ANCIENT INSCRIPTIONS OF AZERBAIJAN
AZƏRBAYCAN ƏRAZİSİNDƏ TAPILMIŞ QƏDİM YAZILAR HAQQINDA
Solmaz Qaşqay
(Azərbaycan MEA Tarix İnstitutu)
Azərbaycan Cənubi Qafqazın mərkəz və şərq hissələrində yerləşir. Zəngin təbiəti və müxtəlif iqlim qurşağı olduğuna görə bu ərazi təsərrüfatın bir çox sahələrinin inkişafı üçün əlverişli şəraitə malikdir. Bununla bərabər, о həm də şimalla cənubun, qərblə şərqin birləşdiyi, strateji cəhətdən mühüm nöqtədə yerləşir və ona görə tarix boyu qonşuların nəzər diqqətini özünə cəlb edib. Şimal sərhədləri Xəzər dənizinə qədər enən Qafqaz dağları ilə hüdudlanırdı ki, bu da istehkamların qurulması, yadellilərin basqınından müdafiə və ticarətə nəzarət baxımından əlverişli idi.
Maddi mədəniyyət abidələrinin arxeoloji tədqiqi göstərir ki, bu diyar qədim zamanlardan Məskunlaşıb, tarixi inkişafın bütün Mərhələlərindən keçib, özünə məxsus mədəniyyətə malik olub və On Asiyanın qonşu dövlətləri ilə müxtəlif əlaqə və münasibətlər qurub.
Çox təəssüf ki, Azərbaycan ərazisində ərəb dövrünə qədərki yazılı mənbələr çox az miqdarda aşkar edilib.
Ən qədim yazı sistemlərindən biri mixiyazı sistemi Mesopotamiyanın cənub ərazilərində yaşayan Şumer xalqı tərəfindən təxminən e.ə. IV minilliyin axırlarında yaradılmışdır. Sonralar On Asiyanın bir sıra xalqları bu yazını öz dillərinə uyğunlaşdırıb istifadə etmişlər. Yazılar gil lövhələrdə, binaların divarlarında, heykəllər, qayaüstü daşlar və müxtəlif əşyalar üzərində həkk olunurdu.
Azərbaycanda qara əqiqdən düzəldilmiş mixiyazılı muncuq tapılmışdır (şok. 1). Onun üzərində akkad (assur-babil) dilində yazılmış cümlədə Aşşur çan Adadnerarinin adı çəkilir: E.GAL. ADAD. NERARl. SAR. KİSSATİ. “Dünyanın can, Adanerarinin sarayı”(l). Muncuq 1885-ci ildə Şuşa şəhərindən şimal-qərbdə, Xocalı kəndinin ətrafında E.A.Resler tərəfindən aparılan qazıntılar nəticəsində tapılıb. Burada çaydaşından qurulmuş 20 iri kurqan aş-kar edilmişdir. Muncuq (uzunluğu 1,9 sm, eni 1 sm) kurqanaltı daş qutu qəbirlərin birindən (№ 11), e.ə. VIII əsrə aid olan müxtəlif tunc və qızıl əşyalar arasında aşkarlanıb (2), lakin muncuq daha qədim dövrlərdən də qala bilərdi. Muncuqun tarixdə məlum olan üç Adadnerarinin (e.ə. 1307-1275; e.ə. 911-891; e.ə. 810-783) hansına mənsub olması dəqiq müəyyənləşdirilməmişdir.
Digər mixiyazılı mətn urartu dilində Urartu çarları, İşpuini və Menuanın (e.ə. 820-810) birgə hökmdarlıq etdikləri zamana aiddir.Yazı Naxçıvan MR Culfa rayonundakı, İlanlıdağ qayalarında tapılmışdır (3). Beş sətirlik yazıda bu ərazilərə yürüş və Puluadi ölkəsinin Arsinie, Arsikua, Ayanianu yaşayış yerlərinin zəbt edilməsi və ilahilərə qurban kəsilməsi haqqında xəbər verilir. Arsini təpənimi İlanlıdağın yaxınlığında yerləşən müasir Ərəzin kəndinin adı ilə bağlana bilər.
Tədricən mixiyazı sistemi əlifba sistemi ilə əvəz olunur. Ən qədim əlifba yazısı (finikiyalıların) e.ə. 1000 ilə aid edilir. Bu əlifbada ancaq samit səsləri əks olunurdu. Finikiyadan qərbdə yaşayan yunanlılar əlifbanı finikiyalılardan mənimsəyib ona sait səslərini də əlavə etdilər. Bu yazı sistemini latın dilli xalqlar da qəbul etdi və latın əlifbası müasir dövrə kimi istifadə olunur. Şərq ölkələrində əlifba sisteminin yayılmasında Arami tayfalarının mühüm rolu oldu.
