DEMOGRAPHIC CHANGES IN AZERBAIJAN DURING THE DECLINE OF THE PRIMITIVE SOCIETY
İBTİDAİ CƏMİYYƏTİN DAĞILMASI GEDİŞİNDƏ AZƏRBAYCANDA DEMOQRAFİK DƏYİŞİKLİKLƏR
Təvəkkül Əliyev
(Azərbaycan МЕA Arxeologiya və Etnoqrafiya Institute)
Əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Azərbaycan insan cəmiyyətinin təşəkkül tapıb formalaşdığı ilk mədəni ocaqlar-dandır. Cənubi Qafqazın şərq hissəsini və müasir İranın şimal qərbini əhatə edən Azərbaycan ərazisində bütün tarixi dövrlərə aid maddi-mədəniyyət abidələri aşkar olunmuşdur. Bu abidələr cəmiyyət tarixinin müxtəlif inkişaf mərhələlərini yüksəliş və tənəzzül dövrlərini izləməyə imkan verir. Hazırkı məqalədə iki milyon ilə yaxın davam etmiş ibtidai cəmiyyətin neolit dövründən sonrakı tarixi-mədəni inkişaf xüsusiyyətlərinə, cəmiyyətdaxili münasibətlərin yeni məzmun kəsb etməsinə diqqət yetirilir.
Mənimsəmə təsərrüfatının hökm sürdüyü dövrlərdən fərqli olaraq istehsal təsərrüfatının yarandığı (neolit) və inkişaf etdiyi (eneolit) dövrlərdə insanlar daha geniş ərazilərdə məskunlaşmışdılar. Cənubi Qafqazda 150-dən çox eneo¬lit dövrü yaşayış məskəni aşkar edilmişdir. Bunların da əksəriyyəti Azərbaycan ərazisindədir. Tədqiqatlar oturaq qəbilələrin mis-daş dövründə çox geniş əraziyə yayılmasını göstərsə də, onlara məxsus qədim yaşayış yerlərinə müəyyən bölgələrdə, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə rast gəlinmişdir. Eneolit dövründə Azərbaycanın iqtisadi və mədəni həyatında yüksəliş başlamış, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələrinə çevrilmiş, qəbilələrarası əlaqələr güclənmiş, əhalinin sayı xeyli artmışdır. XX yüzilliyin 50-ci illərində Naxçıvan şəhəri yaxınlığında (I Kültəpə), 60-cı illərdə Mil-Qarabağ düzənliyində (Çalağantəpə, İlantəpə, Leylatəpə), Quruçay vo Köndələnçay vadisində (Qaraköpəktəpə, Xantəpə, Günəştəpə), 70-ci illərdə Muğanda (ƏliköMəktəpə), 50-70-ci illərdə Kür çayının orta axarında – Şəmkir və Qazax rayonlarında (Şomutəpə, Töyrətəpə, Babadərviş, Qarğalartəpəsi və s.), XXI əsrin başlanğıcında Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin çəkilişi zamanı Ağstafa rayonunda (I vo II Pəylu, I və II Böyük Kəsik), о cümlədən XX əsrin ortalarında Azərbaycanın cənubunda – Urmiya gölü ətrafında (Həsənli, Dəlmətəpə, Göytəpə) erkən əkinçilik mədəniyyətinə məxsus yaşayış məskənləri aşkar edilib öyrənilmişdir (1).
Mis-daş dövrünün yaşayış yerləri bir qayda olaraq, şirin su qaynaqlarının yaxınlığında yerləşirdi. Yəqinliklə deMək olar ki, Mil düzü də eneolit dövründə indiki kimi susuz çöl deyil, yaşayış üçün əlverişli olan bir ərazi olmuşdu. Yuxarıda adı çəkilən Məskənlərin bir qismində eneolit dövrünün sonlarında yaşayış kəsilmiş və ya seyrəlmişdir. Bunu orta holosəndə – atlantik dövrdə temperaturun və yağıntıların aşağı düşməsi ilə əlaqələndirmək olar (2). Təbii kı. belə dəyişikliyin nəticəsində quraqlaşma artmış, axar suların bir qismi qurumuşdur.
