BURIALS IN EARTHENWARE POTS OF YALDILI

YƏLDİLİ KÜP QƏBİRLƏRİ
Vaqif Əsədov
(Azərbaycan МЕA Arxeologiya və Etnoqrafiya İnstitutu)
2004 – 2005- ci illərdə Bakı – Tbilisi – Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin çəkilişi zamanı aparılan arxeoloji qazıntılar nəticəsində müxtəlif tarixi dövrləri ( eneolitdən – sən orta əsrlərədək ) əhatə edən arxeoloji abidələr sırasında Qafqaz Albaniyası dövrünə ( e.ə. IV – er. VII əsrləri ) aid olan abidələr də tədqiqat obyekti olmuşlar. Yevlax rayonunun Yəldili kəndi yaxınlığında aşkar edilmiş küp qəbirləri nekropolu belə abidələrdən biridir. Bütövlükdə kəmər xətti boyu Kür çayı zonasında küp qəbirləri olan altı nekropol aşkar edilmiş və tədqiq olunmuşdur. Bu bir daha təsdiq edir ki, saxsı qablarda dəfn adəti Qafqaz Albaniyası dövründə aparıcı adətlərdən biri idi (1). E.ə. V minillikdə On Asiya ölkələrində meydana gəlmiş bu dəfn adəti sonralar, e.ə. V — IV yüzilliklərdən Qafqaz Albaniyası ərazisində yayılmış və e.ə. II – er. III əsrlərində burada yaşayan əhalinin əsas dəfn adətlərindən biri olmuşdur. XX əsrin 20 – ci illərindən başlayaraq Azərbaycanın bir çox rayonlarında – Muğan və Mil düzlərində, Füzuli, Laçın, Naxçıvan, Ağcabədi, Xankəndi, Bərdə, Tər – tər, İsmayıllı, Qazax, Şamaxı, Zaqatala və başqa rayonlarda yüzlərlə küp qəbri tədqiq olunmuşdur. Yevlax rayonunun Yəldili kəndi yaxınlığında aşkar edilmiş küp qəbirləri nekropolu bu tip abidələrin hələ ki sonuncusudur və çox güman ki, bu qəbir tipləri gələcəkdə də Azərbaycanın müxtəlif bölgələrində aşkar olunacaqdır.
Yəldili nekropolunun qazıntısına 2005 – ci ilin yanvar ayında başlanıldı. İlk mərhələdə 3 dəfn küpü açıldı və tədqiq edildi ( sonrakı qazıntılar zamanı qəbirlərin sayı 9 – a çatdı ). Dəfn küpləri 0,30 m. dərinlikdə üzə çıxmışdılar. Bu ərazidə əvvəllər texnikanın işləməsi nəticəsində dəfn küpləri və onların ətraflarına düzülmüş saxsı qablar qismən dağılmış vəziyyətdə idilər. Hər üç küp şərq – qərb istiqamətində üfüqi vəziyyətdə torpağa qoyulmuşdu. Burada qəbir kameralarının izlənilməsi mümkün olmadı. Hər üç qəbirdə dəfn küplərinin böyür hissələri ağırlıq nəticəsində dağılaraq küplərin içərisinə tökülmüş və buradan dəfn avadanlığına qarışmışdı. Bütün qəbirlərdə eyni dəfn adəti izlənilirdi. Dəfn küplərinin oturacaqlarının yanında müxtəlif saxsı qablar düzülmüşdü. Saxsı qablar həmçinin dəfn küplərinin içərisində insan skeletlərinin ətrafında da aşkar edildilər. Bu qablar həcmcə kiçik qablar idi. Bundan əlavə 1 saylı qəbirdə müxtəlif bəzək əşyaları da tapılmışdı. Dəfn küplərinin hər birində bir mərhum skeleti tapılmışdır. Ölülərin hər üçü başları şərqə tərəf ( küpün ağız hissəsi istiqamətində ) bükülü vəziyyətdə sağ böyürləri üstə qoyulmuşdular.
