CULT OF “BULL” IN CONSTRUCTIONS OF THE EARLY BRONZE AGE
İLK TUNC DÖVRÜNÜN OCAQ QURĞULARINDA «ÖKÜZ»
AYİNİNİN İZLƏRİ
Nasir Quluzadə
(Bakı Dövlət Universiteti)
Azərbaycanda çox qədim zamanlardan bəri yaşamış əkinçi-maldar tayfalarının həyat tərzi ilə əlaqədar yaranmış müxtəlif inanclar, Mərasimlər əsrlər boyu mövcud olmuş və onların bir qismi bu günədək yaşamaqdadır. Azərbaycan xalqının Mənəvi Mədəniyyətinin ilkin əsaslarının yaranmasında və onun formalaşmasında müəyyən rol oynamış inancların və mərasimlərin hərtərəfli və dərindən tədqiq edilib öyrənilməsi tarix elminin aktual problemlərindəndir.
Bu problemin çözülməsində bilavasitə əkinçi-maldar tayfalarının yaratdıqları maddi-mədəniyyət nümunələri ilə zəngin olan Azərbaycanın arxeoloji abidələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, arxeoloji qazıntılar zamanı müxtəlif dövrləri əhatə edən abidələrdən aşkar olunmuş əkinçi-maldar tayfalara məxsus maddi-mədəniyyət nümunələrinin çeşidliyinə görə zənginliyi tədqiq olunan dövrdə əkinçi-maldar tayfalarının dərin mənəvi mədəniyyətə malik olduqlarını bir daha əyani şəkildə göstərir.
Bildiyimiz kimi Azərbaycanın ilk tunc dövrünə aid arxeoloji abidələrindən külli miqdarda gildən düzəldilmiş ocaq qurğuları tapılmışdır. Müxtəlif ölçü və formalarda olan bu ocaq qurğuları Tunc dövrünün əvvəllərində geniş yayılmış və xüsusi əhəmiyyətə malik olmuşdur. Təsadüfi deyil ki, Kür-Araz mədə-niyyətinə aid bütün yaşayış yerlərində ocaq qurğularının bu və ya digər formasına təsadüf edilmişdir.
Tədqiqatçılar Q.S.İsmayılzadə və F.M.Muradova bu ocaq qurğularını formalarına görə aşağıdakı tiplərə bölmüşlər: düz divarlı dairəvi ocaq qurğuları; üçbucaq şəkilli çıxıntıları olan dairəvi ocaq qurğuları; nal şəkilli ocaq qurğuları; buynuzvarı çıxıntıları olan dördbucaq formalı ocaq qurğuları; silindr şəkilli ocaq qurğuları (1).
Bizim üçün əsasən üçüncü və dördüncü tip ocaq qurğuları böyük maraq •doğurur. Əlbəttə, diqqətimizin nalşəkilli və buynuz formalı ocaq qurğuları üzərində daha çox cəmləşdirilməsi təsadüfi deyil. Belə ki, tədqiqatçılar ilk tunc dövrünə aid olan bu ocaq qurğularını müəyyən qədər gündəlik məişət və təsərrüfatla, əsasən isə dövrün dini təsəvvürləri ilə əlaqələndirirlər. Təsvir olu¬nan ocaq qurğuları, şübhəsiz, meydana çıxdığı ilk dövrlərdə bilavasitə məişət və təsərrüfatla bağlı olmuşdur. Yalnız sonralar kəsb etdikləri əhəmiyyətlə əlaqədar olaraq mehrab rolunu oynamışdır. Ola bilsin ki, məhz bu əsasdan da on-ların bir hissəsi müəyyən Məna daşıyan təsvirlərlə bəzədilmişdir.
Məlum olduğu kimi, ilk tunc dövründə Azərbaycan və Cənubi Qafqazın ayrı-ayrı bölgələrində ev heyvanları, xüsusən inək və öküz müqəddəs hesab edilərək əsas sitayiş obyekti olmuşdu. Məişət və təsərrüfatda mühüm yer tutan belə heyvanlarda ilk tunc dövrünün əhalisi çox güman ki, qeyri-təbii qüvvələrin mənbəyini görmüş və oda etiqad Mərasimlərində məhz bu heyvanları qurban gətirmişdilər. Elə bu əsasdan da ocaq qurğularının bir çoxu bilavasitə öküz başı şəklində düzəldilmiş və ya öküz buynuzları ilə bəzədilmişdi. Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, Qaraköpəktəpə abidəsindən belə ocaq qurğusunun nəinki özü, hətta, müəyyən bir əməli əhəmiyyət kəsb etməyən kiçik ölçülü Modeli də tapılmışdır. Bütün bunların əsasında zənn etmək olar ki, od ayini və iribuynuzlu heyvanlara etiqad Azərbaycanın qədim əhalisinin təsəvvürlərində bir-birilə Şıx bağlı olmuş, birlikdə məhsuldarlıq rəmzini təmsil etmişdi (2).
