ABOUT UNGLAZED EARTHENWARE OF BILGAH (IX-XIII CENTURIES)

BİLGƏHİN IX-X1II ƏSRLƏRƏ AİD ŞİRSİZ SAXSI MƏMULATI HAQQINDA
Əlibaba Babayev
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya institutu)
Dulusçuluq Azərbaycan sənət istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamaqdadır.
İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı da¬ha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Bu dövrdə saxsı qabların yayılması Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi (1).
Abşeronun bir çox yaşayış məntəqələrində, о cümlədən Bilgəhdə aparılan arxeoloji qazıntılar nəticəsində şirsiz və şirli saxsı qablarının aşkar edilməsi dulusçuluq sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Bilgəhdən aşkar edilən dulus məmulatı təyinatına görə əsasən məişət və təsərrüfatda işlənən qablardan ibarət olmuşdur. Bu qabları texniki xüsusiyyətlərinə uyğun olaraq şirsiz və şirli saxsı məmulatlarına bölmək olar.
Bilgəhdə IX-XIII əsrlərə aid şirsiz saxsı məmulatını öz növbəsində ayrı-ayrı xüsusiyyətlərinə – hazırlandığı gilin tərkibinə, biçiminə, əldə və yaxud dulus dəzgahında hazırlanmasına görə qruplaşdırmaq olar. Şirsiz məişət və təsərrüfat qablarının təsnifatı təyinat üzrə aparılmış və xronoloji ardıcıllığa riayət edilməsinə səy göstərmişdir.
Şirsiz məişət və təsərrüfat qablarını aşağıdakı qruplara bölmək olar: iri və orta həcmli təsərrüfat küpləri, qazanlar, su qabları, bərnilər, bardaqlar, dopular, çıraqlar.
Küplər. IX-XIII əsrlərdə Bilgəhdə əhalinin təsərrüfat həyatında geniş işlədilən qablardan biri də orta həcmli küplərdir. Bu dövrün küpləri əvvəlki dövrün küplərin-dən öz mükəmməlliyi ilə fərqlənir. Eyni zamanda bu küplər hündürlüklərinə, divar-larının qalınlığına, ağız və oturacaqlarının, eləcə də gövdəsinin diametrinə görə bir-birindən fərqlənirlər.
Orta həcmli təsərrüfat küpünün ağız hissəsi arxeoloji qazıntı nəticəsində aşkar edilmişdir. Gilinin tərkibində irili-xırdalı qum qatışığı vardır. Bu nümunənin gili bişmə prosesi vaxtı kəsikdə qaramtıl rəngdə qalmışdır. Qabın ağzının kənan xaricə tərəf qatlanmışdır (Tablo 1, şəkil 7). Fraqment IX-XI əsrlərə aid edilir.
tri həcmli təsərrüfat küpünün ağzının kənarı xaricə tərəf qatlanmışdır. Nümunənin daxili səthində his izləri aydın görünür. Əldə kobud formada hazırlanmış bu nümunənin gilinin tərkibində irili-xırdalı qum qatışığı vardır. Müqayisəli analoji təhlillər əsasında nümunə VTII-IX əsrlərə aid edilir (Tablo 1, şəkil 1).
Gili qırmızımtıl rəng alana kimi bişirilmiş digər orta həcmli təsərrüfat qabının fraqmenti saya olub səthi zəif şüyrələnmişdir. Səthində seyrək anqob izləri vardır. Gilinin tərkibində irili-xırdalı qum qatışığı olan bu nümunə XI-XIII əsrlərə aid edilir (Tablo 3, şəkil 7).
Bilgəhdə şərti olaraq “Dini bina” adlandırdığımız abidənin arxeoloji qazıntı sahəsində 2,5m dərinlikdə aşkar edilən bu küplərin analoji nümunələrinə Örənqalada, Gəncədə, Bakıda, Mingəçevirdə, Saatlıda, eləcə də Gürcüstanda və Orta Asiya şəhərlərində rast gəlinir. İri və orta həcmli bu küplər, şübhəsiz ki, əvvəlki dövrdə olduğu kimi, müxtəlif ərzaq və təsərrüfat məhsııllarını saxlamaq üçün istifadə edilmişdir. Aşkar edilən küplərin qırıqlarından aydın olur ki, onların bəziləri qulplu, bəziləri qulpsuz olmuşdur. Adəton nisbətən qalın divarlı küplərin lentvari qulpları olmuşdur.
IX-XIII əsra aid olan küplər üçün səciyyəvi cəhətlərdən biri onların üzərində həndəsi cizgilərlə bəzəklər vurulmasıdır. Həmin küplərdən birinin (inv.76) üzərinə şaquli cızma xətlərlə bəzək vurulmuşdur.
