THE PROBLEM OF RESTORATION OF ARCHITECTURAL MONUMENTS OF CYLINDER SHAPE
SİLİNDRİK FORMALI MEMARLIQ ABİDƏLƏRİNİN BƏRPA PROBLEM!
Nardanə Yusifova
(Azərbaycan Мilli Elmlər Akademiyası Polimer Materialları İnstitutu)
Çox əsrli təcrübədə bəyənilmiş yerli tikinti və bədii ənənələrin geniş istifadəsinə əsaslanaraq, xalqın özünə məxsus zövqünü əks etdirən təcrübəli memarlar və onların rəhbərliyi altında işləyən-ustalar, rəssamlar müxtəlif təyinatlı və ölçülü abidələr yaradırdılar. Bu abidələr öz həcm-fəza kompozisiyası və orijinal-ornamental bəzəyi ilə böyük təsir bağışlayır.
Tam əsasla göstərmək olar ki, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin əsərləri daimliyi ilə həqiqətən ölkənin və xalqın tarixində bədii-mühəndis ideyalarının birgə mövzusu olmaqdadır.
Memar, mühəndis və rəssam kimi çox yüksək şərəfə layiq olan Əcəmi Naxçıvaninin əsərlərinin bugünkü gündə böyük bərpaya ehtiyacı vardır. Əcəmi məktəbi davamçılarının yaratdıqları düz səthli memarlıq abidələri ilə yanaşı əyri səthli abidələrə də rast gəlinir. Düz səthli abidələrin səthindəki naxışları dəqiq bərpa etmək nisbətən asandır. Lakin silindrik səthli abidələrin səthindəki naxışları əvvəlki vəziyyətinə qaytarmaq olduqca çətindir [1].
Məqalədə Naxçıvan memarlıq məktəbi abidələrdən olan Naxçıvan MR-nın Qarabağlar kəndindəki 12- büzməli türbə və onun səthindəki naxışların düzgün bərpası haqqında danışılır.
Qarabağlar türbəsinin memarlıq bəzəyində iki rəngli kərpicdən düzəldilmiş naxışlardan istifadə olunmuşdur. Naxışlar qüllə gövdəsinin bütün səthini əhatə etmişdir. Türbə gövdəsinin silindrik səthi isə kvadrat formalı şirli kərpiclərlə naxışlı üzlüyü təkrar olunan eyni elementlərə bölünmüşdür. Kvadratın içərisində qurulmuş «La illəllah Mühəmmədən Rəsul Allah Ləhu İleyhu Allah» sözü təkrar olunur. Bu epiqrafik xarakterli fiqurlu hörgü firuzəyi rəngli şaquli qoyulmuş şirli kərpiclərdən və ona lekal forma vermək üçün bişmiş cilalanmış üfüqi kərpic sıralarından təşkil olunmuşdur [2].
Qüllənin yuxarı hissəsi geniş tünd bənövşəyi friz qurşağı ilə haşiyələnmişdir. Bıı zolaqda kaşılı mozaika texnikasında hazırlanmış dini məzmunlu iri kitabələr vardır. Nəsx xətti ilə yazılmış ağ-süd rəngli mina kitabə parlaq şəkilli, spiral forma naxışlı hərflərlə bir-birinə sarınır və effektli ornamental kompozisiya yaranır. Təntənəli memarlıq kompozisiyasında həll edilmiş cənub. qərb və şərq portalları və rəngarəng tərtib elementləri (tağ haşiyə zolağı) ilə diqqəti cəlb edir. Bu bədii vasitələr türbənin ümumi kompozisiya quruluşunda portalların memarlıq əhəmiyyətini qeyd edir. Eyni quruluş sxeminə malik olan portallar rəsm ornamentlərinə və onların yerləşmə variasiyalarına görə bir-birindən fərqlənir.
