THE LIFE DEVOTED TO THE RESEARCH OF THE ANCIENT HISTORY OF AZERBAIJAN
AZƏRBAYCANIN QƏDİM TARİXİNİN TƏDQİQİNƏ HƏSR OLUNMUŞ
ŞƏRƏFLİ ÖMÜR YOLU
Mirheydər Mirzəyev, Bəhlul İbrahimov
(Azərbaycan MEA Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycanın. və Yaxın Şərqin qədim tarixinin görkəmli tədqiqatçısı, mixi yazılar üzrə tanınmış mütəxəssis və arxeoloq kimi sorağı ölkəmizin hüdudlarından çox-çox uzaqlara çatan Solmaz xanımın artıq 70 yaşının tamamlandığını ilk dəfə eşitdikdə təəccübümü gizlədə bilmədin. Nədənsə, həmişə asta addımlarla və düşüncəli gəzən, kövrək və incə, lakin elmi mübahisələrdə sərt və barışmaz olan Sol¬maz Qaşqayın elə həmin asta addımlar da həyatının növbəti onilliyinə qədəm qoymasına inanmaq istəmədim…
«Azərbaycan Arxeologiyası» jurnalından Solmaz xanımın həyatı və elmi fəaliyyəti barədə məqalə yazmaq
təklifini alanda tərəddüd etmədən razılaşdın. İlk növbədə Solmaz xanıma müraciət etdim, həyat yolu və elmi yaradıcılığının bəzi özəl məqamları haqqında özündən məlumat almaq, maraqlı xatirələrini dinləmək istədim. Razılaşmadı. Elm üçün yaşayan təvazökar insanlar nədənsə özləri haqqında danışmağı sevmirlər. Onsuz da hər şey göz önündədir.
Solmaz xanımın elmi yaradıcılığını əks etdirən bəzi materialları topladım, həyatı və elmi fəaliyyəti haqqında AMEA Tarix institutunun arxivində saxlanılan sənədləri araşdırdım, kitab və çoxsaylı məqələlərin, rəsmi sənədlərin görkəmli alim barəsində dediklərini yazıya aldım. Bəlkə də kifayətlənmək olardı. Lakin alimin elmi yaradıcılığının şərhində ciddi bır boşluq olduğunu hiss edirdim. Bu, xüsusilə Solmaz Qaşqayın ikinci həyatı olan arxeoloji araşdırmalarına aid idi. Uzun illər Solmaz xanımla birlikdə arxeoloji qazıntılar aparmış yaxın həmkarı Bəhlul İbrahimova müraciət etdim. Bəhlul müəllim tanınmış həmkarının arxeoloji qazıntıları ilə bağlı maraqlı epizodlar danışdı. Belə olduqda Solmaz xanım haqqında məqaləni birgə yazmağı təklif etdim. Dərhal razılaşdı. Beləliklə, məqalə ikinci müəllifini tapdı…
Solmaz Mir-Tağı qızı Qaşqay 1936-cı il iyul ayının 10-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Mir-Tağı Seyid-Əli oğlu ixtisasca mühəndis idi və Azərbaycan Politexnik İnstitutunda dərs deyirdi. Anası Sultan Mahmud qızı isə həkim idi..
1942-ci ildə balaca Solmaz həyatının ilk ağır zərbəsini alır: atası Mir-Tağı 39 yaşında vəfat edir. Solmaz xanımın bu ağır itkini necə yaşadığını və necə xatırladığını bilmirik. Bu, onun özəl dünyasıdır. Onu bu dünya ilə baş-başa qoyuruq.
1955-ci ildə Bakıda 189 №-li orta məktəbi bitirdikdən sonra gənc Solmaz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olunur və 1960-cı ildə «tarixçi» ixtisası ilə təhsilini uğurla başa vurur. Gənc tarixçinin «Azərbaycanda Məzdəkilər hərəkatı» (rus dilində) mövzusunda yazdığı diplom işini Dövlət Komissiyası çox yüksək qiymətləndirir. Solmaz Qaşqayın həmin mövzuda sonralar aspiranturaya təqdim etdiyi referat şəxsi işində indiyə qədər saxlanılır. Azərbaycanın qədim tarixinin tanınmış tədqiqatçısı Z.Yampolskinin müsbət rəy verdiyi referatla tanışlıq gənc Solmazın elmi tədqiqata meylliliyini və bu sahədə müəyyən səriştəyə malik olduğunu təsdiqləyir.