Azərbaycanın çoxsaylı arxeoloji abidələrindən biri olan Kültəpə qədim yaşayış məskənindən də arxeoloji qazıntılar zamanı buynuz formalı ocaq qurğuları aşkar olunmuşdu. Adətən stilizə edilmiş öküz fiquru üslubunda hazırlanan buynuz formalı ocaq qurğularının üst hissəsində yarımşar formalı iri tutacaqlar olur. Bu tutacaqlar da bir qədər arxaya tərəf meylli olub və heyvanın quyruğunu xatırladır. Buynuz formalı ocaq qurğuları demək olar ki, düzbucaqlı formada olub, bəzilərinin oturacağı hamar, bəziləri isə dörd ayaqlıdırlar. On hissəsi buynuzşəkilli iki çıxıntıdan ibarətdir. Belə ehtimal olunur ki, bu qurğular nalşəkillilərdən fərqli olaraq cüt-cüt istifadə olunmuşlar. Daha dəqiq desək, bu qurğular ocağın ətrafında yerləşdirilərək hər hansı bir qab məhz buynuza şəkilli çıxıntıların üzərinə qoyulmuşdur (3).
Buynuzşəkilli ocaq qurğusunun bir nümunəsi də Naxçıvanın Şortəpə adlı abidəsindən tapılmışdır. Bu qurğu da öz formasına görə Kültəpə qurğusu ilə oxşarlıq təşkil etsə də, lakin fərqləndirici cəhətə malikdir. Belə ki, Şortəpə qurğusunda yarımşar formalı tutacaq mərkəzi hissədə deyil, arxa hissədə yerləşmişdir. Bu tutacağın qurğunun arxa hissəsində yerləşməsi bir növ iribuynuzlu heyvanın burnunu xatırladır. Çox ehtimal ki, məhz bu görkəminə görə Ə.Ələkbərov bu ocaq qurğusunu iribuynuzlu heyvanın gil başı adlandırmışdı. T.Bünyadov isə bu qurğunu öküz başının heykəltəraşlıq təsviri hesab etmişdi (4). Tədqiqatçı İ.H.Nərimanov isə ümumiyyətlə buynuzşəkilli ocaq qurğularını «xizək» formalı ocaq qurğuları kimi adlandırmışdı (5).
Ümumiyyətlə, buynuz formalı ocaq qurğularına Quruçay və Köndələnçay vadisindəki ilk tunc dövrünə aid Qaraköpəktəpə qədim yaşayış məskənindən də Məlumdur. 1967-ci ildə Qaraköpəktəpənin cənub-şərq hissəsində başlanan qazıntılarla burada ilk tunc dövrünə aid mədəni təbəqələrdən xeyli sayda gildon hazırlanmış və e.ə. IV-1U minilliklərə aid müxtəlif formalı ocaq qurğuları aşkar olunmuşdur. Bəzi ocaq qurğuları özunəməxsus xüsusiyyətlərinə görə yalnız Qaraköpəktəpə abidəsi üçün xarakterikdir. (6). Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yerləşən abidələrdən də qazıntılar zamanı ocaq qurğuları aşkar olunmuşdur. Belə ki, e.ə. III minilliyə aid olan Aravik qədim yaşayış məskənindən ocaq qurğularının bəzi tiplərinə rast gəlinmişdir. Buynuz formalı ocaq qurğularına gəldikdə isə Aravik abidəsindən yalnız bir ədəd nümunə tapılmışdır (7).
