EARLY MIDDLE AGES’ MATERIAL CULTURE OF ALBANIA

ALBANİYANIN İLK ORTA ƏSR MADDİ MƏDƏNİYYƏTİ
Mübariz Xəlilov

(AMEA Arxeologiya və Etnoqrafiya institutu)
III əsrin ortalarında Albaniya Sasanilər sülaləsinin qurduğu İran imperiyası tərkibinə daxil oldu. Albaniyada yerli Arşakilər sülaləsinin hakimiyyətinin qorunub saxlanılması nəticəsində ölkə İrandan asılı vəziyyətdə olan, lakin müəyyən dərəcədə müstəqilliyini hifz etmiş bir dövlətə çevrilir. Bununla belə alban sikkələrinin zərb edilməsinin dayandırılması, ilk dövrlərdə İrana, VII əsrdə isə eyni zamanda Ərəb xilafəti, Xəzər xaqanlığı və Bizans imperiyasına ödənilən xərac və vergilər («Alban tarixi», II: 16, 28; III: 12) Albaniya iqtisadiyyatının inkişafına öz mənfi təsirini göstərməyə bilməzdi. Sasanilər tərəfindən dövlət dini səviyyəsinə qaldırılmış zərdüştlüyün (atəşpərəstliyin) Albaniyada zor gücünə yayılması yönümündə edilən cəhdlər ölkəni ideoloji təzyiq altında saxlayırdı. III əsrdə Muğanda Sasani imperiyasının tərkibinə daxil olan Balasakan və Allan (Alan) şahlıqlarının yaradılması (19, s. 61), III əsrin sonunda Dərbənd şəhərinin daxil olduğu tarixi Çol vilayətində Orta Asiyadan köç etmiş masqut (massaget) və hun qəbibbri tərəfindən Masqut hökmdarlığının bərqərar edilməsi, V əsrin ortalarında Çolda Sasani imperiyasının xüsusi mərzbanlığının (canişinliyinin) təşkil edilməsi («Alban tarixi», 11:2) həmin ərazilərin faktiki olaraq Albaniyanın nəzarəti altından çıxması ilə nəticələndi. Bu həm də şimal-cənub dəhlizində məşhur Alban keçidinin və həmin keçiddəki Böyük ipək yolunun strateji bissəsinin itirilməsi demək idi. Bu isə öz növbəsində ölkənin iqtisadi vəziyyətinə və ticarət münasibətlərinə zəiflədici təsir göstərməli idi. V-VI əsrlərin müəyyən rüblərində yerli sülalənin hakimiyyətdən müvəqqəti uzaqlaşdırılması və həmin dövrlərdə ölkənin Sasanilərin təyin etdiyi mərzbanın tam ixtiyarına verilməsi Albaniyanın ümumi, o cümlədən, özünəməxsus mədəni inkişafına da zərbə vururdu. VI əsrdə III Vaçaqandan sonra onun oğlu Pantaleon («Alban tarixi», I: 19) alban taxt-tacına sahib ola bilmədiyi üçün Albaniyada Arşakilər sülaləsinin hakimiyyəti sona çatdı («Alban tarixi», III: 22). Suriya müəllifi Zaxari Ritor (VI əsrin ortalan) Aranın (Albaniyanın) öz hökmdarı olduğunu göstərir. Bu isə onun yazdığı dövrdə Albaniyanın Arşaki-lərdən fərqli digər yerli hökmdarlar tərəfindən idarə olunduğunu təsdiq edir. Güman etmək olar ki, Albaniyada yerli üsul-idarə I Xosrov Ənuşirvan (531-579-cu illər) tərəfindən imperiyanın şimal kustu (dairəsi) təşkil edildikdən sonra ləğv olunmuşdur. Eyni zamanda I Xosrov Ənuşirvanm dağ keçidlərinin müdafiəsi məqsədilə yaratdığı şahlıqlar arasında Şimal-Şərqi Albaniya ərazi-sində bərqərar olmuş Liran (Layran), Şirvan və Xursan şahlıqları da var idi (10,
s.7) Liran şahına Bab Liran şah istehkamını qorumaq həvalə edilmişdi (19, s.109). Liran Qəbəb mahalı, Şirvan düzü, Böyük Qafqaz və Şirvan şahlığı arasında yerləşirdi (29, s.191). Şirvan şahlığı əsasən Ləngəbiz dağlarından Çigil çayınadək olan dağlıq və dağətəyi ərazini əbatə edirdi. Şirvan şahı Gil-gil çay, Beşbarmaq istehkamlarında müdafiəni təşkil etməli idi və bu müdafıə divarlarının dənizdən Xursana qədər olan hissəsi onun ixtiyarında idi. Xursan şahlığı Quba-Xaçmaz bölgəsinin dağlıq və dağətəyi hissəsini əhatə edirdi. Xursan şahına Xursan keçidinin müdafiəsi tapşırılmışdı. Albaniyanın digər əra-zilərindən fərqli olaraq xristianlıq bu şahlıqlarda hakim mövqeyə yiyələnə bil-məmişdi. Beləliklə, bu şahlıqların yaradılması tarixi Albaniyada yerli hakimiyyətin və bütpərəst mədəniyyətinin varisliyi baxımından mühüm əhəmiyyət daşıyırdı.
İlk orta əsrlərdə şimaldan türk mənşəli qəbilələrin, VI əsrdən etibarən cənubdan irandilli əhalinin və VII əsrdən başlayaraq ərəblərin Albaniyanın müxtəlif guşələrində məskunlaşması ölkə əhalisinin etnik tərkibində dəyişikliklərə səbəb olmaqla yanaşı Albaniyada müxtəlif mədəniyyətlərin yayılmasına da şərait yaradırdı. Lakin həmin mədəniyyətlərin ünsürlərinin Albaniyanın yerli mədəniyyəti ilə çulğalaşması prosesi VII əsrədək ləng getmişdir. Bunun əsas səbəbləri sırasında dini etiqad fərqlərini və habelə Albaniyada yadelli bütpərəstlərlə albanların ailə qurmasına qoyulan qadağanı göstərmək olar. Albaniyada bu qadağanı pozmuş yüksək zümrəyə məxsus bəzi şəxslərin bütün nəsli edam edilmişdi («Alban tarixi», II: 32). Yalnız Cavanşir hun hökmdarının qızı ilə evləndikdən sonra 681-ci ildə həmin qanun və orada nəzərdə tutulan edam cəzası bğv edildi («Alban tarixi», II: 26, 39). Şimaldan əhali miqrasiyası yeni insan irqi-monqoloid irqi nümayəndələrinin məskunlaşmasına səbəb oldu. Mingəçevir, Üçtəpə və Cəmikənd qəbirlərində bu irqə mənsub şəxslərin dəfn edilməsi hallarına təsadüf olunmuşdur (22, s. 83; 15, s. 193; 25, s. 44). Bu dövrdə hakim xalq olan albanlardan başqa tarixi Albaniya ərazisində məskunlaşan əhali sırasına qarqarlar, savdekbr (soduklar), utibr, kaspibr, erbr, «kö-çəri» qəbilələr sırasında qeyd olunan sak mənşəli ballar, alanlar, hunlar, çillələr (silvbr), masqutlar, tavasparlar, bolqarlar, çollar, savirlər, xəzərlər, bobncərlər və başqaları daxil idi. Bütün bu hallar Albaniyada ilk orta əsr mədəniyyətinin formalaşmasına təsir göstərə bibn əsas xarici amillər idi.
