NAKHCHIVAN, URMIYYA AND EASTERN ANATOLIA: PARALLELS OF THE BRONZE AGE
NAXÇIVAN-URMİYA-SƏRQİ ANADOLU: İLK TUNC DÖVRÜ PARALELLƏRİ
SəfərAşurov
(Azərbaycan МEA Arxeologiya və Etnoqrafiya institutu)
Tuncun mənimsənilməsi və onun təsərrüfatın müxtəlif sahələrinə tətbiqi qədim cəmiyyətlərin intensiv inkişafına şərait yaratmaqla yanaşı insanlar və onların müxtəlif səviyyədə olan ictimai birlikləri arasında iqtisadi-mədəni və həmçinin siyasi əlaqələrin genişlənMəsinə təkan vermiş oldu. Zəngin mis, obsidian, duz yataqlarına və istehsal təsərrüfatının müxtəlif istiqamətlərini inkişaf etdirmək üçün əlverişli təbii coğrafi şəraitə malik Naxçıvan – Urmiya –Şərqi Anadolu ərazisində yaşamış tayfalar tunc dövrünün başlanğıcında yaratdıqları özünəməxsus Mədəniyyətlə Qədim Şərq Mədəniyyətlərinə müəyyən təsir etmişlər.
Kiçik Qafqaz sıra dağlarının ətəklərindən başlanan bu ərazi coğrafi baxımdan sanki digər ərazilərdən ayrılmışdır. Məhz bu amil çox güman ki, qədim mədəniyyətlərin lokal variantlarının yaranmasına səbəb olmuşdur. ilk tunc dövrünün Kür-Araz Mədəniyyəti, onun eneolit mədəniyyəti ilə varislik əlaqəsini izləMək baxımından bölgənin arxeoloji abidələri həlledici rol oynaya bilər.
Naxçıvan ərazisində ilk tunc dövrünün I və II Kültəpə, Ovçular təpəsi, Aşağı Daşarx, I və U Maxta, Xələc, Ərəbyengicə, Qulalıtəpə kimi yaşayış məskənləri, Qarabulaq və Xornu nekropolları qeydə alınmışdır.
I Kültəpədə O.H.Həbibullayev tərəfindən aparılan arxeoloji qazıntılar Naxçıvan ərazisində ilk tunc dövrü abidələrinin tədqiqinin başlanğıcını qoydu. Mədəni təbəqələrin sayına və qalınlığına görə Qafqazda nadir abidə olan I Kültəpə bir çox müxtəlif arxeoloji problemlərin həllində önəmli rol oynamışdır.
V.H.Əliyev tərəfindən tədqiq olunmuş II Kültəpə abidəsinin arxeoloji materialları əsasında isə Kür-Araz Mədəniyyətinin müxtəlif Mərhələləri arasında əlaqəni izləmək mümkün olmuşdur.
1988-1989-cü illərdə V.Əliyev və S.Aşurov tərəfindən I Maxta qədim yaşayış yerində aparılan tədqiqatlar Kür-Araz mədəniyyətinin sən mərhələsinin və bu mədəniyyətin orta tunc dövrü mədəniyyəti ilə əlaqəsini izləmək baxımından önəmli rol oynadı.
2001-ci ildən Naxçıvan ərazisinin ilk tunc dövrü abidələrinin tədqiqində yeni mərhələ başlanmışdır. Şərur rayonu ərazisindəki Ovçular təpəsi, Aşağı Daşarx qədim yaşayış yerlərində S.Aşurov tərəfindən aparılan arxeoloji qazıntılarla yanaşı ilk dəfə olaraq Naxçıvan ərazisində ilk tunc dövrün aid qəbir abidələri və dəfn adətini öyrənmək mümkün olmuşdur.
