MEMORIAL MUSEUMS OF KARABAGH OCCUPIED BY ARMENIA

QARABAĞINİŞĞAL ALTINDA QALMŞ MEMORİAL MUZEYLƏRİ
Fəxriyyə Həvilova (Bakı Dövlət Universiteti)


Təəssüflə qeyd olunmalıdır ki, qonşu Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində müvəqqəti zəbt olunmuş ərazilərdə yüzlərlə muzey, xatirə- memorial kompleksi, rəsm qalereyası, tarixi-memarlıq abidələri, arxeoloji mədəniyyət ocaqları qalmışdır. Məlum olduğu kimi, işğal altında 500 tarixi -memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmış, işğal nəticəsində tunc dövrünə aid nadir abidələr yerlə yeksan edilmişdir. Bütövlükdə Qarabağ və ətraf rayonların zəbt olunmuş ərazilərində vaxtilə 1640 mədə-niyyət obyekti mövcud olsa da, bu gün onlardan yalnız 542-si fəaliyyət göstərir. Təəssüflə bildirməliyik ki, 227 tarixi abidədən isə cəmi 15-i düşmən əlində deyil (7;8).
Məlum olduğu kimi işğal olunmuş və hərbi əməliyyatlar getmiş ərazilərimizdə tarixi-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar ciddi zərər çəkmiş, onlardan bir çoxu tamamilə dağıdılmışdır. Bir çox tarixi memarlıq abidələrimizi bədnam qonşularımız öz adlarına çıxarmağa cəhd göstərirlər. Çoxlu sayda tarixi əhəmiyyət daşıyan yaşayış binaları, müdafiə istehkam qurğuları, məscidlər, məbədlər, məqbərələr talan edilmiş, onların daşları sökülərək başqa məqsədlə istifadə olunmuşdur.
Ağdam rayonunun Boy Əhmədli kəndindəki YII əsrə aid olan qədim məbəd, Xaçm Dobrath kəndindəki 1314-cü ildə inşa edilmiş türbə, Papravənd kəndindəki kvadratşəkilli məqbərə (XYI əsr), Fizuli rayonunun Babı kəndindəki səkkizüzlü türbə (1272-ci il), Əlimədallar kəndindəki səkkizüzlü türbə, rayonun Aşağı Veysəlli kəndindəki dairəvi türbə (hər ikisi XIY əsrə aiddir), Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığındakı dairəvi məqbərə (XY əsr), Xudayarlı kəndindəki kvadratşokilli türbə (XYITT əsr), Xudafərin kəndi ətrafındakı Xudafərin körpüləri (XII əsr), Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizbucaqlı mavzoley (XIY əsr), Əskəran qalası (XYIII əsr), Şuşada Gövhər ağa məscidi (XYIII əsr) və bir çox digər tarixi memarlıq abidəsi dağıdılmışdır. Şuşa şəhərində Natəvanın, Bülbülün, Ə.Q. Haqverdiyevin, Ü. Hacıbəyovun və başqalarının ev muzeyləri məhv edilmiş, şəkil qalereyası, Şuşa tarix-diyarşünaslıq muzeyi, Ağdam çörək muzeyi (keçmiş SSRl-də yeganə), bir çox başqa muzeylər təcavüzə məruz qalmış, yerlə yeksan edilmişdir.
Bildiyimiz kimi, respublikamızın turizm baxımından əsas diqqətə layiq yerlərindən biri də Qarabağ bölgəsi olmuşdur. Qarabağın hər yeri turizm-ekskursiya baxımdan maraqlı olsa da, əsas turizm mərkəzi Şuşa şəhəri hesab olunmuşdur. 1977-ci ildən qoruq-şəhər elan edilmiş və dağ iqlim kurortu olan Şuşanın işğalı ilə əlaqədar mədəni irsimizin daşıyıcısı kimi maddi-mənəvi dəyərlərimizin də dünya miqyasında təbliğ olunması yarımçıq qalmışdır.
