RESEARCH OF MEDIEVAL ARCHAEOLOGICAL MONUMENTS OF AZERBAIJAN IN THE 50-80 TH OF THE XX CENTURY
XX ƏSRİN 50-80-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANIN ORTA ƏSR ABİDƏLƏRİNİN ARXEOLOJİ ÖYRƏNİLMƏSİ
Tarix Dostiyev
(Bakı Dövlət Universiteti)
XX əsrin 50-80-ci illəri Azərbaycanın orta əsr abidələrinin öyrənilməsində xüsusi bir Mərhələni təşkil edir. Bu dövr çöl tədqiqatlarının miqyasının genişlənməsi, ardıcıl və məqsədyönlü xarakter daşıması, əldə olunan faktik materialların tarixi mənbəyə çevrilməsi, orta əsr maddi Mədəniyyətinin ayrı-ayrı məsələlərinə dair çoxsaylı elmi məqalələrin, bir sıra ümumiləşdirici sanballı monoqrafik tədqiqat əsərlərinin yazılıb çap olunması ilə əlamətdar olur.
50-ci illərdə aparılmış çöl tədqiqatlarının səciyyəsinə Beyləqan qazıntıları ilə başlamaq məqsədəuyğundur. 1951 -ci ildə İ.M. Cəfərzadənin rəhbərliyi ilə Beyləqan şəhər xarabalıqlarında – Örənqalada arxeoloji qazıntı aparan ekspedisiyanın qarşıya qoyduğu məqsəd Böyük və Kiçik şəhərlərin qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdən ibarət olmuş, qazıntı nəticəsində Kiçik şəhərin Böyük şəhərdən sonra inşa edilməsi faktı təsdiqlənmişdir (1).
1953-cü ildə SSRİ EA Arxeologiya institutunun Leniqrad bölməsi ilə Azərbaycan SSR EA Tarix İnstitutunun birgə təşkil etdikləri Azərbaycan (Örənqala) ekspedisiyası görkəmli qafqazşünas arxeoloq A.A.İessenin rəhbərliyi ilə Beyləqan şəhərinin xarabalıqlarında çöl tədqiqatlarına başlamış, 1953-1958-ci illərdə Örənqalada dörd sahədə – Kiçik şəhərin ərazisində (I sahə), Böyük şəhərin şimal-şərq qala divarında (II sahə), şəhərin sənətkarlar Mərhələsində (III və IV sahələr) geniş miqyaslı qazıntılar aparılmışdır. 1953-1956-cı illərdə aparılmış çöl tədqiqatları öz əksini nəşr olunmuş hesabatlarda (2) və A.A.İessenin məlumatında (3) tapmışdır. 1956-1958-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələri haqqında A.A.İessenin məlumatları (4;5) və hesabatlar çap olunmuşdur (6).
Birgə Azərbaycan (Örənqala) ekspedisiyasının işlərini 1959-1968-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun Örənqala ekspedisiyasi Q.M.Əhmədovun rəhbərliyi ilə davam etdirmişdir. Ekspedisiya I və IV sahələrdə qazıntını genişləndirməklə yanaşı həm də Böyük şəhərin daxilində (V sahə) və onun şimal-qərb qala darvaza yerində (VI sahə) yeni sahələrdə qazıntılar aparmışdır. Qazıntılar haqqında Q.M.Əhmodov, F.Ə.İbrahimov və N.V.Minkeviç-Mustafayeva geniş hesabatlar yazmışlar, lakin həmin hesabatlar çap olunmamışdır (7, s. 13).
Bütövlükdə, Örənqala ekspedisiyasının qazıntıları Azərbaycan arxeologiyasında orta əsrlər arxeologiyasının ayrıca bir sahə kimi formalaşmasına imkan verdi. Həmin sahə üzrə ixtisaslaşmış aparıcı mütəxəssislər – Q.M.Əh-mədov, N.V. Minkeviç-Mustafayeva, F.Ə.İbrahimov, O.Ş.İsmizadə formalaşdı. Arxeoloji qazıntılar zamanı üzə çıxarılmış maddi mədəniyyət qalıqları, çoxsaylı faktiki materiallar Azərbaycanın orta əsr şəhəri haqqında təsəvvür-lori genişləndirdi və feodal şəhərinin öyrənilməsində arxeologiyanın perspektivliyini əyani nümayiş etdirdi.
