinin əsərlərindəki məlumatlara uyğun olaraq onun həmin dövrdə Gəncə və Şəmkir kimi iri şəhərlərlə bir sırada durduğunu göstərir. Tədqiqat işləri zamanı müəyyən olundu ki, yağış suları torpaq təpəliyin müəyyən hissələrini yuyub apardığmdan bir yerdə kərpic kürəxanasınm, digər yerdə isə saxsı qablar bişirilən kürəxananın bir tərəfı tamamilə açılmışdır. Həmin sahələrdən xeyli çıxdaşlar əldə edilmişdir. Kürəxanalarm yer səthindən 2,5-3 metr aşağıda yerləşdiyi müəyyənləşdiril-mişdir.
Tədqiqat işləri zamanı yaşayış yerinin iki mədəni qatdan ibarət olduğu müəyyən edilmiş, birinci mədəni təbəqənin III-VIII, ikinci mədəni təbəqənin isə IX-XIII əsrlərə aid olduğu dəqiqləşdirilmişdir. Birinci mədəni təbəqənin materialları, əsasən, iri və orta həcmli təsərrüfat küpləri və onlardan hissələr, badya, gil çıraq qabları, dopu tipli qablardan ibarət olduğu halda, ikinci mədəni təbəqənin materialları içərisində cam, boşqab, duz qabı, nəlbəki və s. tipli nümunələr çoxluq təşkil edir. Bu təbəqədən IX əsrdən başlayaraq şirli qablann istehsalına başlanıldığı aydın görünür. Buradan yaşayış binalarınm qalıqları və təndirlər də (1-ci şəkil) aşkar edilmişdir. Təndirlərdən biri qalanm cənub-qərbində, torpaq tirənin qurtaracağında yerləşir. Təndirin içərisindən kül və kömür qalıqları tapılmışdır. Təndirin divarlan gilə keçi tükü qatmaqla hazırlanmış bad vasitəsilə hörülmüşdür. Təndirin dibində közün yığılması üçün yer düzəldilmişdir. Təndirin sağ qalmış hissədə dərinliyi 1 metr 20
santimetr, ağzının diametri 1 metrdir (2-ci şəkil). Təndirin içərisindən və divarlarının yanından əldə edilən saxsı məmulatları onun VIII-IX əsrlərə aid olduğu fıkrini söyləməyə əsas verir. Tikintidə istifadə edilən kərpiclər 25x24x4 sm ölçüdədirlər.
Yaşayış yerinin son yerüstü materialları XIII əsrdə burada yaşayışın kəsildiyini təsdiq edir ki, bu da monqolların işğalları dövrünə uyğun gəlir. Bu vaxta qədərki tədqiqatlar da göstərmişdir ki, monqol hücumları ilə bağlı olaraq Aran şəhərləri də güclü ziyan çəkmişdir. Məsələn, Beyləqan şəhəri tamamilə dağıdılmış, Gəncə, Şutur və s. kimi Xunan şəhəri də ciddi dağıntılara məruz qalmışdır. Bunu şəhərdə həyatın birdən-birə sönməsi də sübut edir. Qa-zmtılarımız sübut edir ki, şəhər XIII əsrin birinci yarısında güclü dağıntılara, yanğınlara məruz qalmış, istər şəhər daxilində, istər qala divarlarında, istərsə də sənətkarlar məhəlləsində (II-III sahələr) aparılan kəşfiyyat xarakterli qazıntılar nəticəsində dəqiqliklə müəyyənləşdirilən mədəni təbəqədən, yəni XII-XIII əsrin ortalarından sonraya aid çox zəif, güclə nəzərə çarpan mədəni təbəqə yaranmışdır. Bu fikri şəhərin müəyyən hissələrində yanğın izlərinin olması, təsərrüfat qabları içərisində istifadə olunmamış ərzaq ehtiyatınm tapılması və s. əlamətlər də sübut edir.
Monqollann Xunanı dağıtması onların Gəncə, Şəmkir, Şutur şohərlərini dağıtması ilə eyni dövrdə – 1233-1235-ci illərdə baş vermişdir.
