ARCHAEOLOGY AND POTTERY

ARXEOLOGİYA VƏ DULUSÇULUQ
Şəlalə Bağırova
(Azərbaycan Dövlət Pedaqoji Kolleci)
Bəşər tarixində hər bir arxeoloji dövr iqtisadi, ictimai və mədəni həyatda yeniliklər və kəşflərlə əlaMətdar olmuşdur. Bu cəhətdən neolit – yeni daş dövrü xüsusilə seçilmişdi. Daşişləmə sahəsində cilalama üsulunun kəşfi, dulusçuluq və toxuculuq kimi ibtidai sənət sahələrinin mənimsənilməsi və nəhayət, maddi istehsal sahələrinə tam keçid neolit dövrünün mühüm nailiyyətləri olmuş, insanlığın gələcək inkişaf yolunu müəyyənləşdirmişdi. Təsadüfi deyil ki, mütərəqqi ingilis arxeoloqu Qordon Çayld əsas istehsal formalarına – əkinçilik və maldarlığa keçidi «neolit inqilabı» kimi qiymətləndirmiş və bununla neolit dövrünün bəşəriyyət tarixindəki yerini və əhəmiyyətini açıqlamışdı.
Bəşəriyyətin Mədəni-tarixi inkişafında neolit dövründə meydana çıxan dulusculuq da az rol oynamamışdı.
Dulusçuluğun kəşfi ilə ibtidai insanlar özləri bilmədən kimya sahəsində mühüm bir kəşfin sahibi olmuş, gildən düzəldilən qabları odda bişirMəklə onlara tamamilə yeni xassələr verə bilmişdilər. Yumşaq gil daş qədər möhkəm olmuş, oda davamlı və su keçirməmək xassələrini almışdı. Alümin oksidindən, qum və sudan ibarət çiy gil oda məruz qalmaqla təbiətdə təsadüf edilməyən və eyni zamanda çox yararlı bir materiala – susuz silikata çevrilmişdi.
BişirilMə nəticəsində dəyərli xassələr alan gil məmulatı, xüsusən müxtəlif biçimli qablar ibtidai insanların məişət və təsərrüfatında ən əhəmiyyətli avadanlığa çevrilmişdi.
Bişmiş gil qablar ərzaq ehtiyatlarını uzun müddətə qoruyub saxlamağa. odda hazırlanan yeməklərin müxtəlifliyini artırmağa, süd Məhsullarının emalına geniş imkanlar açmışdı. Beləliklə, neolit dövründə, bilavasitə oturaq həyat şəraitində yeni bir sənət sahəsi – dulusçuluq meydana çıxmışdı. Onu da yada salmaq lazımdır ki, dulusçuluğun kəşfilə bağlı olan neolit dövrü tarixi-arxeoloji təsnifatda uzun müddət «dulus» dövrü kimi də qeyd olunmuşdu.
Dulusçuluq öz inkişafında minillikləri əhatə edən uzun yol keçmişdir. Güman edilir ki, dulusculuğun ilk ixtiraçısı qadın olmuşdur. Ev təsərrüfatını idarə edən, ərzaq ehtiyatını qoruyan, tənzim edən və bölüşdürən qadın bişmiş gil qabların ixtirası ilə məişət və təsərrüfat qayğılarını xeyli yüngülləşdirə bilmişdi.
İlk gil qablar əldə və olduqca ibtidai üsulla hazırlanmış, bir çox hallarda biçimsiz formalı olmuşdu. Gilin möhkəmliyini təmin etMək məqsədilə onun tərkibinə döyülmüş quru bitki və qum qatılmışdı. Yüksək istilik almaq

vərdişindən hələ uzaq olan ibtidai insanların ilk vaxtlarda bişirdikləri gil qablar о qədər do möhkəm olmamış, kövrəkliyi ilə seçilmişdilər. Azərbaycan ərazisində ən qədim dulus məmulatına eramızdan əvvəlki VI-V minilliklərə aid abidələrdə rast gəlinmişdir.
Arxeoloji tədqiqatlarla öyrənilmişdir ki, vaxt keçdikcə hər bir arxeoloji dövrün ümumi inkişafına müvafiq dulusçuluq sahəsində do irəliləyişlər və əsaslı dəyişikliklər baş vermişdi. Dulus çarxının ixtirası, dulus kürələrinin təkmilləşdirilməsi, gil qabların hazırlanmasında müxtəlif üsullardan istifadə və digər yeniliklər neolitdən sonrakı dövrlərdə dulusçuluq sahəsindəki inkişaf və tərəqqinin nəticəsi olmuşdu.
Mədəni-tarixi inkişafla bağlı yeniliklər dulus məmulatının kəmiyyət və keyfiyyət dəyişikliklərinə də əsaslı təsir göstərmişdi. Müxtəlif ölçülü, biçimli, naxışlı və eyni zamanda yüksək keyfiyyətli gil qablar və digər dulus məmulatı hər tarixi Mərhələdə özünəməxsus xüsusiyyətlərə malik olmaqla mənsub olduğu dövrə məxsus arxeoloji mədəniyyətin əsas göstəricisini təmsil etmişdi. İlk baxışda adi məişət və təsərrüfat avadanlığı kimi görünən du¬lus Məmulatı əslində öz dövrü haqqında geniş məlumat verə bilən yüksək el-mi dəyərli arxeoloji mənbədir. Qazıntılar zamanı əldə edilən belə tapıntılar-da hər bir tarixi dövrün iqtisadi, ictimai və Mədəni həyatı, adət və ənənələri, dini görüşləri və s. haqqında zəngin məlumatlar cəmlənmişdir. Onları tap-maq və araşdırmaq isə arxeologiyanın vəzifəsidir.

ƏDƏBİYYAT:
1.Косвен M.O. Очерки истории первобытной археологии. М., 1957. 2.Амальрик А.С, Монгайт А.Л. Что такое археология. Москва, 1959. 3.Həbibullayev О.Н. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959. 4.Нариманов И.Г. О земледелии эпохи энеолита в Азербайджане. СА, 1971, №3 5.İsmayılov Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981.
б.Агамалиева СМ. Гончарство Азербайджана. Баку, 1987.
7.Мирабдуллаев A.M. Становление и особенности развития древнейшего ре¬месленного производства на территории Азербайджана. Баку, 2006.

Leave a comment

Your comment