THE OUTSTANDING SCHOLAR OF THE PALAEOLITHIC SCHOOL OF AZERBAIJAN
AZƏRBAYCAN PALEOLİT MƏKTƏBİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ
Roza Arazəva
(Xəzər Universitəsi)
Mənsur Məhəmməd oğlu Mənsurov 1936-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya göz açmışdır. 1954-cü ildə kənd orta məktəbini bitirib, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitet həyatından səma AMEA Tarix İnstitutunun Arxeologiya şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1961-ci ildən kiçik elmi işçi kimi müxtəlif (Mingəçevir, Bakı, Qobustan, Torpaqqala, Qazax) ekspedisiyalarda iştirak edib.
Gənc mütəxəssis 1960-cı ilin payızında Şıxlı - Salahlı kəndləri arası dağətəyi qurşaqda axtarış işləri zamanı Qədirdərə paleolit abidəsini qeydə almışdır. Bu açıq paleolit düşərgəsi materialları böyük maraq doğurmuş, paleo¬lit arxeoloji ekspedisiyasının rəhbəri Azərbaycanda paleolit dövrünün pioneri, cəyakeşi, və fədaisi Məmmədəli Hüseynov oraya ekspedisiya təşkil etmişdir.
1962-ci ilin kəşfiyyat işləri nəticəsində M.Mənsurov tərəfindən Yataq yeri sən paleolit yaşayış yeri aşkar edilmişdi. Abidə maili düzənliyin yüksək terrasla qovuşduğu zolaqda yerləşir. Burada yaşayış çox dövrlü olmuşdur. Sən paleolitin orta mərhələsi, 28 min il bundan əvvəl başlayaraq eneolit dövrünün əvvəllərinə qədər davam etmişdir. Bu dövrə aid olan düşərgə ilk dəfə Damcılı mağarasında aşkar edilmişdi. Qeyd edək ki, Azərbaycanda paleolitin mövcudluğu Damcılı düşərgəsinin tədqiqi ilə sübuta yetirilib.
Ümumiyyətlə, keçən əsrin 60-cı illəri Azərbaycan ərazisində paleolit abidələrinin üzə çıxarılması və öyrənilməsi istiqamətində müəyyən uğurlar əldə edilmişdi. Belə ki, beş il ərzində iyirmiyə qədər müxtəlif səpgili, texnikalı, tipologiyalı açıq paleolit düşərgələri qeydə alınmışdı.
M. M. Mənsurov uzun müddət (16 il) Azıx və Tağlar mağaralarının qazıntılarında iştirakçı, 70-ci illərin əvvəllərindən isə əsas aparıcı olmuşdu. Nəhayət, Mənsur Mansurov əldə etdiyi çoxsaylı zəngin, rəngarəng paleolit kolleksiyalarını elmi səviyyədə işləmək üçün Sankt - Peterburqa Paleolit sektoruna tədqiqatçı-təcrübəçi kimi ezam olunmuşdu. Burada işlədiyi 2 il ərzində Sankt - Peterburqun və Moskvanın paleolit ekspedisiyalarının üzvü kimi, о cümlədən Azov və Qara dəniz ətrafı, Volqaboyu, eləcə də, Suzdal -Vladimir dairəsində (Sungir) öyrənilən paleolit düşərgələrinin qazıntılarına cəlb olunmuşdur.
Bunlarla yanaşı, Orta Asiya, Qafqaz və mərkəzi şəhərlərdə keçirilən sessiya, konfrans və simpoziumlarda maraqlı Məruzələrlə çıxış etmişdi.
Ezamiyyət müddətində daş Məmulatı komplekslərini tədqiq edərkən paleolit məktəblərində toplanan müxtəlif dövr materiallarının təsnifatını hazırlamışdır.
M. M. Mənsurov 1972-ci ildə tamamladığı «Qərbi Azərbyacanın alt paleoliti» mövzusunda dissertasiya işini uzun mübahisələrdən sonra Tiflis Dövlət Universitetinin ixtisaslaşmış Elmi Şurasında müdafiə etmişdir.
Tarix elmləri namizədi dərəcəsini aldıqdan səma, Mənsur Mənsurov müstəqil paleolit arxeoloji dəstə təşkil edib, Gədəbəy (Şora zağa), Kəlbəcər (Zar mağarası) və Ceyrançöldə (Ağgöl) geniş miqyaslı axtarış - kəşfiyyat işləri və qazıntılar aparmışdır. Şora zağa qazıntıları bu bölgə üçün hələ məlum olmayan eneolit dövrünün sonu - tunc dövrünün əvvəllərinə aid və ən başlıcası, Zağanın aşağı mərtəbələrinin dib qatından mezolitə aid materiallar üzə çıxarmışdır.
Alimin Kəlbəcərdə apardığı qazıntılar daha mühüm məsələləri aşkara çıxarmaq üçün maddi sübutlar vermişdir. Belə ki, müasir fiziki tipli insanın miqrasiya yolu ilə Qafqazda yayılma Məsələsinə yox deyilmişdir.
