THE PAST 70 YEARS
ÖTƏN 70 İL
Müsahibimiz AMEA-nın müxbir üzvü, t.e.d., professOr Vəli Hüseyn oğlu Əliyevdir.
Vəli müəllim, bilirsiniz ki, xalqın, millətin mənəvi təkamülündə alimlərin, ziyalıların xüsusi yeri var. Siz uzun illərdir ki, xalqın maddi və mənəvi mədəniyyətinin öyrənilməsi ilə məşğulsunuz. Bu çoxşaxəli tədqiqatlarınız hansı elmi nəticələr vermişdir?
Ən böyük nailiyyətlər Naxçıvan MR-da apardığım tədqiqatların nəticəsində əldə olunub. Burada mədəniyyətimizin bir sıra sahələri üzrə konkret tədqiqat işləri aparılmış və öyrənilməyən bir çox problemlər araşdırılmışdır. Bunlardan birisi xalqımızın ilkin sivilizasiya, mənəvi mədə-niyyəti ilə bağlı olan problemlərdir. Naxçıvanda, eləcə də Naxçıvanla əlaqəli şəkildə Qarabağ abidələrinin materiallarının öyrənilməsi ilə də bağlı aparılan araşdırmalar e.ə.V-I minilliklər ərzində Azərbaycanın qədim əhalisi arasında sivilizasiya, yəni ilkin şəhər mədəniyyəti səviyyəsinə yüksəlməsini əks etdirən materiallar əldə olunmuşdur.
Bu sahədə e.ə.V-II minilliklərdə istehsal olunan boyalı qablar və tarixi ədəbiyyatda artıq Naxçıvan mədəniyyəti, Boyalı qablar mədəniyyəti kimi tanınmış belə bir problemin araşdırılmaları göstərir ki, bu dövrlərdə qədim Azərbaycan əhalisinin düşüncə tərzində, mifik təfəkküründə ayrı-ayn reallıqlarla bağlı, kəsmik səma cisimləri ilə bağlı düşüncələr inkişaf tapmış və bununla bağlı mənəvi mədəniyyətin çox mühüm sahələrindən biri sayılan incəsənət nümunələri, təsviri sənət, incəsənət abidələri yaranmışdır. Mənəvi mədəniyyətin zənginliyini, çoxşaxəliyini göstərən faktlardan birisi heykəltaraşlığın meydana gəlməsidir. Dünyanın sivil, qədim xalqları ilə yanaşı Azərbaycanda da, eləcə də Naxçıvanda da eradan əvvəl V-II minilliklərdə mənəvi mədəniyyətin bu sahəsində bir yaranış və təkamül nəzərə çarpır. Bu nədən ibarətdir? Qədim Naxçıvan, Qarabağ ərazisində yaşayan qədim türk nəsilləri, türk mənşəli etnoslar istər insan həyatı ilə bağlı, istərsə də onun həyatında rol oynayan heyvanat aləmi, deyək ki, təsərrüfatla bağlı, iri və xırdabuynuzlu heyvanlarla, atla bağlı müəyyən fiqurlar, heykəllər yaratmışlar. Bu fiqurların, heykəllərin yaranması göstərir ki, həmin dövrdə yaşayan insanlar onların həyatında mühüm rol oynayan hər hansı bir varlığa sadəcə həyat mənbəyi kimi yox, həm də bu varlıqları öz düşüncə tərzində bir növ həyat qüvvəsi - ilahiləşən bir qüvvə, totemə çevirmişlər və bunlarla bağlı sənət əsərləri yaratmışlar. Bu barədə geniş tədqiqatlar aparmağa ehtiyac var. Mənəvi mədəniyyətin qədim zəngin və dəyərli nümunələrindən biri qaya-üstü təsvirlər və piktoqrafik yazı mədəniyyətidir. Bu bizim xalqımızın mədəni mədəniyyət tarixində xüsusi dəyəri olan abidələrdir. Naxçıvanda apardığım arxeoloji tədqiqatlar nəticəsində Gəmiqaya kimi çox zəngin bir abidəni aşkara çıxarmış, burada yüzlərlə müxtəlif kompozisiyalı piktoqrafık əsərlər, çoxlu sayda piktoqrafik - şəkilli yazı işarələri qeydə almışam. Bu bir daha göstərir ki, mənəvi mədəniyyətin ünsiyyət vasitəsi kimi çox mühüm rol oynayan piktoqrafik yazı mədəniyyəti Azərbaycanda, Naxçıvanda, Qarabağ-da e.ə.IV-II minilliklərdə inkişaf tapmışdı.