Nekropolda aşkar edilmiş saxsı qablar küpə, sərnic, kasa, piyalə, xeyrə, süddan və dopulardan ibarət idi. Bu qablar əldə hazırlansa da, mükəmməl formalara malik idilər və keyfiyyətli bişilrilmişdilər. Bəzilərinin üstü basma naxışlarla bəzədilmişdi. Burada iki və tək qulplu, lüləkli və ağzı novçalı qablara rast gəlinirdi. Qabların deMək olar ki, hamısı açıq çəhrayı rəngdə olub, əksəriyyətinin üzərinə sarımtıl və ya ağımtıl rəngdə anqob çəkilmişdi.
Qeyd etmək lazımdır ki, dəfn küplərinin ətrafı və içərisi təmizlənərkən çoxlu kömür qırıntılarına təsadüf edilmişdi. Bu da ocaq izləri hesab oluna bilər. Güman edildiyinə görə qəbir ətrafında ocağın qalanmasında Məqsəd ya qəbri «şər qüvvələrdən» təmizləmək, ya qurban vermək, ya da ehsan hazırlamaq olmuşdur (2).
Nekropoldakı dəfn mərasiminin yaxından izlənilməsi, 3 küp qəbiri avadanlığının yerləşdirilməsinin təsviri aşağıda verilmişdir:
1 saylı qəbir. Burada 100 sm. hündürlüyü və gövdəsinin 75 sm. diametri olan dəfn küpü aşkar edildi. Küpün ağız kənarı dəyirmilənərək yana qatlanmışdı. Ağzı birbaşa gövdəyə birləşirdi. Ağız kənarı boyu üçbucaq şəkilli çərtmə naxışlar keçirdi. Ağızın gövdəyə keçən hissəsini (ağızdan 7 sm. aşağıda ) badamvari batıq nöqtələrdən ibarət naxışlar dövrələyirdi. Küpün qərb hissəsində, oturacaqdan 50 – 70 sm., aralıda bir – birinin yanında iki sərnic tipli qab qoyulmuşdu. Qablardan biri dar boğazlı, dəyirmi gövdəli idi. Ağız və boğazının bir hissəsi dağılmışdı. Ağız kənarı yana qatlanırdı. Gövdəsinin yuxarı hissəsində iki en kəsiyi dəyirmi olan qulpu vardı. Qulpların ucları qopmuşdu. Çox güman ki, qulpların yuxarı hissələri ağıza bitişik olmuşlar. Qabın boğazını iki cərgədə basma üsulu ilə həkk edilmiş, araba çarxını xatırladan naxışlar qurşayır. Oturacağı enli və yastıdır. İkinci qab həcmcə birincidən bir qədər kiçik idi. Alçaq boğazı dəyirmi formalı gövdəyə keçir. Gövdənin ortasında iki yarımdairəvi ( şaquli ), en kəsiyi dəyirmi olan qulp yerləşir. Gövdəsi üzərində batıq nöqtəli naxışlar həkk olunmuşdur. Bu tip qablara Mingəçevirdə (3), Şamaxıda (4), Yaloylutəpədə (5), Qaratəpədə (6), və digər alban abidələrində do rast gəlinmişdir.
Bu qabların şimal tərəfində iki küpə aşkarlandı. Küpələrdən birinin ağzına piylalə qoyulmuşdur. Onun gövdəsi ağzına doğru genişlənir. Ağzının altından iki cızma zolaq keçir. Oturacağı oval və çökəklidir. Piyalənin altındakı qab dar boğazlı küpədir. Qab dağılmış vəziyyətdə idi. Ağız kənarı dəyirmilənərək yana qatlanmışdı. Küpənin yanında dar boğazlı, tək qulplu və lüləsi olan qab yerləşirdi. Ağız kənarı yana qatlanırdı. Kəsikdə dəyirmi olan qulpu gövdəsinin ortası ilə ağız kənarını birləşdirirdi. On hissəsində isə ağız kənarından 9 sm. aşağıda lüləsi yerləşirdi. Qabın gövdəsi dəyirmi formalı, oturacağı yastı idi. Bu tip qablar e.ə. II – eramızın II əsrlərinin Kür çayı hövzəsi və Böyük Qafqazın cənub ətəkləri üçün xarakterikdir (7).