IV əsrdə Albaniyada xristianlıq dövlət dini elan edildikdən sonra ölkədə xristian mədəniyyətinin (IV-XVIII əsrlər) formalaşma prosesi başlandı. Lakin alban kilsəsinin mərkəzi iqamətgahı yerləşən Bərdə şəhərində hətta VII əsrdə bütpərəst sənətkarların yaşaması «Alban tarixi» əsərində öz əksini tapmışdır (11:10). Bu isə xristianlığın dövlət dini elan olunmasından 3 əsr sonra da bütpərəstliyin ölkədə hələ də qalmasını göstərir. Bərdə şəhəri salındıqdan sonra
Alban kilsə mərkəzinin Çoldan buraya köçürülməsi xristianlığın həmin bölgədə mövqeyinin zəifləməsinə gətirib çıxardı. Alban kilsə rəhbəri özünü Albaniya, Lpiniya və Çol katolikosu adlandırılasına baxmayaraq Çolda bir yepiskopluq belə təşkil edilməmişdi. Görünür, bu səbəbdən VII əsrdə xristian dininin Dər-bənd şəhərindən şimalda təbliği üçün qonşu Çol vilayətindən yox, uzaq Artsaxdan yepiskop göndərilmişdi («Alban tarixi», II: 39). Kilsənin burada yerli təşkilatının olmaması xristianlığın nüfuzunun zəifləməsinə və əksinə bütpərəstliyin güclənməsinə rəvac verirdi.
Albaniyada əhalinin ideoloji cəhətdən 2 qrupa (xristian və bütpərəst) ayrılması antik dövrün vahid erkən alban mədəniyyətinin ilk orta əsrlərdə parçalanmasına səbəb olmuş başlıca amillərdən biri idi. Lakin ilk orta əsrlərdə bu proses bilavasitə etnik bölgüyə və yadlaşmağa səbəb olmadı. Buna görə də, xristian və bütpərəst mədəniyyətləri bir-birindən seçilən hər hansı bir xüsusi etnik əlamətlərə malik deyildilər. Lakin bu amil onların hər ikisinin ilk orta əsr vahid alban mədəniyyətinin lokal variantları kimi qəbul edilməsi üçün kifayət etmir. Nəzərə almaq lazımdır ki, bütpərəst mədəniyyəti xristianlıqdan daha qədim olmaqla yanaşı artıq VIII əsrin sonunda süqut etmişdi. Bunun əksinə olaraq alban xristian mədəniyyətinin arxeoloji baxımdan sonu XVIII əsrə təsadüf edir. Beləliklə, alban xristian və bütpərəst mədəniyyətləri xronologiyası üst-üstə düşmür. Orta əsrlərdə artıq bütpərəst mədəniyyətin mövcud olmaması «alban» admı qoruyub saxlamış əhalinin müvafiq dövr mədəniyyətini şəriksiz olaraq alban xristian mədəniyyəti adlandırmağa sövq edir. Lakin bu mədəniyyətin IV-XVIII əsrlərə aid olması onun ilk orta əsr mərhələsini ümumi alban mədəniyyətinin bir variantı kimi təqdim etməyə imkan vermir. Buna sosial amil də ziddir. Ümumiyyətlə, ilk orta əsrlərdə alban xristian və bütpərəst mədəniyyətlərin formalaşmasında bu amilin çox mühüm əhəmiyyəti olmuşdur. Əgər erkən al-ban mədəniyyəti əhalinin bütün təbəqələrini birləşdirirdisə, ilk orta əsrlərdə cəmiyyətin yuxan təbəqəsi xristian mədəniyyətinin önündə durur, bütpərəst mədəniyyəti isə orta və aşağı təbəqələrə arxalanırdı. Belə bir vəziyyət xristianlığın hakim mövqe tutduğu bölgələr üçün xarakterik idi. Buna uyğun olaraq xristian mədəniyyəti alban cəmiyyətinin aparıcı və daha zəngin mədəniyyəti kimi çıxış etməli idi. Məhz bu xüsusiyyətlər xristian mədəniyyətini ilk orta əsrlərdə alban mədəniyyətinin lokal bir variantı səviyyəsinə endirməyə imkan vermir. Albaniyada xristianlığın dövlət dini elan edilməsi ilə xristian mədəniyyəti də dövlət səviyyəsinə qaldırılmışdır (təkcə məbədlərin tikintisində hökmdarların iştirakını xatırlamaq kifayətdir) və həmin xristian dövləti bütpərəstləri, habelə onların mədəniyyətini nəinki qəbul etmir, hətta bunlara qarşı amansız mübarizə aparırdı. Bu isə bütpərəstlərin xristianlardan uzaqlaşaraq bəzi yerlərdə gizli fəaliyyət göstərmələrinə səbəb olmuşdur («Alban tarixi», 1:18). Beləliklə, ilk
orta əsrlərdə xristian mədəniyyəti artıq formalaşdığı üçün onu variant kimi təqdim etmək mümkün deyildir. Yuxanda qeyd edilən bütün dəlillər etnik fərqlərə malik olmayan, lakin ideoloji və sosial amillər, xronologiya baxımından bir-birindən seçilən və qarşılıqlı amansız mübarizəyə sövq edilən alban xristian və ilk orta əsr bütpərəst mədəniyyətlərini müstəqil mədəniyyətlər kimi qəbul etməyə imkan verir. Alban xristian dövlətinə nisbətən kiçik olsalar da Şirvan, Layran (Liran), Xursan kimi alban bütpərəst şahlıqlarının yaranması onların mədəniyyətinin müstəqilliyini şərtləndirən vacib amil idi. Əgər Albaniya xristian dövlətində bütpərəstlər təqibə məruz qalan kütlə idisə, həmin şahlıqlarda bunun əksi müşahidə olunurdu. Xristianlıq və bütpərəstlik əsasən mənəviyyat sahəsinə aid olsalar da, onlarla bağlı dini inamlar qəbirlərdə, dəfn ayinlərində və müəyyən pərəstiş əşyalarında maddiləşmişdir. Bu mədəniyyətlər üçün müəyyən qəbir tipləri xarakterikdir. Məsələn, bütpərəst mədəniyyətinə xas olan küp, saxsı təknə və kurqan qəbirlərinə xristian mədəniyyətində təsadüf edilmir, əksinə kərpicdən inşa edilən sərdabələrə, daş sarkofaqlara yalnız alban xristian mədəniyyəti abidələrində təsadüf olunur. Xristian və bütpərəst mədəniyyətləri arasındakı fərqlər özünü dəfn ayinlərində, məsələn, qəbirə əşyalar qoyulub-qoyulmaması məsələsində qabarıq biruzə verir. Müxtəlif xarakterli pərəstiş əşyalan da bu mədəniyyətlərin bir-birindən seçilməsinə şərait yaradır.
Azərbaycan ərazisində alban xristian abidələrinin arxeoloji tədqiqi 1939-cu ildə Qum kəndi (Qax rayonu) ərazisində uç nefli bazilika tipinə aid xristian məbədinin müəyyən hissələrinin qazıntılar nəticəsində üzə çıxarılması ilə başlanmışdır (39, s. 298). Xristian məbədləri ilk orta əsrlərdə Albaniyada meydana çıxmış yeni bir abidə tipi idi. İlk orta əsrlərin yeni abidələr kateqoriyasına üzə-rində xaç, habelə dini və məişət təsvirləri olan xaçdaşlar da daxil idi. Bunların arasında məişət təsvirli xaçdaşlar Cənubi Qafqazda çox nadir olub, Dağlıq Qarabağ ərazisində Sığnaq yaşayış yerindən tapılaraq ilk orta əsrlərin sonuna aid edilmişdir (1). Kiş kəndi (Şəki rayonu) ərazisində yerləşmiş xristian məbədi «Alban tarixi» əsərində «Şərq kilsələrinin anası» adlandırılır və I əsrdə bu yerlərdə xristianlığı təbliğ etmiş müqəddəs Yeliseyin (apostol Faddeyin şagirdi) adı ilə bağlanılır (1:6; 11:48). 2000-2001-ci illərdə həmin kilsənin ərazisində Azərbaycan-Norveç beynəlxalq ekspedisiyası məbədin əsasının qoyulma tarixini dəqiqləşdirmək məqsədi ilə arxeoloji qazıntı işləri aparılmışdır (24).
