THE HOUSES OF MEDIEVAL AZERBAIJAN
AZƏRBAYCANIN ORTA ƏSR YAŞAYIŞ EVLƏRİ Samir Kərimov
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycanın orta əsr şəhər məişətinin öyrənilməsində yaşayış evləri xüsusi yer tutur. Yaşayış evləri orta əsr şəhərlərinin əsas quruluş elementlərindən biri olmuş, şəhərlərin memarlıq – kompozisiya həllində, planlaşmasında mühüm rol oynamışdır.
Orta əsr şəhərlərinin yaşayış evlərinin tədqiq edilməsində başlıca məxəz arxealoji qazıntılar zamanı üzə çıxarılan tikili qalıqlarıdır. Bu baxımdan Qəbələ, Beyləqan, Xaraba – Gilan, Bakı, Gəncə, Dərbənd, Şabran, Bərdə və s. şəhərlərdə aparılan çoxillik arxeoloji qazıntıları mühüm əhəmiyyət kəsb edir.
Artıq IX əsrdən başlayaraq Azərbaycan şəhərləri inkişaf mərhələsinə qədəm qoyur, şəhərlərdə yeni strukturlar formalaşır. Şəhərlərin ərazisi genişlənir, əhalisi artır və yaşayış tikililəri Şıxlaşır. Yaşayış evləri əsasən şəhristan və rabadda yerəşmişdi (l,s.20).
Yaşayış evlərinin memarlığına şəhərlərdə təbii – iqlim şəraiti və ictimai -iqtisadi amillər ciddi təsir göstərmişdir. Xalq yaşayış evlərinin tədqiqatçısı H.Zərdabi haqlı olaraq qeyd etmişdir ki, yaşayış evləri insanı qardan, yağışdan, soyuqdan və küləkdən qoruyur (2,s.l26). Müvafiq olaraq evlər inşa olunarkən iqlim şəraiti nəzərə alınırdı.
Yazılı mənbə məlumatları və arxeoloji qazıntılar sübut edir ki, şəhərlərin narınqala və şəhristan hissələrində yaşayış evləri möhtəşəm, çoxmərtəbəli və mürəkkəb memarlıq bəzəyinə malik olduğu halda qala divarlarından bayırda, xüsusən rabadda yaşayış evlərinin xırda və müvəqqəti xarakter daşıması təsadüfi deyildir(3, s.32). Feodal cəmiyyətinin sosial strukturundan asılı olaraq şəhərlərdə yaşayış evləri müxtəlif idi.
Çoxmərtəbəli və gözəl memarlıq quruluşuna malik olan evlər -hakim və varlı təbəqənin nümayəndələrinə məxsus olmuş, şəhərlərin əhəmiyyətli sahə-sində yerləşərək, şəhərlərin memarlıq simasının formalaşmasında əsas əlamətlərdən birinə çevrilmişdir.
Şəhərlərin təbii – landşaft xüsusiyyətlərindən asılı olaraq yaşayış evlərinin tikintisində müxtəlif inşaat materiallarından istifadə edilmiş və əhalinin gündəlik məişətindən doğan tələblər evlərin inşasında nəzərə alınmırdı. Orta əsrlərdə xalq memarları tikinti materiallarının təbiətini, bədii-estetik keyfiyyətlərini və xalqın məişət tərzini dərindən dərk edərək, qanunauyğun bir şəkildə yaşayış evlərinin memarlığının ardıcıl surətdə təkmilləşməsinə çalışmışlar (5, s. 47). Arxeoloji qazıntılar orta əsr yaşayış evlərinin səciyyəvi xüsusiyyətlərini, inşaat texnikasını, plan-kompozisiya və konstruktiv elementlərinin araşdırılmasına qismən imkan verir. Bunu Qəbələ, Beyləqan, Xaraba-Gilan, Dərbənd və s. şəhərlərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən yaşayış evlə¬rinin qalıqlarından müşahidə edirik (6, s. 43-44; 7, s. 47-50; 8, s.80; 9, s. 40-44; 10, s. 86-107). Ciddi dağıntılara məruz qalmasına baxmayaraq yaşayış evlə¬rinin bünövrə, döşəmə və divar qalıqları, quyular, təndirlər, ocaqlar və digər yardımçı tikililər onlar haqqında təsəvvürlərin genişləndirilməsinə köməklik edir. Arxeoloq R.M. Vahidov haqlı olaraq qeyd edir ki, yerli əhalinin məişəti haqqında tam və düzgün təsəvvür əldə etmək üçün yaşayış evləri digər abidələr ilə birlikdə, kompleks halında götürülərək qiymətləndirilməli, belə abidələr isə ocaq yerləri, təsərrüfat quyuları, təsərrüfat küpləri, təndirlər və əhalinin yaşayışının müxtəlif sahələrini əks etdirən başqa tapıntılardır (10, s. 22). Azərbaycanın tədqiq olunmuş orta əsr şəhərlərinin əksəriyyətində çoxlu belə tikili və qurğulara rast gəlinmişdir.