Azərbaycanda eneolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha sahəni tutur. Nisbətən iri (2-4 ha) sahəli abidələr do vardır. Bir qayda olaraq bütün yaşayış yerlərində tikintilər çox Şıxdır. Məskənlərdə çiy kərpic və ya möhrədən həm dairəvi (Kür və Araz çayları arasında), həm do dördkünc şəkildə (Muğanda vo Urmiya ətrafında) inşa olunmuş bina qalıqlarına rast gəlinir. Bəzi çoxtəbəqəli abidələrdə eneolit dövrü təbəqəsi 1,5 m (məsələn, Şomutəpə), bəzilərində isə 9 m-dən çoxdur (I Kültəpə). I Kültəpənin eneolit təbəqəsində 85 qəbir açılmışdır. Onlardan 12-si uşaq, biri uşaqlarla birgə böyük (61 saylı qəbir), qalanları isə böyük – yaşlı qəbirləridir. Bu qəbirlərin bəzilərində 2, 3, hətta 4 nəfər dəfn olunmuşdur (3). Göstərilən faktlar istehsal təsərrüfatının inkişaf etdiyi eneolit dövründə ailədə uşaqlara qayğının artmasından, uşaqlar arasında ölüm hallarının azalmasından xəbər verir. Körpə uşaqların о dövr üçün nadir hesab olunan bəzək əşyaları ilə birgə dəfn olunması da diqqəti cəlb edir. Güman etmək olar ki, əkinçi-maldar icmaların təsərrüfat həyatında uşaq əməyinin rolunun artması da onlara olan münasibətin dəyişməsinə təsir etmişdir.
Dünyanın bir sıra regionlarında neolit dövrünə keçiddən sonra demoqrafik vəziyyət köklü şəkildə dəyişmişdir. Bunu istehsal təsərrüfatına keçidlə əlaqələndirib «ilk demoqrafik inqilab» adlandıranlar da var (4). Neolit dövründə əhalinin say tərkibinin kəskin artması şəksizdir. Bunu təkcə yaşayış məskən-lorinin çoxalmasını və əhalinin Şıxlığının artdığını göstərən arxeoloji materiallar deyil, həm də etnoqrafik materiallar təsdiq edir (5). Təxmini hesablamalara görə əgər e.o. X minillikdə Yer kürəsi əhalisinin sayı 5 milyon nəfər idisə, e.ə. V minilliyə yaxın 25 milyonu ötmüşdür (6). Bu mərhələdə insanın təbiət-dən asılılığına demək olar ki, sən qoyulmuşdur. Sabit azuqə təminatı əhalinin say artımı üçün maddi zəmin yaradırdı. Daha çox adamın oturaq həyata keçməsilə bütün yaş hədlərində ölüm hallan azalır, qadınların və azyaşlı uşaqların yaşayış şəraiti əvvəlki dövürlərə nisbətən yaxşılaşırdı. Bu proses sonrakı tarixi dövrdə do davam etməkdə idi.
Azərbaycanda eneolit dövrü abidələri üzərində Tunc dövrü Mədəniyyəti təşəkkül tapmış və öz inkişafına başlamışdır. Erkən tunc dövründə Azərbaycanın qədim sakinlərinin təsərrüfat və məişət həyatında əhəmiyyətli irəliləyişlər baş verir. Maldarlığın əkinçilikdən ayrılması ilo ilk böyük ictimai əmək bölgüsünün meydana gəlməsi, toxa əkinçiliyindən xış əkinçiliyinə keçid, süni suvarma şəbəkələrinin yaranması, metallurgiyanın inkişafı və əmək alətlərinin təkmilləşməsi, sənətkarlıq sahələrinin artması bəhs olunan dövrün səciyyəvi
xüsusiyyətlərindəndir. Maldar və əkinçi tayfalar bu dövrdə, eneolit dövründə olduğu kimi, təkcə düzən yerlərdə deyil, dağlıq və dağətəyi bölgələrdə də məskən salmış və Kür-Araz arxeoloji mədəniyyətinin daşıyıcıları olmuşdular. Azərbaycanın demək olar ki, bütün bölgələrində, о cümlədən cənubunda (Yanıqtəpə və Göytəpə) erkən tunc dövrünə aid yaşayış məskənləri açılıb öyrənilmişdir. Xankəndi yaxınlığında, Xanlarda, Mingəçvirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda Osmanbəzuda, Tərtər rayonunda Bərsunluda, Astara rayonunda Telmankənddə erkən tunc dövrü dəfn abidələri qeydə alınıb tədqiq edilmişdir.
Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1-2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.). Abidələrdən bəzilərinin sahəsi isə çox böyükdür. Məsələn, Azərbaycanın cənubunda Təbriz yaxınlığındakı Yanıqtəpə 9 ha sahəni tutur. Bu isə ilk tunc dövrünün bəzi yaşayış yerlərində böyük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir (7). Bu məskənlərdəki evlərin qalıqları əsasən eneolit dövründə olduğu kimi dairəvi quruluşdadır. Dairəvi planlı evlərin diametri bəzi hallarda 13 metrə çatır, əksər hallarda isə onların diametri 3 m-dən 5 m- ə qədər olur. Xaçmaz rayonundakı Sərkərtəpə erkən tunc dövrü yaşayış məskənində açılmış dairəvi planlı evlərin diametri isə 6-7m hüdudlarındadır. Uzun illər bu abidədə tədqiqat aparmış D.Musayev Sərkərtəpə memarlığındakı ənənəviliyi, xüsusilə evlərin tikintisində əsrlər boyu dəyişikliyin baş verməməsini əsas gətirərək Azərbaycanın şimal şərqində erkən tunc dövründə etnik proseslərin ciddi xarici təsirə məruz qalmadan fasiləsiz davam etdiyini qeyd etmişdir (8). Azərbaycanın cənubunda Yanıqtəpə yaşayış məskənində ikimərtəbəli yaşayış evlərinin aşkar olunması da maraq doğuran faktlardandır. Orada xüsusi məqsəd daşıyan yardımçı tikililər olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün bunlar Yanıqtəpənin qədim sakinlərinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət edir (9).
Qarabağda Quruçay və Köndələnçay vadisində erkən tunc dövrünə aid bir-birinin yaxınlığında yerləşən onlarla abidə qeydə alınmışdır. Professər Q.İsmayılov bu abidələri tədqiq edərək belə qənaətə gəlmişdir ki, Quruçay və Köndələnçay vadisi e.ə. III minillikdə Qafqazın on Şıx əhaliyə malik bölgələrindən biri olmuşdur (10).
Dağıstan abidələrinin görkəmli tədqiqatçısı V. Kətəviçin fikrincə, erkən tunc dövrünün sonlarında Qafqazın bir sıra çiçəklənən əkinçilik məskənləri tərk edilərək atılmışdır (11). Bunu bəzən e.ə. III minilliyin ikinci yarısında iqlim şəraitinin pisləşməsi və tez-tez baş verən quraqlıqlarla izah edirlər. Halbuki, həmin dövrdə iqlimin rütubətliyi artmışdır. Azərbaycanın holosen dövrü palocoğrafiyasını tədqiq edən alim S. Vəliyevin fikrincə, yaşayış məskənləri uzun müddət fəaliyyət göstərdiyindən torpağın münbitliyi aşağı düşmüş, bununla əlaqədar Kür-Araz mədəniyyəti sakinləri zəifləyərək regiona soxulmuş naMəlum tayfalar tərəfindən darmadağın edilmiş və sən nəticədə Kür-Araz mədəniyyəti tənəzzülə uğramışdır (12). Tədqiqatçının bu nəticəsi sanballı faktlara söykənməsə do, onun belə bir fikri ilə razılaşırıq ki, erkən tunc dövrünün sən mərhələsində Azərbaycan təbiətinin dəyişilməsində antropogen amil əsas rol oynamışdır (13).
