THE ROLE OF ARCHAEOLOGICAL MATERIALS IN THE STUDY OF TRADITIONAL WOMEN’S CLOTHING OF AZERBAIJAN

AZƏRBAYCANININ ƏNƏNƏVİ QADIN GEYİMLƏRİNİN   ÖYRƏNİLMƏSİNDƏ ARXEOLOJİ MATERİALLARIN ROLU
Sabirə Dünyamalıyeva
(Azərbaycan Dövlət Rəssamlıq Akademiyası)
Qədim dövrdə Azərbaycan ərazisində geyimin meydana gəlməsini, geyim materiallarının istehsalı və əldə olunması məsələsini aydınlaşdırmaq üçün Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələri, qədim dövrlərə aid edilən təsviri materiallar mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, son yüzillikdə aparılmış arxeoloji qazıntılar nəticəsində külli miqdarda maddi mədəniyyət nümunələri, zəngin bəzəkli geyim dəstləri, o cümlədən misilsiz bəzək əşyaları əldə olunmuşdur. Bütün bu faktik materiallar küll halında elmi tədqiqata cəlb olunaraq, dekorativ-tətbiqi sənət baxımından təhlil olunmağa, onların bədii-texnoloji xüsusiyyətləri araşdırmağa cəhd göstərilmişdir.
Bildiyimiz kimi geyimdə dəb əsasən geyimin baxılan dövr üçün ideal hesab olunan siluet formasına uyğunluğu ilə müəyyən olunur. Mahiyyət etibarı ilə insanın eyni məqsədlərinə xidmət edən geyim və yaşayış sahəsi forma etibarı ilə eyni cür inkişaf edir. Bürüncək tipli geyimdə olan insan fiquru ilə alaçıq tipli yaşayış sahəsini müqayisə edək. Fiqurların hər ikisi eyni formaya malik olub, konusvari şəkildədir. E.ə. V-III yüzilliyə aid edilən Mingəçevir qazıntılarından tapılmış üzüklər üzərindəki təsvirlərdə də bu formada geyimə rast gəlinir (8, səh.28).
Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azərbaycanda aparılan qazıntılar və arxeoloji tədqiqatlar Qafqaz və qonşu regionlarda ən qədim insanın-Azıxantropun (Azıx adamının) yaşadığı dövrün təxminən 400000 il əvvələ aid olduğunu sübut edir. Azərbaycan müxtəlif iqlim şəraiti, zəngin yer-üstü sərvətləri, bir sözlə, yaşayış üçün təbii şəkildə insana bəxş edilmiş hər cür nemətləri olan bir məkandır. Yəqin məhz buna görə də Azıx mağarasında tapılan ocaq dünyada tapılmış on qədim ocaq sayılır və onun yaşı 700 000 il əvvələ aid edilir. Təbii ki, insan yaşadığı mühitdə özünü müəyyən təsirlərdən qorumalı idi və buna görə də geyimə ehtiyac hiss edirdi. Zaman keçdikcə əmək alətləri təkmilləşir və elə bu ehtiyac üzündən də onlar geyim əldə etmək üçün ovladıqları heyvanların dərisindən istifadə etməyə başlayırlar. Azığın VI-V təbəqələrindən tapılan əmək alətləri bu dövr Azıx sakinlərinin dəri-dən geyim hazırlamaq üçün istifadə etdiklərini göstərir. Elə buna görə də dünya geyim tarixini araşdıran mütəxəssislər, haqlı olaraq, geyim mədəniyyətinin başlanğıcmı eramızdan 40-25 min il əvvələ aid edirlər (9, səh. 3). Bütün Azərbaycan ərazisi boyunca qədim insanlar gön-dərinin istifadəyə yararlı hala salınması, başqa sözlə, onu mümkün olan qədər kəsiksiz, yağ-piy qatından təmizlənmiş hala salınması üçün daş və sümük alətlərdən istifadə etmişlər. Əvvəlki   dövrlərdən   fərqli olaraq   eneolit   qəbilə   icması metalla tanış idi və bu da yeni əmək    alətlərinin    yaranması, daha təkmil və keyfiyyətli geyim materialları istehsal olunması üçün   əsas   səbəblərdən başlıcası idi. Artıq geyim materialı  hazırlamaq  üçün  toxuma dəzgahından   (5,   səh.27),   geyimləri hazırlamaq üçün metal iynələrdən (7,  səh.35),  hazırlanmış geyimlərə xüsusi estetik                                                       görkəm vermək üçün başlıqlı iynələrdən (7, səh. 36-37), həmçinin müxtəlif quruluşlu və bəzəkli düymələrdən (7, səh. 40, 41) istifadə olunurdu. Paltarların belinə kəmər bağlanırdı. Kəmər də funksional əhəmiyyət daşımaqla bərabər, həm də gözəl estetik görünüş yaradırdı (7, səh.31). Kəmərlərə  gözəllik vermək  məqsədilə onların üzərini naxışlarla bəzəyir, bağlamaq üçün yaraşıqlı toqqa başlıqlarından istifadə edirdilər.                                      ”
Dövrümüzə qədər gəlib çatmış tarixi məxəzlərdə, o cümlədən qədim dövr təsviri sənət əsərlərində əsasən döyüş və ov səhnələri əks edildiyindən qadın təsvirlərinə çox nadir hallarda rast gəlinir. Qədim dövrün ilk qadın təsvirlərinə Qobustan qayaüstü rəsmlərini, Ana xaqanlığı dövrünə aid qadın heykəlciklərini və s. aid etmək olar.
