EPIGRAPHIC MONUMENTS OF THE SACRED PLACE “GARA SEYID”

“QARA SEYYİD PİRİ” EPİQRAFİK ABİDƏLƏRİ HAQQINDA
Anar Ağalarzadə
(Azərbaycan МЕA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Türbələr və məzar daşları Azərbaycan tarixinin yazılı səlnamələrindən biridir. Bu memarlıq abidələrinin üzərinə həkk olunmuş ərəbdilli kitabələr vasitəsilə, dövrün ictimai-siyasi, iqtisadi və mədəni həyatından ən mükəmməl və tutarlı fakt kimi məlumat almaq mümkündür. Bu cəhətdən ilk dəfə tədqiq etdiyimiz «Qara Seyyid piri» epiqrafik abidələri maraq doğurur.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi yaxınlığında, Bakı-Tbilisi-Ceyhan boru xətti üzərində aparılan arxeoloji qazıntılar zamanı, orta əsr yaşayış yerinin (müəllifin bilavasitə iştirakı ilə) yaxınlığında yerli əhali arasında «Qara Seyyid piri» adlandırılan pir və sən dövr müsəlman qəbiristanlığı qeydə alınmışdır. Qəbiristanlıqda XX əsr türbələri öz əzəmətli görünüşünə görə diqqəti cəlb edir. Bu türbələr XIX əsrin sonu XX əsrin əvvəlləri memarlıq dövrü üçün xarakterikdir.
Tədqiq etdiyimiz türbələr və məzar daşı öz orijinallığı ilə diqqəti cəlb edir. Hündür təpənin üzərindəki səkkizguşəli türbələrdən birinin üzəri gümbəzlə örtülüdür (şəkil 1): Türbənin hündürlüyü 2,60 m, diametri 10,8 m-dir. Onun gümbəzinin hündürlüyü 1,70 m, diametri 9,5 m-dir. Döşəmə hissəsi iri çaylaq daşlarından 0,20 metr hündürlükdə tikilmişdir ki, bu da tikintinin özülünün möhkəm olması üçün xarakterikdir. Türbənin qapı yeri yoxdur. Lakin şərq və qərb tərəflərdə 0,37×0,15 metr ölçülü pəncərələr qoyulmuş-dur. İçəridəki qəbir daşını görmək mümkün olmasa da, memar Mərhumun adını cənub-şərq divarındakı 0,67×0,35 m ölçülü kitabədə həkk edib . Kitabədəki hərf və hecaların düzülüşü ardıcıl deyil. İki sətrlik nəsx xətli, ərəbdilli kitabənin mətni belədir: «Bu məzar rəhmətlik, bağışlanmış Kərbəlayi Ağa bəyin oğlu Xansuvar bəyindir.» Kitabənin ili isə sağ və sol tərəflərdə qoyulmuşdur: «1319» (miladi 1901/ 1902-ci illər). Yuxarı hissədəki sağ və sol cinahlarda günəş şüası, mətnin üzərində isə nəbati təsvirli ornamentlər verilmişdir. Günəş şüası ornamenti qabartma, nəbati təsvirləri isə oyma üsulu ilə işlənmişdir. Kitabədən sağ tərəfdə 0,45×0,35 m ölçülü daşa qabartma üsulu ilə təsvirlər həkk olunmuşdur. Təsvirlərdən biri muncuqlu boyunbağı, ortada aftafa, sonra isə xəncər təsviri verilib. Boyunbağların ortasında medalyon vardır. Sən orta əsr epiqrafik abidələrinə əsasən boyunbağı incəlik, aftafa paklıq, xəncər isə igidlik, bəylik kimi xarakterizə olunur.
Xatırladaq ki, epiqrafik yazılar – kitabələr on dəqiq tarixi mənbələrdir. Müxtəlif lövhələrə həkk olunmuş kitabələr, heç bir məzmun dəyişikliyinə uğramamış etibarlı sənədlərdir. Onlar yığcam və konkret Mətnlərinə, bədii tərtibatına, əyaniliyinə görə digər yazılı mənbələrdən fərqlənir, bəxş etdiyi estetik zövq, göstərdiyi dərin psixoloji təsirlə insana vətənpərvərlik hissləri aşılayır. Kitabələr tarixi və tarixi-memarlıq sənədləri olub böyük yazılı abidələrdir.