60-80-ei illərdə orta əsr şəhərlərinin arxeoloji tədqiqinə diqqət daha da artırılır, şəhər yerlərində arxeoloji qazıntılar intensivləşir, çöl tədqiqatları sistemli və ardıcıl xarakter alır. Bakıda O.Ş.İsmizadənin, F.Ə.İbrahimovun, Şamaxıda H.Ə.Ciddinin, DorRmddə A.A.Kudryavtsevin, Çabranda R.B.Gö-yüşovun, Qəbələdə S.M.Qazıyevin, Q.M.Əhmədovun, F.V.Qədirovun, Q.C.Cəbiyevin, Xaraba-Gilanda Q.M.Aslanov və B.I.İbrahimovun, Gəncədə C.Ə.Xolilov və R.C.ƏhMədovun, Bərdədə A.B.Nuriyevin rəhbərliyi altında arxeoloji qazıntılar aparılır. 1969-cu ildon V.A.Kvaçidzenin rəhbərliyi ilə fəaliyyətə başlayan Sualtı arxeoloji ekspedisiya Xəzərsahili ərazidə I Bən-dovan, II Bəndovan kimi şəhərgahları aşkarlayıb bu abidələri tədqiq edir. Stasionar arxeoloji qazıntılar kəşfiyyat xarakterli axtarışlarla uzlaşdırılır. Nəticədə yazılı mənbələrdən adı bizə bəlli olmayan orta əsr şəhərlərinin xarabalıqları aşkarlanır, onların lokallaşdırılmasına dair mülahizələr irəli sürülür. Belə abidələrdən Kürdəmir rayonunda qeydə alınmış Şəhərgah yaşayış yeri (8, s.65-67), Dəvəçi rayonunda Dibrar şəhər yeri (9, s. 20-21) daha çox maraq doğurur.
Qəbələ, Şabran, Gəncə, Xaraba-Gilan şəhər xarabalıqlarından fərqli olaraq Şamaxı, Bakı, Dərbənd şəhəhələrində həyat fasiləsiz bu günədək davam etdiyindən bu abidələrdə aparılan arxeoloji qazıntıları müasir şəhər-salma ilə əlaqələndirmək lazım gəlirdi. Belə bir şəraitdə tamamilə düzgün olaraq şəhərin müxtəlif hissələrində qazıntılar aparmaqla ümumi mənzərəni və inkişaf dinamikasını müəyyənləşdirmək qərara alınmışdır. Şamaxı şəhərində səkkiz sahədə, Bakıda iyirmi beş, Dərbənddə isə ondan artıq sahədə arxeoloji qazıntılar aparılmışdır. I Bəndovan və II Bəndovan şəhər xarabalıq-larının arxeoloji tədqiqinin özəlliyi ondadır ki, bu abidələrdə sahilkənarı ərazidəki qazıntılar sualtı axtarışlarla əlaqəli şəkildə aparılırdı. Şabran şəhər xarabalıqlarında isə qazıntı sahələrinin seçiminə Məzdək-Qazıməmməd qaz boru kəmərinin inşaatı öz təsirini göstərmiş, kəmərin inşaatı ilə bağlı olaraq qazıntılar Şahnəzərli kəndi ilə Bakı-Xaçmaz şossesi arasında beş sahədə aparılmışdır.
Azərbaycanın orta əsr şəhərlərinin xarabalıqlarında və şəhər tipli yaşayış yerlərində aparılmış arxeoloji qazıntıların nəticələri haqqında ekspedisiya rəhbərləri, üzvləri mütəmadi olaraq respublika və ittifaq orqanlarında, xüsusilə də «Arxeoloji kəşflər» və «Azərbaycanda arxeoloji və etnoqrafik axtarışlar», «Azərbaycanın maddi mədəniyyəti» məcmuələrində məlumat vermişlər. Azərbaycanın maddi mədəniyyət məcmuəsinin bir cildi 1959-1960-ci illərdə Qəbələdə aparılmış qazıntıların nəticələrinə həsr olunmuşdur (10).
