ON THE HISTORY OF THE EARLY BRONZE AGE POTTERY IN KARABAGH AND NAKHICHEVAN
QARABAĞ VƏ NAXÇIVANDA İLK TUNC DÖVRÜ DULUSÇULUQ
SƏNƏTİNİN iNKtŞAFI TARİXİNDƏN
Aida Məmmədova
(Azərbaycan MEA-nın Arxcologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycanın tunc dövrü abidələrindən əldə olunmuş maddimədəniyyət nümunələri sənətkarlıq tarixini öyrənməkdə mühüm rol oynayır. Qədim əhalinin həyatında olan mühüm dəyişikliklər sənət sahələrinin formalaşmasında təkamül taparaq müstəqil inkişaf yolu keçməsinə zəmin yaratmışdır. Belə sənətkarlıq sahələrindən biri dulusçuluq olmuşdur.
Qədim əhalinin yayılaraq daha çox məskunlaşdığı Qarabağ və Naxçıvan bölgəsində ilk tunc dövrünün başlanğıc mərhələsində dulusçuluq ev sənət-karlığı xüsusiyyəti daşımış və yalnız aid olduğu yaşayış yerinin təlabatını ödəmişdi [12, s.29].
Təsərrüfatın mükəmməlləşməsi, qonşu ölkələrdə əlaqələrin möhkəmlənməsi nəticəsində hər bir ərazi müstəqil inkişaf [10, s.96] yolu ilə gedir və inkişaf xüsusiyyətləri ilə seçilirdi.
Dulusçuluğun bu iki regionda özünəməxsus yüksək inkişaf tapmasına imkan verən ən mühüm amil bu ərazidə olan əsas xammal mənbəyinin, yararlı gil yataqlarının [12, s.29] olmasıdır.
Qarabağ vo Naxçıvan ərazilərinin keramikasınm yerli variantlarının özünəməxsus xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər başqa ərazilərdən fərqlənir [3, s.246]. Bütün bu lokal xüsusiyyətlərdən fərqli olaraq ilk tunc dövrü keramikası üçün daha çox oxşar xüsusiyyətlər — ümumi cəhətlər də mövcud olmuşdur.
Arxeoloji tədqiqatlar göslərir ki, e.ə. IV minilliyin ikinci yarısında yalnız Qarabağ və Naxçıvan əraziləri üçün deyil, bütün Cənubi Qafqaz üçün səciyyəvi olan yeni bir mədəniyyət təşəkkül tapmış və inkişaf etmişdi. Bu mədə-niyyət e.ə. III minillikdə özünün yüksək inkişaf mərhələsinə çatmış «Kür Araz mədəniyyəti»dir [12, s.17].
«Kür-Araz» mədəniyyəti e.ə. III minillikdə Şimali Qafqazdan başlamış, Cənubi Qafqazı bütünlüklə əhatə etməklə Suriya – Fələstinədək yayılmışdır [7, s.43-44].
Deməli, Azərbaycan ancaq mədəniyyətləri qəbul edən ölkə yox, həm də yayan ölkə olmuşdur. Kür-Araz çayları arasında formalaşan bu mədəniyyətin ilkin ocağı hansı region olmuşdur? Bu problemlə bağlı A.A.Iessen, O.M.Ca-paridze, B.M.Munçayev, S.Barneyin fikirləri böyük maraq doğurur. A.A.tessen bu mədəniyyətin yaranma ocağının Şərqi Anadolu [11, s.16], O.M.Caparidze ilkin mərkəzi Kür və Araz çayları arası olduğunu [6, s.20] göstərir. S.Barney ilkin mərkəz kimi Türkiyəni (Elyazıq əyalətini) [4, s.61], B.Braun isə Gürcüstan və Azərbaycan ərazilərinin olduğunu görürdü.
V.H.Əliyevin fikrincə ilk tunc dövrünün son mərhələlərində Cənubi Qafqaz, eləcə də Azərbaycan ərazisində yaşayan tayfalar iqtisadi, mədəni cəhətdən xeyli güclənmişlər. Həmin dövrdən Cənubi Qafqaz üçün səciyyəvi olan Kür-Araz mədəniyyəti Cənubi Qafqazın hüdudlarmı keçərək, Şimali-Şərqi Qafqazdan tutmuş Suriya və Fələstinədək geniş ərazidə yayılmışdı. Bu təsir Şərqi Anadoluda, İranda, Urmiya və Həsənli ərazisində özünü aydın şəkildə göstərmişdi [7, s.43-44]. Bu yayılma köçəri maldar tayfaların yerdəyişmələri [1, s.24j ilə bağlı olmuşdu. Etnoqrafik tədqiqatlar göstərir ki, Qarabağın maldar tayfalarının əsas otlaq yerləri Göyçə gölü ətrafındakı yaylaqlar (alp çəmənliklər) olmuşdur. Deməli, Mil-Qarabağın oturaq-maldar tayfaları bu mədəniyyətin əsil yayıcıları olmuşdur.
