INTERNATIONAL MONETARY SYSTEM OF VIII-IX CENTURIES
VIII -IX ƏSRLƏRDƏ BEYNƏLXALQ PUL SlSTEMİ
Yeganə Gözəlova
(Bakı Dövlət Universiteti)
Ticarət əlaqələri nə qədər geniş olursa olsun, müvafiq təsisatların mövcudluğunu, rəsmi hakimiyyətin münasibətini tələb edir. VIII-IX əsrlərdə genişlənən beynəlxalq ticarət əlaqələri effektli fəaliyyət göstərə biləcək pul sisteminin, gömrük işinin, poçt xidmətinin, ticarət faktoriyalarının, bazar və yarmarkaların yaramasını və inkişafını şərtləndirirdi, üstəlik, bu təsisatların bir qismi ilkin idi.
Xilafətin yaranması ərəfəsində mövcud olan beynəlxalq pul sistemi bütün VII əsr boyıı, demək olar ki, dəyişməz qalmışdı: Bizansın qızıl, Sasanilərin gümüş pulu onun iki əsas tərəfi idi. Ərəb imperiyasmm yaranması bu sistemə dərhal kardinal dəyişiklik gətirə bilməzdi: nə qədər ki, Xilafətin iqtisadi əla-qəlori geniş vüsət almamışdı, pul təsərrüfatında yunan nomismasının və Sasani drahmasnın işlənməsi problem yaratmırdı. Bizans – ərəb və Sasani — ərəb tipli keçid sikkələri zərb etməklə Xilafət VII əsrin sonunadək daxili tələbatı tam ödəyirdi. Bu tip sikkələrin çəkisi və kursu haqqında ərəb mənbələri təzadlı məlumatlar verir (bu barədə bax: 3, s. 144-147). Məlumdur ki, nomismanın nəzəri çəkisi 1/72 funt, yəni 4,54 q, real çəkisi isə 4,48-4,5 q olmuşdur (3, s. 144); lakin VII əsrin ikinci onilliyində artıq 3,79- 4,17 q çəkili nomismalar da zərb olunur. Amma keçid dinarının çəkisi haqqında məlumatlar daha təzadlıdır, hərçənd ki, ən çox rast gəlinən rəqəm onun 273/7 kirat (1 kirat=0, 176 q), yəni təx. 4,8 q olduğunu göstərir (15, s. 465-467; 13,11, s. 939; 11, s. 267-268); bu da xeyli mübahisəli rəqəmdir. Numizmatlara məlum olan sonun-cu Bizans – ərəb tipli dinar 76/7-ci hicri – 695/7-ci miladi ilində zərb olunmuş, çəkisi 4,41-4,55 q olan sikkələrdir (bax: 3, s. 147-148, qeyd 5; 4,111, s. 277-278, şəkil 7a).
Keçid dirhəmləri haqqında da məlumatlar xeyli dolaşıqdır, amma ümumi bir məxrəcə gəlməyə imkan verir. Əl-Məqrizinin VII əsrin müəllifi Əbu Übeydə əsaslanaraq verdiyi məlumata görə, keçid dirhəminin çəkisi 8 daniq (1 daniq=0,59 q), yəni 4,72 q olmuşdur (12, s.37-38). Lakin numizmatik materiallarda 4,04 q çəkili Sasani – ərəb dirhəmləri üstünlük təşkil edir (bax: 3, s.146). Bu məlumatları tutuşdurub ümumi bir qənaətə gəlmək olar ki, dirhəm (drahma) ilə dinarın (nomismanın) kursu 1:10, qızılın qiymətinin gümüşə nisbəti isə 1:9,3 olmuşdur; bu da VII əsrin ikinci yarısında gümüşün xeyli baha olduğunu göstərir (3, s.147).
VII əsrin sonuna doğru xəlifə Müaviyənin qoyub getdiyi sərhədlərdə bərpa olunan Xilafət artıq Bizansın, sözün əsl mənasında, layiqli rəqibinə çevrilmiş-di: indi əvvəlki pul zərbi bu imperiyam qane edə bilməzdi. Amma pul zərbində islahat keçirilməsi, əksər numizmatların və tarixçilərin düşündüyü kimi (3, s.147; 4,111, s.277), təkcə ideoloji məsələyə bağlı deyildi. Beynəlxalq pul sistemi deyilən bir institut özü də bunu tələb edirdi. Sasani dövləti dağılandan sonra, Xilafət onun gümüş pul sistemini davam etdirsə də, üç qitənin ümumi bir bazara daxil olması, böyük bir iqtisadi sistemin meydana çıxması, ticarət əlaqələrinin görünməmiş vüsət alması əvvəlki pul təsərrüfatının da yeni səviyyəyə uyğunlaşmasını tələb edirdi.
