THE REPRESENTATION OF THE MORAL CULTURE ON THE BASSES OF ADAM O’LERY’S ‘TRAVEL BOOK’
ADAM OLEARİNİN «SƏYYAHƏTNAMƏ»SİNDƏ MƏNƏVİ MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİNİN İŞIQLANDIRILMASI
Rəna İbrahimova (Bakı Dövlət Universiteti)
Adam Olearinin «Səyyəhətnamə»sində azərbaycanlıların zəngin mənəvi mədəniyyətlərinin müxtəlif sahələri öz əksini tapmışdır (1). Azərbaycan xalqının mənəvi mədəniyyətində dini görüşləri mühüm yer tutur. Dinin ictimai kökləri qədim tarixə malikdir və yuxarı Paleolit dövründə formalaşmağa başlamışdır (2). Xüsusilə, əski inanclara bağlı ayinlər, dini mərasimlər, xalq və dini bayramlar səyyah tərəfindən böyük səylə qələmə alınmışdır. İlk növbədə yerli əhalinin animistik təsəvvürlərlə bağlı adətlərini göstərmək lazımdır. Səyyah dəfələrlə yazılarında əhalinin müqəddəs qəbirlərə, pirlərə sitayiş etdiklərini göstərmişdir. Belə ki, Şamaxıda Şeyx Müridin qəbri ziyarətgaha çevrilmişdi, qəbrin yaxınlığında əkilmiş iki böyük ağaclara isə sitayiş olunurdu. Səyyah buraya gətirilən nəzirlərin bir hissəsinin yoxsullara paylanmasını yazır. Digər müqəddəs ocaq Şamaxının yaxınlığında dağın başında idi. Buradakı məbədin içində yerləşən daş qəbirlərdən rəngbərəng parça tikələri, ox və kaman asılmışdı. Bu qəbirlərdə müqəddəs adamlar dəfn olunmuşdu. Niyyətlərinə çatmaq məqsədilə ziyarətə gələnlər qəbirlərə təzim edir və qurbanlar kəsirdilər. Səyyah Şamaxıdan bir qədər aralı Seyid İbrahimin və onun müəllimi Piribabanın qəbirlərinin sitayiş obyektinə çevrilməsini qeyd edir (3).
A.Oleari Qəzvinə gedən yolda böyük ağacın altında müqəddəs adını qazanmış adamın qəbrini görmüşdü. Ağacın gövdəsində mıxlar vurulmuşdu, budaqlarından əlvan parça tikələri asılmışdı. Əhali belə hesab edirdi ki, bu ağac qızdırma, diş ağrısı və digər xəstəlikləri sağaldır. Diş ağrıyanda xəstə əvvəl mismarla dişinə toxunmalı, sonra həmən mismarı ağaca çalmalı idi. Ən qədim zamanlardan insanlar ağaclara pərəstiş edirdilər və adətən müqəddəs ağaclara ehtiram və ehtiyyatla yanaşırdılar (4).
Səyyah Azərbaycanın hüdudlarından kənarda gördükləri müqəddəs yerlər haqqında məlumat verir. Belə ki, Vəlqanın üzərindəki adalardan birində tatarların müqəddəs saydıqları adam dəfn olunmuşdu. Dəniz səyahətindən salamat qayıdanlar oranı ziyarət edir, sonra qurbanlıq qoyun kəsirdilər. Qoyunun kəlləsini yerə basdırılmış ağacdan asırdılar (5). Eləcə də səyyah Dağıstanda qırx qəbir pifindən söhbət açır. Mağarada yerləşən pirə zəvvarlar gəlib qəbirləri ziyarət edir və müqəddəslərin ruhlarından arzularının yerinə yetməsini diləyirdilər. Özləri ilə pendir, süd, çörək, pul nəzir gətirirdilər. Gecələr buradan musiqi və mahnı sədaları eşidilirdi (6).
Səyyah Səfəvi dövlətinin iri şəhərələrindən olan Ərdəbildə iri meydanın mərkəzində Şeyx Sofinin və məsciddə dəfn olunmuş imam övladı olan imam Sadinin qəbirlərinin müqəddəs yer sayılmasını göstərir. Cinayət törətmiş adam Şeyx Səfinin məqbərəsi, yaxud həmən məsciddə sığınacaq tapdıqda, onun günahı bağışlanar və həmən şəxs azadlıq əldə edə bilərdi (7).