60-cı illərin sonu – 70-ci illərdə birtəbəqəli sən orta əsr şəhərgahlarında, о cümlədən Xarabaşəhər, Abbasabad, Şərifan abidələrində aparılmış arxeo¬loji qazıntılar XIII-XVII əsrlər Azərbaycan şəhərlərinin və şəhər mədəniyyətinin səciyyəsi baxımından əhəmiyyətli olmuşdur. Bu çöl tədqiqatları, eyni zamanda, Azərbaycanın sən orta əsr arxeologiyasının ayrıca bir sahə kimi formalaşmasına təkan vermişdir.
Şəmkir rayonunda, Kürün sağ sahilində arxeoloji qazıntılarla öyrənilmiş Muncuqlutəpə yerli əhəmiyyətə malik kiçik şəhərləri səciyyələndirmək baxımından böyük maraq doğurur. Burada Yenikənd HES inşaatı ilə əlaqədar 1985-1986-cı illərdə abidənin Narınqala hissəsində arxeoloji qazıntılar aparılmış, zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılmışdır (11; 12).
Toplanmış faktiki materiallar tədqiqatçılara yazılı mənbə məlumatını cəlb etməklə ümumiləşdirmələr aparmağa, şəhərlərin sosial-iqtisadi və mədəni inkişafının müxtəlif istiqamətlərini səciyyələndirən samballı monoqrafik tədqiqat əsərlərinin yazmasına imkan verdi. 1964-cü ildə Sara Aşurbəylinin Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuş kitabının nəşr olunması Şirvanın orta əsr şəhərlərinin öyrənilməsində mühüm bir hadisə oldu. Bu əsərdə yazılı mənbələrlə yanaşı İçəri şəhərdə aparılmış arxeoloji qazıntıların materiallarından da geniş istifadə olunmuşdur (13). 1979-cu ildə Qara Əhmədovun yazılı qaynaqların məlumatı cəlb olunmaqla arxeoloji qazıntılardan əldə olunmuş faktiki materialların təhlili əsasında yazdığı «Orta əsr Beyləqan şəhəri» adlı monoqrafiyası işıq üzü gördü və bu samballı tədqiqat əsəri orta əsr Azərbaycan şəhərinin öyrənilməsində arxeologiyanın əhəmiyyətini əyani nümayiş etdirirdi.
80-ci illərin əvvəlləri Şirvanın orta əsr şəhərlərinə həsr olunmuş bir nе¬сə monoqrafiyanın çap olunması ilə əlamətdar oldu. Şirvanın paytaxt şəhəri Şamaxıda 1979-cu ilədək aparılan arxeoloji qazıntıların nəticələri H.Ə.Ciddinin 1981-ci ildə nəşr olunmuş monoqrafiyasında ümumiləşdirilərək yazılı qaynaqları cəlb etməklə təhlil olunur, şəhərin, bütövlükdə isə şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi və mədəni inkişafına dair mühüm nəticələr irəli sürülür (14). Elə həmin ildə İ.A.Babayev və Q.M.Əhmədovun Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr etdikləri kitab işıq üzü görür (15). Dərbənddə aparılmış arxeoloji qazıntıların yekunu olaraq A.A.Kudryavtsevin 1982-ci ildə iki monoqrafiyası nəşr olunur. Moskvada çap olunan monoqrafiyada Dərbəndin qədim dövrdən başlamış ta X əsrə qədər ki tarix və mədəniyyətinin Məsələləri araşdırılır (16). Maxaçkalada çap olunmuş monoqrafiyada isə şəhərin əsasən islam dövrü, monqol işğalına qədərki dövrü öz əksini tapmışdır (17).
A.A.Kudryavtsevin Dərbənd limanı, Dərbəndin ticarət əlaqələri üzrə apardığı tədqiqatlar da uğurlu olmuşdur. O, sualtı arxeoloji tədqiqatlarla bu limanın X əsrdə Xəzər dənizinin ən böyük limanı olduğunu, həmin çağda şəhərin beynəlxalq ticarətdə vasitəçi rol oynadığını sübuta yetirmişdir.
