THE TUMULUS OF TRIALED
TRİALETİ KURQANLARI
Qüdrət İsmayılzadə (Bakı Dövlət Universiteti)
1936-cı ildə rus-sovet arxeoloqu Boris Alekseyeviç Kuftinin başçılığı altında Gürcüstan ərazisindəki Trialeti dağlıq bölgəsində başlanan qazıntılar öz gözlənilməz nəticələri ilə fövqəl hadisə oldu. Təcrübəli arxeoloq tərəfindən Trialetidə tədqiq olunan kurqanlarda tunc dövrünə aid indiyədək görünməyən zəngin qəbirlər və təmtəraqlı dəfn mərasimlərinin izlərilə yanaşı kökləri qədim dövrlərlə bağlı olan yüksək bir mədəniyyətin izləri üzə çıxarıldı. Bu kəşf zəhmətkcş vo istedadlı alimə böyük şan-şöhrət gətirdi, onun adını bütün dünyaya tanıtdı. Trialeti qazıntılarının mühüm elmi nəticələrinə görə B.A.Kuftin 1942-ci ildə, Vətən müharibəsinin ən sərt və qanlı-qadalı vaxtında SSRl Dövlət mükafatı laureatı adına layiq görüldü, 1946-cı ildə isə Gürcüstan Elmlər Akademiyasına həqiqi üzv seçildi.
Boris Alekseyeviç Kuftin çox zəngin və olduqca maraqlı bir həyat yolu keçmişdir. Mənşə etibarı ilə Volqaboyunun türkdilli xalqlarından olan B.A.Kuftin 1892-ci ildə Samara şəhərində doğulmuş, ilk təhsilini orada almışdı. Orta təhsilini başa çatdırdıqdan soma Moskva Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, arxeologiya üzrə ixtisaslaşmışdı. Universitetdə oxuyarkən arxeologiya elminin sirlərinə dərindən bələd olmuş, təhsilini başa çatdırdıqdan sonra uzun bir müddət nüfuzlu təhsil ocağında müəllimlik etmişdi. Onun mühazirə və məşğələlərində Qafqazın arxeologiyası və arxeoloji abidələrilə bağlı problemlər əsas yer tutmuşdu. Bəşəriyyətin mədəni-tarixi inkişafında Qafqazın özünəməxsus roluna yaxşı bələd olan tədqiqatçı regionun qədim maddi mədə-niyyət abidələrini öz gözlərilə görmək, axtarıb tapmaq və öyrənmək məqsədilə 1933-cü ildə Moskvadan Tiflisə köçmüş, Gürcüstan Dövlət Muzeyində elmi fəaliyyətə başlamışdı. Gürcüstandakı geniş əhatəli iş B.A.Kuftinin uzun və çətin, lakin son nəticədə səmərəli çöl axtarışlarının, dəyərli elmi araşdırmalarının əsasını təşkil etmişdi. O, ömrünün sonlarına kimi orada çalışmış, böyük elmi əhəmiyyətli kəşflər etmiş, samballı əsərlər yazmışdı. B.A.Kuftin Gürcüstan Dövlət Muzeyinin arxeoloji fondlarında saxlanılan maddi mədəniyyət nümunələrinə, о cümlədən hələ XIX əsrdə Azərbaycanın ayrı-ayrı bölgələrindən tapılan və muzeyə verilən nümunələrə əsaslanaraq Cənubi Qafqaz üçün erkən metal dövrünə aid olduqca yüksək bir əkinçilik mədəniyyətinin – Kür-Araz mədəniyyətinin varlığını müəyyən etmişdi. B.A.Kuftinin Azərbaycan arxeologiyası sahəsində xidmətləri heç də bununla bitməmişdi. O, vaxtı ilə Naxçıvan ərazisindəki Qızıl-Vəngdə aşkar edilmiş qədim qəbirlərin tapıntılarını müqayisəli şəkildə təhlil edərək onların dövrü haqqında faydalı fikirlər söyləyə bilmişdi. Onun Qafqaz Albaniyasına aid Yaloylutəpə mədəniyyətinin tarixi kökləri haqqında fikir və mülahizələri də çox maraqlı olmuşdu. Geniş və dərin biliyə və maraq dairəsinə malik istetadlı və zəhmətkcş alim ayrı-ayrı vaxtlarda Rusiya və Orta Asiya ərazilərində axtarışlar aparan arxeo¬loji ekspedisiyaların axtarışlarında da fəal iştirak etmiş, arxeoloji materiallarla yanaşı həmin yerlərin etnoqrafiyasına aid zəngin məlumatlar toplamışdı.