Qazanlar. Aşkar edilən qazanlar əsasən orta və qismən də iri həcmli olmuşdur. Onlar bir-birinə bənzəyir. Belə ki, onların xeyli hissəsi yarımdairəvi şəkildə olub, ağız tərəfi xaricə qatlanmış səthi isə qismən şüyrələnmişdir.
Diqqətlə araşdırıldıqda onların gilinin tərkibində, rəngində, formalarında, bəzəklərindəki fərqləri və hansı şəraitdə istifadə edildiyini müəyyən etmək mümkündür. Bu eyni zamanda onların bir-birindən xronoloji ardıcılıqla fərqləndiyini do söyləməyə imkan verir. Məsələn, müqayisəli təhlil zamanı məlum olur ki, əvvəlki dövrlərə nisbətən şəhər dulusçuları xammalın keyfiyyətinə diqqəti artırmaqla bərabər, dulus çarxının təkmilləşdirilməsinə də nəzər yetirmiş, bu da öz növbəsində, hazırlanan məmulatın keyfiyyətinə do öz təsirini göstərmişdi. Bütün deyilənlərə uyğun ola¬raq IX-X və XI-XIII əsr qazanları arasında da müəyyən fərqləri görmək olar.
Gili qırmızımtıl rəng olana kimi bişirilmiş qazan tipli bir nесə qabın ağız hissələri (inv. 25;32; 35; 37) aşkar edilmişdir. Nümunələrin ağzının kənarı xaricə tərəf qatlanmış, səthinə qırmızı rəngli seyrək boya çəkilmişdir. Bişmə prosesi sabit hərarət rejimində olmadığından gilinin tərkibində qara rəngdə təbəqə yaranmışdır. Nümunələrin daxili və xarici səthində seyrək mis təbəqəsi vardır. Dulus çarxında hazırlanmış bu nümunələrin xarici səthi orta səviyyəli şüyrələnmiş və gilinin tərkibin-də irili xırdalı qum qatışığı vardır (Tablo 3, şəkil 4,6).
Qeyd olunan qazan nümunələri əsasən orta həcmli qazanlar sırasına aiddir. Onların oxşarlarına Beyləqan və Bakının müvafiq IX-X əsrlərə aid edilən qazanları içərisində rast gəlinir (2, s. 28, 57; 3, s. 36-38).
Aşkar edilən gili qəhvəyi çalarda rəng alana kimi bişirilmiş qazan tipli mətbəx qabının bir neçə nümunəsi aşkar edilmişdir.
Tədqiq edilən bu nümunələrin qulp hissəsinin səthində his təbəqəsinin izi qalmışdır. Qulp kəsikdə lentvari olub qabın ağız dairəsi istiqamətində bərkidilmişdir. Qulpun qurtaracaq hissəsində əbədiyyat naminə qırçınlar əmələ gətirmişdir. Ruqırçınlar əsasən qabı ocağın üstündən qaldırmağa kömək edir. Bişməsi çox da yaxşı ol-mayan bu nümunənin gilinin tərkibində irili-xırdalı qum qatışığı vardır. Qulpun diametri 2,5sm-dir.
Tədqiq edilən digər nümunə gili qəhvəyi çalarda rəng alana kimi bişirilmiş qa¬zan tipli qabın ağzının kənarının qırığıdır. Qulp ağzının diametri istiqamətində yapışdırılmışdır. Qulpun qurtaracağı kəsmə xətlər vasitəsilə usta tərəfindən qırçınlanmışdır. Qulpun diametri 3 sm-dir (Tablo 2, şəkil 4,5).
Qeyd etmək lazımdır ki, saxsı qazanların paslanması və korroziyaya uğramaması bu qazanlara, о dövrdə mətbəxdə istifadə olunan mis və tunc qazanlara (metal-dan olan qazanlarda qida məhsulu uzun müddət qaldıqda zəhərlənmə verə bilər
Ə.H.) nisbətən üstünlük qazandırırdı (4, s. 65). Ona görə də IX-XIII əsrlərdə Azərbaycanın bütün bölgədə olduğu kimi, Abşeronda о cümlədən Bilgəhdə saxsıdan hazırlanmış qazanlar üstünlük təşkil etmişdir.
Su qabları. Bilgəhdən aşkar edilən IX-XIII əsrlərə aid dulus məmulatı içərisində su qabları da vardır. Onlar bu dövrə aid gil məmulatının mühüm tərkib hissəsidir. Əldə edilən su qablarının gili əsasən sarımtıl rəng olana kimi bişirilmişdir. Onların gövdə ilə boğazın birləşdiyi hissə qoşa xətlə bəzənmişdir. Cızma üsulu ilə çəkilmiş xətlər qabın həmin hissəsini bütövlükdə qurşaqlayır. Bilgəhdən arxeoloji qazıntı nəticəsində aşkar edilmiş bir neçə su qabının təsvirini verək.
