AZERBAIJAN IN SYSTEM OF RELATIONS AND MIGRATION ISSUE

AZƏRBAYCAN TAYFALARARASI ƏLAQƏLƏR SİSTEMİNDƏ VƏ MİQRASİYA MƏSƏLƏLƏRİNƏ DAİR
Vəfa Mahmudova
(Azərbaycan МEA Arxeologiya və Etnoqrafiya institutu)
Məzmununa görə mübadilə və ticarət çox hallarda bir sıra müəyyən arxeoloji tədqiqatlarda əlaqələr, təsir və münasibətlər prosesinin mexanizmini açıqlayır. Mübadilənin labüdlüyü prosesi özü əksər hallarda əlaqələrin və münasibətlərin yaranmasının Motivi olmuşdur. Arxeoloji tədqiqatlar əsasında tayfalararası mübadilə və ticarət əlaqələrini öyrənən bir çox tədqiqatçılar olmuş-dur: Q.Çayld, C.Q.C.KIark, AY.Bryusəv, V.M.Massən və b. Bütövlükdə bu mövzuya həsr olunmuş elmi kənfranslar, simpəziumlar da keçirilmişdir (1972, Leninqrad (indiki Sankt-Peterburq.) (1).
Azərbaycan da qədim zamanlardan ətraf aləmlə, ilk növbədə isə On Asiya ölkələri ilə Şıx əlaqələrdə olmuşdur. Qonşular və uzaq ölkələrlə yaxın təmasda ola-ola Azərbaycan tayfaları yerli köklərə malik olan özünəməxsus mədəniyyətlərini zənginləşdirmişdir.
Mübadilə vasitəsi kimi müxtəlif cinsli daşlar, minerallar, mal-qara, at, yun, metal, hazır materiallardan keramika, silah, zinət əşyaları və s. istifadə olunmuşdur. Mübadilə və əlaqələri şərtləndirən coğrafi mühit, təbii-ekoloji şərait, həyat üçün təbii amillərin varlığı olmuşdur. Əlverişli ekoloji və coğrafi zonada yerləşmiş, əhəmiyyətli mövqeyə malik Azərbaycan Yaxın Şərqlə əlaqələr saxlamaqla ayrı-ayrı ərazilər arasında vasitəçilik rolunu yerinə yetirmişdir.
Azərbaycanın On Asiya ölkələri ilə əlaqələri b.e.ə. V-IV miniliklərə aid Xalaf-Obeyid tipli saxsı qabların, habelə firuzə, sədəf və s. (I Kültəpə, Əlikö-məktəpəsi, Çalağantəpə vo b.), habelə Obeyid tipli (Leylatəpə) yaşayış məskəninin varlığı ilə sübut olunmuşdur.
Tədqiq olunmuşdur ki, ilkin əkinçilik cəmiyyətlərində dulusçuluq məhsulları da mübadilə vasitəsi olmuş vo bir çox hallarda bu, əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatmışdır. Məsələn, Şimali Mesopotamiyanın Xassun abidəsinin 4-cü təbəqəsindən aşkar edilən saxsı məmulatlarının 6%-dən 10%-ə qədərini (2), Xassım tipli Yarımtəpə abidəsindən müəyyən miqdarda (3) Samarra stilli saxsı məmulatları aşkar olunmuşdur. Bir qədər sonra Şimali Mesopotamiyadan Suriya, Kiçik Asiya və eyni zamanda Azərbaycana da xalaf tipli saxsı məmulatları ixrac olunmağa başlayır ki, bu da öz təsirini yerli dulusçuluq məhsulları istehsalında da göstərir.
Bu tədqiqatlar petroqrafik analizlərin nəticələri ilə öz təsdiqini tapır. Məsələn, Amuk S abidəsində gətirilmə xalaf tipli keramika kompleksdə qeydə alınan saxsı məmulatlarının 4-9%-ni təşkil edir.(3) Azərbaycanın Kültəpə 1, Leylatəpəsi abidələrindən də gətirilmə saxsı məmulatları qeydə alınmışdır (5, 7,8).