Bu iki regionun özünə məxsus xüsusiyyətləri olmuşdu. Şimal regionu, eləcə də Qarabağ sadə qabların inkişafı ilə cənuba — Naxçıvana təsir etmiş. Öz növbəsində Naxçıvanda yaranmış (eneolit dövründən) boyalı qablar isə Qarabağa və digər regionlara yayılmışdı.
Hələ eneolit dövründən Naxçıvanda (I Kültəpə) dulusçuluq sənəti yük-sək inkişaf tapmış, yerli dulusçıılara məxsus ocaqlar yaranmışdı. Naxçıvan boyalı keramikası (eneolit dövründən) özünün tərkibinə, formasına, naxışlarının mürəkkəbliyinə və məzmununa görə Yaxın Şərq ölkələrinin eneolit dövrü keramikası ilə oxşarlıq təşkil edir. Bu fakt yerli tayfaların qonşu İran Mesopotamiya Kiçik Asiya və s. ölkələrlə iqtisadi və mədəni əlaqədə olduğunu, onların hələ eneolit dövründə mübadilə apardıqlarını sübut edir. Eneolit dövrünü əvəz edən tunc dövrünün ilk mərhələsində Azərbaycanda yüksək keyfiyyətli qara və qırmızı boyalı qablar istehsal olunmuşdur [8, s.44].
Deməli, Kür-Araz mədəniyyətinin yaranması və yayılmasında Qarabağ və Naxçıvan tayfalarının mühüm rolu olmuşdur.
Q.Ismayılov tədqiqatları onu söyləməyə əsas vermişdir ki, tunc dövrü mədəniyyətinin yayıldığı ərazidə Kültəpə və Şenqavit abidələri xüsusi yer tutsa da, ilk tunc dövrü mədəniyyətinin yaranma, təşəkkül tapma və inkişaf tarixi, eləcə də son mərhələsi haqqında fikirlər ayn-ayrı abidələrin xüsusiyyətinə əsaslanmışdı. Qarabağda Qaraköpəktəpədə qədim tunc dövrünə aid mədəni təbəqənin tədqiqi ilə ilk dəfə həmin dövrün inkişaf pillələrini ardıcıl izləmək mümkün olmuşdu [12, s. 18].
İlk tunc dövrü keramikası üçün boz, qara və çəhrayı rəngli keramika məmulatı səciyyəvidir.
Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan qablar – qazan, çölmək, xeyrə, kasa, küpə, küp, dopu, parç və s. Kültəpədən (Naxçıvan), Babadərvışdən (Qazax), Qaraköpəktəpədən (Qarabağ), Qobustandan, Beştasen, Ozni, Kvartsxelebidən (Gürcüstan), Qayakənd, Gilyar, Vəlikənd (Şimali Qafqaz), Urmiya sahili, Göytəpə (Cənubi Azərbaycan), Anadolu (Türkiyə) və s. abidələrdən məlumdur [9, s. 11-13].
Müxtəlif formalı və ölçülü gil qablar istehsalının genişləndirilməsi əkin-çilik və maldarlığın yüksək inkişafından irəli gəlmiş, mühüm təsərrüfat sahələrinin tələbatım ödəməyə yönəlmişdir [12, s.28-29].
Ilk tunc dövründə gil ocaq qurğuları, kiçik plastika nümunələri, ayrı-ayn əmək alətləri, hətta müəyyən silah nümunələri [12, s.28] hazırlanmışdır ki, bu məhsullar müəyyən təcrübəyə malik olan dulus ustalanın zəngin sənət təcrübələrindən irəli gəlmişdir.
Naxçıvanın ilk tunc dövrü keramikası səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. Naxçıvanın ilk tunc dövrü boyalı qabları özündən sonra gələn orta tunc dövrü mədəniyyəti ilə qınlmaz şəkildə bağlıdır. Boyalı qablar mədəniyyətinin inkişafı üçün hələ ilk tunc dövründə zəmin yaranmışdır. İlk tunc dövrünün son mərhələsində gil məmulatlarnı naxışlanmasında tətbiq olunan cızma, yapma, çərtmə və s. üsullar orta tunc dövründə təkmilləşmiş, inkişaf tapmış-dı[9, s.13-14].