Yuxarıda qeyd etdik ki, geyim materialı hörmə texnikasında ilmələr bir—birinin üzərinə spiralvari formada sıralanaraq hündürlük əmələ gətirirdi. Geyim əmələ gətirmək üçün hörmə zolaq bədənə spiralvari formada sarınırdı. Analoji olaraq divar hörərkən də yulğun şüvülləri və ya daş, kərpic bir-birinin üzərinə spiralvari formada sıralanaraq hündürlük əmələ gətirirdi. Maraqlıdır ki, işin tək texniki icrası deyil, eyni zamanda estetik görünüşü də mühüm əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də bütün dövrlərdə dəbdə olan yenilik memarlıq, geyim, bəzək əşyaları, dizayn və digər sahələrdə özünü göstərmişdir. Mütəxəssislərin də qeyd etdiyi kimi, arxeoloji qazıntılardan tapılmış spiral formalı bəzək əşyaları-üzük, muncuqlar, boyunbağı, qolbaqlar da bu dövr üçün xarakterikdir (11, tablo 1. XVI, şəkil 11, tablo 1. XXV, şəkil 1) və bu dəbin bəzək əşyalarına da təsirini göstərən nümunələrdəndir.
Geyim materialı istehsalının səviyyəsi yüksəldikcə daha enli hörmə və toxunma materiallar istehsal olunur və onlardan geyimlər hazırlanırdı. Artıq sarınma tip geyimdə istifadə edilən zolaqlar daha enli olur və təbii ki, az sayda sarıq alınırdı. Bu cür geyimdə olan qadın təsvirlərinə aid nümunələrdən biri kimi e.ə. I minilliyə aid edilən gil qadın fiqurunun əynindəki geyimi göstərmək olar. Həmin fiqur hazırda San Fransiskoda Asiya incəsənəti fondunda saxlanılır (12, şəkil 22). Fiqurun omba hissəsi xeyli enli görünür. Əynində təxminən diz, oma bükümü və bel yerində 4 ədəd eninə zolaq cızılıb. İki ayaq arası,
qarın nahiyəsinin üstü ilə beldən bir az yuxarıya qədər 4 ədəd uzununa cızıq çəkilib. Boynunda bütün uzunluq boyu spiralvari halqalar taxılıb, birinci halqadan iri ürək fİquru asılıb. Başında silindrşəkilli papaq var. Fiqur həm orta, həm də yanlardan aşağıya doğru nazildiyindən onun əynindəki geyimin şalvar və ya çaxçur olduğunu qəbul etmək olar.
Mingəçevirdə aparılan arxeoloji qazıntılardan tapılan gil çəkmələr də (3, səh. 96) çox güman ki, çaxçurun fraqmentini ifadə edir. Belə ki, çəkmə ayağın formasını bütünlüklə aldığından, çox güman ki, dəridən tikilmiş ayaq geyimini ifadə edir. Onun altı və topuğa birləşən hissəsindəki tikişləri də qırıq xətlərlə təsvir edilib. Topuq hissə geniş olmaqla qırçınlanaraq aşağı hissəyə birləşdirilib. Qeyd etdiyimiz dəri bu formada dik dayana bilməzdi. Ona görə də burun çaxçurun fraqmenti kimi qəbul etmək daha düzgündür.
Mingəçevir qazıntıları zamanı gənc qıza məxsus küp qəbirdən (e.ə. II-I yüz illik -b.e. I-II yüzilliyi) tapılmış şalvar parçası bu dövrdə qadınların da şalvar geyindiyini göstərir (10, N°3-15139. Həmçinin bax: 4, səh.76). Y.N. Paxomov qeyd edir ki, gənc qızın ayaq biləyində halqa var idi və bu halqaların arasında parça tikəsi qalmışdı. Bu onu göstərir ki, şalvar balaqda halqalarla sıxılırmış. Lakin əməli cəhətdən şalvarın balağı halqalarla sıxılsa, hərəkət zamanı formanı saxla-maq mümkün olmaz. Çaxçurun topuq hissəsindəki büzməsinin üstündən isə halqa salmaq olar, bununla da estetik effekt əldə etməklə yanaşı çaxçurun ayaq və balaq hissələrini bir-birinə birləşdirmiş tikişin üstü örtülər. Bildiyimiz kimi, geyimlərin  tikiş  kənarları  boyunca  bəzəkli  köbə tikilməsinin bir səbəbi də tikiş xəttinin üstünü örtməkdən ibarət olmuşdur. Beləliklə, yuxarıda qeyd edilmiş gənc qızın əynindəkinin şalvar deyil, çax-çur olduğunu güman etmək olar. Elə b« da onun uzaq səfərə (o biri dünyaya) yola salındığını bildirən bir əlamətdir.
Fiqurun ümumi görünüşünü həmin dövrlərə aid Mingəçevir qazıntılarından əldə olunmuş gil ev fiqurları ilə müqayisə edək (Tablo 1-1, ill 2). Burada da ümumi forma oxşarlığını, yanlardan sıxılmış kürəyəbənzər formanı görürük.
Sıxılmış və normal kürəyəbənzər formaya, həmçinin sıxılmış dairəyəbənzər formalara bu dövr bəzək əşyalarında da tez-tez rast gəlinir.