Şərqi Anadolu ərazisində ilk tunc dövrünə aid yaşayış yerləri kifayət qədər çox sayda qeydə alınmışdır. Karaz, Pulur, Pulur U, Gəlincik təpə, Norşuntəpə, Qorucu təpə, Təpəcik, Horum Höyük (16) Gümüşpinar, Dilqaya və bir sıra digər yaşayış yerləri məhz ilk tunc dövrünə aiddir.
Gümüşpinar, Dilqaya abidələrində aparılmış qazıntılar nəticəsində ilk tunc dövrünün Naxçıvan tipli yarımşır qulpları və həmçinin deşiksiz qulpları (rudimentar) olan saxsı məmulatı əldə olunmuşdur.
Pulur (Sakyəl) abidəsində isə qara cilalaı qabların əksəriyyəti basma relyef naxışları ilə bəzədilmişdir. Bu abidə e.ə. IV minilliyin sonlarına aid edilir. (1,92)
Van gölü hövzəsindəki Evditəpə, Tepe Şürki yaşayış yerlərindən də Naxçıvan tipli qulplar əldə olunmuşdur. Ərazinin saxsı məmulatının özəllik-lorindən biri kimi naxışlı qabların azlığı bildirilir. Bəzi qabların ağız səthləri çərtmələrlə bəzədilmişdir (2). Tepe Şürki arxeoloji materiallar əsasında ilk tunc dövrünün II-III mərhələlərinə (e.ə.2900-2200) aid edilir.
Aynur Özfırat və Katerina Marro tərəfindən Doğubəyazitdə tədqiq olunmuş digər bir ilk tunc dövrü abidəsi olan Sağlıksuyu Höyügündə əldə olunmuş qabların yuxarısında cızma, aşağısında isə basma naxışlar çəkilmişdir. (3,17)
Müəlliflərin fikrinə görə tədqiq olunan mərhələdə bəyanın istifadə olunması Transqafqazya üçün xarakterik deyildir. Qabların üzrlərində və ağız kənarlarının daxilində boyadan istifadə olunması Ağrı Dağı bölgəsinin bir özünəMəxsusluğu kimi qeyd olunur (3,18).
Cənubi Azərbaycan ərazisində Göytəpə, Yanıqtəpə, Gərgər, Qədim təpə, Qaratəpə, Gültəpə və bir sıra başqa abidələr qeydə alınmışdır.
Urmiya hövzəsində öyrənilmiş ilk tunc dövrü abidələrindən Göytəpə və Yanıqtəpəni xüsusi qeyd etmək olar. Bu abidələrin hər ikisində ilk tunc dövrü mədəni təbəqəsi eneolit təbəqəsi üzərində yerləşir. Arxeoloji cəhətdən daha yaxşı öyrənilən Yanıq Təpə abidəsinin 9 tikinti qatı iki mərhələyə bölünür. (6;7;8) Yanıqtəpənin üst təbəqələri ilk tunc dövrünün sonlarına aid edilir (15,67).
Kür-Araz mədəniyyətinin Urmiya gölündən cənuba və şərqə doğru yayılmasını isə Qodin təpə və Qaratəpə abidələrinin materialları əsasında izləmək mümkündür. Bu hər iki abidə Kür-araz mədəniyyətinin sən mərhələlərinə aid edilir (15,67).
Araz çayından cənubda yerləşən və ilkin materiallar toplanılan başqa bir abidə – Gərgör haqqında isə yalnız yerüstü materiallar əsasında fikirlər söyləMək mümkündür. Yerli əhali tərəfindən Kültəpə adlandırılan bu abidə Cənubi Azərbaycanın Culfa şəhərindən 7-8 km. cənubda yerləşən Ələmdar kəndi ərazisindədir. Abidənin salamat qalmış hissəsinin hündürlüyü 7 m.-dən artıqdır. Toplanılmış materiallar əsasən ilk və orta tunc dövrünə aiddir. İlk tunc dövrü qabları üzərində rast gəlinən qulplar əsasda ovalvaridir və bu xüsusiyyəti ilə abidə I Kültəpənin alt mədəni qatları ilə eyniyyət təşkil edir. (5,3-9) Sən illər Cənubi Azərbaycanın bu hissəsində daha bir nеçə ilk tunc dövrü abidəsi qeydə alınmışdır (Məlumatı Katerina Marro vermişdir.)