1. Gili sarımtıl rəng olana kimi bişirmiş su qabının lülək hissəsi aşkar edilmişdir. Tərkibində irili-xırdalı qum qatışığı olan bu nümunənin salamat qalan hissəsi 5 sm-dir. Daxili hissəsinin diametri 1,2 sm-dir. Bişməsi yaxşı olan bu qabın xarici səthi usta tərəfindən şüyrələnmişdir (Tablo 4, şəkil 6,7).
2. Gili qırmızı rəng olana kimi bişirilmiş nazik divarlı su qabının fraqmentində lülək ətrafı hissə cızma xətlərlə konsentrik formada haşiyələnmişdir. Qabın lüləsinin diametri l sm, salamat qalan hissəsi 7sm-dir. Bişməsi yaxşı olan bu nümunənin gilinin tərkibində qum qatışığı vardır (Tablo 3, şəkil 8).
3. Gili sarımtıl rəng olana kimi bişirilmiş su qabının ağız hissəsinə köbə çəkilmiş, ortadan kiçik diametrli deşik açılmışdır. Deşiyin diametri 1 sm-dir. Gilinin tərkibində qum qatışığı olan bu qabın mühafizəsi yaxşıdır.
Haqqında bəhs olunan qabların və Bilgəh qazıntıları zamanı tapılmış digər nümunələrin ən yaxın oxşarlarına Bərdə, Beyləqan, Gəncə, Şamaxı, Bakı, Şabran şəhəri, Gülüstan qalasının arxeoloji materialları içərisində rast gəlindiyindən onlar IX-XIII əsrlərə aid edilir (5, s. 60).
Bardaqlar. Bilgəhdən aşkar edilən şirsiz saxsı nümunələri içərisində bardaqları da qeyd etmək lazımdır. Məlum olduğu kimi tək qulpla təchiz olunmuş bardaqlar kiçik, orta və nisbətən iri həcmli olur. Bardaqlar əsasən məişətdə və təsərrüfatda işlənmişdir. XI-XIII əsrlərə aid olan bardaqların əksəriyyəti qırmızı rəng alana kimi bişirilmiş, divarları qalındır.
Şərti olaraq «Dini bina» adlandırdığımız qazıntı sahəsində kiçik həcmli bardaq tipli qabın qulp hissəsi aşkar edilmişdir. Gili qırmızımtıl rəng çaları kimi bişirilmiş bu nümunənin gilinin tərkibində irili-xırdalı qum qatışığı vardır. Bişməsi yaxşı, ölçüsü 2 sm olan bu nümunənin qulpu lentvaridir.
Digər bardaq tipli nümunənin gili sarımtıl rəng alana kimi bişirilmişdir. (Tablo 3. Şəkill).
Gili qırmızımtıl rəng olana kimi bişirilmiş digər nümunə iri həcmli bardaq tipli qabın şaquli istiqamətdə yapışdırılmış lentvari qulp hissəsidir. Bişməsi yaxşı olan bu nümunənin gilinin tərkibində irili xırdalı qum qatışığı vardır (Tablo 2, Şəkil 3).
Çıraqlar. Məişətdə geniş istifadə edilən gil məmulatının bir qrupunu da çıraqlar təşkil edir. Gili qaramtıl rəng alana kimi bişirilmiş çıraq yastı oturacağa malikdir. Yarımşar gövdəyə malik bu nümunənin ümumi hündürlüyü 6 sm-dir. Lüləyinin dia¬metri 3 sm, ağzının diametri 3, 5 sm olan bu nümunənin ağzının kənan xaricə tərəf qatlanmışdır (Tablo 4, şəkil 1, 2, 3). Qazıntı sahəsindən əlavə olaraq daha 4 ədəd çıraq nümunələri aşkar edilmişdir. IX-XIII əsrlərə aid olan bu nümunələrə Azərbaycanın orta əsrlər yaşayış məntəqələrində tez-tez təsadüf edilir (6; 7, s. 19-20).

ƏDƏBİYYAT
1. Camal Mustafayev. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002, s. 166.
2. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı. 1979, s.28, 57.
3. Ахмедов Р.Дж. Керамика города Баку (IX-XIII). Баку, 1992, с.36-38.
4. Əhmədov Q.M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959, s.65.
5. Aləm Nuriyev, Əlibaba Babayev. Bərdə şəhərinin tarixi-arxeoloji oçerki. Bakı, 2001, s.60.
6. Геюшев Р.Б. Глиняные светильники из Кабалы. Доклады АН Аз ССР. 1961, т. XVII.
7. Новрузлу А.И. Средневековая керамика Азербайджана IX-XVII вв. Баку, 1993, с.19-20.

Leave a comment

Your comment