Qərb və Şərq portalların bəzəyində üslublaşdırılmış nəbatat motivləri istifadə edilmişdir, cənub portalda isə həndəsi ornamentlər işlədilmişdir. Portalın dekor kompozisiyasına daxil edilmiş kitabələr “nəsx” və “kufi” xətti ilə yazılmışdır. Bu isə portalların naxışlama vasitələrini tamamlayır və türbənin bədii bəzəyini gücləndirir. Kompleksə daxil olan iki minarə portalla birlikdə gözəl təsiredici memarlıq kompozisiyasıdır. Burada düzbucaqlı prizma üstün-də minarənin silindrik gövdəsi ucalır. Minarələrin memarlıq bəzəyi əsas etibarı ilə bişmiş və qismən şirli kərpiclərdən düzəldilmişdir [3].
Araşdırmalardan aydın olmuşdur ki, bərpaçı-memarlar, tərtibatçı-rəssamlar qarşısında həmişə belə bir məsələ durur onlar necə etsinlər ki, keçmişdə işlənilmiş gözəllik nümunəsi olan naxışları daha az təhrif olunmaqla ilkin vəziyyətə qaytarsınlar.
Bu problemin tədqiqi hər vaxt aktual olub layihəçi-bərpaçılar üçün də günün vacib məsələlərindəndir.
Qeyd etmək lazımdır ki, memarlıq tikilisinin inşası və yaxud bərpası zamanı onların səthindəki (xüsusi silindrik formalı) naxışların qurulmasını daha düzgün və effektli aparmaq üçün perspektivdən istifadə etmək olar. Perspektiv qurmanı (xüsusilə də panoramda) başqalarından fərqləndirən əsas cəhətlərdən biri də odur ki, о insanlarda daha canlı təsəvvür yaradır. Əlbəttə, qurulmasına görə panoram perspektiv daha mürəkkəbdir. Bəlkə də elə bu səbəbdən silindrik tikililər və onların səthindəki naxışlar bir о qədər də geniş yayılmamışdır [4].
Göstərə bilərik ki, xətti perspektivə nəzərən panoram perspektivdə həndəsi elementlər nöqtədən başqa, düz xətt, bütün növ yastı, mürəkkəb yastı və həcmi fiqurlar təhrif olunaraq öz təsvirlərini xeyli dəyişirlər. Bəzi hallarda isə qeyri-adi təsvir alınır. Bu isə perspektiv aparatının radiusundan, görmə bucağından, müstəvinin vəziyyətindən və bir sıra başqa amillərdən asılıdır (Şəkil 1).
Aydındır ki, düz xətlin perspektivinin qurulmasının çox böyük əhəmiyyəti vardır. Belə ki, əyri səthdə tərtibat, bərpa işləri apararkən işlənilən təsvirlərin «N» sayda nöqtə və düz xətlərdən ibarət olduğu məlum-dur. Ona görə də burada düz xəttin perspektivinin qurulmasını lazım bildik. Lakin bir məqalədə düz xəttin bütün vəziyyətlərdə perspektivinin
alınmasını vermək mümkün olmadığından, sadəcə olaraq nöqtənin perspektivinin alınma qaydasından burada da istifadə etməyin mümkünlüyünü söyləmək olar.
Demək olar ki, həyatda olan hər bir mürəkkəb təsvirlər belə kiçik həndəsi elementlərdən ibarətdir. Bu baxımdan Qarabağlar türbəsinin səthində olan naxışlardan bir fraqmentin panoram perspektivin köməyi ilə necə alındığını göstərmək üçün düz xəttin perspektivinin alınması qaydasından istifadə edirik.
Qarabağlar türbəsinin səthin
Göstərdiyimiz Qarabağlar türbəsinin timsalında bütün silindrik səthə malik tarixi tikililərin hamısının səthindəki naxışların yenidən qurulmasını bərpasını vermək mümkündür.
ƏDƏBİYYAT
1. N. Yusifova. Silindrik formalı abidələrin səthindəki bədii təsvirlərin bərpa
problemi. Avtoreferat. Bakı. 1995.
2. Nardano İsrafil qızı. Düz səthli abidələrdə kərpic dekorunun bərpası. Elm qəzeti, Bakı 1998, №27-28.
3. J. Qiyasi. Nizami dövrü memarhq abidələri. Bakı. 1991, soh.1-55.
4. T.Məmmədov, N. Yusifova, D.Qasımov. Perspektivanın tədrisi metodikası. Metodiki vəsait, Bakı, 1992. I hissə.