EARLY MEDIEVAL MONUMENTS OF GEYCHAY
GÖYÇAY RAYONUNUN İLK ORTA ƏSR ABİDƏLƏRİ
Qafar Cəbiyev
(Azərbaycanın MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Göyçay rayonu ərazisində tikinti və abadlıq işləri zamanı üzrə çıxan bir neçə ilk orta əsr abidəsi Girdman tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir. Həmin abidələrə misal olaraq Aşağı Qaraməryəm, Ərəbcübirli və Yekəxana kəndləri ərazisində Məlum olan yaşayış yeri və nekropolları göstərmək olar.
Aşağı Qaraməryəm. 60-cı illərin əvvəllərində Qaraməryəm-Müsüslü yolu çəkilərkən Aşağı Qaraməryəm kəndi yaxınlığında, Yuxan Şirvan kanalının sol sahilində qədim əmək və məişət əşyaları üzə çıxıb. Həmin tapıntıların bir qismi İnçə kənd məktəbinin müəllimləri tərəfindən toplanıb və bu barədə Akademiyanın Tarix İnstitutuna məlumat verilib. Həmin məlumat əsasında 1962-ci ildə arxeoloq S.M.Qazıyev və R.B.Göyüşov oraya gəlmiş, abi¬də ilə tanış olaraq müəyyən qədər material toplamışlar (4, 85-92). Bir il sonra Göyçay rayonunda elmi ezamiyyətdə olan F.L.Osmanov da Qaraməryəm və İnçə kəndlərinə gələrək həmin abidə barəsində yerli sakinlərdən Məlumat toplamışdır (1, 3-13). O, İnçə kənd Məktəbinin müəllimləri Mikayıl Hacıyevin və Əhməd Vahidovun bələdçiliyi ilə abidə olan əraziyə baxış keçirmiş, onun xarakterini müəyyən etməyə cəhd göstərmişdir. Bu zaman yolun kənarları boyunca və Qaraməryəm çayının yuyub əmələ gətirdiyi yarğanlarda küp və torpaq qəbirləri, habelə, 07-1 m qalınlığında olan mədəni təbəqə qalıqları qeydə almışdır. F.L.Osmanovun yazdığına görə orada həyat kəsildikdən sonra təqribən 50-55 sm qalınlığında lal təbəqə formalaşıb. Bəzi sahələrdə mədəni təbəqənin təqribən 50-70 sm qalınlığında bir hissəsi uzun müddət istehsal ocağı altında olması səbəbindən tam yanaraq qızarmışdır. Yanıq torpaq qatında gildən hazırlanmış xırda məişət qablarının olduğu diqqəti cəlb edib. Yanıq torpaq qatı altında isə iri təsərrüfat küpləri və onların parçalan olduğu qeydə alınmışdır. Digər abidələrdən bəlli olduğu kimi, təsərrüfat küpləri, adətən, otaq, anbar və ya emalatxana tipli tikililərdə döşə-mənin səthindən dərinə basdırılırdı. Orada, həmçinin, çoxlu miqdar insan və heyvan sümükləri, yanmış qoz qabığı, divarlarının qalınlığı 2,5 sm olan saxsı küpə və bardaq tipli qabların fraqmentləri tapılıb. Müşahidələr zamanı abidənin təqribən 1 hektara yaxın ərazini əhatə etdiyi aydınlaşdırılıb. Orada ayn-ayrı yerlərdə çoxsaylı siçan yuvaları olduğu da diqqətdən yayınmamışdır. Maraqlıdır ki, siçanların yuvadan qazıb çıxardığı torpaq içərisində gil qabların qırıqlarının da olduğu müəyyənləşdirilib. F.L.Osmanov bütün bu tapıntıların xronoloji cəhətdən eramızın I minilliyinin birinci yarısına aid olduğunu güman edir.