Yalnız XIV-XV əsrlərdə həmin torpaq təpəliyin üzərində müşahidə moqsədilə yeni bir kiçik qala tikilmişdir ki, yerli əhali də onun adı unudul-duğundan Qız qalası adlandırmışdır.
II Şıxlı yaşayış yerində apardığımız ilkin arxeoloji tədqiqatlar göstərir ki, burada erkən orta əsrlərdə dulusçuluqda gerilomə baş verirsə, XI-XIII əsrin əvvəllərindən yüksək inkişaf nəzərə çarpır. Şəhərin cənub-qərbində yerləşən sənətkarlar mohəlləsindəki dulus kürəsində həm şirli, həm də şirsiz qablar istehsal edilmişdir. Onlar digər orta əsr kürolərində olduğu kimi nalvari şəkildədir. Kürələrin içərisindən gil çubuqlar, kiçik konuslar, qabları naxışlamaq üçün xüsusi qəlib aşkarlanmışdır. Kürənin içərisində kürə boyu həm alt, həm də üst gözün ortasında buxarı vardır. Buxarı bişmiş kərpiclə tikilmişdir. Qazıntı sahəsindən tikinti kərpiclərinin, müxtəlif növ qabların və s. tapılması kürolərin də ixtisaslaşması haqqında fıkir irəli sürməyə əsas verir.
XI-XIII əsrin əvvəllərindən II Şıxlı yaşayış yerində (Xunanda – A.M.) gilin keyfıyyətinə diqqət artırılmış, qabların hazırlanmasında dulus çarxından istifadə edilmişdir.
Qabların düzgün dairələnməsi, bədii cizgilərin yerli-yerində verilməsi onların təcrübəli sənətkarlar tərəfındən çarxda hazırlanmasına dolalət edir.
XI-XIII əsrlərdə II Şıxlı yaşayış yerində su kəməri borularının, kaşı və bəzək kərpiclərinin istehsalına başlanılması dulusçuluqda baş vermis texniki nailiyyət kimi qiymətləndirilməlidir. Kərpicə olan tələbatın artması ilə onların ölçüsündo kiçilmə baş verir. 23x24x4 sm ölçülü kərpic istehsalına başlanılır. Ancaq döşəmə və tikinti kərpicləri ayrı-ayrı qəliblərdə kəsilirdi.
Şirsiz saxsı qablar içərisində çiyin hissəsi zəngin naxışlanmış qazanlar çoxluq təşkil edir. Cəftəvari dəstəklər, zəncirvari kəmərlər, yıırnru və itayağı çıxıqlar, fıruzəyi rəngli şirli qab qırıqları ilə inkrustasiya bu dövr qazanları üçün səciyyəvi naxışlardır.
XI-XIII əsr küplərinin isə boğazı bir qədər uzun, gövdəsi daha simmet-rikdir.
Qazanların və küplərin qapaqları gilinin bişirilməsi və naxışlanması baxımmdan eyniyyət təşkil edirlər.
Ilkin tədqiqatlar göstərir ki, XI-XIII əsrlərdə şirli nəlbəkilərin və kasaların istehsalına başlanması şirzis qabları sıradan çıxarır.
Çıraqların yanacaq doldurmaq üçün olan hissəsi kiçilir, qulpları halqavari şəkil alır. Qabların naxışlanmasında slid rəngi, ağ və yaşıl rənglərdən daha çox istifadə edilir.