Biz deyirik ki, şumerlər ilkin yazı mədəniyyətinin əsasını qoymuşlar. Mən deyərdim ki, şumerlərlə eyni səviyyədə ilkin yazı mədəniyyətinin əsasını qoyanlardan biri qədim Azərbaycan tayfaları, xalqı olmuşdur. Mənim xalqımızın mənəvi mədəniyyət tarixinə gətirdiyim çox mühüm dəyərli mənbələrdən biri də budur. Bu araşdırmalar da Azərbaycan folklor antalogiyasının çoxcildliyi hazırlananda mühüm rol oynamışdır. Məhz bunun əsasın-da mənim mütəxəsis dostlarımla birlikdə xalqımızın orta əsrlərdə, müasir dövrə qədər gəlib çıxmış folklor nümunələrinin, onların açılışı və mahiyyətini aydınlaşdırılmasında bu qədim mənəvi mədəniyyət abidələrini üzə çıxarmağım mühüm əhəmiyyət kəsb etmişdir.
Arxeoloji tədqiqatlarda uğurlu addımlamağınızda müəllimləriniz kimlər olub?
- Mənim Arxeologiya elmində əldə etdiyim bütün uğurlar müəllimim O.H.Həbibullayevin adı ilə bağlıdır. Mən о müəllimimə borcluyam. O, Mənə Arxeologiya elminin sirlərini, nеcə tədqiqat işləri aparmağı, onun metodlarını, yollarını öyrətmişdir.
Daha hansı görkəmli Azərbaycan arxeoloqları Sizə düzgün elmi yol göstərmişdi?
- Mən namizədlik işimi bitirəndə yenilik gətirmişdim. Qədim tariximizi birdən-birə 500-600 il qədimə apara bilmişdim. Bu yenilik idi. О zaman Azərbaycan arxeoloqları bunu qəbul etmək istəmirdilər. Sovet dövründə belə bir qanun var idi: bütün tarixi xronologiya, fikirlər Moskvada ümumiləşirdi və о çərçivədən kənara çıxmaq olmazdı. Mən bu çərçivədən çıxmışdım. Bu fikrimdən dönMədim. Məcbur oldum Moskvaya, Leninqrada qədim və oradakı alimlərin fikrini öyrənim. Çətinliklə də olsa 1964-cü ildə ezamiyyətə getdim. Vaxtilə Naxçıvanda, Qarabağda tədqiqatlar aparmış Meşşaninov, Miller, Passek və Latıninlə görüşMək istədim.
Meşşaninov xəstə idi. On¬dan əsaslı söz götürə bilMədim. Latıninlə göxahlıq edən, müəllim kimi yol göstərən SSRİ Arxeologiya institutunun Leninqrad bölməsinin direktoru B.B.Piotrovski oldu. O, nəinki yol göstərdi, tövsiyyələr verdi, hətta mənim dissertasiya işimin strukturunu yenidən planlaşdırıb mənə verdi. O, mənə sual verdi ki, sən nəyə görə tarixi
dəyişmisən? Məni dinləyəndən
sonra materiallar haqda məlumat aldı, fikrimlə razılaşdı və Mənə böyük stimul verdi. Ömrüm boyu Piotrovskini xatırlayacağam. O, Cənubi Qafqaz problemlərində obyektiv mövqedə duran böyük alim idi. Leninqradda V.M. Massonla görüşlərim Mənə böyük yol göstərmiş oldu. Sonra Moskvaya gələrək, T.S.Passeklə görüşdüm. O, gözəl alim, Tripolye Mədəniyyətinin böyük tədqiqatçısı idi. O, nəinki Mənə arxeologiya elmində müəllim oldu, hətta vaxtilə Naxçıvanda apardığı tədqiqatların materiallarını - fotəşəkilləri və yazıları təqdim elədi. Onu heç kim etməzdi. Böyük qafqazşünas Krupnovla görüşüm oldu. О biləndə mən belə işlə Məşğulam, Mənə kömək etdi.
Sonra Mən Passekdən Meşşaninovun Qarabağ və Naxçıvan ekspedisiya-sının gündəliyinin tarix institutunun arxivində olması haqqında məlumat aldım. Mən onları öz müəllimlərim hesab edirəm. İleç zaman yadımdan çıxmayan müəllimlərimdən biri İsaq Cəfərzadədir. Kurqan qazıntılarının aparılma üsullarını Xaçbulaq yaylağında Mən məhz İ.Cəfərzadədən öyrənmişəm.
Qədim Naxçıvan mədəniyyəti - Boyalı qablar mədəniyyəti Azərbaycan tarixşünaslığına nə vermişdi?
