POTTERY OF SEYIDLER SETTLEMENT
SEYİDLƏR YAŞAYIŞ YERİNİN BİR QRUP SAXSI MƏMULATI
Yaqil Danyalov
(Azərbaycan МЕЛ Arxeologiya və Etnoqrafiya İnstitutи)
Seyidlər yaşayış yeri Samux rayonunun eyni adlı kəndindən 2 km şimalda, Quşqara çayı sahilində yerləşir. Abidənin ərazisindən uzun müddət əkin sahəsi kimi istifadə olunmuşdur. Nəticədə mikrorelyef pozulmuş və abidə ilkin formasını itirmişdir.
Burada Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi ilə bağlı olaraq abidənin dağılmaq təhlükəsini nəzərə alaraq kəmərin dəhlizinə düşən hissədə arxeoloji qazıntılar aparılmış, külli miqdarda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanmışdır.
Arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi mədəniyyət nümunələri arasında saxsı məmulatı üstünlük təşkil edir. Onlardan bir qrupu keyfiyyətli bişirilməsi və incə bədii tərtibatı ilə diqqəti cəlb edir.
Həmin saxsı məmulatı küpə və bardaq qırıqları ilə təmsil olunmuşdur. Onların səciyyəvi cəhəti təmiz, yaxşı yoğrulmuş gildən hazırlanması, sabit temperatur rejimində bişirilməsi, saxsının boz və çəhrayı rəngdə olmasıdır. Onların üzəri ağ pasta ilə bəzədilmişdir.
Bardaqlar əsasən gövdə və boğaz hissələri ilə təmsil olunmuşdur. Nazik divarlı ağzı qıf formasında xaricə açılan, alçaq boğazı olan bardağın fraqmentində bayır tərəfdən boğaz hissə paralel ağ pasta ilə 3 paralel zolaqlar ilə bəzədilmişdir. Bardaq sındığından həmin dekorunun çiyin hissədə davam edib – etməməsini söyləmək çətindir. Fraqment əsasında bardağın boğazının diametrinin 6,8 sm olduğunu söyləmək olar.
Ağzı qıf formasında bayıra açılan alçaq boğazı maili çiyinə keçən kiçik tutumlu bardaq və ya dolça tipli qabın fraqmenti ağız və boğazı əks etdirir. Qabın saxsısı iki qatlıdır. Üz qat yaşıla çalan təbəqədən ibarətdir.
Boğazında qalın ağ pasta ilə düz olmayan üfqi paralel xətlər çəkilmişdir. (tablo I, şəkil 2). Bu tip keramika Azərbaycanın Şəmkir, Tovuz, Qazax bölgələrində daha geniş yayılmışdır (1).
Ağzı qıf formasında bayıra açılan orta tutumlu küpənin alçaq boğazı qatlanaraq gövdəyə keçir. Küpənin üzəri yaşımtıl qatla örtülmüşdür. Boğazı və gövdəsi paralel ağ pasta ilə çəkilmiş xətlər ilə bəzədilmişdir. Lakin, bir qədər zəif ağ xətlər qabın boğazında içəri tərəfində də vardır. Bundan başqa gövdə hissəyə çərtmə naxışlar vurulmuşdur (I tablo, şəkil 3).
Fraqmentlərdən üçü orta tutumlu küpə tipli qablara məxsusdur. Onların yastılaşdırılmış ağzı, alçaq hiss olunmayan boğazdan birbaşa çiyinə keçən nazik divarları vardır. Fraqmentlərdən birinin çiyininə ağ pasta ilə üfqi nazik zolaqlar çəkilmişdir. 2 və 3-cü zolaqlar arasında yağışı xatırladan çərtmələr, 3-4-cü zolaqlar arasında isə dalğalı cızma xətt salınmışdır. Küpə təmiz,
yaxşı yoğrulmuş gildən hazırlanmış sabit temperatur rejimində bişirilmişdir. İkinci fraqment də eyni üslubda bəzədilmişdir. Üçüncü fraqmentdə boğaz və çiyin ağ pasta zolaqlar ilə bəzədilərək həmin bəzək üzərindən iki cərgə çərtmələr ilə naxışlanmışdır. Çərtmələr arasında isə da-ha bir çəpəki salınmış xətti naxış vardır (I tablo, şəkil 6). Belə küpə fraqmentlərinə analoji olaraq Gəncə, Xanlar rayonlarında (2) six şəkildə rast gəlinir.