Tanınmış alim 1953-cü ildə Leninqrad, indiki Sankt-Peterburq şəhərində vəfat etmiş, orada dəfn olunmuşdur.
Yuxarıda qeyd olunduğu kimi
B.A.Kuftinin elmi yaradıcılığının və geniş çöl axtarışlarının zirvəsini Trialeti qazıntıları təşkil etmişdi. Kiçik Qafqazın dağ silsilələrindən olan və müasir Gürcüstanın Azərbaycanla həmsərhəd cənub-şərq hissəsini tutan Trialeti bölgəsi öz zəngin otlaqları ilə qədim dövrlərdən maldar tayfaların yaylaq yeri olmuşdu. Onlar minilliklər boyu hər il ənənəvi qaydada, yazın sonlarında öz saysız-hesabsız sürülərilə о qədər də uzaqda olmayan Kür çayı boyundakı ucsuz-bucaqsız Qarayazı çöllərindən bu dağlara köç etmişdilər. Əslində, tarixi Azərbaycan torpaqlarının əzəli parçası olan və uzun illər özündə Beştaş(en) türk toponimini
yaşadan Trialeti yerli tayfaların iqtisadi və mədəni inkişafında mühüm rol oynamış, onların misılsı. tarixi yadigarlarının əbədi məkanına çevrilmişdi. Həmin yadigarların ən qiymətlisi isə onların uyuduqları qeyri-adi qəbirlər – kurqanlar olmuşdu. Təsadüfi deyil ki, B.A.Kuftin məhz bu sirli təpələri öyrənməyi qarşısına əsas məqsəd qoymuşdu.
1936-1940-cı illər arasında B.A.Kuftin tərəfindən Trialetidə müxtəlif ölçülü 12 kurqan qazılmışdı. Onların hamısı iri ölçülü çay daşlarından ucaldılmış təpələrdən ibarət olmuşdu. Təpələrin altındakı qəbirlər öz geniş öl-çülərilə seçilirdi. Düzbucaqlı şəklində qazılmış və divarları daşla bərkidilmiş qəbirlər bəzi hallarda 100 kv metrə qədər geniş sahəni tuturdu. Onların dərinliyi 7 m-dən 9 m-ə qədər çatırdı. Qəribədir ki, tədqiqatçılar tərəfindən varlı maldar tayfa başçılarına, əyyanlarına, bəlkə də artıq mövcud olmuş tay-fa ittifaqlarının hökmdarlarına aid edilən bu qəbirlərin heç birində insan qalıqlarına təsadüf olunmamışdı. Güman edilir ki, Trialetidə bütün dəfn mərasimləri bir qayda olaraq cəsədlərin yandırılması ilə keçirilmişdir. Maraqlıdır ki, belə qədim dəfn məramsiminin izlərinə Cənubi Qafqazın bir çox yerlərində, о cümlədən tarixi Azərbaycanın başqa bölgələrində də təsadüf olunmuşdu.
B.A.Kuftin tərəfindən Trialetidə açılan qədim kurqanaltı qəbirlərin böyük marağa səbəb olan cəhətlərindən biri onların içərisindən zəngin avadanlığın – nəfis gil qablar, qınlı tunc xəncər və digər tapıntılarla yanaşı qızıl və gümüşdən hazırlanmış çoxlu incəsənət nümunələrinin aşkar edilməsi olmuşdu. İki qəbirdə isə hətta dördtəkərli arabalara rast gəlinmişdir. Arabaların ətrafında isə iri və xırda buynuzlu bütöv heyvan skeletlərinə, müxtəlif biçimli və bəzəkli gil qablara və digər avadanlığa təsadüf edilmişdi. Trialeti kurqanlarından dəfn mərasimi üçün nəzərdə tutulan dördtəkərli arabaların tapılması mütəxəssislər tərəfindən yerli tayfaların On və Kiçik Asiya ölkələrilə əlaqələrinə aid qiymətli əşyavi dəlillər kimi qiymətləndirilmişdir. Belə ki, xüsusi arabalarla dəfn Qədim Şərq ölkələrində geniş yayılmış dəfn mərasimi olmuşdu. Ur qazıntıları zamanı hökmdar qəbirlərindən dördtəkərli arabaların tapılması buna sübutdur.