Qəbələ şəhərinin IX-XI əsrlərə aid mədəni təbəqəsi tədqiq olunarkən, yaşayış evləri ilə bağlı bəzi dəlillər əldə olunmuş, evlərin çay daşı və bişmiş kərpicdən palçıq Məhlulu ilə inşa olunması, yaşayış evlərinin bəzən ağac sütunlar üzərində tikilməsi, evlərin dam örtüyündə kirəmit və qırdan istifadə edil-məsi üzə çıxarılmışdır (12, s. 151; 13, s. 29-31; 14, s. 75-82).
Qəbələ şəhərinin XII-XIII əsrin əvvəllərinə aid olunan yaşayış evləri əsa-sən çox otaqlı olmuş, əksəriyyəti cənub-şərqdən şimal-şərqə doğru istiqamətlənmiş, çaydaşı və bişmiş kərpicdən düzbucaqlı və kvadrat biçimdə tikilmiş, otaqların sahəsi 30 m2-ə qədər olmuş, daxildən saman qatılmış palçıq və əhəng məhlulu ib suvanmış, divarlar müxtəlif rənglərlə şirələnmiş və onların bədii tərtibatında kaşılardan istifadə edilmiş, qapı və pəncərələrin yanlan, üstü yonma daşlardan düzəldilərək naxışlanmışdır (6, s. 44; 15, s. 93). Qəbələdə qazıntılar zamanı aşkar edilən yaşayış evləri kompleksində mətbəx, qonaq otağı, yataq otağı funksiyasını daşıyan otaqlarda qeydə alınmış və otaqların qızdırılmasında divarlarda,yaxud divara yaxın qurulmuş ocaqlardan istifadə edildiyini arxeoloji tədqiqatlar əhəmiyyətli dərəcədə sübuta yetirmişdir (13, s. 29; 6, s. 44; 15, s. 93). Etnoqrafik müşahidələrə görə, qış aylarında ailənin belə ocaqların başına yığışdığını söyləmək olar.
Beyləqan şəhərində 1953-1968-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində şəhərin müxtəlif qazıntı sahələrində IX-XIII əsrin əvvəllərinə aid çoxlu yaşayış evinin qalıqları üzə çıxarılmışdır. Arxeoloji tədqiqatlardan məlum olmuşdur ki, şəhərin IX-X əsrlərə aid evləri möhrə, çiy kərpic və az hallarda bişmiş kərpicdən tikilmiş, otaqların döşəməsi torpaqdan olmuş və şirələnmiş, görünür, vaxtı ilə həsir, xalça-palazla döşənmiş və onlar isə dövrümüzə gəlib çatmamışdır (7, s. 23). Yaşayış evlərini xarakterizə edən komplekslərdən zəngin məişət avadanlığı tapılmışdır. Məhz IX-X əsrlərdən başlayaraq Beyləqan şəhərində yaşayış evlərinin Şıx-lığına üzə çıxarılan çoxlu miqdarda quyular şahidlik edir və şəhərdə həyat intensiv xarakter alır (16,s.l0). Bu dövrə aid quyuların əksəriyyəti yaşayış evlərinə məxsus olmuş və şəhər əhalisi quyulardan məişət və təsərrüfat ehtiyaclarının ödənilməsində istifadə etmişdir.
Beyləqan şəhərinin XI-XIII əsrin əvvəllərinə aid yaşayış evləri, bilavasitə çiy və bişmiş kərpicdən inşa edilmiş, otaqların divarlarının daxildən suvarmasında kirəc məhlulundan istifadə olunmuş, evlərin dam örtüyü kirəmit, qarğı və qamışdan olmuşdur (7,s.48-49).Qazıntılar zamanı şəhərin yaşayış evlərinin qalıqlarında mətbəx ,qonaq otağı, yataq otağı, anbar, ayaqyolu və s. ehtimal olunan tikili qalıqları təmizlənmişdir.
