“ELEMENTS OF COUNT” IN PETROGLIFES OF THE MINOR CAUCASUS OF BRONZE AGE

KİÇİK QAFQAZIN TUNC DÖVRÜ QAYAÜSTÜ TƏSVİRLƏRİNDƏ
«SAY» ELEMENTİ (etnoarxeoloji araşdırma) Nəcəf Müseyibli
(Azərbaycan МEA Arxeologiya və Etnoqrafiya institutu)
Qədim cəmiyyətlərin iqtisadi, mədəni yüksəlişi onların həyatının müxtəlif tərəflərini əks etdirən bir sıra sahələrin inkişalı ilə müşayət olunmuşdur. Azərbaycanda tunc dövründə əkinçilik, maldarlıq genişlənir, müxtəlif sənət sahələri inkişaf edirdi. Bununla əlaqədar olaraq, heç şübhəsiz, həmin iqtisadi inkişafın göstəricilərini tənzimləyən müəyyən say sistemi də mövcud olmuşdur. Lakin tunc dövrünün say sistemi barədə dəqiq məlumat əldə edilməsə də arxeoloji abidələrdən bu barədə müəyyən informasiya toplamaq mümkündür. Bu baxımdan qayaüstü təsvirlərin xüsusi əhəmiyyəti vardır. Kiçik Qafqaz petroqlinərində, о cümlədən indiki ErMənistan ərazisindəki Zəngəzur və Göyəm təsvirlərində Azərbaycanın tunc dövrü maldar tayfalarının saylar haqqındakı biliklərini əks etdirən müxtəlif növ rəsmlər qeydə alınmışdır.
Gəmiqaya, Zəngəzur və Göyəm petroqliflərinin tədqiqi göstərir ki, Azərbaycanın tunc dövrü maldarları say anlayışlarını ən müxtəlif təsvir növləri ilə ifadə etmişlər. Bu zaman rəsm edilən insan, heyvan və digər bitkinin təbii xüsusiyyətlərindən (insanın barmaqlarının, maralın buynuzundakı şaxələrin, araba təkərinin millərinin və s. sayı) istifadə edilmişdir. Bütün bunlar müəyyən say miqdarının yadda saxlanılması və ya həmin say miqdarının ünvanlandığı konkret obyektlə bağlı olmuşdur. Say anlayışlarının ifadə edilməsində başlıca olaraq nöqtələrdən və ya qısa xəttlərdən ibarət işarələrdən istifadə edilmişdir (5, s.27).
Gəmiqayada qədim say anlayışları ilə əlaqədar bir sıra təsvirlər qeydə alınmışdır. Burada 14 №-li daşda xaç fomalı işarə rəsm edilmişdir (4, s. 156). Bu xaçın hər bir sonluğu üç dişli yaba şəklində tamamlanır. Eyni zamanda bu rəsm, insanın sxematik təsvirindən ibarətdir. Bu təsvirdə çox güman ki, «4» və «12» anlayışları ifadə olunmuşdur: xaçın 4 qolu və hər qolun sonundakı üç dişin cəmi 12-ə bərabərdir ( I tablo, №1).
Gəmiqayada «4» anlayışı ilə əlaqədar başqa bir təsvir do aşkar edilmişdi (4, s.221). Burada 258 №-li daşda təsvir edilmiş xaçın dörd qolu arasındakı hər bir boşluq bir gövsvari rəsmlə doldurulmuşdur ( I tablo, №2).
Gəmiqayada say elementlərinin nöqtələrlə ifadə edildiyi təsvirlər do qeydə alınmışdır. Belə təsvirlərdən biri 192 №-li daşda həkk edilmişdir (4, s.203). Burada beş ədəd nöqtə yanaşı rəsm edilmiş, həndəsi fiquru xatırladan təsviri demək olar ki, tamamlamışdır. Həndəsi fiquru təşkil edən qısa xətlərin sonluğunda da çox güman ki, nöqtələr həkk edilmişdir. Buradakı beş nöqtə heç də təsadüfi deyil məqsədyönlü şəkildə rəsm olunaraq məhz «5» sayı ilə əlaqədar anlayışı ifadə etmişdir ( I tablo, №3).