İlk orta əsrlərdə alban xristian mədəniyyəti Albaniya hüdudlarından kənarda inşa edilmiş xristian məbədləri ilə də tanımışdı. «Alban tarixi» əsərində Artsax yepiskoplarından biri olan İsraelin (VII əsr) təşəbbüsü ilə Albaniyadan şimalında-hunların ölkəsində xristian məbədi tikilməsi barədə məlumat verilmişdir (II: 41). Dağıstanda aparılmış arxeoloji qazıntılar nəticəsində Yuxa-rı Çiryurt abidəsi yaxınlığında aşkar edilmiş xristian kilsələri qalıqları məhz alban yepiskopunun fəaliyyəti ilə bağlanılır (27, s. 167-171; 28; 38, s. 33). Alban xristian mədəniyyəti abidələri təkcə Albaniyanın şimal qonşuluğunda deyil, həmçinin onun həmsərhəd olmadığı uzaq Qüds (Yerusəlim) şəhərində də inşa edilmişdir. «Alban tarixi» əsərində albanların müqəddəs Qüds şəhərində tikdikləri monastırlar xatırlanır (II: 52). Bəzi abidələrin yerləşdiyi ərazi hətta
dəqiqliklə göstərilir. Məsələn, Bərdə monastırı Qüdsdə Davud qülləsinin yanında yerləşirdi. «Alban tarixi»ində göstərilir ki, Bərdə monastırına «İndi Şəmkirdən gəlmiş Məryəm adlı bir qadın sahibəlik edir» (II: 52). Qüdsdəki bəzi alban monastırlarmı albanlar əz əllərində saxlaya bilməmişdilər. Məsələn, «Alban tarixi» əsərində Qüdsdəki Artsax monastırının müsəlman ərəblərin ixtiyarında olduğu bildirilir (II: 52). Bəzi monastırlar iki sahibə malik idilər. Məsələn, Amaras şəhərinin (Dağlıq Qarabağ) şərəfinə adlandırılmış Amaras monastının yarısına Qüdsdəki albanlar, digər yarısına ərəblər sahiblik edirdilər.
Alban xristian mədəniyyəti yalnız dini abidələrlə deyil, həmçinin xristian qəbir abidələri ib də xarakterizə olunur (14, s. 108-113). Belə qəbir abidələri arasında çiy kərpicdən inşa edilmiş qəbir kameraları antik dövrdə təsadüf olunan bəzi qəbir tiplərinin xristian mədəniyyətinə daxil olduğunu göstərir. Eyni zamanda ilk orta əsrlərdə xristian mədəniyyətində yeni qəbir tipləri — daş sarkofaqlar, daş və ya kərpicdən inşa edilmiş sərdabələr meydana çıxır (14, s. 109). Xristian qəbir abidələri arasında 1968-ci ildə Amaras məbədi ərazisində aşkar edilmiş bir qəbiri xüsusi qeyd etmək olar. Kilsədəki ilk orta əsrlərdən sonrakı dövrə aid yazıdan məlum olur ki, həmin qəbirdə dairəvi taxta qutunun içindəki sümüklər 337-ci ildə xristianlığın təbliğinə görə Çol vilayətində masqut hökmdarı Sanesanın əmri ilə öldürülmüş Alban kilsəsinin rəhbəri Qriqorisə məxsusdur (13, s.7). 15 yaşından etibarən kilsəyə rəhbərlik etmiş Qriqorisin Amaras kilsəsində dəfn edilməsi «Alban tarixi» əsərində də təsdiq edilir (I: 14). Dağlıq Qarabağda yerbşmiş Yelisey və ya Criviştik kompleksindəki kilsə-lərdən birində aşkar edilmiş XIII əsrə aid yazıdan məlum olur ki, həmin kilsədə alban hökmdarı Vaçaqan dəfn edilmişdir (30, s. 90, 194). Həqiqətən də, kilsədə üzərində heç bir yazı olmayan qəbir qeydə alınmışdır. Bu hökmdarın 487-ci ildə hakimiyyətə gəlmiş III Vaçaqan olduğu güman edilir. Buna əsas verən ciddi məqamlardan biri ondan ibarətdir ki, «Alban tarixi» əsərinə görə, Cerviştik (Criviştik) ibadətgahında müqəddəs Yeliseyin nəşinin qalıqları saxlanılırdı (I: 7). Hər bir xristian üçün burada dəfn olunmaq çox şərəfli idi. Antik dövrün erkən alban mədəniyyətindən fərqli olaraq ilk orta əsrlərdə xristian dini normalarına uyğun olaraq xristian qəbirlərinə müəyyən əşyalar qoyulmaması onların tədqiqinin aktuallığını bir qədər azaldır. Məşhur şəxslərin qəbirləri yalnız antropoloji tədqiqatlar baxımından müəyyən maraq doğura bilər. Belə bir şəraitdə alban mədəniyyətinin inkişaf səviyyəsi yalnız şəhərgahlarda və ilk
növbədə paytaxt Bərdə şəhərində arxeoloji qazıntı işlərinin aparılması nəticəsində müəyyənləşdirilə bilər. Bərdə şəhərində 1984-cü ildən etibarən sistemli, stasionar qazıntıların aparılması nəticəsində şəhərin ilk orta əsr təbəqəsini üzə çıxarmaq mümkün olmuşdur (34, s. 41-42; 33, s. 463; 35, s.51-52). Lakin hələlik Bərdənin ilk orta əsr paytaxt şəhər mənzərəsi bərpa edilməmişdir. Bunun əsas səbəbləri sırasında qazıntıların bir neçə il davam etdikdən sonra dayandırılmasını göstərmək olar. Tədqiqatlar nəticəsində belə bir mülahizə söylənilmişdir ki, Albaniyanın Bərdədən əvvəlki qış paytaxtı Xalxal şəhəri olmuşdur (3), lakin hələlik bu şəhərin yeri dəqiq müəyyənləşdirilməmişdir.
Albaniyanın digər şəhərlərində aparılmış arxeoloji tədqiqatlardan 1971-ci il-dən başlayaraq Dərbənddə aparılmış stasionar qazıntı işlərini qeyd etmək olar. Bu qazıntılar nəticəsində şəhərin ilk orta əsr mədəniyyətinə aid zəngin materiallar əldə edilmiş, müdafiə divarlarının xronologiyası dəqiqləşdirilmişdir. Ümumiyyətlə, göstərmək lazımdır ki, istər Dərbənd, istərsə də, ondan cənubda yerləşmiş Gilgilçay və Beşbarmaq müdafiə səddlərinin ilk orta əsrlərdə Alban keçidində dənizlə dağlar arasında inşa edilməsi ilk orta əsr Albaniyasında yeni abidə tipi – «uzun divarlar» şərti adı daşıyan istehkamların meydana çıxması demək idi. Dərbənddə arxeoloji qazıntı işlərinə qədər belə bir konsepsiya qəbul edilmişdi ki, ilk orta əsrlərdə İran Albaniyanın Qafqaz dağlan ilə Xəzər dənizi arasındakı ərazisini tədricən ələ keçirmiş və tutulan ərazini müdafiə etmək üçün dənizdən dağlaradək hər dəfə bir uzun divar çəkdirmişdir (39, s. 268). Belə olduqda, uzun divarlardan ən qədimi Beşbarmaq səddi, sonuncusu isə Dər-bənd istehkamları olmalı idi. Lakin həb «Alban tarixi» əsərindən məlumdur ki, Sasani hökmdarlı II Yezdigerdin dövründə (439-457-ci ilbr) Çol vilayəti İran mərzlarının ixtiyarında idi (II: 2). Deməli, artıq bu zaman Dərbənddə hərbi istehkamların inşasına başlanılmalı idi. Doğrudan da, Dərbənd qazıntıları nəticə-sində II Yezdigerdin adından zərb edilmiş sikkələrin, habelə bu hökmdarın dövründə çiy kərpicdən inşa edilmiş