NECROPOLIS OF TEPBASHI

TƏPƏBAŞI NEKROPOLU
Xəqani Alməmmədov
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Təpəbaşı nekropolu Şəki bölgəsinin Fazil kəndinin cənub hissəsində yerləşir. 1984-cü ildə burada təsərrüfat-tikinti işləri görülərkən burada ilk qəbir açılmışdır. AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun «Eneolit və tunc dövrü» şöbəsinin böyük elmi işçisi N.M.Muxtarovun ilkin tədqiqatları nəticəsində məlum olmuşdur ki, həmin ərazi Təpəbaşı yaşayış yerinə Məxsus nekropoldur. Təpəbaşı nekropolu eyni adlı yaşayış yerində 100-120 m qərbdə, təpədə yerləşir. Bu təpə şimal və şimal-qərbdən sərt yüksəlir, kəndin bu hissəsindən Əyriçayın sol sahilinədək 700-800 m-ə qədər uzanır. Təpəbaşı nal formasında şimal-şərqdən, cənub-qərbə tərəf uzanan, cənub-qərbdən Əyriçayla tamamlanan, şərq və şimal-şərq, cənub tərəfdə düzənliklə (Böyük düz) da-vam edən yüksəklikdir. Şərq və cənub-şərqdən çökəklik, bataqlıq və Əyriçayla sərhədlənir.
Təpəbaşı yaşayış yeri isə nekropoldan qərbdə əvvəllər əkin yeri, kolxoz ferması və otlaq kimi istifadə edilmiş böyük ərazini əhatə edir. Bu abidənin ərazisi uzun müddət təsərrüfat məqsədilə istifadə olunduğundan, uçqunlara məruz qaldığından, Mədəni təbəqə güclü dağıntıya məruz qalmışdır. Odur ki, yaşayış yerində külli miqdarda keramika nümunələrinə və s. Maddi-mədəniyyət qalıqlarına rast gəlinir. Yerüstü müşahidələr, materialların təhlili e.ə. I mi¬nilliyin ortalarından – е. I minilliyin ortalarınadək bu ərazinin yaşayış yeri kimi istifadə olunduğunu söyləMəyə imkan verir. Yaşayış yerində mədəni qatın qalınlığı 100 sm-dəkdir.
Yaşayış yerindən fərqli olaraq Təpəbaşı nekropolunda 1984-cü ildən bu günə qədər davam edən arxeoloji qazıntılar zamanı 20-yə qədər torpaq qəbir tədqiq olunmuş, təxminən bir о qədər də dağıntıya məruz qalan qəbirlərdə xilasetMə işləri aparılmışdır ki, onların da dərinlikləri müxtəlif olub, 45 sm-dən 160 sm-dək dəyişir. Azərbaycanda tədqiq olunmuş bu dövrə aid abidələrdə torpaq qəbirlərin dərinliyi Mingəçevirdə 40,8-2 m (1), Yaloylutəpədə 1,5-2,8 m (2), Xınıslıda 1,5-5 m-dir (3).
Qəbirlərin uzunluğunda əhəmiyyətli fərq olduğu halda, enində bu fərq о qədər də böyük olmayıb, 120-180 sm-dir. Təpobaşı nekropolunun digər maraqlı cəhəti ondan ibarətdir ki, «zəngin» qəbirlər daha dərində qazılıb və bu dərinlik əsasən sabit olub, 160 sm-dir. Belə qəbirlərin ölçüləri də böyük olub, uzunluğu 200-360 sm, eni 120-180 sm arasında dəyişir. Maraqlı cəhətlərdən biri də odur ki, qəbirlər arasındakı məsafə az olub, 40-100 sm-dir. Bu baş yerlərdə mövcud vəziyyətdə yer səthindən 30-40 sm dərinlikdə ayrı-ayrılıqda
basdırılmış küplərə (qara və qırmızı rəngdə) təsadüf olunur. Güman etmək olar ki, bunlar о dövrdə atılıb qalan qablar olmayıb, antik dövr qəbiristan-lığının müəyyən bir qaydası ilə bağlı olmuşdur. Tədqiq olunmuş 1 saylı qəbir nekropolun cənub-şərqində yerləşir. Təsərrüfat işləri ilə əlaqədər olaraq qəbrin üst torpağı aparıldığından 35 sm dərinlikdən aşkar olunmuşdu. Qəbir iki təbəqəli olub, üst təbəqəsi yer səthindən 35 sm dərində yerləşir. Uzunluğu 128 sm, eni 62 sm-dir. Elə təsəvvür yaranır ki, bu təbəqə tabut kimi düzəldilərək dəfn icra olunub və 10 qabdan ibarət qəbir avadanlığının 5 ədədi bu təbəqəyə düzülmüşdür.