Hicri 77-ci ildə (696/7-ci miladi) Xilafətdə pul islahatı keçirildi. Bu islahat Əbd əl-Məlikin xəlifəliyi dövrünə (685-705-ci illər) təsadüf edir. Ərəb tarixçiləri yeni tipli sikkənin zərbini 74 və ya 76-cı hicri ilinə aid edirlər (15, s. 467; 13,11, s. 939; 14, s. 322), lakin həmin illərin sikkələri hələlik aşkarlanmamışdır. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, 76/7-ci hicri ilində keçid sikkələri zərb olunmuşdur ki, bu fakt da əl-Bəlazurinin islahat ili kimi göstərdiyi 74-cü (digərlərinin 76-cı) ili xeyli şübhəli edir. Odur ki, tarixçilərin böyük əksəriyyəti numizmatik materiallara əsaslanıb islahatı 77-ci hicri ilinə aid edirlər. Həmin il Xilafətin paytaxtı Dəməşqdə epiqrafık dinarların zərbi başlayır. Sikkələrin üzərində
« محمد رسول الله ار سله بالهدى و دين الحق ليظهر ه على الدين کله »
(Məhəmməd — Allahın rəsuludur, haqq dininin bütün dinlərdən üstün olduğunu göstərmək iiçün onu göndərdi) (bax: 1, Tövbə surəsi (9), ayə 33) sözləri yazılırdı. Keçid dinarlarından fərqli olaraq, bu sikkələrin standart çəkisi var idi – 4,25-4,27 q (3, s. 149-150; 4,111, s.277). Real sikkənin nəzəri çəkidən fərqi isə çox cüzi idi (0,01 q). Remedium, yəni mövcud sikkə çəkisinin müxtəlifliyi də kiçik idi – 1 həbbə (0,05-0,06 q) (3, s.150).
Dinarın çəkicə tam çəkili nomismadan (4,45-4,48 q) yüngül olmasına gəlincə, görünür, bu, təsadüfi deyildi. Artıq qeyd olunduğu kimi, əvvəlcə Sasanilərlə, daha sonra Xilafətlə müharibələrdə qüvvələri artıq tükənmiş Bizansda tam-çəkili nomismanın zərbi kəskin şəkildə ixtisar olunmuşdu. Əbd əl-Məlikin müasiri olmuş II Yustinianın imperatorluğu dövründə (685-695-ci illər) belə sikkələr (yəni tam çəkili) ümumi zərbin cəmi 25%-ni təşkil edirdi (3, s. 150). Xilafətdə dövriyyədə olan köhnə sikkələr isə çəkisinin bir hıssəsini itirmişdi. O.Q. Bolşakov haqlı olaraq bu faktlardan çıxış edərək göstərir ki, yeni dinarın çəkisi dövriyyədə olan qızıl sikkənin orta çəkisinə uyğunlaşdırılmışdı və 23 kirat (4,265 q) təşkil edirdi (bax: 3, s.150). Yeni dinarlar yüksək əyarlı idi və 96% təşkil edirdi (3, s.150, qeyd 9; həmçinin bax: 8, s.135-138).
Təxminən eyni vaxtda epiqrafık dirhəmlərin də zərbi başlayır və onun üzərindəki yazı «Qurani-Kərim»in «Tövbə» surəsinin 33-cü ayəsini bütünlüklə (dinardan fərqli olaraq) ehtiva edirdi: «Məhəmməd – Allahın rəsuludur, müşriklərə xoş gəlməsə də, haqq dininin hütün dinlərdən üstün olduğunu göstərmək üçün onu göndərdi». Dirhəmin dinardan daha bir zahiri fərqi – üzərin-də zərb yerinin göstərilməsi idi (4, III, s. 279; 2, s.12).