Keçən əsrin 60-cı illəri Azərbaycanın tarix elminə gənc və istedadlı tədqiqatçıların gəlişi ilə səciyyələnir. Belə gənclərdən biri də Solmaz Qaşqay idi. Universiteti bitirdikdən dərhal sonra o, Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi şöbəsinə» baş laborant qəbul olunur və çox tezliklə elmə həvəsi və tədqiqat bacarığı nə-zərə alaraq kiçik elmi işçi vəzifəsinə keçirilir. 1962-ci ildə Solmaz Qaşqayın həyatında onun sonrakı elmi yaradıcılıq yolunu müəyyənləşdirən mühüm hadisə baş verir: istedadlı gənc tədqiqatçı qədim Aşşur və Urartu dillərini öyrənmək üçün SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) şöbəsinə göndərilir. Taleh Solmaz xanıma İ.M.Dyakonov, L.A.Li-pin və başqa görkəmli şərqşünas alimlərin tələbəsi olmaq, dünya şöhrətli Le¬ninqrad şərqşünaslıq məktəbinin nailiyyətlərindən pay götürmək şansı verir və o, bu şansdan dəyərincə yararlanır. Aşşur və Urartu mixi yazıları və dilləri üzrə xüsusi filoloji hazırlıq keçən (eyni vaxtda ərəb və ingilis dilləri ilə də məşğul olurdu) Solmaz Qaşqay 1964-cü ildə bütün imtahanları «əla» qiy-mətlə verərək aspiranturaya qəbul olunur və yenidən Leninqrada göndərilir, qədim dillər sahəsində biliyini zənginləşdirməklə yanaşı, «İran Azərbaycanı e.ə. I minilliyin əvvəllərində (mixi yazılı mənbələr və arxeoloji məlumatlar əsasında)» mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlayır. Solmaz xanımın sonrakı elmi həyatında, onun assurşünas alim və Azərbaycanın qədim tarixinin tədqiqatçısı kimi formalaşmasında iki görkəmli ali-min rolu danılmazdır: ona qədim şərq dillərinin sirrlərini öyrətmiş, romantik mixi yazılar dünyasına aparmış l.M.Dyakonovun və elmi rəhbəri iqrar
Əliyevin. Qədim Şərqin dünya şöhrətli bu tədqiqatçıları ilə Solmaz xanımın sonralar bəzi elmi əsərlərin yazılmasında həmmüəllif kimi əməkdaşlığı onun alim kimi yüksək səviyyədə qəbul edilməsi deMək idi.
Solmaz Qaşqayın elmi fəaliyyətinin Leninqrad dövrü səmərəli keçdi. Gənc alim Azərbaycanın dövlətçilik tarixinin mühüm bir dövrü olan Manna tarixi üzrə araşdırmalarını başa çatdırdı, ilk elmi məqalələrini hazırlayıb çap etdirdi. 1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Solmaz Qaşqay assurşünas alimlərin sırasında özünün layiqli yerini tutdu, eyni zamanda, azərbaycanlı alimin simasında qədim tariximiz samballı və yüksək bioloji hazırlıqlı tədqiqatçısını tapdı. Yeni və daha məsuliyyətli elmi axtarışlar dövrü başlandı. Xarici ölkələrdə və keçmiş SSRİ Məkanında, nüfuzlu elmi jurnallarda bir-birinin ardınca alimin yeni məqalələri çap olundu (Ge¬neral outlines of the material culture of the Nakhichvan zone and of İranian Azerbaijan. Acta Antiqua Acadcmiae Scientiarum Hungaricae, t. XXU, fasc. 1-4, 1974; О металле аннаку(м) ириурмийских областей. Вестник Древ¬ней Истории, 1976, №3; О городах-крепостях на территории Манны. Древний Восток, 2, 1976; Связи Нахичсванского края с Иранским Азербайджаном в конце II - нам I тыс. до. н.э. Переднсазиатский Сбор¬ник. Вып. З.М., 1979 və s.) 1976-cı ildə artıq tədqiq etdiyi elm sahəsi üzrə aparıcı mütəxəssis olan Solmaz Qaşqay Azərbaycan EA «Azərbaycanın qədim tarixi şöbəsi»nin baş elmi işçisi seçilir, bir il sonra isə iqrar Əliyevin redaktorluğu ilə onun elmi ictimaiyyət və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən «Из истории Маннейского царства» kitabı işıq üzü görür, Manna tarixi üzərindəki qalın duman qatı seyrəlir. Kitabın əlavələr edilmiş yeni nəşri 1993-cü ildə «Маnnа dövləti» adı ilə ana dilində geniş oxucu kütləsinə təqdim olunur.