Orta əsrlərin bütün Şərq şəhərləri kimi Azərbaycan şəhərlərinin də cəmiyyətin sinfi quruluşu, ictimai təbəqəbşməsini əks etdirməsi bir həqiqətdir (17,s.7).Beyləqan şəhərində ictimai təbəqəbşməni tədqiq olunan yaşayış evləri də sübut edir. Arxeoloji tədqiqatlardan məlum olmuşdur ki, varlılar, zəngin şəhərlilər başlıca olaraq şəhərin mərkəzindəki yaraşıqlı binalarda yaşamışlar (18,s.7) Şəhərin varlı təbəqəsinin yaşayış evlərinin memarlıq tərtibatına xüsusi fikir verilmiş, onların mürəkkəb kompozisiya-plan quruluşu olmuş, otaqların daxili sahmanına və həyətlərin quruluşlarına görə digər evlərdən fərqlənmişdi (19,s.l20). Tədqiqat işləri qismən olsa da, şəhərin yaşayış evlərinin səciyyəvi xüsusiyyətlərini izləməyə imkan vermişdir. Beyləqanın yaşayış evləri üçün daha bir xarakterik cəhət, həmin evlərdə yarımzirzəmili otaqların olması və qazıntılar zamanı belə otaqlardan zəngin məişət və təsərrüfat materiallarının tapılması idi (7,s.49). Çox güman ki, yarımzirzəmili otaqlardan anbar kimi istifadə edilmiş və yay vaxtı zəruri ərzaq məhsulları həmin otaqlarda saxlanılmışdır.
Təbii olaraq yaşayış evlərində yalnız fizoloji və məişət (yatmaq, dincəlmək, yemək və s.) prosesləri deyil, eyni zamanda bir sıra təsərrüfat və istehsalat prosesləri də icra olunduğunu onların planlaşması da təsdiqləyir (5,s.25). Beyləqan şəhərinin sənətkarlara məxsus evləri bu cür funksiya daşımışdır. Şəhərin yaşayış evləri içərisində kiçik həyətə malik olan evlər də böyük maraq doğurur. Arxeoloq Qara Əhmədovun yazdığına görə, bir ailəyə məxsus olan belə həyətlərdə yay vaxtı istirahət etmək, əl-üz yumaq, dəstəmaz almaq, çimmək, alqı-satqı etmək, sövdələşmə, məclis qurmaq və s. mümkün idi (7,s.48). Beyləqanın yaşayış evləri ilə bağlı kanalizasiya qurğuları diqqəti cəlb edir. Arxeoloji qazıntılar zamanı Beyləqanda Orta Asiyanın taşnau adlanan (20, s.109; 21, s. 61-65; 7,s. 48) kanalizasiya qurğularına oxşar kanalizasiya qurğuları tapılmışdır. Taşnau tipli qurğulardan istifadə edilməsi,evlərin sanitar-gigiyenik cəhətdən təmizliyinə riayət olunduğunu göstərir. Beyləqan şəhərinin yaşayış evlərinin daxili sahmanı ilə bağlı arxeoloji qazıntılar zamanı dolayısı olsa da, müəyyən məlumatlar əldə edilmişdir.Yaşayış kompleksinə daxil olan otaqlar xalça,xalı,palaz və həsirlə döşənmiş,divarlarda taxça və camxatanlar mövcud olmuş,buraya müxtəlif zəruri məişət avadanlığı yığılmış və otaqların qızdırılmasında ocaq,təndir və kürsülərdən istifadə edilmişdir.
Gəncə şəhərinin XI-XUI əsrbrə aid yaşayış evləri barəsində arxeoloji məlumat az olsa da vardır. Şəhərdə arxeoloji qazıntılar nəticəsində XI-XU əsrbrə aid edibn çoxotaqlı yaşayış evinin qalıqları üzə çıxarılmışdır. О çiy və bişmiş kərpicdən, saman qatılmış palçıqla tikilmiş, onun divarları daxildən palçıqla suvanmış, otaqlardan birində kəcdən divar üzlüyünə rast gəlinmişdir (22, s. 61-62). Otaqların təyinatı müəyyənləşdirilməsinə imkan verən maddi dəlilər əldə olunmamışdır. Gəncə şəhərində tez-tez baş verən zəlzələlər yaşayış evlərinin dağılması ilə nəticələndiyindən, onların qalıqları dövrümüzə gəlib çatmamışdır.