Zar mağarasında gedən tədqiqatlar göstərdi ki, texniki-tipoloji dəyişmə, eləcə də fiziki insan tipinin yeniləşməsi Mustye bazasında baş vermişdir. Bek) Mədəni və bioloji inkişaf 50 - 42 min il arasında baş verərək, 32 min il əvvəl bariz şəkil almışdı. Bu cür dəyişMə səhnələri Yaxın Şərqdə, Orta Asiyada, Dağlıq Altayda, Qafqazda, Avropada da müşahidə olunmuşdur.
Qeyd etmək lazımdır ki, aşel dövrünün arxaik Mərhələsini də əhatə etməklə, ən qədim dövrdən başlanan və 1 milyon il əhatə edən daş alət düzəltmə mərhələsi Olduvay mədəniyyəti adlanır. Bu dövrün alət yaradıcıları Homo ereksus tipli insanlar olmuşlar. Bu çərçivədə hələ əl çapacağı, itiuclu, qaşov, lövhə yox dərəcəsindədir.
Paleantropların yaşayış tərzi, texniki inkişaf və alət düzəltmə səviyyəsi, fiziki tipi tam başqa olmuşdur. Beləki, arxantropların yayıldığı ərazilərdə onlardan qalan düşərgə materialları ilə yanaşı daha inkişaf etmiş texnika, yeni klassik alətlər qeydə alınır. Belə müşahidə edilir ki, yeni insan tipi və texniki yenilik ikinci miqrasiya dalğası ilə Yaxın Şərqdən başlayaraq (450 -350 min il əvvəl) bütün dünyaya yayılmışdı. Lakin yeni üçüncü pillə insanı neantroplar hər bir qədim zamanın özündə yerli zəmində inkişaf etmişdir.
M. M. Mənsurovun Ceyrançöl – Ağ göl sahəsində açdığı düşərgələr Qara düz, Karvandərə, Sarıburun və Qarabığ abidələri arxantropların inkişaf xəttindən qalma yadigarlar saxlamışdır.
Kür çayının sağ sahili və Kiçik Qafqazın şimal-şərq ətəklərində qeydə alınan Qəbirdərə, Köçəsgər və başqa düşərgələrin alət tərkibi paleoantroplara xas olan alət dəsti vermişdir. Bu da ona dəlalət edir ki, onlar başqa başqa insan dəstələrinə aid idilər.
Tədqiqatçının elmi nailiyyətləri dövrü mətbuatda, elmi jurnallarda və məcmuələrdə nəşr olunmuşdur.
Sən illərdə Arxeologiya və Etnoqrafiya institutunun nüfuzlu jurnalların-da, «Tarix və onun problemləri» jurnalında, institutun konfrans materiallarında və Qafqazın arxeologiya, etnologiya, folkloruna həsr olunmuş beynəlxalq konfransların materiallarında, və ilk dəfə, Xəzər kimi beynəlxalq səviyyəli Universitetin «Azərbaycan arxeologiyası» jurnalında da bir sıra yeni məqalələri və məruzələri dərc olunmuşdur.
Onun «Azərbaycan paleolitində yeni araşdırmalar», «Orta Kür hövzəsinin paleolit mədəniyyəti», «Böyük Qafqazın cənub-şərq ətəklərində paleolit tapıntıları», «Ceyrançölün Kiçik qala və Qatar dağ silsiləsində Alban məbədi», «Suraxanıda yeni paleolit tapıntıları» və bir sıra başqa Məqalələri böyük marağa səbəb olmuşlar. Hal-hazırda isə M. Mənsurovun «Kəlbəcərdə Zar paleolit mağara düşərgəsi» kitabçası nəşrə hazırlanır, alimin «Сеуrаn-çölün paleolit abidələri» adlı Monoqrafiyası isə çapa təqdim olunmaq üçün müzakirəyə verilib.
Tarix elmləri namizədi Mənsur Mənsurovun gələcək planları isə Böyük Qafqazın cənub-şərq ətəklərində paleolit axtarışları aparmaq, həmçinin, «Qərbi Azərbaycanın alt paleolit abidələri» və «Azərbaycan paleolitinin aktual problemləri» adlı Monoqrafiyaları çapa hazırlamaqdır.
M. M. Mənsurov həmçinin pedaqoji fəaliyyətlə məşğuldur. O, Sumqayıt Dövlət Universitetində Arxeologiya fənnini, Müəllimlər institutunda isə Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərini tədris edir.
Mənsur Mənsurov topladığı kolleksiyaları işləmək üçün gənc elmi işçiləri cəlb edir. 0, təbiətcə mülayim olmaqla yanaşı, elmi mübadilə və müzakirələrdə elmi prinsiplər əsasında obyektiv mövqedən kəskin çıxış edir.