THE CLAY FIGURES OF LEYLATEPE CULTURE
LEYLATƏPƏ ARXEOLOJİ MƏDƏNİYYƏTİNİN GİL FİQURLARI
Anar Ağalarzadə
(AMEA Arxeologiya və Etnoqrafıya hstitutu)
«Əsrin müqaviləsi» layihəsi çərçivəsində həyata keçirilən Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (CQBK) neft-qaz boru kəmərlərinin gerçəkləşməsi, zəngin maddi və mənəvi irsə malik Azərbaycanın qədim tarixi keçmişinin öyrənilməsinə təkan verdi. Kəmərlərin keçdiyi 438-ci km-də, Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində 2004-2005-ci illərdə aş-kara çıxarılımş Leylatəpə arxeoloji mədəniyyətinə məxsus eneolit dövrü qədim yaşayış yerinin tədqiqi elm aləminə maraqlı məlumatlar daxil etməkdədir. Bu arxeoloji mədəniyyət XX əsrin 80-ci illərində, erkən əkinçi-maldar tayfalara məxsus və bir sıra xüsusiyyətlərinə görə, digər eneolit abidələrindən olduqca fərqli tərzdə seçilən Qarabağ bölgəsindəki qədim yaşayış yeridir (5, 13). Abidənin arxeoloji tapıntıları, xüsusilə də dulus çarxında yüksək keyfiyyətlə hazırlanmış keramika məmulatı Mesopotamiyanın Ubeyd mədəniyyətinə aid abidələrlə paralellik təşkil edir (3, 6-7). E.ə. IV minilliyin birinci yarısına aid olan Leylatəpə arxeoloji mədəniyyəti abidələri (Böyük Kəsik, Soyuqbulaq, Ağılı darə) və bu abidələrdə aparılmış arxeoloji qazıntıların ən böyük elmi əhəmiyyəti, Qafqazın Yaxın Şərq ilə mədəni-iqtisadi əlaqlərinin, Şimali Mesopotamiyadan Qafqaza miqrasiya etmiş tayfaların və bu miqrasiyaların nəticəsində ümumi Qafqaz regionunda ayrıca arxeoloji mədə-niyyətlərin yaranmasına gətirib çıxaran maddi dəlillərdir.
Böyük Kəsik eneolit dövrü qədim yaşayış yeri şərqdən 500 metr məsafədə eyniadlı kəndlə həmsərhəddir. Yaşayış yerinin mədəni təbəqəsindən xeyli sayda maddi mədəniyyət nümunələri əldə edilmişdir ki, bu tapıntılar da məhz, Mesopotamiya ərazisindəki Ubeyd mədəniyyəti abidələri ilə səsləşir. Arxeoloji materiallar içərisində gildən hazırlanmış antropomorf və zoomorf fiqurlar daha çox diqqəti cəlb edir. Hələlik belə fiqurlar Leylatəpə mədəniyyətinə aid digər abidələrdən aşkar edilməmişdir (1, səh.16).
Gildən hazırlanmış fiqurların təsadüfi və nadir hallarda tapılmasına bax-mayaraq, onlarm böyük elmi əhəmiyyəti vardır. Azərbaycan ərazisində belə fiqurlar əsasən eneolit, tunc və antik dövr abidələrindən məlumdur. Fiqurlar gildən hazırlanmış maddi mədəniyyət nümunələridir. İncəsənət nümunəsi olan gil fiqurlar kifayət qədər öyrənilmişdir.
Böyük Kəsik eneolit dövrü qədim yaşayış yerinin gil fiqurlarından biri qadın, digəri öküz fiqurudur.
Cənubi Qafqazın ilkin əkinçilik mədəniyyətləri üçün xarakterik olan ant-ropomorf fiqurlar eneolit və ilk tunc dövründə müşahidə edilir. Eneolit dövrü fiqurlarının analogiyası Mesopotamiya, ilk tunc dövrü isə Kiçik Asiya və Qara dəniz sahillərinin şərq hissəsi üçün xarakterikdir. Tədqiqatçılar bunu etnik və mədəni-iqtisadi proseslərlə əlaqələndirirlər(10, 172).