1976-cı ildə Aşağı Qaraməryəm kəndi yaxınlığında su an ban üçün yer qazılarkən do oradan analoji tapıntılar üzə çıxıb. Anbar tikintisi ilə məşğul olan inşaatçılar tərəfindən bu barədə Tarix İnstitunun rəhbərliyinə məlumat verilib. İnstitutun əməkdaşları Ə.Əliyev və A. Ələkbərov həmin məlumatın izi ilə Göyçay rayonuna ezam edilib. Su anbarı tikilən ərazidə mədəni təbəqə həddən artıq qarışdırıldığından küp qəbirlərinin qalıqlarını tam aydınlığı ilə izləyə bilməsə də, oradan xeyli maddi mədəniyyət nümunələri toplayıb (1, 85-93). Həmin tapıntılar başlıca olaraq orta əsrlərə aid olan şirsiz və şirli saxsı Məmulatı nümunələridir. Tapıntılar içərisində bir neçə ədəd salamat vəziyyətdə olan küpə tipli qab xüsusilə diqqəti cəlb edir. Onların ağzı novçalı olmaqla bir qədər kənarlara meyillidir. Küpələrdən birinin üzərində cızma üsulu ilə sən dərəcə orijinal olan sxematik bir təsvir işlənib. Tədqiqatçıların fikrincə, bu insan təsviridir (1, 85). Doğrusu, bu fikirlə razılaşmaq çətindir. Əslində, bu təsvirin dulus dəzgahına daha çox oxşarlığı var. Lakin, bu fikirin də ciddi surətdə əsaslandırılmasına ehtiyac var. Bəhs edilən küpənin boğaz hissəsində dairəvi formada olan batıq-oyma naxışlar işlənib. Həcimcə bir qədər kiçik olan digər küpənin qulpunun üstündən eninə xətt keçir. Küpələrin hündürlüyü 7-22, ağızlarının diametri isə 5-8 sm-dir. Buna bənzər nümunələr Mingəçevir, (7, 40), Şamaxı (2, 35), Gəncəçay və Xanlar ətrafındakı nekropollardan (9, tablo 3), Göylər kəndi ərazisindəki şəhərgahdan (3, (şəkil 3) və s. yerlərdən məlumdur.
Su anbarı tikilən ərazidən tapılan iri təsərrüfat küplərinin fraqmentləri qalın divarlı olmaqla ağımtıl rəngdədir. Onların ağzının kənara qatlanan his-səsi zəncirvari çərtmələr formasında naxışlanıb. Gilinin tərkibində qum qatı-şığı var. Deyilənlərə görə, müxtəlif vaxtlarda Qaraməryəm çayının sol sahilindəki yarğanlardan da bunlara bənzər tapıntılar əldə edilib.
Ə.Əliycv və A. Ələkbərov tərəfindən Aşağı Qaraməryəm ərazisindən toplanan gil qab nümunələrini xronoloji cəhətdən ilk orta əsrlərə aid edilib. Mütəxəsislər Aşağı Qaraməryəmdən tapılan məişət əşyaları içərisində Oranqala qazıntılarından bəlli olan nümunələrə bənzəyən şirli qablar da olduğunu əsas götürərək XI əsrədək orada həyat olduğunu bildirib (1, 86).
Rəvayətə görə, Qaraməryəm kəndinin əsası uzaq keçmişdə Məryəm adlı bir qadın tərəfindən qoyulub. Həmin qadın həddən artıq qara olduğundan ona Qara Məryəm deyərlərmiş. Görünür, о milliyyətcə ərəb olub. Qara-məryəm tapıntılarının xronoloji cəhətdən Azərbaycanın xilafət orduları tərəfindən zəbt olunduğu dövrə aid olması da məhz bu cür düşünməyə əsas verir.
Ərəbcəbirli. 10 aprel 1973-cü ildə Faiz Yusifovun imzası ilə Göyçay rayon qəzetində «Nadir tapıntı» adlı bir məqalə dərc olunub (8). Məqalədə rayonun Ərəbcəbirli kəndində quşçuluq ferması üçün bünövrə yeri qazılarkən üzə çıxan maddi mədəniyyət nümunələrindən bəhs olunurdu. Həmin tapıntılarla əlaqədar arxeoloq A.B.Nuriyev 1973-cü ildə Göyçay rayonunda ezamiyyətdə olub. O, abidə ilə və oradan toplanaraq Göyçay şəhərindəki l №-li məktəbə təhvil verilmiş tapıntılarla tanış olub. Müəyyən edilib ki, həmin tapıntıların aşkar edildiyi ərazidə vaxtilə nokropol olub. Və əgər nokropol varsa, deməli, orada həmin dövrə aid yaşayış yeri də mövcud olub.