Yuxarıda qeyd olunan bu və digər tədqiqatlar Azərbaycanın orta əsr şəhərləri haqqında təsəvvürləri xeyli genişləndirdi. Şəhərlərin topoqrafiyası, plan quruluşuna aydınlıq gətirildi, şəhər tikililərinin xarakteri müəyyənləşdirildi, onların kifayət qədər abad olduğu, küçə və meydanların, həyətlərin döşəndiyi, mükəmməl su təchizatı sisteminin, sanitariya-gigiyena qurğularının mövcudluğu təsdiqləndi. Bəlli oldu ki, şəhərlərin iqtisadi əsasını sənətkarlıq və ticarət təşkil etmiş, sənət daxili ixtisaslaşma kifayət qədər dərinləşmişdir. Şəhərlər ölkənin başlıca mədəni-dini mərkəzləri olmuşlar.
Nəzərdən keçirilən illərdə Azərbaycanın orta əsr qəsr və qalalarının öyrənilməsində də əməli işlər görülür, Gülüstan qalasında, Bayıl qəsrində qazıntılar aparılır, Qəbələ bölgəsinin istehkam tikililəri tədqiqata cəlb olu¬nur, Əlincəqalada, Cənubi Azərbaycanın bir sıra qəsr və qalalarında kəşfiyyat xarakterli ilkin tədqiqat işləri görülür. Geniş arxeoloji qazıntılar Gülüstan qalasında aparılır. Xınıslı arxeoloji ekspedisiyasının C.Ə.Xəlilovun rəhbərliyi, H.Ə.Ciddinin fəal iştirakı ilə 1958-ci ildən Gülüstan qalasında başladığı arxeoloji qazıntılar 1961-ci ilə qədər ardıcıl davam etdirilir. Şirvanşahlar dövlətinin müdafiə sistemində mühüm rol oynamış bu qalanın memarlığı və tarixi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirən xeyli faktiki materiallar əl-də olunur. Qazıntıların gedişatı və nəticələri haqqında H.Ə.Ciddi məqalələr yazır, qalanın tarixi-arxeoloji tədqiqinə həsr olunmuş dissertasiyanı uğurla müdafiə edir, bir qədər sonra onu monoqrafiya şəklində çap etdirir*(18).
Şirvanın maraqlı abidələrindən hesab olunan Bayıl qəsrində 1962- və 1969-cu illərdə O.Ş.İsmizadə arxeoloji tədqiqatlar aparır, qazıntıların nəticələri haqqında ittifaq və respublika elmi orqanlarında məqalələr çap etdirir, onun Qız qalası ilə əlaqəli olduğunu qeyd etməklə Bakı şəhərini dənizdən müdafıə etmək üçün tikildiyini bildirir. Müəllif eyni zamanda bu arxeoloji kompleksin vaxtilə kömrükxana kimi istifadə olunması ehtimalını da istisna etmir(19;20).
60-70-ci illərdə Qəbələ bölgəsinin istehkam tikililərinin – qüllə, qəsr və qalalarının tədqiqi sahəsində xeyli işlər görülür, arxeoloji tədqiqatların nəticələri F.V.Qədirovun monoqrafiyasında ümumiləşdirilir (21).
Keçən əsrin 80-ci illərində Azərbaycan arxeologiyasının mühüm nailiyyətlərindən biri orta əsr məskənlərinin əksəriyyətini təşkil edən kənd tipli yaşayış yerlərinin genişsaholi arxeoloji qazıntılarla öyrənilməsinə başlanılmasıdır. 80-ci illərə qədər bu qəbildən olan abidələrdə, Dorozarat və Qara-təpə yaşayış yerləri istisna olmaqla, əsasən kəşfiyyat xarakterli ilkin çöl tədqiqatları aparılmışdır. 1983-1989-cu illərdə Quba-Xaçmaz arxeoloji ekspedisiyası Xaçmaz rayonunda, Ağçayın sahilində Sərkərtəpə yaşayış yerində və Quba şəhərinin kənarında Sandıqtəpə yaşayış. yerlərində geniş arxeoloji qazıntılar aparır. İlk dəfə olaraq Azərbaycanın orta əsr kəndinin həyat mənzərəsini təsəvvür etməyə imkan verən faktiki materiallar üzə çıxarılır (22).