Nöqtələrlə ifadə edilən digər say elementləri Gəmiqayada 424 a №-li daşdakı səhnənin tərkibində təsvir edilmişdir. Burada simmetrik düzülüşdə altı ədəd nöqtə həkk edilib (4, s.529). «Köç» səhnəsindəki bu nöqtələrin məhz «6» sayını ifadə etMəsi sübhə doğurmur (I tablo, №5). 443 №-li daşda keçi təsvirlərinin əhatəsində düzbucaq formalı həndəsi fiqurun içərisində təsvir edilmiş nöqtələr isə çox güman ki, «5» sayı ilə bağlıdır (4, s. 263). «5» sayının nöqtələrlə ifadə edilMəsi 482 №-li daşda da göstərilmişdir (4, s. 273). Burada (6 №-li rəsm) düz xəttin bir tərəfində 3, digər tərəfində isə 2 nöqtə oyulmuşdur.
Gəmiqayada nöqtələrlə ifadə edilən daha maraqlı say işarələri 483-cü daşda rəsm edilmişdir ( I tablo, № 4). Bu daşda yığcam, dairəvi şəkildə 13 ədəd nöqtə həkk edilmişdir. Onunla yanaşı nöqtələr vasitəsi ilə iki, nisbətən kiçik dairələr təsvir edilmişdir. Həmin dairələrin hər biri 5 nöqtənin köməkliyi ilə rəsm edilib (4, s.273).
Say anlayışını ifadə edən təsvirlərə Zəngəzur və Göyəm petroqliflərində daha çox rast gəlinir. Bu zaman həm insan, həm də heyvan təsvirlərindən geniş istifadə edilmişdir. Saylarla bağlı insan rəsmlərinə Zəngəzur petroqliflərində daha çox rast gəlinir (7, tablo 306, 307, 308). Burada «2-3; 3-2» saylarının əvəzlənməsini insan rəsmləri vasitəsilə əks olunmasına tez – tez rast gəlinir ( II tablo). Azərbaycan folklorunda, əfsanə və rəvayətlərində «Üç qardaş», «İki qardaş» barədə hekayətlər qədim zamanlardan bu günlərə gəlib çatmışdır (1, s.175, 238). Ola bilsin ki, Zəngəzur petroqliflərində rast gəlinən, məqsədyönlü şəkildə müəyyən sayda rəsm edilmiş iki və ya üç insan təsvirindən ibarət səhnələr də bu əfsanə və rəvayətlərlə bağlı olmuşdur. Bir neçə səhnədə «7» sayının ifadəsi qabarıq şəkildə göstərilmişdir. Belə ki, bir daşda iki insan və iki araba təkəri təsvir edilmişdir (7, tablo 312 № 1). İnsan rəsmlərindən biri şərti, sxematik həkk edilib. Onun ayaqlan göstərilməmişdir. Bu insanın bir əlində 4, digərində 3 barmaq təsvir edilib (cəmi 7). Onunla yanaşı araba təkərlərinin hər birində də məhz 7 mil göstərilmişdir ( III tablo, №3). Zəngəzur təsvirlərində insanla birgə «7» sayının məzmununa digər bir daşda da rast gəlinir (7, tablo 170). Burada qollarını geniş açmış bir insan təsvir edilmişdir. Onun başını yuxarıdan əhatələyən bir qövs çəkilib. Həmin qövsdən yuxarıda bir nöqtə var. İnsanın ayaqlarından aşağıda biri – birinə yanaşı «7» ədəd qısa xətlər rəsm edilib (III tablo, №2). Bütöv bir kompozisiyanı təşkil edən bu səhnədə 7 sayını ifadə edən xətlərin konkret məna daşıdığı şübhə doğurmur. «7» sayı ilə bağlı anlayışlara Azərbaycan folklorunda da tez – tez rast gəlinir. Buna misal olaraq, «Göyün yeddi qatı» (2, s. 35), «Yeddi bulaq» (1, s. 80) və s. Əfsanə və mifləri göstərmək olar. Haqqında bəhs etdiyimiz səhnə (III tablo. №2) məhz bu baxımdan maraqlıdır. Belə ki, burada insanın başını əhatələyən qövs göy qübbəsinin, ondan yuxarıdakı nöqtə isə Günəşin və ya Ayın simvolu ola bilərdi. İnsanın ayaqları altındakı yeddi ədəd şaqulu qısa xətlər isə çox güman ki, «göyün yeddi qatı» anlayışının ifadəsidir. Bu səhnədəki insan isə heç şübhəsiz, xüsusi statusa malikdir.