E.ə.V-I minilliklər arasında bəşər tarixində elə bir proses getmişdir ki, bu inkişaf prosesində cəmiyyətin dinamik inkişafının ayrı-ayrı pillələri müəyyən olmuşdu. Bu pillələrdən birisində, ilkin tayfa birliklərinin, ittfaqlarının yaranması və onlara Məxsus Mərkəzlərin formalaşması, bu mərkəzlərin şəhərlərə çevrilməsi prosesi getmişdir. Bu proses Naxçıvanda da getmiş və bunun nəticəsidir ki, Boyalı qablar - Naxçıvan mədəniyyəti abidələri kimi tanıdığımız abidələr Azərbaycan tarixinə böyük töhfələr vermişdir.
Azərbaycanda qədim şəhərlərin mövcudluğu haqqında məlumat yalnız antik dövrdən bəllidir. Qədim sivilizasiya dövrü, qədim Şumer və mesopotamiya mədəniyyəti dövrünə aid şəhərlər haqqında fikir söyləmək mümkün deyildi, çünki bu sahədə əlimizdə faktik material yox idi. Lakin Azərbaycanın Naxçıvan, Qarabağ və Urmiya bölgələrində aparılan arxeoloji tədqiqatlardan əldə olunmuş zəngin materiallar - qala divarları qalıqları, bo¬yalı qabların zəngin olması, istehsal ocaqlarının - metalişləmə, dulusişləmə ocaqlarının tapılması, ilkin hakimiyyət simvolu kimi silindrik möhürlərin aşkarlanması, eləcə də Ön Asiya, Yaxın Şərq mənşəli bəzi materialların Naxçıvan ərazisində tapılması mənim diqqətimi bu problemin tədqiqinə cəlb etdi. Ola bilməz ki, Yaxın Şərqdə, Ön Asiyada, Mesopotamiyada qədim şəhərlər olsun, onunla qonşuluqda yerləşən Naxçıvan ərazisində, Araz vadi-sində olmasın. Odur ki, uzun müddət bu sahədə axtarışlar apardım. Nəhayət 1960-cı ildə I Kültəpədə qazıntılar apararkən I Kültəpə ilə yaxınlıqda bir abidə olduğu bəlli oldu, amma abidənin hansı dövrə aid olduğu haqqında məlumat yox idi. Oradan çoxlu boyalı qablar əldə olunmuşdu. Anladım ki, bu yüksək mədəniyyət mərkəzi olan yaşayış məskənidir. Bu abidə Uzunoba kəndi yaxınlığında, Naxçıvançayla Cəhriçayın birləşdiyi yerdə qədim yaşayış yeri olub, tarix etibarı ilə e.ə.IV-I minillikləri əhatə edirdi. Burada Kür-Araz, Boyalı qablar mədəniyyətinə və sonrakı dövrlərin mədəniyyətinə aid zəngin maddi mədəniyyət təbəqələri yerləşmişdi. Abidəni müşahidə edərkən mənə bəlli oldu ki, bura şəhər tipli yaşayış yeridir. Mən müəllimim Osman Həbibullayevə bunu söyləyəndə о inanmadı. 1968-ci ildə mən O.Həbibullayevi oraya apardım. II Kültəpə adlandırdığımız bu abidədə 1968-ci ildə ilk dəfə arxeoloji qazıntılara başlanıldı. Mən ekspedisiyaya rəhbərlik edirdim. Ekspedisiya «Araz arxeoloji ekspedisiyası» adlanırdı.