Ədəbiyyatlarda mübadilə vasitəsi kimi istifadə olunan keramika iki tipə bölünür: intruziv yəni başqa dulusçuluq ənənələri ilə istehsal olunan saxsı məmulatları və ticarət keramikası – yəni eyni dulusçuluq ənənələri olan yaşayış məskənlərindən yayılan saxsı məmulatı (1).
Zənnimizcə, məhz birinci tip keramika mübadiləsi də yuxarıda göstərilən nümunələrdə əsas rol oynamışdır.
Arxeoloji abidələrdən aşkar edilən saxsı nümunələrinin keyfiyyəti, hazırlanma texnikası ilə bahəm, onların naxışları, naxışların növləri, üsulları, məhsulların gətirilmə və ya yerli istehsal olduğunu söyləməyə əsas verir.
Azərbaycanda qeydə alınan ayrı-ayrı eneolit mədəniyyətlərinə mənsub olan yaşayış məskənlərindən aşkar olunan saxsı materialları bir-birindən fərqlənir. Bu tapıntılarda Cənubi Qafqazın Şomutəpə tipli yaşayış məskənlərindən aşkar edilən keramika nümunələrində qeydə alınan eyniyyətə rast gəlinmir. Hər bir abidədə saxsı nümunələrinin özünəməxsusluğu, ayrı-ayrı yaşayış məskənlərində isə inkişaf dinamikası izlənilir. Tədqiq edilən dövrün keramika məmulatının demək olar ki, hamısının tərkibində bitki, qum qarışığı vardır. Ərazisinin şimal bölgələrindən qeydə alınan saxsı nümunələri azca cilalanmış yastı oturacaqlı kasa, banka, silindirik və küpə tipli çıxıntılı – qulplu, naxışsız qablardan ibarətidisə, cənub bölgədən əldə olunan nümunələrin əksəriyyəti naxışlıdır. Bu naxışlar içərisində daraqlanmış naxışlar böyük maraq doğurur. Ovçular təpəsi, Xələc, Xocaxan, Leylatəpəsi və N.Müseyiblinin verdiyi məlumata görə U Pəylutəpəsi abidələrindən aşkar edilən nümunələr içərisində daraqlanmış naxışlı saxsı qab nümunələri qeydə alınmışdı. – Ağrıdağın Qərb tərəfindən İqdırı Doğu Bəyazit ilə bağlayan ticarət yollarına nəzarət edən Həzintəpə qədim abidəsi dağlıq əraziləri ilə Mesopotamiya arasındakı Şimal-Cənub əlaqələrində xüsusi rol oynamışdır. Həzintəpə lava axını zirvəsində tikilmiş kiçik bir qədim abidədir. Keramika nümunələrindən çıxış edərək demək olar ki, bu qədim yaşayış məskəni b.e.ə. IV minilliyin I yarısında məskunlaşmışdır. Həzintəpədə tapılmış saxsı nümunələrinin böyük əksəriyyəti üzərinə saman qatışıqlı məhlul çəkilmiş, əsasən tünd sarı, qəhvəyi, bəz rəngli gil qab nümunələridir. Həzintəpənin keramikası Tel-Afis keramikası ilə müqayisə oluna bilər. Hərçənd, Həzintəpə keramikası üçün səciyyəvi olan bəzi xarakterik xüsusiyyətlərə heç bir abidədə rast gəlinmir. Bu qabın xarici səthinin daranmış xətlərlə bəzədilMəsidir. Qabların təhlili bu texniki üslubun onların içərisinə də çəkildiyini göstərir. Ümumiyyətlə isə, daranmış keramika b.e.ə. IV minilliyin I yarısına aiddir. Baxmayaraq ki, Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının yaşayış məskənlərindən biri olan Leylatəpədə tapılan daranmış keramika nümunəsində təsvirlər və illüstrasiyalar aydın görünmür, yuxanda adı çəkilən digər abidələrdən qeydə alınan nümunələrdə bu naxışlar aydın izlənilir. Həzintəpədən qeydə alınan nümunələrdə daraqlanmış bəzəklər yalnız qabın xarici səthinə çəkilmişdirsə, Azərbaycanda qeydə alınan analoji nümunələrin həm daxili, həm də xarici səthi bu cür naxışlarla bəzədilmişdir.