Azərbaycanın qədim yaşayış məskənlərindən həmçinin nalşəkilli ocaq qurğuları aşkar olunmuşdur. Kültəpə I və Kültəpə II qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində gildən hazırlanmış nalşəkilli ocaq qurğuları tapılmışdır. Belə ocaq qurğularının səthləri bəzən müxtəlif təsvirlərlə də bəzədilirdi. Müxtəlif ölçüdə olan nalşəkilli ocaq qurğuları gilində çoxlu qatışıq, xüsusən iri qum dənələri olduğu üçün pis yoğrulmuşdur. Qurğular zəif bişirilmiş və səthləri qırmızı rəngdədir. Tapılmış ocaq qurğularının hamısı qırıqlardan ibarətdir. Onlar nal şəklində hazırlanmış, bir tərəfi yastı, digər tərəli isə çıxıntılıdır. Çıxıntıların biri orta hissədən dördkünc şəkildə olub, altında yarımşar formada qulp vardır. Digər çıxıntılar insan ayağı şəklindədir. Bir qurğunun orla çıxıntısının içəri tərəfində qabın yaxşı dayanmasına kömək edən şiş çıxıntı vardır. Başqa birində bu çıxıntını təbərzinə oxşar bəzək əvəz edir. Digər bir qurğunun isə içəri tərəfində, altına yaxın yerdə orağa oxşar üfüqi çıxıntı vardır, qurğuların hamısı hər tərəfdən hamarlanmış və səthində his izləri görünür. Onların diametrləri təqribən 38-39 sm-don 60-61 sm-ə, hündürlüyü 10,93-16,2 sm-ə çatır (8).
Ehtimal olunur ki, Naxçıvan bölgəsi bu ocaq qurğularının yarandığı və İnkişaf Mərhələsi keçdiyi əsas ərazilərdən biridir. XX əsrin 80-ci illərinə aid etnoqrafik məlumatlardan məlumdur ki, ocaq qurğularından qismən də olsa istifadə Naxçıvanın dağlıq və dağətəyi rayonlarında məskunlaşmış əhalinin Məişətində bu günə kimi qalmaqdadır. Əlavə materiallara görə Azərbaycanın bəzi cənub rayonlarında da (Lənkəran, Masallı və b.) indiyə qədər belə ocaq qurğuları istifadə olunur. Bunlar da formaca nala oxşayır. (9).
Bu növ ocaq qurğuları Azərbaycanın bir sıra rayonlarından tapılmışdır. Şortəpədən aşkar edilmiş nalşəkilli ocaq qurğusunun hissəsini ekspedisiya üzvləri səhvən insan heykəlinin ayaq hissəsi kimi qeyd etmişlər. Sonralar Q.İ.İone özünün ayaqqabıya oxşar gil qablar haqqında yazdığı məqaləsində onları insan ayağı adlandırmışdır.
Bundan əlavə, nalşəkilli ocaq qurğuları Ermənistanın Karmir-Blur, Şenqavit və s. encolit yaşayış yerlerindən, İqdirdən (Türkiyə ərazisindən), Gürcüstanda Stalinir şəhəri yanındakı Vqudris Qverdi qəbir yerlərindən tapılmışdır.
Şenqavit yaşayış yerindən adi formalarla birlikdə bəzi cəhətdən fərqlənən nalşəkilli ocaq qurğuları da tapılmışdır. Onlar da formalarına görə Kültəpə ocaq qurğularına oxşayır. Lakin bu nalşəkilli ocaq qurğularının orta çıxıntısı yan çıxıntılarına uyğun gəlmir. O, bunlara nisbətən uzun olub, insan fiqurunu xatırladır. İqdirdən tapılmış nalşəkilli ocaq qurğusu hissəsində Kültəpə nalşəkilli ocaq qurğusunda olduğu kimi, oraq şəklində üfüqi çıxıntı vardır.
Nalşəkilli ocaq qurğuları İqdirdən başqa Kiçik Asiyadakı Əlişar təpəsinin ikinci təbəqəsindən də tapılmışdır. Buradan tapılan ocaq qurğuları formasına görə nalşəkilli olmaqla, həmçinin Mobil xüsusiyyətlərə də malik olmuşdur. Onları bir yerdən istənilən digər bir yerə daşımaq mümkün olmuşdur. B.A.Kuftinin fikrinə görə bu ocaq qurğularının cüt-cüt istifadə etmişlər. Bunun üçün ocaq çuxurunun hər iki tərəfində qoyulmuş qurğuların ucları dörd dayaq əmələ gətirmiş və onun üstünə gil qab və ya da tava daşı qoyulmuşdur.