Trialeti qazıntılarının ən əlamətdar hadisələrindən biri də yüksək inkişaf səviyyəsinə çatmış qədim zərgərlik sənətinə aid misilsiz nümunələrinin tapılmasıdır. Onların əsas qismi qızıl və gümüşdən böyük ustalıqla hazırlanmış kuzələrdən və digər qab nümunələrindən, kiçik ölçülü heyvan fiqurlarından və müxtəlif bəzəklərdən ibarətdir. Qızıldan hazırlanmış və əqiq daşı ilə bəzədilmiş bir kuzə indi də belə zərgərlik sənətinin təkrarolunmaz nümunəsi hesab oluna bilər. Yüksək zərgərlik sənətinin başqa bir nümunəsi isə qızıl dəstəkli gümüş qabla təmsil olunmuşdur. Onun bütün səthi müəyyən məna kəsb edən heyvan və bitki rəsmlərilə bəzədilmişdir. Gümüşdən hazırlanmış başqa bir qabın üzərinə isə döymə üsulu ilə insan və heyvanlardan ibarət mürəkkəb bir mifoloji rəsm həkk olunmuşdur. Bəzi tədqiqatçıların fikrincə bu nəfis qab təsvirində Hett dünyasının dini dünyagörüşünün təsiri
özünü büruzə vermişdir. Bununla belə Trialetinin məlum sənət nümunələrindəki gözəçarpan fərdi xüsusiyyətlər onların bilavasitə yerli ənənələr əsasında hazırlandığını söyləməyə imkan vermişdir.
Trialeti qazıntılarının təəccüb doğuran məsələlərindən biri də buradan silah nümunələrinin həddindən artıq az tapılması ilə bağlıdır. Qazıntılar zamanı zəngin avadanlığa malik qəbirlərdən cəmi bir neçə silah nümunəsi (tunc xəncər və nizə ucluğu, eləcə də çaxmaq və dəvəgözü daşından hazırlanmış ox ucluqları) tapılmışdır. Bunun səbəbi haqqında qəti fikir yoxdur. Bununla belə Trialeti kurqanlarımn kimlərə aid olması məsələsində fikir yekdil və bir mənalıdır. Zəngin avadanlığa malik olan və dəbdəbəli dəfn mərasimi ilə müşayət olunan Trialeti kurqanları ictimai-iqtisadi cəhətdən yük-sək inkişaf səviyyəsinə çatmış və əllərinə böyük sərvətlər cəmləşdirmiş yerli maldar tayfa başçılarının, hakimlərinin və tanınmış əyyanların əbədi uyuyan yeri olmuş, öz möhtəşəmliyi ilə onların güc və qüdrətini təmsil etdirmişdi. Bütün bu qəbir abidələri eramızdan əvvəlki II minilliyin əvvəllərinə aid edilmişdir. Onu da qeyd etməyə dəyər ki, tunc dövrünün ən yüksək inkişaf mərhələsini əhatə edən bu dövrə məxsus eyni zənginlikdə və möhtəşəmlikdə kurqanlar ötən əsrin sonlarında tarixi Azərbaycan ərazisinin başqa bir bölgəsində – Qarabağda – qədim köç yollarının kəsişdiyi Borsunlu adlı yerdə üzə çıxarılmışdır.
ƏDƏBİYYAT:
Куфтин Б.А. Археологические раскопки в Триалети. Тбилиси, 1941 Джапаридзе О.М. Археологические раскопки в Триалети. Тбилиси, 1969 Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. Bakı, 2000