E.ə. IX-VII yüzilliklərdə qadınlar köynək tipli başdan geyinilən geyimlərlə yanaşı qoldan geyinilən yaxası açıq geyim də geyinirdilər. Bu geyimin yaxasını bağlamaq üçün müxtəlif düymələrdən istifadə olunurdu. Bu düymələr həm funksional mənada istifadə edilərək geyimin yaxasını bağlamağa, həm də estetik mənada istifadə edilərək geyimə gözəllik verməyə xidmət edirdi (3, səh.68).
Geyimdə dəfn olunmuş gənc qızın
əynindəki paltarın formasına əsasən (7, səh.53-54) yeni geyim tipinə və yeni siluet formasına rast gəlirik. Sinədə nisbətən dar, ətəyə doğru isə genələn trapes formalı geyimə çoxsaylı düymələr tikməklə estetik görünüş əldə etməyə, geyimə və baş geyiminə kiçik elementlər, detallar vasitəsilə (burada bol-bol  istifadə edilmiş düymələr) gözəllik verməyə, bəzək vurmağa çalışmışlar. Bu-rada biz yeni üst geyim tipinə rast gəlirik. Buna baxmayaraq ümumi siluet forması sinədə dar, ətəkdə isə gen olan trapes formasındadır.
Ağsu rayonunun Qaraçıbulaq kəndindən tapılmış antik dövrə -e.ə. IV yüz ilə aid edilən gil qadın fiquru uzun, en-li köynəkdə təsvir edilir (2, səh.68) (Tablo 1-2, ill 2, 4). Geyim sinədə nisbətən dar, ətəyə doğru isə genələn trapes formasındadır. Boynuna çox sayda                           /«J
muncuqlar asılmaqla daha estetik forma əldə edilmişdir S.M. Qazıyev e.ə. I minilliyə aid edilən Mingəçevir qazıntılarından tapılmış skeletdən əldə edilmiş parça qalığına əsasən müəyyən edir ki, meyitə alt paltarı geyindirildikdən sonra zinətlər ta-xılmış və üstdən üst paltarı geyindirilmişdir (4, səh.76). Lakin bu alt geyiminin forması barədə fikir söyləmək mümkün deyil. Indi isə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş materiallar və təsviri sənət nümunələri əsasında digər geyim elementiərinin və bəzəklərinin necə yarandığını və inkişaf etdiyini aydınlaşdırmağa çalışaq.
Baş geyimləri. Qobustandakı qayaüstü qadın rəsmlərinin çoxunda baş, qollar və ayaq pəncələri təsvir edilməmişdir. Fikrimizcə, bu onunla əlaqədardır ki, bu cür təsvirlər həmin qadınların əynindəki geyimi göstərmək məqsədi daşıyıb və geyimlə örtülməyən hissələr, bu səbəbdən göstərilməyib.
Araşdırmalarımızdan aydın olur ki, qədim dövr qadınları bir neçə növ baş geyimindən istifadə edirdilər. Onlardan biri silindrik formalı baş geyimi kimi təsvir olunur. Bu cür formaya Mingəçevirdən tapılmış gil fiqurun başında (Tablo 1-3, ill 1) və xeyli sayda Qobustan qayaüstü təsvirlərində rast gəlinir.
Digər forma ortası enli, kənarları isə ensiz olan nazik bürünc lentdən ibarətdir. Bu lentvari bəzək 10 hissəyə bölünmüşdür. Lentin üst tərəfi, kənarları və ortası həndəsi ornamentlərlə bəzədilib. Lentin uzunluğu 38 sm, eni ortada 3,2 sm, uclarda 1,8 sm, qalınhğı isə 0,5 mm-dir. Buna bənzər lentlər Mingəçevirin küp qəbirlərindən, Dolanlar kəndindən və Y.I. Hummel tərəfindən Quşçular kəndində aparılan arxeoloji qazıntılar zamanı 11 və 31 saylı daş qutu qəbirlərindən və D.M. Şorifov tərəfindən Çovdarda aparılan qazıntılar zamanı tapılmışdır. Qədim dövr bəzəklərini araşdıran Ş.H. Sadıqzadə «dingə» adlandırdığı bu cür lentlərin Azərbaycan ərazisində qadın və kişi baş geyim elementi kimi geniş yayıldığını qeyd edir. O, həmçinin arxeoloji qazıntılardan əldə olunmuş xeyli sayda baş bəzəklərinə əsaslanaraq qeyd edir ki, saçlar bəzən açıq saxlanır, başa dıngə geyinilirdi, bəzən də çox sayda hörüklərə bölünərək uclarına saç boruları taxılırmış. Qədim zamanlarda müxtəlif saç bəzəklərindən istifadə olunurmuş. Beləliklə, aydın olur ki, qədim dövr qadınları təkcə geyimlərində müxtəlif cür düymə, yaxa sancağı, kəmər və qurşaqlarının gözəlliyinə deyil, həm də saç düzümünün, baş bəzəklərinin baxımlı, yaraşıqlı və qəşəng olmasına çalışmışlar (Tablo 1-4, ill 1).
Qadın baş geyiminin üçüncü forması Mingəçevir qazıntılarından tapılmış meyitlərin baş tərəfindən tapılan qalıqlara əsasən müəyyən olunur. Silindrik formalı baş geyiminin materialı barədə təsəvvürümüz olmasa da, çutqu formalı baş geyiminin üzərinə tuncdan düzəldilmiş bəzəklər asıldığı bəllidir. Mingəçevir küp qəbirlərindən tapılmış skeletin kəlləsində tuncdan düzəldılmış bəzək şeyləri vardır. Bunları Azərbaycan qadınlarının baş bəzəyi ilə müqayisə edərək, çutqu-tülu qabağı adlandırmaq olar (çutqu əsasən, parçadan tikilir və onun üzərinə metaldan piləklər düzülürdü). Küp qəbirdən tapılmış 12 tunc təbəqə-piləklərin hazırlanma texnikasına görə, onların toxunma parçaya və ya dəriyə bəndlənmiş olduğunu zənn etmək olar.
Çutqu qabağı üçün olan 12 piləkdən başqa, həmin qəbirdən tuncdan hazırlanmış bir neçə ədəd dördkünc təbəqə də tapılmışdır ki, onlar da zəncirdən asıh halda olmuşlar (3, səh.68). Hazırda olan çutqu qabaqlarında da alın hissə-sinə sallanan bu cür asmalar vardır (1, tablo 1.24, 66).
V. Fomenko araşdırılan qəbirlərdən biri böyük, digəri kiçik olmaqla iki ədəd bağa çanağı tapıldığını da qeyd edir. O, bu tapıntının ilk dəfə olmadığım göstərərək, bunun nə məqsədlə edildiyinin indiyədək mütəxəssislərə qaranlıq qaldığım bildirir (3, səh.68). Fikrimizcə, bu çanaqdan həm qadınlar, həm də kişilər başlıq kimi istifadə edirmişlər. Başında bağa çanağı olan təsvirə Mərlikdən tapılmış gümüş qədəh üzərində çəkilmiş rəsmdəki təsvirin başında da rast gəlmişik (6, səh.100). Bu qəbirdən də çanaq kəllənin yanından tapılıb (11, tablo 1.1). Burada belə bir xalq sözü yada düşür: «Axırda, çanaq mənim başımda çatladı». Fikrimizcə, qədim dövr insanları bağa çanağından mühafizə məqsədli baş geyimi kimi istifadə ediblər.
Ayaq geyimləri Mingəçevir küp qəbirlərindən tapılmış ayaqqabı formalı gil qablara əsasən demək olar ki, qədim dövr qadınları səliqəli tikilmiş müxtəlif formalı ayaqqabılar geyinirmişlər. Qədim dövr təsvirlərində əsir düşmüş qadınlar ayaqyalın, digərləri uzun geyimdə təsvir edildiklərindən onların ayaq geyimlərinin dəqiq forma və materialı barədə məlumat vermək mümkün deyil.
Beləliklə, geyimin yaranışından başlamış b.e. III yüzilinə qədər uzun bir dövrü əhatə edən qədim dövr qadın geyimlərinin çox az nümunəsini əldə etmək mümkün olsa da, əmək alətlərinin təkmilliyi, inkişaf yolu, geyim materialları istehsalının ümumi səviyyəsi, nəzəri və təsviri vasitələrin təhlilinə əsa-sən bu dövr qadın geyimləri haqqında müəyyən təsəvvür əldə edə bilirik.


