THE FUNERAL RITES, CONNECTED WITH TH TOTEM OF THE DOG IN THE ARCHAEOLOGICAL MONUMENTS OF FRONT ASIA AND AZERBAIJAN

ÖN ASİYA VƏ AZƏRBAYCAN ABİDƏLƏRİNDƏ İTLƏ BAĞLI DƏFN ADƏTLƏRİ Vəli Baxşəliyev

(Azərbayjan MEA Naxçıvan bölməsi)
Ön Asiya və Azərbaycanın arxeoloji abidələrində aparılan araşdırmalar zamanı bəzi qəbir abidələrində itlə bağlı dəfnlərə rastlanmışdır. Şərqi Anadoluda Yoncatəpə nekropolunda it dəfnlərinə kütləvi şəkildə rastlaşması bu dəfn adətinin elmi izahına ehtiyac doğurmuşdur.
Azərbaycanın arxeoloji abidələrində itlə bağlı dəfn adətinin ən qədim nümunələrinə Naxçıvan şəhəri yaxınlığında yerləşən I Kültəpə yaşayış yerinin eneolit təbəqəsində rastlanmışdır (1, s. 46-49).
I Kültəpədə itlə bağlı dəfn adəti 17 m dərinlikdə yerləşən 41 №-li qəbirdə və 14,6 m dərinlikdə yerləşən 12 №-li qəbirdə aşkar olunmuşdur. Hər iki qəbir abidəsi qəbir avadanlığının olmaması ilə fərqlənir. Birinci qəbirdə iki insan kəlləsi, insan skeletinə aid qalıqlar və it skeleti aşkar olunmuşdur. İkinci qəbirdə isə pis saxlanmış insan skletinin qalıqları və it kəlləsinə rasllanmışdır. (1,8. 46-49) O.H.Həbibullayev bu dəfn adətini it kultu ilə bağlamışdır. Onun fikrinə görə Eneolit dövründə it yalnız insanların qorunması üçün deyil, təsərrüfatın mühafizəsində də müəyyən rol oynamış, ovda insana kömək etmiş, onun yaxın yoldaşı olmuşdur. İtin təsərrüfatda mühüm rol oynaması ona sitayişin meydana çıxmasına səbəb olmuşdur. İt bu dünyada olduğu kimi, о biri dünyada da insana kömək etməli idi (1, s. 244).
Sarıdərə nekropolunda 3 №-li qəbirdə aşkar olunan it skeletinin qalıqları Azərbaycan EA müxbir üzvü, mərhum D.V.Hacıyev tərəfindən tədqiq edilmiş və onun əhilləşdirilmiş it oldluğu müəyyən olunmuşdur. Sandərə abidələrinin tədqiqi bu abidələrin yarımköçəri həyat tərzi keçirən maldar tayfalara məxsus olduğunu göstərmişdir (3, s.65). İtlə bağlı dəfn adətinə Xocalı-Gədəbəy mədə-niyyəti, habelə Albaniya abidələrində də təsudüf edilib (8, s.24; 7,s.255-256; 11, s.45 və s.). Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika məmulatı üzərində, həmçinin, it rəsmləri təsvir edilmişdir (8, s. 24, 67). Gəmiqayada itin təklikdə, ya da digər heyvanlarla birlikdə təsvirinə rastlanmışdır (6, s. 32, 42, 46).
Şərqi Anadoluda bizim do iştirak etdiyimiz Yoncatəpə nekropolunun qazıntıları zamanı 4 №-li, 5 №-li və 6 №-li qəbirlərin girəcəyində bütöv it skeletlərinə rastlanmışdır (9, s. 154). Bu nekropolda tədqiq olunan 6 №-li qəbirdə isə 16 it skeletinə təsadüf olunmuşdur. Onlar başlıca olaraq qəbirin girəcəyində aşkar olunmuşdur. Tədqiqatçı E.Konyarın araşdırmalarına görə qəbirin girəcəyində hər in¬san skeletinin yanında bir it skeleti olmuşdur. Yoncatəpədə aşkar olunan it skeletlərinin İstanbul Universitetinin Tibb və Veterinar fakültəsinin Anatomiya bölməsində Altan Amurtak və Vedat Onar tərəfindən təyin edilməsi, onların qoyun iti olduğunu göstərmişdir (9, s. 154). O.Belli və E.Konyarın fikrinə görə itlə bağlı dəfnlər Urartu dövləti üçün xarakterik olmamışdır (9, s. 154-155). Tədqiqatçılar itin ovda istifadə olunması və yarımköçəri həyat tərzi ilə bağlı olaraq onların cəmiyyətdə müəyyən yer tutduğunu göstərmişdir (9, s. 155). O.Suleymanovun fikrinə görə, itlə bağlı inancların yaranması maldarlığın yaranmasından əvvələ, ovçuluq dövrünə aiddir. İtlərin iy və iz bilmə keyfiyyətləri onlara böyük önəm qazandırmışdır. Qədim ovçu tayfalar ovun axtarılması və tutulmasında böyük rolu olan itə sitayiş etmişlər (10, s. 265).
istər Ön Asiya abidələrindən, istərsə də Azərbaycan abidələrindən aşkar olunan dəfn adətləri bu adətin qədim ovçu-maldar tayfaların inancları ilə bağlı olduğunu göstərir. Araşdırıcılar itlə bağlı dəfnləri itin qoruyucu funksiyası ilə izah etmişdir. Araşdırmalar itlə bağlı dəfnlərin Albaniya tayfalarında da mövcud olunduğunu göstərir (7, s.255-256). Valeriy Flakk (I əsrin II yarısı) kaspi tayfalarında mövcud olan itlə bağlı dəfni itə hörmətlə izah etmişdir (Valeriy Flakk. «Arqonavtika», VI, 107 və i.a.). Belə hesab edirik ki, qəbirlərdə it skeletlərinə kütləvi şəkildə rast gəlinməsi, bu adətin müəyyən ritualla bağlı olduğunu və sakral anlam daşıdığını göstərir. Şübhəsiz ki, qədim insanların dini-mifoloji görüşlərinin formalaşmasında qədim ovçu-maldar tayfaların itin qoruyucu funksiyası ilə bağlı inancları da müəyyən rol oynamışdır. Bu baxımdan C.Ə.Xəlilovun araşdırmaları zamanı aşkar olunan bir incəsənət əsəri xüsusilə diqqətəlayiqdir. Bu əsərdə qabın yuxarısında iki insan və bir it başının fiquru vardır (7, s.253). C.Ə.Xəlilov şərti olaraq riton adlandırılan bu əşyanın ritual məqsədlə işlədildiyini söyləmişdir. Tədqiqatçı etnoqrafik materiallara əsaslanaraq həyətlərdə it kəlləsi asılmasının insanları bəd ruhlardan qorumaq anlamı ifadə etdiyini qeyd etmişdir.