Zəngəzur petroqlifləri sırasında insan təsvirlərindən ibarət digər bir səhnə də (7, tablo 290) bəhs edilən mövzu ilə əlaqədar diqqəti cəlb edir. Burada beş insan rəsmindən biri nisbətən zəif göstərilmiş, digərlərinin qolları dirsəkdən qatlanaraq yuxarı yönəlib. Maraqlıdır ki, burada ön planda təsvir edilmiş insanın başını 5 ədəd nöqtə dövrələyir ( III tablo, №3). Diqqəti cəlb edən məqam bu səhnədə həmin nöqtələrlə insanların sayının eyni olmasıdır. Çox güman ki, belə bir say uyğunluğu xüsusi məna kəsb edərək bu səhnənin təsviri zamanı məqsədyönlü şəkildə icra edilmişdir.
«5» sayı Zəngəzurda digər bir daş üzərində qısa paralel xətlərlə təsvir edilmişdir (7, tablo 221). Burada bir canavar və iki keçinin əhatəsində hər birində 5 paralel xətlər olmaqla dörd təsvir verilmişdir (IV tablo, №1). Yuxarıdan birinci beşlikdə iki xətt digər üçündən qısadır. Mərkəzdəki ikinci beşlikdən ayrılan «ağacın» şaxələrinin də sayı məhz 5-dir. Üçüncü beşlik canavarla yanaşı təsvir edilmişdir. Dördüncü beşlikdə ortadakı xətt digər-lorindən uzundur. Bu xətlərin hər hansındakı müəyyən fərqlər çox güman ki, bütövlükdə bu səhnənin ümumi semantikası ilə bağlıdır. Birinci beşlikdəki birinci xətt keçinin qoşa buynuzlarını, üçüncü beşlikdəki sonuncu xətt isə canavarın arxa ayaqlarını birləşdirir. Üçüncü beşlik xətlərindən əvvəl və canavardan sonra, onun qarşısında nöqtə həkk edilmişdir. Fikrimizcə bu səhnədə qədim Azərbaycan mərasimlərindən olan «qurd ağzı bağlama» mərasimi təsvir edilmişdir və buradakı beşlikləri təşkil edən qısa xətlərdən ibarət say elementləri bu səhnənin ümumi məzmunu ilə Şıx bağlıdır.
Gəmiqaya Zəngəzur və Göyəm petroqliflərində sxematik maral rəsmləri (4, daş 354 №8; 7, tablo 144 №2; 9, şəkil 29, 31 və s.) vasitəsi ilə sayların ifadə edilməsi hallarına tez-tez rast gəlinir (IV tablo, №2, 3). Diqqəti cəlb edən fakt maralların hər iki buynuzundan ayrılan şaxələrin sayının eyni olmasıdır. Belə say uyğunluğunun olmadığı maral rəsmlərinə Zəngəzur və Gəmiqaya çox az hallarda təsadüf edilir. Maral buynuzları vasitəsilə müxtəlif miqdarda saylar – 3, 5, 7 və s. göstərilmişdir.
Göyəm petroqliflərində say elementləri xüsusilə geniş təmsil olunmuşdur. Buradakı daşlardan birində nöqtələrdən ibarət dairəvi düzüm və həmin dairənin mərkəzində nisbətən iri ölçülü nöqtə həkk edilmişdir. Buradakı nöqtələrin ümumi sayı 13-dür. Bu təsvir buradakı nöqtələrin sayı və ümumi forması etibarilə Gəmiqayada 483 №-li daşdakı təsvirlər çox yaxındır.