Ərəbcəbirli nekropolundan əldə edilən tapıntılar əsasən aşağıdakılardan ibarətdir: 1. Metal əşyalar. Bunlara misdən, tuncdan, gümüşdən və qızıldan hazırlanmış sinə bəzəkləri, bilərziklər, üzüklər, sırğalar aiddir. 2. Şüşə məmulatı. Bunlara əsasən muncuqlar və müxtəlif formalı şüşə qablar aiddir. Maraqlıdır ki, Ərəbcəbirlidən tapılan bilərzik, üzük və sırğaların əksəriyyəti bolluq rəmzi olan ilan simvollu forma və naxışlara malik olması ilə diqqəti cəlb edir (13, 43-44).
A.B.Nuriyevin yazdığına görə, tapıntılar içərisində müxtəlif xarakterli yarımfabrikatlara və istehsal tullantılarına da təsadüf olunub. İstehsal və ya bişirmə prosesində çıxdaş vəziyyətə düşmüş saxsı qab nümunələri buna mi-sal ola bilər.
Mütəxəsislərin fikrincə, Ərəbcəbirli nekropolunda aşkar edilmiş küp qəbirləri xronoloji cəhətdən IV-VIII əsrlərə aiddir (13, 44). Görünür, Albaniya ərazilərinin ərəblər tərəfindən istilası ilə nekropolun Mənsub olduğu yaşayış məntəqəsində həyat dayanıb.
Yekəxana. 1965-70-ci illərdə İsmayıllı rayonu ərazisində arxeoloji axtarışlar aparan F.L.Osmanov Bakı-Qaraməryəm şosse yolunun şimal tərəfində yerləşən Yekəxana kəndi ərazisində də antik və ilk orta əsrlərə aid müxtəlif növ maddi mədəniyyət qalıqları aşkar edib. Həmin tapıntılar içərisində kömürləşmiş vəziyyətdə olan taxıl qalıqları xüsusilə marağa səbəb olub (6, 105-106). F.L.Osmanov tərəfindən tapılan bu nümunələr görkəmli seleksiyaçı alim, akademik İ.D.Mustafayev tərəfindən təyin olunub. Onun rəyinə əsasən həmin taxıl qalıqları əsasən mədəni arpa və az miqdarda yumuşaq buğda növündən ibarət olub (12, 19-20).
80-ci illərin əvvəllərində Yekəxana və ona qonşu olan Şahsəltanlı kəndləri ərazilərində təsərrüfat işləri görülərkən xeyli maddi mədəniyyət nümunələri üzə çıxıb. Məlumat üçün bildirək ki, Yekəxana və Şahsəltanlı kəndləri Acınohur-Ceyrançöl öndağlığının şərqə doğru davamı olan Bozdağ silsiləsi ilə Qaraməryəm tirəsi arasındakı çökəklikdə yerləşir. Münbit torpaqları, bol su ehtiyatları olan bu ərazi həm də qədim karvan yollarının üstündə yerləşir. Görünür, elə bu səbəbdən do həmin ərazilərdə antik dövrdən başlayaraq intensiv həyat olub.
Müxtəlif vaxtlarda həm Yekəxana, həm də Şahsəltanlı ərazisində torpaq işləri görülərkən, arx və ya bünövrə yeri qazılarkən üzə çıxan qədim əmək vəsaitləri, məişət əşyaları və bəzək nümunələri buna sübutdur. Belə abidələrdən birisi də 80-ci illərin əvvəllərində Şahsəltanlı kənd 8 illik məktəbinin qərb tərəfində qarğıdalı əkmək üçün sahə şumlanarkən aşkara çıxıb. Abidənin yerləşdiyi ərazi təqribən 4 m hündürlüyü olan təpədən ibarətdir. Məmin təpənin üstündən və onun ətrafından çoxlu gil qab nümunələri tapılıb. Yerli sakinlərin verdiyi məlumata görə bu cür tapıntılar ayrı-ayrı həyətlərdən də Məlumdur. Xatırladaq ki, Şahsəltanlıda aşkar edilən bu yaşayış yeri qonşuluqdakı Yekəxana kəndi ərazisində hələ 60-cı illərdən məlum olan ilk orta əsr abidəsinin lap yaxınlığındadır.