İlk qazıntılar uğurlu oldu. Qala divarlarının bir hissəsi aşkar olundu. Bundan sonra məndə qəti əminlik yarandı ki, bu şəhər tipli yaşayış yeridir. O.Həbibullayev məni təbrik etdi. Böyük həvəslə abidədə geniş qazıntı işlərinə başladım. Eyni vaxtda çox uğurlu bir abidə də üzə çıxdı. İndiki Naxçıvan şəhərinin yerində Qədim Naxçıvan şəhərinin nekropolu aşkar olundu. Bu Mənə öz fikrimdə dayanmağıma zəmin yaratdı. Naxçıvan çayı boyunca axtarışlar apardım. Bəlli oldu ki, II Kültəpə ilə yanaşı Payız kəndi yaxın-lığında Çalxanqala adlı çox möhtəşəm tunc dövrü qalası yerləşir. Bir qədər sonra Vayxır Govurqalası aşkar olundu. Hər 2 qalanın tarixi etibarı ilə Qədim Naxçıvan və ikinci Kültəpə abidəsi ilə səsləşməsi və onların bir-birini tamamlanması belə elmi nəticəyə gətirib çıxardı ki, e.ə.III minillikdən etibarən Naxçıvan ərazisində sosial, iqtisadi inkişaf prosesi, əhalinin demoqrafik artımı elə getmişdir ki, artıq Naxçıvançay vadisində mövcud olan ayrı-ayrı kiçik tayfalar, ayrı-ayrı kiçik yaşayış məskənləri, nəhayət yüksək səviyyədə inkişaf etmiş II Kültəpə və qədim Naxçıvan ətrafında bir mərkəz ətrafında birləşmiş, tayfa ittifaqı yaratmışlar. Məhz bu qədim məskən yeri az bir müddətdə e.ə.II minilliyin I yarısında şəhər kimi inkişaf tapa bilmişdi. Yəni burada şəhər atributları üçün lazım olan qalanın olması, istehsal ocaqlarının, ayrı-ayrı sənətkarlıq Məhəllələrinin olması, xüsusi sitayiş yerinin, daş bütlərin olması, zəngin boyalı keramika istehsalı bizdə əminlik yaratdı ki, II Kül-təpə yaşayış yeri el arasında deyilən Naxçıvan şəhərinin qalıqlarıdır. Bu abidədən sonra qərara aldım ki, Naxçıvan ərazisində daha geniş axtarışlar aparam. Axtarışlar nəticəsində Şərur rayonunda Arpaçay vadisində Oğlan-qala abidəsi, Şahtaxtı abidəsi, Qarabağlar kəndi abidəsi nəzərdən keçirildi. Bu Məntəqələrdə vaxtilə ilkin qala, şəhər tipli yaşayış yerləri mövcud olmuşdu. 70-80-ci illərin arxeoloji tədqiqatları zamanı Naxçıvanın Gilançay vadisində orta əsr Kiran şəhəri ilə yanaşı, e.ə.II minilliyə aid qala şəhərin mövcud olduğu sübut olundu, Əlincəçay vadisində Qazançı qalası adlı qala şəhəri (e.o.II minilliyə aid) aşkara çıxarıldı. 90-cı illərin əvvəllərində Nehrəm kəndi yaxınlığında Qədim qala, Sədərək kəndi yaxınlığında qədim Sədərək qala şəhəri aşkar olundu. Sədərək qala şəhəri və Oğlanqalanın sahəsi 20-30 ha-ya bərabərdir, yəni onlar iri şəhərlərdir. E.o.II minilliyin II yarısında bu qala şəhərlərin ərazisi daha da genişlənmişdir.
Azərbaycanın maddi mədəniyyətini hansı ölkələrdə təbliğ etmisiniz?
- Azərbaycan tarixinin qədim dövrlərini özündə əks etdirən maddi mədəniyyət abidələri, xüsusilə Naxçıvan qədim tarixi abidələri haqqında dünyanın bir çox ölkələrində həm beynəlxalq konfranslarda etdiyim məruzələrdə, həm də nəşr etdirdiyim elmi məqalələrlə təbliğ etmişəm. Rusiyada (Moskva, Leninqrad), Kiyevdə, Mərkəzi Asiyada (Səmərqənddə, Daşkənd-də), Gürcüstanda (Tbilisi), Türkiyədə, Pakistanda (Lahoz şəhərində) konfraslarda iştirak etmiş və e.ə.IV-I minilliklərə aid ilk şəhər mədəniyyəti və onun ilkin dinamikasına aid əsaslandırılmış elmi fikirlər söyləmişəm. Dünyanın bir çox ölkələrində - ABŞ, Fransa, İtaliyada, Belçikada bu problemlərlə bağlı məqalələrim nəşr olunmuşdur.
Azərbaycan arxeologiyasında gənc nəslin yetişməsində Sizin nə kimi xidmətləriniz var?
Bu günə qədər 15 aspiranta elmi rəhbərlik etmişəm. Apardığım tədqiqatların nəticəsi geniş elmi tədqiqat mövzusuna çevrilmişdi. Bu gün arxeologiya elmində fəaliyyət göstərən ən aparıcı tədqiqatçıların böyük bir qrupu mənim tələbələrimdir. Mənim AMEA-nın Naxçıvan filialı üçün arxeoloq, etnoqraf tədqiqatçılarının, həmçinin Naxçıvan DU-da çalışan kadrların hazırlanmasında müəyyən rolum olmuşdur. Apardığım tədqiqatlarım əsasında isə Azərbaycan arxeologiyası, Azərbaycan memarlıq tarixi sahəsində bir sıra doktorluq dissertasiyaları yazılmışdı.
Müsahibəni apardı Aida Məmmədova