İkinci təbəqə yer səthindən 67 sm dərinlikdə olub, eni 21 sm-dir. Bu təbəqəyə skeletin ayaqları istiqamətində bir davar, skeletin dirsək sümüyü ilə kəllə sümüyü arasında iki ədəd dopu, bir ədəd ağzı ləçək formalı qab qoyulmuşdur.
1 saylı qəbirdə skelet tam bükülü vəziyyətdə olub, əlləri çənəsinə tərəf, üzü cənuba, başı şimal(qərbə meyl edir) istiqaMətində dəfn olunub. Onu da qeyd edək ki, şimal (qərbə meylli) istiqamətində dəfn Təpəbaşı nekropolu üçün xarakterikdir. Yalnız 3 saylı qəbirdə qərb istiqaMətində dəfn qeydə alınmışdır. Ölülərin bu vəziyyətdə dəfn olunmasını S.M.Qazıyev zülmətlə əlaqələndirir (4).
Şimal istiqamətində dəfn vəziyyəti Küdürlü kurqanlarında da izlənilir (5). Dəfn istiqamətinin müxtəlifliyini O.Ş.İsmizadə dəfn olunanların cinsi mənsubiyyəti ilə izah edir (6). İstiqamət müxtəlifliyini günəşlə də əlaqələndirirlər (7). C.A.Xəlilov isə belə hesab edir ki, Albaniya əhalisi dəfn zamanı sadəcə olaraq buna əhəmiyyət verməmişlər (8).
Qəbir avadanlığı dulus məmulatından ibarətdir ki, bunlar da 2 ədəd qara rəngli tayqulp dopu, kiçik qulplu nimçə formalı qırmızı qab, qırmızı rəngli kasa, qırmızımtıl rəngli qulplu cam, qırmızı rəngli cüt qulplu ağzı ləçək formalı qab, açıq sarı rəngdə qulp əvəzi iki tərəfdən şaquli deşiyi olan dopudur .
2 saylı qəbir 1 saylı qəbrin şərq hissəsində yerləşmişdir. Qəbir düzbucaqlı formasında olub, ölçüləri 132X138X280 sm-dir.Qobrin şimal-şərq hissəsində insan arxası üstə dizdən bükülü, əlləri sinəsində, başının istiqaməti şimal (qismən qərbə meylli 6°) istiqamətində üzü cənuba dəfn olunmuşdur.
Skcletin ayaq sümükləri altında başının istiqaməti şimal-şərqə xırdabuynuzlu heyvan qoyulmuşdur. Qəbir avadanlığının əsasını təşkil edən dulus qab¬lar ən çox şimal-qərb tərəfə, uzununa iki və ya üç sıra, yəni qəbrin qərb küncündən şərq küncünədək 280 sm boyunda düzülmüşdür. Üst tərəfə isə 74 sm enində iki sıra qab düzülüşündən sonra 186X60 sm olan hissədə insan və heyvan dəfn olunmuşdur. Qablar müxtəlif ölçülü olub bəz, qara, qırmızı və mixəyi rəngdədirlər. Mixəyi rəngli qablar istisna olmaqla qablar əsasən sala-mat qalmışdır və onların içərisində quş, balıq, qaban və qoyun sümüklərinə təsadüf olunurdu. Qablardan başqa qəbirdə 32 sm uzunluğunda dəmir nizə ucluğu, 18 sm uzunluğunda dəmirdən əyri xəncər tiyəsi, iri küpün içərisində sümüklərlə birgə dəmir bıçaq tiyəsi aşkar olunmuşdur. Bunlardan başqa qəbir-dən bir ədəd halqavari mis bəzək əşyası da tapılmışdır.