Eyni vaxtda Solmaz xanım leninqradlı dostları və həmkarları ilə Şıx əməkdaşlığı davam etdirir və l.M.Dyakənovla birgə «Urartu mənbələrinə görə coğrafi adlar» əsəri üzərində işləyir. Urartu dövrünün coğrafi nomenk-laturasını müfəssəl əks etdirən bu samballı kitab 1981-ci ildə Visbadendə ingilis dilində çapdan çıxır (Iqor M. Diakonoff and S.M.Kashkai. Geographcal Names According to Urartian Texts. Wiesbaden, 1981).
Solmaz Qaşqay elmi araşdırmalarında yazılı mənbələrlə arxeoloji materialları uzlaşdıran, eyni zamanda, fəal arxeoloji qazıntı işləri aparan, tədqiq etdiyi dövrün arxeologiyasını dərindən bilən nadir tarixçilərdəndir. О, 1979-cu ildən Azərbaycan Respublikası EA Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya bölməsinin (indiki AMEA-nın Arxeologiya və Potnoqrafiya İnstitutu) Xaraba-Gilan şəhər yeri (Naxçıvan, Ordubad yaxınlığında) və onun ətrafındakı abidələrdə apardığı qazıntı işlərində yaxından iştirak etmişdir. On iki il fasiləsiz qazıntı işləri aparan Xaraba-Gilan arxeoloji ekspedisiyası təkcə Xaraba-Gilan orta əsr şəhər yerini deyil, həm də sən tunc və ilk dəmir
Dövrünə aid Muncuqlutəpə, Xalıkeşan, Mərdangölü və Dəlmə nekropollarını tədqiq etmiş, Plovdağ orta tunc dövrü yaşayış yeri və qəbiristanlığında qazıntılara başlamışdı. Bu abidələrin ilkin tədqiqi və aşkar olunmuş materialların təhlil edilərək elmi ictimaiyyətə çatdırılmasında Solmaz xanımın əməyi sən dərəcə böyükdür. Məhz onun təşəbbüsü ilə ekspedisiyanın qazıntı işlərinə leninqradlı mütəxəssislər - iranşünas İ.Medvedskaya, memar S.Migel, rəssam Q.Kuznetsəva cəlb olunmuşdular. Qazıntıların gedişində Solmaz xanı-mm leninqradlı həmkarları ilə söhbətlərdə irəli sürdüyü fikirlər, ilkin təhlilləri, Cənubi Azərbaycan materialları ilə müqayisələri tapıntıların xronologiyasının, oxşarlarının aşkar edildiyi abidələrin müəyyənləşdirilməsinə imkan verirdi. Həmin vaxtlar yenə də Solmaz xanımın təşəbbüsü ilə Xaraba-Gilan ekspedisiyasına Moskvadan və Leninqraddan gənc arxeoloqlar da dəvət olunmuşdular. Bununla bağlı maraqlı bir epizodu oxucuların diqqətinə çatdırmağı lazım bilirik. О zamanlar Naxçıvanda, xüsusilə kənd yerlərində qadınların şalvar geyməsinə qeyri-adi baxılırdı. Rusiyadan gəlmiş gənclərin əksəriyyəti isə idman stilində geyinmiş qızlardan ibarət idi. Solmaz xanım onlarla sən dərəcə səmimi söhbət etdi, yerli adət-ənənələri başa saldı, üst-başlarına və davranışlarına yüngülvari «əl gəzdirdi». Və bunun nəticəsi olaraq qonaqlar artıq yerli sakinlərdən seçilmirdilər.
