THE HOLY CITY
«MÜQƏDDƏS ŞƏHƏR»
Tükəzban Göyüşova
(Azərbaycan МЕA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycanın böyük tarixi keçmişə malik yaşayış yerlərindən biri də qədim Mingəçevirdir. Mingəçevir tarixi abidələrlə zəngin olmaqla yanaşı, müqəddəs pirləri, ocaqları ilə də məşhurdur.
2004-cü ilin iyul ayında Mingəçevir şəhərində elmi ezamiyyətdə olduğumuz vaxtda diqqətimizi ərazidə geniş yayılmış ağac pirləri və ziyarətgahlar çəkdi. Mingəçevir kənd qəbiristanlığında «Şıx Abdal Baba» zirayətgahı və ziyarətgahdakı palıd ağacı, həmin qəbiristanlıqda sərdabə tipli qəbrin üstündə bitmiş Əncir ağacı, Mərkəzi şəhər xəstə-xanasının həyətindəki Armud ağacı piri, Mingəçevir kəndində «Veys Baba» ocağındakı «Qopan ağac» adı ilə tanınan palıd ağacı piri, Kürün sol sahilində «Yel baba» piri
və buradakı saqqız ağacı, Qarabağdan məlum müharibədən sonra Mingəçevirə köçmüş Seyid Məhəmməd ağanın ocağı Mingəçevir və ətraf rayon-ların əhalisi tərəfindən ən çox ziyarət edilən ocaqlardır.
Mingəçevir kənd qəbiristanlığında nəhəng bir palıd ağacı var. Bu ağac «Şıx Abdal Baba piri» adı ilə ərazidə və ətraf rayonlarda məşhurdur.
Ümumiyyətlə, Mingəçevir kənd qəbiristanlığı iki hissədən ibarətdir. Köhnə və yeni qəbiristanlıq. Yeni qəbiristanlıq 1950-ci illərdən etibarən salınmağa başlayıb. Kənd qəbiristanlığının tarixi isə daha qədimdir. Onu da qeyd etmək lazımdır ki, kənd qəbiristanlığında demək olar ki, bir dənə də olsun yazılı (epiqrafik) qəbir daşı yoxdur. Yeganə yazılı qəbir daşının təxminən 80-90 yaşı var. Qəbir daşı deyilənə görə Dərbənddən gələn usta tərəfindən düzəldilib. Bu kənddə Mərhuma baş daşı yapılmazmış, sadəcə qəbrin baş ucunda, «baş ağacı» deyilən taxta basdırılarmış. Mingəçevir kənd qəbiristanlığında az da olsa belə baş ağaclarına rast gəlinir. Müqəddəslərin baş ucunda isə müqəddəs hesab olunan və uzun ömürlü ağac əkərlərmiş. Bunun nəticəsidir ki, kənd qəbiristanlığı Şıx meşəni xatırladır.
Mingəçevir kəndində yaşayan ağsaqalların dediyinə görə, bu qoca palıdın altında «Şıx Abdal» deyilən müqəddəs övliya dəfn.olunub. Pirin keşiyini çəkən kənd ağsaqqalı Şövkət Hüseynovun bu pir haqqında dediklərinə görə Şıx Abdal Babagil 7 qardaş olublar. Onlardan 3-ü Mingəeçvir ərazisində məlumdur. Şıx Abdal Baba, Yel Baba və Veys Baba. Şövkət Hüseynovun bu pir haqqında söylədiyi bir rəvayətə görə, Şıx Abdal Baba bu yerlərdə qurban məqsədilə heyvan kəsir. Onun kəramətinə şübhə ilə yanaşan kəslər, - Baba indi elə et ki, bu qoyun yenidən dirilsin - deyirlər.«Şıx Abdal Baba» qurbanlıq qoyunun sümüklərini bir yerə yığır, kəraməti gücünə tanrı heyvana yenidən can verir.