Dəfn küpünün içərisi təmizləndikdən sonra burada insan skeleti və kiçik həcmli saxsı qablar aşkar edildi. Skelet bükülmüş vəziyyətdə sağ böyrü üstə, başı küpün ağzı istiqamətində yerləşirdi. Kəllənin yanında kiçik həcmli dar boğazlı küpə tapıldı. Küpənin ağız kənarı düzdür. Ağzı ilə çiynini birləşdirən bir qulpu vardır. İkinci dar boğazlı kiçik küpə skeletin qabuğaları tərəfdə yerləşirdi. Skeletin qolu üzərində tunc qolbaq var idi. Skeletin ayaq sümüklərindən aşağıda kiçik dopu ( ağzı aşağı ), onun yanında isə böyrü üstə düşmüş kiçik həcmli kasa yerləşirdi. Dopunun yanındakı kasa dağılmışdı. Skeletin qabırğa sümüklərinin yanında daha bir kasa aşkar edildi. Ağız kənarı dəyirmi, oturacağı isə yastı idi. Piyalə kasanın arxasında üzə çıxdı.
Dəfn küpünün içərisində, oturacağı tərəfdə üstü yanıq izləri ilə örtülmüş daha bir küpə aşkarlandı. Sən olaraq skeletin sol qolu tərəfdə daha bir kiçik həcmli dar boğazlı küpə aşkarlandı. Çəhrayı rəngli küpənin ağzı novçalıdır. Albaniya ərazisindəki ağzı novçalı küpələrin geniş yayılması və istehsalat qədimliyi bunların alban keramika ustalarının ənənəvi istehsalat mail olmasını hesab etməyə bəzi əsaslar verir (8).
Saxsı qablardan və tunc qolbaqdan əlavə qəbirdən digər bəzək əşyaları da tapıldı. Bunlar rombvari formada, üstləri qızılı rəngə çalan folqa ilə örtülmüş, hər iki başlığında deşikləri olan bəzək əşyalarından (7 ədəd, biri sınıq vəziyyətdə, uzunluqları – 1,5 sm.), üçbucaq formalı, inkrustasiyalı bəzək əşyalarından (5 ədəd, uzunluqları – 1,2 sm.), yumru və uzunsov formalı muncuqlardan (2 ədəd, d=2 sm.) və kiçik həcmli əqiq muncuqlardan (4 ədəd, üstü folqalıdır) ibarətdirlər (tab, şəkil 1,2).
2 saylı qəbir bu dəfn küpünün hündürlüyü 150 sm., gövdəsinin ən gen hissəsinin diametri 100 sm. idi. Küpün ağız kənarı yana qatlanmışdı. Ağız kənarının üzərini çərtmə xətlərdən ibarət naxışlar dövrələyirdi. Hər çərtmə Xəttin altında bir batıq nöqtə salınmışdı. Ağzı birbaşa şişman formalı gövdəyə keçirdi. Başqa bir saxsı qabın üst hissəsi sındırılaraq dəfn küpünün oturacağına keçirilmişdi. Dəfn küpünün oturacağı tam dağıldığından onun formasını müəyyən etmək mümkün olmadı.