Digər fraqmentlər gövdənin müxtəlif hissələrinin fraqmentləridir. Fraqmentlərdən birində çubuqvari qulp üfüqi vəziyyətdə gövdəyə birləşdirilmişdir. Qulpun üzərində barmağı çəkMəklə şırım şəklində çökəklik salınmışdır. Qulpun altı və ətrafı barmaq ilə sığallanmışdır. Gövdəni isə ağ rəngli pasta ilə üfüqi çəkilmiş zolaqlar bəzəyir. Qabın divarları olduqca nazik və nəfıs hazırlanmışdır (U tablo. şəkil 1).
Fraqmentlərdən ikisi gen boğazlı bardağa məxsus olub, boğaz, çiyin və gövdəsi ağ pasta ilo zolaqlar şəklində naxışlanmışdır. Boğazdan çiyinə keçən hissədə həmin bəzəyin üzərinə nazik çərtmələr vurulmuşdur. Gövdədə en kəsiyi oval olan qulpun izi qalmışdır. Bu qulpun qalığı əsasında deyə bilərik ki, quip qab bəzədildikdən sonra bardağa yapışdırılmışdır, həmin yerdə naxışın üzərini örtmüşdiir (tablo 2. şəkil 2). Mingəçevir arxeoloji qazıntılarında antik dövrün bu tip qulp qırıqlarına çox sayda rast gəlinmişdir (3).
Eyni vəziyyəti biz başqa bir qabın qırığında da görürük. Nəfis hazırlanmış həmin bardaq və ya dolçanın gövdəsini ağ anqoblu pasta ilə çəkilmiş üfüqi zolaqlar bəzəyir. Çubuqvari qulpun yuxarısına yapışdırılmış və yapışdırılan hissədə naxışın üzərini örtmüşdür .
Qafqaz Albaniyasının maddi-mədəniyyət nümunələri içərisində Qəbələ, Şəki, Ağsu rayonları ərazisindən çubuqvari qulpu olan bu tip keramika nümunələrinin tapılması onların çox geniş areala malik olduğunu sübut edir (4).
Təsvir olunan nümunələrdən başqa bu tip keramikanın daha üç fraqmentinə rast gəlinmişdir. Onlardan ikisi eyni tərkibli olub yalnız zolaqlarının müxtəlifliyi ilə fərqlənir (tablo 2. şəkil 4). Üçüncü fraqment iki qatlı olub, üstü yaşıla çalan qat üzərindən ağ pasta ilə səliqəsiz zolaqlar çəkilmişdir. Zolaqların bəziləri bir-birinə Şıx yaxınlaşaraq qovuşur.
Göründüyü kimi, Samux rayonunun Seyidlər yaşayış yerindən əldə olunmuş bu keramika nümunələri peşəkar dulusçu rəssam tərəfindən istehsal olunmuş sənət nümunələridir. Bu tip keramikanın oxşarlarına arxeoloji qazıntılar zamanı Qıraq Kəsəmən abidələrində də rast gəlinmişdir.
Abidənin statiqrafiyasına və oxşar nümunələrə əsasən, bəhs olunan saxsı məmulatı antik dövrə aid olunur.
ƏDƏBİYYAT:
1. Халилов Дж. А., Материальная культура Кавказской Албании. Баку, 1985, с.142-143
2. Голубкина Т.И. Материалы к истории албанских племен Кавказа по данным кувшинных погребений Азербайджана (И в. до.н.э). Тбилиси, 1962, с.84
3. Асланов Г.М, Ваидов Р.М, Ионе Г.И. Древний Мингечаур. Баку, 1959, с.118
4. Рзаев U. Искусство Кавказской Албании. Баку 1976, с. 24.