THE NOTABLE ARCHAEOLOGIST-ALBANIST
TANINMIŞ ALBANŞÜNAS ARXEOLOQ – ALİM Əkbər Bədəlov
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycan MEA Ar¬xeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor, tanınmış tarixçi-arxeoloq, Qafqaz Albaniyasının bilicilərindən biri İlyas Ata-baba oğlu Babayevin 70 yaşı tamam olur. İ.ABabayev 1935-ci ildə Azərbaycanın cənnət guşələrindən biri olan Quba ra¬yonunun Xanəgah kəndin-də anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə Azərbaycan EA Tarix institutunun Arxeologiya şöbəsində elmi fəaliyyətə başlamışdır. O, 1962-1964-cü illərdə SSRİ EA Arxeologiya institutunun Leninqrad bölmə-sində aspiranturada oxuyarkən Antik dünya tarixi və mədəniyyətinin gör-kəmli tədqiqatçısı, professor M.İ.Maksimovanın rəhbərliyi ilə namizədlik dissertasiyası yazmış, Leninqrad (Sankt-Peterburq) Universitetində professor K.M.Kolobovanın Qədim Yunanıstan və ellinist ölkələrin tarixi və mədəniyyəti üzrə mühazirələrini dinləmiş, onun rəhbərliyi ilə qədim yunan dilini öyrənməklə məşğul olmuşdur.
Aspirantura illərində Sankt-Peterburqda İ.A.Babayev məşhur rus alimləri ilə sıx təmasda olmuş, dünyanın ən böyük muzeylərindən biri olan Dövlət Ermitajında mühafizə olunan abidələrlə yaxından tanış olmuş, Sankt-Peterburq kitabxanalarında işləmişdir.
İ.A.Babayevin 1965-ci ildə uğurla müdafiə etdiyi namizədlik dissertasiyası çox nadir və qiymətli arxeoloji tapıntılara – Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş e.ə. IV – b.e.VII əsrlərinə aid möhürlərə həsr olunmuşdur. Bu problem onun namizədlik dissertasiyasında və keçmiş sovet məkanında çap etdirdiyi elmi məqalələrdə ətraflı açıqlanmış və sübut edilmişdir ki, rəsmi sənədlərə, qapılara, müəyyən məhsullarla dolu qablara və bağlamalara vurulan bu möhürlər sinifli cəmiyyət və dövlətin yaranmasını və fəaliyyətini göstərən tutarlı dəlillərdir. İ.A.Babayev bu mövzu ilə bağlı tədqiqatını antik dövr üzrə görkəmli mütəxəssis M.İ.Maksimovanın rəhbərliyi ilə işləyərək 1965-ci ildə uğurla müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Dissertasiya işində və mövzuya aid nəşr etdirdiyi elmi məqalələrində Şimali Azərbaycan ərazisində ilk dövlət olan Qafqaz Albanıyasının dövlət və hüquq tarixini dərindən öyrənmiş və möhürlərin şəhər həyatının bir çox sahələrində istifadə olunduğunu göstərmişdir.
1958-ci ildən başlayaraq Qəbələ, Şamaxı, Bakı, Xaçbulaq və Şəmkir şəhərlərində aparılan arxeoloji qazıntılarda yaxından iştirak etmiş İlyas Babayevin elmi fəaliyyətinin ana xətti Azərbaycanın qədim şəhərlərinin tarixi arxeoloji tədqiqi olmuşdur. 1959-cu ildə yaradılmış Qəbələ arxeoloji ekspedisiyasının təşkilatçılarından biri olan İ.A.Babayev, 30 ildən artıqdır ki, Qəbələnin antik dövr şəhər yerində aparılan arxeoloji qazıntılara rəhbərlik edir.
1983-cü ildə Moskva şəhərində, SSRİ EA Arxeologiya İnstitutunda böyük müvəffəqiyyətə) müdafiə etdiyi eə. IV – b.e. III əsrlərində Qafqaz Albaniyası şəhərlərinin arxeoloji tədqiqinə həsr olunmuş doktorluq dissertasiyası alimin gərgin əməyinin layiqli nəticəsi oldu. Dissertasiyada Qafqaz Albaniyasına aid şəhər xarabalıqları və nekropollarda aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan və şəhər həyatının müxtəlif sahələrini işıqlandırmağa imkan verən çoxsaylı və müxtəlif tikinti qalıqları, qəbir abidələri, istehsal ocaqlarının qalıqları, on minlərlə yerli və gəlmə məmulatlar yüksək elmi səviyyədə tədqiq olunmuşdur.