Göyəmdəki daşlardan birində say elementlərinin çox zəngin olduğu, astral inamları əks etdirən çoxtərkibli geniş bir səhnə təsvir olunmuşdur. Burada Günəşin müxtəlif növ təsvirləri həkk edilmişdir. Bu təsvirlərin hər birində müəyyən say miqdarları ifadə olunmuşdur. Günəşin üç ədəd realist üslubda verilmiş təsvirində Mərkəzi diskdən ayrılan Günəş şüalarını ifadə edən konkret sayda qısa xətlər çəkilmişdir. Burada şərti olaraq nömrələdiyimiz l №-li təsvirdə həmin xətlərin (şüaların) sayı 18, 2 №-li təsvirdə 11, 3№-li təsvirdə isə 19 ədəddir (V tablo). Burada Günəşin bir sxematik təsviri mərkəzi diskin nöqtələrlə əhatə olunması üsulu ilə göstərilmişdir (V tablo, №4). Bu nöqtələrin də sayı 2 №-li təsvirdə olduğu qədər – 11 – dir. Bütövlükdə bu səhnədə ən maraqlı təsvir Günəşin sxematik, eyni zamanda mürəkkəb məzmunlu rəsmidir (V tablo, №5). Burada Mərkəzdəki nöqtədən ayrılan spiralşəkilli təsviri üç ədəd konsentrik dairələr dövrələyir. Birinci dairə qalın xətlə çəkilmişdir və onun xaricində 16 ədəd yarımdairəvi formalı çıxıntılar vardır. İkinci dairəni həm xaricdən həm də daxildən buğdaşəkilli elementlər dövrələyir. Maraqlıdır ki, daxildəki «buğda»ların sayı 34, xaricdəkilərin sayı isə 44-dür. Çox güman ki, belə bir proporsiya təsadüfi xarakter daşımır.
Bu səhnədə Günəşin təsvirləri ilə yanaşı daxili sahələri nöqtələrlə doldurulmuş, biri-birinə bitişik, küncləri oval iki düzbucaqlı rəsm edilmişdir. Hə-min düzbucaqlı çərçivələrlə yanaşı qoşa nöqtələr düzümü və iki xaç şəkilli işarələr həkk edilmişdir (V tablo, №6). Düzbucaqlıların hər birinin içərisində üç cərgədə nöqtələr düzülmüşdür. Burada orta düzümlərdə nöqtələrin sayı 11, kənarlardakı düzümlərin hər birində 10 ədəddir. Beləliklə düzbucaqlıların hər birinin içərisində 31 nöqtə həkk edilmişdir. Düzbucaqlardan kənardakı qoşa düzümün hər birində 10 ədəd (cəmi 20 ədəd) nöqtə vardır. Bu səhnədəki müxtəlif üsullarla say miqdarlarının ifadə olunmasını təsadüf hesab etmək ol-maz. Fikrimizcə, bütövlükdə bu səhnənin ümumi məzmunu astral təsəvvürləri əks etdirMəklə yanaşı qədim təqvim anlayışlarının məcmusundan ibarətdir.
Göyəmdə başqa bir daşda (9, şəkil 292) da iki qoşa düzbucaqların daxilində nöqtələr vasitəsilə saylar təsvir edilmişdir (VI tablo, №1). Maraqlıdır ki, burada da əvvəlki səhnədəki düzbucaqların daxilindəki nöqtə düzümləri əvvəlki səhnədə olduğu kimi (V tablo, №6) say və düzülüş baxımından olduğu kimi təkrarlanır. Belə bir vəziyyət hər iki təsvirdəki say işarələrinin proporsiyalarının təsadüfi xarakterli olmadığını, onların konkret Məna daşıdığını və bununla əlaqədar olaraq Məqsədyönlü şəkildə rəsm edildiklərini bir daha sübut edir.
Nöqtələrlə say anlayışlarının təsvir edilməsinə Göyəmdə digər bir daşda da rast gəlinir. Burada da nöqtələrin müəyyən say prinsipi üzrə düzülüşü əvvəlki rəsmlərdə olduğu kimi təkrarlanır. Lakin burada üç cərgəli say düzümündə mərkəzi sıradakı nöqtələrin sayı əvvəlki təsvirlərdəkindən fərqli olaraq, kənarlardakı sıralarda olduğundan azdır: buradakı sıralarda say proporsiyası 13-12-13 qaydası üzrə qurulmuşdur. Əvvəlki təsvirlərdən fərqli olaraq buradakı nöqtələr düzümü çərçivəyə salınmamışdır. Bu düzümlərlə ya-naşı iki yerdə mərkəzdəki nöqtənin ətrafında dairəvi şəkildə nöqtələr düzümü də həkk edilmişdir (VI tablo № 2). Onların birində 6, digərində 7 nöqtə ( cəmi 13) göstərilmişdir. Çox güman ki, bu sayların cəmi yanaşı rəsm edilmiş üç cərgəli nöqtələr düzümünün kənar sıralarındakı «13» saylan ilə bağlı olmuşdur.