Məlum olduğu kimi skit tayfa birliklərindən birinin rəhbəri İspaka adlanmışdır. İspaka sözünün midiya dilində «it» mənasını verən spako (sobaka) sözünə (Herodot. «Tarix», 1,110.) zahirən bənzədiyinə əsaslanan bəzi tədqiqatçılar skiflərin irandilli olduğunu qeyd etmişdir. Lakin O.Suleymenov iz.bak=is-pak=sıbak (sbaka) çevirilişinin mümkünlüyünü sübut etmiş və sobaka sözünün hind-iran dillərinə türk dilindən keçdiyini söyləmişdir (10, s.268). İtə sitayiş samitlərdə, Hind-Avropa xalqlarında, fin-uqorlarda qeydə alınmışdır. Lakin qədim köçəri türk tayfaları itə Tanrı kimi sitayiş etmiş, əsatirlərdə isə öz mənşələrini onunla bağlamışlar (10, s.265). O.Suleymanovun məlumatına görə, tobol tayfalarında ulu əcdad-əfsanəvi qəhrəman Ak-kobok (Ağ köpək) adlanmışdır. Ağ noqaylar da həmçinin Ak-koboku öz əcdadları hesab edirlər. Kobyak (köpək) adı türk tayfa-ları əsasında geniş yayılmış adlardan biri olmuşdur (10, s. 266). Avropada yayılan əfsanələrə görə Atilla itdən hamilə olan macar kralının qızından doğulmuşdur (10, s.267). O.Suleymenov genoloji əfsanələrə əsaslanaraq türk xalqlarının mənşəyinin itlə bağlandığını daha sonra isə bu obrazın canavarla (qurdla) əvəz edildiyini söyləmişdir (10, s.265) Mifoloji qaynaqlara görə it digər pəncəli heyvanlar kimi о biri dünyanın, ölümün təmsilçisidir. Mifologiyada ölümgətirici heyvanlar, həm də həyatvericidir. Mifoloji anlamda ölüm tamamilə məhv olmaq kimi deyil, həm də doğulmaq, həyatın davamı deməkdir. Mifologiyada itin, yaxud qurdun xilaskar rolunda, ulu əcdad kimi verilməsi insanların əski düşüncəsi ilə bağlı olmuşdur. Tayfa başçılarına it adı qoyulması onları bəd ruhlardan mühafizə etmək, onların yenilməzliyini təmin etmək məqsədi güdmüşdür. Başqırdlarda mövcud olan adətə görə qadının uşağı tez-tez öldükdə, uşağı anadan ayırıb it südü ilə bəsləyirdilər (5, s.304). Yaxud azərbaycanlılar uşağı qalmayan qadını və onun uşağını qurd dərisindən keçirirdilər (4, s. 108).
Yuxarıda qeyd etdiyimiz kimi it türk xalqlarında həm də tanrılaşdırılmışdır. Ölümgətirici heyvanların, о biri dünya təmsilçilərinin tanrılaşdırılması türk xalqlarının, о cümlədən azərbaycanlıların inanclarında geniş şəkildə qeydə alınmışdır. Boz qurd, Su Tanrısı və ilanla bağlı inanclar buna misal ola bilər. Strabon yazır ki, kaspilərdə meyit it tərəfindən yeyildikdə, ölmüş şəxsi müəyyən dərəcədə xoşbəxt hesab edirlər («Coğrafiya», XI kitab, XI fəsil, §8.) Həyətə, yaxud baxçaya it kəlləsi asılması məhsulun bəd nəzərdən, təbii fəlakətlərdən qorumaq məqsədi daşımışdır. Belə qoruyucu funksiya hami ruhlara, yaxud Tanrıya aid ola bilər. Belə hesab edirik ki, itlə bağlı dəfnlər qədim insanların mifoloji düşüncə tərzi ilə bağlı olmuşdur.
Azərbaycan xalq folklor nümunələri və etnoqrafik materiallar itlə bağlı dəfnlərin sakral anlamda olduğunu açıqca göstərir. Azərbaycanlılar arasında belə bir xalq deyimi vardır: «Sümüyümü it süntüyünə calama». Yaxud bir bədbəxt hadisə baş verdikdə «it nəfəsindən keçdik», deyilir. «Cırtdan»ın nağılında iki yol var: işıq gələn tərəf, it hürən tərəf. Əski inanclara görə it ulayanda bəla gələr (2, s.158). Bu nümunələrdə itin qaranlığı, ölümü təmsil etdiyi aydın şəkildə ifadə edilmişdir. Ancaq məsələnin daha da aydın olması üçün bir nümunəni də nəzər-dən keçirmək istəyirik. Əshabi-Kəhf əfsanəsində Dağ Yunusunu zülmündən qaçan insanlara çoban, çobana isə onun iti qoşulur. Çoban iti qaytara bilmir onun əvvəlcə bir qıçını, sonra isə ikinci qıçını qırır. Çoban itin yenə gəldiyini görüb onu öldürür və basdırır. Burdan istər istəməz bir sual çıxır. Əgər it çobanın yaxın yoldaşıdırsa çoban iti niyə öldürür? Bunu çobanın qəddarlığı ilə izah etmək olmaz. Mifoloji qaynaqlardan bəlli olduğu kimi о biri dünya təmsilçisinin öldürülməsi insanlara uğur gətirməli, onların həyatını təmin etməli idi. Ola bilsin ki, itin öldürülməsi о biri dünyada onların dirilməsini təmin etməsi idi, çünki onlar müəyyən müddət yatdıqdan sonra ayılırlar (2, s. 119). Əfsanəyə görə onlar 350-400 il yatır. Burada yuxu ölümün əvəzedicisidir. Deməli mağaradakılar о biri dünyaya gedib gəlirlər. İkinci dəfə qayıtdıqlarında isə sonsuzadək daşa çevrilirlər. İtlə bağlı dəfnlər, onların rəsmlərinin gil qablar üzərində çəkilməsi, yaxud qaya təsvirlərində yer alması, bu inancla bağlıdır. Bununla bağlı müəyyən ritualların keçirildiyini C.Ə.Xəlilovun tapıntısı sübut edir. Gəmiqaya təsvirlərinin birində itin arxası üstə çevrilmiş keçilərin əhatəsində verilməsi də bu inancla bağlı olmalıdır.