Bərdə şəhərinin IX-XIII əsrlərə aid yaşayış evlərinin memarlığında əsas tikinti materialı müxtəlif ölçülü bişmiş kərpic olmuş, evlərin bədii tərtibatında kaşılardan, dam örtüyündə yastı kirəmitlərdən istifadə edilmişdir (23, s. 72-74). Şəhərin yaşayış evlərinin daxili sahmanı haqqında çox cüzi məlumatlar vardır.
Qəbələ, Beyləqan və Gəncə şəhərlərinin yaşayış evlərinin inşasında oxşar cəhətlərdən biri, evlərin çay daşı və bişmiş kərpicin kombinasiyasından ibarət qarışıq hörgülərdən istifadə edilməsidir (24, s. 361). Qarışıq hörgülər yaşayış evlərinin divarlarında təkcə naxış elementləri olmamış, həm də hörgünün möhkəmliyinə xidmət etmişdir.
Bakıda, İçəri şəhərdə IX-XIII əsrlərə aid mədəni təbəqənin tədqiqi zamanı yaşayış evlərinin qalıqlarına, bünövrə izlərinə və yaşayış evləri ib bağlı müxtəlif məişət tikilililərinə rast gəlinmişdir.
1972-ci ildə Bakı şəhərinin şərq yamacında arxeoloji qazıntılar zamanı şəhərin aşağı mədəni təbəqəsində üzə çıxarılmış yaşayış evi düzbucaqlı planda inşa olunmuş, bütün divarları şərqdən qərbə doğru istiqamətlənmiş, bir neçə di-varda qapı və рəncərə yerləri, divarların bəzi yerlərində suvaq qalıqları aşkarlanmışdır (25, s. 123).
1976-cı ildə Bakı şəhərinin IX-XIII əsrlərə aid mədəni təbəqəsində apa¬rılan qazıntı işləri zamanı düzbucaqlı planda, bünövrəsi iri yonulmuş daşlardan inşa olunmuş, yaşayış evlərinin qalıqları üzə çıxarılmış evin divarları cənub-qərbdən şimal-qərbə doğru istiqamətlənmiş və ilk dəfə olaraq yaşayış evi ilə əlaqədar iri anbar tikilisi təmizlənmişdir (27, s. 41). Bu anbar tikilisindən məişət və təsərüfat məqsədi ilə istifadə olunduğunu ehtimal etmək olar. Bakı şəhərinin yaşayış evlərinin inşasında əsas tikinti materialı əhəngdaşı olmuş, bərkidici məhlul kimi əhəngdən, dam örtüyündə qırdan istifadə olunmuşdur (25, s. 121-123). Qazıntılar nəticəsində aşkar edilən evlərin memarlığında Şirvan-Abşeron memarlıq məktəbinə xas olan xüsusiyyətlər əksini tapmışdır. Orta əsrlərdə daşdan tikinti texnikasının inkişafı Abşeronda memarlıq formalarının zənginliyinə və orijinallığına mühüm təsir göstərmiş (26, s. 99), eyni zamanda Bakı şəhərinin yaşayış evlərinin memarlığında əsaslı dəyişikliklərə gətirib çıxarmışdır.
Azərbaycanın digər orta əsr şəhərlərindən fərqli olaraq Bakı şəhərinin yaşayış evləri üçün kərpic memarlığı və kirəmit örtüklər xarakterik olmamışdır (28,s . 20). Şəhərdə evlərin dam örtüyündə qırdan istifadə edilMəsi onların yastı konstruksiyaya malik olduğunu söyləməyə əsas verir.
Bakı şəhərinin IX-XIII əsrlərə aid yaşayış evlərinə məxsus ümumi cəhətlər, onların özüllərini bilavasitə qaya üzərində yerləşməsi, otaqların xeyli kiçik olması və düzbucaqlı planda az yonulmuş daşlardan tikilMəsidir (29, s.20).