Dəfn küpünün içi təmizlənərkən küpün ağız tərəfində insana məxsus əzilmiş kəllə sümüyü aşkar edildi. Skelet bükülü vəziyyətdə sağ böyrü üstündə, başı şərqə tərəf idi. Kəllənin əzilməsinə baxmayaraq, üzünün şimala doğru baxdığını izləmək olurdu. Skeletin dizləri tərəfdə iki kiçik həcmli piyalə və kiçik dopu qoyulmuşdu. Böyrü üstə düşmüş və ya bilərəkdən qoyulmuş piyalənin ağız kənarı düzdür. Ağzı ilə gövdəsi arasından batıq zolaq keçir. Narıncı rəngli piyalə keyfiyyətli hazırlanmışdır. İkinci piyalə ağzı yuxarı qoyulmuşdu və dağınıq vəziyyətdə idi. Bundan əlavə skeletin bud sümüyünün diz qapağı ilə birləşən hissəsi yanında dağılmış vəziyyətdə olan kiçik həcmli, nazik divarlı dopu yerləşirdi. Sən olaraq küpün oturacağı tərəfdə dərin xeyrə aşkarlandı. Düz olan ağzının üzərində bir cəftəvari qulpu vardır. Qulpun üzərində batıq nöqtəli naxış həkk olunub. Dəfn küpünün ətrafında, onun oturacağı tərəfdə müxtəlif saxsı qablar düzülmüşdü. Bütün qablar demək olar ki, dağılmış vəziyyətdə idilər. Küpün oturacağına bitişik, bir – birinin yanında olduqca dağılmış vəziyyətdə olan 3 qab yerləşirdi. Dəfn küpünə əks, şimala doğru bir sırada bir – birinin yanında daha 3 qab qoyulmuşdu. Qablardan biri kiçik küpədir. Ağzı azacıq yana qatlanır. İkinci qab dar ağızlı küpədir. Oturacağı enli və yastıdır. Üçüncü qab geniş ağızlı küpədir. Oturacağı enli və yastıdır. Oturacağın iç tərəfində məməcik formalı üç çıxıntı vardır. Bu qabın içərisində yağ çalxalanan nehrə olduğunu da güman etmək olar. Həmən bu qablardan bir qədər şərq tərəfdə daha iki saxsı qab yerləşirdi. Bunlar da həmçinin dəfn küpünə bitişik qoyulmuşdular. Qablardan biri tam dağılmışdı. İkinci qab darboğazlı küpədir. Şişman gövdəsini çiyni ilə birləşdirən iki qulpa malikdir. Oturacağı yastıdır.
Beləliklə, 2 saylı qəbirdə dəfn küpünün kənarında yerləşən qabların tutduğu ümumi sahənin uzunluğu 180 sm idi.
3 saylı qəbirdə də iri dəfn küpü və onun oturacağı tərəfdə saxsı qab düzümü aşkar edildi. Dəfn küpünün ağız və gövdəsi qırılaraq parçalara bölünmüşdü. Ağız kənarının qırağı çərtmə xətli naxışlarla dövrələnib. Çəhrayı rəngdə bişirilmişdir. Hündürlüyü 125 sm, gövdəsinin d = 90 sm. idi.
Küpün içərisi təmizlənən zaman burada skelet aşkar olundu. Skelet bükülü vəziyyətdə, sağ böyrü üstə, başı şərqə tərəf idi. Mərhumun ətrafına müxtəlif saxsı qablar düzülmüşdü.
Qablardan biri kiçik həcmli piyalə idi. Kasa tipli kiçik həcmli ikinci qabın ağzı içəriyə qatlanmışdı. Ağız kənarının bir tərəfındə cəftəvari qulpu var idi. Oturacağı yastıdır. Aşkar edilmiş ikinci kasa geniş ağızlı olub, ağız kənarı düzdür. Daha bir dağılmış qab kiçik həcmli dopu idi. Ağız kənarı yana qatlanmışdır. Oturacağı yastıdır. Nəhayət küpün içərisindən salamat qalmış dar boğazlı, dəyirmi gövdəli, kiçik həcmli, ağzı novçalı küpə də aşkar edildi. Ağzının altında iki yapma düyməcik yerləşir. Boğazın gövdəyə birləşdiyi yerdən dövrələmə çərtmə naxışlar keçir. Hər naxış 4 nöqtədən ibarətdir. Ağız kənarını gövdə ilə birləşdirən bir qulpu vardır. Çərtmə naxışların altından nazik dalğavari zolaq keçir. Oturacağı yastıdır. Qeyd edək ki, analoji qablar Mingəçevir nekropolundan küp qəbirlərində do aşkar edilmişdi. Süddana oxşar bu qabların su tökülən yeri quş dimdiyinə oxşadığı üçün sənətkar bəzən qabın ağzının hər iki tərəfində gözə oxşar iki düymə şəkilli bəzək yapışdırmışdır ki, bu da qabın daha gözəl görünməsinə səbəb olmuşdur (9).