Qəbirdə ocaq yeri olmasa da, bütün qəbir boyu iri və xırda kömür qırıntı-larına təsadüf olunmuşdur. Qəbirdə qabların üstündəki və arxasındakı torpağa kül qatıldığı hiss olunurdu. Belə güman etmək olar ki, kül buraya səpilmişdir. 3 saylı qəbir təpənin üzəri düzəldilib, əkilən sahəyə çəkilmiş su arxının tən ortasından aşkar olunmuşdur. Qəbir tam dağılmışdır və yer səthindən 40 sm dərinlikdə idi. Dəfn edilmiş insan bükülü vəziyyətdə başının istiqaməti qərbə, sol böyrü üstə idi. Mövcud vəziyyətə görə güman etmək olar ki, skelet kiçik adama məxsus olub, çünki kəllə sümüyü ilə ayaq sümükləri arasında məsafə 62 sm idi. İnsan skeletinin ayaq sümüklərinə bitişik qaban başı və sümükləri aşkar olunmuşdur. Ümumiyyətlə, Təpəbaşıda əksər qəbirlərdə qaban sümüklərinə və bəzək əşyası kimi işlənən deşilmiş qaban dişinə rast gəlinir. M.Hüseynova bunu qabana sitayişin qalıqları kimi izah edir və Azərbaycan sən tunc və erkən dəmir dövrü abidələrində izlənildiyini qeyd edir (9).
Qəbir avadanlığı 6 dulus qabdan ibarət olub, qırmızı, qara rəngdədir. Qablar nəfis və simmetrik hazırlanıb (I şəkil, 1-6).
4 saylı qəbir Təpəbaşının qərb hissəsində ferma binası üçün qazılmış müdafiə səddinin şərq hissəsində aşkar olunmuşdur. Qəbrin dərinliyi 120 sm, eni 90 sm, uzunluğu 180 sm-dir. Qəbrə insan parçalanaraq qoyulub. Qəbrin şərq tərəfində insanın bud və baldır sümükləri, şimal-şərq və cənub-qərb istiqamətində isə çanaqdan yuxan hissəsi dəfn olunmuşdur.
İnsanın parçalanaraq dəfnetmə adəti Cənubi Qafqazın erkən tunc dövrü abidələrində də izlənilir. 2 və 7 saylı Küdürlü kurqanlarında da parçalanıb dəfn olunma adəti qeydə alınmışdı (10). Bədəni iki hissəyə bölünərək qəbrin müxtəlif tərəflərində dəfn olunma adətinə Xaçmaz rayonu Seyidli kəndində tədqiq olunmuş kurqanda da rast gəlinmişdir (11).
E.ə. III minilliyin U yarısına aid olan Seyidli kurqanın təpə hissəsinin mərkəzində iki hissəli dəfn kamerasında bir adam iki hissəyə bölünərək bud, baldır sümükləri və çanaq hissəsi bir kamerada, digər tərəfi isə ikinci kamerada dəfn olunmuşdur (12).
Qəbir qərb hissəyə doğru təmizlənərkən orta hissədən yan-yana qoyulmuş 3 qab: kiçik dayaz nimçə, orta ölçülü dodaq hissəsi qismən qırılmış ördəkburun formalı qab, qısa boğazlı, xaşal gövdəli tayqulp bardaq və ona bitişik kiçik tayqulp dolça formalı qab aşkar olunmuşdur. Bunlardan 40-45 sm şimal-qərbə tərəf daha bir, yanı üstə qulpu aşağı qoyulmuş qısa boğazlı, xaşal gövdəli, ördəkbumn formalı bardaq qoyulmuşdur ki, ona da bitişik insanın dəfn olunmuş digər sümükləri aşkar edilmişdir. Sümüklər üst-üstə, alt hissəyə qabırğa, çiyin sümükləri, onların üstünə çənə və kəllə sümükləri, çənə və kəllənin üzərinə də qol sümükləri qoyulmuşdur. Qol sümüyünün istiqaməti də ayaq sümüklərinin istiqaməti ilə paralel olub, şimal- şərq və cənub-qərbədir.