Yazılardan aydın olur ki, adamlara xəstəlik üz verəndə, kimsə uzaq səfərə çıx-mazdan, ya vacib iş tutmazdan öncə Şeyx Səfinin qəbrini ziyarətə gələr və burada nəzir verməyi söz verərdilər. Niyyətlər yerinə yetəndə nəzirlər məqbərəyə gətirilir-di. Bəzən zəvvarlar vəsiyyətnamələrində bütün əmlaklarını bu müqəddəs məqbərənin adına ünvanlayırdılar. Hər gün buraya pul, mal-qara nəzir gətirilirdi. Qaydaya görə qoyunları kəsib ətini yoxsullara paylayırdılar (8).
Səyahət zamanı müəllif Məşhəd şəhərinə təşrif buyurur. Möhkəm qala divarları ilə əhatə olunmuş bu möhtəşəm şəhərdə bütün müsəlmanların ziyarət yeri olan imam Rzanın qəbri yerləşir (9).
Səyyah islam dini ilə bağlı mərasimlərdən də məlumat vermişdir. O, yazır ki. vaxtilə İbrahim öz yeganə oğlunu İsmayılı Allahın istəyi ilə ona qurban gətirmək isləmişdi, lakin Allahtəala onun bu dərin itaətinin əvəzində ona qurbanlıq qoç göndərmişdi və beləliklə İsmayılın sağ qalmasına rüşvət vermişdi. Bu hadisəni yad edərək hər ilin müəyyən günündə müsəlmanlar qurbanlıq qoç kəsməliydilər. Maddi imkanı olan hər bir müsəlman о müqəddəs gündə səhər sübhdən evinin qarşısında qoyun kəsdirərdi, onu tikələrə bölüb bütün əti qohum-qonşulara və yoxsullara payla-yardı. Qaydaya görə ev sahibi və onun ailə üzvləri bu ətin heç dadına da belə baxmamalıydılar. Qurbanlıq qoyunun dərisi do pay verilirdi. Qurban bayramında Məkkəni ziyarət edib, orada qurban kəsmək on savablı və müqəddəs iş sayılırdı. Bayram günü səhər tezdən qadınlar
Qəbiristanlığa gedər və burada öz ölülərini oxşayıb ağlayıb yad edirdilər (10).
Qurban bayramı indinin özündə do əziz tutulan və təntənəli surətdə keçirilən bayramdır. Müqəddəs bayramlardan biri də orucluq bayramıdır.
Müqəddəs Orucluq ayını haqqında səyyahın məlumatı çox qısa və məhduddur. Dörd həftə davam edən Ramazan təzə ay doğanda başlanır və yenə təzə ay peyda olanda başa çatır. Gün çıxandan gün batana qədər yemək, içmək qadağan edilirdi. Tədqiqatçıların fikrincə hələ islam dini bərqərar olduqdan əvvəl qədim ərəblər arasında ərzaq qatlığı olduğundan ilkin orucluq yaranmışdı. İslam dini orucluğu dinin gücləndirilməsi və dərinləşdirilməsi vasitələrindən birinə çevrilmişdi (11). Oruc tutmayanlar isə əvəzində nəzir-sədəqə paylayırdılar (12). Orucluğun sonuncu günü ailə üzvlərinin sayına görə evdən fitrə çıxarılardı. Zəkat pulları yoxsullar, borcları olanlara xərclənirdi. Həmçinin zəkat pulları abadlaşdırma işlərinə, körpülərin və
məscidlərin tikilişinə sərf olunurdu. Zəkatı ancaq həddi-bulluğa çatan adam ödəyə bilərdi. Orucluq başa çatdıqdan sonra xalq şənlikləri hələ üç gün davam edirdi. Qohumları yad edib, qonaq getmək qayda idi (13).