Kür-Araz mədəniyyətinin sən dövrlərində və orta tunc dövrünün əvvəllərində yarımköçəri maldarlığın meydana gəlməsi və metal emalının inkişafı, qonşu quldar cəmiyyətlərin inkişaf etmiş şəhər sivilizasiyaları ilə six əlaqələr məhsuldar qüvvələrin əhəmiyyətli dərəcədə yüksəlişinə, artıq izafi məhsulun yaranmasına, ictimai təbəqələşMənin dərinləşməsinə, qədim tayfaların iqtisadi, siyasi və mədəni həyatında mühüm dəyişikliklərə gətirib çıxarırdı. Bu dəyişikliklər də öz növbəsində etnik proseslərə təsir edirdi. Arxeoloji materiallar bu dövrdə əhalinin xeyli dərəcədə çoxalmasını, iri tayfa ittifaqlarının meydana gəlMəsini (kuti,lullubi və b.), hərbi toqquşmaların artdığını göstərir. Maldar tayfaların yeni məskən saldığı ərazilərdə möhkəmləndirilmiş məskənlərin sayı durmadan çoxalırdı. Belə tikililər hərbi toqquşmaların intensivləşməsindən xəbər verirdi. Artıq təbii şəraitdən doğan aclıq və ölüm halları ikinci plana, müharibə və kütləvi xəstəliklər isə ön plana keçir, demoqrafik vəziyyət tez-tez dəyişirdi.
Azərbaycanda tunc dövrü tayfaları min il ərzində öz yaşayış yerlərini tərk etMəmişdilər. Orta tunc dövründə onlar yenə başlıca olaraq əvvəlki məskənlərində qalmaqda idilər (14). Digər tərəfdən, Yaxın Şərq ölkələri ilə həmsərhəd olan Naxçıvan və onun şərqində yerləşən Mil-Qarabağ bölgəsi istisna olmaqla, Azərbaycanın bir sıra bölgələrində orta tunc dövrünə aid abidələrə seyrək halda rast gəlinir. Qərbi Azərbaycanda Qaraköpəktəpə, Uzərliktəpə, Şortəpə, I və II Kültəpə kuimi abidələrdə orta tunc dövrü təbəqəsi bir qayda olaraq 3 metrə yaxın olduğu halda, Muğan və Abşeron abidələrində (I Mişarçay, Böyükdaş və b.) müvafiq mədəni təbəqə 0,3 – 0,7 metrdir (15).
Azərbaycanda orta tunc dövrünə aid şəhər və kənd tipli yaşayış məskənləri aşkar edilmişdir. Məskənlərin sahələrinə, oradakı evlərin sayına və ölçülərinə görə belə məskənlərdə yaşamış əhalinin təxmini sayını müəyyən etmək mümkündür. О dövrdə kənd tipli yaşayış məskənlərinin sahəsi 2-3 ha olur, hər bir ailə isə orta hesabla 5-6 nəfərdən ibarət olub ayrıca evlərdə yaşayırdı. Belə
halda 100-ə yaxın ev olan məskəndə təxminən 500 nəfər sakin vardı. V.Əliyev Naxçıvan ərazisindəki şəhər tipli məskənləri sahəsinə görə iki qrupa ayırır: 6-10 ha sahəsi olan (Govurqala, II Kültəpə) və 30-40 ha sahəsi olan (Qalacıq, Oğlanqala) məskənlər. V.Əliyevin hesablamalarına görə I qrup şəhər tipli məskənlərdə 2000-3000 min, II qrup məskənlərdə isə 5000 nəfərdən çox əhali yaşamışdır (16).