20-dən artıq muzeyin erməni təcavüzünə uğraması nəticəsində zəngin mədəni irsimizin böyük bir hissəsi dağıdılmışdır. Dağıntılar memorial muzeylərdə də yan keçməmişdir. Azərbaycan xalqının tarixi üçün kifayət qədər əhəmiyyətli hesab olunan memorial muzeylərin işğal altında qalması xalqımız üçün böyük itki hesab olunur.
Ümummilli liderimiz H. Əliyev bu abidələrin milli ənənələrimiz üçün nə qədər əhəmiyyətli olduğunu gənc nəsillərə çatdırmaq və onları bu əraziləri geri qaytarmaq ruhunda tərbiyə etmək üçün memorial muzeylərin lazım olduğunu dəfələrlə vurğulamışdı (2, 75). Bu baxımdan H. Əliyevin vaxtilə söylədiyi bir fikir çox əhəmiyyət kəsb edir: «Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim o kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir» (4). Müasir dövrümüzdə bir çox memorial muzeylərin misalın-da bu tərbiyə prosesini gücləndirmək olar. işğal altında qalmış bölgələri-mizdə açılmış belə istiqamətli muzeylərimizin bir çoxu hal-hazırda «İstiqlal» muzeyində qapalı şəkildə fəaliyyət göstərirlər (7;8). Təəssüf ki, fond materialları tam olaraq mərkəzə çatdırılmamışdır (5).
Şuşadan Bülbülün, Üzeyir Hacıbəyovun, Cəbrayıldan C.Əhmədovun, Fizulidən B.Sərdarovun ev muzeylərinin toplanmış eksponatları onlar haqqında ümumi məlumat verməyə imkan yaradır. Qarabağın işğal altında qalmış bu memorial muzeylərinin işğaldan əvvəlki ekspozisiya quruluşu vş müasir vəziyyəti ilə bağlı əldə etdiyimiz materialları ümumiləşdirməyə çalışmışıq.
Bülbülün ev muzeyi. 1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi alərninə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır.
Burada Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Ekspozisiyada Bülbülün Azərbaycanda 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı «Arte Nostra»da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi (3, 15-17).
İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdi. Vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi. Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilmişdi.
Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Həmin otaqda Bülbülün əmək adamları, sərhədçilər, uşaqlarla görüşlərinin fotoşəkilləri nümayiş etdirilirdi.
Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən yaradılmış uşaqlıq illərinin portreti əks olunmuş və üzərində azərbaycan və rus dillərində yazılmışdı: «Bu evdə Azərbaycan Sovet professional vokal sənətinin banisi, SSRl xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbül anadan olmuş və uşaqlıq illərini keçirmişdir».
Hazırda Bülbülün Şuşadakı muzeyini və bütövlükdə yaradıcılığını təbliğ edən mərkəzdə, yəni Bakı muzeyində müzakirələrin, müşavirələrin, Bülbülün çıxışlarının stenoqramları, deputat nişanları, elmi əsərləri, parlament qeydləri, seçici məktubları və digər zəngin materiallar nümayiş etdirilir. Muzeydə Bülbülün yaradıcı elmi tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmış və geniş ictimaiyyətin müzakirəsinə verilmişdir.
Əfsuslar olsun ki, Bülbülün Şuşadakı memorial muzeyi hal hazırda erməni işğalı altındadır və onun müqəddaratı bizlərə məlum deyil. Bütün bu ekspozisiyalar Bülbülün vətəni Şuşada xeyli ətraflı nümayiş etdirilirdi (3, 17). İnanırıq ki, gün gələcək və həmin sözlər ölməz sənətkarın bərpa olunacaq ev muzeyinin önündə təzədən yazılacaq.
Üzeyir Hacıbəyovun ev muzeyi. Ü. Hacıbəyovun Şuşadakı ev muzeyi 1959-cu ildə böyük bəstəkarın uşaqlıq illərini keçirdiyi evdə Azərbaycan SSR Elmlər Akademiyası, Azərbaycan tarixi muzeyi, Azərbaycan SSR Mədəniyyət nazirliyi və Respublika musiqi fondu tərəfindən təşkil edilmişdir.