Məlum olduğu kimi, müsəlman dünyasında Məhərrəmlik aylarının adət ənənələrinə ciddi riayət edilir. Məhərrəmliyin 10-cu günü müqəddəs Aşuradır. Səyyah Aşura mərasimini çox gözəl təsvir etmişdir və belə güman etmək olar ki, о bu mərasimin keçirilməsinin canlı şahidi olmuşdur. O, Aşuranın tarixini belə izah edir ki, Həzrət Əlinin oğlu imam Hüseyn Mədinədən Kufəyə səfəri zamanı onu on gün ərzində Xəlifə Yəzidin qoşunları təqib edib və onuncu gün tamam olanda imam Hüseyni və onun tərəfdarlarını qətlə yetirdilər. Bu qətl günü hər il yad edilir. Kədərlərini bildirmək üçün kişilər saclarını qırxdırmır, yas paltarları geyinir, şərab içmirlər (14). Səyyah Ərdəbildə gördüklərini belə təsvir edir: «Gündüz məscidlərin qapılarında oğlanlardan ibarət dəstələr yığışıb «Ya Hüseyn!» qışqırırdılar. Aşuraya üç gün qalmış hər gün günəş batandan sonra yaşlı adamlar çadırlara toplaşaraq, burada mərsiyələr oxuyurdular. Aşura günü Ərdəbilin ən böyük küçələri ilə mərsiyə oxuyan dəstələr irəliləyirdi. Meydana bədənlərinə neft və his çəkmiş bir neçə cavan oğlan yığışıb imam Hüseynin adını qışqıraraq sinələrinə daşla zərbə vururdular. Bədənlərindəki qara rəng qəm-qüssənin rəmzi idi.» (15). Sonra Səyyah yazır ki, bəziləri bədənlərinə qırmızı rənglə boyayırdılar. Şeyx Səfi məqbərəsinin həyətində toplaşan-ların əksəriyyəti qan damarlarını kəsirdilər, əllərinə, üzlərinə bıçaqla yaralar vurur¬dular. Çox keçmirdi ki, imam Hüseynin əziz xatirəsi naminə tökülmüş qandan bütün yer al rəngə boyanırdı. İnama görə tökülmüş qan müsəlmanların törətdikləri günahları yuyub aparmalıydı. Adətə görə ən yaxşı mərsiyə deyənlərə ətirli şərbət verilirdi. Səyyahın qeydincə mərasimin qaydalarına görə imam Hüseynin qətlə yetirilməsi münasibəti ilə yas mərasimi qurulardı. Müəllifin təsvirində iştirakçılar özləri ilə apardıqları at və dəvələrin üstünə salınmış göy rəngli çullara oxlar sancılmışdı. Heyvanların belində oturmuş uşaqlar imam Hüseynin övladlarının rolunu ifa edirdilər. Digər atların üstünə, şərti olaraq imam Hüseynə məxsus olan qiymətli çalmalar, ox və kəman, qılınc qoyulmuşdu. Mərasimi qəmli musiqi sədaları
müşaiət edirdi (16).
Aşura günü ehsan süfrələri salınardı. Səyyah yoldaşları ilə birlikdə Aşura gününün axşamı xanın sarayında şami-qəriban mərasiminə dəvət almışdı. Burada salınmış ehsan süfrələrinə gülabla hazırlanmış ətirli şərbətlər qoyulmuşdu (17).
Məhərrəmlik aşura büsatı ilə bitmirdi. Bütün məhərrəmlik müddətində məscidlərdə matəm saxlanılır, küçələrdə və meydançalarda dəstə tutub «Şaxsey» gedirdilər (18).
A.Oleari müsəlmanların təntənə ilə qeyd etdikləri Həzrət Əlinin doğum günü-nə həsr olunmuş mərasimləri də təsvir etmişdir. Qurulmuş məclisin ortasında oturmuş «xatib» Həzrət Əlinin həyatına və ölümünə həsr olunmuş mərsiyələr deyirdi. Xatibin ətrafında oturanlar isə onun səsinə səs verib oxuyub, ağlaşırdılar. Sonra məclisə üstlərinə Həzrət Əli, imam Hüseyn, imam Həsənin qəbirlərinin rəmzi surə-tini təsvir edən taxta qutular qoyulmuş dəvələr gətirilirdi. İki atın belinin üstünə isə çalmalar, silahlar qoyulmuşdu (19).
Əsrlər boyu xalqımızın topladığı püxtələşmiş empirik biliklərin məhsulu olan Novruz, ən sevimli bayram kimi qədim zamanlardan bəri təntənə ilə qeyd olunur. Yazın qış üzərində qələbə çalmasının, təbiətin oyanmasının rəmzi olan Novruz mar¬tın 21-də yəni gecə ilə gündüz bərabərləşəndə qeyd olunur. Azərbaycanda müxtəlif vaxtlarda olmuş əcnəbilər bu bayramın böyük təntənə ilə keçirilməsinin şahidi olmuşlar (20). О cümlədən A.Oleari də Novruz təntənələrinin iştirakçısı kimi məlumat vermişdir.