ƏDƏBİYYAT
1. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982
2. Azərbaycan mifoloji mətnləri. Bakı, 1988
3. Baxşəliyev V.B. Naxçıvanın erkən dəmir dövrü mədəniyyəti. Bakı, 2002
4. Baxşəliyev V.B. Gəmiqaya təsvirləri. Bakı, 2003
5. Фплененко С. Башкиры. Вестник Оренбургского округа, 1914, №8
6. Əliyev V.H. Gəmiqaya abidələri. Bakı, 1993
7. Xəlilov C.Ə. Maraqlı incəsənət abidəsi. – Azərbaycanın maddi modəniyyəti, 1973, VII cild, s.251-257
8. Гусейнова M.A. Керамика Восточного Закавказья эпохи поздней бронзы и ран¬него железа. Баку, 1989
9. Oktay Belli and Erkan Konyar. Excavations of Van Yondatepe Fortress and Necro¬polis (1997-1999). Istanbul University’s Contributions to Archaeology in Turkey (1932-2000), Istanbul, 2001
10. Сулейменов Олжас. Аз и Я. Алма-ата, 1975
11. Xolilov М.С. Sandıqtəpə qobir abidəsində tədqiqatlar. – Görkomli Azərbaycan arxeoloqu S.M.Qazıyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın materiallan. Bakı, 1994, s.45-47

Leave a comment

Your comment