Muzey dörd otaqda yerləşdirilmişdi. Birinci otaqda Üzeyir Hacıbəyovun həyatının ilk illərinə aid qiymətli materiallar nümayiş etdirilirdi. Bu eksponatlar istedadlı bəstəkarın tələbəlik illərini və onun inqilabdan əvvəlki yaradıcılıq dövrünə aid maraqlı hadisələri əks etdirirdi. Burada həmçinin XIX əsrdə Qarabağın təsviri, Üzeyir Hacıbəyovun qohum və ailə üzvlərinin foto-şəkilləri də vardı.
Muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid zəngin əşyalar, onun ilk əsərlərinin əlyazmaları qoyulmuşdu. Bu eksponatlar onu bir bəstəkar, yazıçı, dramaturq, publisist, dirijor, alim və pedaqoq kimi xarakterizə edirdi.
Ikinci, üçüncü və dördüncü otaqlarda olan materiallar Üzeyir Hacıbəyovun sovet hakimiyyəti illərindəki coşğun fəaliyyətini əhatə edirdi. Bu otaqlarda olan çoxlu sənəd, foto-şəkil və şəxsi əşyalar Üzeyir Hacıbəyovun müasir Azərbaycan musiqisinin banisi və Respublikanın görkəmli mədəniyyət xadimlərindən biri olduğunu göstərirdi. Muzeydə maqnitofon vasitəsilə Üzeyir Hacıbəyovun «Koroğlu», «Arşın mal alan», «0 olmasın, bu olsun», «Leyli və Məcnun» və s. əsərlərindən musiqi parçalan ifa etdirilirdi. Burada istər yerli, istərsə də Şuşaya gələn bütün qonaqlar dahi bəstəkar Üzeyir Hacıbəyovun qiymətli əsərləri ilə tanış olurdular (6,6).
Bu illərdə böyük nəğməkarımız Bülbülün, eləcə də, dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri Bakıya gətirildi (3,18). Hazırda həmin heykəllər İncəsənət muzeyinin həyətində yerləşdirilib. İnanırıq ki, yaxın gələcəkdə onlar yenidən Şuşaya qaytarılacaq.
Cəmil Əhmədovun ev muzeyi. II Dünya müharibəsində ən yüksək fəxri ad- Sovet Ittifaqı Qəhrəmanı adını almış azərbaycanlılardan biri Cəmil Məhəmməd oğlu Əhmədov 1944-cü ilin 6 oktyabrında Pinsk şəhərinin azad olunması uğrunda gedən döyüşdə həlak olmuşdur. 1985-ci ilin may ayında Qələbənin 50-illik yubileyi münasibəti ilə Cəbrayıl rayonunda, Cəmil Əhmədovun ev muzeyinin açılış mərasimi keçirilmişdi. Xatirə muzeyi höku-mətin qəran ilə 3 otaqlı, geniş həyətyanı sahəsi olan binada yerləşdirilmiş, 1988-ci ildə C.Əhmədovun xatirə kompleksinin yaradılmasına qərar verilmiş, onun heykəli isə Ömər Eldarov tərəfindən hazırlanmışdır (1,70). Muzeyin açılışında Cəbrayıl rayonunun ziyalıları, Böyük Vətən müharibəsi vete-ranları, o cümlədən Bakıdan gəlmiş qonaqlar da iştirak etmişdilər. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı. Muzeyin ekspozisiyası A. Nevski ordenli, Sovet ittifaqı Qəhrəmanı S.M. Əhmədovun hərbi-vətənpərvərlik fəaliyyəti haqqında ətraflı məlumat yarada bilirdi. Muzeydə saxlanılan eksponatların çoxu nadir hesab olunurdu. Burada əsgər məktubları, hərbi geyimli şəkillər, özünün yazdığı
şerlər, avtoqrafları, əsgər paltarı, «Sovet İttifaqı Qəhrəmanı» – diplomu, o cümlədən onun 29.09.44-cü il tarixli sonuncu məktubu da saxlanılırdı.