Beləliklə, bir tərəfdən arxeoloji dəlillər, digər tərəfdən orta əsr müəlliflərinin əsərlərindəki məlumatlar Xunan şəhərinin Qazax rayonımun II Şıxlı kəndi ərazisində olduğu fikrini əsaslandırmağa imkan verir. Belə ki, Orta əsr müəllifləri Şəmkirdən Xunana qədər yolun 21 fərsəx olduğunu qeyd edirlər. Əgər bir fərsəxin 6-7 km olduğunu qəbul etsək, digər tərəfdən Xunan şə-hərinin indiki Azərbaycan-Gürcüstan sərhəddinə yaxın, Kürün sağ sahilində yerləşməsi fıkrinə əsaslansaq, onda bu şəhər yerinin Tovuz rayonu ərazisində deyil, indiki Qazax rayonu ərazisində olması ehtimalını söyləmək olar. Çünki, Azərbaycan alimlərindən N.Vəlixanlı (3.130) və T.Bünyadov da Xunan şəhə-rinin Xramçayın Kürə töküldüyü yerin yaxınlığında olduğunu bildirirlər. Akademik Ziya Bünyadov da Xunan şəhərinin indiki Qazax rayonunun qərb hissəsində, Xramçayın Kürə töküldüyü yerdə olduğunu qeyd edir ki, bu da Azərbaycanın Gürcüstanla Qazax bölgəsindəki indiki sərhəddində yerləşən II Şıxlı kəndinin ərazisinə uyğun gəlir. Lakin hələ bu fikrin özü də Xunanın Iberiya (Gürcüstan) ilə Albäniya (Azərbaycan) sərhəddində olması demək deyil. Çünki XII əsrdə yaşamış Məsud ibn Namdar Xunanı Arran sərhədlə-rinin dayağı adlandırarkən onun sərhəddə yerləşməsini deyil, Irəvan, Borçalı, Tiflis və s. Azərbaycan torpaqlarında yaşayan yerli azərbaycanlı əhalinin baş şəhəri olduğunu nəzərdə tutmuşdur. Çünki orta əsrlərdə mövcud olan hər bir şəhər ticarət-karvan yollannın üstündə yerləşməklə bərabər, həm də ətraf ərazilərdə yaşayan əhali üçün iqtisadi, mədəni, siyasi mərkəz rolunu oynayır-dı. Bu baxımdan Albaniyanın Qərb sərhədləri üçün Xunanın (II Şıxlı – A.M.) əhəmiyyəti böyük idi. О ki, qaldı monqollarla iberlərin (gürcülərin) döyüşdük-ləri düzənliyə bu heç də Tovuz rayonu ərazisindəki Xunan (Hunan – A.M.) düzü adlandırılan yer deyil, Azərbaycanın Qərb bölgəsindəki Qarayazı düzü-dür. Monqol hücumları 1233-cü ilin yazında baş verdiyindən və çoxlu da-ğıntılar və fəlakətlər törədildiyindən həmin düzənlik də bu günə qədər el arasında Qarayazı (yəni yaz ayı, yazı qara gəlmiş) düzü kimi tanınır.
Gələcəkdə Qazax rayonunun II Şıxlı kəndi ərazisində, Kür və Anaxatır (Xram) çayları arasında, Torpaq təpəliyin üstündə yerləşən Xunan hesab etdiyimiz və hal-hazırda yerli əhali arasında Qız qalası adlandırılan ərazidə arxeoloji tədqiqatlar aparılsa, daha tutarlı faktlar əldə etmək mümkündür. Bu-nunla da həm Azərbaycanın Qərb bölgəsində mövcud olmuş orta əsr şəhər-lərimizin yerinin və mövqeyinin daha dolğun tədqiqinə nail olunar, həm də qonşularımızın əsassız iddialarına layiqli cavab verə bilərik.
ƏDƏBİYYAT:
