LAND OF APHRODITE
AFRODİTA TORPAĞI
Nermin Baycın (Türkiyə)
Bütün Asiyada özüm üçün yalnız bir şəhər seçdim. Qərbi Türkiyədə, Menderes çayının vadisində yerləşən bu mərmər şəhər çox məşhur, gözəl, digərlərindən üstün və möhtəşəm idi. Bu Afrodisias şəhəridir. Afrodisias Roma imperatorlarının ən istəkli şəhəri olub. Afrodisias və Roma imperatorları torpağın anası adlanan, torpağı, dənizləri, göyləri öz ağuşuna almış, məhəbbət və bərəkət ilahəsinin himayəsi altında idilər və ondan ilahi bir güc alırdılar. İlahənin himayəsi altında olan Afrodisias çox bəxtiyar idi. Afroditaya sitayiş edən bu şəhər bütün antik dünyada çox məşhur idi və təsadüfi deyil ki, məhz bu şəhəri Roma imperatoru Avqust özünə paytaxt seçmişdir.
Avqust (27.e.o.-14 e.ə.) üçün Afrodisias Asiyanın digər şəhərlərindən fərqli idi. Bu şəhər Avqusta şəhərin himayədarı olan imperator Yuli Sezardan (100-44 e.ə.) miras olaraq qalmışdır. Roma imperatorları inanırdılar ki, onlar Romanın əsasını qoymuş, Afroditanın oğlu Aenesın (Venusun) törəmələri idilər. Məhz buna görə də, onlar Olimpdə yerləşən Allahlar panteonuna öz adlarını əlavə edirdilər.
1979-1981-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində, Karacasu yaxınlığında yerləşən Aydın əyalətinin Qeyre kəndində Afrodisias şəhərinə aid olan Sebastyan adlı bir qrup tikilmə tapılmışdır. Onların valehedici təmtərağı Afrodisiasın həqiqətən də Romalılar tərəfindən seçilmiş və onların çox qiymətləndirdiyi bir şəhər olduğuna əyani sübutdur. Bu tikilmiləri bəzəyən möhtəşəm naxışlar Sebastyanın antik dünyanın ən məşhur tikilmələrindən biri olduğunu göstərir.
Kompleksə məbəd, monumental alaqapılar və uzunluğu 90 metrə çatan bir cüt sütunlu portiklər daxildir. Divarları bəzəyən döymə naxışlar bu ensiz tikilmənin uzunluğu boyu müşahidə olunur. Bu tikilmələri Avqustun imperatorluğu dövrünə aid edirlər. Tikilmələrdəki təsvirlərdə) zəbt olunmuş torpaqları, xalqları təcəssüm edən qadın fiquru, mifoloji obrazlar, Yunan allahları, ilahi hakimiyyətə malik olan imperatorların qələbələri göstərilir. Sayı 200-ə çatan bu tikilmələr həm incəsənət, həm mövzu baxımından diqqəti cəlb edir.
Sebastyan alaqapıları üzərim.) həkk olunmuş Afroditanın təsviri onun soy başı (nəsil başı) kimi qəbul olunduğuna sübutdur. Lakin o, heç də yunanların sitayiş etdiyi, Anatoliyanın gözəllik və məhəbbət ilahəsi hesab olunan Sibel (və yaxud Kibel) və ya Efes Artemidası kimi çılpaq şəkildə təsvir olunmayıb. Afrodisias şəhərinin mərkəzində, Afroditanın məbədi tərəfdə Afroditanın məşhur heykəli aşkar olunub. Bu heykəlin isə bərəkət ilahəsi hesab olunan, torpağı, göyləri, dənizləri və yeraltı dünyanı idarə edən Efes Artemidası ilə oxşarlığı var. Naxışlarla bəzədilmiş heykəlin libası üzərində təbiətin gücünü ifadə edən Zevs (Göylər), Selena (Ay), Helios (Günəş), Eros və başqa mifoloji fiqurlar təsvir olunub.
Onların arasında Afrodita da var. O, ellinizm ənənələrinə uyğun olaraq, delfin və Tritonun müşayiəti ilə yarımçılpaq, balıq quyruqlu keçinin üzərində təsvir olu¬nub. Afroditanı təcəssüm edən simvəlik təsvirlər onun mənşəyinin, ayininin və
Afrodisias şəhərinin qədim tarixə malik olduğuna dəlalət edirlər. Bizans tarixçisi Stefanosun (6-cı əsr) fikrincə, bu şəhərin adı Ninoe olub və bu adın mənşəyi Assuriya-Babil imperiyasının banisi, qərbi Asiyanın fatehi, məşhur Semiramisin həyat yoldaşı olan mifik Ninos hökmdarı ilə bağlıdır. O, Yaxın Qərbdə müharibə və məhəbbət ilahələri sayılan Astarte və tstar (Nin, Nino, Nina) kimi də tanınır. Yunan mədəniyyəti tərəfindən bir çox şeylərin, həmçinin şəhərin adının dəyişdirilməsinə baxmayaraq, Afroditaya sitayiş heç bir dəyişikliklərə məruz qalmamışdır.
Qanunverici və digər ictimai funksiyaları həyata keçirən Roma bazilikasında müəyyən fiqurlar aşkar olunub. Bu fiqurlar Roma hökmdarlarından çox əvvəllərə təsadüf edən, bizə az məlum olan bu şəhərin erkən tarixinin, öyrənilməsi üçün mühüm hesab edilir. Bu Babildəki Asma Bağları inşa etdirən, Babilin mifoloji yaradıcıları hesab olunan Ninos və onun müdrik həyat yoldaşı Semiramis də bu fiqurlar arasındadırlar.
Afrodisiasda aşkar olunan arxeoloji tapıntılar bu şəhərin Ninosdan da qədim olduğuna dəlalət edirlər.
Teatrda aşkar olunmuş kitabələr Afrodisiasın ellinizm və Roma dövrü tarixinin öyrənilməsi üçün qiymətli hesab olunurlar. Onlar bizə bu şəhərin və Afrodita ayininin imperatorlar tərəfindən dəyərləndirilməsi, sadiqlik andları, inzibati və siyasi vəzifələr, həmçinin vergidən azad olumna, ilahənin ibadət kahininin toxunulmaz qalması haqqında məlumat verirlər.
Roma imperiyasının himayəsi və köməyi nəticəsində Afrodisias antik dünyanın ən məşhur şəhərlərindən biri olmuşdur. Bu şəhərin özünəməxsus qanunları və incəsənəti var idi. Afrodisiasın çiçəklənməsi e.e. I əsrdə başlamışdır. Şəhər yalnız Afroditanın kultu ilə deyil, həmçinin digər sahələrdəki nailiyyətləri ilə də tanınmışdır. Bu sahələrdən biri şəhərdə heykəltaraşlıq məktəbinin yüksəlişilə bağlı olmuşdur. Şəhər alaqapılarmı, aqoranı, ictimai hamamı, fəlsəfə məktəbi və yaxud filosoflar evini, məşvərət binasının zalını bozəyən heykəllər Afrodisias şəhərinin mədəni və iqtisadi inkişafının parlaq nümunələri hesab olunurlar.