Azərbaycan ərazisində aşkar edilmiş ən qədim pulların tədqiqi sahəsində də uğurlu fəaliyyət göstərən İ.A.Babayevin qədim sikkələrə aid samballı araşdırmaları bir çox xarici ölkələrdə, xüsusilə də Rusiyada nəşr olunmuş-dur. İlyas Babayev faktlara əsaslanaraq Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq e.ə. IV əsrdən ticarətdə pullardan geniş istifadə edildiyini və b.e.ə. III əsrin əvvəllərindən isə yerli gümüş pullar kəsildiyini sübut edir. Həmin vaxtdan Qəbələ, Şamaxı və başqa şəhərlərin mövcud olmasını və dövlətin iqtisadi-siyasi həyatında mühüm rol oynadığını İ.A.Babayev öz elmi araşdırmalarında sübut etmişdir.
O, qədim möhürlərin, pulların, şəhərlərin tədqiqi nəticəsində müəyyən etmişdir ki. Şimali Azərbaycan ərazisində ilk dövlət olan Alban dövləti e.ə.IV əsrin axırlarında yaranmışdır. Elmi əsaslara söykənən İ.A.Babayevin bu fikirləri həm Respublikamızda, həm do xarici ölkələrdə tanınmış mütəxəssislər tərəfindən qəbul olunmuşdur. İ.A.Babayev regionda qədim İran, antik dünya və Qafqaz arxeologiyası üzrə tanınmış mütəxəssislərdən biridir. O, bu sahə üzrə Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, İrəvan, Afina, An¬kara və başqa yerlərdə çağrılan elmi konfrans və simpoziumların əksəriyyətində sanballı məruzələrlə çıxış etmişdir.
İ.A.Babayevin 150-dən çox elmi əsəçi – bir neçə monoqrafiyası, orta və ali məktəb dərslikləri, tarix, arxeologiya və numizmatıkaya aid çoxcildli nəşrlərdə və Azərbaycan ensiklopediyasında qiymətli məqalələri vardır. İ.A.Babayev Azərbaycan Milli Elmlər Akademiyasında yazılan çoxcildli «Azərbaycan tarixi»nin I və II cildlərinin, universitetlərin Tarix fakültələri üçün yazılan «Azərbaycan tarixi» dərsliyinin, orta ümumtəhsil məktəbləri üzrə 6-cı sinif «Azərbaycan tarixi» və «Qədim dünya tarixi» dərsliklərinin müəlliflərindən biridir. Orta məktəblər üçün yazılan bu dərslikləri rus dilinə də о tərcümə etmişdir. Hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda hazırlanan «Azərbaycan arxeologiyası» çoxcildliyində Albaniya və Atropatena dövlətlərinin arxeologiyasına həsr olunan 4-cü cild İlyas müəllimin rəhbərliyi ilə tamamlanmaq üzrədir.
Elmi işlə məşğul olmaqla yanaşı 30 ildən artıqdır ki, İ.A.Babayev Respublikamızın ali məktəblərində – Azərbaycan Dövlət Pedaqoji Universitetin-də, Bakı Dövlət Universitetində, Azərbaycan Universitetində arxeologiya, qədim tarix, Qafqazda və Azərbaycanda sinifli cəmiyyətin yaranması və ilk dövlətlər mövzuları üzrə ümumi və xüsusi kurslardan mühazirələr oxumuş və 10 ildən çox Azərbaycan Universitetində «Ümumi tarix» kafedrasına başçılıq etmişdir.
İlyas müəllim ölkəmizdə və müxtəlif şəhərlərdə ixtisaslaşmış elmi şuralarda doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində opponent və şura üzvü kimi iştirak etmişdir. Onun rəhbərliyi ilə 6 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Bir neçə aspirant və dissertantlara rəhbərlik edən görkəmli alim, gənc tədqiqatçılara yüksək tələbkarlıqla, qayğı ilə yanaşır və elmi tədqiqatların yüksək səviyyədə hazırlanmasında onlara himayə-darlıq edir. Alimlər və tələbələr içərisində az adam tapılar ki, onun xeyirxahlığından yararlanmamış olsun.
İ.A.Babayev öz dərin biliyi, əməksevərliyi, səmimiyyəti, qayğıkeşliyi, nümunəvi davranışı ilə işlədiyi elm və ali təhsil müəssisələri əməkdaşlarının dərin hörmətini qazanmışdır.