Novruz bayramının mahiyyəti bilavasitə minilliklər boyu pərəstiş obyekti olmuş təbiət ünsürləri ilə bağlıdır. Səyyah nəinki Novruz bayramının, eləcədə sonuncu çərşənbənin hansı qaydada keçirilməsini qələmə almışdır. Lakin sonuncu çərşənbə haqqındakı məlumatlarında yanlış fikirlər söyləmişdir. Belə ki, onun qeydincə, bu gün xalq arasında bədbəxt gün sayıldığından, hamı evlərində oturur. Əksinə, axırıncı çərşənbə xalq arasında böyük sevinclə qarşılanır və keçirilir. Küçələrdə tonqallar yandırılır, evlərdə ləziz xörəklər hazırlanır, hamı xoş əhval-ruhiyyədə olur. Lakin onu da etiraf etməliyik ki, səyyah sonuncu çərşənbədə icra olunan adətin təsvirini düzgün vermişdir. Belə ki, onun yazdığına görə hər bir kəs səhər sübhdən çayın kənarına gələrək qaba su doldurub heç yerə diqqət yetirməyərək geri dönürdü. Yol-da qarşısına dostları çıxanda isə onların üstünə bu sudan çiləyirdilər. Bunun müqabilində həmin adam öz minnətdarlığını bildirərdi, çünki su təmizlik, xoşbəxtlik rəmzidir. Bu suyu evlərinə və otaqlarına çiləyirdilər və beləliklə özlərini bütün bədbəxtçiliklərdən mühafizə olunmuş sayırdılar (21). Ümumiyyətlə su xalqımızın
təsəvvüründə bar-bərəkət, həyat mövcudluğu gətirən, paklıq, təmizlik bağışlayandır. Köhnə ilin azar-bezarından ağırlığından təmizlənmək üçün mənbələrdə göstərildiyi kimi başqa adətlər do icra olunurdu. Belə ki, Azərbaycanın şimal-şərq bölgələrində mar¬tın 21-dən 22-nə keçən gecənin sübh səhəri ev sahibəsinin evin damını süpürməklə evini köhnə ilin ağırlığından təmizləməsi göstərilir (22).
Bundan başqa A.Oleari yazır ki, xalq inamına görə sonuncu çərşənbədə hansı işlə məşğul olsan, bütün il boyu о işi yerinə yetirəcəksən. Bu səbəbdən о günü hamı pul xərcləməkdən çəkinirdi. Bəzi varlı adamlar isə evlərində oturub pullarını say-maqla məşğul olurdular (23).
Səyyah yazılarında Novruz bayramının gəlişini xanın sarayında qarşılamasını qeyd edir. Ləziz yeməklər düzülmüş süfrə arxasında oturan qonaqlar arasında münəccim də var idi. O, tez-tez süfrə arxasında durub xüsusi astronomik cihazın-üstürlabın vasitəsi ilə gecə ilə gündüzün tarazlaşmasının müşahidə etməyə çalışırdı. Hə-min dəqiqə çatanda hamıya yeni ilin gəldiyini bildirirdi. Novruzun gəlişini hamı böyük səbirsizliklə və sevinclə gözləyirdilər. Il təhvil olunan kimi toplardan atəş açılırdı, təbillər çalınırdı, ətrafı şən musiqi sodaları bürüyürdü (24). Burada A.Olearinın təəssüratları başqa məlumatçının qeydləri ilə üst-üstə düşür. XVII əsrin ikinci yarısında Şamaxı şəhərində olmuş hollandiyalı Yan Siereys burada Novruz bayra-mının keçirilməsini müşahidə etmişdi. Onun yazdığına görə, bu əziz gündə hamı bir-birlərinə xoşbəxtlik arzulayır və xeyir-dua verirdilər (25). Tacirlər ticarət etmir, mollaxanalarda şagirdlər tətilə buraxılır, hər yerdə iş dayandırılırdı (26).
A.Oleari yerli əhalinin ənənəvi əyləncələri ilə də maraqlanmışdır. O, Qəzvin şəhərində keçirilən pəhləvanların yarışları haqda məlumat vermişdir. Səyyah eləcə də xoruzların, qoçların döyüşdürülməsi səhnəsinin tamaşaçısı olmuşdur. Onun qeydincə belə əyləncələr kütlə tərəfindən çox sevilirdi (27).