80-ci illərdə arxeoloqlar Ə.Əliyev və A. Ələkbərov tərəfindən Yekə¬xana abidəsinə baxış keçirilmiş və о zaman oradan xeyli maddi mədəniyyət nümunələri toplanmışdır (1, 88). Bunlar əsasən iri təsərrüfat küpləri, çölmək və cam tipli dayaz qabların, təkayaq vazların fraqmentlərindən ibarətdir. Tapıntılar içərisində diametri 8 sin olan bir ədəd gildən hazırlanmış araba təkərinə bənzər əşya, qulpların üzərində çərtmə naxışı olan kiçik həcmli su qablarının parçalan və nəhayət, iki ədəd qadın fiquru da diqqəti cəlb edir. Fiqurların hər ikisinin başı, qolları və qurşaqdan aşağı hissəsi sınmışdır. Onlardan birinin döş və bel hissəsində yapma bəzəyi var (1, 88-91). Bu cür heykəlciklər Mingəçevir (11, 13), İsmayıllı (5, 65) və Qəbələ (10, 217) rayonlarının ərazilərindən də məlumdur.
Tapıntıların təsvirlərindən göründüyü kimi, Şahsəltanlı materialları içərisində həm antik dövr, həm də ilk orta əsrlərə aid əşyalar var. Bu, о deməkdir ki, həmin ərazilərdə eramızın əvvəllərindən başlayaraq IV-V əsrlərədək yaşayış olub. Daha sonra isə orada həyat kəsildiyindən sakinlər qonşuluqdakı Yekəxana ərazisinə köçüblər (1,91).
Yuxarıda barəsində bəhs edilən abidələrdən heç birisində indiyədək əsaslı arxeoloji tədqiqat işi aparılmayıb. Odur ki, Göyçay rayonu ərazisinin arxeoloji cəhətdən öyrənilməsi zərurəti hələ də gündəmdə qalmaqdadır. Bu, Girdman tarixinin, bütövlükdə isə Albaniya tarixinin dərindən və hərtərəfli öyrənilməsi baxımından çox vacibdir.
ƏDƏBİYYAT
1.Əliyev Ə., Ələkbərov A. Göyçay rayonu ərazisində arxeoloji tapıntılar. Azərb. SSR EA «Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1986, №1
2. Xəlilov C.Ə. Xınıslı qədim yaşayış yeri. Azərb. SSR EA «Xəbərləri» (İct.el.ser.), 1961, №3.
3. Нуриев А.Б., Юсифов Ф.А. Археологические находки в Геокчайском районе. Арх. и этн. изыскания в Азербайджане (1973 г.). Баку, 1974
4. Osmanov F.L. 1963-cü ildə Göyçay və İsmayıllı rayonlarına arxeoloji ekspedisiyasının gündəliyi
5. Osmanov F.L. İsmayıllı rayonu ərazisindən tapılmış antik dövr antropomorf fiqurlar haqqında // Azərb. SSR EA Xəbərləri, TFH ser. 1971, №1
6. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982
7. Vahidov R.M.. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961
8. Yusifov Fariz. Nadir tapıntı. «Yeni həyat» qəzeti, 10 aprel, 1973-cü il.
9. Алиев К.Г. О неопубликованных сырцовых гробницах, раскопанных Я.Н.Гуммелем. МКА, т.VU, Баку, 1973
10. Исмизаде О.UI. Глиняная статуэтка из Шамлы Куткашенского района. MKA,T.VU, Баку, 1973
11. Казиев СМ. Альбом кувшинных погребений Мингечаура. Баку, 1960
12. Мустафаев И.Д. Материалы по изучению пшеницы, ржи, ячменя и эгилопсов Азербайджана. Баку, 1961
13. Nuriyev А.В. Sərgah küp qəbirləri haqqında. AMM, VU cild, Bakı, 1973