Şıx Abdal baba piri əhali arasında niyyət və şəfaverici pir kimi tanınır. Piri ziyarətə gələn insanlar bu pirdə kor adamın gözünün açıldığını, ayaqları tutulmuş adamın öz ayaqları ilə buradan getmə-sini, ruhi və əsəb xəstələrini burada şəfa tapdığının şahidi olduqlarını söyləyirlər. Bu pirin torpağı el arasında «gecə yanığı» adlanan dəri xəstəliyini sağaldır - deyir Şövkət kişi. Qocaların dediyinə görə, bəzən gecələr hər üç ağacın başından bir birinə san işıq axır. Bunu isə müqəddəslərin ruhunun bir birinə qonaq get-Mingəçevir kənd qəbirstanlığı. Şıx. Abdal Baba piri. mƏSİ kimi İzah edirlər. Vaxtı
ilə yerli bir məmur qəbiristanlığı bağlamağı əmr edir. Bu da insanların piri ziyarət etməsinə mane olur. Kənd sakinləri söyləyirlər ki, həmin məmur sağalmaz bir xəstəliyə düçar olur. Həkimlər onu müalicə etməkdə aciz qalırlar. Pirin kəramətinə inanan el ağsaqqaları həmin adama qəbiristanlığı camaatın öhdəsinə verməyi və Şıx Abdal Baba pirində qurban kəsməyi məsləhət biliblər. Nəticədə həmin məmur tez bir zamanda sağalır. Şıx Abdal Babanın qəbri üstündə bitən palıd ağacının deyilənlərə görə, təxminən 800-900 yaşı var. Bir neçə dəfə ildırım vurmasına baxmayaraq ağac məhv olmamışdır.
• «Göyçək Fatma» nağılında da belə bir süjetə rast gəlmək olar. Qarı nənə Fatmaya kəsilən qara inəyin sümüklərini yığıb torbaya qoymağı məsləhət görür və Fatmanın inəyi yenidən dirilir. Bir çox ibtidai dinlərdə insanın və heyvanın sümüklərinin yenidən dirilməsinə böyük inam vardır. Saman inamına görə, sümüklərin insanın sonrakı həyatında böyük rolu var. Hətta azərbaycanlılar arasında adamın doğmalığını vurğulamaq üçün belə bir məsəl var: «Ətini yesə də, sümüyünü atmaz». Müqəddəs kitab olan «Quran» da, «Əl-qiyamə» surəsinin 3-cü ayəsində deyilir «Məgər insan elə güman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik» Bu da onu göstərir ki, sümük insanın və ya heyvanın sonrakı həyatını müəyyənləşdirir.
2003-cü ildə palıd ağacının lap yanında Şıx Abdal Babanın şərəfinə türbənin əsası qoyulub. 2004-cü i 1 in martında türbə istifadəyə verilib. Pirə verilən nəzirlərdən yerli bələdiyyə Mingəçevirdə yerləşən nevroloji sanatoriyaya, karlar cəmiyyətinə, həmçinin xəstə və kimsəsiz insanlara yardım məqsədilə istifadə edir. Mingəçevir əhalisi və ətraf rayonlardan, hətta Azərbaycanın digər bölgələrindəki hər gün yüzlərlə insan bu müqəddəs ocağı ziyarət edir, dərdlərinə şəfa diləyirlər.
Pirin lap yaxınlığında sərdabə tipli bir qəbrin üstündə Əncir ağacı bitib. Deyilənlərə görə, ağacı bir neçə dəfə qopart-salar da, o, yenidən bitib. Maraqlısı budur ki, Əncir ağacının Armud ağacı piri.