Azərbaycanın orta əsr abidələrinin öyrənilməsində «Аzərbaycan ar¬xeoloji abidələrinin külliyyatı» ekspedisiyasının fəaliyyəti Məhsuldar olmusdur. C.Ə.Xəlilovun rəhbərlik etdiyi ekspedisiya 1976-1980-cı illərdə Şimal-Şərqi Azərbaycanda digər dövrlərlə yanaşı orta əsrlərə aid 30-dan artıq abidə səhərgah, qala qalıqları, kənd tipli yaşayış yerləri qeydə almış, onların ölçülərini müəyyənləşdirmiş, topoplarını və fotosunu çəkmiş, stratiqrafik xarakterli yoxlama qazıntı işləri görmüş, abidələrin təsvirini vermiş, xronoloji çərçivəsini təyin etmiş, abidələrin xəritəsini tərtib etmişdir. Aparılan tədqiqatlar barədə mütəmadi olaraq respublika və ittifaq elmi orqanlarında məlumatlar çap olunmuşdur. Bir qədər sonra, 1991-ci ildə isə ekspedisiyanın tədqiq etdiyi abidələrin külliyyatı nəşr edilmişdir (23).
Q.O.Qoşqarlının rəhbərlik etdiyi etdiyi «Talış-Muğan» arxeoloji ekspedisiyası isə 1985- 1990-cı illərdə Azərbaycan Respublikasının cənub-şərq bölgəsində eyni tədqiqat işlərini aparaq müxtəlif dövrlərə, о cümlədən orta əsrlərə aid onlarla abidəni qeydə alaraq onlarda ilkin çöl tədqiqatlarını aparmış, bölgənin arxeoloji xəritəsini tərtib etmişdir.
Cənubi Azərbaycanın orta əsr abidələrinin aşkarlanıb xəritələşdirilməsində 1968-1978-ci illərdə İranda fəaliyyət göstərmiş Alman arxeoloji ekspedisiyasının axtarış və tədqiqatları Məhsuldar olmuşdur. V.Klaysın Şərqi və Qərbi Azərbaycan əyalətlərində apardığı çöl tədqiqatlarının hesabatları ardıcıl olaraq çap olunmuşdur (24; 25; 26). Bunu da qeyd edək ki, XX əsrin üçüncü rübündə Cənubi Azərbaycanın Təxti Süleyman abidəsində alman ar¬xeoloji ekspedisiyasının apardığı qazıntılar orta əsr şəhərlərinin öyrənilməsi nöqteyi-nəzərindən də əhəmiyyətli olmuşdur.
Azərbaycanın orta əsr abidələrinin təbliği nöqteyi-nəzərindən 1985-1986-cı illərdə Azərbaycanın maddi Mədəniyyəti seriyası ilə ayrı-ayrı abidələrə həsr olunmuş kitabçaların nəşr olunmasını də əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar.
50-80-ci illərdə Azərbaycanın orta əsr arxeologiyasının mühüm uğurlarından biri sənətkarlığın müxtəlif sahələrinə dair zəngin faktiki materialların toplanması və ayrı-ayrı sənət sahələrinin tədqiqinə başlanması, bu problem üzrə ilk ümumiləşdirici əsərlərin yazılmasıdır. Bu mənada N.V.Minkeviç-Mustafayevanın orta əsr Beyləqan şəhərinin sənətkarlığına həsr olunmuş çoxsaylı məqalələri əhəmiyyətli olmuş, arxeoloji qazıntıların işığında sənət-kar məhəllələrinin səciyyəsi, buradakı emalatxanaların xüsusiyyətləri, ayrı-ayrı sənət sahələrinin durumu və inkişaf dinamikası, sənət istehsalının orta əsr şəhərinin iqtisadiyyatında tutuduğu yer və s. məsələlər araşdırılmışdır. Q.M.Əhmədov Beyləqan materialları əsasında Azərbaycanın orta əsr dulusçuluq sənətinin bir sahəsini, şirsiz saxsı məmulat istehsalmı tədqiqat obyekti seçmiş, bu sahədə mövcud olmuş istehsal prosesini təsvir etmiş, ilk dəfə olaraq IX-XIII əsrlərin saxsı məmulatının geniş tipoloji təsnifatı vermişdir (27). Qeyd edək ki, saxsı Məmulatı arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi material olduğundan, çeşidli saxsı Məmulatının əhalinin məişətində mühüm yer tutduğundan dulusçuluğun ayrı-ayrı Məsələlərinin araşdırılmasına daha çox diqqət velirilmiş, çoxsaylı məqalə və ümumiləşdirici monoqrafiyalar yazılmışdır (28; 29).