Qəbrin bir tərəfində güclü ocaq yandırılsa da sümüklərdə onun izi yoxdur. Deməli, dəfn çalasında müəyyən ayinlərlə əlaqədar olaraq ocaq yandırıldıq-dan sonra sümüklər qoyulub.
Qəbir avadanlığı 5 dulus qab (II şəkil, 11-13) və alt çənə sümüyünün arxa tərəfində (qulaq nahiyəsində) aşkar olunmuş 1 ədəd dairə formasında aypara sırğadan ibarətdir. Sırğa tamamlanmış ay formasında tam dairəvi olsa da ucları birləşmir. Bu mis ayparanın üstündəki deşiyə mis zəncir həlqəsi keçirilmişdir (UI şəkil, 12). Ucları birləşməyən dairə formalı mis sırğalar, antik dövr abidələri olan Xanlar çiy kərpic qəbirlərində, Xınıslı və başqa abidələrdə aşkar olunub ki, bunlar da yerli sənətkarlar tərəfindən hazırlanmışdır (13).
Qəbrin özünəməxsusluğunun bir cəhəti də ondadır ki, nə qabların içəri-sində, nə də qəbirdə quş və ya heyvan sümüklərinə təsadüf olunmamasıdır. Yalnız insanın bud sümüyünün altında iribuynuzlu heyvanın bud sümüyünə rast gəlinmişdir.
4 saylı qəbir bəzi xüsusiyyətlərinə görə (qəbirdə ocaq qalanması, qəbrə heyvanın bir parçasının qoyulması) digər antik dövr Şəki abidələri – Giləhli, Doxun, Alagöyüt qəbiristanlığında müşahidə edilən adətlərlə uzlaşsa da dəfn adətinə görə isə özünəməxsusluğu ilə seçilir.
7 saylı qəbir ferma üçün qazılmış mühafizə xəndəyində aşkar olunmuşdur. Qəbrin uzunluğu 200 sm, eni 120 sm, dərinliyi isə 160 sm olub, istiqaməti şimal-qərbədir. Qəbirdə meyid Şıx bükülü vəziyyətdə, üzü şərqə arxası cənub-qərbə, başının istiqaməti şimala dəfn olunmuşdur. Əlləri birləşdirilərək çənənin qarşısına qoyulmuşdur. Skeletin ayaq sümüklərinin alt hissəsində davar, arxa tərəfində isə iri bir quş basdırılıb.
Qəbir avadanlığı skeletin ayaq tərəfinə düzülmüş vəziyyətdə aşkar edilmişdir. İri küp bu hissədə qəbri tamamlayırdı. İri küpdən sonra yüksək sənətkarlıqla hazırlanmış nehrə qoyulmuşdur. Bu nehrənin deşikli məməciyi qulpun sağ tərəfində olub, qulp və məməcik ağıza doğru mailidir. Belə nehrələrə Şəki bölgəsində Daşüz Cıdır düzü nekropolunda da (sən tunc və ilk dəmir dövrü) təsadüf edilir. Lakin Cıdır düzü nehrələri bu nehrələrdən fərqli olaraq uzun və məməciyi soldadır. Qəbirdə aşkar edilmiş kiçik bardaq Təpəbaşı dulusçuluğun səviyyəsini aydın göstərir. Sargövdəli bardaq bir qulplu parıltılı boz rəngli olub boğazı silindrikdir . Qəbirdə qara parıltılı rəngdə ayaqları çox qısa üçayaqlı qab da aşkar olunmuşdur. Qabın ağzının kənarında qarşı-qarşıya dörd məməciyi var. Qabı asmaq üçün bu məməciklərin ortasından deşik açılmışdır.
Qəbir avadanlığı içərisində qeyri-metaldan hazırlanmış qırmızı və sarı rəngli muncuqlar da aşkar olunmuşdur.