C.Əhmədov bütün SSRİ-də yeganə şəxsiyyət idi ki, 20 yaşında alay (rota) komandiri və Sovet Ittifaqı qəhrəmanı olmuşdu. Belə bir şəxsiyyətin xatirə muzeyi Cəbrayıl rayonunun diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərmiş və məlum hadisələrə görə 1993-cü ildə öz fəaliyyətini da-yandırmışdır.
Doğulduğu torpaqdan çox uzaqlarda uyuyan C.Əhmədovun Polşada, Gəray Əsədovun Rumıniyada, Qara dəniz sahillərində Qafur Məmmədovun xatirəsi, bizim xalqımızın dünyanın nəcib, insansevər, sülhsevər xalq olduğunun göstəricisidir. Ancaq çox təəssüf ki, bu gün C.Əhmədovun doğulub boya-başa çatdığı ana torpağı Qarabağ – Cəbrayıl düşmən tapdağı altındadır. Onun xatirə muzeyindən isə çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzində- İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır. Məhz belə bir muzeyin bərpası isə bu günümüzün ən vacib məsələsi olmalıdır.
Bünyad Sərdarovun ev muzeyi. Fizuli rayonun Qarğabazar kəndində doğulub (1888-1919) boya-başa çatmış bolşevik Bünyad Sərdarovun yaşadığı evdə 1985-ci ilin yanvar ayında xatirə-ev muzeyi açılmışdır. Bu muzeyin 500-dən çox eksponatı olmuşdur. Bu eksponatlar içərisində Bakıdan, Həştərxandan gətirilmiş sənədlər, foto şəkillər üstünlük təşkil cdirdi. Muzeyin sərgi otağında Bünyad Sərdarovun oğlu  Lahiyə İnstitunun direktoru olmuş Sərdar Sərdarov və onun nəvələri haqqında da materiallar toplanılmışdı.
Muzey sahəsi 60 kv.m. olan üç otaqdan təşkil olunmuşdur. Muzeyin bir xatirə otağı, iki sərgi otağı, bir foyesi və böyük həyətyanı sahəsi var idi. Bağ-da Bünyad Sərdarovun heykəli də qoyulmuşdu. Hal-hazırda erməni işğalı ilə əlaqədar olaraq muzey o biri qaçqın muzeylər kimi Bakıdakı «İstiqlal» muzeyində qapalı şəraitdə yerləşdirilmişdir. Bakıya muzeyin 250-yə yaxın eksponatı gətirilmişdir.
Bütövlükdə, Qarabağın işğal altında qalmış memorial muzeylərinin yeni-dən bərpa olunması, az sayda olsa da, eksponatlarla fəaliyyətini davam etdir-məsi mədəni irsimizin qorunmasına xidmət edə bilər. Bərpa edilmiş belə muzeylərə gənclərin və xarici qonaqların diqqətini cəlb etxnək, dünya ictimaiyyətinə itkilərimizin bizim xalq üçün nə dərəcədə əhəmiyyətli, ağrılı olmasnı bir daha göstərmək bugünkü vəziyyətimizdə xüsusi əhəmiyyət kəsb edir. Biz inanırıq ki, yaxın gələcəkdə bu muzeylər öz yerlərinə qaytarılacaq və həmin bölgələrdə canını vətən yolunda qurban vermiş şəhidlərimizin yeni-yeni memorial muzeyləri açılacaqdır.

ƏDƏBİYYAT                                                                
1.     Abbasov T. Ana nigaran qalma…Bakı, Gənclik, 1993,
2.     Bayramov A. Heydər Əliyev və muzeylərimiz. Bakı, 1999.                 
3. Bülbülün xatirə muzeyi. Bakı, Gənclik, 2006.
4. Əliyev H. Müstəqilliyimiz əbədidir. Çıxışlar, qeydlər, bəyanatlar, məktublar, müsahibələr. I kitab, Azərnəşr, 1997.
5. Ələsgərova G. Qovuşan mıızeylər // Mədəni-maarif M 5, 2002, s. 16-17.
6. Şuşada Ü.Hacıbəyovun ev muzeyi, Bakı, 2003.
7. w ww. uzeirbey. aznet. orq/muze. html.

Leave a comment

Your comment