Bu illərdə metalişləmə sənəti ilə bağlı ayrı-ayrı məqalələr və ilk ümumiləşdirici monoqrafiya işıq üzü görür (30). Metalişləmə sənətində tətbiq olunan istehsal texnologiyasının öyrənilməsində təbiət və dəqiq elmlərin imkanlarından istifadə olunur. Əlvan metalların spektral analizləri, qara metalın metalloqrafik analizləri istehsal texnologiyasının bir çox tərəflərinə aydınlıq gətirdi. Bu sahədə İ.R.Sulimxanov və onun ardıcılları M.N.RohiMəva, Ə.Həsənovanın tədqiqatları əhəmiyyətli olmuşdur.
XX əsrin sən qərinəsində şüşə istehsalının öyrənilməsində mühüm irəliləyişlər qeydə alınır. Kimyəvi və miqdarı spektral analizlərin tətbiqi ilə Beyləqan, Qəbələ, Şabran kimi şəhərlərdə istehsal olunan şüşənin tərkibi, onun səciyyəvi xüsusiyyətləri üzə çıxarılır. ayrıса bir şəhərin, Şabran şəhərinin şüşə istehsalı tədqiqat obyckti seçjlorok həmin monoqrafik tədqiqat işi elmlər namizədə dissertasiyası kimi müdafiə olunur (31).
50-80-ci illərdə respublika ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan tikili qalıqları orta əsr Azərbaycan memarlığının öyrənilməsi üçün mühüm Mənbə olmuş, arxeoloji materiallar əsasında yazılmış, qədim və orta əsr memarlığına həsr olunmuş tədqiqat əsərləri işıq üzü görmüşdür. Bu qəbildən olan əsərlər arasında K.M.Məmmədzadənin uzun illər ərzində apardığı tədqiqatları ümumiləşdirən sanballı monoqrafiyası diqqətəlayiqdir (32).
Orta əsr arxeologiyasının tədqiq etdiyi məsələlər arasında ticarət yolları və ticarət əlaqələrinin öyrənilməsi də özünəMəxsus yer tutur. Bu məsələyə ayrı-ayrı məqalələr həsr olunmuş, monoqrafiyalarda ayrıcı paraqraf və ya bənd ayrılmışdır.
50-80-ci illərdə Azərbaycanın orta əsr abidələrinin arxeoloji qazıntılarından xeyli sikkə tapıntıları və dəfinələr əldə edilmiş, onlar Y.A.Paxomov, A.V.RəhiMəv, Ə.M.Rəcəbli, M.Ə.Seyfəddini, L.Əziməva tərəfindən öyrənilmiş, sikkə zərbi və pul dövriyyəsi üzrə aparılan tədqiqatlar intensivləşmiş, bu istiqamətdə çoxsaylı məqalələr, bir neçə monoqrafiya nəşr olunmuşdur. Müəyyən edilmişdir ki, IX-XIII əsrin əvvəllərində Azərbaycanda yerli şəhərlərdə və Xilafətin başqa şəhərlərində zərb olunmuş Abbasi pulları, Azərbaycan feodal hökmdarlarının – Sacilərin, Şəddadilərin, Sirvanşahların, El-dənizlərin, Dərbənd məliklərinin pulları dövriyyədə olmuşdur. Böyük Səlcuq sultanlarının, Kiçik Asiya səlcuq hökmdarlarının, Bizans imperatorlarının, gürcü çarlarının zərb etdirdikləri və digər pullara da rast gəlinir. XIII-XVII əsrlərdə Azərbaycanda Hülakilərin, Cəlairilərin, Teymurilərin, Qara-qoyunlu və Ağqoyunlu hökmdarlarının dirhəm və təngələri, XVI-XVII əsrlərdə isə Səfəvilərin zərb etdikləri şahı, əşrəfi, məhəmmədi, Abbasiləri dövriyyədə hakim olmuşdur.
Orta əsrlərə aid epiqrafik əsasən ictimai və dini binalarda, məzar daş-larında, mədəni-məişət əşyaları üzərində rast gəlinir. Arxeoloji qazıntılar aparılan şəhər xarabalıqlarının əksəriyyətində epiqrafik abidələr üzə çıxarılmışdır. Azərbaycanın arxeoloji epiqrafikası M.S.Nemətəva, A.M.Rəhiməv, S.Kərimzadə, L.T.Gözəlyan tərəfindən tədqiq edilmişdir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, XX əsrin 50-80-ci illərində Azərbaycanın orta əsr şəhər və qalalarının, kənd tipli yaşayış yerlərinin arxeoloji öyrənilməsində kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycanın orta əsrlər arxeologiyası ayrıca bir istiqamət kimi formalaşmışdır.