ƏDƏBİYYAT:
.
1.     Azərbaycan milli geyimləri. Fotoalbom, “İskusstvo” nəş., Moskva, 1972.
2.     Azərbaycan Sovet Ensiklopediyası, III cild, Bakı, 1979.
3.     Azərbaycanın Maddi Mədəniyyəti, III cild, “Elm” nəş, 1953.
4.     Azərbaycanın Maddi Mədəniyyəti, I cild, “Elm” nəş., Bakı, 1949.
5.     Azərbaycanın Tarixi Abidələri, ş. 29. Az.SSR EA, Azərbaycan Tarixi Muzeyi, red. M.Ə.Qazıyev. Az.SSR EA, Bakı, 1958.
6.     Qaşqay Solmaz. Manna dövləti. “Azərbaycan” nəş., Bakı, 1993.
7.     Dünyamalıyeva S.S. Azərbaycan geyim mədəniyyəti tarixi. CD-li monoqrafıya, Bakı «Elm», 2002, «Təfəkkür» nəşriyyatı.
8. Казиев СМ. Археологические раскопки в Мингечауре. Сб. “Материальная культура. Азербайджана”, 1том, Баку, 1949.
9. Каминская Н. М. «История костюма». Москва, Легпромиздат, 1986.
10. Пахомов Е. А. “Мингечаурские кувшинные погребения”, газета “Бакинский рабочий”, 14.02.1937 г., №3-15139.
11.   Sadıqzadə Ş. H. Qədim Azərbaycan bəzəkləri. “İşıq” nəş., Bakı, 1971.
12.   Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində. Bakı, “İşıq”, 1980.