Skeletin sinə hissəsində aypara formasında bir ucu qalın, digər tərəfi uç hissəyə doğru getdikcə nazilən sümükdən bəzək əşyası tapılmışdır ki, bəzəyin en kəsiyi bərabəryanlı trapesiya formasında olub, bir üzü bütün səth boyu 12 ortası nöqtəli kiçik dairə ilə naxışlanmışdır.
Qəbirdən həmçinin romb formasında iki qarşı tərəfi içəriyə doğru dairəvi qatlanmış düymə parçası, iki kiçik zəncir həlqəsi keçirilmiş dairə formasında mis medalyon və ikiyə bölünmüş dəmirdən biz tapılmışdır.
8 saylı qəbir 7 sayll qəbrin şimal-şərq tərəfində aşkar olunmuşdu. Qəbrin dərinliyi 160 sm, eni 105 sm, uzunluğu 135 sm olub, dəfn istiqaməti şimaladır. (qismən qərbə meylli) Qəbirdə dəfn çalasının skeletin başı olan tərəfı, ayaqları olan tərəfindən 30 sm hündür olub, tabut formasında düzəldilmişdir. Tabutun ölçüləri 90X125 sm-dir(14).
Tabutun alt tərəfində insanın ayaq sümüklərinin sağında davar sümüklərinin bir hissəsi aşkar edilib ki, bu da e.ə. I minilliyin sonlarında Təpəbaşı nekropolunda qəbrə heyvan qoyulması adətinin qərarlaşdığını göstərir.
Qəbir avadanlıq baxımından kasıb olub silah, əmək aləti, bəzək əşyalarına rast gəlinməmişdir. Ancaq qəbrin şimal-qərbində kəllə sümüyünün yanında xeyrənin bir parçası, şimal-şərq tərəfində isə bir ədəd qab aşkar olunmuşdur. Qabın gövdəsi xaşal olub, boğazı qısa, rəngi tünd bozdur. Qabın ağız hissəsi, qulpu qırıq olduğundan və bu hissələr tapılmadığından güman etmək olar ki, qab belə vəziyyətdə qəbrə qoyulmuşdur.
9 saylı qəbir 8 saylı qəbrin şimal-şərq hissəsində mühafizə xəndəyinin şərq tərəfində açılmışdır. Qəbrin dərinliyi 160 sm, eni 110 sm, uzunluğu 120 sm-dir. Qəbirdə Təpəbaşı üçün xarakterik olmayan dəfn adətinə təsadüf olunmuşdur. Burada 20 insanın kəllə sümüyü, 3 çanaq sümüyü, 2 bud sümüyü, 2 qol sümüyü, 4 iribuynuzlu heyvanın kəllə sümüyü və 2 itin kəllə sümüyü dəfn olunmuşdur. Ümumiyyətlə kütləvi dəfn adəti Şəki bölgəsində Cumaykənd-MəmMədəli kurqanı və Doxun nekropolunda izlənilmişdir. Doxun nekropolunda dəfn olunanların yanında 20 ədəd süngü tiyəsi, döyüş yabası, mizraq və s. aşkar olunmuşdursa, 9 saylı qəbirdən isə qara rəngli xeyrənin bir hissəsindən başqa heç bir maddi Mədəniyyət nümunəsinə rast gəlinməmişdir. Burada sümüklər qəbrə atılmamış, onların dəfnində müəyyən bir qaydaya əMəl edilmişdir. İribuynuzlu heyvanın kəllələri qəbrin qərb, şimal-qərb tərəfinə düzülmüşdür. Qol-bud, çanaq sümükləri kəllə sümüklərinin arasına qoyulmuşdur. İnsanın kəllə sümükləri üst təbəqədə hamısı peysər tərəfi üstə qoyulmuşdursa, alt təbəqədə isə üzü üstə, udlaq nahiyəsi üstə qoyulmuşdur. Kəllələrin çoxunun alt çənə sümüyü peysər, alın sümükləri çürüdüyündən onları götürmək mümkün olmamışdır. Salamat qalmış 3 kəllə laboratoriya şəraitində öyrənilmək üçün ATU-nun anatomiya kafedrasının müdiri prof. V.B.Şadlinski tərəfindən götürülmüşdür (15).