kökləri torpaqda deyil. Deyilənlərə görə, bu ağacın toxumlarını quş dimdiyində gətirib. Bütün bunların ilahi bir qüvvə ilə əlaqəsi olduğunu düşünən yerli əhali, bu fidan əncir ağacını müqəddəs sayır, ağacı ziyarət edir, niyyət edib ağacın budaqlarına, adətən parça qırıqları bağlayırlar. Mingəçevir kəndində Veys Baba piri adlanan daha bir müqəddəs ocaq var. Bu ocaqda «qopan ağac» adı ilə tanınan əzəmətli görünüşlü palıd ağacı var. Deyilənlərə görə, ağacın altında övliya dəfn olunub. Rəvayətə görə həmin övliya namaz qılarkən qeyb olurmuş. Kənd ağsaqqalı Hüseynov Fikrət Mahmud oğlunun dediyinə görə çox illər bundan öncə bu ağacın dibində ilanlar yatarmış və həmin ilanlar о nəsildən olmayan adamları, yəni ocağa gələn gəlinləri yaxın qoymazmış. Bu müqəddəs pirin də bir çox şəfa verici
xüsusiyyətləri var. Xüsusilə ağacın dibindəki torpaq tutiyə sayılır. Müalicə və şəfa üçün torpaqdan bir az götürüb az miqdarda su ilə qarışdırıb 3 qurtum içirlər. Qalanı isə yerə tökürlər. Torpaqdan aparmaq olmaz. Bu onu aparan və saxlayan adama ziyan gətirə bilər.
Abdal, Abid, Zühd - bu adlar Sufi sözü meydana gəlməmişdən əvvəl dərviş, tərkidünya həyat tərzi sürən insanlara verilən ləqəblərdir. Sufi təriqətinin qələndəriyyə qolunda «Baba» «Abdal» «Abib» Sufi şeyxlərinə müraciət formasıdır. Mingəçevir ərazisindəki hər üç pir «Şıx Abdal Baba» «Veys Baba» və «Yel Baba»da görünür təxminən XI-XII əsrlərdə Azərbaycanda yaşamış sufilərdir.
Mingəçevirlilərin ən çox sitayiş etdikləri ağac pirlərindən biri də Mərkəzi şəhər Xəstəxanasının həyətində yerləşən Armud ağacı piridir. Əldə etdiyimiz məlumatlara görə, ağacın yaşı təqribən 400 ilə yaxındır. Yerli sakinlər dəfələrlə ağacın dibinin közərməyini görüblər, hətta ağacın yandığını düşünüb onu söndürməyə çalışıblar. Lakin sonradan bunun qeyri adi qüvvə olduğuna inanıblar. 20 il bundan öncəyə qədər bura yaşayış yeri olub. Ağaca qulluq edən Mingəçevir şəhər xəstəxanasının işçisi Əliyeva Mehriban xanımın dediyinə görə, vaxtı ilə ağacın dibində ilanlar yatarmış. 1986-cı ildə armud ağacının yerləşdiyi həyətdəki evi sökən usta ağır xəsarət alır və dünyasını dəyişir. Armud ağacının çox möhtəşəm bir görünüşü var. Ağacın koğuşundakı yanıq izləri açıq-aydın görünür. Deyilənlərə görə armud ağacı dəfələrlə qışda çiçəkləyib.
Pir həm şəfa verici, həm do niyyət piri kimi tanınır. Mehriban xanımın dediyinə görə burada ən çox əsəb xəstələri və allah taala tərəfindən xüsusi vergi verilmiş insanlar şəfa tapir. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu piri qeyri millətlərin nümayəndələri də ziyarət edirlər. Vaxtı ilə bu ərazidə və ətraf rayonlarda yaşayan ruslar, ermənilər də buranı ziyarət ediblər. Mehriban xanımın dediyinə görə Azərbaycanlılarla yanaşı ermənilər buranı ziyarət edəndə burada xoruz və ya toyuq kəsər, başını orada qoyub xoruzu özləri ilə aparardılar. Yerli müsəlmanlar isə niyyətləri hasil olduqdan sonra burda qoyun qurbanı kəsirlər. Vaxtilə armud piri yerləşən ərazidə yaşayan Kifayət Tanrıverdiyevanın dediyinə görə, uşaq olarkən ağacın başından işıq saçdığını görüb. «Bu işıq ancaq körpələrin və nurani yaşlıların gözünə görünərmiş» deyir Kifayət xanım.
Azərbaycanlılar arasında belə bir el məsəli var. «Armuddan pir, sərv ağacından tir olmaz». Bu məsəlin armudun el arasında müqəddəs ağac kimi tanınmamasına, sərv ağacınınsa tikinti materialı kimi yararsız olduğuna işarədir.