Maraqlı Məqamlardan bir do odur ki, nöqtələr vasitəsilə sayların göstərildiyi səhnələrdəki bəzi digər rəsmlər do eynilə təkrarlanır (VI tablo). Bu isə öz növbəsində həmin səhnələrin eyni məzmunlu olmasını bir daha təsdiqləyir.
Həm qədim sivilizasiya Məskənlərindən əldə edilmiş analoji materialların tədqiqi, həm do bir sıra etnoqrafik araşdırmalar nöqtələrdən və düz xətlərdən ibarət təsvirlərin say anlamını ifadə etdiyini göstərir. Belə ki, cənubi Türkmənistanın eneolit dövrünə aid Yalanqaçtəpə adlı yaşayış Məskənində aşkar olunmuş məbədin divarına yapışdırılmış gil fiqurlar qeydə alınmışdır. Onlardan birinin üzərində 15 ədəd nöqtə oyulmuşdur. Tədqiqatçılar bunu qadın fiquru hesab edirlər (14, s. 162). Ehtimal etmək olar ki, qadınların simvolik təsvirləri ilə bağlı olan belə oyuqlar şərti olaraq onların törəmələrini və bu törəmələrin sayını ifadə etmişdir. Nöqtələrin (törəmələrin) bir düz xətt (üzrə düzülüşü və ya bir fiqur üzərində yerləşdirilməsi (Yalanqaçtəpə fiquru) onların bir ananın övladları olmasını ifadə etmişdir (8, s. 108). Etnoqrafik tədqiqatlar sübüt etmişdir ki, sən dövrlərə qədər Altay qadınları öz övladlarının sayını təxminən belə üsulla aparmışlar. Bu zaman beşiyə bağlanmış gön kəmərdən istifadə olunmuşdur. Kəmərdə salınan hər bir düyün yeni uşağın doğulmasını bildirirdi (10, s. 147).
Buryatiyanın qayaüstü təsvirlərində də nöqtələrdən ibarət işarələrin zəngin olduğu kompazisiyalara tez-tez rast gəlinir. Buradakı kompazisiyaların birində əl-ələ tutmuş qadın, kişi və onlarla yanaşı uşaq fiquru rəsm edilmişdir. Kompazisiya bütövlükdə ailə üzvlərinin sayının artımı ideyasını ifadə edir. Başqa bir qayada yenə də əl-ələ tutmuş qadın və kişi fiqurları, onların başının üstündə quş fiquru, aşağı hissədə isə dördkünc çərçivəyə salınmış və çərçivədən kənarda çoxlu sayda nöqtələr təsvir edilmişdir. Bu kompazisiyada da «ailə icması» və himayəçi qartal rəsm edilmişdir (13, s. 71-75, 29). Nöqtələr burada ailə icmasının digər üzvlərinin sayını rəmzi ifadə edir.
Nöqtələrin sayı onların təşkil etdikləri fiqurların mahiyyəti ilə Şıx bağlı olmuşdur. Saylar müxtəlif məqsədlərlə tətbiq oluna bilərdi. Haqqında bəhs etdiyimiz nöqtələrdən ibarət dairəvi düzümlü bəzi təsvirlər isə ola bilsin ki, müəyyən sayda tayfa və ya qəbilənin daha güclü və böyük bir tayfa ətrafındakı birliyinin, tayfa ittifaqının ifadəsidir. Hələ ilk tunc dövründə – e.ə. III minillikdə kiçik qəbilə icmaları əsasında daha böyük birləşmələr – tayfalar və tayfa ittifaqları meydana çıxmışlar (3, s. 52-53). Orta tunc dövründə isə bu proses davam edərək daha da genişlənmişdir. Saylarla bağlı qədim tayfa adları bu günə qədər Azərbaycan təpənomiyasında qorunub saxlanmışdır. Buna misal olaraq Bərdə rayonunda «Otuzikilər», İmişli rayonunda «Otuziki», Gədəbəy rayonunda «Dördlər» və s. göstərmək olar.