Abidəyə yaxın kəndlərdə, ekspedisiyanın üzvlərinə xüsusi hörmət var idi. Elə toy və digər şənlik Məclisləri olmazdı ki, ekspedisiya üzvləri ora dəvət olunmasın. Bu hörmətin qazanılmasında alim və insan kimi Solmaz Qaşqay şəxsiyyətinin rolu açıq-aşkar görünürdü. Elə Solmaz xanıma hörmət və etibar əlaməti olaraq yerli ailələrdən olan gənc qızlar ekspedisiyanın işində iştirak edirdilər. Solmaz xanım son dərəcə maraqlı və cəlbedici söhbətlərilə ekspedisiyanın isinə cəlb edilmiş gənclərdə və əhali arasında qədim tarixi-mizə, mədəniyyətimizə, minillərin yadigarı olan arxeoloji abidələrə hörmət və qayğı hissi tərbiyə etdirdi.
Torpaqlarımıza erMəni təcavüzü ilə əlaqədar olaraq 1990-cı ildə Xaraba-Gilan arxeoloji ekspedisiyanın fəaliyyəti dayandırıldı və yalnız 2004-cü ildə yenidən bərpa edildi. Solmaz xanım ekspedisiyanın fəaliyyətinin yeni mərhələsində də onun işində yaxından iştirak edir.
Xaraba-Gilan arxeoloji ekspedisiyanın üzə çıxardığı materialların təhlil edilərək elmi dövriyyəyə daxil olunmasında Solmaz Qaşqayın əməyi böyükdür. Alim hələ 1982-ci ildə nüfuzlu «Archin für Orientforschung» jurnalında çap etdirdiyi «Sovet Azərbaycanında yeni arxeoloji tapıntılar» (New Ar¬chaeological Finds in Sovet Azerbaijan) Məqaləsi ilə dünya elminin diqqətini Azərbaycandakı yeni arxeoloji kəşflərə yönəltmişdi. Sonrakı dövrdə müxtəlif elmi jurnallarda və toplularda onun ayrı-ayrı tapıntılara (Muncuqlutəpə nekropolu; Xalıkeşan nekropolu; Mərdangölü nekropolu və s.) həsr olunmuş Məqalələri və ümumiləşdirici yazıları (Xaraba-Gilan dofn abidələri; Qədim
Naxçıvanın maddi mədəniyyəti; Naxçıvan zonası Urartu işğalları dövründə; Qədim Azərbaycan şəhərləri haqqında və s.) dərc olunur. Ekspedisiyanın uzun illər apardığı qazıntıların nəticələri, həmçinin Solmaz xanımun gör-kəmli arxeoloq, uzun illər Xarabagilan arxeoloji ekspedisiyasına rəhbərlik etmiş Qardaşxan Aslanov və Bəhlul İbrahimovla birgə yazdığı, Almaniyada çap olunmuş irihəcmli məqalədə (1997) və «Drevnie Nekropoli Xaraba-Qilana. В., 2002» kitabında əks olunmuşdur. Çox mühüm arxeoloji tapıntılar olan Muncuqlutəpə, Xalıkeşan, Mərdangölü və Dəlmə nekropollarının tarixi xronologiyasının müəyyənləşdirilməsi bilavasitə Solmaz Qaşqayın adı ilə bağlıdır. Alimin qənaətinə görə Naxçıvanın arxeoloji mədəniyyətləri Cənubi Azərbaycan ərazisində aşkar edilmiş mədəniyyətlərlə daha çox yaxındır. Bu isə Naxçıvanın və Urmiya ərazinin coğrafi-siyasi yaxınlığı ilə izah edilir.