O.H.Həbibullayev ondan fərqli olaraq hesab edir ki, nalşəkilli ocaq qurğuları tək halda istifadə olunmuşdurlar. Belə ki, həmin ocaq qurğularının üç hissədən ibarət olması haqqında bizim əvvəlki təsəvvürümüz indi qəbul edilə bilməz. Çünki onların quruluşu və müasir dövrdə istifadə edilən bu cür gil ocaq qurğuları ilə müqayisəsi göstərir ki, bu ocaq qurğuları yarımdairə əmələ gətirən bütöv bir hissədən ibarət olmuş və onun üç çıxıntısı üzərində qab qoyulmuşdur (10).
Bundan başqa arxeoloji qazıntılar zamanı ocaq qurğularının əksər hissəsi mənzilin içərisində deyil, onun hüdudlarından bir qədər kənarda aşkar olunmuşdur. Bu fakt da onu göstərir ki, bu ocaq qurğuları əsasən binanın daxilindəki ocaq yerləri üçün deyil, ondan xaricdəki ocaq yerləri üçün nəzərdə tutulmuşdur. Belə ocaq yerləri hər bir evin yaxınlığında mövcud olmuşdur (11).
Bu tip ocaq qurğuları həmçinin Azərbaycanın qərb bölgələrindən – tunc dövrünə aid Baba-Dərviş yaşayış məskənindən də məlumdur. Nalşəkilli ocaq qurğularına Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Uzuntəpə və bu kimi digər aibidələrdə (12), eləcə də sən dövrlərdə aparılan qazıntılar zamanı I və U Maxta, Ərəbyengicə, Aşağı Daşarx abidələrinin ilk tunc dövrü təbəqələ-rində rast gəlinmişdir (13).
Eramızdan əvvəl IV-III minilliklərdə geniş yayılan belə ocaq qurğuları yerli əkinçi-maldar tayfaların məişətində gündəlik istifadə olunan əşya kimi ev ocağının səmərəli istifadəsində və mühafizəsində xüsusi rolu olmuşdur. Belə ki, bu qurğular istifadə olunduqları zaman bilavasitə ocaqla, odla əlaqədə olduğu üçün sanki «müqəddəs od»un mühafizəçisi funksiyasını həyata keçirmişdir. Təsadüfi deyil ki, bəzi tədqiqatçılar bu cür xüsusiyyətlərinə görə nalşəkilli ocaq qurğularının od ayinilə bağlı dini mərasimlərdə işlədilməsi fikrini irəli sürmüşlər. Belə hesab edirlər ki, bu qurğuların üzərindəki təsvir olunmuş bəzi işarələr və simvollar da təsadüfi xarakter daşımamış və məhz müəyyən dini inanclarla əlaqədar olmuşdur (14).
Lakin gürcü tədqiqatçısı Çubinaşvili T.N. isə nalşəkilli ocaq qurğularının buynuz formalı ocaq qurğuları ilə oxşarlıq təşkil etdiyini əsas gətirərək nalşəkilli ocaq qurğularının öküz ayini ilə əlaqədar olması mülahizəsini irəli sürmüşdür (15). Əlbəttə, nalşəkilli qurğuların bir qədər aypara şəklində olması və sonluqlarının yuxarıya doğru qalxması sanki öküz buynuzlarını xatırladır. Onu da qeyd etmək lazımdır ki, arxeoloji qazıntılar zamanı nalşəkilli ocaq yerləri ilə yanaşı nalşəkilli qurbangahların və bu qurbangahlardan da buynuz formall qurğuların aşkar olunması, nalşəkilli ocaq qurğularının müəyyən dini inanclarla, daha dəqiq desək, öküz ayini ilə əlaqəli olması fikrini qismən təsdiq edir. Bizim fikrimizcə bu mülahizə böyük maraq kəsb etsə də, lakin bu məsələ bir qədər də elmi araşdırma tələb edir.
Elmi ədəbiyyatda ocaq qurğularının heyvana məxsus bu və ya digər elementlərlə tamamlanması ilə bağlı müxtəlif mülahizələr də mövcuddur. Bir qisim tədqiqatçı belə hesab edir ki, bu başlıqlar qabın və qabdakı qida məhsulunun mühafizəçisi rolunda çıxış edir. Digər bir qisim tədqiqatçı isə heyvan başlıqlarını ocaq qurğularının dekerativ xarakterli elementi olduğu fikrini müdafiə edir. Lakin B.A.Litvinskiy isə haqlı olaraq belə hesab edir ki, maddi Mədəniyyət nümunəsində ev heyvanlarının və ya onlara aid elementlərin təsvir olunması bu abidələri yaradan tayfaların təsərrüfat həyatı ilə əlaqəli olsa da, bu həm də ideoloji, xüsusilə də dini təsəvvürlərin, inancların bir təcəssümüdür (16).