Yeni dirhəm çəkicə Sasani — ərəb dirhəmindən yüngül idi, onun dinara nisbətini (rasio) isə müəyyən etmək çox çətindir. Ərəb müəlliflərinin dirhəmin çəkisi haqqında məlumatları da təzadlıdır: onun orta hesabla 10, 12 və 20 kiratlıq olması ilə bağlı xəbərləri numizmatik materiallarla müqayisə edəndə daha böyük dolaşıqlıq yaranır. Numizmatlar dirhəmin rəsmi çəkisinin orta hesabla 2,985 q olduğunu qeyd edirlər (2, s.12).
Bu məsələdə daha bir çətinlik — sinonimi misqal olan dinar-sikkə və dirhəm-sikkə ilə yanaşı, eyniadlı çəki vahidlərinin olması ilə bağlıdır. Çəki dirhəm {dirhəm qayl) 3,125 q, çəki misqal – 4,48 q təşkil edirdi. Maraqlıdır ki, hər iki sikkə eyniadlı çəki vahidlərindən 1/24 dəfə az çəkili idi (3,125 q və 2,985 q; 4,68 q və 4,27 q) (3, s.151; 4, III, s. 279). Bu da təsadüfi ola bilməzdi. O.Q. Bolşakov bu fərqin zərb xərclərinə sərf olunduğunu göstərir (4, III, s. 279). Onun hesablamalarına görə, 1 yeni dinar 13,4-14 dirhəm idi (bax:3, s. 152). Q.I. Smirnova əl-Kufinin məlumatlarına əsaslanıb 714-715-ci illərdə Misirdə 1 dinarın 35 dirhəm, 717-ci ildə Səmərqənddə 1 misqal qızılın 20 dirhəm olduğunu və rasionun 1:13-14 təşkil etdiyini yazır (6, s.50; həmçinin bax: 10, s.245). Lakin birinci halda sikkənin deyil, gümüş əşyaların, ikinci halda isə Soqdiya dirhəminin aşağı əyarım nəzərə alsaq, dinarın dirhəmə nisbəti 1:10 almar. İstənilən halda, islahat dövrü və ondan sonrakı yanm əsr üçün sikkə dinar-dirhəm kursunun təxminən 1:9,3-10 olduğunu demək olar (müqayisə et: 5, s.43).
Əbd əl-Məlikin pul islahatı sikkənin təkcə sırf zərbi məsələləri ilə kifayətlənməmişdi. Islahat həm də zərb işinin yenidən qurulması, zərbxanaların təşkili və dövlət idarəsinin yaradılması məsələlərini də nəzərdə tuturdu. Əbd əl-Məlikin xəlifəliyinə qədər mövcud olan zərbxanalar indi dövlətin tam nəzarəti altına keçirdi, «dar əl-zərb» (zərb evi) isə sikkə zərbini dövlət inhisarına alırdı (2, s. 13). «Divan-i dar əl-zərb» hökumət orqanı olub zərbxanalardan gələn gəlirlərə nəzarət edirdi. Dinardan fərqli olaraq, dirhəm Xilafətin təkcə paytaxtında deyil, bütün böyük şəhərlərində də zərb olunurdu.
Danışılan dövrdə Avropanın qərbində – frank dövlətində fəaliyyətdə olan pul sisteminə gəlincə, o, beynəlxalq ticarətə bağlı sistem deyildi. Yarandığı ilk əsrdə qızılın frank dövlətinə güclü axını baş vermişdi ki, bu da hərbi qənimətlə – Roma qızılı ilə əlaqəli idi. Tədricən franklar öz gümüş, daha sonra qızıl sikkələrini zərb etməyə başlayır; bu zərb Roma ənənələrinə əsaslanırdı. Gümüş slivka (1/144 funt) qızıl soliddən (1/72 funt) 2 dəfə yüngül idi. Sonralar frank denyesi (denariy) 1/40 solid olur (9, § 1; 7, s. 168-170). Frank döv-lətində vergilərinin bir hissəsinin, həmçinin, gömrük rüsumlarınmın bəzisinin natura ilə deyil, pulla ödənilməsi nəzərdə tutulmuşdu. Lakin natural təsərrüfatın hələ öz mövqelərini pul təsərrüfatına təslim etmək istəmədiyi frank imperiyası beynəlxalq pul sisteminə qatılmamışdı.