Maraqlıdır ki, Araz çayının sağ sahilində Ağrı dağı ətrafı qalın lava qatları ilə örtülmüşdür. Məhz bu səbəbdən burada heç bir abidə qeydə alınmamışdır. Urmiya hövzəsi abidələrinin ilk tunc dövrü saxsı məmulatı üzərində cızma naxışlara tez-tez rast gəlinir. Bu naxışlar qablar bişirildikdən sonra çəkilmişdir (6,138-148). Qeyd etmək lazımdır ki, məhz bu tip naxışlanma üsulu 1 Maxta, Şenqavit, Karaz abidələrində daha çox tətbiq edilmişdir. Qabların üzərinin müxtəlif üsullarla naxışlanması abidələrin tarixi xronologiyasını müəyyən etməyə imkan verir.
Şimali Qafqazdan Suriya-Fələstinədək geniş bir coğrafi ərazidə yayılmış Kür-Araz arxeoloji mədəniyyətinin uzun illərdən bəri araşdırılmasına baxmayaraq, bir sıra problem məsələlərin müzakirəsinə dönə-dönə qayıdılma-sına ehtiyac vardır. Bu problemlərin on ümdəsi Mədəniyyətin tarixi çərçivəsi, ilkin yayılma arealı və miqrasiya problemləri ilə bağlıdır.
A.A.lessen Urmiya yaxınlığındakı Göytəpə və Ərzurum yaxınlığındakı Karaz abidələrinin də əks etdirdiyi bu mədəniyyəti e.o. UI minilliyə (c.o. XXVUI – XXI əsrlər) (18,336), K.X.Kuşnareva və T.N.Çubinişvili e.ə. 3000-2000 illərə (14,179), Q.S.İsmayılov e.ə. 3200-2300-cü illərə aid edir (12,31). K.X.Kuşnarcva sonrakı tədqiqatlardan sonra ilk tunc dövrünü 4 mərhələyə bölməyin düzgün olduğu qənaətinə gəlmiş, birinci Mərhələni e.o.3500-3200 kimi tarixləndirərək buraya I Kültəpənin alt qatlarını aid etmişdir (15,89) Onun fikrincə, Kür-Araz mədəniyyəti ilə eyni zamanda Cənubi Qafqazın qərbində nisbətən geridə qalmış bir Mədəniyyət yayılmışdır. Müəllif bunu iqlim dəyişiklikləri ilə izah edir (15,90). Q.L. Kavlaradze özünün sən araşdırmalarına əsaslanaraq bu mədəniyyətin ilkin Mərhələsinin e.ə. IV minilliyə təsadüf etdiyini söyləyir.
Tədqiqatçılar Kür-Araz Mədəniyyətinin ilkin yayılma arealı barədə do yekdil fikirdə deyillər. A.A.lessen Şərqi Anadolu, Cənubi Gürcüstan və Qərbi Ermənistanı (13,16), O.M.Çaparidze Kür-Araz çayları arasını (daha dəqiq Kvemə-Kartli) (10,20; 11,6), E.V.Xanzadyan Ermənistan yaylasını, (14,141), B.Braun Azərbaycan və Gürcüstanı (10,49), C.Barney Türkiyənin Elyazıq vilayətini (6,169), Q.S.İsmayılov (12,35), V.H.Əliyev(4,54) və İ.H.Nərimanov (19,51) isə Azərbaycanın bu mədəniyyətin ilkin yayılma ərazisi olduğunu iddia edirlər. Djavaxaşvilinin fikrincə, Kür-Araz mədəniyyətinin yaranmasında e.ə.IV minilliyin ortalarında Kiçik Asiyanın şimal-şərq ərazilərindən Cənubi Qafqaza doğru olan miqrasiya prosesləri böyük rol oynamışdır (7,370).