Kəllələrin kraniometrik nöqtələri təyin olunmuş, ayrı-aynlıqda ölçü əlamətləri müəyyən edilmiş, həmçinin digər ərazilərdən tapılmış kəllələrlə müqayisə edilmişdir. Kəllələrdən ikisi qadın, üçü kişi cinsinə mənsub, biri (I) subdolixosefal, (II-V) ikisi mezatisefal, ikisi (III-IV) dolixosefal, (kəllələrin ön indeksinə görə), hündürlük indeksinə görə I-IV ortokran, V isə hipsikran, üz indeksinə görə (Virxov) I-evriprozəp, II-III-IV mezoprozop, V leptoprozop, Kolmana görə xameprozopdur, göz indeksinə görə I-IV ellipsoid, II-romboid, III-pentoqoqoid,V-sferoid formadadır. I kəllə 30-70, II-V kəllələr 20-50, UI-IV kəllələr 50-60 yaşda olan insanlara məxsus olmuşdur (16).
Kəllələrin tədqiqi nəticəsində onların sahiblərinin b.e.ə. VII əsrdə yaşadıqları türk-monqol milliyyətinə mənsub olması müəyyən edilmişdir (17).
İnsan kəllələrindən başqa burada iki itin kəllə sümükləri də dəfn olunmuşdur. Albanların təsərrüfat həyatında itlər əhəmiyyətli rol oynayırdı. Etnoqrafik materiallar göstərir ki, xırdabuynuzlu heyvan sürülərini yırtıcılardan qorumaq üçün Qafqaz çoban itlərindən istifadə olunurdu. Yuli Solin məlumat verir ki, bu itlər «öküzləri gücdən salır, aslanlara qalib gəlir, qarşısına çıxan hər şeyi dişləri ilə saxlayır» (18). Valeri Flakın (I əsr) məlumatına görə öləndən sonra da itlərə eyni ehtiram göstərir və onları əcdadlarının arasında kurqanda və kişilərin yanında qəbirdə basdırırdılar (19). R.B.Göyüşov isə qəbirlərdə itlərin dəfn olunması adətini, bu heyvanlara tətem kimi sitayiş edilməsində görürdü (20).
10 saylı qəbir 9 saylı qəbirdən şərqdə aşkar olunmuşdur. Qəbrin eni 120 sm, uzunluğu 135 sm, dərinliyi isə 48 sm olub, Təpəbaşında aşkar olunmuş ən dayaz qəbirdir. Qəbirdə insanın sümüklərinin bir hissəsi dəfn olunmuşdur ki, onların da əksəriyyəti çürümüşdür.
Odur ki, skeletin vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Güman etmək olar ki, qəbirdə atəşpərəst dəfn olunmuşdur. Həmçinin qəbirdə davar sümükləri də aşkar edilmişdir.
Qəbir avadanlığı ayaqsız, ağız hissəsi qopmuş, qulpsuz, ağzının gövdəyə birləşdiyi yerdə dalğavarı xətlə bəzək vurulmuş, bu hissədə qarşı-qarşıya as-maq üçün kiçik deşikli 4 məməciyi olan şamdandan (IV şəkil, 6), üzəri parıltılı
Bu kəllələrdən başqa Yoncalı.yaşayış yerindən tapılmış iki kəllə do tədqiq olunmaq üçün prof. V.B.Şadlinski tərəfindən götürmüşdür. boz bardaqdan, nizə ucluğu, mizraq və təyinatı məlum olmayan alətdən ibarətdir. Nizə ucluğu dəfnə yarpağına oxşayır və ucunun istiqaməti cənuba idi. Mizraq çox pis qalmışdır və forma etibarilə kiçik nizə tiyəsini xatırladır.