Azərbaycanda geniş yayılmış meyvə ağacları alma, armud, ərik, şaftalı, gilas və s. ağaclar müqəddəs hesab olunmur və ya bu ağaclara səcdə edilmir. Lakin az da olsa bu növ ağac pirlərinə rast gəlmək olur. Buna misal olaraq Naxçıvanda Şərur rayonunun Cünnüt kəndindəki Armud ağacı pirini misal göstərmək olar.
Mingəçevir kino yaradıcılıq evinin ərazisində Kürün sol sahilində «Yel baba» adlı pir var. Pirin yanında bitmiş saqqız ağacı 1997-ci ildə kökündən qopub. Ərazidə məskunlaşan Ağdam r-nu Qalayçılar kəndinin sakinləri Adil Əhmədov və Kamran Namazovun dediklərinə görə bu nəhəng ağacın təxminən 600-700 ilə qədər yaşı varmış. Bu müqəddəs ağacın altında Yel Baba adlı övliya dəfn olunub. «Qaryan daş» adlanan daş da olub ağacın altında. Daş sonralar it-bata düşüb. Adil müəllimin dediyinə görə, 1995-ci ildə Mingəçevirə bərk yağış yağır, Ağacın böyük bir budağı qırılaraq içində xəstə qadın yatan taxta evə heç bir ziyan toxundurmadan tam əks istifadəmə düşür. Onlar bununla bir daha bu ağacın müqəddəs olmasına inanırlar. Ağacın kökündən qopmasına baxmayaraq hələ də yerli həm də qonşu ərazilərdə yaşayan insanlar oranı ziyarət edir. Ağac bitən torpaqdan tutiya kimi özləri ilə götürür. Onu ağrıyan yerlərinə sürtürlər. Bu piri ən çox yel revmatizma xəstəliyinə tutulan insanlar ziyarət edir. Onlar bir neçə gün dal-badal bura gəlib, ağrıyan yerlərini burda bitən başqa ağaca söykənməklə şəfa tapırlar. Məhv olan saqqız ağacının yerinə isə ərazidə yaşayan insanlar çinar əkiblər.
Bu gün nəinki mingəçevirlilərin hətta bütün Azərbaycanlıların ən çox ziyarət etdikləri müqəddəs ocaqlardan biri müqəddəs peyğəmbərimizin əs-habəsi İmam Zeynalabdinin (4-cü imam) nəslindən olan Qarabağın ən kəramətli seyidlərindən biri Seyid Lazım ağanın oğlu Seyid Məhəmməd ağadır. Tanrıya sidq ürəklə bağlılığı, bütöv imam, insanlara olan sevgisi və qayğısı, elmi və ziyası, sadəlik, yaxşılıq, mərhəmət, kövrəklik kimi insani duyğuları, nəfsin yoxluğu, dünyanın dərki kimi fəlsəfi fikirləri onu ilahi bir zirvəyə qaldırır. Seyid Məhəmməd ağa məlum Qarabağ müharibəsindən sonra 1993-cü ildə Ağdamın Şıx Abdal kəndindən Mingəçevirə köçməyə məcbur olub və о vaxtdan bu şəhərdə məskunlaşıb. Atası, bütün Azərbaycanın and yeri olan Seyid Lazım ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub və sonralar valideynləri ilə birlikdə Ağdama köçüblər. Seyid Lazım ağanın üç övladı var. Seyid Məhəmməd ağa, Seyidə Humay xanım və Seyidə Pəri xanım. Dini məktəb qurtarmasa da Seyid Lazım ağa Quranı əzbər bilir və çox mükəmməl Quran oxuyurdu. Gözəl İlahi səsə malik olub Seyid Lazım ağa. О avazla Quran oxuyar, bütün Ağdam ona qulaq asardı - deyir Seyid MəhəmMəd ağa.