XVIII-XIX əsr inşaat və xatirə kitabələrində, əsasən, daha sərbəst ifadə tərzinə malik nəstəliq xətti tətbiq edilmişdir. Bu xətt ilə yazılmış kitabələrdə hərflərin və hecaların düzülüşü ardıcıl olmayıb, kitabənin bədii xüsusiyyətindəki ifadə formasına görə simmetriyaya tabe edilirdi (1, s. 5-6). XIX-XX əsr türbələrində də bu xüsusiyyətlər özünü biruzə verir. Müqayisə olaraq qeyd cdok ki, Qıraq Kəsəmən kəndindoki türbəlor Neftçala rayonunun Seyidlər kəndinin eyniadlı qəbiristanlığında tikilmiş Scyyid Comaloddin, lsmilli qəb-ristanlığındakı Səltan Piri türbəlori (2, s. 49-50) və Quba rayonunun Kültəpə kəndində əhali tərəfındən Baba Məhəmməd piri adlanan türbələr (3, s. 128-129) ilo dövrüno göro həm memarlıq, həm do tarixi cəhətdon eyniyyət təskil edir.
Baijqa bir turbə I türbədon 10 metr şərq istiqaMətindo aralı olub, üzəri dairəvi gümbəzlidir (şokil 4). Hörgüsündə kərpic daşlarından istifadə olunsa da, 0,48 m hündürlüyə malik bünövrə və kürsülük çaylaq daşlarından ibarətdir. Türbənin üzü cənub istiqamətində olub 4,0×4,0 m ölçüdə düzbucaqlı formalıdır. Gümbəzin hündürlüyü 1,74 m, diametri isə 14,5 m-ə bərabərdir. Türbənin hündürlüyü 2,34 m-dir. Tağvari formaya malik qapı yerinin yuxarı və aşağı hissəsi uçub. Onun hündürlüyü 1,30 metrə bərabərdir. Daxilində künclərdəki 4 tərəfdə tağ şəkilli stalaktitlər vardır. Bu çox güman ki, şam yandırmaq üçün nəzərdə tutulub. Qapı yerinin üzərində sətri bilinməyən oyma üsulu ilo 0,86×0,50 m ölçülü ərəbdilli nəsx xətli kitabə həkk olunub (şəkil 5). Kilabaları Məzmunu belədir:«Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn», mətn davam edir «Bu məzar rəhMətlik, bağışlanmış, Şeyx Ağanın oğlu Binamin bəyindir.» Ortada isə «Ya Əli» sözü həkk edilib. Kitabənin səl tərəfində aşağı küncdə çəkmə, at və xəncər, ortasında isə hicri tarixi ilə kitabənin ili «1330» həkk olunub (miladi 1912-ci ilə uyğundur). Təsvirlər bir qayda olaraq qabartma üsulu ilə həkk edilib. Kitabənin yuxarı tərəfində üç yarımdairəvi formalı iri oyma üsulu ilə ornament verilib. Kitabənin mətnindən do göründüyü kimi türbədə dəfn Əilman Binamin bəy Şeyxin varisi olub. Şeyxlik titulu da ötən əsrin əvvəlləri üçün çox çətin və məsuliyyətli bir vəzifə idi. Ruhani alimlər, təriqət başçılarının məqsədi böyük islam ideologiyasını xalqa çatdırmaq olmuşdur. Bundan başqa onların xalqın sosial-ictimai, iqtisadi və Mədəni həyatında böyük rolu olmuş və həmişə millətin əsarət altına alınmaması uğrunda mübarizə aparmışlar. XIX-XX əsrlərdə şeyxlər ağır təqiblərə məruz qalmış və çox vaxt vətəndən uzaq, Sibirin gedər-gəlməz yerlərinə sürgün olunmuşlar. Lakin buna baxmayaraq orta əsrlər dövründə ruhani alimlərə böyük səlahiyyətlər verilmişdir. Elə bu səbəbdəndir ki, orta əsr Azərbaycanında ruhani alimlər dövlətin sütunu hesab olunur və Qafqazın siyasi həyatında böyük rol oynayırdılar (4, s. 29).
Türbələrin yanında qırmızı rəngli daşlardan hazırlanmış baş daşı abidələri diqqəti cəlb edir. Daşlardan biri (şəkil 6) aşağıdan yuxarıya doğru genişlənmiş və dairəvi formalı tağla tamamlanmışdır. Hündürlüyü 2,67 m, eni aşağıdan 0,50 m, yuxarıdan 0,64 m, yan tərəfləri aşağıdan 0,24 m, yuxarıdan isə 0,30 m-dir. Başdaşı başdan-başa kitabə ilə zənginləşdirilmişdir. Daşın ətrafında nəsx xəttilə ərəbcə Quranın 2-ci surəsinin 190 və 255-ci və 64-cü surənin 4-cü ayəsi verilmişdir. Məzmunu belədir: «Sizə qarşı vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddinizi aşmayın, çünki Allah həddin aşanları sevməz (ayə 190) (5, s.28), (şəkil 7). Allahdan başqa heç bir tanrı yoxdur. О no mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Ən uca və ən böyük varlıq da Odur! (ayə 255), (6, s.37-38), (şəkil 8). Sənin doğru, yaxud yalan danışdığını Allah bilir, heç bir söz ondan gizli qalmaz, О eşidəndir, biləndir» (7, s.2). İçərisində «kürsü» kəlMəsi olduğu üçün 255-ci ayəyə «Ayətül-kür-si» adı verilmişdir. Burada kürsü taxt mənasında olmayıb Allahın şəninə layiq, mahiyyətini ancaq özü bildiyi bir varlıqdır. Ərəbcə lüğətdə hərfi mənası «diri, canlı» deməkdir (8, s. 41). «Ayətül-kürsi» orta əsr epiqrafik abidələri üçün xarakterik olub əsasən Azərbaycanın şimal-qərb bölgəsinin XV-XVII əsr sənduqələrinin üzərində həkk olunmuşdur.