Ömrünün son illərini Xaraba-Gilan arxeoloji ekspedisiyasnın fəaliyyətinə və Azərbaycanın digər ərazilərindəki arxeoloji qazıntılara həsr etməsinə baxmayaraq, Solmaz Qaşqay qədim tariximizin digər problemlərinin, xüsusilə Azərbaycan tarixinin ümumşərq tarixi ilə bağlı problemlərinin tədqiqi sahəsində də xeyli iş görmüşdür. Bu baxımdan onun «Azərbaycan və skiflər» və «Е.ə. II minilliyin axırı - I minilliyin əvvəllərində baş vermiş miqrasiya proseslərinin Azərbaycana təsiri» mövzuları üzrə araşdırmaları və çap etdirdiyi məqalələr diqqəti cəlb edir.
Arxeologiyanın sirli və romantik dünyası Solmaz xanın diqqətini bir an da olsun əsas tədqiqat obyekti olan mixi yazılı mənbələrdən yayındıra bilmədi. 2006-cı ildə onun ana dilində «Qədim Azərbaycan mixi yazılı mənbələrdə» adlı uzun illərin ağır zəhmətinin məhsulu olan kitabı çap olundu. Alimin ömrünə yaraşıq olan bu kitabda Azərbaycanın qədim tarixinin əks olunduğu 90-a qədər Şumer, Babil, Aşşur və Urartu sənədinin (hökmdar kitabələri, xronikalar, məktublar və s.) orijinaldan tərcüməsi və şərhi verilmişdir. Azərbaycan tarixşünaslığında qədim yazılı mənbələrin ana dilinə ori¬jinaldan tərcümə edilmiş ilk toplum nəşri olan bu kitab Solmaz xanımın elmə növbəti mühüm töhfəsidir.
Solmaz Qaşqay Azərbaycan tarixinə aid ümumiləşdirici əsərlərin yazılmasına da böyük əmək sərf etmişdir. O, çoxcildlik «Azərbaycan tarixi»nin 1-ci cildinin redaksiya heyətinin üzvü (məsul katibi) və əsas müəlliflərindən biridir.
Ölkəmizdə və onun sərhədlərindən çox-çox uzaqlarda yaxşı tanınan, xarici həmkarları arasında böyük nüfuz sahibi olan Solmaz xanım beynəlxalq aləmdə Azərbaycanın qədim tarix elmini ləyaqətlə təmsil edir. O, elmi fəaliyyəti dövründə dəfələrlə Moskva, Sankt-Peterburq, Tbilisi, Dauqavpils, Budapeşt, Vyana, Poznan, Paris, Heydelberq, Bağdad və başqa şəhərlərdə keçirilən elmi konfranslarda tədqiq etdiyi elm sahəsinin on yeni nailiyyətlərini əks etdirən məruzələrlə çıxış etmişdir. Qədim tarix və arxeolorgiya üzrə Azərbaycanda aparılan tədqiqatlar burada xarici mütəxəssislərin Məlumatlandırılmasında Solmaz xanımın əməyi sən dərəcə yüksək qiymətləndirilir.
Səmərəli və gərgin elmi fəaliyyətinə baxmayaraq, Solmaz Qaşqay pedaqoji işlə də məşğul olmuş, gənc tarixçi kadrların hazırlanmasına xeyli əmək sərf etmişdir. Bakı Dövlət Universitetində və başqa ali məktəblərdə onun «Qədim Şərq tarixi» və ixtisas fənləri üzrə mühazirələri həmişə maraqla dinlənilmişdir. Hazırda Solmaz xanım dissertantların elmi işlərinə rəhbərlik edir, eyni zamanda mixi yazılar üzrə onlara xüsusi məşğələlər keçir. Alimin zəngin təcrübəsi, Məhsuldar yaradıcılığı, tükənMəyən elmi potensialı gənc tədqiqatçılar üçün əsl məktəbdir, bilik xəzinəsidir.
AMEA Tarix İnstitutu «Azərbaycanın qədim tarixi şöbəsi»nin aparıcı el¬mi işçisi olan Solmaz Qaşqay eyni həvəslə, eyni intensivliklə, eyni məsuliyyətlə elmi yaradıcıdığını davam etdirir, tariximizin yeni-yeni problemləri üzrə araşdırmalar aparır. Bu yolda ona böyük uğurlar diləyirik!
Çox və gümrah yaşa, əziz Solmaz xanım! Sizi sevənlər üçün, elmimizin gələcəyi üçün! Yaşa və yarat! Siz yaratmaq üçün yaranmısınız!