Beləliklə, əksər tədqiqatçıların fikrincə özünün buynuzşəkilli çıxıntıları ilə öküzü təlqin edən buynuzşəkilli ocaq qurğuları bilavasitə öküz ayini ilə əlaqəlidir. B.A.Kuftin də buynuzşəkilli ocaq qurğularını öküz ayini ilə əlaqələndirir. O, öz fikrini əsaslandırmaq üçün krit-miken qurbangahından bəzi paralellər gətirmişdir.
O.M.Caparidze də buynuzşəkilli ocaq qurğularını öküz ayini ilə əlaqələndirərək demişdir: «Öküz bir tərəfdən qida mənbəyi kimi xeyli miqdarda ət verir, digər tərəfdən isə insanlar ondan təsərrüfatda qoşqu qüvvəsi kimi istifadə edirlər və artıq eneolit dövründən başlayaraq öküz inanc obyektinə çevrilir. Məhz eneolit dövründən öküz ayini geniş vüsət alır. Buna sübut kimi həmin dövrdə öküz ayini ilə əlaqədar yaranmış müxtəlif təsvirləri nümunə göstərMək olar» (17).
Həqiqətən də, Kür-Araz Mədəniyyətində xeyli sayda öküz təsvirlərinə, xüsusilə də onun buynuzlarını əks etdirən maddi-mədəniyyət nümunələrinə rast gəlinmişdir. Abidələrdə eyni zamanda iribuynuzlu heyvan başının formasında hazırlanan ayrı-ayrı şeylərə də təsadüf edilmişdir. Tədqiqatçılar (B.Piotrovski və başqaları) bunların о dövrdə öküz ayini ilə əlaqədar olaraq hazırlandığını qeyd edirlər.
Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar olunmuş saxsı məmulatı arasında öküz buynuzuna bənzər dəstəyi olan gil qabların tapılması öküzün dini ayin əhəmiyyəti daşıması ilə əlaqədardır (18).
Ümumiyyətlə, dünyanın bir çox xalqlarında, о cümlədən yunanlarda, gürcülərdə və b. buynuz məhsuldarlıq simvolu hesab olunub, ona bir sıra qeyri-adi keyfiyyətlər xas edilmişdi (19).
Tədqiqatçılar haqlı olaraq buynuzşəkilli əşyalarda öküzün stilizə edilmiş təsvirini görürlər. Bir miken vazasında iki öküz başının təsviri verilmişdir. Bu öküz başları arasında bir buynuzşəkilli qurğu da təsvir olunmuşdur. Qurğunun buynuzşəkilli çıxıntıları arasında isə ikili balta təsvir olunmuşdur. Buradan göründüyü kimi öküzlər və buynuzşəkilli qurğu eyni mənada təsvir olunmaqla onların bir-birləri ilə bənzərliyini əks etdirir.
Qərb tədqiqatçısı Düssonun buynuzşəkilli qurğularla bağlı fikirləri daha böyük maraq kəsb edir. Belə ki, o, buynuzşəkilli ocaq qurğularını «buynuzşəkilli qurbangah» adlandırır və bu qurğularda öküz təsvirini görürdü. Hesab edirdi ki, müqəddəs heyvanın – öküzün ilahi qüvvəsi məhz onun buynuzlarındadır. Düssonun digər bir mülahizəsi ondan ibarətdir ki, öküzün buynuzlarındakı ilahi güc Aydan qaynaqlanır və yaxud belə desək, Ay ilə buynuzlar arasında müəyyən əlaqə mövcud-dur. Bu onunla əlaqələndirilir ki, öküz buynuzları görkəminə görə bir növ ayparanı xatırladır. Təsadüfi deyil ki, Qədim Şərq ikənoqrafiyasında öküz adətən aypara ilə birlikdə təsvir olunur. Ur zikkuratından tapılan bir yazıda ay allahı Nana «Səma öküzü» də adlandırılır. Trialetidən
tapılmış kəmərdəki öküz rəsmində onun buynuzları əvəzinə aypara təsvir edilmişdir. E.ə. III-II minilliklərə aid olan Altıntəpə abidəsindən qızıldan hazırlanmış öküz heykəli aşkar olunmuşdur ki, onun da başında Ay təsviri var (20).