Gəncə şəhərində olduğu kimi Şamaxı şəhərində zəlzələlərin tez-tez baş verməsi yaşayış evlərinə ciddi ziyan vurmuşdur. H.Ə.Ciddinin yazdığına görə, Şamaxı şəhərinin IX-XII əsrlərdə inşa olunmuş yaşayış evləri ərazinin seysmik xarakterinə və sonrakı əsrlərdə aparılan tikinti işləri nəticəsində güclü dağıntıya məruz qalmışdı.
1976-cı ildə Şamaxı şəhərinin IX-XII əsrlərə aid mədəni təbəqəsi tədqiq olunarkən çay daşından əhəng məhlulu ilə inşa olunan 5 otağın qalıqları üzə çıxarılmış, otaqlar kvadrat biçimli olmuş və onların heç birinin sahələri eyni olmamışdır (30, s. 45).
Tədqiqat işləri zamanı otaqların içindən məişət və təsərrüfat avadanlığı tapılmışdır. Bu da otaqların təyinatı ilə bağlı mülahizələrin irəli sürülməsinə şərait yaratmışdır. Bunula belə, VI qazıntı sahəsində və Gülüstan qalasında öyrənilən tikili qalıqları IX-XIII əsrlərə aid yaşayış evlərinin memarlıq-kompozisiya quruluşu-planlaşması haqqında müəyyən məlumat vermişdir (31, s. 48-49; 32, s. 11-12). Şamaxı şəhərinin yaşayış evlərinin inşasında başlıca tikinti materialı çay daşı olmuş və hörgü məhlulu kimi əhəngdən istifadə olunmuşdur. Gülüstan qalasında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən böyük saray kompleksinə daxil olan yaşayış evbri X-XIII əsrlər Şamaxısının memarlıq üslubunu və feodal sinfinin məişətinin öyrənilMəsi baxımından əhəmiyyətli olmuşdur (33, s. 378). Saray kompleksinin qalıqları şəhərin varlı təbəqəsinin yaşayış evlərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmiş və burada müxtəlif təyinatlı otaqlar qeydə alınmışdır.
1972-2004-cü illərdə Dərbənd şəhərində aparılan arxeoloji tədqiqat işləri nəticəsində şəhərin yaşayış evləri ilə bağlı çoxlu arxeoloji faktlar əldə
edilmişdir. Qazıntı işləri zamanı şəhər narınqalasının şimal-şərqində və cənub-şərqində IX-XI əsrlərə aid edilən imarət tipli evlərinin qalıqları üzə çıxarılmışdır (10, s. 70). Yaşayış evlərinin qalıqları şəhristanda da tədqiq edilmişdir. Ev-lor iri və orta ölçülü yonulmuş daşlardan, bişmiş kərpicdən düzbucaqlı, kvadrat planda tikilmiş və divarların istiqaməti şimaldan-cənubadır. Otaqların sahəsi
20-40 m-ə qədər iri tikililərdə 60 m təşkil edir (10, s. 70). Yaşayış evlərinin kompleksində müxtəlif təyinatlı otaqlar şəhər əhalisinin məişət tərzindən və təsərrüfat fəaliyyətindən irəli gəlmişdir. Arxeoloji tədqiqatlar evlərin dam örtüyündə kirəmit və qırdan istifadə edildiyini subuta yetirmişdir. Otaqların döşəmələri əsasən torpaqdan olmuş, bəzən əhənglə suvanmış və divarlarda suvaq izlərinə rast gəlinmişdir.
Dərbənd şəhərinin yaşayış evlərinin ən çox Bakı şəhəri ilə oxşar cəhətləri vardır. Охşаr cəhətlər əsasən, evlərin planlaşmasında və interyerində əksini tapmışdır.
Dərbəndin XI-XIII əsrlərə aid yaşayış tikililəri içərisində Narınqalada tədqiq edilmiş saray tikililərinin qalıqları böyük maraq doğurur. Saray qalıqlarının tədqiqi feodal oyanlarının məişəti haqqında təsəvvürlərin genişləndiril-Məsinə şərait yaratmışdır (34, s. 116; 10, s. 90-94). Saray tikililəri şəhərin digər yaşayış evlərindən memarlıq quruluşuna görə fərqlənirdi.