Dəfn küpündən kənarda yerləşən qabların düzümü belə idi: Küpdən qərbdə, oturacağına bitişik iri küpə yerləşirdi. Şişman gövdəli küpənin ağız kənarı yastı olub, yana qatlanmışdı. Küpənin hər iki böyründə dəfn küpünün oturacağına bitişik saxsı qablar qoyulmuşdu. Qablardan birincisi, cənub – qərb tərəfdə yerləşən dar boğazlı, dəyirmi gövdəli küpədir. Gövdəsinin yuxan hissəsində bir – birinə əks tərəflərdə qulp və lülə yerləşir. Qab dağılmış vəziyyətdə idi. Qabın ağzının üzərinə saxsı piyalə qoyulmuşdu. Piyalənin çox hissəsi sınmışdı. Qabın yanında ona bitişik daha bir küpə yerləşirdi. Küpə alçaq boğazlı olub, şişman gövdəyə malikdir. Ağzı yana qatlanmışdır. İki cəftəvari qulpu vardır. Qabın boğazı batıq nöqtələrlə dövrələnmişdir. Dəfn küpünün oturacağının cənub – qərbində yerləşən iri küpənin şimal – şərq tərəfində daha bir küpə yerləşirdi. Küpə alçaq boğazlı, dəyirmi gövdəlidir. Ağzı yana qatlanmışdır. İki qulpludur. Gövdəsini nazik cızma xətlər qurşayır.
Bu iki küpənin şimalında, onlara bitişik daha bir küpə aşkar edildi. Daha iki saxsı qab qırıqları həmən küpənin dağılmış hissələrinə qarışmışdı.
Həmən qabdan şimalda alçaq boğazlı, şişman gövdəli küpə aşkar edildi. Küpənin ağız kənarı yana qatlanmışdır. Tək qulpludur. Sən olaraq dəfn küpü ilə digər qabların arasında bir kasa və bir küpə də aşkar edildi.
Beləliklə, 3 saylı qəbirdə dəfn küpünün içərisində və ətrafında 19 saxsı qab ( əksəriyyəti qismən və ya tam dağılmış halda ) aşkar edilmişdi. Dəfn küpünün oturacağı tərəfdə yerləşən qabların tutduğu ümumi sahənin uzunluğu 165 sm. idi.
Yəldili nekropolundakı qəbir avadanlığının müqayisəli təhlili bu qəbirlərin dövrünü e.ə. II – eramızın II əsri çərçivəsində müəyyən etməyə əsas verir. Bu zaman küp qəbirləri dəfn adəti artıq inkişaf edərək, bəzi yerli xüsusiyyətə malik olmaqla Qafqaz Albaniyasının demək olar ki, bütün ərazisində əsas dəfn adətlərindən birinə çevrilmişdi. Bu dövrdə artıq küp qəbirlərinə iri həcmli saxsı qabların qoyulmaması, mərhumun üzərindəki bəzək əşyaları arasında ağır ayaq bilərziklərinin olmaması müşahidə olunur ki, bu da öz əksini tədqiq olunan Yəldili küp qəbirlərində tapmışdır. Yəldili nekropolundakı küp qəbirlərinin tam və daha dolğun öyrənilməsi, bu ərazidə yaşayan alban tayfaları tarixinin tədqiqinə şübhəsiz ki, yardım etmiş olacaqdır.
Ədəbiyyat:
1. Гошгарлы Г. Исследование археологических памятников в зоне
нефтепровода Баку – Тбилиси – Джейхан ( БТД ) и Южно – Кавказского газопрвода Баку – Эрзерум ( ЮКГ ) в 2004 – 2005 гг. Qafqazın аrxeologiyası, etnoloqiyası, folkloru konfransın materialları. Bakı, 2005, s. 74.
2. Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı, 1960, s. 9.
3. Qazıyev S.M. Göstərilən əsər…, tablo XX.
4. C.A. Xəlilov. Xınıslı qədim yaşayış yeri. Az. SSR EA Xəbərləri (ict. elm. ser),
№3, 1961, s. 41.
5. Исмизаде О.Ш. Ялойлутепинская культура, Баку, 1956, с. 51.
6. Yenə onun. Раскопки на холме Карателе в 1957 г. – Azərbaycanın maddi mədəniyyəti, c.V, 1962, s. 214
7. Халилов Дж.А. Материальная культура Кавказской Албании, Баку, 1985, с. ПО.
8. Yenə orada, s. 109.
9. Qazıyev S.M., Göstərilon osər. s. 10.

Leave a comment

Your comment