Rus tədqiqatçısı K.X.Kuşnaryəva da buynuz formalı ocaqları «buynuzlu mehrab» hesab edib, məbədlərdə qoyulduğunu göstərirdi. Nəzərə almaq lazımdır ki, öküz buynuzlarını təcəssüm etdirən saxsı ocaq qurğuları ilə yanaşı, həmin heyvanın ayağı formalı dayaqları olan tunc sacayaqlar – qazan altlıqları da məlumdur ki, onun yuxarısında uzanmış sfinks təsvir olunurdu. Sən nəticədə əkinçi-maldar tayfaların mifik təsəvvürləri ilə bağlı olub, zərdüştlüyün formalaşmasının ilkin əlaməti kimi Ərzincan yaxınlığındakı Altıntəpədən tapılan üçayaq üzərinə qoyulmuş ağzının kənarına dörd buğa yapışdırılmış tunc qazanın da ayini xarakterli əşya olub, həm də oda inamla bağlı təsəvvürləri ifadə etdiyini, genetik cəhətdən buynuz formalı ocaq qurğuları ilə yaxın olduğu fikrini irəli sürmək olar(21).
Tədqiqatçı S.H.Aşurovun fikirləri də böyük maraq kəsb edir. О qeyd edir ki. üz-üzə qoyulmuş 2 ədəd buynuzformalı qurğunun buynuzvari çıxıntıları arasında od yandırmaq və üzərinə qab qoymaq məqsədəuyğun deyildir. Digər tərəfdən isə buynuzların üzərində qabların qoyulması zamanı əmələ gələ biləcək sürtünmə izlərinə rast gəlinmir. Daha sonra о qeyd edir ki, bu qurğular bolluq, bərəkət, məhsuldarlıq rəmzi olan iribuynuzlu qaramala olan inamla əlaqədar meydana çıxmış və onlarla bağlı mərasimlər zamanı istifadə edilmişdir. Bu qurğulardan dini məqsədlə istifadə olunmasını başqa tip ocaqlara nisbətən nadir hallarda rast gəlinməsi ilə əlaqələndirmişdir (22).
Bütün bu deyilənlər bir daha onu göstərir ki, hələ qədim dövrlərdə, xüsusilə də ilk tunc dövründə öküz əkinçi maldar tayfaların həyatında əvəzsiz roluna görə sitayiş obyektinə çevrilmişdi. Təsadüfi deyil ki, Zərdüştlüyün müqəddəs kitabı «Avesta»da öküz yer üzündə yaşayan ilk canlı hesab olunur. Avestadakı mifik təsəvvürlərə görə, о öləndən səma su vasitəsi ilə bədənindən bitkilər, toxumdan isə heyvanlar yaranmışdır. Öküz obrazı Avestada ən döyüşkən səma allahı Veretraqnanın simvoluna çevrilmiş və onun buynuzlarının üstü güc və qüvvət Mənbəyi kimi təcəssüm olunmuşdur. Güman etMək olar ki, Mingəçevirdən məlum olan üzəri qızıl təbəqəsi ilə örtülmüş, bişmiş gildən öküz başı formalı heykəlciyin də hazırlanmasında belə ideyalar əsas götürülmüşdür. Qeyd etmək lazımdır ki, Zərdüştlükdə müqəddəs obrazlardan olan Siriusun daha xarakterik obrazı da qızıl buynuzlu öküzdür (23).
Əlbəttə, öküzün qədim tayfaların məişətində və təsərrüfatında xüsusi əhəmiyyətə malik olması həmin dövrdə müəyyən dini ayinlərin və Mərasimlərin meydana gəlməsinə də şərait yaratmışdır. Belə ki, Baba-Dərviş abidəsində diametri 1 m, dərinliyi isə 0,45 m olan bir maraqlı ocaq quyusu aşkar olunmuş-dur ki, həmin quyunun içərisi iribuynuzlu heyvanların yanmış sümükləri ilə dolu idi. Maraqlı cəhət ondan ibarətdir ki, quyudan həmçinin spiral təsvirli pardaxlanmış qara rəngli böyük qabla yanaşı gildən hazırlanmış kiçik bir öküz fiquru da aşkar olunmuşdur. Ehtimal olunur ki, bu ocaq quyusu öküz ayini ilə əlaqədar dini Mərasim zamanı istifadə edilmişdi (24).