Dərbəndin şəhristanının aşağı rayonlarında, xüsusən, onun dənizsahili his-səsində kiçik sadə evlərə məxsus tikili qalıqlarının tapılması da ictimai təbəqələşməni sənədləşdirən dəlillərdir (10, s. 71). Burada şəhərin yoxsul təbəqəsinə məxsus tikili qalıqları məişət avadanlığının kasıblığı və tikinti texnikasının zəifliyi ilə seçilir. Bu cür yaşayış tikililərində ailənin yaşayış və təsərrüfat bölməsi olurdu.
Dərbəndin yaşayış evlərinin memarlığının digər səciyyəvi cəhəti yaşayış evlərinin ön qapı fasadının birbaşa küçəyə yox, məhəllənin daxilinə tərəf açılması idi. (35, s.51). Yəqin ki, bu hal təkcə Dərbənd şəhərinə deyil, Azərbaycanın orta əsr şəhərlərinin hamısına şamildir. On qapı fasadının birbaşa küçəyə açılmamasının başlıca səbəbi şəhər əhalisinin məişət tərzindən irəli gəlmiş, evlərdə qapalı mühitin yaranmasına xidmət etmişdir.
Şabran şəhərinin yaşayış evlərinin inşasında Şirvanın digər şəhərlərindən fərqli olaraq başlıca tikinti materialı bişmiş kərpic olmuş, evlərin bünövrəsi üçün çay daşı istifadə edilmişdir. Evlərin döşəməsi tərpaqdan olub, üzərinə suvaq-şirə çəkilmiş və dam örtüyü yastı konstruksiyaya malik olmuşdur (36, s.90-91). Şabran şəhərinin yaşayış evlərinin daxili sahmanı ilə bağlı faktiki materiallar olduqca azdır və onlar daha çox bünövrə qalıqları ilə təmsil olunmuşdur. Şabranın yaşayış evlərinin bədii tərtibatında şirli bəzək kərpiclərindən, kaşılardan istifadə edilmiş, onlar əhəng və kəс məhlulu ilə vurulmuşdur (36, s. 106-107). Görünür, belə bəzəklər şəhərin varlı təbəqəsinin yaşayış evləri üçün daha xarakterik idi. Arxeoloji qazıntılar nəticəsində Şabrandan aşkar edilən yaşayış evlərindən nisbətən yaxşı mühafizə olunanı V qazıntı sahəsinin XII əsr təbəqəsində tədqiq olunan evin qalıqlarıdır, kvadrat planda inşa edilən evin otaqlarından biri mühafizə olunmuş və onun şimal divarında 80 sm enində taxça açılmış və buradan məişətə aid müxtəlif əşyalar tapılmışdır (36, s. 91).
Adətən, taxçalar yaşayış evlərində məişətdə işlənən qabların yığılması üçün qurulurdu (5, s. 72). Taxçalar və camxatanlar otaqların daxili interyerində məişət ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulurdu.
Xaraba – Gilanda yaşayış evlərinin inşasında əsas tikinti materialı kimi daşdan, möhrədən, çiy və bişmiş kərpicdən istifadə edilmiş və otaqların bədii tərtibatında həndəsi, nəbati ornamentlər tətbiq olunmuşdur. Evlərin inşasında Naxçıvan memarlıq məktəbinə məxsus xüsusiyyətlər nəzərə çarpır. Bu memarlıq məktəbi yaşayış evlərinin memarlıq-planlaşdırma quruluşuna ciddi təsir göstərmişdir (5. s. 135). Şəhərin müxtəlif yerlərində aşkar edilən tikili qalıqlarında bunu izləmək mümkündür.
Arxeoloq B.İ. İbrahimov Xaraba-Gilanın şəhristan hissəsindəki yaşayış evlərinin bir-birinə bitişik tikildiyini və evlərin bu cür yerləşməsini Azərbaycan və Orta Asiya şəhərləri üçün xarakterik olduğunu qeyd etmişdir (9, s. 41). Xaraba- Gilanda aparılan arxeoloji tədqiqatlarda şəhərin yaşayış evlərinin bir çox əlamətlərini əks etdirən komplekslərdən biri daha çox maraq doğurur.
1977-78-ci illərdə şəhərdə tədqiqat işləri nəticəsində XII əsrin sonu -XIII əsrin əvvəllərinə aid edilən 8 otaqlı yaşayış evinin qalıqları üzə çıxarılmış, burada müxtəlif təyinatlı otlaqlar qeydə alınmış və yaşayış kompleksində qonaq otağı, yataq otağı və s. funksiyanı daşıyan otaqlar əsasən ikinci mərtəbədə yerləşmişdir (37, s.41-42; 9, s. 41-43). Aşkar edilən yaşayış evi şəhərdə iki Mərtəbəli, çox otaqlı evlərin tikildiyini sübuta yetirir.