Təpəbaşı nekropolu Azərbaycanın olduqca zəngin tarixi dövrünün yadigarı olmaqla ilk antik dövründən (skif dövrü) ilk orta əsrlərə qədər təqribən min ilə yaxın bir dövrü əhatə edir. Azərbaycan xalqının etnik, iqtisadi, Mənəvi və siyasi tarixinin öyrənilməsi baxımından olduqca maraqlı olan abidə eyni zamanda cəmiyyətin həyatında baş verən köklü prosesləri də ardıcıllıqla izləMəyə imkan verir. Bu baxımdan da Azərbaycan tarixinin bu dövrə aid zəif öyrənilmiş problem məsələlərinin hər tərəfli elmi şəkildə araşdırılması baxımından Təpəbaşı abidəsində arxeoloji tədqiqatların davam etdirilməsi çox vacibdir.

ƏDƏBİYYAT:
1. СМ. Казиев Археологические раскопки в Миигечауре. – В книге: Общее собрание АН СССР, посвящ. 30-летию Великой Октябрьской Социалисти¬ческой Революции. Москва-Ленинград, 1948. с. 28.
2. О.Ш.Исмизаде. Ялойлутспинская культура. Баку, 1956, с. 17-45
3. Дж.А.Халилов. Материальная культура Кавказской Албании (IV в. до н.э. -III в. н.э.) Баку, 1984, с. 53
4. S.M.Qazıyev. Qəbələ ərazisində qədim dəfn mərasimləri haqqında. AMM, VI cild. Bakı, 1965, səh. 238
5. Т.И.Ахундов. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку, 2001, с. 89-170
6. O.Ş.tsmizadə. Göstərilən əsəri, səh. 17-45
7. N.Ə.Ciddi. İran Azərbaycanında aparılan arxeoloji qazıntıların icmalı (1947-60-cı illər). – AMM, VI cild. Bakı, 1965, səh. 285
8. C.A.XəIilov. Göstərilən əsəri, səh. 56
9. М.Гусейнова. Предметы культа и символы власти в памятниках материальной культуры Азербайджана эпохи поздней бронзы и раннего железа. Azərbaycan arxeologiyası. Bakı, 2000, № 3-4, s. 17
10. Т.И.Ахундов. Некоторые результаты исследования Шекинских курганов. Тезисы докладов конференции «Великий Октябрь и развитие археологиче¬ской и этнографической науки в Азербайджане». Баку, 1988, с. 27
11. Г.И.Ахундов, Т.Достиев. К изучению эпохи средней, бронзы в Северо-Восточном Азербайджане. «Тапх və onun problemləri», U buraxılış. Bakı,1997 səh. 47
12. Т.И.Ахундов, Т. Достиев, А.Мустафаев. Связи Азербайджана с Северным Кавказом в эпоху бронзы, (по материалам кургана у селения Сеидли).
Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə. İkinci Bakı Beynəlxalq Simpoziumunun materialları. səh. 113-114
13. C.A.Xəlilov, Göstərilən əsəri. səh. 60
14. Muxtarov N.M., Bədəlova I.H. AMEA-nın Arxeologiya və etnoqrafiya institutunun Şəki arxeologiya və folklor qrupunun 1997-ci il hesabatı. səh. 48
15. В.Б.Шадлинский, С.М.Рустамова. О взаимоотношениях между анатоми¬ческим изучением и историческими данными человеческих черепов. A.S.Həsənovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi kənfransın materiallan. Bakı, 1999, səh. 144-145
16. V.B.Şadlinski, S.M.RüstəMəva. Şəkidən tapılan kəllələrin antropəloji tədqiqi. N.Nərimanov adına Azərb. Tibb Institutunun 1997-ci ilin yekun elmi kənf-ransının materiallan. Bakı, 1998, səh. 178
17. В.Б.Шадлинский, С.М.Рустамова. Сравнительный анализ краниометриче¬ских данных черепов, найденных в Азербайджане. Актуальш питания мор¬фологи. Фахове видання наукових праць U Нащонального конгресу анато¬мов, Ыстолопв i топографоанатогшв Укра1ни. Луганськ, 1998 с. 253-254
18. Кемал Алиев. Кавказская Албания. Баку 1974, səh. 227-228
19. Azərbaycan tarixi. Bakı, 1994, səh.164
20. R.B.Göyüşov. Arxeologiya və din. AMM, VI cild, Bakı, 1965 səh. 275

Leave a comment

Your comment