Bakıdan 60 km cənuba, Qobustanın Böyükdaş qayasının ətəyində latın yazısı aşkar edilib (4): “Imp(eratəre) Dominitiano Caesare Aug(ustə) Germanic(o) L.Julius Maximus leg(ionis) XII Ful(minatae)” – “Imperatər Dominisian Sezar Avqust (dövründə) L.Culius Maxsimus, XII ildırım sürətli leqionun senturionu [həkk edib]“. Bu yazı imperator Dominisian (81-96 illər) dövründə burada Roma qoşunlarının olmasından xəbər verir. Tədqiqatlar göstərir ki, yazı 84-cü ildə həkk oluna bilərdi.
Yunan yazısı 1902-ci ildə Şəki rayonunda, Böyük Dəhnə kəndi yaxınlığında tikinti dağıntılarından tapılmışdır (5). Daşın üzərində – “Xeyirxah Ayliy Yasən Eunonun xatirəsi naminə” sözləri yazılmışdır. Yazı I-II əsrlərə aid edilir.
Ordubad rayonunda Xaraba-Gilan orta əsr şəhər-qala müdafiyə divarlarının xaricində arxeoloji qazıntılar nəticəsində Arami yazısı aşkar edilmişdir. II-IV əsrlərə aid qəbirdən tapılmış sarımtıl gil qabın yuxarı hissəsində qara rənglə Mətn yazılmışdır. Oxunan sözlər – “və insan həyatı naminə”,
“bizi əziyyətdə qoyma”, “ilahi”, “amin, amin” – dua sözlərini xatırladır (6).
Qafqaz Albaniyası dövlətinin mövcud olduğu vaxtlardan bizə alban yazılarının ayrı-ayrı fraqmentləri gəlib çatmışdır (7). Təəssüf ki, onlar indiyə qədər hələ də oxunmayıb. 1948-49 illərdə Mingəçevirdə su elektrik stansiyasının inşaatı ilə əlaqədar su altında qalan ərazidə geniş arxeoloji qazıntılar aparılmışdır. Xristian Məbədinin xarabalıqlarında yazılı sütun altlığı, keramit parçaları (8) və piramida formalı şamdanlar aşkar edilmişdir. Şamdanın hər dörd üzündə yazı vardır. Şamdanların dövrü həmin təbəqədə tapılmış V-VIII əsrlərə aid pul nümunələrinə görə müəyyən edilmişdir (9).
Sasanilərin hakimiyyəti dövründə Dərbənd müdafiə səddində qala divarlarının daşları üzərində pəhləvi yazıları saxlanılıb. Dərbənd səddi divarlar Qafqaz dağları və Xəzər dənizi arasındakı dar keçidi köçəri xalqların basqınlarının qarşısını almaq üçün ucaldılmışdı. Ərəb mənbələri onun tikilməsini sasani şahənşahı Qubad (488-531) və onun oğlu Xosrovun (531-570) dövrünə aid edirlər. lndiyə qədər cəmi 18 yazılı daş aşkar edilib. Yazılar çox yığcamdır vo yalnız tikinti rəhbərinin adını və rütbəsini
xatırladır. Yazıların əksəriyyəti Azərbaycanın maliyyə nəzarətçisi Barznişin adından tərtib edilmişdir: “Barzniş, Adurbadaqanın amarqarı” (10).
Araz çayından cənubda olan, xüsusən Urmiya gölü ətrafındakı ərazilər-də e.ə. I minilliyin əvvələrindən başlayaraq assur, urartu mixiyazılı və de¬cade ayrı dillərdə və yazı sistemində həkk olunmuş abidələr daha çox miqdarda tapılmışdır.
ƏDƏBİYYAT
1. Мещанинов И.И. Бусина с клинописью из Ходжалинского могильника. Изв. Общества обследования и изучения Азербайджана. Т.2, Баку, 1926, стр. 52-57.
2. Пассек Т., Латынин Б. Ходжалинский курган. Изв. Общества обследования и изучения Азербйджана. Т.2, Баку, 1926, стр. 58-61.
3. Salvini М. Eine Urartaische Felsinschrift in der Region Nachicevan. //Zeitschrift fur Assyriologie und Vorderasiatische Archaologie 88, №1 Berlin/New-Yərk, 1998, p. 94-99.
4. Джафарзаде И.М. Древняя латинская надпись у подошвы горы Беюкдаш. //Доклады АН Азербайджанской ССР (ДАН), 1949, № 5, стр. 79-88.
5. Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. Москва-Ленинград, 1959, стр. 340-342. К.Алиев. Античная Кавказская Албания. Баку, 1992, стр. 123.
6. Асланов Г., Ибрагимов Б., Кашкай С. Древние некрополи Хараба-Гилана. Баку, 2002, стр. 4.
7. Казиев. СМ. Новые археологические находки в Мингечауре. //ДАН, 1948, №9.
8. Голубкина Т.И. Еще одна албанская надпись из Мингечаура. //ДАН, 1949, №5.
9. Ваидов Р.М Фрагмент глиняного подсвечника с албанской надписью. //ДАН, 1951, №2, стр. 81-86.
10. Пахомов Е.А.Пехлевийские надписи Дербента. Баку, 1929, стр. 3-34; Касумова СЮ. Среднеперсидская эпиграфика Кавказской Албании. Баку, 1994, с. 3-27.