müdafiə tikilisinin aşkar olunması Dər-bənd divarlarının Gilgilçay və Beşbarmaq səddlərindən daha qədim olduğunu sübut etdi (26, s. 257). «Alban tarixi» əsərində Dərbənd divarlarının inşasında alban memarlarının əsas rol oynadıqları bildirilir (II: 11). Ümumiyyətlə, hərb sənətinin yalnız müdafiə tikililərinin inşasında deyil, digər sahələrdə də inkişafı davam edirdi. «Alban tarixi» əsərində Albaniya hökmdarı Urnayr (IV əsr) «böyük müharibələrin gedişində Ermənistanın içində qələbə bayrağını sancaraq şanlı ad qazanmış igid ər» kimi xarakterizə olunur (I: 9). Əgər antik dövrdə alban ordu hissələrinin ölkə hüdudlarından kənarda – Ön Asiyada gedən döyüşlərdə İran ordusu tərkibində iştirakı qeydə alınmışdırsa, ilk orta əsrlərdə alban hərbi kontingentinin İran ordusunun tərkibində nəinki On Asiyada, hətta Albaniya şəhərləri — Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xunan, Amarasda aparılmış arxeoloji qazıntılar nəticəsində ilk orta əsr şəhər mədəniyyəti haqqında müəyyən təsəvvür yaranmışdır. Bu şəhərlərdən bəzilərinin, məsələn, Qəbələ və Şamaxı şəhərlərinin adlarına hələ son antik dövr mənbələrində təsadüf edilmişdir. Bəzi şəhərlərin əsası isə ilk orta əsrlərin sonunda qoyulmuş, lakin onların çiçəklənmə dövrü orta əsrlərdə başlanmışdır. Beyləqan, Şabran, Xunan belə yaşayış məntəqələrindəndir. Şəhərlərin bir qismi (Qarqar, Abxaz, Məsqət və digərləri) konkret bir etnik qrupun admı daşımışdır, lakin ümumiyyətlə şəhər əhalisi müxtəlif etnoideoloji mənsubiyyətli insan kütblərindən ibarət olmuşdur. Tədqiqatlar nəticəsində aşkar edilmiş bəzi şəhərgahlarda ilk orta əsr şəhərlərini lokallaşdırmağa cəhdlər edilmişdir. Bu gürnanların bəziləri öz təsdiqini tapmışdır. Orənqalanın Beylaqan, Torpaqqalarının (Tovuz rayonu) Xunan olması, Xunanın Hnarakertdən fərqli bir qala olması, Albaniyanın məşhur Gis kəndinin Şəki rayonunun indiki Kiş kəndi ilə eyniliyi elm tərəfindən qəbul edilmişdir (20, s.32; 12, s. 20-21; 4, s. 75-76; 45, s. 237). Digər fikirlərin təsdiq və ya inkar edilməsi üçün həmin abidələrdə geniş miqyaslı, sistemli arxeoloji qazıntı işlərinin aparılması zəruridir. Kifayət qədər yaxşı tədqiq olunmuş bəzi şəhərgahların tarixi “adları isə həb də naməlum qalır. Mingəçevirin ilk orta əsr yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar burada alban şəhərlərindən birinin yerləşdiyini göstərmişdir (8, s. 148). Ümumiyyətlə götürdükdə Mingəçevir arxeoloji cəhətdən əsaslı surətdə tədqiq olunmuş ilk alban yaşayış yeridir. Abidədən ilk dəfə olaraq alban yazı nümunələrinin aşkar edilməsi Azərbaycan arxeologiyasının böyük uğuru idi. Daş və keramika üzərində qeydə alınmış bu yazılar (baxın: 7) bir sıra cəhdlərə baxmayaraq hələlik oxunmamışdır. Bunun əsas səbələrindən biri həmin alban yazılarının erməni və udin dilləri əsasında izabatının axtarılmasındadır. Yazıların azsaylı olması da bu işə öz təsirini göstərir. Albaniyada alban yazı nümunələrindən başqa ilk orta əsrlərə aid pəhləvi yazıları da tapılmışdır. Bunların böyük qismi Dərbənd divarlarında qeydə alınmış və bu yazıların oxunuşunda müəyyən uğurlar qazanılmışdır (37; 36; 23). Dərbənd yazılarından məlum olur ki, burada uzun divarların inşa işlərinə Atropatena amarkarı Bərzniş nəzarət və rəhbərlik etmişdir. Sistematik arxeoloji qazıntı işləri aparılmış və əhəmiyyətli materiallar əldə edilmiş ilk orta əsr yaşayış yerləri sırasında Sandıqtəpə (Quba rayonu), Govurqala (Ağdam rayonu), Qalacıq (Şamaxı rayonu), Torpaqqala (Qax rayonu), Torpaqqala Bilici (Dər-bənd rayonu), Palasa-sırt (Dərbənd rayonu) və s. abidələri qeyd etmək mümkündür.
İlk orta əsrlərdə Albaniyada xristian mədəniyyəti ilə yanaşı alban bütpərəst mədəniyyəti də mövcud olmuşdur. Bu mədəniyyət erkən alban mədəniyyətinin ən yaxın varisi idi. Xristian və bütpərəst əhalinin bir sıra yaşayış yerlərində birgə məskunlaşması (Bərdə, Qəbələ, Mingəçevir, Govurqala və s.), hətta bəzi qəbiristanlıqlarda həm xristian, həm də bütpərəst qəbirlərinə təsadüf edilməsi (Qəbələ, Govurqala və s.) həmin mədəniyyətlərin xüsusi bir arealının müəyyənləşdirilməsinə imkan vermir. Lakin ilk orta əsr bütpərəst alban mədəniyyətinin əsasən Albaniyanın şimal-şərqində daha geniş vüsət aldığnı qeyd etmək olar. VI əsrdə Xursan keçidinin qarşısında İranın dəstəyi ilə Şirvan şahlığının yaradılması həmin bölgədə alban bütpərəst mədəniyyətinin qorunmasına imkan vermişdi. Çox güman ki, Şirvan şahlığı bütpərəst albanların dövlət qurumu kimi meydana çıxarmışdı. Pirsaatçay hövzəsində arxeoloji tədqiqatlar nəticəsində xristian abidələrinə təsadüf olunmamışdır. Xımslı, Qalacıq, Dağ Kolanı, Gün-görməz, Poladlı, Quşçu və s. yaşayış yerləri bütpərəst əhalinin məskənləri idi.
Bütpərəst albanlar ölüləri torpaq (Xınıslı, Şərğalı, Yedditəpə, Sandıqtəpə, Xucbala, Dorə-Çiçi və s.), küp (Xımslı, Şərğah, Qubalı, Cəmcəmli, Ərəbcəbir-li, Köbər vo s.), daş qutu və sərdabələr (Xımslı, Quşçu, Qalacıq, Kolanı, Poladlı, Cəmcəmli, Güngörməz, Yedditəpə, Qursan-pel, Şoran-pel, Enıx və s.), saxsı təknə (Mingəçevir, Qəbələ, Güngörməz və s.) qəbirlərdə dəfn edirdilər. Bunlardan daş qutu qəbirlər abidələrin sayından göründüyü kimi ilk orta əsrlərdə əsas qəbir tiplərindən birini təşkil etmişdir. Daş qutu və sərdabə, habelə torpaq qəbirləri alban xristian mədəniyyəti üçün də xarakterik olmuşdur. Bu tip xristian və bütpərəst qəbilələrində quruluş fərqləri özünü qabarıq biruzə vermir. On-ları bir-birindən ayıran yalnız bütpərəst və xristian dəfn ayinləridir. Əksinə, küp və saxsı təknə qəbirbri ilk orta əsrlərdə yalnız alban bütpərəst mədəniyyəti üçün xarakterik olub antik dövrün erkən alban mədəniyyəti ənənələrinin davamı kimi çıxış edir.