Azərbaycanın orta əsr şəhərlərində aparılan arxeoloji qazıntılardan belə qənaətə gəlmək olur ki, IX-XIII əsrlərin əvvəllərinə aid yaşayış evləri çox və tək otaqlı olmuş, yaşayış kompleksində ümümi yaşayış otağı, qonaq otağı, yataq otağı, mətbəx, dəhliz, eyvan və digər yardımçı bölmələr mövcud olmuşdur. Yaşayış evlərinin memarlığında Aran, Abşeron, Şirvan, Naxçıvan və s. memarlıq məktəblərinə məxsus xarakterik xüsusiyyətlər əksini tapmışdır. Yaşayış kompleksində hər bir bölmənin özünəMəxsus təyinatı olmuş, onların daxili sahmanına, bədii tərtibatına və məişət avadanlığı ilə təchizinə fikir verilmişdir.
Etnoqrafik dəlillərə əsasən yaşayış kompleksində qonaq otağının bədii tərtibatına xüsusi diqqət yetirildiyini və onun üçün ayrıca otağın ayrıldığını söyləmək olar (38, s. 148). Adətən yaşayış kompleksində qonaq otağı rəsmi bölMə kimi fəaliyyət göstərmiş və səliqəliliyi ilə seçilmişdir. Eyni zamanda yaşayış komplekslərində islam dininin təsiri altında qadın və kişi bölmələrinin mövcudluğu danılmaz bir həqiqətdir. Qadınlara məxsus bölmədə qapalı mühit hökm sürmüş və evin digər bölmələrindən təcrid edilmişdir. Belə hallar şəhərin varlı təbəqəsinin yaşayış evlərində daha qabarıq nəzərə çarpmışdır. Hətta, tək otaqlı evlərdə belə qadın və kişi bölmələri mövcud olmuş və otaq iki hissəyə ayrılmışdır. Bu dövrün yaşayış evlərinin döşəmələri həsir, xalça, palazla örtülmüş, onların üzərinə döşəkcələr, mitəkkələr düzülmüş və bunlar isə bardaş qurub oturmağa, rahatlanmağa xidmət etmiş, caamxatanlara yataq dəsti yığılımış və taxçalara müxtəlif Məişət əşya-ları düzülmüşdür. Evlərin qızdırılmasında təndir, ocaq, kürsülərdən, işıqlandırılmasında şamdan, piydan, çıraqlardan geniş istifadə edilmişdir.
Ümumiyyətlə, yaşayış evlərində Azərbaycanın orta əsr şəhər məişətinin tipik xüsusiyyətləri əksini tapmışdır.
ƏDƏBİYYAT
1. Мипксвич H.B. О жилищах в городах Азербайджана в средние века// Итоги полевых археологических и этнографических исследований за 1972 год в Азербайджанской ССР. Тезисы. Баку, Элм, 1973.
2. Джавадова Э.Ю. Г.Б. Зардаби. О традиционном жилище азербайджанского народа//АЭИА (1980-1981 гг.). Баку, Элм, 1986.
3. Dostiyev Т. Azərbaycanın orta əsr şəhərləri. Azərbaycan arxeologiyası, 1999, № 1-2.
4. Бсленицкий A.M., Бентович И.Б., Большаков О.Г. Средневековый город Средней Азии. Ленинград, 1973
5. Salamzadə Ə.V., Sadıqzadə Ə.Ə., XVIII-XIX əsrlərdə Azərbaycanda yaşayış binaları. Bakı, 1961.
6. Babaycv İ.A., ƏhMədov Q.M. Qəbələ (tarixi-arxeoloji oçerk). Bakı, Elm, 1981.
7. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri (tarixi-arxeoloji tədqiqat). Bakı, 1979.
8. İbrahiMəv F. Bakı orta əsrlərdə. Azərbaycan arxeologiyası, 1999, № 3-4
9. Ибрагимов Б.И. Средневековый город Киран. Баку – Москва, 2000.
10. Кудрявцев А.А. Великий город на Каспии (Дербент в эпоху феодализма). Махачкала, 1982.