Tunc dövrünün erkən çağları ilə müqayisədə ibtidai cəmiyyətin axırıncı mərhələsi olan sən tunc və erkən dəmir dövründə Azərbaycanda əhalinin sayı kəskin şəkildə artmışdır. Ölkənin bütün bölgələrində rast gəlinən şəhər və kənd tipli yaşayış məskənləri, müdafiə tikililəri, sahəsi 10 ha-dan artıq olan nekropollar həmin dövrdəki demoqrafik sıçrayışdan xəbər verir. Qərbi Azər¬baycanda, о cümlədən Naxçıvan ərazisində qeydə alınmış siklopik tikililər on minlərlə işçi qüvvəsinin səyi nəticəsində ucaldıla bilərdi. Bu tikililərə sərf olunan əmək bütövlükdə Misir ehramlarına sərf olunan əməkdən geri qalmırdı. Gədəbəy rayonunda Xar-Xar – Söyüdlü – Arıxdam kəndləri arasında, 8-10 km diametrində olan bir ərazidə 12 möhkəmləndirilmiş yaşayış məntəqəsinin – siklop tikilisinin, hər biri 3-5 ha sahə tutan 6 nekropolun olması sən tunc və erkən dəmir dövründə Azərbaycanda əhalinin Şıxlığını bariz şəkildə nümayiş etdirir (17). Maraqlıdır ki, erkən tunc dövründə tərk edilmiş bəzi məskənlərdə (məsələn, Şomutəpə) sən tunc dövründə həyat yenidən canlanmağa başlayır. Bu gün arxeologiya elmində pasport qazanmış Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan arxeoloji mədəniyyətlərinin daşıyıcıları da sən tunc və erkən dəmir dövründə Azərbaycanda yaşamış tayfalar olmuşdur. Həmin Mədəniyyətlərə aid yüzlərlə qəbir abidəsi açılıb tədqiq edilmişdir. Hələ XIX əsrin sonlarında Gədəbəydə Simens qardaşlarının misəritmə zavodunda mühəndis işləyən V.Belk cəmi 3 – 4 il ərzində (1888-1891) təkcə Qalakənd ətrafında 300-ə yaxın daş qutu qəbir açmışdır (18). V.Belkdən bir neçə il sonra – 1896-cı ildə Moskva İmperator Arxeoloji Cəmiyyəti tərəfindən Gədəbəyə ezam edilən və özünün dediyi kimi «əsas məqsədi tunc əşyalı qəbirləri qazmaq olan» A.İvanovski də Gədəbəy – Qara Murad – Qara bulaq – Qalakənd arasında 72 daş qutu qəbir açmışdır (19). XX yüzillikdə Gədəbəy, eləcə də onunla qonşu olan Daşkəsən rayonlarının ərazisində daha bir neçə yüz qəbir abidəsi – kurqan və daş qutu tipli qəbir qazılıb öyrənilmişdir (20).
Qarabağın arxeoloji abidələrinin tanınmış tədqiqatçısı H.Cəfərov iri həcmli Monoqrafiyasında bu bölgədə XIX əsrin sonu və XX əsrdə aşkar olunmuş çoxsaylı abidələrin xülasəsini verməklə yanaşı, bilavasitə özünün qeydə alıb tədqiq etdiyi onlarla abidə haqqında Məlumat vermişdir (21).
Naxçıvan ərazisindəki sən tunc və erkən dəmir dövrünə aid nekropollar da öz sahələrinin genişliyinə görə diqqəti cəlb edir. Məsələn, Şahtaxtı nekropolu 10 ha -a yaxın, Qarabağlar nekropolu isə 12 ha-dan çox sahəni əhatə edir. Maraqlıdır ki, Şahtaxtı nekropolunda açılan 34 daş qutu qəbirdən heç birində skelet qalığına rast gəlinməmişdir. Halbuki, Qızılvəng nekropolundakı qəbirlərdə bir neçə (hətta 14) skeletə təsadüf olunmuşdur (22).
Göründüyü kimi, sən tunc və erkən dəmir dövründə Azərbaycanın demək olar ki, bütün ərazisi, istər düzən, istər dağətəyi, istərsə də dağlıq bölgələri Şıx Məskunlaşmış və burada bir neçə əsr ərzində davamlı həyat olmuşdur. İbtidai cəmiyyətin finişində belə demoqrafik sıçrayışa səbəb nə ola bilərdi? Fikrimizcə, bu səbəblər aşağıdakılardı:
1. Yaylaq maldarlığının ön plana keçməsi, xırda buynuzlu mal-qaranın başlıca var-dövlət mənbəyinə çevrilməsi, azuqə ehtiyatının artması, gündəlik rasionda ət və süd məhsullarının mühüm yer tutması;
2. Dəmir emalının başlanması ilə əmək alətlərinin daha da təkmilləşməsi, əkin sahələrinin genişlənməsi, əMək Məhsuldarlığının artması;