İlk orta əsr alban bütpərəst mədəniyyətinin sitayiş əhəmiyyətli abidələri sırasında daşdan yonulmuş insan obrazlı bütlər xüsusi əhəmiyyət daşıyır (44). Dağlıq Qarabağda və Qarabağ düzündə bir-birindən kifayət qədər uzaq məsafədə aşkar edilmiş bu daş heykəllər eyni şərti-sxematik üslubda, vahid kanon əsasında yaradılmışdır. Bəzi hallarda təbii insan boyundan ııca olan bu hey-kəllər yıxılmış vəziyyətdə, habelə müəyyən səviyyəyədək torpağa dik basdırılmış vəziyyətdə qeydə alınmışdır. Bu abidələrin tapıldığı yerlər – Şatırlı (Bərdə rayonu), Seysulan (Tərtər rayonu), Canyataq (Ağdərə rayonu), Mollalar, Şəfi-bəyli, Suma, Güllücə (Ağdam rayonu) kəndləri zonası ilk orta əsrlərdə Albaniyanın tarixi vilayətləri olan Artsax və Uti tərkibinə daxil idi. Heykəllər qol-ları dirsəkdən qatlanaraq üzünə tərəf qaldırılmış uzun saçlı, bəzi hallarda kürək hissəsində qısa xəncər təsvir edilmiş kişi surətini «ibadət» vəziyyətində əks
etdirir. Qarabağ heykəlləri Avrasiya çöllərində yayılmış və daş «babalar» şərti adı altında cəmlənmiş müxtəlif dövrlərə aid daş heykəltəraşlıq abidələri sırasına daxildir. Qarabağ heykəllərinin müəyyən hallarda açıq səma altında büt-xanalarda ucaldılması güman edilir. Şatırlı kəndi yaxınlığında Şortəpə adlı bir yüksəklikdə belə bütxanalardan birinin qalıqları aşkar edilmişdir (43). Tədqiqatlar nəticəsində bərpa edilmiş mənzərəyə görə, burada daş heykəllər və ha-belə səliqəli yonulmuş təsvirsiz uzunsov daşlar dik vəziyyətdə müəyyən səviyyəyədək torpağa basdırılmış, onların ətrafına çay daşları döşənmişdir. Anük dövrün bütpərəst ənənələrinin davamı kimi çıxış edən gil qadın heykəlcikləri I Qalacıq və Şərgalı (Şamaxı rayonu) abidələrindən məlumdur (2, s. 42, 87, XI tablo, 4-7).
Bütpərəst mədəniyyətə qarşı Albaniya dövləti və kilsəsinin mübarizəsi 487-ci ildə III Vaçaqanın hakimiyyətə gəlməsi ib amansız xarakter aldı. Alban xristian dövlətinin əslində konstitusiyası olan və III Vaçaqanın dövründə tərtib edilən Aluen qanunlarında bütpərəstlərin cərimələnməsi, onlara müxtəlif bədən cəzaları verilməsi, son tədbir kimi edam edilməsi nəzərdə tutulmuşdu. Beb bir dövlət siyasəti bəzi bütpərəst təriqətlərə mənsub əhalini öz ayinlərini gizli surətdə meşələrdə və s. yerlərdə icraya sövq edirdi («Alban tarixi», I: 17, 18, 26). Lakin müxtəlif cəza və təzyiqlərə baxmayaraq ilk orta əsr alban bütpərəst mədəniyyəti VIII əsrin sonuna kimi öz varlığını qoruyub saxladı. İlk orta əsr alban bütpərəst mədəniyyətinin hələlik yalnız Dərbənd-Şamaxı adlandırıla bilən bir variantı müəyyən edilmişdir. Adından da göründüyü kimi bu variantı Dərbənd, Quba Xaçmaz və Pirsaatçay hövzəsi bölgələrində, əsasən dağətəyi ərazilərdə qeydə alınmış abidələr təşkil etmişdir. III əsrin sonu —VI əsrdə baş vermiş bir sıra siyasi və ictimai xarakterli hadisəbr (Orta Asiyadan köç etmiş masqutların yuxarıda qeyd edilən bölgələri ələ keçirməsi, tarixi Çol vilayətində İranın bir neçə uzun divarlar ucaldaraq Albaniyadan ayrı xüsusi mərzbanlıq təşkil etməsi və alban kilsəsinin mərkəzi igamətgahının buradan köçürülməsi, Şirvan şahlığının yaradılması) həmin ərazilərin Albaniyadan, alban xristian mədəniyyətindən daha da uzaqlaşmasına gətirib çıxarmış, alban bütpərəst mədəniyyətinin Dərbənd-Şamaxı variantının formalaşmasına şərait yaratmışdır. Dərbənd-Şamaxı variantı üçün kannelür naxışlı keramika nümunələri, oturacağının altın-da zoomorf və astral təsvirlər olan saxsı qablar, oturacağı qalxanvari formaya malik, pifosa bənzər küplər, bəzi metal məmulatları və s. xarakterikdir. Kannelür omamentli keramika nümunələrinin tapıldığı abidələrin Albaniyanın ilk orta əsr mədəniyyətinin bir variantım təşkil etməsi barədə fıkir hələ XX əsrin 60-cı illərində irəli sürülmüş (41, s.156), 70-ci illərdə ümumiyyətlə Albaniyanın ilk orta əsr mədəniyyətinin xüsusiyyətləri araşdırma obyekti olmuşdur (42). Dərbənd-Şamaxı variantının bu və digər xüsusiyyətləri onu Şimali Qafqaz etnomədəni məkanında alan – bolqar – hun qəbilələrinin yerli dağlılarla birgə yaratdıqları mədəniyyətlərə yaxınlaşdırır. Bu təsirin masqutların vasitəçiliyi ilə mümkün olduğu güman edib bibr. III əsrin sonunda Çol vilayətini ələ keçirə-rək burada Masqut dövlətini qurmuş masqut və onların birliyinə daxil olan hun mənşəli qəbiləbrin yaratdığı masqut mədəniyyəti məhz belə bir ötürücü funksiyanı həyata keçirə bilərdi. Ən güclü çäğlarmda (III əsrin sonu – IV əsrin 30-cu illəri) Masqut dövlətinin hüdudlan Kür çayının aşağı axaınına çataraq Pirsaatçay hövzəsini də əhatə etmişdir (Baxın: 39, s.194-195). Çol vilayəti ilə indiki Pirsaatçay hövzəsi arasındakı əlaqələr qədim Xursan keçidi vasitəsi ilə qurulmuşdu. Bu Bərdə-Dərbənd ticarət yolunun Şamaxı-Dərbənd hissəsi idi. III əsrin sonundan VIII əsrin sonunadək mövcud olmuş masqut mədəniyyəti üçün torpaq, sapma və katakomba qəbirləri üzərində indiki Cənub-Şərqi Dağıstan ərazisində ucaldılan kurqanlar (Palasa – sırt, Kuxmazkunt, Aşağı Stal qazmalar və s.) xarakterikdir. Bundan başqa kurqan örtüyü olmayan bir sıra torpaq (San-dıqtəpə, Xucbala, Quxuroba) və katakomba qəbirləri (Quxuroba) də masqut mədəniyyəti abidələridir. Masqutlara məxsus Palasa-sırt yaşayış yerində (Dər-bənd rayonu) aşkar edirmiş şüvüllü – karkas konstruksiyalı evlərə (baxm: 16, s. 84-88) Albaniyanın digər yerlərində təsadüf edilməmişdir. Masqut mədəniyyəti Dərbəndlə Şabran arasındakı düzənlik bölgədə yayılmışdır. Dağətəyi ərazilərdə bu mədəniyyət ilk orta əsr alban bütpərəst mədəniyyəti ib təmasda olmuşdur.