Başdaşının yuxarı hissəsində medalyonun içərisində «Allah, Məhəmməd, Əli, FatiMə, Həsən və Hüseyn» sözləri süls elementli nəsx xəttilə qa¬bartma üsulunda həkk edilmişdir. Orta hissədə tağvari ornamentin içərisində səkkiz sətirdən ibarət gözəl süls elementli nəsx xəttilə ərəbcə kitabə həkk olunmuşdur. Kitabənin tərcüməsi belədir: «Bu məzar cənnət evinə daxil olan, cavan, nakam, hacıların hacısı, Horameyn evinin (Məkkədəki müqəddəs Kəbə evi nəzərdə tutulur- A.A.) ziyarətçisi, Qıraq Kəsəmən sakini, rəhmətlik, bağışlanmış Cəfər oğlu İsmayılın oğlu Hacı Məhəmməd Əlinindir. Allah onu bağışlasın, cəlal və ikramın ondan əsirgəməsin.» Aşağıda isə xəttatın adı yazılıb: «Bu kitabəni Kərəm oğlu usta Miryusif həkk etdi.» Başdaşının tarixi isə yuxarı hissədə sağ və sol tərəflərdə yazılıb – hicri 1295 (miladi 1877-ci ilə müvafiqdir). Ümumiyyətlə, başdaşının memarlıq üslubu çox nəfis işlənmişdir. Omamentlər əsasən həndəsi formalı olub yuxarı hissədə cəmlənmişdir. Hörmə naxışla verilmiş medalyonun içərisində ay və ulduz, hər iki tərəfində isə nəbati gül ləçəkləri verilmişdir. Halqaları yuxarı doğru bir-birinə müxtəlif xətli həndəsi ornamentlər birləşdirir. Tarixinin yazıldığı yer-də də nəbati gül təsvirləri vardır. Xatırladaq ki, daşlarda olan qabarıq, dairəvi, gülə oxşar təsvirlərə Azərbaycanın orta əsr türbələri və qəbir daşlarında çox təsadüf edilir (9, s. 196). Bəzək elementi xarakteri daşıyan bütün ornamentlər bir qayda olaraq qabartma üsulu ilə həkk olunub. B/d-nın aşağı his-səsi ovulub-sökülüb. Bu da sən nəticədə gözəl sənət incisinin məhv olmaq ehtimalını artırır.
Beləliklə, tədqiq etdiyimiz türbələrin tarixi, memarlıq üslubu, sənətşünaslıq baxımından mövqeyi ərazidəki zəngin olan epiqrafik abidələrin gələcəkdə geniş planda araşdırılmasına böyük ehtiyac duyulduğunu sübuta yetirir. Xatırladaq ki, təkcə Qıraq Kəsəmən kəndində bu tip türbələrin sayı 20-dən artıq, gözəl memarlıq üslubuna malik başdaşı abidələrinin sayı yüzlərlədir.
ƏDƏBİYYAT
1. M.S.Nemət. Əsrlərin daş yaddaşı. Bakı 1987.
2. A.M.Ağalarzadə. Soltan Pirətəvan ziyarətgahı. «Elm və həyat» jurnalı, 2003, № 1-2.
3. M.S.Nemət. Quba rayonunun epiqrafik abidələri. 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş sessiyanın materialları. Bakı, 2005.
4. Кулиева В.А. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в конце XIX- начале ХХв.в. в ракурсе армяно-азербайджанских политических отношений. Баку, 2003.
5. Prof. Dr. Ali Özek, Prof. Dr. Hayreddin Karaman ve başk. Kurani Kerim ve türkçe açıklamalı meali. Saudi Arabistan Krallığı 1424 H/ 2003.
6. Z.Bünyadov, V.Məmmədəliyev. Quran. Bakı, Azərnəşr, 1992.
7. В.А.Крачковская. Редкая рукопись Корана XVI века. – XX Междуна¬родный конгресс востоковедов. Доклады делегации СССР. Москва, 1960.
8. Prof.Dr. Ali Özek…. Gös. əsəri.
9. O.Ş.tsmizadə, H.Ə.Ciddi. Bakı Qız qalası yaxınlığındakı abidodən tapılan məzar daşları haqqında. AMM, VUI cild, Bakı, 1976.

Leave a comment

Your comment