Xəlifə Əbd əl-Məlikin pul islahatı isə tək bir ərəb dövlətinin və ya onun tərkibinə daxil olan ölkələrin deyil, bütün beynəlxalq aləmin iqtisadiyyatı üçün bir neçə əsrlik (monqol hakimiyyətinədək) nəticələri olan hadisə idi. Doğrudur, beynəlxalq pul sistemi Xilafətdən çox-çox əvvəl – Makedoniyalı İsgəndərin imperiyasının qurulmasından bəri fəaliyyət göstərirdi. Bu sistem Roma imperiyası dövründə xeyli təkmilləşir. Lakin başlanğıcdan ənənə elə qoyulmuşdu ki, beynəlxalq ticarətin qərb arealında qızıl, şərqində – gümüş pul valyuta rolu oynayırdı. Xəlifənin məlum islahatından sonra isə bu ənənə bir müddət saxlansa da, tədricən qızıl valyuta şərqə də nüfuz etməyə başlayır. Qızılın belə maneəsiz hərəkəti beynəlxalq ticarətdəki müvafiqlikdən və mütəşəkkillikdən xəbər verirdi. Qızıl pul sisteminin gümüş pul sistemi ilə birgə bir dövlətin – yəni Xilafətin islahatında keçməsi beynəlxalq iqtisadi əlaqələr üçün istisnasız mütərəqqi hadisə idi.
ƏDƏBİYYAT:
1. Qurani-Kərim (istənilən nəşri). . - ..
2. Алиев 3. Денежное обращение Азербайджана (УП-1Х вв.) – Автореферат к.и.н.
Кемерово, 1990.
3. Большаков О.Г. Средневековый город Ближнего Востока. VIII – сер. XIII вв.
Москва, 1984.
4. Большаков О.Г. История Халифата. Т. 1-3. Москва, 1998-2000.
5. Раджабли А.М. Нумизматика Азербайджана. Баку, 1997.
6. Смирнова О.И. Каталог монет с городища Пенджикент. Москва, 1963.
7. Средневековье в его памятниках. Москва, 1913.
8. Ehrenkreutz A.S. Studies in the monetary history of the Near East in the Middle
Ages. I.-JESHO, 2, 1959.
9. Germanische Rechtsdenkmaler: Leges, Capitilaria, Formulae, hrsg. von H.G.Gengler. Erlangen, 1875.
10. Kitabul Futuh by Abu Muhammad Ahmad ibn Atham al-Kufı. Vol.1-8, Hyderabad, 1974-1976.
11. Maverdii Conslitutionis politicae. Ex recensiare M.Engeri. Bonnae, 1853.
12. Takieddin Al-Makrizi Tractatus de legalibus arabum ponderibus et mensuris… ed
Q.G.Tychsen. Roctoii, 1800.
Böyük Karlın zərb işi ilə bağlı Bizansla razılaşması isə regional səciyyəli hadisə idi.
13. Tarix. ər-rusul va-1-muluk, təlif…ət-Təbəri. c.1-12. Əl-Qahirə.
14. Kitab əxbər ət-tıval, təlif… əd-Dinəvəri. Əl-Qahirə, 1379.
15. Kitab iutuh əl-buldən, tolif… Lil-Bəlazuri, c.1-3. Əl-Qahirə, 1956-1958.
INTERNATIONAL MONETARY SYSTEM OF VIIl-IX
CENTURIES
Yegana Gezalova
Summary .
Tn the beginning of VII century there were two monetary systems: Byzantines and Sasanides. The first was based on gold, the second – on silver. Both currencies were included into the international monetary system of that period. The two monetary systems continued coexistence still for some period of time after the foundation of Chaliphate. In 696/7 year caliph Abd al-Malik introduced the uniform monetary system answering both internal and intemational requirements of trade İn all the territory of the empire. New money – dinar and dirham becanıe very durable and possessed stability. The Muslim currency remained dominating means of the reference andpayment in the international trade of VIII-IX centuries.
МЕЖДУНАРОДНАЯ ДЕНЕЖНАЯ СИСТЕМА УШ-1Х ВВ.
Егяна Гёзалова Резюме
В начале VII века существовали две денежные системы: византийская и
Сасанидская. Первая основывалась на золоте, вторая – на серебре. Обе валюты входили в международную денежную систему того периода.
После образования Халифата еще некоторое время продолжалось сущест¬вование одновременно двух монетных систем. В 696-697 году халиф Абд ал-Малик ввел на всей территории империи единую денежную систему, отвечав¬шую требованиям как внутренней, так и международной торговли. Новые деньги – динары и дирхемы стали очень долговечными и обладали высокой стабильностью. Мусульманская валюта оставалась доминирующим средством обращения и платежа в международной торговле УШ-ГХ вв.