Daha bir mədəniyyət – zərdüşt mədəniyyətinin əsasən Albaniyada irandilli əhalinin məskunlaşdığı Çol vilayətinin dağlıq hissəsində, habeb Abşeron yarımadasında yayıldığını güman etmək olar. Yazılı mənbələrin məlumatlarmdan bəlli olur ki, II Yezdigerdin dövründə (439-457-ci ilbr) İran Cənubi Qafqazda, o cümlədən, Albaniyada zərdüşt dinini zorla yaymağa çalışırdı. II Yezdigerdin fərmanı ilə Albaniyaya bu məqsədlə 300 maq göndərilmiş və onların mühafizəsi, habelə albanlara təzyiq üçün İran süvari ordu hissələri Albaniyaya yeridilmişdi. Zərdüşt dinini qəbul etməyənləri ölüm cəzası gözlədiyi barədə əhaliyə xəbərdarlıq edildikdən sonra xristian məbədləri içərisindən xristian dininə aid əşyalar çıxarılaraq, buralarda atəşgahlar tikilənədək müvəqqəti atəşkədələr qurulmağa başlanıldı. Tədricən xristian məbədlərindən kənarda xüsusi-atəşkədələrin də inşa edilməsi prosesi gedirdi (Baxın: 39, s. 203-206). Bu tədbirlər nəticəsində hətta Albaniya hökmdarı II Vaçe də xristiarilıqdan uzaqlaşaraq zorla zərdüşt dinini qəbul etməyə məcbur olmuşdu («Alban tarixi», I : 10). Onunla birgə qardaşı III Vaçaqan da bu dinə keçməyə vadar olmuşdu («Alban tarixi», I: 16). Lakin V əsrdə baş vermiş 3 güclü üsyandan (39, s.207-219), o cümlədən, zərdüşt dinindən imtina edən II Vaçenin üsyanından sonra («Alban tarixi», I: 10) hökmdar Valarş 484-cü ildə İran imperiyasına daxil olan xristian ölkələri, o cümlədən, Albaniya üçün dini etiqad azadlığı elan etməyə məcbur oldu
(«Alban tarixi», I: 17). Beləliklə, zərdüşt dininin zorla yayılması mərhələsi başa çatdı. Alban hökmdarı III Vaçaqan xristianlığa qayıtdı və Aluendə kilsə məclisi çağıraraq, xristianlığı yenidən Albaniyanın dövlət dini elan etdi («A1ban tarixi», I: 17, 26).Zərdüşt dinini albanlara qəbul etdirmək cəhdləri uğursuzluğa düçar oldu. Lakin zərdüşt dini və mədəniyyəti Albaniyanın irandilli əhalisi arasında, şübhəsiz, öz inkişafmı tapmalı idi. Həblik arxeoloji tədqiqatlar nəticəsində Albaniya ərazisində ilk orta əsrlərə aid atəşgahlar aşkar edilməmişdir. Güman olunur ki, Quba rayonunun dağlıq hissəsindəki bəzi kəndlərdə yerləşən bürclər (Buduq, Söhüb və s.) zərdüşt dini qaydalarına uyğun olaraq meyidlərin qoyulduğu daxmalar kimi nəzərdə tutulmuşdur (40, s. 36-37). Lakin bu abidələrdə arxeoloji qazıntı işləri aparılmadığı üçün hələlik bu barədə qəti bir nəticəyə gəlmək mümkün deyildir.
İlk orta əsrlərdə Albaniya ərazisində müxtəlif mədəniyyətlərlə yanaşı gəlmə əhalinin kiçik kompakt qruplarının yaşadıqları ərazilərdə onlara məxsus mədə-niyyət ünsürbri qeydə alınmışdır. Bunu əsasən qəbir abidələri və dəflı ayinlərində sezmək mümkündür. Məsələn, xəzərlərin Qəbələyə köçməsi və Qəbələnin hətta Xəzər kimi paralel adının meydana gəlməsi barədə yazılı mənbələrin məlumatlan Qəbələ şəhərgahında katakomba qəbirlərinin (VI-VIII əsrlər) aşkar edilməsi ilə öz təsdiqini tapır (5, s. 242). Katakomba qəbirlərinin Albaniyadan şimalda xəzərlər arasında da yayıldığını əsas götürərək, Qəbələ katakombalarının xəzər — savir etnik qrupları ilə əlaqələndirmək olar. Mingəçevirin ilk orta əsr katakomba qəbirləri bu abidənin antik dövr katakombalarından fərqlənir (9, s. 18). Bunu nəzərə alaraq güman etmək olar ki, buradakı ilk orta əsr katakombaları gəlmə əhalinin yeni dalğasına mənsub olmuşdur. Yazılı mənbələrdə göstərildiyinə görə, 337-ci ildə Albaniya ərazisindən keçməklə Ermənistana yürüş edən Masqut hökmdarı Sanesan 1 il müddətində bütün Ermənistanı öz əlində saxladı (Baxm: 39, s. 191-196). Bundan sonra Qafqazdan şimaldakı çöllərdə yaşayan tayfalar təqribən 338-342-ci illərdə, yəni 4 il müddətində Albaniya ərazisində məskunlaşaraq buradan Ermənistana yürüşlər etmişlər («Alban tarixi», I: 13). Mingəçevirin ilk orta əsr katakomba qəbirlərini məhz həmin gəlmə əhali dalğası ilə əlaqələndirmək olar. Mil düzündəki Üçtəpə kurqanında qeydə alınmış dÖyüşçü qəbri və onun avadanlığı (VII əsr) Albaniyadan şimalda Xəzər xaqanlığı ərazisində yayılmış qəbirlərdən o qədər də fərqlənmir, hətta bu döyüşçü üçün qəbirə şimaldan gətirilmiş və Albaniya üçün xarakterik olmayan bir saxsı qab da qoyulmuşdur. Döyüşçünün silahları, bəzək əşyaları və s. şimal mənşəli olub Albaniyanın yerli abidələrində təsadüf olunmamışdır (Baxın: 21). Pirsaatçay sahilində, Güngörməz dağı yaxınlığında aşkar edilmiş kurqanlardan biri qazılarkən onun altında daş qutu tipli 2 qəbir üzə çıxarılmışdır (11, s. 39-40). Kurqan qəbirlərinin istər xristian, istərsə də alban bütpərəst mədəniyyəti üçün xarakterik olmadığım və ilk orta əsr daş qutulu kurqanların Albaniya hüdudlarından şimalda qeydə alındığını əsas götürərək (baxın: 17, s. 19,20, 22) bu tip abidələrin də gəlmə əhali ilə bağlı olduğunu güman etmək olar. İlk orta əsr alban abidələrindən şimal «köçərilərinin» mədəniyyəti üçün xarakterik olan məmulatlar – kannelür naxışla, oturacağının altında təsvirlər olan keramika, metal (qəmələr, xəncərbr, güzgülər, polixrom üslubda hazırlanmış qızıl bəzək əşyaları, yığma kəmərlər), sümük (ox ucluqları) əşyalar aşkar edilmişdir. Bu materiallar albanlarla «köçərilər» arasında mədəni- ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Beləliklə, Albaniya ərazisində həblik yalnız dörd
məntəqədə (Çol vilayəti istisna olunmaqla) şimaldan köçmüş əhalinin mədəniyyətinin izlərini aşkar etmək mümkün olmuşdur. Lakin bu izlərin çox məhdud arealı və bir-birindən kifayət qədər uzaqda qeydə alınması həmin abidələri Albaniya-ya şimaldan yayılmış mədəniyyət göstəricisi kimi qəbul etməyə imkan vermir. Bu qəbir abidələri Albaniyada mədəniyyət ocaqları kimi təqdim edib bilər.
Albaniyanın ilk orta əsr arxeoloji abidələrinin tədqiqi nəticəsində əldə edilmiş zəngin materiallar ölkənin güclü təsərrüfata malik olduğundan xəbər verir. «Alban tarixi» əsərindən məlum olur ki, VII əsrin sonunda Albaniya 3 imperiyaya (Xəzər xaqanlığı, Ərəb xilafəti, Bizans) xərac ödəmiş, lakin süqut etməmişdir. Govurarx abidəsi (Mil düzü) ilk orta əsrlərdə Albaniyada əkinçiliyin geniş vüsət aldığını təsdiq edir. Maldarlıqda yüksək inkişafa nail olunmuşdu. Albaniyanın otlaqlarından yalnız yerli əhali deyil, hətta Ermənistan maldarları da istifadə edirdilər («Alban tarixi», II: 26). VII əsrdə hökmdar Cavanşirin dövründə xəzərlər təkcə bir yürüş etməklə Albaniyanın Mil düzündəki qışlaqlarından 120.000 baş mal-qara və 7.000 baş at aparmışdılar («Alban tarixi», II: 26). Xəzər xaqanlığının alban balıqçıları üzərinə qoyduğu vergi («Alban tarixi», II: 16) Albaniyada balıqçılığın yaxşı gəlir verən sahə olduğunu sübut edir.