Bəzəklər, onların hazırlanmasında istifadə olunan xammal da mübadilə vasitəsi rolunu oynamışdır. Məsələn, Melaneziya, Mikroneziya, Şimali Amerikada, Kaliforniyada balıqqulağı, quşların və heyvanların lələkləri, dişləri, mübadilə və ticarətdə pul rolunu oynamışdır (1). Bu, Azərbaycanın eneolit abidələrindən aşkar olunan bəzək əşyalarının da Məhz mübadilə vasitəsi olduğunu fərz etMəyə imkan verir.
Bu abidələrdən, xüsusilə də tədqiq edilən dövrə aid aşkar edilən qəbir abidələrindən qeydə alınmış sədəf və pastadan hazırlanmış bəzək əşyaları da mübadilə vasitəsi kimi istifadə olunmuşdur. Məlumdur ki, pasta və sədəf muncuqlar hələ qədim dövrlərdə Mesopotamiyada istehsal olunmuşdur. Görünür bu tip materiallar başqa ərazilərə, о cümlədən Azərbaycana da bu mərkəzlərdən yayılmışdır.
Sədəf xüsusi tip balıqqulaqılarının içəri qabığından alınan materialdan ibarətdir. Tədqiqatçılar bu tip balıqqulaqılarının Qırmızı dəniz və Ərəbistan dənizində, Aralıq dənizi, Hind okeanı və İran körfəzlərində yaşamasını göstərmişlər. Azərbaycana mübadilə və əlaqələr vasitəsilə gətirilmiş belə bəzək əşyalarına Çalağantəpə qəbirlərində, özü də külli miqdarda rast gəlinir. Bunlar ağ, çəhrayı rəngli olub, silindirik formalıdır. Belə nümunələrin əldə edilməsi yerli tayfaların daha uzaq regionlarla əlaqə saxladığını göstərir. Şübhəsiz ki, bir çox başqa əşyalar kimi, bu nümunələr də Azərbaycana birbaşa deyil, estafet yolu ilə gətirilmişdir.
Balıqqulaqıları təkcə bəzək əşyası kimi deyil, habelə amulet, talisman, bəzi xalqlarda isə ibtidai pul vahidi kimi istifadə olunmuşdur. A.Lukas balıqqulaqlarının qədim Şərqdə ən sevimli bəzək əşyaları sırasında durduğunu qeyd etmişdir.
Naxçıvanın I Kültəpə qəbirlərindən aşkar edilən bu tip muncuqların da məhz bu Məqsədlə istifadə edildiyi güman olunur. Bu nümunələrin göstərilən abidədən qeydə alınması isə bu ərazinin Xəzərsahili tayfalarla münasibətlər saxladığını göstərir.
İlkin əkinçilik cəmiyyətində mübadilənin əsas faktorlarından biri kimi təbii coğrafi müxtəliflik və ənənəvilik mühüm rol oynamışdır.
Metallurgiyanın yaranması xammal mübadiləsi kimi bu əlaqələri, yəni mübadilə əlaqələrini daha da genişləndirir. Əlaqələrin yaranmasında sosial faktorların da əhəmiyyəti olmuşdur.
Bu və ya digər xalqların arasındakı əlaqələr gediş-gəliş üçün təhlükəsiz, yararlı ticarət yolları olmadan mümkün ola bilməzdi. Azərbaycan ətraf aləmlə çay vadiləri boyunca, habelə Xəzər dənizinin qərb sahili ilə uzanan yollar vasitəsilə əlaqə saxlamışdır. Ticarət yollarının istiqamətinin müəyyənləşdirilmə-sində, əcnəbi mənşəli materialların tapılma kordinatlarının dəqiqləşdirilməsi və xəritəsinin çıxarılması mühüm rol oynayır. Azərbaycandan tapılmış gətirilmə materialların xəritələşdirilməsi bu regionu ətraf aləmlə birləşdirən bir пе¬со yolun varlığını göstərir.