РОЛЬ АРХЕОЛОГИЧЕСКИХ МАТЕРИАЛОВ В ИЗУЧЕНИИ ТРАДИЦИОННОЙ ЖЕНСКОЙ ОДЕЖДЫ АЗЕРБАЙДЖАНА

Сабира Дунйамалиева
Резюме

В результате археологических раскопок последнего столетия на территории Азербайджана было обнаружено большое количество материально-культурных образцов, богатые орнаментальные костюмы, включая уникальные украшения.
В статье сделана попытка путем соблюдения последовательности иссле¬довать материально-культурные образцы, полученные во время археологичес¬ких раскопок на территории Азербайджана, с целью разъяснения производства и приобретения женской одежды на территории Азербайджана в древний период. Весь фактический материал был подвержен научному исследованию, проана¬лизирован с позиции демокративно-прикладного искусства, их художественно-декоративные черты были прослежены и эти изменения были сравнены с изменениями в других сферах.

THE ROLE OF ARCHAEOLOGICAL MATERIALS IN THE STUDY OF TRADITIONAL WOMEN’S CLOTHING OF
AZERBAIJAN

Sabira Dunyamaliyeva
Summary

An impressive amount of material cultural samples, clothing sets with decorations including unprecedented jewellery were discovered during the archaeological excavations of the last century.
The article attempts to study material cultural samples (by means of tracing their sequence) obtained from the archaeological excavations held in the territory of Azerbaijan. All the factual materials are subjected to the scientific research in whole, analyzed from the view of decorative-applied art, their decorative-artistic features are traced and these changes are compared to that of other fields.

Leave a comment

Your comment