Əkinçilik, maldarlıq, balıqçılıqla yanaşı sənətkarlıqda da uğurlar qazanılmışdı. Quşçu abidəsindən (Şamaxı rayonu) ayaqla hərəkətə gətirilən dulus çarxının üst diskinin (IV-V osrbr) tapılması (31, s. 34-35) Albaniyada ilk orta əsrlərdə bu tip dulus çarxından keramika istehsalında istifadə edildiyini təsdiqlədi. Mingəçevir, Torpaqqala (Qax rayonu), Xucbala, Salmantəpə (Quba rayonu), Şamiltəpə (Qusar rayonu), Qubalı yaşayış yerlərində aşkar edilmiş dulus kürələri qalıqları yerli keramika istehsalının mövcudluğunu sübut edir (32, s. 21-22). Xucbala və Salmantəpə abidələri arasındakı məsafənin cəmi 3 km olduğunu nəzərə alsaq, ölkədə dulusçuluq məmulatına nə qədər böyük ehtiyac olduğunu və buna müvafiq olaraq dulusçu emalatxanalarının çox sıx yerləşdiyini görmüş olarıq. Torpaqqala (Qax rayonu), Amaras (Dağlıq Qarabağ) abidələrin-də üzə çıxarılmış şüşəəritmə kürələrinin qalıqları (32, s. 40) Albaniyada ilk orta əsrlərdə yerli şüşə istehsalının təşkil edildiyini göstərir. Albaniyada metal emalı və metal əşyaların hazırlanması onun sərhədlərindən kənarda da məlum idi. VII əsrin əvvəllərində Albaniyanı ələ keçirmiş Xəzər xaqanlığının ilk tədbirlərin-dən biri qızıl, gümüş, dəmir, mis çıxarılması və emalında səriştəli olan alban sənətkarlarının siyahısının tutularaq işə cəlb edilməsindən ibarət idi («Alban tarixi», II: 16). «Alban tarixi» əsərində belə sənətkarlardan biri alban dəmirçisi Baxdaner (VII əsr) xatırlanır (11:50). Albaniya abidələrindən müxtəlif metallurq alətlərinin, istehsal tullantılarının, metal külçələrinin, şlak (pasa) parçalarının, qəliblərin tapılması yerli metallurq emalatxanalarının mÖvcudluğunu təsdiq edir (32, s. 6-9). Şamaxı, Qobustan rayonları ərazisindəki abidələrdən tapılan kiçik maşalar, kiçik zərgər tərəzisi və s. ölkədə yerli zərgərlərin fəaliyyətindən xəbər verir (32, s. 18). «Alban tarixi» əsərində onlardan biri «böyük qızıl işləmə ustası Varaz» (VII əsr) qeyd olunur (111:12). Mingəçevirdə, Pir-saatçay vadisində toxucu dəzgahının qalıqlarının, müxtəlif toxucu abidlərin, xam material qalıqlarının və s. aşkar edilməsi Albaniyada yerli toxuculuğun inkişafını göstərən dəlillərdir (32, s. 35-37). Canyataqda (Dağlıq Qarabağ) natamam yonulmuş daş heykəllərin, bir sıra digər abidələrdə çıxdaş edilmiş və natamam hazırlanmış qliptika nümunələrinin qeydə alınması başqa sahələrlə yanaşı daş işləmə sənətinin də Albaniyada öz yeri olduğunu təsdiq etmişdir. İlk orta əsr abidələrindən ağac və sümükişləmə, habelə bir sıra digər sənət və peşə sahələrini əks etdirən zəngin materiallar əldə olunmuşdur (32, s. 46-54). «Alban tarixi» əsərində Artsaxda inşaat işlərində fəaliyyət göstərmiş dülgər Fokrik və onun köməkçisi olan oğlu İoann (VII əsr) xatırlanır (II: 50). Ölkədə daxili və xarici ticarət də kifayət qədər yaxşı təşkil olunmuşdu. Albaniya şimalda «köçəri» dövlətləri ilə əlaqə saxlayırdısa, cənub əlaqələri Sasani İranı ilə nizamlanmışdı. Əsasən qliptika, torevtika, numizmatika nümunələri İranla ticarət münasibətlərini əks etdirir. Albaniya ərazisindən bir sıra mühüm ticarət yollan keçirdi (18, s. 13-17). Bunların sırasmda Bərdə-Tiflis, Bərdə – Dərbənd, Bərdə – Dvin, Bərdə- Ərdəbil yolları beynəlxalq əhəmiyyətli idi. Bu ticarət yollarının dəyərini yaxşı bilən Xəzər xaqanının VII əsrin əvvəlbrində Albaniya qarşısın-da qoyduğu əsas tələblərdən biri ölkə ticarətinin xəzərlərin ixtiyarına verilməsindən ibarət idi («Alban tarixi», II: 14). Xəzərlər Albaniyada gömrük işini də öz əllərinə almışdılar («Alban tarixi», II: 16). Abidələrdən aşkar edilmiş çox-saylı gətirilmə əşyalar, habelə tərəzi tapıntıları, sikkələr bu ticarətin vüsətini göstərir. İlk orta əsrlərdə Albaniyada əsasən Sasani hökmdarlarının adlarından kəsilmiş gümüş və mis sikkələr də dövriyyədə olmuşdur. Bununla yanaşı ölkə ərazisində Bizans və Ərəb xilafətində zərb edilmiş sikkələr də tapılmışdır (18, s.23-24). Bu dövrdə Albaniyada yerli sikkə zərbinin dayandırılmasına baxma-yaraq, ölkədə bəzi sikkə zərbxanaları fəaliyyətinə davam edərək Sasani sikkələri zərb etmişlər. Bu sikkələr üzərindəki yazılardan məlum olur ki, Azərbaycanın Naxçıvan və Baqavan şəhərlərində Sasani sikkələri buraxılmışdır (6, s. 174).
VIII-IX əsrlər Albaniyada müxtəlif mədəniyyətlərin taleyi baxımından həlledici oldu. 726-cı ildə Albaniya hakimi II Cavanşir öldürüldükdən sonra («Alban tarixi», III: 16) Albaniya dövlətinin müvəqqəti süqutu başa çatır. Lakin bu, alban xristian mədəniyyətinin sonu demək deyildi. Bu mədəniyyət bütün orta əsrlər dövründə öz varlığını qoruyub saxladı. Alban bütpərəst mədəniyyəti və Masqut mədəniyyəti VIII əsrin sonunda tənəzzülə uğrayaraq sıradan çıxdı. Zərdüşt mədəniyyəti isə Babək hərəkatı nəticəsində IX əsrin ortalarına qədər öz mövqeyini qoruyub saxladı. Beləliklə, Azərbaycanda IX əsrin ortalarında İslam hakim dinə çevrildi, islam dövlətləri meydana çıxdı. Azərbaycanda İslam mədəniyyətinin formalaşması prosesi başa çatdı.

ƏDƏBİYYAT
1.     Göyüşov R.B. Sığnaq yaşayış yerindən aşkar edilmiş məişət təsvirli xaç daş // Azərbaycan EA Xəbərləri. TFH seriyası, N 4, 1968, s.38-43.
2.     Xasayev Neyraan. Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri. Bakı, 1998.
3.     Xəlİlov M.C. Albaniyanın ilk oıta əsr arxeologİyasmda paytaxt şəhər problemi // 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatlarm yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2005, s.66-68.
4.     Xəlilov M.C. Albaniyanın ilk orta əsr şəhər və qalalanın lokallaşdrılması problemi // Azərbaycanın antik və orta əsr arxeologİyası problemləri. Bakı, 2006, s. 72-87.
5.     Qazıyev S.M. Qəbələ ərazisinin qədim dəfn mərasimləri haqqında // AMM, VI cild. Bakı, 1965, s. 235-251.
6.     Rocəbli Əli. Azərbaycandan keçən tranzit ticarət yolları və Azərbaycanda tapılmış pul-sikkə dəfinələrinin topoqrafık xüsusiyyətləri // Azərbaycanşünaslar Müstəqil Birliyinin 10 illiyinə həsr olunmuş Azərbaycanşünasların beynəlxalq elmi-nəzəri yubiley konfransı məruzələr məcmuəsi. Bakı, 2004, s. 173-174.
