AZERBAIJANI EPIGRAPHY AND ISLAM
AZƏRBAYCAN EPİQRAFİKASI VƏ İSLAM Əmmar Abbasov
(AMEA Arxeologiya və Etnoqrafiya institut)
Azərbaycan Respublikasının ərazisi – Şəkinin Böyük Dəhnə kəndində I-III əsrlərə aid qədim yunan dilində olan yazı (1), Qobustanda Böyükdaş dağının cənub-şərq ətəyində axırıncı yastı qaya üzərində Romanın XII ildırımsürətli leqionunun Qobustanda olması haqda xəbər verən yazı (2), Mingəçevirdə tapılan Alban əlifbalı yazı (3) və s. fraqmentləri Azərbaycan epiqrafikasının erkən çağı kimi qəbul etmək olar. Azərbaycan epiqrafikasının inkişafı və Azərbaycanın epiqrafik abidələrlə zəngin olması ancaq islam, ərəb dili və ərəb əlifbası ilə bağlıdır.
Kufi, nəsx, nəstəliq, süls, riqa, divani, şikəstə, reyhani və başqa bu kimi bir neçə xətt növü olan ərəb (fars) dilləri və əlifbasından istifadə edərək xəttatlar məscidlər, türbələr, xanəgahlar, ovdanlar, karvansaralar, yaşayış binaları, məktəblər, mədrəsələr, darvazalar, qalalar, qapılar, divarlar, at və qoçdaş xatirə abidələri, sənduqələr, sarkofaqlar, müxtəlif şəkilli başdaşları, mis qablar – kuzə, qazan, məcməyi və s. məişət əşyaları üzərində çox nəfis şəkildə kitabələr yazırdılar. Ərəb dilinin lakonikliyi, qısa saitlərin yazılmaması, hərflərin müxtəlif şəkildə yazılması xəttatlara kiçik bir sahədə insanın zövqünü oxşayan bir kitabə yazmaq imkanı verirdi. Və bu kitabələrdə əsasən Allahın adları, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn, Quran ayələri -Bismil-ləhi-r-Rahməni -r-Rahim, Kullun mən aleyhə fan- hər bir yaranan ölməlidir, Huva-l-Baqi – 0, (Allah) ədəbidir, Əd-dünyə səa fəcaluhə təa — Dünya bir saatlıqdır, onu ibadətdə keçirin, Ayətu-l-kursi, İnnə-l-məsəcidə…, İnnəmə yə’muru məsəcidə-l-Lah…, üç Qui əuzu ayələri və ya onlardan biri və başqa bu kimi dini ibarələr yazılırdı.
Azərbaycan respublikasının ərazisində IX əsrin sonu – X əsrlərə aid olan ilk ərəbdilli epiqrafik abidələr sarkofaq şəkilli qəbirüstü abidələr olub kufi xəttinin erkən formasında – cızma şəklində, nöqtəsiz yazılmış kitabəli abidələrdir ki, bunlardan bir neçəsi Bakıdakı Qız qalası ilə üzbəüz «Bazar meydanı» adlanan yerdə nümayiş etdirilir (4) (şəkil 1). Əlbəttə, bu abidələrdə xətt gözəlliyindən söz gedə bilməz. Bu kitabələr abidə üzərində hər hansı bir alət vasitəsilə cızma, qazma üsulu ilə yazılırdı. Hələ bu dövrdə xəttatlıq sənəti təzə-təzə yaranırdı.
X əsrin sonundan başlayaraq kufi xətt daha xoşagəlimli şəkil alaraq səlis, gözəl və anlaşıqlı şəkildə yazılmağa başladı. Bu növ yazılara Bakıdakı
Məhəmməd – «Sınıqqala» məscidi, Qız qalası üzərindəki kitabələri aid etmək olar (şəkil 2b). Buradakı hərflər simmetrik, düzbucaqlı, nisbətən də sərt şəkildə yazılırdı. XII əsrdən başlayaraq XIV əsrin əvvəllərinə qədər kufinin çiçəkli forması işlənməyə başladı. Burada demək olar ki, hərflərin hamısının tərəfləri yuxarı qaldırılaraq cüt yarpaq şəklində yazılırdı və bu güllü-çiçəkli kimi görünürdü. Buna görə də о kitabələri çiçəkli kufi adlandırırlar. Belə kitabələrə Xalça muzeyi kimi istifadə olunan məscidin minarəsi üzərindəki və Şəmkür kitabələrini (6) aid etmək olar
Çiçəkli kufi xətli kitabələrin qəşəng və nəfis görünməsinə baxmayaraq onların həm yazılması, həm də oxunması çox çətin idi. Hərflərin nöqtəsiz olmasından başqa tərəfləri yuxarı qaldırılan hərflər hamısı bir-birinə oxşadığı üçün yazının oxunması çətinlik törədirdi. Hətta epiqrafika ilə məşğul olmayan ərəblər özləri belə yazını oxuya bilmirlər.