1. Vahidov R.M. Torpaqqala (Tovuz) və onun tarixi-arxeoloji Quliyev N.M. tədqiqi-
nin ilk nəticələri, // AMM, XI cild, Bakı 1993, s. 40-48
2. Quliyev N.M. Orta əsr Bərdə-Tiflis ticarət yoluna dair, // Orta əsrlər şərqində
şəhərlər və ticarət, EƏT, Bakı 1982, s. 52
3. Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında,
Bakı 1974, s. 130
4. Namazov A. Azərbaycanın orta əsr Xunan şəhorinin tarixinə dair// Məmmədov
A.M. Azərb. Arxeologiya və Etnoqrafiya problemləri, IV hissə, Bakı 1995, s. 3
5. Баладзори Книга завоевания стран (пер. П.К.Жузе),// изд. общ. обслед. и
изучения Азербайджана, Баку 1927, стр. 13
6. Ашурбейли С. Ремесла и торговля раннесредневековых городов
Азербайджана, // Azərb. Tarix Muzeyinin əsərləri, II cild, Bakı 1957, s. 155
7. Чилашвили Л.А. Города феодальной Грузии, т. II, Тбилиси 1970, стр. 185
8. Ibrahim əl-Istəxri Книга путей стран (Ölkələrin yolları kitabı), N.A.Karaulovun
tərcüməsi,//SMOMPK, XXIX buraxılış, Tiflis 1901, s. 17; s. 31-33
9. Qasım ibn Hövqəl Книга путей и царств (Yollar və şahlar kitabı),
N.A.Karaulovun tərcüməsi, // SMOMPK, XXXVIII buraxılış, Tiflis 1908, s. 92
10. Yaqut əl-Həməvi Slovarğ stran (Ölkələr lüğəti), P.K.Juzenin tərcüməsi, // Azərb.
EATlEA, Az. FAN, inv. № 504, s. 105
11. Масуд ибн Намдар Сб. рассказов, писем и стихов (пер. В.М.Бейлиса), ТИЕА
т. №6126
12. Кирокос История, Баку 1946, стр. 104
13. Меликсет-бек К истории появления гуннов в восточном Закавказье, // Azərb.
SSR ЕА Məruzələri, XIII с, № 6, с. 709-713
14. Еремян СТ. Торговые пути Закавказья в эпоху Сасанидов// ВДИ, 1 (6),
Москва, 1939, стр. 85
15. Xəlilov М.С. Albaniyanin ilk orta əsr şəhər və qalalarının lokallaşdırılması
problemi // Azərbaycanın antik və orta əsr arxeologiyası problemləri, Bakı 2006, s. 72-87
16. Markvart Das itinerar Von Artaxata nor Armastira, Wien 1928, s. 30-31
17. Мровели Монти Жизнь Картлийских царей, Москва 1979
18. Münnəcimbaşı «Tarix-əl-Bab və Şirvan» fəsli. Bax: V.Minorsky «А history of
Sharwan and Darband», Cambridge, 1958, p.p. 3-4
19. Şərifli M.X. Gəncə şəhərinin əmələ gəlməsi tarixi haqqında // Azərb. SSR ЕА
Məruzələri, 1963, XIX cild, № 6, s. 89-93
20. Mənsurov M.M. Şıxlı kəndi yaxınlığında aparılmış arxeoloji axtarış haqqında ilk
məlumat//AMM, Bakı 1966, VI c, s. 13-14
21. Mənsurov M.M, Şıxlı kəndində paleolit tapıntıları// Azərb. SSR EA Xəbərləri //
Tarix, fəlsəfə, hüquq seriyası, Bakı 1966, № 1, s. 68-78
22. Mənsurov M.M. Orta Kür hövzəsinin paleolit mədəniyyəti // 2000-2001-ci illərdo
aparılmış arxeoloji və etnoqrafık tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları, Bakı 2005, s. 14-15
23. Пахомов E.A. Обследование и раскопки кувшинных погребений
Азербайджана// Изв. Аз. ФАН СССР, № 3, 1939
24. Mahmudlu Y.M. Səyyahlar, kəşflər, Azərbaycan, Bakı 1985
25. Əliyeva N.A. Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində, Bakı 1999, s. 160-161
Azərbaycan Arxeologiyası Azerbaijan Archeology
2007 20 Vol.:10Num.:3-4
12.Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntıların ilkin yekunları. -Daş dövrü və Azərbaycanda eneolit. Bakı, 1984.
13.Мелларт Дж. Древнейшие цивилизации Ближнего Востока. Москва, 1982.
14.Mellart J. Excavation at Hacilar. Edinburgh, 1970.
15.Мустафаев М.Д. Материалы по изучению пшеницы, ржи, ячменя и эги-лопосов Азербайджана. Баку, 1966.
16.Мунчаев P.M. Кавказ на заре бронзового века. Москва, 1975.
17. Мунчаев P.M., Мерперт Н.Я. Раннеземледельческие поселения Северной
Месопотамии. Москва, 1981.
18. Нариманов И.Г. Древнейшие серпы Азербайджана. – Советская Археология,
1964, №1.
19. Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987.
20. El-Wailly R, Abu es-Soof В. The Excavation at Tell Es-Sawwan. – Sumer, vol.XXI, Baqdad, 1965.