3. Holosen dövrünün sən mərhələsində (subboreal) baş verən müsbət iqlim dəyişikliyi, temperaturun yüksəlməsi, yağıntıların artması, meşə zolaqlarının və şirəli otlaqların genişlənMəsi;
4. Xalqların «böyük köçü» ilə əlaqədar olan əhali axınları. Adətən, «böyük köç» dedikdə erkən orta əsrlərdəki miqrasiyalar nəzərdə tutulur. Fikrimizcə, c.ə. II minilliyin ikinci yarısında bir sıra səbəblər ucbatından (iqlim dəyişikliyi, yeni ərazilər, xüsusilə otlaqlar ələ keçirmək istəyi və s.) xalqların çox böyük və iri miqyaslı köçləri baş vermişdir: Çjou tayfaları Böyük çöldən Çinə, Avroasiya çöllərindən arilər Avropanın içərilərinə, Hindistana və Xəzər dənizi ilə İran körfəzi arasındakı ərazilərə, etrusklar Appenin yarımadasına, dəri tayfaları isə Yunanıstana axınlar etdilər. Şübhəsiz ki, arilərin cənuba axınının (ikinci dalğa) əsas istiqamətləri üzərində yerləşən Azərbaycan etnik deformasiyaya Məruz qalmışdır;
5. «Böyük köç» ün ardınca nisbi sabitliyin bərqərar olması, tayfalararası toqquşmaların artmasına baxmayaraq, bir müddət tarixi Azərbaycan ərazisinin qüdrətli dövlətlərin və tayfaların təcavüzündən kənarda qalması, yaxud hər-hansı təcavüzün qarşısını almağa qadir siyasi birliyin olması (ən müxtəlif çeşidli silah nümunələri, təmtəraqlı dəfnlərin keçirildiyini göstərən zəngin avadanlıqlı qəbir abidələri, bu abidələrdə güc və qüvvət rəmzi olan at skeletlərinə rast gəlinməsi, On Asiyanın qüdrətli dövlətlərinin şəhər-qalalarına bənzəyən möhkəmləndirilmiş yaşayış məskənləri, kifayət qədər geniş ərazidə vahid mədəniyyətin formalaşması artıq belə siyasi birliyin yaranmasına dəlalət edir).
Qeyd etdiyimiz bu amillər Azərbaycanda e.ə. II minilliyin sonu – I minil¬liyin əvvəllərində əhali artımı üçün münbit şərait yaratmışdı. Belə demoqrafik vəziyyət c.ə. VIII-VII əsrlərədək davam etmişdi. Qərbdən Assuriya və Urartunun qarətçi yürüşləri, şimaldan – Qara dəniz sahillərindən skif tayfalarının Xəzərin qərb sahilləri boyunca cənuba doğru axınları Azərbaycanda bir neçə yüzillik ərzində sabitləşmiş etnik duruma təsir göstərdi. Urartu qoşununun Göyçə gölündən cənub şərqə doğru yürüşü zamanı ələ keçirdiyi qəniməti və əsirlərin sayını əks etdirən rəqəmlər yuxarıda deyilənləri təsdiq edir. Təkcə bir yürüş nəticəsində işğalçılar 10.000 gənc, 4600 kişi, 23.200 qadın – cəmi 37.000 nəfər əsir aparmışdılar (23). Bu faktlar dəmir dövrünün əvvəllərində Qərbi Azərbaycanda əhalinin Şıxlığı haqqında dolğun təsəvvür yaradır. Arxeo¬loji tədqiqatlar göstərir ki, Urartu hücumları həmin bölgədə həyat ritminin pozulması ilə nəticələnmişdir (24).
Azərbaycanın şərqində – Abşeron yarımadasında da e.ə. VIII-VII əsrlərdə əminamanlığın pozulması müşahidə olunur. Uzun müddət Abşeron abidələrini tədqiq etmiş Q.Aslanov yazır ki, təxminən tunc dövrünün sonlarında təbii və siyasi şəraitin dəyişilməsi ilə əlaqədar Abşeronun bütün yaşayış məskənlərində həyat dayanır. Yalnız dəmir dövrünün əvvəllərində «Ağdaşdüzü» ərazi-sində həyat yenidən canlanır (25). Güman ki, Q.Aslanov «siyasi vəziyyətin dəyişməsi» dedikdə arilərin e.ə. II minilliyin sonlarında Xəzərin qərb sahilləri ilə cənuba doğru yürüşlərini nəzərdə tutmuşdur. Q.Aslanov daha sonra qeyd edir: «E.ə. VII-VI əsrlərdə şərqi Abşeronun tədqiq olunmuş hissələrində, ehtimal ki, xarici hücumlar nəticəsində həyat sönmüşdür. Yaşayış məskənləri və digər tikililər dağıdılmışdır. Bu tətbiqi incəsənətdə xüsusilə nəzərə çarpırdı» (26). Bu dağıntıların skif yürüşləri dövrünə təsadüf etməsi diqqəti cəlb edir.