Yaşayış yerinin antropomorf qadın fiquru I qazıntı sahəsinin VII kv-da, 1,45 metr dərinlikdən tapılıb (tablo I, şək.l). Uzunsov, dairəvi en kəsikli olan qadın bütü təmiz tərkibli gildən keyfiyyətli bişirilmişdir. Fiqurun oturacaq hissəsi yastıdır. Onun baş tərəfi yoxdur. Boyun hissəsi arxa tərəfdən sınmışdır. Gövdəsində qabarıq döşləri təsvir edilib. Qonur rəngli olan fiqur yaxşı şüyrələnmişdir. Fiqurun uzunluğu 5,2 sm, diametri 1,6 sm-dir. Qadın obrazını ifadə edən bu antropomorf fiqur forma etibarı ilə Cənubi Ubeyd fiqurları ilə yaxınlıq təşkil edir (1, səh.16). Eneolit dövrü abidələrinin bir hissəsində qadın fiqurlarına rast gəlinir. Şübhəsiz ki, bunlar inamlarla bağlıdır (6, 244). Əgər bu fiqurlar anaxaqanlığı ilə əlaqəlidirsə, qadın — anaya inamın evin, əbədi odun mühafizəçisi (10, 172) və həmçinin nəsil davamçısı rolunu oynaması istisna deyil. Belə fıqurlardan biri Mil-Qarabağ düzünün eneolit dövrü Çalağantəpə yaşayış yerindən (7, 8-10), digər fiqur Gürcüstanın Adıgey rayonunun Orçoşani kəndi ərazisindəki yaşayış yerindən (10, 172) məlumdur.
Zaman etibarı ilə müxtəlif dövrlərə məxsus olmasına baxmayaraq, bəzən eyni formaya malik olan bu fiqurları müqayisə etmək daha məqsədəuyğun olardı. Məhz bu müqayisəni digər tayfaların mədəniyyətlərində də aydın görmək mümkündür.
Yaxm Şərqin bir sıra mədəniyyət mərkəzlərində «ilahə ana» inamı geniş yayılmışdır. Neolit və eneolit dövrlərində bu inamı əks etdirən müxtəlif tip qadın fiqurları düzəldilirdi (4, 8). Cənubi Qafqazın və Yaxın Şərqin ilkin əkinçilik mədəniyyətləri, o cümlədən Şimali Ubeyd mədəniyyəti üçün gil-dən hazırlanmış şişman bədənli, matrona tipli qadın fiqurları səciyyəvidir. Bu baxımdan klassik, Cənubi Ubeyd mədəniyyətinə aid qadın fiqurları seçilirlər. Onlar ayaq üstə dayanmış, enli çiyinli, əlləri döşlərinin altında birləşən, mütənasib bədənli qadın fiqurlarıdır. Lakin onların baş hissəsinin insan görkəmi ilə əlaqəsi yoxdur və hansısa əcaib məxluqları xatırladır. Böyük Kəsik fıquru da bədən quruluşu baxımından Cənubi Ubeyd fiqurlarına daha çox yaxındır (2, 101). Bu fiqurun baş hissəsi tapılmadığı üçün, təəssüf ki, onun sifət quruluşu barəsində fikir söyləmək çətindir.