7.     Vahidov R.M.  Mingəçevir epiqrafik abidələrinin arxeoloji  xarakteristikası // Azərbaycan SSR EA Xəbərləri. İE seriyası, N 4, 1958, s.107-120.
8.     VahidovR.M. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961.
9. Асланов Г.М. Материальная культура Мингечаура 1-УП вв. Автореферат диссертации… кандидата исторических наук. Баку, 1963.
10. Баладзори. Книга завоевания стран // Материалы по истории Азербайджана, выпуск III. Издание О-ва Обследования и изучения Азербайджана. Баку, 1927.
11. Ваидов Р.М., Ахмедов Ш.С. Итоги археологических работ Пирсагатчай-ского отряда 1985 года // АЭИА (1985г.). Тезисы докладов. Баку, Элм, 1986, с.39-40.
12.   Ваидов Р.М., Гулиев Н.М. Городище Таузское Торпаггала // Итоги полевых археологических и этнографических исследований за 1972 год в Азербай¬джанской ССР. Тезисы. Баку, Элм, 1973, с. 20-21.
13.   Геюшев Р.Б. О могиле Григориса, католикоса Кавказской Албании // Мате¬риалы к Всесоюзной сессии, посвященной итогам археологических и эт¬нографических исследований 1969 г. в СССР. Тезисы докладов. Баку, 1970, с.7.
14.   Геюшев Р.Б. Христианство в Кавказской Албании. Баку, Элм, 1984.
15.   Гинзбург   В.В.   Антропологическая   характеристика   черепа   человека   из впускного погребения в кургане №3 в урочище Уч-тепе // МИА СССР, №125. Труды Азербайджанской археологической экспедиции, т.П.   1956-1960 гг. Москва-Ленинград, Наука, 1965, с. 192-193.
16.   Гмыря Л.Б. Бытовые и хозяйственные постройки Паласа-сыртского поселе¬ния // Древняя и средневековая архитектура Дагестана. Махачкала, 1989, с.77-97.
17.   Гмыря Л.Б. Прикаспийский Дагестан в эпоху Великого переселения наро¬дов. Могильники. Махачкала, 1993.
18.   Гулиев Н.М. Торговые связи Кавказской Албании в раннем средневековье. Автореферат диссертации… кандидата исторических наук. Баку, 1972.
19.   Ибн Хордадбех. Книга путей и стран. Баку, Элм, 1986.
20.   Иессен А.А. Из исторического прошлого Мильско-Карабахской степи // МИА СССР, №125. Труды Азербайджанской археологической экспедиции, т. II. 1956-1960 гг. Москва-Ленинград, Наука, 1965, с.10-36.
21.   Иессен А.А. Раскопки большого кургана в урочише Уч-тепе // МИА СССР, №125. Труды Азербайджанской археологической экспедиции, т. II. 1956-1960 гг. Москва-Ленинград, Наука, 1965, с.153-192.
22.   Касимова Р. К этногенезу азербайджанского народа по данным антрополо¬гии // К проблеме этногенеза азербайджанского народа. Баку, Элм, 1984, с.69-101.
23.   Касумова СЮ. Новые среднеперсидские надписи из Дербента // Этнокуль¬турные процессы в древнем Дагестане (Сборник статей). Махачкала, 1987, с. 102-105.
24.   Керимов Вилаят, Стурфиел Бьернар. Киш. История, архитектура, архео¬логия. Баку, Чашыоглу, 2003.
25.   Круглов А.П. Северо-восточный Кавказ во П-1 тысячелетиях до н.э. // МИА СССР, № 68. Древние племена и народности Кавказа. Москва-Ленинград, 1958, с.7-146.
26.   Кудрявцев А.А. О датировке первых сасанидских укреплений в Дербенте // СА, №3, 1978,с.243-258.
27.   Магомедов М.Г. Образование Хазарского каганата. Москва, Наука, 1983.
28.   Магомедов М.Г. Новые раннесредневековые культовые памятники в При¬морском Дагестане // Обряды и культы древнего и средневекового насе-Дагестана. Махачкала, 1986, с. 109-122.
29.   Минорский В.Ф. История Ширвана и Дербенда Х-Х1 веков. Москва, 1963.
30.   Мнацаканян А.Ш. О литературе Кавказской Албании. Ереван, 1969.
31.   Нуриев А.Б. Новые находки в селениях Кушчи, Коланы, Поладлы и Геогляр Шемахинского района // АЭИА (1976 г.). Баку, Элм, 1979, с.33-37.
32.   Нуриев А.Б. Из истории ремесленного производства Кавказской Албании. Баку, Элм, 1986.
33.   Нуриев А.Б. Раскопки в средневековой Барде // АО 1986 года. Москва, Нау¬ка, 1988,с.463.
34.   Нуриев А.Б., Мамедов А.М. Раскопки в Барде в 1985 году // АЭИА (1985 г.). Тезисы докладов. Баку, Элм, 1986, с.41-42.
35.   Нуриев А.Б., Мамедов А.М., Гасилов Ш.В.   Раскопки в Барде в 1986 г. // Тезисы докладов конференции «Великий Октябрь и развитие археологиче¬ской науки в Азербайджане». Баку, Элм, 1988, с. 51-52.
36.   Пюберг Г.С. Материалы по истолкованию пехлевийских надписей Дербенда // Известия Об-ва Обследования и изучения Азербайджана, №8, выпуск  V. Баку, 1929, с.26-34.
37.   Пахомов Е.А. Пехлевийские надписи Дербенда // Известия Об-ва Обсле¬дования и изучения Азербайджана, №8, выпуск V. Баку, 1929, с.3-25.
38.   Плетнева С.А. Хазары. Москва, Наука, 1986.
39.   Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э.-VII в.н.э. Москва-Ленинград, 1959.
40.   Усейнов М., Брстаницкий Л., Саламзаде А. История архитектуры Азер¬байджана. Москва, 1963.
41.   Халилов Дж.А. Археологические памятники I тысячелетия у с.Худжбала в Азербайджанской ССР // СА, №3, 1965, с. 154-162.
42.   Халилов Дж.А. Особенности раннесредневековой культуры Азербайджана (Кавказской Албании) // Тезисы докладов Всесоюзной научной конферен¬ции «Раннесредневековая культура Средней Азии и Казахстана». Душанбе, 1977.
43.   Халилов М.Дж. Древнее святилище, связанное с каменными изваяниями у с. Шатырлы // Доклады АН Азербайджанской ССР, т. ХЫ1, №7, 1986, с. 78-82.
44.   Халилов Мубариз. Антропоморфные каменные изваяния Карабаха // Азер¬байджанская археология, 2004, №1-4, с. 100-104.
45.   Ямпольский З.И. Древняя Албания Ш-1 вв. до н. э. Баку, 1961.

РАННЕСРЕДНЕВЕКОВАЯ МАТЕРИАЛЬНАЯ КУЛЬТУРА АЛБАНИИ
Мубариз Халилов

Резюме
В статье излагается состояние археологической культуры Албании в эпоху раннего средневековья. Приводятся данные о христианской, языческой и в неко¬торой степени зороастрийской культурах. Христианская и языческая культуры выделяются как самостоятельные культуры, не имеющие обособленный ареал и созданные одним и тем же этносом — албанами. Наряду с этим выявляются мас-кутская культура, культурные очаги других мигрантов, впервые определяется Дербент-Шемахинский локальный вариант албанской языческой культуры эпо¬хи раннего средневековья.

EARLY MIDDLE AGES MATERIAL CULTURE OF ALBANIA
Mubariz Khalilov

Summary

The state of archaeological culture of Albania in Early Middle Ages is researched in this article. Facts of Christian, lingual and in some degree zoroastrism culture are presented in this article and the Christian and lingual cultures are picked out as independent ones, which don’t have their isolated areal and are created by the same ethnos – Albanians. Maskut culture, cultural center of other migrants are revealed, Derbend-Shamakhi local variant of Albanian lingual culture of the epoch of Early Middle Ages is for the first time determined here.

Leave a comment

Your comment