Beləliklə, e.ə. II minilliyin sonlarında Azərbaycanda başlanan demoqrafik sıçrayış e.ə. VIII-VII əsrlərdə yadelli basqınları nəticəsində dayanmış, ənənəvi həyat ritmi pozulmuş, tənəzzül dövrü başlanmışdır. Sonrakı əsrlərə aid (e.ə. VI-V) abidələrin əvvəlki dövrlərlə müqayisədə nəzərə çarpan azlığı göstərir ki, həmin dövrdə Azərbaycanda əhali xeyli seyrəlmişdir. Lakin bu tənəzzül uzun çəkməmişdi. Artıq e.ə. I minilliyin ortalarında istər Azərbaycanın cənub, istərsə də şimal bölgələri yeni demoqrafik sıçrayış ərəfəsində idi.
ƏDƏBİYYAT
1. İsmayılov Q. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981, s. 8-15; Azərbaycan tarixi. Yeddi cilddə, I cild. Bakı, 1998, s. 92-95; Археология СССР с древнейших времен до средневековья в 20 томах. Энеолит СССР. Москва, 1982, с.115-122; Нариманов И.Г. Культура древ¬нейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987; Мусеибли Н. Позднеэнеолитические курганы Акстафинского района. Международная научная конференция «Археология, этнология, фольклористика Кавказа». Баку, 2005, с. 135-138.
2. Велиев С.С. Палеогеография территория Азербайджанской ССР в голоцене.
Автореферат канд. дисс. Баку, 1986, с. 17-20; Yenə onun: Палеогеография Восточного Закавказья и сопредельных областей в позднем плейстоцене и голоцене. Автореферат докт. дисс. Баку, 1994, с. 28.
3. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982, с. 39-52.
4. История первобытного общества. Ответственный редактор Ю.В.Бромлей. Москва, 1986, с. 444.
5. Yenə orada. s. 444-445.
6. Основы демографии. Москва, 1989, с. 29.
7. Azərbaycan tarixi. Yeddi cilddə, I с, s. 106.
8. Мусаев Деюш. Серкертепе – поселение эпохи ранней бронзы. Баку, 2006, с. 97.
9. Azərbaycan tarixi. Yeddi cilddə, I с, s. 107.
10. İsmayılov Q. Göstərilən əsəri, s. 17.
11. Котович В.Г. Проблемы развития древнего Дагестана. Москва, 1982, с. 153.
12. Велиев С. С. Палеография территории.., с. 20.
13. Yenə orada, s. 18-19.
14. Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку, 1991, с.161.
15. Əliyev T.R. Tunc və erkən dəmir dövründə Azərbaycanda demoqrafik sıçrayış (tarixi-arxeoloji təhlil). Axeologiya və Etnoqrafiya institutunun 10 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2003, s. 47.
16. Алиев В.Г. Культура эпохи средней бронзы.., с. 161.
17. Алиев Таваккул (Расулоглы). Циклопические сооружения на территории Азербайджана. Баку, 1993.
18. Nagcl V. – Ştrommenger Y. Qalakənd. Bakı, 1999, s. 9.
19. Ивановский А.А. По Закавказью. МАК, вып., У1. СПб, 1911, с. 89.
20. Кесаманлы Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского района. Баку, 1999, с. 7-10.
21. Cəfərəv H.F. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. Bakı, 2000.
22. Агаев Гахраман. Шахтахты в эпоху поздней бронзы и раннего железа. Баку-Москва, 2002, с. 42-59.
23. Мещанинов И.И. Халдоведение. История древнего Вана. ИООИА, Баку, 1927, с. 4; Yenə onun: Восточное Закавказье времен халдских завоеваний. ВДИ,№ 1, 1937, с. 66-77.
24. Əliyev T.R. Şərqi Zaqafqaziyanın mədəni-tarixi inkişafında bir dönüş haqqında. Elmi konfransın materialları. Bakı, 1989, s. 10-12.
25. Асланов Гардашхан. Об археологических памятниках Апшерона. МКА, т. IX, Баку, 1980, с. 80.
26. Yenə orada.