Məlum olduğu kimi, Ubeyd tayfalarının bir qrupu şərq istiqamətində miq-rasiya etməklə Orta Asiyaya qədər gedib çatmışdır. Türkmənistanın cənubunda aparılmış arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətini əks etdirən materiallar arasında antropomorf gil fiqurlar aşkar edilmişdir. Lakin Orta Asi-yanın bu abidələri təqribən e.ə. III minillyin ikinci yarısına aiddir. Ant-ropomorf fiqurlar ideologiya ilə, dini baxışlarla bağlı olduğu üçün insanların şüurunda əsrlərlə yaşamışdır. Mesopotamiya ərazisindən Orta Asiya və Qafqaza miqrasiya etmiş ubeydlilər bu miqrasiya zamanı müxtəlif coğrafi ərazilərdən keçmiş və ona görə də onların mədəniyyəti bir sıra dəyişikliklərə məruz qalmışdır. Lakin ideoloji baxışlar, adət-ənənələr Yaxın Şərq mədəniyyətləri tayfalarının hafizəsində uzun müddət yaşamaqla miqrasiya etdikləri Qafqaz və Orta Asiya ərazilərində tətbiq edilmişdir.
Şərqi Avropanın Tripolye mədəniyyətinin bütün dövrlərinə aid abidələrin geniş qazıntısından təqribən 1500 illik bir dövrü əhatə edən 2000-ə yaxın fiqur və fraqmentlər əldə olunmuşdur. Tripolyenin antropomorf təsvirli fiqurlarının 90% məhz qadın fiqurudur (9, 12).
I Böyük Kəsik qədim yaşayış yerinin gil fİqurlarından digəri zoomorf — öküz fiqurudur (tablo I, şək.2). Yaşayış yerinin I qazıntı sahəsində VI kvad-ratın ərazisində, 1,50 m dərinlikdən tapılan öküz ayaq üstə durmuş vəziyyət-də təsvir edilib. Uzunsov çənə və burnu, dik qulaqları, nazik və yapmaşəkilli quymğu vardır. Ayaqlan qoşalaşmışdır. Fiqurun sağ tərəfdən qulağın aşağı hissəsində 8 mm uzunluğunda çökək-işarə formalı dərin çərtmə vardır. Çərtmənin məqsədli şəkildə vurulduğu ehtimal edilir. Fikrimizcə bu, əkinçilikdə qoşqu kimi istifadəsi zamanı öküzün başına keçirilmiş qoşqu — kəndirin təsviridir. Qonur rəngli fıqur təmiz tərkibli gildən yaxşı bişirilmiş və şüyrələnmişdir. Zoomorf fiqurun uzunluğu – 3,5 sm, hün. -2,6 sm, gövdəsinin hün. -1,3 sm-dir. Fiqurun analoqlarına həm Şimali Ubeyd, həm do Kür-Araz mədə-niyyəti abidələrində rast gəlinir (1, səh.16). Zoomorf fiqurlar Şimali Ubeyd mədəniyyətinə aid olan III Yarımtəpə, həmçinin Təpə Gavrın və Tell Arpaçinin Ubeyd mədəniyyətinə aid təbəqələrindən tapılmışdır (2, 102). 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi yerdə, Tovuz rayonu ərazisindəki Xocaxan qədim yaşayış yerinin eneolit dövrü mədəni təbəqə-sindən öküz fiquru aşkar olunmuşdur. Bu tip gil fiqurlar ilk tunc dövrü I Kültəpə, Babadərviş, Quruçay və Köndələnçay vadisindəki abidələrdən məlumdur. Gil qabların istehsalı prosesində sənətkarların maldarlıqla bağlı düzəltdikləri gil heyvan fiqurları müəyyən ideoloji düşüncələrə müvafiq olaraq hazırlanmışdır. Bu fiqurların meydana gəlməsi ehtimal ki, qədim insanların həyatında həlledici rol oynamış və nəticədə totemə çevrilmiş heyvanlarla bağlı olmuşdur. Azərbaycan ərazisindəki qədim yaşayış yerlərindən öküz fiqurlarının aşkar olunması «öküz» kultuna inamla bağlıdır. Eneolit və ilk tunc dövrü abidələrindən əldə olunmıış bu fıqurlar qədim əkinçi-maldar tayfaların təsərrüfatmda öküzün başlıca rol oynadığnıı sübut edir. Buna misal olaraq, Qarabağ ərazisindəki Çalağantəpə yaşayış yerindən əldə olunmuş gildən cavan öküz başı fiquru (8, 11) ərazidə məskunlaşmış eneolit dövrü əhalisinin mənəvi mədəniyyətini əks etdirir. Lakin Çalağantəpədən aşkarlanmış bu zoomorf fiqur Böyük Kəsik və Kür-Araz dövrünün fıqurlarından iri ölçüdə, fərqli üslubda olması ilə aydın seçilir. Digəri isə, I Kültəpə abidəsidir ki, məhz onu da gildən heyvan fiqurlarının daha çox aşkarlandığı yaşayış yeri ki-mi göstərmək olar. Kültəpənin ilk tunc dövrü təbəqəsindən gildən 20-yə yaxın öküz, keçi, qoyun və it təsvirli fiqurlar tapılıb. Bunlardan öküz fiquru tək tapıntıdır. Aydın olur ki, öküzə inam digər canlılara olan inamdan böyük olmuşdur. Fiqur çox realist hazırlanmış və keyfiyyətli gildən yaxşı bişirilmişdir. Görünür öküz fiqurunun digər canlılara nisbətən az tapılması təsərrüfatda öküzün əhəmiyyətli yer tutmasından xəbər verir (6, 246-247).