11. Vahidov R.M. Mingəçcvir III-VIII əsrlərdə. Bakı, 1961.
12. Qazıyev S.M. Qəbələdə aparılmış arxeoloji tədqiqat və qazıntıların ilk yekunları. AMM, VI cild, Bakı, 1965.
13. Qazıycv S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi. AMM, V cild, Bakı, 1964.
14. Исмизаде О.UI. О раскопках в Кабале на территории южной части городища в 1960 МКА, том V, Баку, 1964.
15. Ахмедов Г.М. Гала-центральная и самая многослойная часть городища Кабала// Azərbaycan arxeologiyası və etnoqrafiyası, Bakı, 2003, № 2.
16. Якобсон А.Л. Археологические исследования на городище Орен-Кала в 1957 г. // ТАЭ, МИА СССР, № 133. Москва-Ленинград, 1965.
17. Muradov V.N. Orta əsr Azərbaycan şəhərləri. Bakı, Maarif, 1983.
18. Ахмедов Г.М. Средневековый город Байлакан. Баку, Элм, 1986.
19. ƏhMədov Q. Qədim Beyləqan. Baku 1997.
20. Анарбаев А. Благоустройство средневекового города Средней Азии (V-начало XIII в.) Ташкент, 1981.
21. Якобсон А.Л., Раскопки на городище Орен-Кала в 1953-1955 гг. (раскоп I). ТАЕ, МИА СССР, том I, № 67, Москва-Ленинград, 1959
22. Джафарзаде И.М. Историко-археологический очерк старой Гянджи, (родина Низами). Баку, 1949.
23. Nuriyev А., Babayev Ə. Bərdo şohorinin tarixi-arxcoloci oçerki (antik və orta osrlor). Bakı, 2001.
24. Мамедзаде K.M. Из истории строительной техники Азербайджана. МКА, том VU, Баку, Элм, 1973.
25. Исмизаде О.Ш., Ибрагимов Ф.А., Фоменко В.П. Об археологических раскопках 1972 г. в Баку. Итоги полевых археологических и этнографических исследований за 1972 год в Азербайджанской ССР (тезисы). Баку. Элм, 1979
26. Quliyev Е. Abşcronun yaşayış cvlori vo tikinti Mədoniyyəti. Baki. Elm, 1984.
27. Ибрагимов Ф.А., Исмизаде О.UI., Минкевич-Мустафасва H.B., Фоменко ИИ., Ахмедов Р.Д. Археологические раскопки 1976 г. в Баку. АЭИА (1976 г.), Баку, Элм, 1979.
28. Ибрагимов Ф.А., Гусейнова СБ. Археологические исследования восточной части «Ичери шехер» города Баку в 1982 г. // АЭИА (1982 г.), Баку, Элм, 1987.
29. İbrahiMəv K.F. Bakı IX-XV osrlordo (tarixi-arxcoloji tədqiqat)// Tarix elmləri namizədi alimlik dərəcəsini almaq üçün təqdim olunmuş dissertasiyanın avloreferatı. Bakı, 2004.
30. Джидди Г.А. О результатах археологического исследования 1976 г. в средневековой Шемахе и ее окрестностях. АЭИА (1976), Баку, Элм, 1979.
31. Джидди Г.А. Средневековый город Шемаха IX-XVU в.в. (историко-археологическое исследование). Баку, Элм, 1981.
32. Джидди Г.А. Историко-археологический очерк крепости Полистан// Автореферат диссерт. канд. ист. наук, Баку, 1962.
33. Ciddi Н.Э. Şamaxı-Yəzidiyyə vo Gülüstan qalası. // AMM, VU cild. Bakı, 1973.
34. Кудрявцев А.А. Дербенту – 5000 лет. Москва, 1989.
35. Хан-Магомедов С. Дербент (Горная стена, Аулы Табасарана). Москва, 1958.
36. Dostiyev T. Şimal-şərqi Azərbaycan IX-XV əsrlərdə (Quba -Xaçmaz materialları əsasında tarixi-arxeoloji tədqiqat). Bakı, 2001.
37. Ибрагимов Б. Керимов В. Исследования городища Хараба-Гилан. АЭИА (1976г.) Баку, Элм, 1980.
38. Аббасов А.А. и др. Азербайджанцы (Историко-этнографический очерк). Баку, 1988.