Sən illər Naxçıvanın Ovçular təpəsi, Aşağı Daşarx, I Maxta abidələrində aparılmış arxeoloji qazıntılar və həmçinin İran İslam Respublikasının Culfa bəxşinin Ələmdar kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerindən məlum olan arxeoloji tapıntılar Kür-Araz mədəniyyətinin tarixi çərçivəsi və ilkin yayılma arealı barədə yeni elmi fikir irəli sürməyə imkan verir. İlk növbədə bu ərazidə yerləşən abidələrdə ilk tunc dövrü mədəni təbəqəsinin qalınlığı diqqəti cəlb edir. I Kültəpə 9,5 m, II Kültəpə 10 m, Aşağı Daşarx 7 m, I Maxta 4,6 m, Karaz 9 m, Yanıqtəpə 8 m, Göytəpə 6 m, Gərgər-Ələmdar 7 m-lik mədəni təbəqəyə malikdir.
Kömürün analizinə və həmçinin saxsı Məmulatının tədqiqinə əsasən I Kültəpənin ilk tunc dövrü təbəqəsinin e.o. 3300-cü ildən gec olmayaraq formalaşdığını söyləmək olar. II Kültəpənin I-III laylarının saxsı məmulatı öz arxaikliyinə görə I Kültəpə materiallarından fərqlənir və buna görə e.ə. 3600-3400-cü illərə aid edilə bilər. Lakin bu abidələrin hər ikisində müəyyən arxaik əlamətlərin olmasına baxmayaraq, ilk tunc dövrünün erkən Mərhələsini əks etdirən arxeoloji materiallar əldə olunmamışdır.
Ovçular təpəsinin analoji materiallarının təhlili sən eneolit və ilk tunc dövrlərinin əlaqəsini izləməyə imkan verir və məhz bu materiallardan çıxış edərək Kür-Araz mədəniyyətinin e.ə. IV minilliyin əvvəlindən formalaşmağa başladığını söyləmək olar. I Maxta, Aşağı Daşarx (Naxçıvan), Karaz, Zülfübulaq, Çaldıran düzü abidələri (Türkiyə) və Göytəpənin (İran) arxeoloji materialları (yalançı qulplar, üçbucaq formalı çıxıntılar, cızma naxışlar, qırmızı və qəhvəyi boya izləri və s.) ilk tunc dövrünün inkişaf etmiş orta və sən mərhələlərini əks etdirir. Göytəpənin məhz deşiksiz qulplar tapılmış K3 təbəqəsindən götürülmüş kömür analizi e.ə. 2574±146-cı il tarixini göstərir. Bu faktlara söykənərək Kür-Araz mədəniyyətinin e.o. IV minilliyin başlanğıcından e.o. III minilliyin sonlarınadək uzun bir tarixi mərhələ keçdiyini söyləyə bilərik.
Ovçular təpəsinin saxsı məmulatlarının eneolit və ilk tunc dövrü xüsusiyyətlərini özündə birləşdirən əlamətlərinə əsaslanaraq (bir sıra hallarda bu oxşar əlamətlər I, II Kültəpə, Xələc abidələrində də izlənilir) Naxçıvanın Kür-Araz mədəniyyətinin ilkin meydana çıxdığı və formalaşdığı ərazilərdən olduğunu söyləmək mümkündür.
Kür-Araz mədəniyyətinin müəyyən inkişaf mərhələsində yarımköçəri mal-darlığın inkişafı ilə əlaqədar bu mədəniyyəti özündə əks etdirən tayfaların Şimal-Şərqi Azərbaycan, Gürcüstan, və Suriya-Fələstinə doğru yer dəyişmələri başlamışdır. Arxeoloji qazıntılar zamanı I Kültəpənin alt qatlarında iribuynuzlu qaramal sümükləri üstünlük təşkil etdiyi halda, üst qatlarda və həmçinin I Maxta yaşayış yerinin osteoloji materialları içərisində xırdabuynuzlu qaramal sümükləri üstünlük təşkil edir. Məhz ilk tunc dövrünün inkişaf etmiş mərhələlərində Naxçıvanın nisbətən dağlıq əraziləri Kür-Araz tayfaları tərəfindən yaylaq maldarlığında ön plana keçmişdir. Sən zamanlar Culfa rayonu ərazisində qeydə alınmış Xornu nekropolu bu fikri təsdiq edir.