Kür-Araz keramikasının mənşəyi, əlaqəsi və bir mədəniyyətin digərini əvəz etməsini öyrənmək üçün naxışlar mühüm əhəmiyyət kəsb edir. Ilk tunc dövrünə aid naxışlanmış bu tip keramika I və II Kültəpə, Maxta, Ovçular təpəsi, Ərəbyengicə (Naxçıvan) [2, s.28], Günəştəpə, Xantəpə, Kültəpə, Şomulutəpə, Uzuntəpə, Meynətəpə (Qarabağ) [12, s.28-29] və s. abidələrdən əldə olunmuşdu.
Naxçıvan ilk tunc dövrü abidələrindən dulus kürələri əldə olunmadığı (lakin II Kültəpədən xüsusi qurğu qalığı və I Maxta yaşayış yerindən körük ucluğu əldə olunmuşdu) [1, s.28] halda, Qarabağda hələ eneolit dövrü abidələrindən — İlanlı təpə, Çalağan təpədən dulus kürələri əldə olunmuş, Leyla-təpədə isə qabların bəsit dulus çarxında hazırlanması müəyyən edilmişdi [5, s.151].
Gilinin tərkibindəki qarışıqlardan, eyni zamanda bişirilmə dərəcəsi ilə bağlı ilk tunc dövrü keramikasının müxtəlif rənglərdə olması, böyük və kiçikliyindən asıh olaraq maddi mədəniyyət nümunələrinin hazırlanması rənglənməsi, müxtəlif formalı arxaq qulpların olması ilk tunc dövrü keramikasının əsas səciyyəvi xüsusiyyəti olmuşdu.
Lakin Yaxın Şərqin ən inkişaf etmiş ölkələri ilə coğrafi məkanca yaxınlıq, yaranmış mədəni iqtisadi əlaqələr Naxçıvan dulusçularına böyük uğurlar
gətirmişdir. Yerli zəmin əsasında inkişaf tapmış dulusçuluq sənətində yeni bir mədəniyyətin – Boyalı qablar mədəniyyətinin inkişafı üçün zəmin yaranmışdı. Boyalı qablar Qarabağ, Gəncə çay abidələrindən əldə edilsə də o, Naxçıvanda geniş inkişaf tapmışdır.
ilk tunc dövrürü son mərhələsində gil məmulatının naxışlanmasında tətbiq olunan üsullar orta tunc dövründə təkmilləşərək geniş inkişaf tapmış [9, s.14], dulusçuluq məmulatı üzərində müxtəlif kompozisiyalar qurulmuşdu.
Ümumiyyətlə, ilk tunc dövründə dulusçuluq sənətinin inkişafmda olan bu inkişaf orta tunc dövrü dulus sənətkarların daha da püxtələşməsinə, sənətin sirlərinə dərindən yiyələnmələrinə və daha da təkmilləşmiş yeni bir mədəniyyət yaratmalarına zəmin yaratmışdı.
ƏDƏBİYYAT
1. Aşurov S. Naxçıvanda arxeoloji tədqiqatlar (2001-2002-ci illər). Bakı, 2003.
2. Aşurov S. Naxçıvanın ilk tunc dövrü keranıikası. Bakı, 2000.
3. Brown B.B. Excavation in Azerbaijan. 1948, London, 1951.
4. Bumey C.A. The excavations at Yanig Tepe, Azerbaijan second preliminary report. “Irag”, vol, XXIX.
5. Cəfərov Hidayət Fərrux oğlu. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövhələrinin materiallan əsasında). Bakı, 2000.
6. 6. Джапаридзе О.М. К истории грузинских племен на ранней стадии медно-бронзовой культуры. Автореф. дис. док. ист. наук. Тбилиси, 1962.
7. Ətiyev V.H. Azərbaycanda tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı, 1977.
8. Əliyev V.H. Tarixin izləri ilə. Bakı, 1975.
9. Əliyev V.H. Qədim Naxçıvan. Bakı, 1979.
10. Həbibullayev O. Kültəpədə arxeoloji qazmtılar. Bakı, 1959.
11. 11. Иессен А.А. Из исторического прошлого Мильско-Карабахской степи. МИА СССР. №125, Москва-Ленинград, 1965.
12. İsmayılov Q. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981.