ƏDƏBİYYAT:
1. Джафарзаде И.М. Археологические раскопки городища Оренгала в 1951 г. // Труды Института истории и философии АН Азерб.ССР. T.IV. Баку, 1954.
2. Материалы и исследования по археологии СССР. №67. Москва, 1959.
3. Иессен А.А. Работы Азербайджанской экспедиции в 1953 году. // КСИИМК, 1957, вып.69.
4. Иессен А.А. Азербайджанская экспедиция в 1956 году. // КСИИМК, 1959, вып. 73.
5. Иессен А.А. Работы Азербайджанской экспедиции в 1957 г. // КСИИМК, 1960, вып. 78.
6. Материалы и исследования по археологии СССР. №133. Москва, 1965.
7. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979.
8. Османов Ф.Л., Ибрагимов Ф.А., Гусейнова СБ., Алыджанов М.С. Средневековое городище «Шехергях» на территории Кюрдамирского района. // Известия АН Азерб. ССР, сер. ИФП, 1984, №2.
9. Агаев Г.Д. Некоторые данные о средневековом городище «Дибрар». // Материалы научной сессии по итогам научно-исследовательских работ. Баку, 1974.
10. Azərbaycanın maddi mədəniyyəti. V cild. Bakı, 1964.
11. Алиев А.А. Исследование городища Мунджуглутепе. // AO 1985 г. Москва, 1987.
12. Алиев А.А., Асадов В.А., Аббасова Ф. Работы Еникендской экспедиции. // АО 1988 г. Москва, 1988.
13. Ашурбейли СБ. Очерки истории средневекового Баку. Баку, 1964.
14. Джидди Г.А. Средневековый город Шемаха IX-XVU вв. Баку, 1981.
15. Babayev I.A., Əhmədov Q.M. Qəbələ. Bakı, 1981.
16. Кудрявцев А.А. Древний Дербент. Москва, 1982.
17. Кудрявцев А.А. Великий город на Каспии. Дербенд в эпоху феодализма. Махачкала, 1982.
18. Ciddi Н.Э. Gülüstan qalası. Bakı, 1967.
19. Исмизаде О.Ш. Крепостные сооружение в Бакинской бухте. // Советская археология, 1966, №1.
20. Исмизаде О.Ш. Археологические раскопки 1969 года в Баил-гесри (Баиловский замок). // Известия АН Азерб. ССР, 1971№ 2.
21. Qədirov F.V. Azərbaycanın şimal müdafıə istehkamları. Bakı, 1984.
22. Достиев T.M. Средневековые археологические памятники Северо-Восточного Азербайджана (IX – середина XUI века). Баку, 1999.
23. Халилов Дж.А., Кошкарлы К.О., Аразова Р.Б. Археологические памятники Северо-Восточного Азербайджана. Баку, 1991.
24. Kleiss W. Bericht uber Erkundungsfahrten in Nordwest Iran. // AMI, Bd. 2. Berlin, 1969.
25. Kleiss W. Bericht uber Erkundungsfahrten in Iran im Jahre 1970. // AMI, Bd. 4. Berlin, 1971.
26. Kleiss W. Bericht uber Erkundungsfahrten in Iran im Jahre 1971. // AMI, Bd. 4. Berlin, 1972.
27. Əhmədov Q.M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959.
28. Исмизаде О.Ш., Ибрагимов Ф.А. Художественная штампованная керамика средневекового Баку. Баку, 1983.
29. Наджафова Н.Н. Художественная керамика Азербайджана XU-XV вв. Баку, 1964.
30. tbrahiMəv A.Ə. Azərbaycanın orta əsr şəhərlərində metalişləmə sənəti. Bakı, 1988.
31. Гаджиев Г.А. Стеклянные изделия Шабрана (XI-XUI вв.). Автореф. дисс. канд. ист. наук. Кемерово, 1990.
32. Мамедзаде К.М. Строительное исскуство Азербайджана. Баку, 1983.