Hələ VII əsrdən məlum olan nəsx XIV əsrdən başlayaraq Azərbaycanın
“Bismillahi-r-Rahməni-r-Rahim. Kim Allahın məscidlərini tiksə, Allaha və axirət gününə iman gətirsə…” Quran IX-18. Omür sərf edib, ruzigarın bu nəqşini etdim ki, bu iş əsrlərlə məndən yadigər qalsın. Məhəmməd Həsən.
Qapının xonçalarından biri üzərində müəkkəs şəkildə Zülfüqarın – Həzrəti imam Əlinin qılıncının fonunda onun haqqında deyilmiş bir cümlədir: Əli kimi oğul, Zülfüqar kimi qılınc yoxdur.
epiqrafik abidələrində işlədilməyə başladı. Bu xətt növü yaxşı oxunur və yazılırdı, hərflərdə elə bil yumşaq bucaqlar əmələ gəlirdi. Bir azdan təliq yazı növü meydana gəldi və nəsxlə birgə işlənərək nəstəliq adlandı və belə yazıda hərflərdəki künclərin bir qədər açıldığı hiss olunur. Daha sonra bu xətt də öz yerini daha elastiki, daha yumşaq, asan yazılmağa mail süls xəttinə verdi.
Lənkəran şəhəri, Kiçik bazar məscidinin qapısı üzərindəki kitabələr:
Şirvanşahlar sarayında «Divanxana» kompleksində beş qapı tağının üstündə üç dəfə təkrar olunaraq yazılmış kitabə – Əli sözündən ibarət olub, Həzrəti imam Əlinin adıdır.
Sonralar İranda şikəstə, divani, reyhani və başqa yazı növləri yarandı. Və beləliklə də Azərbaycanda XIV əsrdən başlayaraq əsasən süls və qismən də başqa xətt növləri ilə göz oxşayan, islam dini ilə bağlı nəfis kitabələr yazılmağa başladı.
Hazırda Azərbaycan Respublikasının bütün guşələrində bəzilərində az, bəzilərində çox belə kitabələr – daş salnamələr tarixin bəzi qaranlıq səhifələrini işıqlandırmaqla yanaşı həm də yazıldığı obyekti öz gözəlliyi ilə
bəzəyir.
Aşağıda zövqümüzü daha çox oxşayan, islam dini ilə bağlı, bəzən oxunması çox çətin olan belə kitabələrin müəyyən qədər şəkillərini və tərcüməsini verməyə çalışacağıq.
İnsan üzünə oxşayan daş üzərindəki kitabə Masallı rayonu, Boradigah qəsəbəsindəki məscidin qapısının üstünə qoyulmuşdur:
Qeyd etmək lazımdır ki, say ərəb yazısında sağdan deyil soldan yazılır. Kitabəni yazan isə sayı da sağdan yazıb, əslində isə o. 1307 kimi yazılmalıdır.
ƏDƏBİYYAT
1. К. Алиев. Эпиграфика Кавказской Албании : парадоксы и действи¬тельность. – Азербайджан и азербайджанцы. АНП № 9-10, 2002
2. Azərbaycan tarixi, I cild. Bakı, 1998; С. Rüstəmov. Qobustan petroqlifləri. Bakı, 2003
3. Azərbaycan tarixi, I cild; K. Aliev. Тайна Мингечаурских надписей. – “Elm və Həyafjumalı, 1989, №4
4. M.C. Неймат. Корпус эпиграфических памятников Азербайджана. Баку и Апшерон. Баку, 1991
5. Yenə orada.
6. Yenə orada.