Səyyah əhalinin məişətdə xalq təbabətindən geniş istifadə etməsini göstərir. Belə ki, Ərdəbil şəhərinin yaxınlığında isti su çeşmələri mövcud idi. Burada müxtəlif xəstəliklərə düçar olanlar və eləcə də sağlam adamlar çimirdilər. Həmçinin bu ərazidə kükürdlü su mənbələri var idi. Zöhrəvi xəstəliklərin müalicəsində böyük xeyirlə istifadə olunan bu su mənbəyinə Abqotur deyilirdi, yəni qoturluğu sağaldan su. Ərdəbildən bir qədər aralıqda Şərgöl var idi. Zöhrəvi xəstəliklərdən əziyyət çəkənlər burada çimib-şəfa tapırdılar (28). Xalq təbabətindən zəhərli həşəratlardan mühafizə olunmaq üçün istifadə olunurdu. Səyyahın qeydincə, əgər kimisə əqrəb sancardısa, yaranın üstünə mis pul qoyur və sirkə sürtərdilər ki, zəhər insanın bədənindən çıxsın. A.Oleari ölkədə zəhərli hörmücəklərin mövcud olmasını yazır. Belə həşəratın sancması adamı iflic vəziyyətinə salırdı. Bunun qarşısını almaq üçün yara-nan, başqa halda xəstəyə çoxlu süd içirdərdilər, beləliklə onda qusmaq hissiyatı oyadırdılar. Süd isə zəhəri yox edirdi. Müəllif bu xəstəliyi Romada başqa üsulla sağaldılmasını yazaraq, qeyd etmişdi ki, xəstəni musiqi sədaları altında uzun müddət rəqs etməyə məcbur edirdilər ki, zəhər tərlə bir yerdə onun bədənindən çıxsın (29).
Araşdırılmış materialları bir daha nəzərdən keçirəndə aydın görünür ki, tanınmış səyyah və alim böyük müşahidəçi qabiliyyətinə malik olan adam idi. O, olduğu ölkələrin əhalisinin dini görüşləri, mərasimləri, əyləncələri, empirik bilikləri və s. mənəvi mədəniyyətin digər sahələri ilə böyük səylə maraqlanmışdır. Onun yazıları əsasında Azərbaycan xalqının mənəvi mədəniyyətinin dəyərli ünsürlərini öyrənmək mümkündür.
ƏDƏBİYYAT
1. Bu məsələlər bir sıra əsərlərdə əksini tapmışdır: Z.M.Bünyadov. Azərbaycan VII-IX
əsrlərdə. Bakı,1980; Р.Б.Геюшов. Христианство в Кавказской Албании. Баку, 1984.
2. А.Олеари. «Описание путишествия в Московию и через Московию в Персию и
обратно». Пер. А.М.Повягина. С-Петербург,1906
3. A.Oleari. Göstərilən əsəri, s. 521
4. А.И.Алекперов. Исследования по археологии и этнографии Азербайджана, Баку,
1960, с. 163.
5. A.Oleari. Göstərilən əsəri, s 472.
6. Yenə orada, s.971.
7. Yenə orada, s.591.
8. Yenə orada, s.592.
9. Yenə orada, s.709.
10. Yenə orada, s.571.
11. Q.M.Kərimov
12. A.Oleari. Göstərilən əsəri, s.913.
13. М.Эфендиев. Из поверий татар Шемахинского уезда СМОМПК, вып. XVIII,
Тифлис, 1893, с.218.
14. A.Oleari. Göstərilən əsər. s.572.
15. Yenə orada,575.
16. Yenə orada.
17. Yenə orada.
18. Y.A.Belyayev. Müsəlman təriqətləri, Bakı,1991,s.29.
19. A.Oleari. Göstərilən əsəri, s.542.
20. Y.M.Mahmudov. Odlar yurduna səyahət, Bakı,1980, C.177; Э.А.Керимов. Очерки
истории этнографии Азербайджана и русско-азербайджанских связей, Баку,1985,с.8
21. A.Oleari. Göstərilən əsəri, s.545.
22. В.П.Кобычев, Крестьянское жилище народов Азербайджана в XIX в; Кавказский
этнографиический сборник, вып. III, Москва-Ленинград, 1962,с. 19.
23. A.Oleari. Göstərilən əsəri, s.545.
24. Yenə orada.
25. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.241.
26. Н.Калашев. Местечко Сальяны Джевадского уезда Бакинской губернии. СМОМПК,
вып.У, Тифлис,1886,с.153.
27. A.Oleari.Göstərilən əsəri,s.614.
28. Yenə orada, s.594.
29. Yenə orada, s.635.