Aparılan tədqiqatlar göstərir ki, qədim tayfalar arasında əlaqələr inkişaf etdikcə yaşayış səviyyəsi də yüksək olmuşdur. Öz dövrünə görə nisbətən inkişaf etmiş bölgələrlə əlaqələr eyni zamanda yerli tayfaların həyatının müxtəlif tərəflərinə təsir etmiş, onların mədəniyyət və məişətlərinin, təsərrüfatlarının zənginləşməsində müəyyən rol oynamışlar. Biz, əlaqələrin təsiri haqqında danışanda, heç də yerli tayfaların iqtisadi-mədəni inkişafının geri qaldığını söyləmək fikrində deyilik. Tədqiq edilən dövrdə Azərbaycan ərazisində yaşayan tayfaların özləri də kifayət qədər yüksək təsərrüfat, məişət və mənəvi mədəniyyətə malik olmuşlar ki, bunu da yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif arxeoloqlar tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət qalıqları sübut edir.
Ümumiyyətlə isə, məlumdur ki, əlaqələr bütün dövrlərdə ikitərəfli olmuşlar. Mübadilə əlaqəsi saxlayan hər bir tayfa bir-birindən yaxşı olanı götürmüş, öz yerli mədəniyyətini inkişaf etdirərək zənginləşdirmişdir.
Bu proses eyni zamanda həm də miqrasiyalar zamanı baş verirdi. Yəni, təbii-coğrafi iqlim şəraitindən asılı olaraq bir regiondan digərinə gələn tayfalar özləri ilə adət-ənənələrini də gətirir və yerli tayfalarla qaynayıb qarışaraq yeni bir mədəniyyətin əsasını qoyurdular.
Lakin məskunlaşmanı təkcə təbii iqlim şəraiti ilə əlaqələndirmək yanlışlıq olardı və onun bir çox səbəbləri var: hərbi toqquşmalar, müharibələr, tayfalararası ziddiyyətlər, əhalinin təbii artımından irəli gələrək daha geniş ərazilərdə məskunlaşmaq, münbit torpaqlarda yerləşmək, daha sonralar isə siyasi-iqtisadi məqsədlərlə məskunlaşdırma və s.
Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti nə qədər burada qədim insanların yaşamasına zəmin yaratmışdırsa, Yaxın Şərqlə yaxınlıq bir о qədər mədəniyyətlərin və miqrasiyaların məhz bir ərazi vasitəsilə şimala doğru yayılmasına imkan vermişdir. Aydın məsələdir ki, mədəniyyətlər insanlar vasitəsilə yayılır. Ehtimal etmək olar ki, məhz bu nöqteyi-nəzərdən də On Asiya mənşəli bir çox tayfaların Azərbaycanda məskunlaşması sonralar burada çoxsaylı xalqların yaşamasına zəmin olmuşdur. Siyasi-iqtisadi məqsədlərlə bir sıra xalqların sonradan bu ərazilərdə məskunlaşdırılmasını da buna şamil etmək olar.
Ədəbiyyat
1. Maccou B.M. «Экономика и социальный строй древних «обществ» Изд-во, 11аука, Ленинград, 1976, с.81.
2. Iloyd S., Satar F. Tell Hassuna.- IHES, 1945, №4, r.282, fıq. 5.
3. Мунчаев P.M., Мерперт Н.И. Раннеземледельческие поселения Северной Месопотамии. СА, 1971, №3, с. 157.
4. Джафаров Г.Ф. Связи Азербайджана со странами Передней Азии в эпоху поздней бронзы и раннего железа (по археологическим материалам Азер¬байджана), Баку, Елм, 1984, 108 с.
5. Абибуллаев О. А. Энеолит и бронза на территории Нахичеванской АССР, Баку, 1982.
6. Лукас А. Материалы и ремесленные производства в древнем Египте, М., 1958, с. 85-89.
7. Mahmudova V.O. Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abid;>k>n. Bakı, 2003.
8. Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азерабайджана. Баку, 1987.
Vafa Mahmudova Azerbaijan in system of relations and migration issue Summary
In the article on the basis of archaeological materials the author revealed connections of ancient inhabitants of Azerbaijan with the civilized centers of the East. Research of archaeological materials (ceramics, various funeral materials, and a funeral ceremony) allows defining səme centers having contacts with the ancient inhabitants of Azerbaijan.

Leave a comment

Your comment