Kür-Araz mədəniyyətinin sonlarına yaxın kurqan tipli qəbir abidələrinin qeydə alınması artıq tayfalararası və tayfadaxili əmlak bərabərsizliyinin hakim olduğunu təsdiq edir.
Maraqlıdır ki, əksər tədqiqatçılar Kür-Araz mədəniyyətinin saxsı Məmulatına müraciət edərkən Naxçıvan tipli qabları xüsusi qeyd edirlər. İstər Azərbaycan və istərsədə Kür-Araz mədəniyyətinin yayıldığı digər ərazilərdə bu tip keramika digərlərindən seçilir. Kür çayından sola doğru bu tip keramika olduqca az rastlanır və əldə olunan materiallar əsasən ilk tunc dövrünün sən mərhələlərinə aiddirlər. Əvəzində bu bölgədə Sərkərtəpə tipli keramika üstünlük təşkil edir. О cümlədən Dağıstan, Gürcüstan və Şimali Qafqazın ilk tunc dövrü keramikası da Naxçıvan materiallarından seçilir. Tədqiqatçıların bir qismi bunu eyni bir mədəniyyətin lokal variantları kimi qəbul edir.
Bütövlükdə Kür-Araz Mədəniyyəti keramikasının oxşarlığını e.ə. IV-III minilliklərdə böyük bir ərazidə məskunlaşmış əhalinin iqtisadi və mədəni əlaqələri ilə izah etmək düzgün olardı. Kür-Araz mədəniyyətinin Naxçıvan tipli saxsı Məmulatının Kür çayının sol sahilinə nisbətən zəif yayılması məsələsi də aktualdır. Sən illər Azərbaycanın qərb bölgələrində Leylatəpə tipli bir sıra abidələr qeydə alınmış və tədqiqatlar aparılmışdır. Bu abidələrin materialları Naxçıvanın həmdövr materiallarından kəskin fərqlənir və daha çox Mesopotamiya ilə uzlaşır. Bu abidələrin tədqiqatçıları onların dövrü və tarixləndirilməsi məsələlərində yekdil fikirdə deyillər. Bu abidələri N.Ə.Müscyibli Ubcyd, T.İ.Axundov Ubeyddən Uruka keçid mərhələsinə, F.E.Quliyev və B.Lyənnet isə Uruk arxcoloji mədəniyyətinə aid edirlər. Lakin müəlliflərin hamısı bu abidələri e.ə. IV minillik çərçivəsində tarixləndirirlər.
A.Özfırat və K.Marronun fikrincə e.ə. IV minilliyin ilk yarısında Transqafqazda yerli gec eneolit materiallarının Suriya-Mesopotamiya materialları ilə birlikdə yayıldığı bir ikili mədəniyyət mövcud olmuşdur. (3,21; 17).
Bu faktlardan çıxış edərək Naxçıvan tipli keramikanın Kürün sol sahillərinə gec və nisbətən zəif yayılması məsələsinə aydınlıq gətirmək olar. E.ə. IV minillikdə Mesopotamiyadan Azərbaycan ərazisinə böyük bir miqrasiya prosesi başlanmışdır. Ehtimal ki, bu miqrasiya yolları Urmiya gölünün cənubu vasitəsilə və Muğan və Mil düzü ilə olmuşdur. İstər abidələrin Şıxlığı və istərsə də qəbir abidələrinin çoxsaylı olması təsdiq edir ki, bu tayfalar Azərbaycan ərazisində uzun müddət yaşamışlar. Məhz bu tayfalarla toqquşmalardan yan keçmək zərurətindən Naxçıvan tipli Kür-Araz mədəniyyəti saxsı məmulatı Kürün sol sahilinə yayılmamışdır. Əksinə Kür-Araz mədəniyyəti tayfaları cənub-qərb istiqamətdə hərəkət edərək Kiçik Asiyaya yayılmışlar. Şübhəsiz, istər Naxçıvan və istərsədə Anadolu ərazisində aparılacaq gələcək tədqiqatlar bu hərəkət istiqamətlərinin daha dolğun izlənilməsinə imkan verəcəkdir.