Beləliklə, I Böyük Kəsik eneolit dövrü qədim yaşayış məskənindən aşkarlanmış antropomorf və zoomorf fiqurlar dövrün son mərhələsində -e. ə. IV minilliyin birinci yarısında əkinçi-maldar tayfaların mənəvi mədəniyyətində və ideoloji baxışlarında qadına və öküzə inamın daha geniş yayıldığını aydınlaşdırır. Gələcəkdə, Leylatəpə arxeoloji mədəniyyətinə aid aşkarlanacaq di-gər abidələrin tədqiqi zamanı bu tip fiqurlar əldə olunarsa, şübhəsiz ki, daha geniş araşdırmalara zəmin yaranacaqdır.
ƏDƏBlYYAT:
1. Müseyibli N.Ə. Eneolit dövrü I Böyük Kəsik yaşayış məskənində arxeoloji qazıntıların nəticələri. Azərbaycan arxeologiyası və etnoqrafiyası. Bakı, 2006, N°\.
2. Müseyibli N.Ə., Hüseynov M.M. I Böyük Kəsik qədim yaşayış yerində aparılmış arxeoloji qazmtılarm geniş hesabatı. Bakı, 2007.
3. Müseyibli N.Ə. Ağstafa rayonunda son eneolit dövrü kurqanları. «Azərbaycan arxeologiyası» jurnalı Nsl-4, Bakı, 2005.
4. Müseyibli N.O. Gəmiqaya petroqliflərinin Yaxın Şərq paralelləri, Azərbaycan arxeologiya və etnoqrafiyası. Bakı, 2006, N°2,
5. Necefov Ş., Ağalarzade A. Yakmdoğu-Anadolu-Kafkasya üçgeninde kavimler göçü ve kültürel etkileşimler. (Eski doğu kültür merkezlerinin ekonomik-ticari ilişkileri üzerine arkeolojik araştırmalar M.Ö. V-I bin yıllarda).
6. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку 1982.
7. Нариманов И.Г., Азимов М.С., Алиев Н.Г. Работы первого отряда Мильс-ко-Карабахской экспедиции в 1985 году. Археологические и этнографические изыскания в Азербайджане (1985). Баку, 1986.
8. Нариманов И.Г., Азимов М. С. Энеолитическое поселения Чалагантепе. Баку, Элм 1985.
9. Погожева А.П. Антропоморфная пластика Триполья. Новосибирск, 1983.
10. Хвистани Р. Образец антропоморфной пластики из Орцошани. Археология, этнология, фолкьлористика Кавказа. Баку, 2005.
ГЛИНЯНЫЕ ФИГУРЫ ЛЕЙЛАТЕПИНСКОЙ КУЛЬТУРЫ
Лнар Лгаларзаде
Резюме
В статье описываются антропоморфные и зооморфные керамические фигуры, которые были обнаружены %D