Yuxarıda qeyd etdiyimiz kimi düz xətlərdən ibarət təsvirlərin bir hissəsi nöqtələrdən təşkil olunmuş təsvirlərlə eyni semantikaya malikdir. Bir sıra arxeoloji etnoqrafik materiallar belə bir nəticəyə gəlməyə imkan verir. Düz xətlərdən ibarət işarələr ən qədim dövrlərdən Məlumdur. Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı orta aşel dövrü təbəqəsindən aşkar olunmuş ayı kəllələrindən birinin üstündə müxtəlif uzunluqda (15-47 mm) paralel xətlər çəkilmişdir. Abidənin tədqiqatçısı M.M.Hüseynovun fikrincə bu xətlər say işarələridir (6, s. 56).
Qədim dünyanın piktoqram və ideoqramlardan istifadə edən bəzi xalqları sayları və rəqəmləri məhz nöqtələrlə və qısa xətlərlə ifadə etmişlər. Amerika qitəsinin ən qədim sakinlərindən olan mayyalılar 0-dan 19-dək rəqəmlərdən istifadə etmişlər. Balıqqulağının sxematik təsviri ilə göstərilən 0-dan başqa qalan 19 rəqəm müxtəlif sayda nöqtə və qısa xətlərlə ifadə olunmuşdur (11, s. 163).
Etnoqrafik tədqiqatlarla sübüt olunmuşdur ki, XX əsrin əvvələrinə qədər inkişaf səviyyəsi ilə geridə qalmış xalqların say sistemində müxtəlif istiqamətlərdə çəkilmiş qısa düz xətlərdən istifadə olnmuşdur. Qərbi Sibirin azsaylı xalqlarından olan ostyaklar XX əsrin əvvələrinə qədər rəqəmləri müxtəlif cizgilərdən istifadə etməklə göstərmişlər (12, s. 44).
Beləliklə, arxeoloji və etnoqrafik materiallarla müqayisəli təhlil əsasında belə bir nəticəyə gəlmək olar ki, Kiçik Qafqazın petroqliflərindəki nöqtələrdən və düz xətlərdən ibarət təsvirlərinin bir hissəsi bu ərazilərin qədim sakinlərinin saylar haqqındakı anlayışlarını ifadə etmişlər.

ƏDƏBİYYAT
1. Azərbaycan folklor antologiyası, I cild Naxçıvan folkloru. Bakı, 1994.
2. Azərbaycan mifoloji mətnləri. Bakı, 1988.
3. İsmayılov Q.S. İlk tunc dövründə Azərbaycan ərazisində yaşayan tayfaların ictimai həyatı və dini təsəvvürləri. Tarix, ictimaiyyət, coğrafiya tədrisi. Bakı, 1980, №2
4. Müseyibli N.O. Gəmiqaya. Bakı, 2004.
5. Müseyibov N.Ə. Azərbaycan qayaüstü işarə və damğaları. T.e.n. dissertasi-yasının avtəreferatı. Bakı, 1998.
6. Гусейнов M.M. Древний палеолит Азербайджана. Баку, 1985.
7. Караханян Г.О., Сафян П.Г. Наскальные изображения Сюника. Ереван, 1970
8. Кубарев В.Д. Древние росписи Каракола. Новосибирск, 1988.
9. Мартиросян А.А. Исраелян А.Р. Наскальные изображения Гегамских гор. Ереван, 1971.
10. Саламатина С.Н. Колыбель в обрядах и представлениях народов Саяно-Алтая. Технические культуры в Сибири. Проблемы эволюции и контактов. Новосибирск, 1986.
11. Соди Д. Великие культуры Месоамерики. Москва, 1985.
12. Старцев Г. Остяки. Ленинград, 1928.
13. Тиваненко А.В. Древнее наскальное искусство Бурятии. Новосибирск, 1990.
14. Хлопин И.U. Геогсюрская группа поселений эпохи энеолита. Москва -Ленинград, 1964.

Leave a comment

Your comment