ƏDƏBİYYAT
1. Anadolu Medeniyyetleri. İstanbul 1983, səh 92.
2. Aynur Özfırat, Caterine MaiTə. 2003 yılı Van, Ağrı ve İğdır illeri yüzey arastırması. 22. Araştırma sonuçları toplantısı 2 cilt, 24-28 mayıs 2004, Konya.
3. Aynur Özfırat, Catherine Marro 2002 yılı Van, Ağrı ve Iğdır illeri yuzey araştırması. 21 .Araştırma sonuçları toplantısı. 1 eilt, 26-31 mayıs 2003, Ankara.
4. Əliyev V.H. Qədim Naxçıvan. Bakı, 1979.
5. Əliyev V., Aşurov S. Gərgər-qədim yaşayış yeri. Pedaqoji Universitet Xəbərləri, №4, 2001.
6. Burney C.A. Eastern Anatəlia in the Chalcolitic and Early Bronze Age. AS, vol.VUl, 1958.
7. СЛ.Burney. Excavtions at Yanik tepe, North-vest Iran. Iraq, Vol.XXUI, 1961.
8. C.A.Burney. Excavtions at Yanik tepe Azerbaijan, 1961. Iraq 1962, Vol.24, P.2
9. C.A.Burney. Excavtions at Yanik tepe Azerbaijan, 1962. Iraq 1964, Vol.26, P.l.
10. Джавахишвили А.И. Строительное дело и архитектура поселений Южного Кавказа в V- UI тыс.до.н.э. Тбилиси, 1973.
11. Джапаридзе О.М. К истории грузинских племен на ранней стадии медно-бронзовой культуры. – Автореф. дисс. докт. ист. наук, Тблиси, 1962.
12. Джапаридзе О.М. Культура раннеземледельческих племен на территории Грузии (VU Международный конгресс антропологических и этнографических наук). – Москва, 1964.
13. Исмаилов Г.С. Раннебронзовая культура Азербайджана (по материалам раннебронзовых памятников Юго-Восточных склонов Малого Кавказа). Автореф. дис. докт. ист. наук, Тбилиси, 1983.
14. Иессеи А.А. Из исторического прошлого Мильско-Карабахской степи. – В кн.: Труды Азербайджанской экспедиции. МИА СССР, №125, Москва -Ленинград, 1965.
15. Кушнарева К.Х., Чубинишвили Т.Н. Древние культуры южного Кавказа (V-UI тыс. до н.э.). – Ленинград, 1970.
16. Кушнарева К.Х. Южный Кавказ в IX-U тыс. до н.э. Этапы культурного и социально-экономического развития. Санкт-Петербург, 1993.
17. Catherine Marro, Aksel Tibet, Rifat Ergeç. Horum Höyük 1998 çalışmaları. 21 Kazı sənuçjarı təplantısı 1 eilt, 24-28 mayıs 1999, Ankara 2000.)
18. Marro, C, 1997. La culture du Haut-Euphrate au Bronze Ancien: essai dinterp-retation a partir de la ceramique peinte de Keban (Turquie), Varia Anatəlica VUI, Paris, De Bəccard
19. Научная сессия по Археологии Дагестана. – СА, №4, 1959.
20. Нариманов И.Г. Археологические исследования поселения Шомутепе в 1963 г. – АИА (Сб.статей), Баку, 1965.