Azərbaycanın şifahi xalq ədəbiyyatında da öküzə inam mühüm yer tutur. Azərbaycanlılar üçün öküz totem olmaqla yanaşı həm də məhsuldarlıq simvoludur. Azərbaycan şifahi xalq ədəbiyyatının bir janrı olan holavarlar buna yaxşı sübutdur. Holavar əkin, biçin və səpində qoşqu qüvvəsi kimi işlənən öküzü işə həvəsləndirmək məqsədilə ifa edilmiş mahnıdır. Azərbaycan folklorunda öküz üçün qoşulmuş 16 holavar Məlumdur ki, bu holavarlarda da öküz təriflənir (25).
Beləliklə, yekun olaraq onu deyə bilərik ki, ilk tunc dövrünə aid bəzi ocaq qurğuları qədim dövr inanclarının, dini təsəvvürlərinin və ayinlərinin öyrənil-məsi baxımından dəyərli mənbə rolunu oynayır. Bu baxımdan həmin ocaq qurğularının gələcəkdə də yenidən tədqiqata cəlb olunmasını məqsədə uyğun hesab edirik. Çünki tədqiqatlardan əldə olunacaq hər bir elmi nəticə qədim tariximizlə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirə bilər.
ƏDƏBİYYAT:
1. Muradova F.M., İsmayılov Q.S. Azərbaycan ərazisində «Kür-Araz mədəniyyətinə» aid ocaq qurğuları. Azərb. SSR EA Xəbərləri, 1971, №2, səh. 55.
2. İsnıayılov Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 198.1, səh. 34.
3. Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959, səh. 69-71.
4. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР. Баку, 1982, с. 134.
5. Nərimanov I.H. Naxçıvanm erkən əkinçi-maldar ohalisinin tarixindon. Azər-baycan Arxeologiyası və Etnoqrafıyası, № 1, Bakı, 2003, səh. 32.
6. Алекперова М.И. Очажные подставки раннебронзового поселения Каракс-пектепе. Археологические и этнографические изыскания в Азербайджане, Баку, 1985, с. 27-28.
7. Ханзадян Э.В. Раннебронзовое поселение близ с. Аревик. СА, Москва, 1969, №4, с. 166.
8. Абибуллаев О.А. Раскопки холма Кюль-Тепе близ Нахичевани в 1955 г. МИА СССР, № 67, Труды Азербайджанской (Орен-Калинской) Археологической Экспедиции, том I, Москва-Ленинград, 1959, с. 443.
9. Алекперова М.И. Об одной группе древних очажных подставок из территории Нахичеванской АССР. Док. АН АзССР, 1986, № 5, с. 85-89.
10. Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar, səh. 69-71.
11. Абибуллаев О.А. Энеолит и бронза на территории с. 137.
12. Алекперова М.И. Об одной группе древних очажных подставок .., с. 85-89.
13. Äşurov S.H. Naxçıvanın ilk tunc dövrü keramikası. Bakı, 2002, səh. 78.
14. Алекперова М.И. Об одной группе древних очажных подставок .., с. 85-89.
15. Киквидзе Я.А. Земледелие и земледельческий культ в древней Грузии. Тбилиси, 1988, с.
16. Пугаченкова Г.А. Очажные подставки из Булакбаши. АН Узбекской ССР, Общественные науки в Узбекистане, №5, 1986. с. 34-37.
17. Kikvidze Ə.A. Göstərilən əsəri, səh. 177.
18. Quliyev N., Bəxtiyarov A. Azərbaycanda qədim dini ayinlər və onların məişətdə qahqları. Bakı, 1968, səh. 34.
19. Abbasəva F.Ə. Azərbaycanın orta əsr zoomorf əşyaları. Bakı, 2004, səh. 78-92.
20. Kikvidze Ə.A. Göstərilən əsəri, səh. 181.
21. Abbasəva F.O. Göstərilən əsəri, sən. 78-92.
22. Aşurov S.H. Göstərilən əsəri, səh. 84.
23. Abbasəva F.Ə. Göstərilən əsəri, səh. 78-92.
24. Исмаилов Г.С. Археологическое исследование древнего поселения Баба-Дервиш (UI тысячелетие до н.э.). Баку, 1978, с. 90-91.
25. Abdullaycv A.T. Azərbaycan şifahi xalq ədəbiyyatında dini etiqadlar. Azərbaycan arxeologiyası, № 1-4, Bakı, 2005, səh. 135.