Torpağa sıx bağlı olan Seyid Lazım ağa təsərrüfat işiylə, heyvan-darlıqla məşğul olarmış. Ağa çox az yeyər və sadə geyinərmiş. Başına qara gül dərisindən papaq qoyarmış. Mərhum prezidentimiz H.Əliyev 1970-ci illərdə şəxsən onu ziyarət edib. Kəramətli Seyid idi ağa. Hələ Ağdam işğal olunmamışdan ermənilər rayonu təp, qrad atəşinə tuturlar. Bu vaxt Seyid Lazım ağa rayonun mərkəzi küçələrinin birindən keçirmiş. Atılan qradlardan biri onun yanına düşür və bu vaxt möcüzə baş verir. Mərmi asfaltı yararaq torpağa girir və patlamır. Nəticədə onlarla adam, həmçinin ağa xilas olur. 1993-cü ildə Ağdam uğrunda qanlı döyüşlər gedən bir vaxtda bir türk jurnalisti əsgərlərlə bərabər mühasirəyə düşür. Aramsız yağan qrad atəşlərindən xilas olmağa çalışan əsgərlər «Ya allah» deyib Seyid Lazım ağanın cəddini köməyə çağırırlar. Atılan qradlar elə göydəcə istiqamətini dəyişir tam başqa bir yerə düşürlər.
Bu hadisənin şahidi həmin türk jurnalisti müharibədən sonra Seyid Lazım ağanın sorağı ilə onun Mingəçevirdəki evinə gəlib çıxır. Elə hadi-səni də ağanın yas Məclisinə yığışan camaata danışır. Seyid Lazım ağa 1994-cü ilin yanvar ayının 3-də Cümə günü 115 yaşında Mingəçevir şəhərində dünyasını dəyişib. Məzarı Ağdam r-n Çəmənli kəndindədir. Oğlu Seyid Məhəmməd ağanın söylədiyinə görə hər axşam azan saatlarında ata-sının ruhunu görür. Bu gün Seyid Lazım ağanın ruhunu özündə yaşadan Seyid Məhəmməd ağa böyük bir elin ağsaqqalıdır. Seyid Məhəmməd ağa 1931-ci ildə Ağdamda Sıx Abdal kəndində doğulub. 1950-ci ildə Ağdam Müəllimlər institutunda, 1960-cı ildə isə о vaxtkı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya-Coğrafiya fakültəsində təhsil alıb. Uzun illər Ağdamda kənd məktəbində müəllim işləyib. Hal-hazırda 49 saylı Ağdam qaçqın məktəbində coğrafiya fənnindən dərs deyir. 74 yaşlı nurani, ziyalı, sadə, əməksevər, təvəzükar, xeyirxah Seyid Məhəmməd ağa bütün qarabağlıların və eləcə də mingəçevirlilərin ümid, pənah yeridir. Hər gün onun ziyarətinə onlarla, yüzlərlə insan gəlir. Seyid Məhəmməd ağanın ocağına gətirilən nəzirlərə əlini çəkib yenidən о paraları camaatın özünə qaytarır, imkansız şəxslərə isə daha artıq köMək edir. Nəfsinin hakimi olan bu seyid kasıb və sadə bir evdə ailəsi ilə birgə yaşayır və buranı özünə müvəqqəti bir sığınacaq kimi görür. O, səbirsizliklə Qarabağa dönəcəyi günü gözləyir və bunun üçün tanrıya dualar edir, gənclər arasında vətənpərvərlik hissi və döyüş ruhu yaradır. Seyid Məhəmməd ağanın evi bu gün bütün təmiz niyyətli insanların üzünə açıqdır. Bu ocaqda insanlar şəfa tapır, imanları güclənir, dilək niyyətləri hasil olur. Allah eşqi - Quran səsi əksik olmayan bu evdən hər gün tanrı dərgahına saf niyyətlər, dualar yüksəlir.
İNFORMATORLARIN SİYAHISI
1. Şövkət Əhməd oğlu Hüseynov - 68 yaş. Mingəçevir kəndi.
2. Mehriban Hidayət qızı Əliyeva - 50 yaş. Mingəçevir şəhəri
3. Adil ƏhMədov - 66 yaş. Ağdam r-nu Qalayçılar kəndi
4. Kamran Namazov - 69 yaş. Ağdam r-nu Qalayçılar kəndi
5. Fikrət Mahmud oğlu Hüseynov – Mingəçevir kəndi
6. Kifayət Tanrıverdiyeva - Mingəçevir kəndi